AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti




Yüklə 345.19 Kb.
səhifə2/4
tarix22.02.2016
ölçüsü345.19 Kb.
1   2   3   4
Əski Anadolu Türkcəsi dönəmi ədəbiyyatı. (XIII əsr)

Əski oğuz türkcəsini təmsil edən ilk şair Mövlanə Cəlaləddin Ruminin oğlu Sultan Vələd olmuşdur.Ondan əvvəl də bu dildə bir neçə əsərin mövcudluğu tarixi qaynaqlarla təsdiqlənsə də,bu əsərlər günümüzədək gəlib çatmayıb.Fuad Köprülü Gülşəhriylə bağlı araşdırmalarında aşkar etdiyi

“Bir kişi bu destanı eylemiş

İlla lafzın key çöpürdek söylemiş...”

Beytinə istinad edərək “Salsalnamə” adlı əsərin öncəki əsrlərdə başqa birisi tərəfindən də yazıldığını söyləyib.

13-cü əsrin ortalarında,daha doğrusu 1254-cü ildə İkinci İzzəddin Keykavusun əmriylə İbn Əlanın savaş qazilərindən topladığı məlumatlar əsasında yazdığı “Danışməndnamə” adlı əsərin bu nüsxəsi də müasir dövrdə aşkarlanmayıb.Bu əsərin əlimizdə olan nüsxələri isə əsasən İkinci Murad tərəfindən Arif Əliyə sifarişlə yazdırılmış əlyazmalardır.13-cü əsrdə yazıldığı təxmin olunan “Battalnamələin” də ilkin nüsxələri hələ də aşkarlanmayıbdır.

Yuxarıda adları çəkilən dastan motivli əsərlərin günümüzədək yalnız sonrakı əsrlərdə üzləri köçürülmüş nüsxələrinin çatması Sultan Vələdi bu dildə yazan ilk müəllif kimi önə çıxarır.1235-1312-ci illərdə yaşamış olan Sultan Vələd əslində əsərlərinin böyük bir qismini fars dilində yazsa da,onların içərisinə Türkcə şeirlər də əlavə etmişdir.

Onun türkcə yazılmış şeirlərinə “Divan”ında,”İbtidanamə” (1291) və “Rübabnamə” (1300) adlı əsərlərində rast gəlinir.Əruz vəznində qələmə alınmış bu şeirlər 1922-ci ildə Vələd Çələbi və Kilisli Rıfat tərəfindən ərəb hərfləriylə “Divani Türkiyi Sultan Vələd” adı altında nəşr olunmuşdur. Məcdud Mənsuroğlunun yayımladığı “Sultan Vələdin Türkcə Mənzumələri” (İstanbul-1947) kitabı isə şairin əsərlərinin transkripsiyalı mətnlərini və dil araşdırmalarını əhatə edir.

Əski Oğuz Türkcəsinin digər böyük ədəbiyyat təmsilçisi isə 1240-1320-ci illərdə yaşamış olan Yunis Əmrədir.Yunis Əmrənin həyatıyla bağlı əlimizdə çox az məlumat vardır.Şairin həyatıyla bağlı ən geniş məlumatın verildiyi Hacı Bəktaşi Vəlinin “Vilayətnamə” əsəri əsasən Yunis Əmrənin təsəvvüflə maraqlanmağa başladığı dönəmdən sonrasını əks etdirir.

Müasir dövrdə şairin bir neçə şəhərdə məzarının olması onun doğulduğu şəhərin müəyyənləşdirilməsini çətinləşdirir.Ancaq şairin əslən Orta Anadoludan olması tarixi faktlarla təsdiqlənib.Fuad Köprülü 1918-ci ildə yazdığı “Türk ədəbiyyatında ilk mütəsəvvüflər” adlı əsərində Əhməd Yasəvi və Yunis Əmrə arasındakı bağlılığı aşkara çıxararaq, Yasəvilik cərəyanının Anadolu ədəbiyyatına da təsir etdiyini sübuta yetirmişdir.Fuad Köprülünün bu əsəriylə Yunis Əmrə türk ədəbiyyatında yenidən doğulmuşdur.

Şeirlərini heca və Əruz vəznində yazan Yunis Əmrə təsəvvüf həyəcanını ən dərindən duyub,onu hiss edən,duyğu və düşüncələini sadə,axıcı bir dillə xalqa çatdırmağı bacarmış müstəsna şəxsiyyətlərdən biridir.Yunisin şeirləri köhnə əlifbayla dəfələrcə nəşr olunmuşdur.Yeni əlifbaylasa ilk nəşrini Burhan Toprak “Yunus Emre Divanı” (İstanbul-1933-1934) adı altında həyata keçirib.

Yunis Əmrəylə bağlı ilk elmi araşdırmalar isə Əbdülbaki Gölpınarlıya məxsusdur. (“Yunus Emre Divanı”-İstanbul 1943 , Yunus Emre “Risalet-ün Nüshuyye ve Divanı”-İstanbul 1965)

Yunis Əmrənin yaradıcılığından,dərin mənalı şeirlərindən təsirlənən bir çox şair də onun adından istifadə edərək şeirlər yazmışdır. Faruk Kadri Timurtaş həqiqi Yunis Əmrəni digər Yunislərdən fərqləndirməyə çalışmış və bu haqda “Yunus Emre Divanı” (İstanbul 1972) adlı ədəbi araşdırmalarını yayımlamışdır.

Yunis Əmrə haqda ən son araşdırmalarsa Mustafa Tatçıya aitdir. “Yunus Emre Divanı” (İki cilddə,Ankara 1990) adlı bu araşdırmada şairin 415 şeiri yer almışdır.

Yunisin 1307-1308-cü illərdə yazmış olduğu başqa bir didaktik əsərsə “Risalət-ün Nüshiyye” adlanır.Əsər A.Gölpınarlıdan başqa Günay Osman Horata və Mustafa Taçlı tərəfindən də yayımlanmışdır.

13-cü əsrin digər türk şairlərindən olan Şəyyad Həmzə, Xoca Dəhani və Əhməd Fakih haqda ilk məlumatlar 1920-ci illərdən etibarən verilməyə başlanılmışdır.

Hikmət İlaydın özünün “Anadoluda Türk Şiirinin Başlangıcı” (1974-cü il Noyabr ,Türk dili dərgisi 277-ci nömrə) məqaləsində Dəhaninin 13-cü əsrdən də əvvəl 12-ci əsrin ikinci yarısında yaşayıb-yaratdığını bildirir.

Mətin Akar “Şeyyad Hamza Hakkında Yeni Bilgiler “ (TAD 2, 1987) məqaləsində şairin 13-cü əsrin sonu 14-cü əsrin əvvəllərində yaşadığını söyləyib.

Osman.F.Sertkaya isə “Ahmet Fakih” (İlmi Araştırmalar 2,1996 ) adlı yazısında tarixdə bir-birindən fərqli beş Əhməd Fakih adlı şairin olduğunu vurğulayır.Haqqında danışdığımız Əhməd Fakih adlı şairinsə dil xüsusiyyətlərinə görə digərlərindən seçildiyini və onun 14-cü əsrin sonu 15-ci əsrin əvvəllərində yaşamış olduğunu bildirir.

Şəyyad Həmzənin “Yusif və Züleyxa” adlı iri həcmli məsnəvisi 1946-cı ildə Dehri Dilçin tərəfindən yayımlanmışdır.Şairin digər bir kiçik həcmli məsnəvisi “Destani Sultani Mahmut” isə 1968-ci ildə Səadəddin Buluç tərəfindən nəşr olunub.

Xoca Dəhaninin günümüzədək heç bir kitabı gəlib çatmamışdır. Köhnə şeir məcmuələri içərisində aşkarlanmış çox az sayda şeiri ilk dəfə Fuad Köprülü tərəfindən oxuculara təqdim olunub.Sonrakı illərdəsə bu şeirlər Məcdud Mansuroğlu və Hikmət İlaydın tərəfindən dəfələrcə çap olunub.

Əhməd Fakihin bizlərə cəmi iki əsəri çatmışdır.İlk əsəri “Çərxnamə” 83 beytlik bir qəsidə olub, “Camiün Nezair” adlı şeirlər məcmuəsi içərisində aşkarlanmışdır.Əsər 1956-cı ildə İstanbulda Məcdud Mansuroğlu tərəfindən nəşr olunub.

Şairin ikinci əsəri sayılan “Kitabu Evsafi Mesadiciş Şerife” məsnəvi şəklində yazılmışdır.Əsər dövrün Şam, Qüds, Məkkə və Mədinə kimi iri şəhərlərində yerləşən bina və tikililəri vəsf etdiyindən onu kiçik həcmli “Səyahətnamə” də adlandırmaq olar. Əhməd Fahihin bu əsəri 1974-cü ildə Hasibe Mazıoğlu tərəfindən aşkarlanaraq,Ankarada yayımlanmışdır.

14-cü əsrin iki böyük şairi Gülşəhri və Aşıq Paşa Kırşehirdə doğulmuşdur.Aşıq paşa Baba İlyasın nəvəsi,Gülşəhri isə bu ailəyə yaxın bir dərviş olmuşdur.Bu baxımdan Kırşehirin və Baba İlyas nəslinin Əski Anadolu Türkcəsinin formalaşmasında xüsusi yeri olduğu bir çoxları tərəfindən vurğulanıb.

Gülşəhri 1301-ci ildə Farsca yazmış olduğu “Fələknamə” adlı əsərini Qazan Xana təqdim etmişdir.

1317-ci ildə Türk dilində yazdığı 4300 beytlik “Mantıkut Tayr” məsnəvisi təmsili hekayələrdən ibarət təsəvvüf yönümlü bir əsərdir. Bu əsərlə bağlı Müjgan Cunbur tərəfindən yazılan,lakin yayımlanmayan bir doktorluq dissertasiyası mövcuddur.Əsərin əlyazması isə 1957-ci ildə Agah Sırrı Ləvənd tərəfindən çap olunub. Gülşəhrinin bunlardan əlavə bizlərə “Keramatı Ahı Evran” adlı kiçik bir məsnəvisi və müxtəlif kitablarda tapılmış bir neçə şeiri də məlumdur.

Aşıq Paşanın isə 12000 beytdən ibarət “Garibname” adlı böyük bir əsəri vardır.Dini təsəvvüf yönümlü bu məsnəvi 1330-cu ildə yazılmışdır.Şair bu məsnəvini yazma səbəbi kimi yaşadığı dövrdə Türk dilinə verilən önəmin azalmasını göstərmişdir:

Türk diline kimsene bakmazıdı,

Türklere hergiz gönül akmazıdı.

Türk dahı bilmezidi ol dilleri,

İnce yol, ol ulu menzilleri.

Bu Garibname anın geldi dile

Kim bu dil ehli dahi mani bile.

“Garibname” haqda Zəki Korkmaz 1989-cu ildə bir doktorluq dissertasiyası hazırlamışdır.Son illərdəsə əsərin Süleymaniyyə kitabxanasında tapılmış başqa bir nüsxəsi 2000-ci ildə İstanbulda nəşr olunmuşdur.

Aşıq Paşanın “Garibnamə”dən başqa “Fakrname”, “Vesfi Hal”, “Hikaye”, “Kimya Risalesi” adlı dörd kiçik həcmli məsnəvisi 1953-1954-cü illərdə Agah Sırrı Levend tərəfindən toplanaraq nəşr olunmuşdur.

14-cü əsrin əvvəllərində yaşamış olan başqa bir türk şairi Dursun Fəkihdir. Tarixi qaynaqlarda Dursun Fəkihin Osman Qazinin bacanağı olduğuna dair məlumatlar vardır.Şairin səhabə dövrünün müharibələrinə dair “Qəzavətnamə” adlı əsəri vardır. Əsərin Maltada tapılmış olan nüsxəsi 90 səhifə,2700 beytdən ibarətdir.Bu nüsxəylə bağlı Xədicə Şahin 1989-cu ildə doktorluq dissertasiyası hazırlamışdır.



Əski Anadolu Türkcəsi dönəmi ədəbiyyatı. (XIV-XV əsrlər)

XIV əsrin ilk yarısında yaşamış olan önəmli adlardan biri də, Qul Məsuddur. O ədəbiyyat aləmində Aydınoğullarından Umur Bəy üçün tərcümə etdiyi “Kəlilə və Dimnə” əsəriylə tanınır. “Kəlilə və Dimnə” əsəri təqribən III əsrdə Hindistan hökmdarlarından birinə ithafən snskrit dilində yazılmışdır.Qul Məsud isə Nəsrullah adlı şairin XII əsrdə Farscaya çevirdiyi bu əsəri elə Farscadan Türk dilinə tərcümə etmişdir.”Kəlilə və Dimnə” haqda yeganə araşdırma Polşa əsilli türkoloq A.Zajanskovskiyə məxsusdur. (1934- Karakov)

XIV əsrin şairlərindən olan Xoca Məsud Bin Əhməd Germiyan bölgəsində yaşamışdır.Onun farscadan tərcümə etdiyi 5568 beytlik “Süheylü Növbahar” məsnəvisi şairin qardaşı oğlu İzzəddin Əhməd tərəfindən tamamlanmışdır. “Süheylü Növbahar” 1925-ci ildə Mordtmann, 1938-ci ildə isə Tahsin Banquoğlu tərəfindən araşdırılmışdır.

Xoca Məsudun 1354-cü ildə Sədi Şirazinin “Bustan” əsərindən götürərək tərcümə etdiyi “Fərhəngnameyi Sədi Tərcüməsi” 1924-cü ildə Kilisli Muallim Naci tərəfindən köhnə əlifbayla nəşr olunub.

XIV əsrin ikinci yarısında Əski Anadolu Türkcəsiylə yazılan əsərlərin sayı gözlə görüləcək qədər artmışdır.Anadolunun bütün bəyliklərində və Ədirnə sarayında şairlər,alimlər,üləmalar müxtəlif məzmunlu əsərlər yazmış və ya tərcümə etmişdir.

Dövrün şairlərindən Əhmədi, Şeyxi, Qayqusuz Abdal, Əhmədi Dai, Yusif Məddah, Mustafa Zərir bir deyil,bir neçə iri həcimli əsərləriylə türk dilini zənginləşdirmişdir. Bu dövrdə yazılmış 8-10 minlik beytlərdən ibarət iri həcmli “İskəndərnamə” , “Cəmşidi Xurşid” , “Tervihül Ervah” kimi əsərlərin müəllifi Əhmədinin simasında türkcənin sürətli inkişafını görmək olar.

1421-ci ildən başlayan II Muradın hakimiyyəti dönəmində fəaliyyət göstərmiş Əhmədi Dai Germiyan və Osmanlı saraylarında həm şair,həm də alim kimi tanınmışdır.Onun ədəbiyyat sahəsibdə yazdığı “Divanı” və “Çəngnamə” adlı məsnəvisi mövcuddur.

XIV əsrdə Şərqdə Nəsiminin Azəraycan dilinin təməl daşlarını hazırlayan şeirləri Teymurilərin və Şirvanşahların sarayında senzuralarla üzləşdiyi halda, Anadoluda vəziyyət bunun tam əksini göstərirdi. Germiyanoğulları, Aydınoğulları,Candaroğulları və Osmanlıoğulları bəyliklərinin sarayları bu dönəmdə şair və elm adamlarının ən böyük himayədarı idi.Anadolunun bir qədər şərqində yerləşən Sivasın hökmdarı Qazi Bürhanəddin sadə,anlaşıqlı şəkildə yazmış olduğu məhəbbət şeirləriylə “Azərbaycan Türkcəsinə” yaxın bir dilin təmsilçisi olmuşdur.Sivasın şərqindəsə Qaraqoyunlu hökmdarı Cahanşah “Həqiqi” məxləsiylə yazdığı şeirlərlə tanınıb.

XIV əsrin ikinci yarısı həmçinin Suriya,Misir,Şam,Hələb kimi önəmli bölgələrdə Qərb Türkcəsində (Əki Anadolu Türkcəsində) yazılan əsərlərlə yadda qalıb.

Tarixi mənbəylər XV əsrin ilk yarısında II Muradın Ədirnədəki sarayını ədəbiyyat məclisi və ya elmlər akademiyasına bənzədir. Bir tərəfdən durmadan padşaha ithafən yazılan əsərlər,digər tərəfdən hakim dairələrin göstərişiylə türkcəyə tərcümə olunan əsərlər dövrün dil sahəsindəki inkişafına geniş imkanlar yaratmışdır.

Dövrün ən önəmli şəxsiyyətlərindən biri olan Şirvanlı Muhammed Bin Mahmudun özü qaynaqlarda yaşayan ensiklopediya kimi xatırlanır. Alim öz silsilə əsərlərini Menteşeoğulları,Germiyanoğulları və Osmanlıoğulları saraylarına təqdim etmişdir. Ümumi tibb,metallurgiya,yemək mədəniyyəti, göz xəstəlikləri, ətriyyat kimi müxtəlif sahələri əks etdirən əsərləri isə onun elm aləmində tanınmasına xidmət etmişdir.

Dövrünün digər bir ensiklopedik alimi isə 10000 beytlik “Muradnamə” adlı əsərin müəllifi olan Bədri Dilşad Bin Məhəmməddir.

Bundan əlavə Şeyxinin “Divan”ı , ”Xosrov və Şirin”i , Xarnaməsi”, Xətiboğlunun “Fərəhnaməsi” , Abdinin “Camasbnaməsi” də bu dövrün ədəbi məhsullarındandır.Sadə xalqın dini görüşlərini əhatə edən 10000 beytlik “Muhammediye” əsəri ailəsindən Mehmed Yazıcıoğlu tərəfindən yazılıb.

1409-cu ildə Süleyman Çələbinin Bursada yazmış olduğu “Mövlud” (Vesiletün Necat) türk ədəbiyyatının ən uzun ömürlü əsərlərindən sayılır.

Digər yandan isə Qayqusuz Abdal özünün “Divan”ı, “Gövhərnamə”, “Budalanamə” kimi mənsur əsərləriylə Yunis Əmrənin 15-ci əsrdəki müasiri sayılır.

XV əsrin ikinci yarısında şeirdə Necati, Əhməd Paşa, Mehri Xatun, Məsihi , həmdullah Hamidi kimi şairlər, nəsrdəsə Sinan Paşa dövrünün ən tanınmış şəxsiyyətlərindən idi.

Əski Türkcənin şah əsəri sayılan “Dədə Qorquq” dastanı yalnız Anadolu Türkcəsinin deyil bütün dünyada işlədilən Türk dillərinin ən qiymətli əsərlərindəndir. Dastan “Oğuznamə”dən ayrıldıqdan sonra Anadolu və Azərbaycan ərazilərinə yayılaraq XIII-XV əsrlərdə bizlərə məlum olan formanı almışdır.Dədə Qorqud Dastanının bu gün dünya muzey və kitabxanalarında yazıya alınmış iki nüsxəsi mövcuddur.

Birinci nüsxə XIX əsrin əvvəllərində H.O.Fleişher tərəfindən Drezdendə (Almaniya) aşkarlanmışdır. “Kitabi Dedem Korkut ala-Lian-ı Taife-i Oğuzan” adlı bu nüsxə bir müqəddimə və on iki boydan ibarətdir.

Dastanın ikinci nüsxəsi 1950-ci ildə Etorre Rossi tərəfindən Vatikanda tapılıb. “Hekayeti Oğuzname Kazan Beg ve Gayrı” adını daşıyan bu nüsxə isə bir müqəddimə və altı boydan ibarətdir.

Aşkar olunduğu tarixdən bu günədək Dədə Qorqud üzərində yüzlərlə dilçi və tarixçi mütəxəssis çalışmışdır.Əsər dil,ədəbiyyat,xalq yaradıcılığı,tarix və mifoloji aspektdən dəfələrcə tədqiq olunmuşdur.

Türk dünyasında bu əsər Kilisli Rıfat, O.Ş.Gökyay, Həmid Araslı, Muharrem Ergin, Ə.Dəmirçizadə, F.Zeynalov , Kərimə Üstünova, Semih Tezcan kimi dilçilər tərəfindən araşdırılmışdır.

Son illərdə isə Dədə Qorqud millətlərarası toplantılarda da müzakirə obyektinə çevrilmişdir. 1988-ci ildə Bakıda, 1998-ci ildəysə Konyada həyata keçirilən iki toplantıdan sonra Azərbaycanda dövlət qərarıyla Dədə Qorqudun 1300 illik yubileyi qeyd olunmuşdur.

Nəhayət 2000-ci ildə dastan YUNESKO-nun gündəminə gətirilmiş, onunla bağlı Paris Millətlərarası Toplantıda bir neçə bəyanat yayımlanmışdır.

Osmanlı Türkcəsi.

Anadoluya köçən türk tayfalarının zamanla islamı qəbul etməsi onların dil mədəniyyətinə də təsirsiz ötüşməmişdir.İslam mədəniyyətinin türklər arasında geniş yayılması onlar arasında ərəb və farscanın mövqeyini gücləndirirdi.

Anadoluya köç etmiş türklər yazı dili olaraq ərəb hərfləri əsasında formalaşan bir dildən istifadə etməyə başlamışdır. Türkcə əsas olmaqla ərəb və farsca bir çox sözü, qramatik şəkil və qayda-qanunları özündə ehtiva edən bu dil mütəxəssislər tərəfindən “Osmanlı Türkcəsi” deyə adlandırılmışdır. Osmanlıca Qərb Türkcəsinin ikinci inkişaf mərhələsi olub 15-ci əsrin sonlarından 20-ci əsrin əvvəllərinədək fəaliyyətdə olub. Bu mərhələdə Anadoluda yaşayan türklərin istifadə etdiyi dilin necə adlandırılmasıyla bağlı da,tarixən dilçilər arasında fikir ayrılıqları mövcud olmuşdur. Bu dilin “Osmanlıca” deyə adlandırılması Osmanlı türk imperatorluğunun banisi Osman bəyin adıyla bağlıdır.

Başlanğıcda kiçik bir bəylik olan Osmanoğulları müəyyən zaman çərçivəsində öz müdrük siyasətləri və hərbi qüdrətləri sayəsində ərazilərini sürətli bir şəkildə genişləndirməyi bacarmışdır.Onların bu şəkildə inkişafına təkan verən amillərdən biri də,qonşu olduqları xalqların qabaqcıl nailiyyətlərindən laiqincə bəhrələnmələri olmuşdur.

Əvvəllər yalnızca hərbi qüdrətlərinin artmasına önəm verən Osmanlılar, dil sahəsinə bir qədər biganə yanaşmışdır. Belə ki bəyliklər dönəmində şifahi ədəbiyyatın yazıya alınmasına bir o qədər də ciddi əhəmiyyət verməyən Osmanlılar zaman keçdikcə səhvlərini düzəltmişdir.

Tənzimat dönəmində bu dil üçün “Osmanlıca” anlamına gələn “Osmani” və ya “Lisani Osmani” kimi terminlərdən istifadə olunmuşdur. Yerli əhalinin özüysə danışdıqları dili “Türkcə” , “Zəbani Türki” , “Lisani Türki” adlandırmışdır. Təzkirə yazarları bu dövrün şairlərini “Lisani Türkidə yazmış şairlər” adlandırmışdır. Məşhur türk şairlərindən olan Nabi şeirlərindən birində oğluna “Türkidə” (Türk dilinin istifadəsində) Nəfi və Bakini örnək almağı məsləhət görür.

“Osmanlıca”nı bir termin olaraqsa Əhməd Cevdəd Paşa, Rəcaizadə Mahmud Əkrəm kimi Tənzimat dövrü sənətkarları tez-tez öz dillə bağlı yazılarında istifadə ediblər. Namiq Kamal “Osmanlıca”yla yanaşı bu dönəm üçün “Türkcə” terminindən də yararlanıb. 1876-cı il konstitusiyasında Anadolu türklərinin dili “Türkcə” olaraq verilib. Yerli mütəxəssislərlə yanaşı Bianchi, Zekker, Redhaus kimi Qərb dilçiləri də, araşdırmalarında “Türkcə” (Turc, Turkish) terminindən istifadə ediblər.

Belə bir halda ortada maraqlı bir vəziyyət yaranır. 15-20-ci əsrlərdə Osmanlı imperiyasında istifadə olunan dil nə yerli əhali, nə də qərb mənbəələri tərəfindən “Osmanlıca” deyə adlandırılmayıb. Bu termin yalnızca Tənzimat dönəmində bəzi yazarlar tərəfindən qısa müddət istifadə edilmiş, sonradansa Türkcənin müəyyən bir coğrafi ərazidə fəaliyyətdə olduğu 400 illik bir mərhələni ifadə etmək üçün qəlibləşmişdir. İstər divan ədəbiyyatı, istərsə də sadə xalqın danışıq dilində mövcud olan bir çox çətinliklərə rəğmən, bu dil dünyanın üç qitəsində 600 ildən artıq müddətdə hömranlıq etmiş qüdrətli Osmanlı imperatorluğunun dövlət dili olmuşdur.

15-19-cu əsrlərdə əhali arasında işlənmə səviyyəsinə görə Türkcə 3 yerə bölünürdü:

1)Fasih Türkcə-Yüksək və ya ali üslublu Osmanlıca hesab edilir.Kübar cəmiyyətin danışdığı bu dil, eyni zamanda divan yazışmaları və ədəbiyyat nümunələrinin də dili sayılmışdır.

2)Orta Türkcə-Bu dil o dövrdə saray məmurları və şəhərlərdə yaşayan əhalinin danışdığı dil olub.Bir qism tərcümə,səyahət və tarixi əsrlər bu dildə yazılıb.

3)Kaba Türkcə (Türki Basit)–Buna Sadə türkcə də deyilir.Bu, kəndlilərin, böyür xalq kütlələsinin, şifahi xalq ədəbiyyatı və aşıq yaradıcılığının da dili sayılır.

Osmanlı Türkcəsi dönəmi yerli və xarici dilçilər tərəfindən geniş bir şəkildə araşdırılmışdır.Bu dönəm haqda aparılan araşdırmalar öz rəngarəngliyi ilə seçilir. Türkiyədə dilçilik elmi sahəsində öz sözünü demiş filoloqlardan olan Tahsin Banquoğlu özünün “Türkçenin Grameri” adlı kitabında Osmanlı Türkcəsi haqda aşağıdakı fikirləri bildirmişdir:

“...Eski yazı dilimizi biz dil tarihi bakımından üç devrede inceliyoruz: 1.Eski Osmanlıca, Selçukların son zamanlardan kalan eserlerle birlikte henüz oldukça sade, Türkçe kelime dağarcığı zengin bir dil (1250-1450). 2.Orta Osmanlıca, sınırsız olarak Arapça ve Farsça kelimeler, deyimler ve gramer şekilleri ile yüklü,konuşulmaz ve halkça anlaşılmaz bir di (1450-1840). 3.Yeni Osmanlıca, Batı medeniyetinin getirdiği ihtiyaçları Osmanlıcanın zengin vasıtalarıyla karşılamaya çalışan ve bir hayli başarılı olan bir dil,fakat yine sınıf dili kalıbı ve bu yüzyılın gerektirdiği “Millet dili” imkanından mahrum (1840-1910).Osmanlıca bir yana, bu devirler boyunca konuşulan Türkçe sınırlı ölçüde yabancı kelimelerle de genişleyerek gelişmiş ve geleceğin yazı dili olmaya hazırlanmıştır. Dil tarihimizin dikkate değer özelliklerinden biri de şudur ki geçmişin derinliklerinden gelen sözlü halk edebiyatı bizde devam etmiş, halk destan ve hikayeleri, halk şiiri erkenden azçok yazıya geçmiş ve bunun başında halk için bazı kitaplar da yazılmıştır...”

Bu dönmlə bağlı araşdırmalar aparmış digər türk dilçisi professor Muharrem Ergin də, xarici ünsürlərin təsiri baxımından “Osmanlıcanı” öz daxilində üç dövrə ayırır.Ancaq onun bölgüsü Tahsin Banquoğlundan bir qədər fərqlənməkdədir.

M.Erginin bölgüsündə ilk mərhələ 15-ci əsrin sonu və 16-cı əsri əhatə edir. Bu mərhələ Osmanlıların İstanbulda məskunlaşmasından sonra qurulan saray həyatıyla başlamış, saray ətrafında inkişaf edən ədəbiyyat və mədəni həyatın “Ərəb və Farscanın” təsir dairəsinə düşməsiylə davam etmişdir. Ərəb və farscanın bu şəkildə təsiri türk yazı dilinin bambaşqa bir istiqamətə yönəlməsinə səbəb olmuşdur.

Bu dönəmdə Türkcə əski Anadolu mərhələsindəki saflığını itirmiş,yad ünsürlərin dilə nüfuzu artmışdır.Ancaq bundan sonrakı əsrlərdə,daha doğrusu 16-17-ci əsrlərdə dildə nisbətən də olsa sadəlik gözə çarpmaqdadır.İlk mərhələnin sonu,yəni 16-cı əsr artıq Osmanlıcanın tam şəkildə başlanğıc vəziyyətini əks etdirir.

16-cı əsrin sonundan 19-cu əsrin ortalarınadək olan müddətsə Osmanlıcanın ikinci inkişaf mərhələsini əks etdirir.Bu dönəmdə dildə qarışıqlığın həddi maksimum səviyyəyə yüksəlmiş, dildə təməl rolunu oynayan “Türkcə ünsürlər” demək olar ki,görülməz hala gəlmişdir.

Osmanlıcanın sonuncu, üçüncü inkişaf mərhələi 19-cu əsrin ortalarından 20-ci əsrin əvvəllərinədək olan dönəmi əhatə edir.Bu dönəmdə “Türk dili”ndə artıq ən yüksək həddə çatmış xarici ünsürlərin təsiri getdikcə zəifləmyə başlayır.Bu zəifləmə özüylə birlikdə ədəbi dilin sadələşdirilməsi məsələsini də ortaya qoyur. Bu məsələylə bağlı ilk dəfə 13-cü əsrdə Karamanoğlu Mehmed, 15-16-cı əsrlərdə Berqamalı Kadri, Ədirnəli Nazmi, Tatavlalı Mahremi kimi şəxiyyətlər fikir bildirmişdir.

Osmanlıcanın sadələşdirilməsiylə bağlı Azərbaycanlı dilçi Buludxan Xəlilov özünün “Türkologiyaya Giriş” kitabında maraqlı faktlarla çıxış etmişdir.Müəllif Türk dilinin sadələşdirilməsiylə bağlı aparılan islahatları üç mərhələyə bölür.

İlk mərhələyə o, 1839-1878-ci illərdə Osmanlı imperiyasında Tənzimat adı altında aparılmış islahatları aid etmişdir. Bu islahatların məqsədi ədəbi dillə,danışıq dili arasındakı normaları müəyyənləşdirmək, ərəb-fars sözlərini dildən təmizləmək, türk dilinin yazı qrafikasında müəyyən dəyişikliklər etmək olmuşdur.Bu illərdə sadələşdirməylə bağlı başlanmış islahatlar müəyyən səbəblər üzündən yarımçıq qalmışdır. Tənzimatın qəbulu ərəfəsində Osmanlı ərazilərində “Qərbləşmə” meylinin artması Avropa (xüsusiylə fransızca) mənşəli sözlərin türkcəyə nüfuzunu sürətləndirmişdir.

Türkcənin sadələşdirilməsi yönündə aparılan ikinci islahat “Gənc Türklər İnqilabı” (1908-ci il) illərinə təsadüf edir.Bu illərdə fəaliyyət göstərmiş “Türk dərnəyi” (1909) və “Gənc qələmlər” (1911) ədəbi topluluğunun sadələşdirmə sahəsində böyük xidmətləri olsa da, onların da çalışmaları istənilən nəticəni vermədi.

Dilin sadələşdirilməsiylə bağlı aparılan üçüncü dönəm islahatları isə Cümhuriyyətin elanından (1923-cü il) sonraya təsadüf edir.Belə ki,1928-ci ildə “Osmanlı dili” “Osmanlıca”, “Türk dili” termini isə “Türkcəylə” əvəz olunmuşdur.Eyni zamanda yazıda latın qrafikalı əlifbaya keçilmişdir. Bu islahatların davamı olaraq 1929-cu ildə məktəblərdə Ərəb və Fars dillərinin tədrisi dayandırılmış, 1932-ci ildə Mustafa Kamal Atatürkün dəstəyiylə “Türk Dil Qurumu” yaradılmışdır.

16-cı əsrdən etibarən türkcədə cümlənin sintaktik quruluşu əvvəlki kimi qalsa da,leksik və morfololoji səviyyədə əcnəbi ünsürlər köməkçi mövqe tutmağa başlayır. Türkcənin ərəb və fars dillərinin təsirinə məruz qalaraq getdikcə öz köhnə keyfiyyətlərini itirməsinin digər səbəbi də, Osmanlı dönəmində türkcənin qramatikasına bir o qədər də önəm verilməməsidir. Belə ki,19-cu əsrin ikinci yarısınadək Türkiyədə cəmi bir lüğət və iki qramatika kitabı yazılmışdır.Berqamalı Kadrinin 16-cı əsrdə yazmış olduğu qramatika kitabı təqribən üç yüz ildən artıq müddətdə əlyazma şəklində saxlanıldıqdan sonra yalnışz 1946-cı ildə çap olunmuşdur.

18-ci əsrin əvvəllərində (1725-1732-ci illər arasında) Şeyxülislam Əsad Əfəndi “Lehcet-ül Lügat” adlı türkcə lüğət nəşr etdirmişdir.İlk dəfə türkcənin qramatikasına aid kitab isə 1802-ci ildə Əbdülrəhman Fevzi Əfəndi tərəfindən çıxarılıb. Bu dövrün ən böyük dilçi alimlərindən olan Şəmsəddin Sami Bəy “Kamusi Türki” kitabının və altı cildlik “Kamus-ül Aləm” ensiklopediyasının müəllifidir.

Osmanlı dönəmində yazılan bədii əsərlərin böyük bir qismi xalqın anlaya bilmədiyi dildə yazılmışdır. Osmanlı türkcəsinin ağır dil və qarışıq üslublu əsərlərini sadə xalqdan ayıran və onları sadəlikdən uzaqlaşdıran səbəblər aşağıdakılardır:

1)Hələ xalq danışıq dilində olmayan Ərəb və Fars mənşəli bir çox sözün şeir və nəsr dilində istifadəsi 16-cı əsrdə özünün ən son həddinə çatmışdır. Bununla bağlı bir neçə nümunə göstərə bilərik: əbr-qaş, dendan-diş, çeşm-göz, dəst-əl, şəb-gecə, ruz-gündüz, hurşid-günəş, nehar-gündüz, zerd-sarı, sirişk-göz yaşı və s...

2) Türkcəyə Ərəb və Farscadan yeni sözlərin keçməsiylə yanaşı artıq türkcənin özündə də bu dillərin təsiriylə yeni düzəltmə sözlərin yaranması başlamışdır.(Cuy-axtaran, reft-getmiş,revan-gedən, şikeste-qırılmış, kütüb-kitablar, erkam-rəqəmlər, tedafü-müdafiə)

3) Osmanlı dönəmi türk ədəbiyyatında Ərəb və Farscadakı söz sırasına uyğun olaraq düzəlmiş tərkib və söz birləşmələrindən istifadə də geniş vüsət almışdır.(Güli ter-təzə gül, ayinei can-vücud aynası, ehli küfr-küfür sahibi , kütübi sitte-altı kitab, ferhunde ahter-uğurlu ulduz)

16-cı əsrin sonlarına yaxın isə Farscadan alınmış olan tərkiblərin daha da uzadılaraq istifadəsi geniş yayılmışdır. (Zamani devleti hüsn-Gözəllik səltənətinin zamanı, Haki kademi kadr şinasan-Dəyər bilənlərin ayağının torpağı)

4) Özəlliklə ədəbi dildə daha çox bənzətmə,şişirtmə,istiarələrdən istifadə halları da artmışdır.

5)Özəlliklə nəsr əsərlərində bəzi cümlələrin hətta bir neçə səhifə uzadılmasına da bu dönəmdə rast gəlinir.

Ancaq Osmanlı Türkcəsinə aid bütün əsərlərin bu şəkildə ağır bir dildə yazıldığını düşünmək də, yalnış olardı.Eyni dövrdə yaşamış şairlər arasında dil fərqinin mövcud olması bu dövr üçün təbii hal sayılır.Hətta bəzən bu dövrdə yazılmış eyni əsərdə də dil fərqliliyini müşahidə etmək mümkündür.Belə əsərlərdə hadisələrin cərəyan etdiyi hissələr sadə, bədii təsvirlərin verildiyi bölümlərsə nisbətən ağır bir dillə yazılmış olur.

Osmanlı dönəmi Divan ədəbiyyatı şairlərindən olan Zati və Füzulinin digər şairlərinkilərdən dilinin sadəliyinə görə fərqlənən aşağıdakı beytlərinə diqqət yetirək:

“Ah ne çok sevdüğüm sanma ki az az ağlaram

Nale eyler dururam, derd ile durmaz ağlaram....”

(Zati)

“Ne müşkül derd olursa bulunur alemde dermanı



Ne müşkil derd imiş aşkın ki, eylemek olmaz...”

(Füzuli)

Onların əksinə olaraq yenə Osmanlı dönəmi şairlərindən olan Nəfinin dilinin çətinliyinə görə öncəkilərdən seçilən iki beytinə nəzər salaq:

“Meyhane-i naz olmuş o çeşm-i siyeh-i mest

Her Küşe-i pür-fitnesi bir hab-geh-i mest”

“Aferin ey ruzigarın şehsüvar-ı saf-deri

Arşa as şimden girüt tiğ-i Süreyya-cevheri”

Nəsr sahəsində də vəziyyət bundan o qədər də fərqlənməyib. 17-ci əsrin istər nəsr, istərsə də nəzm sahəsində ən çətin dilə malik əsərlər Veysi və Nərgizi adlı sənətkarlar tərəfindən yazılmışdır.

Nərgizinin dil mürəkkəbliyiylə dövrünün digər ədəbi nümunələrindən seçilən “Nihalistan” adlı əsərindən götürülmüş bir parçaya diqqət yetirək:

“...Sipahi-zadegan-ı levend-simadan Deli Mestane denmekle şöhret-yafte bir namurad-ı mütelaşı-nihad kesb-i ömr-i heftada-sal pederi bir iki senede bahte-i kumar-bazi-i mey-peresti kılup...”

İndi isə Nərgiziylə eyni əsrdə yaşamış lakin dilinin sadəliyinə görə ondan fərqlənən Katib Çələbinin “Mizanül Haqq” adlı əsərindən alınmış parçanı gözdən keçirək:

“...Bu babda dahi selefde nice nize vaki olmuşdu.Aslı Yemen diyarında zuhur eyleyip dühan gibi aleme münteşir oldu.Bazı Yemen dağlarını mesken edip fukarasiyle bir nev şecer yemişi olan meyvesini cem edip kalb ve bün dedikleri hububatı döğüp yerler idi. Kimi dahi kavurup suyunu içerdi...”

Yuxarıda qarşılıqlı şəkildə müqaisə olunmuş nəzm və nəsr nümunələri eyni əsrlərdə yaşamış ədəbiyyatçılara məxsusdur. Orta əsrlərdə fəaliyyət göstərmiş şair və yazarların bir çoxu ibarə və tərkiblərlə dolu bir dildən istifadə etməklə, dönəmin ziyalı təbəqəsinin gözündə (özəlliklə saray əyyanlarının gözündə) yüksəlmək məqsədini güdmüşdür. Lakin kor-koranə bir şəkildə atılmış bu addım sənətkarlarla sadə xalq arasında dərin uçurumların yaranmasına səbəb olmuşdur.

18-ci əsrdən etibarənsə həm nəzm,həm də nəsr dilində qismən də olsa sadələşmə nəzərə çarpır. Surnamələr və təzkirələrdə ibarəli-ağır dil hələ də qalmaqda idi. Bundan fərqli olaraq tarixi əsərlər və Səfəratnamələr dha sadə-anlaşıqlı bir dildə yazılmışdır.

Şeirdə isə 17-ci əsrdə Nabiylə başlayan sadələşmə prosesi 18-ci əsrdə də davam etməkdəydi. Qəsidələrə nəzərən qəzəllərin dili daha sadə idi.Bu əsrdə əhatə dairəsini genişləndirmiş “Şərqi”lər isə sadəlik baxımından qəzəlləri də üstələyirdi.

18-ci əsrin nəsr nümayəndələrindən olan Seyyid Vehbi “Surnamə” əsərini mürəkkəb, onunla eyni dövrdə yaşamış Yirmisekiz Mehmed Çələbiysə “Səfarətnamə” adını verdiyi əsəri sadə-anlaşıqlı türkcədə yazmışdır.Bu yüzillikdə nəzm sahəsində Nədim nisbətən sadə, Şeyx Qalib isə ona nəzərən mürəkkəb dildə yazılmış əsərləriylə tanınmaqdadır.

19-cu əsrdən etibarənsə artıq Osmanlıcanın sadələşdirilməsi yönündə tək-tək cəhdlər deyil, ümumi dərnək və jurnalların ətrafında toplanan ədiblərin birlikdə islahatlar keçirmə istəklərinin şahidi oluruq.

OSMANLI DÖNƏMİ TÜRK ƏDƏBİYYATI (XV- XVI ƏSRLƏR)

Türkcənin Anadolu sahəsində yazı dili olaraq istifadə edilməyə başlanmasından bir müddət sonra bu yeni yazı dilindən yeni bir ədəbi dil təşəkkül etməyə başlamışdır. Şərqdə Xəqaniyə (Hakaniye) Türkcəsi də deyilən Çağatay Türkcəsi ilə birlikdə Osmanlı Türkcəsi, İslam mədəniyyət inin laiqincə təbliğ edən bir ədəbi dil olmuşdur.


Osmanlı Türk ədəbiyyatı Tənzimata qədər Ərəb və Fars ədəbiyyatları ilə paralel olaraq qəzəl, məsnəvi, rübai və s. növlərdə əsərlər vermişdir. Tənzimatla birlikdə qərb ədəbi növlərinin istifadə edilməsinə başlanmış, klassik tərzdə yazılmış əsərlər öz aktuallığını itirmişdir.

Qısa müddətdə qazanılmış ard-arda qələbələrdən sonra XV əsrin əvvəllərində Ankara Döyüşü (1402) Osmanlılar üçün siyasi baxımdan bir uğursuzluq oldu. Anadoluda Türk birliyi tamamlanmaq üzrəykən dövlət “Fitrət dövrü” adı verilmiş bir mərhələyə qədəm qoydu.Bu dönəmdə ədəbi fəaliyyətlərdə bir durğunluq görülməyə başlandı. Ancaq Çələbi Mehmed güçlü strategiyası sayəsində qısa zamanda vəziyyətə hakim oldu. Dövlətin birliyi yenidən bərpa olundu. Çləbi Mehmedin oğlu II Muradın hakimiyyətə gəlməsiylə birlikdəysə ədəbi və elmi sahələrdə canlanma başladı.A hmedi və Şeyhoğlu Mustafa kimi usta şairlər əsrin əvvəllərində dəyərli əsərlər yazmağa davam edirdilər.

Sultan II Murad dövründə bir çox elmi,tarixi və ədəbi əsər yazıldı. Bunda, padşahın özünün şair olması ilə yanaşı, ədəbiyyat və mədəniyyət məsələlərinə əhəmiyyət verməsinin də böyük təsiri vardır. II Muradın hakimiyyət illərində mədəniyyət və ədəbiyyat sahəsindəki fəaliyyətlər Osmanlı sarayına ayaq açdı.Yeni ədəbi əsərlərin yazılmasıyla yanaşı bu dövrdə tərcümə sahəsinə də böyük önəm verən II Murad din, təsəvvüf, əxlaq, tarix və məhəbbət mövzularınında yazılmış bəzi əsərlərin tərcümə edilməsi əmrini də vermişdir.Bütün bu sadalanan faktlardan əlavə II Murad Türkcəyə,onun inkişafına da böyük əhəmiyyət vermiş,əsərlərin sadə,xalqa aydın olan bir dillə yazılmasını istəmişdir. Onun zamanında Anadoluda Türk birliyi qismən də olsa tamamlamışdır. II Muradın oğlu II Mehmed də atasının yolunu davam etdirmişdir. İstanbulun fəth edilməsindən sonra bura elm və mədəniyyətin inkişaf mərkəzinə çevrildi. Fatih Sultan Mehmedin özü, atası kimi şairliyiylə də tanınmışdır. Avni təxəllüsü ilə şeirlər yazan Fateh, divan tərtib edən ilk Osmanlı hökmdarıdır. Fatehdən başqa II. Bəyazid, Cem Sultan və Bəyazidin oğlu Şahzadə Korkut da ədəbiyyat sahəsində əsərlər vermişdir.

XV əsrin əvvəllərində Süleyman Çələbi “Mövlud” adıyla şöhrət tapan “Vəsilətun-Necat” adlı məsnəvisini yazmışdır. Bu əsər türk ədəbiyyatında mövludi növünün ilk nümunəsi sayılır.Süleyman Çələbini Əbdülvasi Çələbinin “Meracnamə”, Xətiboğlunun “Lətaifnâmə”, Kamal Ümmînin “Qırx Ərmağan” adlı əsərləri izləyir.


Klassik Osmanlı ədəbiyyatının qurucuları sayılan Əhməd-i Dai, Şeyxi, Əhməd Paşa və Necati kimi böyük şairlər bu əsrdə yetişmişdir. Bunlardan başqa Ətayi, Məsihi, Zeynəb Xatun, Mehri Xatun kimi divan sahibi şairlər də bu dövrdə yaşayıb yaratmışdır.
Bu əsrdə Məsnəvi sahəsində ən öndə gedən şair Həmdullah Hamdidir.Hanidinin “Divanından” başqa “Yusif və Züleyxa”, “Leyli və Məcnun”, “Tövhətul-Uşşak”, “Qiyafətnâmə” və “Əhmədiyyə” adlı əsərlərindən ibarət bir xəmsəsi də vardır.

Ahi, Behişti, Tacizadə Cəfər Çələbi, Rəvanî, Dövlətoğlu Yusif isə bu əsrin digər məsnəvi şairlərindəndir.Yazıcıoğlu Mehmed öz “Muhammediye” adlı əsəri ilə şöhrət qazanmışdır. Muini adlı şair Mövlanənin “Məsnəvisini” türkcəyə tərcümə etmişdir. Xətiboğlu Mehmed isə 1410-cu ildə Hacı Bəktaş Vəlinin ərəbcə mənsur şəkildə yazılmış “Məqalət” adlı əsərini, mənzum şəkildə Türkcəyə tərcümə çevirmişdir.

XVI əsrdə türk ədəbiyyatı XV əsrlə müqaisədə diqqətə çarpacaq dərəcədə inkişaf inkişaf tempi göstərib. Osmanlı Dövlətinin ən güclü dövrü olan bu əsrdə, Memar Sinan memarlıq, İbn Kamal, əbussuud Əfəndi və Kınalızâde Ali Çələbi kimi şəxsiyyətlər elm sahəsində fəaliyyət göstərmiş böyük şəxsiyyətlərdəndir. İstanbul başda olmaq üzrə, Bursa, Ədirnə, Manisa, Amasya, Bağdad, Konya, Diyarbakır, Kefe (Krım) və Vardar Yenicəsi (Bolqarıstan) kimi mərkəzlərdə müxtəlif elm,ədəbiyyat və sənət sahələri inkişaf edirdi. Şərqdə Səmərqənd, Buxara, Əfqanıstan və Hindistan da bir Türk mədəniyyət mərkəzinə çevrilməyə başlamışdır.

Bu əsrdən etibarən türkçə bir imperatorluq dili olmaq yoluna girdi. Lakin ərəbcə və farsca sözlərin,türkcənin quruluşuna mənfi yöndə təsir edəcək qədər geniş istifadəsi də bu dövrdən başladı. Bununla yanaşı türkcədə atalar sözləri və deyimlər XVI əsr şairlərininin əsərlərində geniş olaraq istifadə edilirdi. Digər tərəfdən XV əsrdən başlayan və xalq türkcəsi ilə şeir yazılmasını nəzərdə tutan “Türkü Sadə” hərəkatının ən qüvvətli iki nümayəndəsi olan Məhrəmi və Ədirnəli Nazmi də bu dövrün yetirmələridir.

Bu əsrdə qəzəl, qoşuq, məsnəvi,rübai kimi nəzm şəkillərində yazmış şairlərin də fəaliyyətini görmək olar. Füzuli, Baqi, Xəyali qəzəl və qəsidələ sahəsində yazmış olduqları əsərlərlə bütün türk dünyasının qüdrətli şairlərindən sayılırlar. Türk ədəbiyyatının ən böyük “Tərkibi bənd” şairi olan Bağdadlı Ruhi bu əsrdə yaşamışdır.

Ədəbiyyat araşdırmaçıları tərəfindən Türkiyə ədəbiyyatının qızıl dövrü kimi qəbul edilən bu dönəmdə məsnəvi bir ədəbi növ olaraq çox geniş bir şəkildə inkişaf etmiş, Füzulinin “Leyli və Məcnun” əsəri ortaq İslam ədəbiyyatının ən əhəmiyyətli əsəri olaraq meydana çıxmışdır. Taşlıcalı Yəhya bəyin, Qara Fəzlinın, Azəri İbrahim Çələbinin məsnəviləri də dövrünün ən gözəl ədəbiyyat nümunələri sayılır.Rübai sahəsində Qara Fəzli, satira (yumor) sahəsində Qəzali bu dövrün öndə gedən adlarındandır. Şəhər həyatına aid “Şəhrəngizlər” məhəlli mövzuları işləyən orijinal əsərlərdir. Bu növdə Lamii Çələbi, Fakiri, Nihali kimi şairlər Bursa, istanbul, Ədirnə və Diyarbakır üçün “Şəhrəngizlər” yazmış sənətkarlardandır.

Bir çox dini, təsəvvüf mövzulu əsərlərlə yanaşı Xəqani Hz. Məhəmmədin üz və bədən görünüşünü əks etdirən “Hilyə” adlı janrda ən gözəl əsərini bu dövrdə yazmışdır.

İlkin ədəbiyyat tarixi nümunələri kimi dəyərləndirilən “Tezkirəçilik” də bu əsrdə Səhi və Lətifi kimi böyük şairlərin simasında inkişaf etmişdir.


Ozan və aşıqlar türk xalq yaradıcılığında əzəldən bəri əhəmiyyətli bir yerə malikdir. Qədim türk tarixinə nəzər salsaq əlində qopuz olan ozan və kamların ölüm,şənlik,qələbə kimi hadisələrdən sonra ortaya çıxaraq musiqi sədaları altında çalıb-oxuduqlarını görərik.

XVI əsrdə bəzi bölgələrdə xalq şeiri ənənələri hələ də davam etməkdəydi.Bu dönəmdə ordu içində səfərə qatılıb və bu haqda şeirlər söyləyən saz-qopuz ustalarına təsadüf etmək oar. Xalq şairlərinin şerlərində önəmli yerə sahib olan “Cənglər” də XVI əsrdə ortaya çıxmışdır. I Səlimin iran və Misir səfərlərinə qatılan Baxşı adlı şair bu əsrdə tanınmış ilk saz şairidir. Yazılı mənbələrdə bu şairlə eyni əsrdə yaşamış və “Ozan” təxəllüsünü istifadə etmiş bir xalq şairinə də rast gəlinməkdədir. Onları Qul Mehmed, Öksüz Dədə, Xəyali və Koroğlu kimi xalq şairləri izləyir.

Bu əsrdə bunlara paralel olaraq xalq hekayələri təşəkkül tapmağa başlamışdır.Bazarlarda, toylarda, çayxanalarda və s. insanların toplandığı bəzi yerlərdə tez-tez aşıq deyilən saz şairlərinə rast gəlinirdi. Osmanlı Dövləti daxilində onlar müəyyən bir sinif olaraq ortaya çıxmışlar və xalqın duyğularını dilə gətirmişdirlər.

Aşıq adı verilən saz şairləri bəzi xüsusiyyətlərə malik idi. Bunlar müəyyən bir insan topluluğunun qarşısında xalq dilinə yaxın bir tərzdə çalıb-söyləyirdilər. Bu şairləri ümumiyyətlə o dövrün səyyahları da adlandırmaq olar.Aşıqların yetişmələri üçün müəyyən inkişaf mərhələlərindən keçmələri tələb olunurdu. Saz şairliğine maraqlı, istedadlı gənclər tanınmış aşıqlərın ətrafında toplanırlardı. Onlar müəyyən bir musiqi təhsili görməklə birlikdə şəhər mədəniyyət həyatından da ayrılmazdılar. Uzun səyahətlər edər,ədəbi məclislərə qoşular, sondaysa ustadlarından təxəllüs alaraq “Aşıq” kimi fəaliyyət göstərərdilər.



Osmanlı dönəmi türk ədəbiyyatı. (XVII-XIX əsrlər)

XVII əsrə gəlindiyində Osmanlı Dövlətinin geniş və güclü bir dövlət görünüşündə olmasına baxmayaraq imperiyada geriləmə, hətta çöküş mərhələsi başlamışdır. Əslində dövlət, şərqdə və qərbdə lazimi sərhədlərə çata bilmişdi. Lakin daxildə baş qaldıran narazıçılıqlar, Cəlali üsyanları, ölkəni böhrana sürükləməklə daxili nizamı, tarazlığı pozmaqdaydı.Buna rəğmən XVI əsrdəki təbii inkişaf davam edir, Krımda,Qahirədə, Bağdadda, Balkan yarmadası kimi müxtəlif elm və mədəniyyət mərkəzlərində türkçə yazan böyük şairlər yetişirdi. Bu əsrdə, mədəniyyət və elm sahələri eyni səviyyədə inkişaf etməkdəydi.Katib Çələbi kimi böyük şəxsiyyət bu əsrdə yaşamışdır.


Bu əsrdə hakimiyyətdə olan padşahların özləri şairlik etməklə bərabər, keçən əsrdə olduğu kimi digər şairlər və sənətkarları qorumuşlar. XVI. əsrin zirvədə olan simaları Füzuli və Bakidən sonra bu əsrdə də böyük söz ustadları yetişmişdir.Bir neçə əsr öncə fars şairlərindən təsirlənərək əsərlər yazan . türk şairlerinin özləri bu dövrdə artıq iran şairlərindən də üstün olduqlarını iddia etmişlər. Məsnəvilərdə yer alan mövzular əsasən yerli həyatdan alınmağa başlanşdır.Nev'izâdə Ətayi məsnəvi janrının bu əsrdəki ən məhsuldar təmsilçilərindəndir.

Qəsidəl janrında isə Nəfi, təkcə bu əsrin deyil, bütün klassik Türk ədəbiyyatının ən böyük şairi kimi qəbul edilir.Ayrıca bu sahədə Qənizadə Nadiri, Riyazi, Sabri, Kafzadə Faizi kimi adlar yetişmişdir.

Qəzəl janrında əsrin ən qüdrətli şairi sayılmış Şeyxülislam Yəhya Əfəndini Şeyxülislam Bahai, Fəhim, Vecdi, Naili Qədim və Neşat kimi divan şairləri izləmişdir.

XVII əsrin ikinci yarısının ən böyük şairi Nabidir. Nabi nəsr nümunələri, qəzəl, koşuq və məsnəviləriylə ilə hələ sağlığında şöhrət qazanmışdı. Rübai janrında Əzmizadə Haləti türk ədəbiyyatının ən qabaqcıl isimlərindəndir.

Bu dönəm şairləri əsərlərində səslənmə və məna uyğunluğuna önəm verər, əsərin anlamına bir dərinlik, düşüncələrinə bir genişlik qatarlar. Deyilmək istənilən fikri çətin,ibarələi sözlərlə verərlər.Bu cürə təsvir bir qədər də “Sebk-i Hindi” cərəyanının xüsusiyyətlərinə bənzəyir. “Sebk-i Hind” İranda yaranmış, Hindistanda və türk imperatorluğu sarayında inkişaf etmiş ədəbi cərəyandır.Bu cərəyanın əsasında az sözlə dərin və böyük məna ifadə etmək bacarığı dayanır Ümumiyyətlə bu üslubu İranda ərazisində istifadə və inkişaf etdirən sənətkarlar da türk əslli olub.Bu cərəyanın Osmanlı ədəbiyyatında layiqli təmsilçilərindən Naili,Neşati və Fəhminin adını çəkmək olar.

XVII əsrdə nəsr sahəsində də böyük ustadlar yetişmişdir. Nergisi yalnız şeirlə deyil nəsirlə də “Xəmsə” yazıla biləcəyini sübut etmişdir. Lakin Nergisi və Veysinin nəsri nümayişkəranə bir özəllik daşıdığından, onların əsərləri türkcənin qramatik quruluşuna böyük zərər vurmuşdur. Bu şairlərin əksinə olaraq sadə türkcə Katib Çələbi və Övliya Çələbinin yaradıcılığında öz əksini tapmışdır. Ümumiyyətlə bu əsrdə nəsr dili şeir diliylə müqaisədə nisbətən ağırdır.

Xalq və aşıq şeiri də XVII əsrdə özünün ən yüksək inkişaf mərhələsini yaşamışdır.Bu ədəbiyyatın ən görkəmli təmsilçilərindən Quloğlu,Qayıqçı Mustafa,Gədayi,Gövhəri,Qaracaoğlan,Aşıq Ömərin adını çəkmək olar.Adları çəkilən bu şairlər mövzu və dil baxımımdan klassik türk şeirindən və təsəvvüf ədəbiyyatından bəhrələnmişdir.

Bu əsrdə xalq şairlriylə klassik şairlərin arasında yaxınlaşma nəzərə çarpır. Xalq şairlərindən bəziləri hətta klassik şairlər kimi divan tərtib etmiş və divanlarının tərtibi zamanı klassik şeirin söz və tərkibləindən məharətlə yararlanmışdır.Xalq şeirlərində Əruz vəzninin təsirinin artması da bu dövrə aiddir. Digər tərəfdənsə klassik şairlərin bəziləri heca vəznindən və xalq şeirlərindən faydalanmışdır.

XVIII. əsrin əvvəllərində ədəbiyyat sahəsində olan vəziyyət böyük ölçüdə bir əvvəlki əsrin xüsusiyyətlərini daşımaqdaydı. XVII əsrin ikinci yarısında yetişən Nabi və Sabit kimi divan şairləri XVIII əsrin ilk illərində də əsərlər yazmağa davam etmişdir.
XVIII əsrin ilk rübündə Osmanlı tarixində “Lalə Dövrü” adı verilmiş bir mərhələ yaşanır. 1718-ci ildə III Əhmədin Damat Nevşehirli ibrahim Paşanı sədrəzəm olaraq vəzifələndirməsi ilə başlayan və 1730-ci ildə baş vermiş Patron Xəlil üsyanı ilə sona çatan bu dövrədə bir çox ictimai və fikri inilablar yaşandı.

Bu dönəmdə İstanbul başda olmaqla bütün şəhərlərdə memarlıq abidələrinin tikintisinə böyük önəm verilmiş,şair və sənətkarların əaliyyəti üçün geniş imkanlar yaradılmışdır. Bundan əlavə 1727-ci ildə İbrahim Müteferrika tərəfindən qurulan mətbəədə Türkçe əsərlərin çap olunmasına başlanmışdır. Bu mətbəədə ilk olaraq “Vankulu lugati” nəşr olunmuşdur.

Lalə Dövrü Osmanlı düşücə və mədəniyyət həyatında əhəmiyyətli bir mərhələ hesab olunur. Lalə Dövrünün ən qabaqcıl şairi Nədim hesab edilir. Nədim şeirlərində coşğun ruhunu, həyəcan dolu duyğularını, istanbul həyatını dilə gətirmişdir. O əsərlərinin əsas süjet xəttini gündəlik həyatdan almışır.
XVII. əsrdə başlayan “Məhəllilik” cerayanı XVIII əsrdə Nədim tərəfindən inkişaf etdirilmişdir. Nedimdən başqa Osmanzade Taib, Seyid Vehbi, Rəşid kimi sənətkarlar da zamanın önəmli şairlərindəndir. Osmanzâde Tâibe Osmanlı hökmdarının əmriylə “Şairlər rəisi -Rəisi Şüəra" ünvanı verilmişdi.
XVIII əsrin sonlarında fəaliyyət göstərən Şeyx Qalib klassik şeirin sonuncu böyük şairi olaraq qəbul edilir. Haşmet, Fıtnat Xanım, Tokatlı Kani kimi şəxsiyyətlər bu əsrin digər şairləridir.
Nəsr sahəsində Yirmisekiz Mehmed Çələbinin, Əhməd Rəsmi Əfəndinin Sefarətnamələri, Səfa və Râmizin Təzkirə janrındakı əsərləri və Rəşidin tarixi mövzulu əsərləri olduqca əhəmiyyətlidir.

XIX əsr Osmanlı Dövləti üçün böyük çətinliklərin yaşandığı, daxili və xarici çətinliklərin artdığı dağılma dönəminə girildiyi bir tarixdir.


Belə bir mühitdə belə divan ədəbiyyatı öz varlığını davam etdirmişdir. Ancaq XVIII Əsrdə ən yetkin nümunələrini verən klassik ədəbiyyat bu dövrdə, “Məhəlliləşmə” cərəyanı içərisində yaşamını sürdürmüşdür .Nəzmdə Əndərunlu Vasif, Əndərunlu Fazil, Keçəcizadə İzzət Molla, Akif Paşa, Şeyxülislam Arif Hikmət, Leyla xanım, nəsrdə Esat Əfəndi tanınırdı. Aşıq şeiri sahəsində Bayburdlu Zehni, Ərzurumlu Əmrah, Aşıq Dərdli, Dadaloğlu öndə gələn adlar siyahısında idi.

Tənzimat sonrası Osmanlı ədəbiyyatı

Osmanlı Dövləti ilk dəfə XVII əsrin ortalarından sonra Avropa qarşısında məğlubiyyətlərə uğramağa başladı. II Vyana mühasirəsinin uğursuzluğundan sonra yaşanan məğlubiyyətlərin qarşısını heç cürə almaq mümkün deyildi. XVIII əsrdən etibarənsə Avropanın Osmanlı üzərindəki üstünlüyü rəsmən qəbul edildi. Dövləti, düşdüyü vəziyyətdən qurtara bilmək üçün Avropanın çatdığı elm və texniki tərəqqinin ölkəyə intqrasiyası məqsədilə islahatlara başlanıldı. Bu islahatlar müəyyən bir proqram çərçivəsində olmayıb, köklü dəyişikliklərdən uzaq, qısa müddətli inkişaf məqsədini daşıyan cəhdlər olaraq qaldı. XIX əsrin əvvəllərində III Səlim və II Mahmudun “Qərbləşmə və müasirləşmə” yolunda həyata keçirdiyi tədbirlər də istənilən nəticəni vermədi. Bütün bu səylərlərə rəğmən Osmanlı Dövləti getdikcə əvvəlki qüdrətini itirir, artıq güclənmiş qərb dövlətləri qarşısında yalnızca varlığını qoruya bilmək haqqında düşünürdü . Bu islahatlar nəhayət 1839-cu ildə Tənzimat Fərmanının elanı ilə tam şəkildə dövlət proqramı çərçivəsinə salınmışdır.


Bu müddət ərzində isə qərb mədəniyyətini daha yaxından tanıyan, onu mükəmməl biçimdə mənimsəyən gənc nəsil yetişməkdə idi. Bu gənc nəslin nümayəndələri, qərb ədəbiyyatının əsasında köhnə ədəbiyyatdan tamamiylə fərqlənən yeni bir cərəyan meydana gətirdilər. Bu dönəm Osmanlı ədəbiyyatı tarixində “Tənzimat dönəmi türk ədəbiyyatı” kimi adlandırılmışdır. Bu ad altında mövcud olmuş ədəbiyyat 1860-1895-ci ilə qədərki dövrü əhatə edir. Bu ədəbi dövrün nümayəndələri isə “Ədəbiyyat-i cədidəçilər” (Yeni ədəbiyyatçılar ) kimi tanınmışdır.

Ədəbiyyati Cədidəçilərin əsas məqsədləri məhv olma təhlükəsi ilə qarşı-qarşıya qalan imperyanı qurtarmaq, milləti marifləndirmək, elm və mədəniyyətin inkişafına təkan vermək, onları Qərb mədəniyyətinin çatdığı səviyyəyə yüksəldə bilmək idi. Tənzimat ədəbiyyatının nümayəndələri məqsədlərinə çatmaq üçün ədəbiyyatı bir vasitə olaraq istifadə etmişdir. Tənzimat ədəbiyyatını təmsil edən sənətkarların verdiyi əsərlər sırf bədii ədəbiyyat nümunəsi olaraq qəbul edilə bilməz.Belə ki bu dövrdə yazılmış əsərlər əsasən siyasi məqsədlər üçün yazılmışdır. Yeni qərbyönümlü ictimai və siyasi düşüncələrin ədəbi əsərlər vasitəsilə xalqa izah edilərək əhatə dairələrinin genişlənməsinə çalışılmışdır.ə

1839-ci ildən sonra ölkədə qurulan bəzi əhəmiyyətli təşkilatlar və əvvəllər də mövcud olmuş bəzi birliklrər yeniləşmə hərəkatını inkişaf etdirəcək ədəbiyyatçıların yetişməsinə kömək edirdi.1839-cu ildən sonra ölkədə xarici dil bilən gənclərə ehtiyac getdikcə artdı. Bu ehtiyacı ödəmək məqsədiylə məktəblərdən əlavə tərcümə birliklərinin yaradılmasına başlanılmışdı.1832-ci ildə qurulan “Tərcümə Qələmi (Odası)” bu birliklərdən ən önəmlisidir. Tənzimat sonrası ədəbiyyatı təmsil edən ədəbiyyatçıların bir çoxu burada yetişmişdir.

Tənzimat dönəmi mədəniyyət sahəsində əhəmiyyətli rol oynayan başqa bir birlik də “Encümen-i Dâniş” təşkilatı sayılır. Bu təşkilat 1851-ci ildə Osmanlı padşahının fərmanıyla təsis edilmişdir.Təşkilatın yarandığı ilk illərdə əsas vəzifəsi Darülfünûn'da tədris ediləcək kitablar hazırlamaq idi. Lakin təşkilatın yaradılmasında əsas məqsəd Fransız Akademiyası əsasında yeni bir akademiyanın quruluşunu təmin etmək idi. Dövrün tanınmış elm və mədəniyyət nümayəndələri “Encümen-i Danış” birliyi üçün əhəmiyyətli kitablar yazmış və yatərcümə etmişdir.Yazılmış bu əsərlərin də qərb düşüncəsinin əhali arasında geniş yayılmasına müəyyən dərəcədə təsiri olmuşdur olmuşdur.

Yeniləşmə yolunda əhəmiyyətli rola sahib birliklər arasında qəzetlərin də adını çəkmək olar. 1831-ci ildə rəsmi dövlət qəzet olaraq çıxan Təqvim-i Vekayi'den sonra ilk özəl Türkçə qəzet 1840-cı ildə ingilis Cörçil tərəfindən çıxarılmış “Cərideyi Həvadis”dir. Ounu 1861-ci ildə “Tərcümani Əhval” ardındansa “Təsvir-i Əfkar” izləməkdədir. 1860-cı ildən sonra qəzetlərin sayında sürətli artım yaşanmışdır.

Bu təşkilatlar ümumilikdə yeniləşmə məqsədi güdsə də illər keçdikcə onlar arasında fərqli düşüncələr meydana çıxırı. Bu dövrədə ədəbiyyatçılar arasında yeniləşməni həyata keçirmək üçün üç əsas ideya hökm sürməkdəydi.


1 – Mədəniyətçilik ideyası: Qərb mədəniyyətini mənimsəmək və bu yolla inkişafa nail olmaq məqsədini güdürdü. Ən tanınmış nümayəndələri Mustafa Rəşid Paşa, Münif Paşa, Şinasi sayılır. Daha sonra Tofiq Fikrət də bu ideyanın ən qızğın tərəfdarlarından olmuşdur.

2 – Osmanlıçılıq İdeyası:Dinindən asılı olmayaraq, eyni hüquqlara sahib müxtəlif millətlərin Osmanlı səltənəti ətrafında toplanmasını dəstəkləyən düşüncədir. Bu fikirin müdafiəçiləri arasındadır Əli və Fuad paşa başda olmaqla Namiq Kamal və Əhməd Midhət Əfəndi kimi adlar önə çıxmaqdadır.


3 –İslamçılıq ideyası: Yeni inkişaf edən və qərbdən gələn hüquq anlayışı əsasında üzə çıxmışdır.Gələcəkdə dövlətin mənfəəti üçün alınacaq bütün qərarların Islami əsaslara söykənməsini istəyən düşüncə formasıdır. İdeyanın ən qabaqcıl nümayəndəsi Əli Suavi Əfəndi olub.

Tənzimat ədəbiyyatı araşdırıldığında 1860-1885 illəri arasında yazılan əsərlərin eyni mahiyyətdə olmadıqları və dövrün tələblərinə görə bəzi fərqliliklər daşıdıqları görülür. Elə bu səbəbdəndir ki ədəbiyyatşünaslar Tənzimat ədəbiyyatını şərti olaraq iki dövrə ayırır:


1 – Birici Dönəm (1860-1876-cı illər): Bu dönəm öz başlanğıcını İbrahim Şinasinin “Tərcümani Əhval” qəzetini çıxardığı ildən götürmüş və “I Məşrutiyyənin” elanına qədər davam etmişdir. Bu dövrün ədəbiyyatçıları daha çox siyasətçi özəlliyini daşımaqdadır.İbrahim Şinasi , Ziya Paşa Namiq Kamal kimi ədiblər bu yeni ədəbi dövrün ilk nəslini nümayəndələri sayılırlar.
2 – İkinci Dönəm (1876-1885): Daha çox fərdi duyğuların və fəlsəfi düşüncələrin ədəbi əsərlərdə əsas mövzu kimi işləndiyi bir dövrdür. Bu dövrədə ədəbi nümunələrdə ictimai və siyasi məsələlərdən daha çox insan, təbiət kimi ümumi mövzular ələ alınmışdır. İkinci dönəmin əsas təmsilçilərindən Əbdülhəq Hamid, Rəcaizadə Mahmud Əkrəm və Sami Paşazadə Səzainin adını çəkmək olar.

Tənzimat ədəbiyyatı dönəmində klassik Osmanlı ədəbiyyatı ənənələrinə qarşı çıxılmış, başda nəsr olmaq üzrə, klassik ədəbiyyatın şəkil və növləri üzərində böyük dəyişikliklər edilmişdir.Dilin sadələşdirilməsi yönündə əhəmiyyətli sayılacaq addımlar atılmış, yazılan əsərlərin mövzuları daha çox gündəlik həyata və onun şəkilləndirilməsinə yönəldilmişdir.

Tənzimat dönəmində ədəbiyyat sahələrində baş vermiş ümumi dəyişiklikləri aşağıdakı şəkildə qruplaşdıra bilərik :

a) Klassik Osmanlı ədəbiyyatında olmayan teatr, roman, məqalə, hekayə, xatirə, tənqid vəbu kimi bir çox ədəbiyyat növləri inkişaf etdirilmişdir.

b) Fransız İnqilabından sonra Osmanlı sərhədləri daxilində də geniş yayılmış bərabərlik, ədalət, demokratiya kimi yeni düşüncələr ədəbi əsərlərdə də işlənilmişdir.

c) Qəzetlərin nəşri sürətlənmiş və bu qəzetlər qərb yönümlü ideyaların xalq arasında yayılması üçün önəmli vasitəyə çevrilmişdir.

d) Yazılan əsərlədə xalqın asanlıqla anlaya biləcəyi sadə bir dilin meydana gətirilməsinə çalışılmışdır.

Osmanlı ədəbiyyat tarixində Tənzimat ədəbiyyatının ikinci nəsli ilə Sərvət-i Fünun ədəbiyyatı arasında olan qısa dövrün ədəbiyyat sahəsində təmsilçiləri “Ara Nəsil” olaraq adlandırılmışdır. 1885-1896 illəri əhatə edən dövrdə əsər verən sənətkarlar bir tərəfdən Tənzimat ədəbiyyatının birinci nəslinin nümayəndəsi Namık Kamalın,digər tərəfdən ikinci nəsil tənzimatçılarından Abdülhak Hamid və Recaizâde Mahmud Əkrəmin başqa bir tərəfdən isə ədəbiyyatda yeniliyi qəbul etsə də dil və zövq baxımından Osmanlı ənənəsinə bağlı qalan Müəllim Nacinin təsirinə məruz qalmışdır. Axtar nəsli təmsil edən sənətkarların böyük qismi 1860-cı ildən sonra açılan yeni təhsil müəssisələrinin məzunları idi.



Sərvəti Fünun və Fəcri Ati topluluqları

Sərvət-i Fünun Topluluğu” eyni adlı məcmuə ətrafında toplanan sənətkarların meydana gətirdiyi ədəbi birliyin adıdır. Bu ədəbiyyatçıların meydana gətirdiyi ədəbiyyata Sərvəti Fünun ədəbiyyatı ya da “ Yeni ədəbiyyat-i cədidə” deyilir. “Ədəbiyyat-i cədidə” Tənzimat dönəmi ədəbiyyatına verilən ümumi addır. Sərvət-i Fünun birliyininin meydana gətirdiyi ədəbiyyatı İbrahim Şinasi, Namiq Kamal, Ziya Paşa, Abdülhak Hamid, Recaizâde Mahmud Əkrəm kimi sənətkarların meydana gətirdiyi ədəbiyyatdan fərqləndirmək üçün tənqidçilər bu dönəmi "Yeni Ədəbiyyat-i Cədidə" adlandırmışdır.

1890-cı ildə Əhməd İhsan Tokgöz “Sərvət” adlı yeni bir qəzet çıxarmağa başlamışdır. Bu qəzetin ayrıca “Sərvət-i Fünun” adlı kiçik bir əlavəsi də var idi. Sonrakı illərdə qəzet bağlansa da onun əlavəsinin nəşri davam etdirilmişdir. “Sərvəti Fünun” yarandığı ilk vaxtlarda ədəbi bir mahiyyət daşımırdı. Bu jurnal içərisində hər cürə ensiklopedik məlumat olan bir məcmuəni xatırladırdı. “Sərvət-i Fünûnun” ədəbi məcmuə halına gətirilməsinin özü də bir təsadüf nəticəsində baş vermişdir.

Bu dövrədə “Məlumat” adlı bir başqa məcmuə işıq üzü görməkdəydi. “Məlumat” jurnalında Recaizâde Mahmud Əkrəmin “Şemsa” adlı kiçik hekayəsini icazəsiz olaraq dərc edilir. R.M.Əkrəm bu hadisəni Sərvət-i Fünun jurnalında tənqid edir. Bu yolla Əkrəmlə məcmuə sahibi Əhməd Lütfü arasında bir yaxınlıq başlayır. Bundan sonra Əhməd İhsan mecmuənin ədəbi bir mahiyyətə bürünməsi üçün Recaizâde Mahmud Əkrəmdən kömək istəyir. R.M.Əkrəmsə öz növbəsində tələbələrindən Tofiq Fikrətə bu işlə maraqlanmağı tapşırır . Beləcə 1896-ci ilə qədər ensiklopedik səciyyə daşıyan jurnal ədəbi mahiyyət qazanmış olur.

256-cı sayından etibarən (1896 Yanvar) qısa müddətdə dövrün “Məktəb”, “Hazine-i Fünun”, “Məlumat” və digər jurnallarında fəaliyyət göstərən, Recaizâde Mahmud Əkrəm və Abdülhak Hamid kimi sənətkarların təsiriylə yeni ədəbiyyat anlayışına görə əsər verən sənətkarlar, Sərvəti Fünun məcmuəsi ətrafında toplandılar.Beləcə XIX əsrin sonlarında yeni bir ədəbiyyat zümrəsi meydana gəldi. Bu zümrəyə daxil olan sənətkarları aşağıdakı şəkildə sıralamaq olar: Xalid Ziya, Tofiq Fikrət, Cənab Şəhabəddin, Mehmed Rauf, Hüseyn Cahid, Əhməd Şuayb, Hüseyn Sirət, Süleyman Nəsib, Hüseyn Suad, Əhməd Rəşid, Cəlal Sahir, Əhməd Hikmət və başqaları.

“Sərvəti Fünun” ədəbiyyatının başlıca xüsusiyyətləri:

1)Klassik ədəbiyyat ənənələri tamamiylə dəyişdirildi .

2)Müasir Fransız ədəbiyyatı nümunə kimi qəbul edildi.

3)Əsərlərdə cəmiyyətlə bağlı heç bir məsələ ələ alınmadı. Xəyali düşüncələrin yer aldığı və həqiqi həyatla heç əlaqəsi olmayan yeni bir ədəbiyyat meydana gəldi.

4)Tənzimat ədəbiyyatında başlanan dildə sadələşmə başlansa da, bu dönəmdə istifadə edilən Türkçə yenidən ərəbcə və fars tərkibləriylə doldu. Anlaşılması çətin olan yeni bir dil meydana gəldi.

5)Şeirlərdə əruz vəznindən istifadə edildi.Ədəbiyyata avropa şeirində istifadə olunan sonet, terza-rima, sərbəst müstəzad kimi yeni nəzm şəkilləri gətirildi.

7) Duyğuları ifadə edə bilmək üçün yeni söz və tərkiblərin axtarışına başlanıldı.Şeirdə ifadəni zənginləşdirmək üçün dilə yeni imic sistemləri qazandırıldı.


8)Hekayə və roman sahəsində texniki baxımdan möhkəm və müvəffəqiyyətli, əsərlər yazıldı.

9) Bu dönəm ədəbiyyatında Fransız realist və naturalist yazarlarının təsiri böyük idi.


1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə