AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki DÖVLƏt universiteti Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsi GİT ixtisası 1 ci kurs tələbəsi Alxasov Əfqanın Mühasibat uçotu və audit fənnindən Kurs işi




Yüklə 137.28 Kb.
tarix20.04.2016
ölçüsü137.28 Kb.


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKİ DÖVLƏT UNİVERSİTETİ
Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsi GİT ixtisası 1 ci kurs tələbəsi Alxasov Əfqanın Mühasibat uçotu və audit fənnindən

Kurs işi

Rəhbər:Aslanov Habil.

İcraçı:Alxasov Əfqan.

MÖVZU: Mühasibat hesabları və iki tərəfli yazılış.



Plan
Giriş.........................................................................3

1.Hesablar haqda ümumi məlumat..........................5

2.İki tərəfli yazılışın mahiyyəti və prinsipləri.........25

3.Yazılışın növləri...................................................27

4.Nəticə...................................................................29

5.Ədəbiyyat.............................................................30



GİRİŞ.

dünya ölkələrinin mühasibat hesablarının təyinatı və quruluşunun təsnifatına münasibəti eyni deyildir. Məsələn, ABŞ-da, Böyük Britaniyada və bu birliyə daxil olan digər ölkələrdə hər bir firma sərbəst şəkildə hesabları və omların təyinatını özləri tərtib edirlər. Bu ölkələrdə mühasibat uçotu, hesablar sistemi və onların prinsiplərinin müəyyən olunması peşəkar iqtisadçılar tərəfindən həyata keçirilir. Hüquqşünaslar və dövlət orqanları bu işdə fəaliyyət göstərmirlər. ABŞ-da və Böyük Britaniyada “Qadağan olunmayan hər şeyi etmək olar” prinsipləri geniş yayılıb. İngilisdilli ölkələrdə vahid hesablar planı yoxdur. Hər bir mühasibat mütəxəssisləri öz iş fəaliyyətlərinə uyğun olaraq hesablar planı tərtib edirlər. İşin bu formada təşkili mühasibatçıların daha sərbəst işləməsinə şərait yaradır.

Kontinental ölkələrinin mühasibat uçotu modelinə daxil olan ölkələrdə - Rusiya, Almaniya, Fransa və s. ölkələrdə mühasibat hesablarının təsnifatının firmaların mülkiyyət formalarından asılı olmayaraq, vahid prinsiplər üzrə istifadə olunması nəzərdə tutulur.

Dünya ölkələrinin müasir inkişaf səviyyəsində vahid formaya salınmış elə uçot və hesabat sistemi hazırlamaq lazımdır ki, mühasibat uçotu ilə məşğul olan bütün firmalar tərəfindən onların anlaşılması və onlarda əks olunmuş bütün məlumatlar xarici şəxslər tərəfindən araşdırılması mümkün olsun. Onu da qeyd etmək lazımdır ki, mühasibat uçotunun hesablar planının yaradılması, həyata keçirilməsi və tətbiqi dünya ölkəkəri alimləri, mütəxəssisləri tərəfindən yüz illərdən artıq dövrdə mühasibat uçotuna inamın və etibarın yaranmasına xüsusi diqqət verilməkdədir

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının qanunvericilik aktları firmaların mühasibat uçotunun hesablar planının tətbiqinə və təsərrüfat fəaliyyətindəki eyni mənşəli əməliyyatların mühasibat uçotu hesablarında əks etdirilməsinə vahid münasibəti müəyyən edir. Hal-hazırda Respublikamızda fəaliyyət göstərən idarə və təşkilatlarda mühasibat uçotunun aparılması üçün istifadə edilən hesablar planı Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş hesablar planı 1995-ci ildən qüvvədə olmaqla tətbiq olunur. Həm də iqtisadiyyatın müxtəlif sahələrində, müxtəlif hesablar planı tətbiq olunduğundan onların hər birinin ayrılıqda öyrənilməsi tələb olunur.

1.Hesablar haqda ümumi məlumat

İdarə və müəssisələrdə hər gün çoxlu miqdarda təsərrüfat əməliyyatları icra olunur və onların nəticəsi ilə əlaqadar olaraq muhasibat balalnsı tərtib olunur.

Yuxarıda göstərildiyi kimi müəssisələrin mühasibat balansı aylıq,rüblük və illik tərtib olunur.

Balansın köməyi ilə gündəlik olaraq müəssisə əmla-kının tərkibinin dəyişilməsi ,onun öhdəçiliyinin vəziyyəti və bütün vəsaitin formalaşmasına dair gündəlik nəzarəti təmin etmək mümkün deyildir.Buna görə də cari uçotu və nəzarəti təmin etmək üçün mühasibat uçotu hesablarindan istifadə olunur.

Mühasibat uçotu nəzəriyyəsi və metodoloji prinsip-lərində mühasibat uçotu hesabları sisteminə xüsusi əhə-miyyət verilir.Çünki buna əsaslanaraqinformasiyaların ikitərəfli əks olunması problemi həll olunmaqla onun toplanması və cəmləşdirilməsi üsulu icra olunur.Hesablar üzrə yazılışlar ikili yazılış metodu ilə aparılır.

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müəssisələrin mühasibat uçotunun Hesablar Planının tətbiqinə və təsərrüfat fəaliyyətindəki eyni mənşəli faktların mühasibat uçotu hesablarında əks etdirilməsinə vahid münasibəti müəyyən edir.

Mühasibat uçotu təsərrüfat subyektlərinin,əmlakının, öhdəliklərin və ümumiyyətlə bütün maliyyə-təsərrüfat fəaliyyətinin natural göstəricilər əsasında,pul ifadəsində sənədləşdirilmiş və mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir.mühasibat uçotu hesabları təsərrüfat əməliy-yatları haqqında məlumatların və mühasibat uçot-unda digər informasiyaların qruplaşdırılması və saxlanması üçün vahid əsasdır.

Onu da qeyd etmək lazımdır ki, mühasibat uçotunun hesablar planının yaradılması ,həyata keçrilməsi və tətbiqi dünya ölkələri alimləri,mütəxəssisləri tərəfindən yüz illərdən artıq dövrdə mühasibat uçotuna inamın və etibarın yaranmasina xüsusi diqqət yetrilməkdədir.İlk milli hesablar planı 1937-ci ildə Almaniyada ,1947-ci ildə Fransada qəbul olunmuşdur.1960-1980-cı illərdə Avropa İqtisadi Birliyi,Vahid Afrika Təşkilatları və Latın Amerikası dövlətləri üzrə millətlərarası ərazi hesablar planı yaradılmışdır.

Mühasibat uçotu hesabları təsərrüfat vəsaitlərinin və onların əmələgəlmə mənbələrinin hər biri üçün ayrı açılır. Hesablarda uçota alınan bütün obyektlər,yəni vəsait və onun əmələgəlmə mənbəyi iki cür ya artmağa,yaxud azalmağa doğru dəyişilə bilər.Xarici görünüşünə görə hesablar ikitərəfli cədvəl formasında tərtib olunur.İlkin olaraq hər bir hesaba obyektin adına görə ad müəyyən olunur.Misal üçün "Əsas vəsaitlər","Materiallar", "Nizamnamə kapitalı" hesabları və s. Adlanır. Hesabın sxeması aşağıdakı formada müəyyən olunmuşdur:


Debet Hesabın Kredit

adı


Hesabın sol tərəfi debet(qısa şəkildə D-t),sağ tərəfi isə kredit(qısa şəkildə K-t) adlanır.Hesabda müəyyən dövrdə əks olunmuş debet və kredit üzrə yazılışların yekunu, son qalıq(saldo) adlanır.

Hesabın ikitərəfli formada tərtibolunması müəssisə əmlakının və onların əmələgəlmə mənbələrini artıran bütün əməliyyat məbləğləri bir tərəfdə,azaldan əməliyyat məbləğləri isə əks tərəfdə yazmağa imkan verir.

Mövcud qaydalara görə hesabda əks olunmuş ilk qalıqdan sonra yazılan bütün məbləğlərin yekunu dövriy- yə adlanır.Beləliklə, hesabın debetində əks olunmuş məbləğlərin yekunu onun debet dövriyyəsi, kredit hissə -sində isə əks olunmuş məbləğlər kredit dövriyyəsi adlanır.

Mühasibat hesablarında əks olunmuş bütün təsərrüfat əməliyyatları göstəricilərisənədlər əsasında icra olunur və bütün sənədlərin hüququ əsası olmalıdır.

Müəssisə balansına uyğun olaraq bütün mühasibat uçotu hesabları aktiv və passiv hesablara ayrılır və bununla əlaqadar olaraq hesablara yazılış iki sxema üzrə icra olunur.

Aktiv və passiv hesablarda debet və kreditin təyinatı da müxtəlif olmaqla aparılan əməliyyat yazılışları bir-birindən fərqlənir.

Aktiv hesblara o hesablar daxildir ki,onlarda müəssisə əmlakının müxtəlif formalarının qalığı ,tərkibi və hərəkəti əks olunur.Bu qrup hesablara "Əsas vəsaitlər" hesabı, "Materiallar" hesabı, "Kassa" hesabı, "Qeyri-maddi aktivlər" hesabı, "Hesablaşma" hesabı və.s daxildir

Passiv hesablarda isə müəssisə əmlakının formalaşması mənbələrini,onların məbləği,tərkibi, və hərəkəti və öhdəliklərini göstərən mühasibat aiddir.Bu hesablara "Nizamnamə kapitalı", "Qısa müddətli bank kreditləri", "Ehtiyyat kapitalı", "Əməyin ödənməsi üzrə işçi heyəti ilə hesablaşmalar" və s. hesablar daxildir.

Passiv hesablarda qalıq(saldo) ancaq hesabın kreditində ola bilər.Bir qayda olaraq mühasibat hesablarında hesabat dövrünün əvvəlinə əks olunmuş qalıq S, hesabat dövrünün sonuna olan qalıq isə S2 işarəsi formasında göstərilir

Mühasibat uçotunda aktiv və passiv hesabların yazılmış sxemini aşağıdakı kimi gostərmək olar.

O cümlədən aktiv hesablar üzrə:

Debet Aktiv hesabın adı Kredit

S1 _- əməliyyatın əks Təsərrüfat əməliyyatları

olunmasına qədər nəticəsində

qalıq qalığın azalması


Hesabın debeti üzrə Hesabat krediti üzrə dövriyyə

S2 – hesabat dövrünün

sonuna qalıq
Beləliklə, mühasibat uçotu aktiv hesabın debet tərəfində hesabat dövründə aparılan təsərrüfat əməliyyatı nəticəsində əməliyyatın əks olunmasına qədər olan qalıq, təsərrüfat əməliyyatı nəticəsində baş verən dövriyyə və dövrün sonuna olan qalıq müəyyən olunur.

Hesabın kreditində isə təsərrüfat əməliyyatı nəticəsində əmələ gələn azalma əks olunmuş olur.

Nəticə etibarı ilə aktiv hesablarda hesabın debetində vəsaitin artması, kreditində isə vəsaitin azalması əks olunur və həmin hesablarda yalnız debet qalığı ola bilər.

Passiv hesablarda əməliyyatların yazılış sxeması isə aşağıdakı formada aparılır


Debet Passiv hesabın adı Kredit



Təsərrüfat əməliyyatı nəti- S1-əməliyyatın əks olunma-

qalığın artımı sına qədər qalıq

Təsərrüfat əməliyyatları

nəticəsində qalığın artması

Hesabın debeti üzrə döv- Hesabın kredit üzrə dövriy-

riyyəyəsi

S2-hesabın dövrünün sonu- na qalıq


Beləliklə , mühasibat uçotu passiv hesabın kredit tərəfində hesabat dövründə aparılan təsərrüfat əməliyyatı nəticəsində əməliyyatın əks olunmasın qədər olan qalıq, təsərrüfat əməliyyatının nəticəsində baş verən dövriyyə və dövrün sonuna olan vəsait qalığı əks olunur.

Hesabın debetində isə təsərrüfat əməliyyatı nəticəsində əmələ gələn vəsaitin azalması və hesabın debet dövriyyəsi göstərilir.

Nəticə etibarı ilə passiv hesablarda hesabın debetində vəsaitin azalması ,kreditində isə artması əks olunur və həmin hesablarda yalnız kredit qalığı ola bilər.

Təsərrüfat əməliyyatlarının aktiv və passiv hesablarda əks edilməsi nəticəsdə aşağıdakı iki nəticə ola bilər.

Birinci halda mühasibat uçotu aktiv hesabın ilk debet qalığı məbləğinin üzərinə hesabın debet dövriyyəsi məbləğini əlavə etməklə alınan məbləğin cəmi hesabın kredit dövriyyəsi məbləğindən çox olmamalıdır.Belə halda hesabat dövrünün sonuna hesabın debet qalığı olur.

İkinci halda aktiv hesabın ilk debet qalığı məbləğinin üzərinə debet dövriyyəsi məbləğini əlavə etməklə alınan məbləğ cəmi hesabın kredit dövriyyəsi cəminə bərabər olur.Belə halda hesabat dövrünün sonuna hesabın son qalığı olmur və hesab bağlanır.

Bu əməliyyatların icra olunması passiv hesablarda da hesabat dövrününün sonuna aparılan təsərrüfat əməliyyat-ları nəticəsində hesablarda iki nəticə müəyyən olunur.

Beləliklə,müəssisə əmlakının əks olunduğu aktiv hesablarda və əmlakın formalaşdığı passiv hesabların qalıqları hesabat dövrünün sonuna mühasibat(maliyyə) balansının aktiv və passivində əks olunur.

Mühasibat uçotu hesabları planında aktiv-passiv hesablar da vardır ki,onların təyinatında aktiv və passiv hesabların göstəriciləri olur.bu halda hesabda debet və kredit qalığı və ya eyni zamanda debet və həm də kredit qalığı ola bilər.Bu hesablara "Maddi sərvətlərin yenidən qiymətləndirilməsi","Təhtəlhesab şəxslərlə hesablaşma- lar","Müxtəlif debitor və kreditorlarla hesaşmalar", "Mənfəət və zərər" hesabları və s.aiddir.

Məsələn,"Müxtəlif debitor və kreditorlarla hesablaş- malar" hesabında əməliyyatın aparılması nəticəsində debet qalığı yarandıqda debitor borcunu göstərir və müəssisə balansının aktivində əks olunur.

Aktiv-passiv hesablarda sadə qaydada qalığı təyin etmək mümkün deyildir.Ona görə də həmin hesablar üzrə analitik uçot hər bir debitor və kreditor üzrə hesablaş-manın vəziyyətinə dair (yəni alıcılar və mal satanlar haq-qında) ətraflı informasiyya verir və həmin göstəricilər üzrə ,yəni bütün alıcı və satıcı təşkilatlar üzrə debitor və kreditorların məbləğini əks etdirir.

Qeyd etmək lazımdır ki, mühasibat uçotu hesabları əsasən balans maddələrinə uyğun gəlir.Daha doğrusu burada təsərrüfat vəsaitlərini hərəkəti və onların əməlgəlmə mənbələrinin dəyişməsi ümumiləşdirilmiş göstəricilərlə əks etdirilir.Bu isə bəzi istehsal və təsərrüfat sahələrində dəqiq nəzarəti həyata keçirməyə o qədər də imkan vermir.Ona görə də ümumiləşdirimiş göstəricilərə malik olan hesablarla yanaşı,elə hesablar da aparılmalıdır ki,həmin hesablarda hər bir vəsait haqqında zəruri məlumatları əks etdirmək mümkün olsun

Cari mühasibat uçotu sintetik və analitik hesablarda aparılır.Bunlara uyğun olaraq bütün iqtisadi subyektlərdə sintetik və analitik uçot aparılır.Belə uçotun aparılması və təşkili sistemi mühasibat uçotunun əsasını müəyyən edir.

Bu əsasda da mühasibat uçotu hesabları müəssüsə əmalkının iqtisadi qrupları göstəriciləri, onların formalaşması mənbələri və bütün təsərrüfat əməliyyatları pul ifadəsində, cəmləşmiş formada əks olunur. Belə hesablara "Əsas vəsaitlər", "Materiallar", "Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar", "Kassa" hesabı və s.daxildir.

Lakin iqtisadi subyektin istehsal və təsərrüfat-maliyyə fəaliyyətinin idarə olunması ,bazar iqtisadiyyatı şəraitində onun yerini qiymətləndirmək,ayrı-ayrı təsərrüfat əlaqələri olan müəssisələrlə hesablaşma vəziyyətinə nəzarət etmək üşün ümumi göstəricilər kifayət deyildir və bunun üçün hər bir satıcı təşkilatın verdiyi materiallara dair ətraflı məlumat olmalı ,hər bir alıcıya satılan məhsulun həcmi,çeşidi müəssisədə işləyən bütün işçilərin göstəriciləri və s.haqqında məlumat olması vacibdir.Ona görə də sintetik hesabların iqtisadi göstəricilərini genişləndirmək məqsədilə , hesabın geniş mənada məbləğ və natural ölçüdə uçotun aparıldığı analitik hesabların açılması vacibdir.

Hesabat dövrünün axırında balans tərtib etmək və ümumiyyətlə müəssənin rüblük və illik nəticələrini müəyyən etmək üçün yekun məlumatları ümuniləşdirmək lazımdır.Bu məqsədlə dövriyyə cədvəllər tərtib edilir.Sintetik dövriyyə cədvəlində aşağıdakı məlumatlar olur.

1)Sintetik hesablar üzrə ayın əvvəlinə ilk qalıq

2)Ay ərzində aktiv və passiv hesablar üzrə debet kredit dövriyyəsi

3)Aktiv və passiv hesab üzrə ayın axirina son qalıq.

Sintetik hesabın dövriyyə cədvəli aşağıdakı kimidir:

Sintetik İlk qalıq Aylıq Son

hesbabların adı dövriyyə qalıq

DT KT DT KT DT KT


Bankın hesablaş-

ma hesabı

Nizamnamə kapi-

talı

Əsas vəsaitlər


Bankın qısa müd-

dətli hesabı

Yekun

Analitik hesablarda aparılan uçot analitik uçot adlanır. Mühasibat uçotunda sintetik hesab əmlakın, kapitalın, maliyyə nəticələrinin və s. müəyyən edilmiş növü üzrə təin edilmiş əlamətlərinə görə ümumiləşdirilmiş məlumatların qruolaşdırılmasına xidmət edir.Analitik hesab isə sintetik hesabın daxilindəki şəxsi ,material və başqa hesablardakı məlumatları daha təfsilatlı qruplaşdırır.

Analitik hesablar üzrə dövriyyə cədvəlində aşağıdakıilar əks etdirilir:

1)Hesabat dövrünün əvvəlinə qalıq

2)Hesabat ayında debet və kredit dövriyyəsi

3)Hesabat dövrünün axırına son qalıq

Analitik hesablar üzrə dövriyyə cədvəlinin forması aşağıdakı kimidir.


Məhsulun Ölçü Ayın Aylıq dövriyyə Ayın

və malın vahidi əvvəlinə axırına

adı qalıq qalıq


miq məb mədaxil məxaric




miq miq məb miq miq məb




Yekun





Subhesablar qruplaşdırılmış analitik uçot məlumatlarını özündə əks etdirməklə sintetik hesabın bir hissəsidir.Azərbaycan respublikasının hesablar planında nəzərdə tutulmuş subhesablardan təhlilin,nəzarətin və hesabatın tələblərindən asılı olaraq istifadə edilir.Müəssisələr həmin subhesablardan bəzilərinin məzmununu dəqiqləşdirə,onları çıxara,birləşdirə,eləcə də əlavə subhesablar daxil edə bilərlər.Subhesablar hesabatların tərtib olunmasında və müəssisə təsərrüfat fəaliyyətinin təhlilində mövcud olan informasiya sisteminə əlavələr şəklində istifadə olunaraq sintetik hesabların daha ətraflı şərh olunması imkanını genişləndirir.

Bütün mühasibat uçotu hesablarında subhesablar açılmasına ehtiyac yoxdur.Subhesablar o hesablar açılır ki,həmin hesabların uçota aldığı obyektlərin əhatəsi genişdir.Ümumiyyətlə,subhesablar ayrı-ayrı mühasibat uçotu hesablarının daha ətraflı izahı məqsədilə açılır.Məsələn "Materiallar" hesabına 8 sub hesab açılmışdır ki,bunlar aşağıdakılardır:

xammal və materiallar

− satın alınmış yarımfabrikatlar və komplektləşdirici məmulatlar

− yanacaq

− tara və tara materialları

− ehtiyyat hissələri

− sair məlumatlar

− emal üçün kənara verilmiş materiallar

− tikinti materialları.

Sub və analitik hesablar bir-birilə sıx əlaqədardırdır.Analitik hesablar üzrə yazılışların ümumi yekunu onun aid olduğu sintetik və subhesablardakı yazılışların yekununa bərabər olmalıdır.Eyni zamanda sintetik hesabın ilk və son qalıqları onun tərkibinə daxil olan analitik hesabların qalıqlarının ümumi məbləğinə bərabər olmalıdır.Belə bərabərliyin olması sintetik və analitik hesablarda əks olunmuş uçotun düzgünlüyünü müəyyən etməyə imkan verir.

Azərbaycan respublikasında vahid mühasibat uçotu və hesabatı sistemi yaratmaq,onu daim inkişaf etdirmək təkmilləşdirmək və bu işlərə nəzarət etmək müvafi orqanların iştirakı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyitərəfindən həyata keçrilir.

Azərbaycan Respublikası Milli Bankı,Dövlət Statistika Komitəsi Nazirlər Kabinet yanında Dövlət Sığorta Nəzarəti,Respublika Vergi Nazirliyi və Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə digər orqanlar Azərbaycan Republikası Maliyyə Nazirliyi ilə razılaşmaqla bankların sığorta təşkilatlarının və bu kimi başqa dövlət orqanlarının,həmçinin spesifik funksiyarı yerinə yetirən digər təsərrüfat subyektlərinin mühasibat uçotu və hesabatlarını tənzimləyirlər.

Mühasibat uçotu sənədləri müəssisə və şirkətlərin informasiya sisteminin əsasını təşkil edir.Gündəlik aparılan təsərrüfat əməliyyatları və onların uçotunun düzgün təşkil olunmasını təmin etmək üçün mühasibat uçotu hesablarının müəyyən qaydada təsnifləşdirilməsini tələb edir.Hesablar müəyyən informasiya vəzifəsini yerinə yetirdiyi ilə əlaqadar olaraq təsnifləşdirmə əməliyyatı müəyyən qaydada tərtib olunmalıdır.Həmin qaydalar hər bir mühasibat uçotu hesabının əks olunması sistemində, informasiyaların hazirlanmasında öz yerini tutmalıdır.

Hazırkı şəraitdə bazar iqtisadiyyatına keçi və uçot sistemində yeni obyektlərin yaranmasını vacib şərtə çevirmişdir.Buna görə də mühasibat uçotu hesablarının təsnifatında bu qrup obyektlərin iştirakı ilə əmlakın və onların əmələgəlmə mənbələrinin hesablar sistemində qruplaşdırılması nəzərə alınmalıdır.

Beləliklə, müasir mühasibat uçotu hesablarının nəzəriyyəsi sistemində uçot hesabları iki qrupa bölünür:



  1. İqtisadi məzmununa görə ;

  2. Təyinatına və qurluşuna görə.

Hesabların iqtisadi məzmununa görə təsnifatı ölkə təsərrüfatının müxtəlif sahələrində istifadə ediləcək hesabların siyahısının qabaqcadan hazırlanmasına şərait yaradır.

Mühasibat uçotu hesablarının iqtisadi məzmununa görə təsnifatı onların beş qrup üzrə bölüşdürülməsini nəzərdə tutur.



Birinci qrup hesablar aparılan təsərrüfat əməliyyatları üzrə informasiyyaların cəmləşdirilməsi, müəssisə vəsaitinin əmlakı üzərində nəzarətintəmin olunması və onların formalaşması mənbələri müəyyənləşdirən hesablar təşkil edir .Bu qrup hesablara əsas vəsaitlərin uçotu, material ehtiyyatları ,hazır məhsullar , hesablaşma hesabı ,debitorlar,kreditorlar,satıcılarla hesablaşmalar və s.aiddir.

Göstərilən hesab qrupundakı hesablar müəssisənin əmlakını tərkibi,yerləşməsi və onların əmələ gəlməsi mənbələrini göstərir.Bu hesabların qalıqlarında əks olunmuş göstəricilər bilavasitə müəssisə balansında əks olunur.



İkinci qrup mühasibat hesablarına vəsaitlərin qiymətləndirilməsi ilə əlaqadar olaraq hesablar daxildir,yəni tənzimləyici hesablar adlanır.Ümumiyyətlə , bu hesablar tənzimləyici hesablar sayılmasına baxmayaraq onların sərbəst analitik əhəmiyyətləri vardır.

Əgər balans hesabı üzrə vəsaitin qiymətini artırılması aparılarsa onda vəsaitin qiymətini tənzimləyən hesab , əsas hesabı tənzimləyən əlavə nizamlayıcı hesab adlanır və onun məbləği əsas hesabdakı qalıq məbləğinin üzırinı əlavə olunur.Bu hesaba "Materialların tədarükü və əldə edilməsi"misal göstərmək olar.Bu əməliyyatda əgər vəsaitin qiyməti və onun məbləği azalarsa onda tənzimləyici hesab kimi çıxış edir və onun qalığın məbləği əsas nizamlaşdırıcı hesabın qalığın məbləğinin çıxılmalıdır.

Bu kimi hesablar aktiv passiv hesabların tənzimlənməsi üçün istifadə olunur.Buna uyğun olaraq bu hesablar kontraktiv və kontrpassiv hesablar ayrılır.Kontraktiv hesablar aktiv hesabların tənzimlənməsində istifadə olunur.Belə hesablara "əsas vəsaitlərin köhnəlməsi","Qeyri-maddi aktivlərin köhlənməsi",Azqiymətli və tezköhnələn əşyaların" hesabları aiddir.Məsələn,"Əsas vəsaitlərin köhnəlməsi" hesabı, aktiv hesab olan "Əsas vəsaitlər" hesabında uçota alınan vəsaitlərin qiymətini nizamlayır.Yəni əsas vəsaitlər hesabının debet qalığının debet qalığının məbləğindən "Əsas vəsaitlərin köhnəlməsi" hesabının kreditində əks olunmuş məbləği çıxdıqda əsas vəsaitin məbləği tənzimlədilir və onun qalıq dəyəri müəyyən edilir.Onu da nəzərəalmaq lazımdır ki,"Əsas vəsaitin köhnəlməsi " hesabı sərbəst əhəmiyyətə malikdir.Bu hesab müəssisəyə məxsus olan və onun tərəfindən icarə olunmuş əsas vəsaitlərin köhnəlməsi haqda informasiyaların ümumiləşdirilməsi üçün də nəzərdə tutulmuşdur.

Əsas vəsaitlərin köhnəlməsi mövcu olan qanunçuluqda nəzərdə tutulmuş amortizasiya normalarına müvafiq olaraq aylar üzrə hesablanır."Əsas vəsaitlərin köhnəlməsi"hesabında toplanmış informasiya ,müəssisənin əsas vəsaitinin köhnəlmiş hissəsinin müəyyən edilməsinə şərait yaradır.

Digər misal."Qeyri maddi aktivlərin köhnəlməsi"hesabı qeyri- maddi aktivlərinilkin qiymətləndirilməsini tənzimləyir ki,bu da"Qeyri-maddi aktivlər" hesabında əks olunur.Lakin həmin hesab müəssisə əmlakı sayılan qeyri-maddi aktivlərin köhnəlməsinə aid olan informasiyaları cəmləşdirmək rolunu yerinə yetirir.Qeyri-maddi aktivlərinköhnəlməsi həcmi müəyyən olunmuş normalar üzrə onların ilkin dəyəri və faydalı istifadə vaxtı nəzərəalınmaqla aylar üzrə müəyyən olunur

Üçüncü qrup hesablara o hesablar daxildir ki,onlar əməliyyat hesabları olaraq müəssisə təsərrüfat proseslərini əks etdirirmək və oun həyata keçrilməsinə nəzarət etmək üçün istifadə olunur.Mühasibat uçotu hesablarının təsnifatı sistemində bu hesablar vasitəsilə ümumiyyətlə istehsal olunmuş əsas və köməkçi istehsal məhsullarına sərf olunmuş məsrəfləri , o cümlədən ayrı-ayrı sexlər üzrə ,məhsul növləri üzrə məsrəflərin müəyyən olunmasına imkan verir.Bu qrup hesablarda əldə olunmuş informasiyalar vasitəsilə məhsul istehsalı prosesi , icra olunmuş işlər işlər və xidmətlər üzrə mənfəət və zərərlər müəyyən olunur.

Həmin əməliyyat hesabları da özlüyündə iki qrupa kalkulyasiya edici hesablara və toplayıcı-bölüşdürücü hesablara ayrılır.



Kalkulyasiya edici hesablara o hesablar daxildir ki ,onların vasitısilə istehsal olunmuş və satılmış məhsulların maya dəyəri müəyyən olunur.Bu qrup hesablara "Əsas istehsalat" ,"Köməkçi istehsalat" və "Kapital qoyuluşu" hesabları daxildir.

İqtisadi məzmununa görə "Əsas istehsalat" hesabında aşağıdakı mühasibat uçotu yazılışları aparılır."Əsas istehsalat" hesabı müəssisənin yaradılmasının əsas məqsədi hesab olunan məhsulun istehsalına çəkilən məsrəflər hqqında məlumatların ümumiləşdirilməsi üçün nəzərdə tutulmuşdur."Əsas istehsalat" hesabın debetində bilavasitə məhsul buraxılışı, yerinə yetrilən iş və göstərilən xidmətlərlə əlaqadar birbaşa məsrəflər, eləcə də köməkçi istehsalatların xərcləri, əsas istehsalata xidmət və onun idarə edilməsi ilə bağlı qeyri-müstəqim xərclər və zay edilmədən əmələ gələn itkilər əks etdirilir.Bilavasitə məhsul buraxılışı, yerinə yetrilən iş və göstərilən xidmətlərlə əlaqadar olan birbaşa xərclər , istehsalat ehtiyatlarını , əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaları və.s. uçota alan hesabların kreditindən "Əsas istehsalat" hesabının debetinə silinir.

"Əsas istehsalat" hesabının krediti üzrə istehsalı başa çatmış məhsulun, yerinə yetrilmiş iş və xidmətlərin faktiki maya dəyərini məbləği əks etdirilir.Bu məbləğlər "Əsas istehsalat" hesabının kreditindən "Hazır məhsul(iş,xidmət)satışı, "Məhsul buraxılışı" və.s. hesabların debetinə yazılmaqla silinir."Əsas istehsalat" hesabı üzrə ayın axırına olan qalıq bitməmiş istehsalın dəyərini göstərir.

İqtisadi məzmununa görə "Köməkçi istehsalat" hesabının debeti üzrə bilavasitə məhsul buraxılışı işinin yerinə yetrilməsi və xidmətlərin göstərilməsi ilə əlaqadar birbaşa xərclər habelə köməkçi istehsalatlara xidmət və onların idarə edilməsi ilə əlaqdar qeyri-müstəqim xərclər və zay nəticəsində itkilər əks etdirilir.Bilavasitə məhsul buraxılışı işlərin yerinə yetrilməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar istehsalat ehtiyyatlarını, əməyin ödənişi üzrə hesablaşmaları və.s uçota alan hesabların kreditindən "Köməkçi istehsalat" hesabının krediti üzrə istehsalı başa çatmış məhsulların yerinə yetirilmiş işlərin faktiki maya dəyərləri əks etdirilir.

Toplayıcı-bölüşdürücü hesabların təyinatı istehsalın ayrı-ayrı forma və mərhələlərində məsrəflərin toplanması və bölüşdürülməsindən ibarətdir.Bu qrup hesablara misal olaraq "Ümumi istehsal xərcləri","Ümumi təsərrüfat xərcləri" və "Tədavül xərcləri"ni göstərmək olar .Həmin hesabların xüsusiyyəti ondadır ki, hesabt dövrünün sonunda hesablar bağlanır,yəni onlarda toplanmış bütün xərclər uçot obyektləri üzrə bölüşdürülür və qalıq qalmaqla müəssisə balansında əks olunmur.

Nəticə etibarı ilə iqtisadi məzmununa görə "Ümumi istehsalat xərcləri "hesabında yazılışlar aşağıdakı qaydada əks olunur:Ümumiyyətlə,"Ümumi istehsalat xərcləri" hesabı müəssisənin əsas və köməkçi istehsallarına xidmət üzrə xərclər haqqinda üzrə xərclər haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.Hesabın debetində əsas və köməkçi əsas və köməkçi istehsalla əlaqadar olan faktiki informasiyaları cəmləşdirilir..Bu hesabda maşın və avadanlıqlar ın saxlanması və istismarı üzrə xərclər ,istehsalat təinatlı əsas vəsaitlərin təmiri xərcli və tam bərpası üçün amortizasiya ayırmaları istehsalat binalarınnın saxlanması ,işıqlandırılması və qızdırılması üzrə xərclər istehsalat binaları ,maşınlar,avadanlıqlar və istehsalatda istifadə edilən digər icarə edilmiş vəsaitlərə görə icarə haqqı istehsalatda xidmət edən işçi heyətinin əməyinin ödənişi üzrə xərclər və bu kimi oxşar təyinatlar üzrə digər xərclər daxil edilə bilər."Ümumi istehsalat xərcləri" hesabında əks etdirilən ümumi istehsalat xərcləri istehsalat xərcləri istehsalat ehtiyatlarıını, əməyyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaları və başqalarını uçota alan hesabların krediti ilə müxabirləşir."Ümumi istehsalat" və "Köməkçi istehsalat"hesabların debetinə silinir.

Ümumi istehsalat xərclərinin ayrı-ayrı obyektlər arasında bölüşdürülməsi qaydası müvafiq normativ aktlarla nizamlanır.

İqtisadi məzmununa görə "Ümumi təsərrüfat xərcləri" hesabında uçot yazılışları aşağıdakı qaydada əks olunur:Həmin hesabın debetində bilavasitə istehsal prosesinə aid olmayan idarəetmə və təsərrüfüt təyinatlı əsas vəsaitlərin bərpası üçün amortizasiya ayırmaları, informasiya,auditor,məsləhət xidməti və digər bu kimi xərclər əks oluna bilər.

"Ümumi təsərrüfat xərcləri" hesabının kreditində"Əsas istehsalat" və ya "Köməkçi istehsalat" hesablarında toplanmış o məbləğlər əks olunur ki, əgər onlar köməkçi xərcləri kənar təşkilatlar üçün sərf etmişlər.Ümumi təsərrüfat xərclərinin ayrı-ayrı obyektlər üzrə bölünməsi mövcud olan normativ aktlar əsasında tənzimlənir."Ümumi təsərrüfat xərcləri"hesabında hesabat dövrünün sonuna qalıq qalmır və balansda əks olunmur.

Toplayıcı-bölüşdürücü hesablara "Tədavül xərcləri" hesabı da aiddir.Bu hesab bilavasitə məhsul satışı ilə əlaqadar xərclər haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

Təchizat, satış,ticarət,digər vasitəçi və bu kimi başqa müəssisələrdə "Tədavül xərcləri" hesabında malların daşınması, əməyin ödənişi, binaların,qurğuların,tikililərin və inventarların icarəsi və saxlanılması , azqiymətli və tezköhnələn əşyaların köhnəlməsi, malların saxlanması və.s. xərclər əks etdirilir.

"Tədavül xərcləri" hesabının debetində müəssisənin çəkdiyi xərclərin məbləği toplanır.Bu məbləğlər təchizat,satış,ticarət, digər vasitəçi və bu kimi başqa müəssisələrdə"Məhsul satışı hesabı" nın debetinə silinir.Müəssisədə material qiymətlərinin tədarükü və daşınması üzrə xərclərin maya dəyərinə daxil olunması qaydası qanunvericilik aktları və digər normativ sənədlərlə tənzimlənir.



Dördüncü qrup hesablara hesabat dövründə müəssisə təsərrüfat-maliyyə nəticəsinin fəaliyyətinin formalaşmasını əks etdirən və ona nəzarət etmək üçün istifadə olunan hesablar aiddir.Maliyyə nəticəsi hesabına "Mənfəət və zərər" hesabı aiddir.

"Mənfəət və zərər" hesabı hesabat ilində müəssisə fəaliyyətinin son nəticələrinin formalaşması haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. "Mənfəət və zərər" hesabı təsərrüfat-maliyyə fəaliyyətinin son nəticəsindən aslı olaraq aktiv və ya passiv hesab ola bilər.Belə hesablar aktiv-passiv hesablar adlanır.

Balans mənfəəti(zərəri)mühasibat uçotu əsasında təsərrüfat əməliyyatlarının və balans maddələrinin qiymətləndirilməsini sonuncu maliyyə nəticəsi kimi özündə müəssisənin əsas vəsaitlərinin və başqa əmlakların,məhsullarının satışından olan mənfəəti (zərəri), həmçinin qeyr-satış əməliyyatlarından gələn gəlirləri cəmləşdirir.

Son maliyyə nəticəsi mənfəət və ya digər maddi sərvətlərin satışından əldə edilən maliyyə nəticəsindən və qeyri-satış üzrə xərc məbləğləri çıxılmaqla bu əməliyyatlardan əldə olunan gəlirlərdən ibarətdir. "Mənfəət və zərər" hesabının debetində müəssisənin zərərləri,kreditində isə mənfəətləri əks etdirilir.Həmin hesabın debet və kredit dövriyyələrinin üzləşdirilməsi hesabat dövrünün son maliyyə nəticəsini göstərir.

Hesabat ilinin sonunda illik mühasibat hesabatı tərtib olunarkən "Mənfəət və zərər" hesabı bağlanır.Bu zaman dekabr ayının son mühasibat yazılışı aşağıdakı kimi aparılır:

- illik hesablamaya əsasən mənfəətdən büdcəyə köçrüləcək vergi məbləği, müəssənin fəaliyyətini və kollektivin sosial inkişafını həyata keçirmək üçün zəruri olan ehtiyyat və digər fondlara , eləcə də mənfəətin təsisedici sənədlərdə nəzərdə tutulan istiqamətlərdə istifadəsi üçün ayrılan məbləğin "Mənfəətin istifadəsi" hesabından silinərək Mənfəət və zərər" hesabının debetinə yazılır;

- hesabat ilinin bölüşdürülməmiş mənfəət(zərər) məbləği "Mənfəət və zərər" hesabından silinərək "Bölüşdürülməmiş mənfəət"(ödənilməmiş zərər) hesabının kreditinə(debetinə)yazılır.

Beşinci qrupa balansarxası hesablar aiddir.Bu hesablarda müəssisəyə məxsus olmayan və müvəqqəti olaraq onun istifadəsində olan və ya onun məsuliyyətində saxlamağa qəbul olunmuş vəsaitlərə dair informasiyaları cəmləşdirmək məqsədi daşıyan göstəricilər əks olunur.Bu qrup hesablara "Məsuliyyətli mühafizəyə qəbul edilmiş mal-material dəyərləri","Emala qəbul edilmiş materiallar"və.s.aiddir.

Balansarxası hesablar digər hesablarda müxabirləşmir,burada yazılış bir tərəfli qaydada ,yəni hesabatın debeti (artma) və ya krediti (azalma) üzrə yazılış aparılır.

Onu da qeyd etmək lazımdır ki,dünya ölkələrində mühasibat uçotu hesablarının tıyinatı və iqtisadi quruluşuna, təsnifatına mühasibat birmənalı deyildir.

Mühasibat uçotu hesabları təyinat və quruluşuna görə aşağıdakı kimi qruplaşdırılır:

1) əsas və nizamlayıcı hesablar;

2) bölüşdürücü hesablar;

3) kalkulasiyaedici hesablar;

4) müqayisəedici hesablar;

Əsas hesablar ona görə əsas hesablar adlandırılır ki, onlarda uçota alma zamanı təsərrüfat vəsaitləri və onların əmələgəlmə mənbələri firmanın təsərrüfat fəaliyyətinin əsasını təşkil edir. Əsas hesablar 3 köməkçi qrupa bölünür:

1) əsas aktiv;

2) əsas passiv;

3) əsas aktiv-passiv;

Əsas aktiv hesab material və pul vəsaitləri mövcudluğunu və hərəkətini uçota almaq üçün istifadə olunur. Ona misal olaraq: 01, 04, 06, 10, 51, 52 hesabları göstərmək olar.

Əsas passivdən fondların vəziyyətinin dəyişməsini, hesabların uçotunu aparmaq və s. üçün istifadə edilir. Ona misal olaraq: 60, 85, 85, 87, 90, 92 və s. hesabları göstərmək olar.

Əsas aktiv passivdən d-t və k-t hesablaşmalarının uçotunu aparmaq üçün istifadə olunur. Aktiv və passiv hesabların digərlərindən fərqi budur ki, bunların həm d-t, həm də k-t qalığı ola bilməsidir. Ona misal olaraq 76 nömrəli hesabı göstərmək olar.

Nizamlayıcı hesablar: Təsərrüfat vəsaitinin qiymətini, yaxud onların mənbələrinin məbləğini dəqiqləşdirmək üçün istifadə edilir. Nizamlayıcı hesablar aşağıdakı köməkçi qruplara bölünür:

1) əlavə nizamlayıcı;

2) kontrar nizamlayıcı;

Balans hesabı üzrə vəsaitin qiymətin artması aparılarsa, onda vəsaitin qiyməti əsas hesabı nizamlayan əlavə nizamlayıcı hesab adlanır. Məs: 15 nömrəli hesab.

Əsas hesabın qiyməti azalsa, onda nizamlayıcı hesab kontrar hesab kimi çıxış edir. Təsərrüfat proseslərini əks etdirmə və onun həyata keçirilməsinə nəzarət etməkçün nəzərdə tutulmuş hesablara əməliyyat hesabları deyilir. Əməliyyat hesabları aşağıdakı qruplara bölünür:

1) Bölüşdürücü;

2) Kalkulasiyaedici;

3) Müqayisəedici;

Bölüşdürücü hesablar yığıb bölüşdürücü və büdcə bölüşdürücü hesablara bölünür.

Yığıb bölüşdürücü hesablardan istənilən təsərrüfat prosesinin həyata keçməsi ilə əlaqədar olan və gələcəkdə bir neçə obyekt arasında bölünməli xərclərin uçotunu aparmaq üçün istifadə olunur.

Büdcə bölüşdürücü hesablardan iki qarışıq büdcə dövrü arasında əldə edilən gəlirləri və çəkilən xərcləri bir-birindən ayırmaq üçün istifadə edilir.

Kalkulasiya edici hesablardan məhsul istehsalı ilə əlaqədar olan məsrəflərin ümumi məbləğini hesablamaq və həqiqi maya dəyərini müəyyən etmək üçün istifadə edilir.

Təsərrüfat proseslərindən alınan nəticəni aşkar etmək üçün müqayisəedici hesablardan istifadə olunur.



2.İki tərəfli yazılışın mahiyyəti və prinsipləri.

Müəssisə təsərrüfat-maliyyə fəaliyyəti ilə əlaqədar olaraq icra olunan hər bir təsərrüfat əməliyyatı onun iqtisadi məzmunundan asılı olaraq mühasibat uçotunu iki obyektinə təsir etməklə iki hesabda yazılış aparılmasını nəzərdə tutur ki,bu da onun ikili xarakterindən irəli gəlir. Əgər müəssisə material alırsa ,bu bir tərəfdən alınmış material üçün ödəniş hesabına vəsait azalır , digər tərəfdən ödənmiş vəsaitin azalmasına səbəb olur. Burada alınan materialların hansı mənbədən daxil olması, yəni nəqd pul vəsaiti və ya kreditlə alınması, yaxud satıcıya yaranan borc hesabına alınması mütləq göstərilməlidir.

Beləliklə, hər bir təsərrüfat əməliyyatı bir-birilə qarşılıqlı əlaqədə olan müxtəlif hesabların debetində və kreditində əks olunur.Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında bu qaydada qarşılıqlı əks etdirilmə üsuluna ikitərəfli yazılış üsulu deyilir.

Göstərilən qaydaya uyğun olaraq müəssisə balansında da əmlakının yerləşməsi iki formada əks olunur.Yəni mühasibat balansının aktivində əmlakın tərkibi və yerləşməsi, balansın passivində isə əmlakın formalaşması mənbələri göstərilir.Ona görə də balansın aktiv və passivində əks olunmuş maddələrin yekunu bir-birinə bərabər olur. Bunun nəticəsində hər bir təsərrüfat əməliyyatı balansın iki maddəsinə təsir edir ki, bu da balansda dörd əməliyyat nəticəsi ilə balansın tərkibi dəyişilir.Həmin aparılan təsərrüfat əməliyyatları nəticəsində birinci halda balansın aktivində müəssisə əmlakının dəyişdirilməsinə,ikinci halda balansın passivində həmin əmlakın formalaşması məbləğinin dəyişdirilməsinə, üçüncü halda eyni vaxtda əmlakın və sonra isə balansın aktiv və passivində onların əmələgəlmə mənbələrinin dəyişilməsi ilə yekunlaşır. Beləliklə, mühasibat uçotunda iki tərəfli yazılış üsulunun vacibliyi müəssənin mühasibat balansında əmlakın yerləşdirilməsi və qruplaşdırılması metodunun tələbindən irəli gəlir.

İkili yazılış metodunun idarəetmə sistemində böyük nəzarət əhəmiyyəti var.Belə ki,eyni məbləğdə aparılan təsərrüfat əməliyyatı bir hesabın debetində və digər hesabın kreditində əks olunur.Nəticədə əks olunmuş uçot əməliyyatlarının icrasında buraxılan səhvlər müəyyən olunur və onu icra edən məsul şəxs də aydınlaşdırılır

Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında əks etdirilməsi zamanı həmin əməliyyatın hansı hesabın debetində və ya kreditində yazılmasını müəyyənləşdirmək lazımdır çox vacibdir.Bununla əlaqədar olaraq mühasibat uçotunda yazılış (müxabirləşmə) tərtib olunur.Beləliklə, mühasibat yazılışı hesablarının adları üzrə konkret təsərrüfat əməliyyatlarının məzmununu və məbləğini göstərən əməliyyatın icra olunması mühasibat hesablarında yazılış adlanır

3.İki tərəfli yazılışın növləri.

Mühasibat uçotunda yazılış iki formada aparılır:

a) Sadə yazılış (müxabirləşmə),

b) Mürəkkəb yazılış.

Təsərrüfat əməliyyatlarının bir hesabın debetində və digər hesabın debetində və digər hesabın kreditində əks olunması sadə yazılış əməliyyatın bir hesabın debetində və bir neçə hesabın kreditində əks olunması mürəkkəb yazılış adlanır.Misal üçün müəssənin bankdakı hesablaşma hesabından kassasından 200000 manat pul vəsaiti daxil olmuşdur. Baş verən əməliyyatla əlaqadar olaraq aşağıdakı yazılış aparılr:

Debet - "Kassa"

Kredit - "Hesablaşma hesabı"

Göstərilən əməliyyat nəticəsində müəssənin bankdakı hesablaşma hesabındakı pul vəsaiti 200 min manat azalmış və kassada pul vəsaiti həmin məbləğdə artmışdır.Bu əməliyyat sadə yazılış adlanır.

Mürəkkəb mühasibat uçotu üzrə yazılışı nəzərdən keçirək. Müəssisə kassasından işçilərə əmək haqqı ödənişi üçün 50 min manat və təhtəl hesab şəxslərə 30 min manat nəğd pul ödənilmişdir.Həmin əməliyyat nəticəsində müəssisə kassasındakı pul vəsaiti 80 min manat azalmışdır.Həmin əməliyyat nəticəsində əmək haqqının ödənməsi üzrə işçi heyətinə olan borc 50 min manat azalmış,təhtəlhesab şəxslərin müəssisəyə olan borcu isə 30 min manat artmışdır.

Həmin əməliyyatla əlaqədar olaraq kassadan buraxılan 80 min manat pul məbləği aktiv hesab olan "Kassa" hesabının kreditinə və 50 min manat "Əmək ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar" passiv hesabın kreditinə,30 min manat isə təhtəlhesab şəxslərlə hesablaşmalar aktiv hesabın kreditində əks olunur.Burada nəzərə almaq lazımdır ki , "Kassa" hesabı aktiv hesabdır və həmin hesabla daxil olan məbləğlər onun kreditində əks olunur,"Əmək ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar" hesabı passiv hesabdır və həmin hesaba daxil olan məbləğlər onun kreditində əks olunur,"Təhtəlhesab şəxslərlə hesablaşmalar" hesabı aktiv hesab olduğu üçün ona daxil olan vəsait hesabın debetində əks olunur.Başqa bir misala baxaq fərz edək ki, anbardan aşağıdakı sahələrə material buraxılmışdır:


  1. Əsas istehsalata–290000

  2. Köməkçi istehsalata–120000

  3. Ümumistehsal təyinatlı–40000

Bu əməliyyatı mühasibat hesablarında aşağıdakı kimi əks etdiriləcəkdir.



Materiallar Əsas istehsalat Köməkçi isteh Ümumi isteh

xərcləri

(10) (20) (23) (25)



Dt Kt Dt Kt Dt Kt Dt Kt

66000 1)450000 İlk qal İlk qal 1)40000

148000 1600000

2900000 1)120000


Beləliklə, göstərilən əməliyyat iki hesabın debetində və bir hesabın kreditində əks etdirilir. Bu misalda göstərilən yazılış mürəkkəb yazılış adlanır.

Hesabat dövründə müəssisədə aparılan təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarınada əıs olunması əsasında dövriyyə cədvəli tərtib olunur.Düvriyyə cədvəli mühasibat uçotu hesabları əsasında uçot informasiyalarının tərtib olunmasına imkan verir. Hər hesabat ayının sonunda hesablarda əks olunan göstəricilər əsasında hesabların hesabların debet və kredit üzrə yekun qalıqları müəyyən olunur.



Nəticə.

Bütün qeyd olunanları nəzərə alıbbelə fikrə gəlmək olur ki,dünya ölkələrinin müasir inkişaf səvyəsində vahid formaya salınmış elə uçot,hesabat və hesablar planı sistemi yaradılmalıdır ki,onun mühasibat ilə məşğul olan bütün müəssisələr tərəfindən anlaşılması və onlarda əks olunmuş bütün məlumatlar xarici maraqlı şəxslər tərəfindən araşdırılması mümkün olsun.


Ədəbiyyat:

H.İ.İBADOV , A.H.İBADOV . Mühasibat uçotunun əsasları.Bakı2002

Q.RZAYEV. Mühasibat uçotu və audit. Bakı2002



V.İSAYEV.Mühasibat uçotunun nəzəriyyəsi. Bakı2002




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə