AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Azərbaycan Dilinin Yaranması Haqqında Bəzi Mülahizələr” Tələbə: Həmidov Elçin Qrup: 6 Kurs: I




Yüklə 109.56 Kb.
tarix22.02.2016
ölçüsü109.56 Kb.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI BİZNES UNİVERSİTETİ

Azərbaycan Dilinin Yaranması Haqqında Bəzi Mülahizələr”



Tələbə: Həmidov Elçin

Qrup: 6

Kurs: I

Rəhbər: b/m Aslanova N.

DÖVLƏT DİLİ

I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.

Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını tə`min edir.

II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını tə`min edir.

Azərbaycan Respublikasının Konstitusiyası 2-ci fəsil Maddə 21.

Azərbaycan respublikasının dövlət dili türk dilinin Oğuz qolundan olan Azərbaycan dilidir. 1928-ci ildə ərəb əlifbası Latın əlifbası, 1939-cu ildə isə kiril əlifbası ilə əvəz olundu. 1992-ci ildən Azərbaycanda yenidən latın əlifbası qəbul olundu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə Azərbaycanın dövlət dilinin Azərbaycan dili olduğu qəbul edilmişdir.





DÖVLƏT DİLİNİN TƏTBİQİ İŞİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASl PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi va sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərinda dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq va təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizda çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq va tətbiq edilmasi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli va dolğun olmasına təkan verir.

Bütün xalqlarda oldugu kimi, Azarbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birga olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərdə belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, böylük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur.

Azərbaycan dili bu gün dərin flkirləri ən incə çalarlarınadək olduqca aydm bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hissələrdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi uçun hər hansı xalqa bir neçə minillik tarix yaşaması lazım gəlir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır.

Azərbaycan dilinin dünya dilləri arasında ən kamil dillərdən biri olduğu həqiqətini bir çox xalqların görkəmli nümayəndələri də dönə-dönə etiraf etmişlər. Onlar öz əsərlərində bu dili XIX əsrdə Avropada geniş yayılmış fransız dili ilə müqayisə edərək, onu Avrasiyanın hər tərəfində işlənilən bir dil kimi yüksək qiymətləndirmişlər. Milyonlarla azərbaycanlının hazırda mədəni inkişaf vasitəsi olan bu dil tarixən nəinki Qafqazda yayılmlşdır, hətta müəyyən dövrlərdə daha geniş məkanda müxtəlif dilli xalqların da istifadə elədikləri ümumi bir dil olmuşdur.

Neçə-neçə böyük mədəniyyətin yaradıcısı olan xalqımızın tarixi qədər onun dilinin təşəkkülü tarixi də olduqca qədimdir. Azərbaycan dili türk mənşəli ümumxalq canlı danışıq dili zəminində əmələ gəlib şifahi ədəbi dilə çevrilənədək və sonradan bu əsasda Azərbaycan ədəbi dilinin yazılı qolu təşəkküI tapana qədər yüz illər boyunca mürəkkəb bir yol keşmişdir.

Azərbaycan dili dialekt və şivələrinin geniş Avrasiya məkanına yayılan türk xalqlarının az qala bütün dil xüsüsiyyətlərini əks etdirəcək qədər rəngarəng olmasının da başlıca səbəbi ta qədimlərdən bü torpaqlarda etnik baxımdan eyni köklü türk etnoslarının mövcud olmasıdır. Şifahi şəkildə yayılan ilkin ədəbiyyat nümunələri - dastanlar, nağıllar, bayatılar, laylalar və sair Azərbaycan şifahi ədəbi dilinin erkən formalaşması və təkamülü zərürətini yaratmışdır.

Azərbaycan ədəbi dilinin yazılı qolu da əlverişli tarixi şəraitdə ümumxalq dili əsasında təşəkküI tapmışdır. Xalq şifahi şəkildə yaratdıqlarını əbidiləşdirmək üçün sonradan onlan yazıya köçürmüşdür. Bu prosesin də yazı dilinin təşəkkülü və sabitləşməsində böyük əhəmiyyəti olmuşdur. Bu baxımdan "Kitabi-Dədə Qorqud" eposu olduqca səciyyəvidir. Abiədnin bədii dilinin özünəməxsüs səlisliyi bir daha göstərir ki, "Kitabi-Dədə Qorqud"un meydana çıxa bilməsi üçün Azərbaycan dili böyük tarixi-ədəbi hazlrlıq mərhələsi keçməli idi.

Qaynağını uzaq keşmişdən alan Azərbaycan dilinin ilk və ən qədim yazılı nümunələri günümüzədək gəlib çatmasa belə, ölkəmizin ərazisində qədim əlifbaların varlığı, həmçinin yazı dilimizin bədii məna kamilliyi və digər amillər bu dilin dərin tarixi köklərə malik olduğunu sübuta yetirir. Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi kimi söz sənətkarları Azərbaycan ədəbi dilinin belə bir bünövrəsi üzərində yüksəlmişlər.

XVI əsr Azərbaycan dilinin mövqelərinin möhkəmlənməsi ilə əlamətdardır. Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dili dövlət dili səviyyəsinə qalxaraq rəsmi və dövlətlərarası yazışmalarda işlədilməyə başlandı. Səfəvilər dövündə Azərbaycan dili sarayda və orduda tam hakim mövqe tutaraq dövlət dili kimi rəsmiləşdi. Anadilli ədəbiyyatın böyük ustadları Şah İsmayıl Xətai və Məhəmməd Füzuli, xalq ədəbiyyatımızın adı bizə bəlli ilk qüdrətli nümayəndəsi Aşıq Qurbani bu dövrdə yetişmişdir. Əgər şifahi şer dili Qurbaninin əsərlərində əks olunmuşdusa, xalq şer dillnin yazilı qolu Şah İsmayıl Xətai və Məhəmməd Füzulinin dolğun dili isə elmi və fəlsəfi olduğu qədər də xəlqi idi.

XVII əsrin şerində cərəyan edən proseslər XVIII əsrdə şifahi xalq ədəbiyyatının bədii dilə təsiri şəklində özünü göstərir. Ədəbi dildə sadəliyə, canlı danışıq elementlərinə meylin gücləndiyi bu dövrdə Azərbaycan dilinin yeni inkişaf mərhələsi məhz Molla Pənah Vaqifin yaradıcılığı ilə başlanır.

XVIII əsrdə Azərbaycan ədəbi dilində, üslub baxımından da zənginləşmə prosesi gedir. Elmi uslubun təşəkkülü üçün şərait yaranır, ayrı-ayrı elm sahələrinə dair bir çox əsərlər yazılır.

XIX əsr ədəbi dilimizin inkişafı xalqımızın həyatında baş verən köklü bir hadisə ilə yaxından bağlıdır. Bu, Azərbaycanın ikiyə parçalanması və nəticədə iki ayrı dövlətin tabeçiliyində bir-birindən fərqli mədəni mühitdə yaşamağa məhkum olması hadisəsidir. Müstəmləkəçilik siyasəti ilə yanaşı, Rusiyanm Şimali Azərbaycanda oynadığı mədəniləşdirici rol başqa elm sahələri kimi, dilçiliyin də inkişfına zəmin yaratmışdır. XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs vəsaitləri yazılıb nəşr olunmuşdur. Milli maarifçi ziyalilar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan dilinə aid dərsliklər və lüğətlər yazmağa başlamışdılar. Azərbaycan dilinə dair ilk dərsliklərin yazilmasmda o dövrün görkəmli maarifçiləri Mirzə Kazim bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çemyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Seyid Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır.

Zaman keçdikcə dövrün təldbinə uyğun olaraq Azərbaycan dilinin istifadə dairəsi də genişlənmiş, onun tətbiqinin və inkişafının elmi əsaslar üzərində aparılması ehtiyacı meydana çıxmışdır. Rusca-azərbaycanca və azərbaycanca-rusca lüğətlər, təcrübi-tədris kitabları nəşr olunmuşdur. Məhz bu dövrdən başlayaraq, Azərbaycan ədəbi dilinin normalarının müəyyənləşməsində nəzəri-dilçilik ideyaları təzahur edir. Bu baxımdan Mirzə Fətəli Axundovun ədəbi dil haqqında milli ədəbiyyatın realist məzmununa uyğun gələn tezisləri xüsusilə diqqət cəlb edir.

Dram, satira, realist dilinin yarandıgı XIX əsrdə elmi uslubun əsası kimi müasir elmi-fəlsəfi dilin ilk nümunələrinə də rast gəlirik. Mətbuat dili də bu şerin məhsuludur. “Əkinçi”dən başlayaraq yaranmış milli mətbuat bu dilin inkişafında mühüm rol oynamışdır.

XX yüzillik isə Azərbaycan ədəbi dilinin ən surətli tərəqqisi və çiçəklənməsi dövrüdür. Ədəbi dil məsələsi hələ əsrin əvvəlindən ictimai-siyasi mübarizənin tərkib hissəsi olmuşdur. Həmin dövrdə ana dili kitabları hazırlanmış, dərsliklər buraxılmış, müntəxəbatlar tərtib olunmuşdur. Azərbaycan dilinin səs quruluşuna və qrammatik sisteminə dair kitablar yazılmışdır.

Mətbuat ana dili, ədəbi dil uğrunda mübarizənin önundə gedirdi. Ədəbi dil normasının müəyyənləşməsində bütün görkəmli ziyalılar iştirak edirdilər. Xalq dili xəzinəsinin qapıları "Molla Nəsrəddin" vasitəsilə ədəbi dilin üzünə açılırdı. Bu dövrdə yaranan səhnə sənəti də yeni milli-mədəni şəraitdə ədəbi dilə nitq vasitəsilə öz töhfəsini vermişdir .

Ana dilinin taleyinə heç bir ziyalının laqeyd qalmadığı bu dövrdə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə kimi görkəmli söz ustaları Azərbaycan dilinin saflığı və onun yad ünsürlərdən qorunması uğrunda fədakarcasına mübarizə aparırdılar.

Azərbaycan ədəbi dilinin tarixində bundan sonrakı yeni mərhələ sovet dövrü ilə başlayır. ərəb əlifbasını daha uyğun bir əlifba ilə əvəz etmək məqsədilə 1921-ci ildə Əlifba Komitəsi yaradıldı və həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırıldı. Bir qədər sonra isə yeni əlifbaya keçildi. 1926-cı ildə Bakıda birinci beynəlxalq türkoloji qurultay çağırıldı. Bu, türk dünyası üçün böyük tarixi əhəmiyyəti olan bir hadisə idi. Qurultayın Bakıda keçirilməsini 20-30-cu illər Azərbaycanın dilçilik sahəsindəki elmi potensialına verilən qiymət kimi səciyyələndirmək olar.

Təəssüflə qeyd etmək lazımdır ki, sonralar qurultayın qərarlarının yerinə yetirilməsi yolunda süni maneələr yaradıldı, türkdilli xalqların mədəni inteqrasiyasına yönəldilmiş bu nəcib iş siyasi məqsədlərə qurban verildi, Azərbaycanm dilçi alimlərinin böyük əksəriyyəti isə totalitar rejimin repressiyalarına məruz qaldı. 1939-cu ildə latın qrafikalı əlifbadan kiril qrafikası əsasında yaradılmış yeni Azərbaycan yazısına qəti və məcburi keçmək haqqında qərar verildi. Beləliklə, 1924-cü ildən 1939-cu ilə qədər keçən on beş il ərzində xalqın yazı mədəniyyətinə bir-birinin ardınca iki agır zərbə dəydi. Buna baxmayaraq, Azərbaycan dili çətinliklə də olsa, bütün bu illər ərzində yenə öz saflığını qoruya bilmiş, elmi və bədii ədəbiyyatda, publisistikada böyük imkanlara malik olduğunu numayiş etdirmişdir.

1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaranması dilçiliyimizin bir elm kimi inkişafına da təkan verdi. Dilçilik elmimiz XX əsrdə sürətli inkişaf dövrü yaşamışdır. Həmin dövrdə ədəbi dilimizi tədqiq edən Bəkir Çobanzadə, Məmmədağa Şirəliyev, Əbduləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov, Əlövsət Abdullayev, Fərhad Zeynalov və başqa dilçi alimlərimizin böyük ordusu yaranmışdır. Dərin qürur və fərəh hissi ilə demək olar ki, Azərbaycan dilçilərinin gərgin əməyi sayəsındə dilçiliyin bütün sahələrində səmərəli işlər görülmüş, dil tarixi, dialektologiya, müasir dil, lüğətçilik sahələrində səmərəli işlər görülmüş, dil tarixi dialektologiya, muasir dil, lügətçilik sahələrində dəyərli tədqiqatlar aparılmışdır. Keçmiş sovet məkanında, eləcə də beynəlxalq miqyasda Azərbaycan türkoloji araşdırmaların önəmli mərkəzlərindən biri olmuşdur. Beləliklə, XX əsr bütövlükdə Azərbaycan dilinin yazı mədəniyyətinin əsl inkişaf yoluna qədəm qoyduğu bir dövrdür. Məhz bu dövrdə dilimizin funksional imkanlan genişlənmiş, üslubları zənginləşmiş, dilin inkişaf meylləri əsasında yazı qaydaları cilalanmışdır.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci it noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmiədir. Hər hansı bir dilin dövlət dili statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə bilavasitə baglıdır. Azərbaycan xalqının tarixində Azərbaycan dili XVI əsrdə Səfəvilər hakimiyyəti dövründə dövlət dili səviyyəsinə qalxsa da, milli dövlətçiliyin itirilməsi nəticəsində həmin ənənə uzun müddət qırılmışdır. Yalnız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin geniş tətbiq olunması yolunda böyük imkanlar açıldı. Bu sahədə bəzi addımlar atılsa da, gənc respublikanın ömrünün qısa olması Azərbaycan dilinin cəmiyyətdə dövlət dili kimi mövqelərinin tam bərqərar edilməsinə imkan vermədi.

Azərbaycanda sovet hakimiyyəti yaradıldıqdan sonra qəbul edilmiş ilk Konstitusiyada, ümumiyyətlə dövlət dili haqqında heç bir maddə olmamışdır. SSRI-nin tərkibinə daxil olduqdan sonrakı dövrdə, daha doğrusu, Azərbaycanın 1937-ci ildə qəbul edilmiş Konstitusiyasında da belə bir maddə yox idi. Yalnız 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edildi. Lakin respublikanın o dövrdəki rəhbərliyinin mövcud siyasi vəziyyəti lazımınca qiymətləndirə bilməyərək, hadisələri sürətləndirmək cəhdləri bu nəcib işi uğursuzluğa düçar etdi.

Nəhayət, mərkəzin bütün maneələrinə baxmayaraq, respublikanın 1978-ci ildə qəbul edilən Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddənin daxil edilməsi müyəssər oldu. Bu, həmin dövr üçün çox cəsarətli və qətiyyətli bir addım idi.

Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açıldı. Təəssüflər olsun ki, respublikanın o zamankı rəhbərliyinin səriştəsizliyi nəticəsində, xalqın iradəsinə zidd olaraq, dövlət dilinin adı qeyri-qanuni şəkildə dəyişdirildi və məsələyə dolaşıqlıq, anlaşılmazlıq gətirildi. Dövlət dili haqqında məsələ 1992-ci ilin dekabrında Azərbaycanın Milli Məclisində müzakirə edildi və dövlət dilinin adının dəyişdirilməsini nəzərdə tutan antikonstitusion qanun qəbul edildi. Təəssüf ki, belə taleyüklü məsələnin həlli üçün o zaman Milli Məclisdə cəmi 26 nəfərin lehinə səs verməsi kifayət edirdi. Halbuki dövlət dili haqqında müddəa Konstitusiyada nəzərdə tutulduğuna görə, ona hər hansı dəyişiklik edilməsi ümumxalq müzakirəsi, ali qanunvericilik orqanı üzvlərinin ən azı üçdə iki səs çoxluğu ilə edilə bilərdi. Lakin o zaman adi qanunvericilik qaydalarına məhəl qoyulmamış, xalqın iradəsi nəzərə alınmadan volyuntarist və məsuliyyətsiz bir qərar qəbul edilmişdir.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsinə baxılarkən dövlət dili, daha doğrusu, dövlətin dilinin adı haqqında müddəa geniş müzakirə obyekti oldu. Həmin məsələ yeni Konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə olundu. Nəhayət, xalq l995-ci il noyabrın 12-də referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar olduğunu bildirdi. Ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi.

İndi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır. Hazırda ölkəmizdə cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada rahat işlədilə bilməsin.

Bununla yanaşı, Azərbaycan Respublikasının onillik inkişaf yolunun təcrübəsi göstərir ki, digər sahələrdə olduğu kimi, ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində də hələ görüləsi işlər çoxdur. Ölkəmizin orta və ali məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mədəni inkişaf tariximizin tələblərinə cavab verən tədris işinin təkmilliədirilməsinə ehtiyac vardır. Bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və sair sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl edilir. Azərbaycan dilinin reklam işində istifadə edilməsində ciddi qüsurlar müşahidə olunur. Kəskin tənqidlərə əsassız olaraq üstünlük verilir. Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir. Ölkə ərazisində yayımlanan televiziya kanallarının əksəriyyəti xarici dillərdə fəaliyyət göstərir. Kino və televiziya ekranlarında Azərbaycan dilinə dublyaj edilmiş xarici filmlərə nadir hallarda rast gəlmək olar, dublyaj edilmiş ekran əsərlərinin tərcümə səviyyəsi isə olduqca aşagıdır. Azərbaycan Respublikasının xarici siyasət sahələrində, xüsusilə ölkəmizdə fəaliyyət göstərən səfirlik, xarici nümayəndəlik və şirkətlərdə Azərbaycan dilinin işlənməsi yarıtmaz vəziyyətdədir. Xaricdə yaşayan soydaşlanmızın Azərbaycan dili dərslikləri, tədris vəsaiti, ana dilində elmi və bədii ədəbiyyat, mətbuat və sairə ilə təmin olunması qənaətbəxş deyildir.

Çox qəribə görünsə də, Azərbaycan dilçiliyinin sovet dövründə əldə edilmiş sürətli inkişaf tempi son illərdə aşağı düşmüşdür və bu sahədə bir durğunluq müşahidə olunur. Azərbaycanda nitq mədəniyyəti məsələlərinin tədqiqinə və nizamlanmasına kəskin ehtiyac duyulur. Azərbaycan dilinin tətbiq dairəsi bəzən suni olaraq məhdudlaşdırılır. Rəsmi və elmi uslubun vəziyyəti heç də ürəkaçan deyildir. Azərbaycan dilinin orfoqrafik, izahlı, terminoloji və sair lüğətlərinin yenidən latın qrafikası ilə hazırlanıb çap olunması, ikidilli tərcumə lüğətlərinin tərtibi və nəşri məsələləri yubadılır. Latın qrafikasının bərpa olunması barədə qanun qəbul edilməsindən on ilə yaxın bir muddət keçməsinə baxmayaraq, onun həyata keçirilməsi olduqca ləng gedir. Bütün bu və digər məsələlərin əlaqələndirilməsi və tənzimlənməsinin, onların həlli prosesinə nəzarətin vahid mərkəzləşdirilmiş bir qurum tərəfindən həyata keçirilməsinə ehtiyac vardır.

Azərbaycanın dövlət müstəqilliyinin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi elmi tədqiqinin fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və bu işə nəzarətin gücləndirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin Yanında Dövlət Dil Komissiyası yaradılsın. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, komissiya haqqında əsasnaməni bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanun layihəsini bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentin təqdim etsin.

3. Azərbaycan Respublikasının nazirlik, idarə, təşkilat və müəssisə rəhbərləri öz tabeliklərində olan qurumlarda dövlət dillnin və latın qraflkasının tətbiqi işinin yaxşılaşdırılması ilə bağlı uzunmüddətli kompleks planlar hazırlayıb həyata keçirsinlər və 2001-ci il avqustun 1-nə qədər ilkin nəticələr haqqında Azərbaycan Respublikasının prezidentinə məlumat versinlər.

4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi orta və ali məktəblərdə Azərbaycan dilinin tədrisi və Azərbaycan dilində təhsilin keyfiyyəti ilə bağlı əsaslı dönüş yaratmaq istiqamətində qəti tədbirlər həyata keçirsin və müvafiq təkliflər proqramını bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi Yazıçılar Birliyi ilə birlikdə latın qrafikasi ilə yenidən çap olunması təklif olunan elmi və bədii əsərlərin, lügət və dərsliklərin çap proqramını bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin.

6. Azərbaycan Milli Elmlər Akademiyası bir ay ərzində Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə elmi araşdırmaların cari və perspektiv planlarına yenidən baxıb təsdiq etsin və onların yerinə yetirilməsinin gedişi barədə hər altı aydan bir Azərbaycan Respublikasının prezidentinə məlumat təqdim etsin.

7. Respublikanın şəhər və rayon icra hakimiyyəti başçılarına tapşırılsın ki:

- yerlərdə istifadə olunan lövhə, reklam tabloları, şüarlar, plakatlar və digər əyani vasitələrin Azərbaycan ədəbi dilinin qaydalarına uyğunlaşdırılması baxımından tədbirlər görsünlər və bu tapşırığın yerinə yetirilməsi haqqında 2001-ci il avqustun 1-nə qədər Azərbaycan Respublikasının Prezidentinə arayış versinlər;

- yerlərdə Azərbaycan dilinin və latın qrafikasının tətbiqi işinə nəzarəti gücləndirsinlər və bu işin gedişi barədə 2001-ci il avqustun 1-nə qədər Azərbaycan Respublikasının prezidentinə məlumat versinlər.

8. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə tapşırlsın ki, əcnəbi ölkələrdə istehsal edilmiş və Azərbaycanda nümayiş etdirilmək üçün alınmış kino və televiziya məmulatının Azdrbaycan dilinə dublyajı işinin lazımi səviyyədə qurulması və ölkə ərazisində xarici kino və telefilmlərin Azər


AZƏRBAYCAN DİLİ

Azərbaycan Respublikasının səkkiz milyonluq əhalisinin (2001) gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir.

Azərbaycan dili İran İslam Respublikasında yaşayan 20 milyonluq azərbaycanlının da ana dilidir. Rusiyada, ABŞ-da, Türkiyədə və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 30 milyondan çox adam yaşayır.

Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.

Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ)* dillər qrupuna daxildir. Bu qrupa daxil olan bütün dillər kimi, Azərbaycan dilində də insirafi (flektiv) dillərdən fərqli olaraq bütün söz kökləri özümlü leksik və qrammatik mənası olan müstəqil sözlərdir; qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə olunur.

Azərbaycan xalqının etnik əsasını təşkil edən türklər indiki Azərbaycan ərazisində eramızdan əvvəl görünməyə başlamış, birinci minilliyin əvvəlindən isə başqa mənşədən olan çoxsaylı tayfalarla birlikdə bu torpağın qədim sakinləri olmuşlar. Türk mənşəli Azərbaycan dilinin və həmin dildə danışan xalqın yaranması, başqa sözlə, bu dilin ümumi ünsiyyət vasitəsinə çevrilməsi uzun sürən, bir neçə əsr davam edən bir proses olmuşdur. Əhalinin etnik tərkibində türk tayfalarının sayı, habelə iqtisadi, siyasi, mədəni təsiri artdıqca dilin fəaliyyət dairəsi də genişlənmiş və beləliklə, bəzi etnik və antropoloji xüsusiyyətlərini bu gün də qoruyub saxlaya bilən çeşidli etnik qruplar ümumi mədəni-mənəvi və dini birliyi olan bir xalq halında birləşmişlər.

Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. "Kitabi-Dədə Qorqud" dastanlarının dili ədəbi dilimizin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayıla bilər. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır.

Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII əsrdən XVIII, yeni adlandrıla bilən ikinci dövr isə XVIII əsrdən yaşadığımız günlərə qədər olan bir dövrü əhatə edir.

Birinci dövr Azərbaycan ədəbi dilinin xidmət göstərdiyi areal öz iriliyi ilə fəqlənir. Həmin dövrün cəlayirlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərinin saray və ordu dili olan bu dil bütün Ön Asiyada ədəbi dil kimi xidmət etmişdir. Bu dövr Azərbaycan ədəbi dili yeni dövr Azərbaycan dilindən öz dilxarici (ekstralinqvistik) xüsusiyyəti ilə yanaşı dildaxili (linqvistik) özümlükləri ilə də seçilir.

Leksik cəhətdən mövcud olan fərqlərdən birincisi budur ki, birinci dövr Azərbaycan dilində ərəb və fars sözləri çoxdur. O dövrün dil üslubları, xüsusən aparıcı poetik janr və vasitələr ədəbi dilimizə külli miqdarda alınma sözlərin axıb-gəlməsinə səbəb olmuşdu. İkinci dövrdə isə realist şer məktəbinin, realizm ədəbi metodunun bir yaradıcılıq metodu kimi yaranması və aparıcı yaradıcılıq metodu kimi formalaşması dilimizin əsas lüğət fonduna keçə bilməyən alınma sözlərin ədəbi dili tərk etməsinə səbəb olmuşdu.

İkincisi, əski Azərbaycan ədəbi dilinin osmanlı dili ilə müştərək olan bir sıra sözləri (şimdi, şöylə, şu, kəndi və s.) yeni dövrdə artıq işləkliklərini tamamilə itirmişdilər. Bu türk ədəbi dilləri sahəsində ayrılma (differensiyasiya) hadisəsinin tam başa çatmasının nəticəsi idi.

Dövrlər arasındakı fərqlər fonetik səviyyədə də güclüdür. Belə ki, yeni dövr Azərbaycan ədəbi dili eyni zamanda fonem tərkibinin sabitləşməsi ilə də səciyyələnir. Birinci dövrə xas olan o//a sait, h//q//x samit müvaziliyi artıq birincilərin (o və h) qələbəsi ilə nəticələnir.

Oxşar vəziyyət qrammatika sahəsində də özünü göstərir. İsmin birinci dövrə məxsus təsirlik hal şəkilçilərinin -yi,-yı,-yu,-yü//-ni,-nı,-nu,-nü müvaziliyi ikinci dövrdə artıq aradan çıxır. Felin -isər qəti gələcək zaman şəkilçisi öz vəzifəsini tamamilə -acaq//-əcək şəkilçisinə verir.

Əski Azərbaycan dilində söz birləşmələrinin quruluşu daha çox ərəb və fars dillərinin sintaktik modelində olmuşdur: fəsli-gül (gül fəsli), tərki-təriqi-eşq (eşq təriqinin (yolunun) tərki), daxili-əhli-kamal (kamal əhlinə daxil)… Yəni təyin edən söz təyin olunan sözdən sonra işlənmişdir. İkinci dövr Azərbaycan dilində tamamilə əksinədir: təyin edən söz təyin olunan sözdən mütləq və həmişə əvvəl işlənir.

Digər sintaktik fərq kimi, birinci dövrdə budaq cümlənin baş cümlənin içərisində yerləşdiyi tabeli mürəkkəb cümlələr daha çox işləndiyi halda (kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm), yeni dövrdə bu tipdən olanların əvəzinə daha çox feli sifət tərkiblərinin işləndiyini görürük.

Hər iki dövrün ədəbi dili öz növbəsində müxtəlif mərhələləri əhatə edir.

Birinci dövr Azərbaycan dili öz inkişafında iki mərhələdən keçmişdir:

1) ədəbi dilin təşəkkül mərhələsi (XIII-XIV əsrlər),

2) klassik şeir dili mərhələsi (XV-XVII əsrlər).

İkinci dövr Azərbaycan dili isə üç mərhələni əhatə edir:

1) ədəbi dilin xəlqiləşməsi mərhələsi (XVIII əsr),

2) Milli dilin yaranması və inkişafı mərhələsi (XIX-XX əsrin əvvəli),

3) Müasir mərhələ (XX-XXI əsrin əvvəli).

Yeni dövr. Azərbaycan dili böyük inkişaf yoluna özünün ikinci inkişaf mərhələsində (Milli ədəbi dilin təşəkkülü və inkişafı mərhələsində) çıxır. Bu dildə şeirlə yanaşı, nəsr və dram əsərləri yazılır, qəzet və jurnallar nəşr edilir, o bəzi rəsmi sənədlərdə, elmi tədqiqatlarda da işlənməyə başlayır. O dövrdə Azərbaycana gələn xaricilər, ruslar və almanlar da ona maraq göstərir, bəziləri bu dili öyrənməyə başlayır. Məsələn, rus şairləri Lermontov, Bestujev-Marlinski, alman şərqşünası Bodonştedt. Sonuncusu XIX əsr Azərbaycan şairi Mirzə Şəfidən Azərbaycan dilini və onun şeirlərini almancaya tərcümə edərək Berlində ayrıca kitab şəklində nəşr etdirmişdir. Orta əsrlərdə əski Azərbaycan dilinə aid tərcümə lüğətləri və qrammatik tədqiqatlar aparılmış olsa da, Azərbaycan dilinə aid elmi əsərlər və dərsliklər XIX əsrdən etibarən yazılmağa başlayır. Mirzə Kazımbəyin rusca yazdığı "Türk-tatar dilinin ümumi qrammatikası" əsəri məşhurdur. M.Vəzirovun, L.Budaqovun, Q.Makarovun, N.Nərimanovun, M.L.Məmmədovun, S.M.Qəniyevin Azərbaycan dilinə aid dərslikləri də rus dilində yazılmışdır. L.Budaqovun ikicildlik lüğəti də ("Сравнительный словарь турецко-татарских языков") var. M.Əfşarın Azərbaycan dilinə aid "Fənni-sərfi-türki" ("Türk dilinin qrammatikası") adlı dəyərli əsəri isə azərbaycancadır.

Azərbaycan dilinin inkişafı da, problemləri də daha çox XX əsrlə bağlıdır. Məhz bu dövrdə Azərbaycan ədəbi dili bənzərsiz bir problemlə qarşılaşır. Əsrin əvvəllərindən başlayaraq, ədəbi dildə üç meyil, üç istiqamət özünü göstərir. Təbiidir ki, bu ən çox bədii əsərlərin dilinə və mətbuata aiddir.

1. Birinci meyil, ədəbi dili bacardıqca xalq dili ilə eyniləşdirmək meyli. Bu özünü "Molla Nəsrəddin" jurnalının və bu jurnalın əməkdaşlarının (C.Məmmədquluzadə, Ə.Haqverdiyev və b.) əsərlərində göstərir. Burada ədəbi dil ilə danışıq dili, dialektlər arasındakı fərq götürülür. Xalq bu dili asan başa düşür.

2. Daha çox osmanlı (indiki türk) və əski Azərbaycan dilinin ənənəsinə söykənən ədəbi dil yaratmaq meyli. Bu "Fyüzat" və "Həyat" kimi bir çox jurnal və qəzetlərin və əksərən bu redaksiyada işləyənlərin (Ə.Hüseynzadə, Səbribəyzadə və b.) əsərlərinin dilində özünü göstərir. Xalq bu ədəbi dili çətin anlayır. Bu dil o vaxtkı türk ədəbi dilindən, demək olar ki, seçilmirdi.

3. Hamı tərəfindən anlaşılan, ədəbi dil normalarına əsaslanan ədəbi dil yaratmaq meyli. Bu dil heç bir dialekt təsirini qəbul etməyən bir dil idi. Bu dili A.Şaiq, C.Cabbarlı, S.Hüseyn, A.Səhhət kimi şair və yazıçılar yaradırdılar. Ədəbi dil sahəsindəki bu vəziyyət əsrin əvvəllərindən 1930-cu illərədək davam etdi.

Yeni dövr Azərbaycan ədəbi dilinin üçüncü, yəni müasir mərhələsində dil həyatının mühüm hadisələrindən biri Azərbaycan ədəbi dilinin dövlət dili statusu almasıdır.

Azərbaycan dilinin ölkənin dövlət dili kimi elan edilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə Heydər Əliyev ölkəyə rəhbərliyə gəldiyi ilin (1969) ilk günlərindən başlamışdır.

Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, məsələn, BDU-nun 50 illiyinə həsr olunmuş yubiley toplantısında, yenə həmin ali məktəbin partiya konfransında yüksək dövlət səviyyəsində aparılan başqa müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazandı. O çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət eyni zamanda onun istifadə etdiyi, danışdığı dilə - Azərbaycan dövlət dilinə çox böyük hörmət və məhəbbət yaradır. Bütün bunlar təbii olaraq, ölkədə aşağıdan yuxarıya və eyni zamanda yuxarıdan aşağıya güclü bir dövlət dili ab-havası yaratmağa xidmət edirdi.

1977-1978-ci illər respublika rəhbərini çətinliklər qarşısında qoydu. Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün bir nümunə rolunu oynamalı idi və faktik olaraq oynayırdı. Həmin konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmadı.

Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrundakı mübarizəsini davam etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə apardı və bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərdi.

1978-ci il aprel ayının 2-də Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (əsas qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir".

Azərbaycan SSR Dövlət orqanlarında və ictimai orqanlarında və maarif idarələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir.

1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz dövləti, öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi.

Müstəqil Azərbaycanın 1995-də ümumxalq referendimunda qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz layiqli yerini tutur: Maddə 21. Dövlət dili

1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir".

Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalamışdır.

Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir.

Bu yolların bəziləri artıq uğurla başa çatmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"kı sərəncamı, şübhə yoxdur ki, ölkədə əlifba ilə bağlı problemləri həll edəcəkdir.

İkinci dövr ədəbi dilimizin bütün üç inkişaf mərhələsi üzrə bəzi özümlüklər var. Əvvəldə göstərildiyi kimi, Azərbaycan dili hazırda Azərbaycan Respublikası ilə yanaşı, İran İslam Respublikasında və İraqda da işlənməkdədir. Folklor əsərləri də aydın göstərir ki, həmin ölkələrdə yaşayan azərbaycanlıların dilləri arasında elə bir fərq yoxdur. Lakin ədəbi dil baxımından çoxlu fərqlər mövcuddur və bu fərqlər özünü çap olunmuş əsərlərin, qəzet və jurnalların, radio və televiziya verilişlərinin dilləri arasında aydın göstərir. Təbii, bunun tarixi, sosial səbəbləri var.

İran və Rusiya arasında gedən müharibələrin nəticəsində bu iki dövlət arasında Gülüstan (1813), Türkmənçay (1828) müqavilələri bağlandı və həmin müqavilələrə əsasən Azərbaycan iki yerə bölündü. Beləliklə, 200 ilə yaxındır ki, eyni bir xalq bir-birindən aralı, tamamilə fərqli bir mühitdə və şəraitdə yaşayır. İstər İran, istərsə də Rusiya iki hissəyə ayrılmış bu xalqın heç bir iqtisadi əlaqəsinə imkan vermədi. Azərbaycan 1991-ci ildən müstəqillik əldə etdikdən sonra müəyyən əlaqələr yaransa da, bu ayrılıq xüsusən dil baxımından davam etməkdədir.

Bu iki yüzillik fərqli mühit bütün sahələrdə olduğu kimi, ədəbi dil sahəsində də davam etməkdədir. Müstəqil Azərbaycanın dilində rus, güney Azərbaycanın dilində isə fars dilinin təsiri özünü hələ də göstərir. Hazırda Şimal və Cənubi Azərbaycan ədəbi dilləri arasında leksik, fonetik və müəyyən qrammatik fərqlər (xüsussən sintaksis sahəsində) qalmaqda davam edir.

Bu fərqlərin ekstralinqvistik səbəbləri var. 1991-ci ilə kimi Rusiyanın tərkibində olmasına baxmayaraq, Azərbaycan dilinin orta məktəblərdə tədrisinin əsryarımlıq, universitet və institutlarda tədrisinin isə 76 illik tarixi var. Azərbaycan dili, onun tarixi, dialektləri geniş surətdə tədqiq edilmiş, bu sahədə Azərbaycan dilində yüzlərlə, bəlkə daha artıq əsərlər çap edilmişdir. Demək olar ki, elə bir xalq qalmamışdır ki, onların ədəbiyyatının görkəmli nümunələri, Qədim Yunan ədəbiyyatı və fəlsəfəsindən tutmuş bu günədək mövcud olan bədii və elmi əsərlər Azərbaycan dilinə tərcümə edilməmiş olsun. Hazırda bütün fənlərə (riyaziyyat, fizika, kimya, təbabət və s.) aid Azərbaycan dilində dərsliklər yazılmış və ya həmin dərsliklər başqa dillərdən Azərbaycan dilinə tərcümə edilmişdir.

Bir-iki qəzet-jurnal nəzərə alınmazsa, İran Azərbaycanında Azərbaycan ədəbi dili faktik olaraq işlənmir.

İraq azərbaycanlılarının Azərbaycdan köçmələrinin 3-4 əsrlik müddəti, ərazi uzaqlığı, əlaqəsizlik onların ədəbi dillərinin başqa istiqamətdə getməsinə səbəb olmuşdur. İraq azərbaycanlıların ədəbi dilinə müasir türk dilinin təsiri güclüdür.

Son illər müxtəlif ölkələrdə yaşayanların ədəbi dillərinin yaranması və inkişafı prosesində Azərbaycan ədəbi dilinə yaxınlaşmaq meyilləri aydın hiss olunur və bu prosesin uğurla nəticələnəcəyinə ümidlə baxmaq olar.

Türk dillərindən biri kimi müasir Azərbaycan dili özümlü xüsusiyyətləri ilə fərqlənən fonetik və qrammatik quruluşu olan bir dildir. Öz fonetik qanunauyğunluqlarına görə, bu dildə əmələgəlmə yerinə görə fərqlənən saitlər,yəni ön sıra (i,ü,e,ə,ö) və arxa sıra (ı,u,a,o) saitlər eyni bir söz və ya sözforma daxilində işlənə bilməz (işıq, ildırım kimi i saiti ilə başlayan bir neçə söz istisnadır): eyni zamanda bu dildə dilortası samitlərin (g, k) arxasıra, dilarxası saitlərin (k,q,ğ,x) ön sıra saitlərlə bir hecada işlənməsi də mümkünsüzdür.

Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.

Azərbaycan dilində 9 qısa (i,ü,e,ö,ə,a,o,u,ı), 6 uzun (i:,e:,ö:,ə:, a:,u:) saitlər vardır. Uzun saitlər bu dil üçün səciyyəvi deyil, onlar demək olar ki, yalnız alınma sözlərdə çox az hallarda işlənir.

Fonetik vurğu, bir qayda olaraq, sonuncu hecaya düşür. Fonematik vurğunun yeri sözün mənasından asılı olaraq dəyişmir: alma' - 'alma.

Azərbaycan dilində söz əvvəlində işlənməyən 2 fonem var: ı saiti və ğ samiti.

Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say, əvəzlik, zərf, fel) və köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida) nitq hissələri daxildir.

İsimlərin kəmiyyət, mənsubiyyət, hal, xəbərlik kateqoriyaları var. Bu kateqoriyalar isimləşən (substantivləşən) digər nitq hissələrinə də aiddir.

Azərbaycan dilində ismin 6 halı (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), felin 5 (şühudi keçmiş, nəqli keçmiş, indiki, qəti gələcək, qeyri-qəti gələcək) zamanı var. Felin şəkil kateqoriyası 6 formanı (əmr, arzu, şərt, vacib, lazım, xəbər) əhatə edir.

Fellər subyekt, obyekt, hərəkətin münasibətinə görə müxtəlif 5 qrammatik növdə (məlum, məchul, qayıdış, qarşılıqlı-müştərək, icbar) işlənə bilir.

Azərbaycan dilinin sintaktik qanununa görə, bir qayda olaraq, mübtəda cümlənin əvvəlində, xəbər cümlə üzvü sonda, təyin təyin etdiyi sözdən qabaqda gəlir.

Azərbaycan dilində sözyaradıcılığında əsasən morfoloji (dəmirçi, üzümçü, təbliğatçı; dəmirçilik, üzümçülük, təbliğatçılıq; dolça, qazança otluq, meşəlik; qaldırıcı, endirici; sevinc, gülünc; yavaşca, indicə və s.) və sintaktik (otbiçən, vaxtamuzd, boyunbağı, gündoğan, sarıköynək, əlidolu, adlı-sanlı, qırxayaq, beşaçılan və s.) üsullardan istifadə edilir.

Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.

İşləndiyi sahələrlə bağlı olaraq, Azərbaycan ədəbi dili dörd əsas üslubu özündə birləşdirir: işgüzar, mətbuat, bədii, elmi üslublar. Azərbaycan ədəbi dilinin müasir mərhələsində bu üslubların hamısı yüksək dərəcədə inkişaf etmişdir.

Ölkənin siyasi, iqtisadi, elmi, mədəni həyatında baş verən böyük dəyişikliklər müasir Azərbaycan dilinin lüğət tərkibində terminlərin sürətlə artmasına səbəb olmuşdur. Bu proses ədəbi dilin bütün üslublarında, özəlliklə, işgüzar və elmi üslublarda, müəyyən dərəcədə mətbuat üslubunda aydın müşahidə olunur.

Azərbaycan dilinin dialekt və şivələri dörd qrupdan ibarətdir: 1) şərq qrupu (Bakı, Quba, Şamaxı dialektləri və Lənkəran, Muğan şivələri); 2) qərb qrupu (Gəncə, Qazax, Qarabağ dialektləri və Ayrım şivəsi); 3) şimal qrupu (Şəki dialekti, Zaqatala-Qax şivəsi); 4) cənub qrupu (Naxçıvan, Ordubad dialektləri).

N Ə T İ C Ə

Cənubi Azərbaycan əraziləri müasir insan tipinin formalaşma arealına düşdüyündən ölkəmizin cənub vilayətlərində əkinçi və maldar tayfaların məskunlaşması mezolitdən başlamışdır. Sonrakı bütün beşminillik yazılı tarix ərzində aborigen Azərbaycan tayfalarının yaşadığı ərazi şimalda Dərbənd, şərqdə Xəzər dənizi, qərbdə İkiçayarası, cənubda Həmədanla sərhədlənmişdir. Aborigen əhali küll halında həmişə öz yerində sabit yaşamış, əkinçilik və maldarlığın inkişafı ilə ölkəmizin ərazisindəki əsas tayfaların bir sıra bölümləri hələ mezolitdən başlayaraq qərbdə Balkana, şərqdə Altaya, şimalda Qara dənizin yuxarı sahillərinə qədər yayılmışdır. Şimaldan Dərbənd keçidi ilə, aşağıdan Xəzərin cənub sahilləri ilə ölkəmizə gələnlər də çox olmuşdur. Bunlar yalnız türkdilli olduqda yerli əhali ilə qaynayıb-qarışmış və xalqımızın etnik tərkibində iştirak etmişlər. Şimalda bir sıra qafqazdilli, şərqdə bir sıra irandilli tayfalar xalqımızın əbədi yol yoldaşı olmuşlar.


İnsanın ilkin vətəni Ön Asiya və Aralıq dənizi hüdudları olduğu üçün bəşər dilinin - ilk ulu dilin dialekt parçalanması da bu ərazilərdə baş vermişdir. Yer üzərində yaranmış ulu dilin dialekt parçalanması e.ə.XII minillikdə başa çatmış, tədricən protodillərdə dialekt parçalanması başlamış, XII-VI minilliklərdə müxtəlif dil ailələri yaranmışdır. Dil ailələrinin yaranması sonralar da davam etmişdir. Çox qədim etnik bölümlərdən olan hindavropalılarla, samilərlə birlikdə türk protodili də Ön Asiyada meydana gəlmişdir. Tarixçilər beş min il əvvəl şumerlərin və akkadların qonşuluğunda - Cənubi Azərbaycan ərazilərində yüksək mədəniyyət və siyasi qüvvə kimi meydana çıxan kutilərin, lulluların, turukkilərin, suların, kasların türk olduğunu sübut etmişlər. Həmin tayfa dillərinin yadigarı olan onomastik leksika və bu leksika əsasında müəyyənləşdirilən qrammatik əlamətlər də onların düzgün nəticəyə gəldiklərini, bu tayfaların türkdilli olduğunu sübut edir. İlk bəşər sivilizasiyasının yaradıcısı olan şumerlər Azərbaycan tayfalarından ayrılmışlar, etnik tərkib və dil baxımından Azərbaycanın türk tayfalarından fərqlənməmişlər. Arxeoloji mədəniyyət göstərir ki, üç min ilin müddətində (e,ə.III-I minilliklər) Azərbaycanın əsas tayfaları öz yerində olmuş, ölkəmizin ərazisində yaşayan etnosların tərkibində əsaslı dəyişikliklər olmamışdır.
Azərbaycan çox qədim insan məskəni olduğu üçün paleolitdən bu günə qədərki bütün təbii və ictimai proseslərin izlərini mühafizə edib saxlamışdır. Yerli əhali ibtidai icma quruluşundan keçərək hələ beş min il əvvəl özünün ilk dövlət qurumunu yaratmış, beş min ilin müddətində daim öz sərhədləri, əhalisinin etnik tərkibi ilə tanınmış və fərqlənmişdir.
E.ə. I minilliyin başlanğıcında ölkəmizin cənubunda Manna dövləti siyasi fəaliyyət meydanına çıxmışdır. Bu dövlət lullu, kuti, su, turukki, kassi kimi köklü və qədim türk tayfalarının dövləti idi. Ölkə ərazisində əsas tayfaların dili türk dili idi. E.ə. III-I minilliklərdə Azərbaycan ərazisində hakim sülalələr də həmin tayfalardan olmuşdur. Müəyyən edilmişdir ki, yer adlarında təmsil olunmuş sözlər türk leksikasına mənsubdur. Manna şəxs adları da türk dilləri ilə izah olunur.
E.ə. VI əsrin sonlarında Manna qonşu Mada dövlətinə qatılmış, öz varlığını onun tərkibində «Kiçik Mada» (sonralar «Atropat Madası») adı altında qorumağa çalışmışdır. Mannanın yüksəlişi dövründə - e.ə. VIII-VII yüzilliklərdə Kür-Araz qovşağı arasında gəlmə türk tayfalarının - kimmerlərin, skiflərin və sakların nüfuzu genişlənmiş, onlar Azərbaycan ərazilərində güclü çarlıq yaratmışlar. E.ə. VI əsrin ortalarında (550) süqut edən Mada dövləti İran - Əhəməni imperiyasının hakimiyyətindən asılı vəziyyətə düşsə də, uzun müddət farslara qarşı azadlıq mübarizəsi aparmış, əksərən öz müstəqilliklərini mühafizə etmişlər. Əhali Manna dövründəki etnik tərkibini və dilini saxlamış, mürtəce konsepsiya tərəfdarlarının iddia etdiklərinin əksinə olaraq, heç bir dövrdə iranlaşmaya yol verməmişlər.
E.ə. IV əsrdə ölkəmizin şimalında Albaniya, cənubunda Atropatena dövləti siyasi həyat meydanında idi. Hər iki ölkə əhalisinin özəyini türklər təşkil edirdi. Güclü Hun imperiyasının meydana çıxması ilə (e.ə. III əsr) türklərin Orta Asiyadan qərbə yeni axınları başlamış, bütün 1-ci minillik boyu yerli əhali yeni türk tayfalarını qəbul etməli olmuşdur.
Dilimizin lüğət tərkibi və qrammatik quruluşu Aratta dövründən miladaqədərki aborigen və gəlmə türk tayfa dillərinin lüğəti və quruluşu əsasında müəyyənləşmişdir. Müasir dilimizin fonetik sistemi, lüğət tərkibi və qrammatik quruluşu I minilliyin 1-ci yarısının məhsuludur. İlkin feodalizm dövründə (III-V əsrlər) ümumxalq dili kimi təşəkkül tapan bu dilin qol-qanad açmasında qədim aborigen tayfalarla yanaşı, hun, savar, xəzər, qıpçaq, oğuz, kəngər, türk və s. tayfa dillərinin böyük rolu olmuşdur. Bu tayfalar eramızın ilk günlərindən başlayaraq bütün minillik boyu güclü dalğalarla Azərbaycana daxil olmuş, aborigen qohumları ilə birləşmişlər.
Manna, Mada dövlətlərinin, Saq-Massaget çarlığının qüvvətləndiyi vaxtlarda cənub şimalın, şimal isə cənubun torpaqlarını qismən özünə birləşdirmişdir. E.ə.IV əsrin ortalarına qədər ölkəmizin şimalı ilə cənubu Əhəmənilərin asılılığında birlikdə olmuşdur. Şimalla cənubu daha əsaslı şəkildə birləşdirən Makedoniyalı İskəndər olmuşdur. İskəndərin ölümündən (e.ə.323) sonra Atropatena və Albaniya müstəqillik qazansa da, az müddət sonra güclü Parfiya dövləti tərəfindən yenidən vahid canişinlikdə birləşdirilmişlər. Hazırkı türkmənlərin babaları olan türkdilli parfiyalılar Azərbaycan etnoslarının vahid xalq kimi təşəkkülünü sür’ətləndirmişlər. Elə bir dövr idi ki, artıq şimal ilə cənub daim birlikdə olurdu, Araz öz təbii sərhəd rolunu itirmişdi, qohum etnosların bir xalq kimi birləşməsi, tayfa dillərinin vahid ümumxalq Azərbaycan dili kimi təmərküzləşməsi prosesi gedir, bunlar türkdilli əhalinin daha geniş arenaya çıxmasına səbəb olurdu. III əsrin əvvəlindən Sasanilər imperiyası da Azərbaycanın şimalını və cənubunu vahid canişinlik şəklində idarə edir. Bu dövrdə rəsmi dövlət dili fars dili olsa da, Azərbaycan artıq çoxdan türklər ölkəsi kimi tanınmaqda idi. Şimalda mədəni inkişaf daha sür’ətlə gedirdi. Albanların istifadə etdiyi əlifba təzələnir, iri tayfalar üçün yeni əlifba yaradılır, məktəblər nizama salınır. Alban dilində elmi kitablar yazılır, xristianlığın dini kitabları bu dilə tərcümə edilir.
Azərbaycan xalqının təşəkkülündə ərazi birliyi, iqtisadi, inzibati, siyasi birliklə yanaşı, dini birliyin də əhəmiyyəti böyük olmuşdur. Sasanilər atəşpərəstliyi dövlətin vahid dini e’lan etmişdilər. Azərbaycan əhalisi də atəşpərəst idi. Lakin əhali arasında bütpərəstlər də vardı. Albaniyanın dağlıq hissəsi xristianlığı qəbul etmişdi. Peyğəmbərin vəfatından az sonra ərəblər Azərbaycanda islam dinini yaymağa başlamışdılar.
Qədim ərəb, assur, bizans mənbələrində, bizim elmi-türkoloji ədəbiyyatda Şimali Azərbaycan əhalisinin dilini Alban/Arran dili, cənubda işlədilən dili Atropatena/Azərbaycan dili addlandırmışlar. Bunlar təbii-tarixi prosesin nəticələrini əks etdirir. «Atropatena» (sonralar Adzərbayqan - Azərbaycan) və «Albaniya» (Arran) dili e.ə.IV əsrdən eramızın V əsrinə qədər min illik yolda daim bir-biri ilə birləşmə, qovuşma istiqamətində irəliləmiş, III-V əsrlərdə ümumxalq dili şəklində tam vahid yetkin dilə çevrilmişdir. Doğrudur, lap sonralar da - XIII əsrdə də ərəbdilli mənbələrdə «Atropatena», «Arran» sözlərinə rast gəlirik, lakin Azərbaycanın şimallı-cənublu ərəblər tərəfindən işğalı, əhalinin islam dinini qəbul etməsi, ölkənin bütövlükdə Azərbaycan, əhalinin vahid şəkildə azərilər, hər iki tərəfdə işlədilən dilin azəri dili, türk dili adlandırılması artıq türkdilli Azərbaycan əhalisinin ərəb işğalı ərəfəsində bir xalq kimi, türk dilinin vahid bir dil kimi formalaşmış olduğunu sübut edir. Bütün təbii-tarixi faktlar göstərir ki, Azərbaycan xalqının formalaşdığı III-V əsrlərdə onun misilsiz abidəsi «Dədə Qorqud» da formalaşmış, sonrakı əsrlərdə Azərbaycan ərazilərini oymaq-oymaq dolaşaraq ümumxalq dilinin ədəbiləşməsinə xüsusi tə’sir göstərmişdir. Babək hərəkatının vurduğu zərbə ilə zəif düşən, sarsılan Xilafət IX-XII əsrlərdə əvvəlcə müstəqil Azərbaycan feodal dövlətlərinin, sonra Səlcuqların və Atabəylərin Azərbaycan ərazisində siyasi fəaliyyətinə mane ola bilməmiş, xalq dilinə meylin siyasi düşüncələrə tə’siri, milli münasibətlərin dirçəlişi Azərbaycan yazılı ədəbi dilinin təşəkkülünü başa çatdırmışdır.
Ərəblər Azərbaycana daxil olarkən artıq vahid Azərbaycan xalqı və onun vahid ədəbi dili inkişaf prosesi keçirirdi - ümumiləşməkdə, müxtəlif türkdilli etnosların şivə xüsusiyyətlərindən təmizlənməkdə, ədəbiləşməkdə idi. Türk-azəri dilinin ədəbiləşməsində ən böyük işi folklor nümunələri görürdü. Mə’lumdur ki, mətbuatın, radionun, televiziyanın, qurultay və konfransların, geniş ali və orta məktəb şəbəkələrinin olmadığı belə bir dövrdə aparıcı qüvvə el sənətkarları, xalq nağılçıları və ozanlar olmuşlar. Ayrı-ayrı qohum türk tayfaları min illər boyu yaratmış olduqları əsatir, əfsanə, rəvayət, nağıl, hekayə və dastanları böyük maraqla bir-birinə ötürür və bu prosesdə dilin demokratikləşməsi, ümumiləşməsi ilə yanaşı, folklor nümunələri də ümumiləşir və bir tayfanın, bir etnosun yaradıcılıq məhsulu olmaqdan çıxaraq bütün xalqın ortaqlı mədəniyyət, ədəbiyyat abidəsinə çevrilirdi. Ayrı-ayrı tayfaların adı ilə bağlı olan bayatı, varsağı, əfşarı, qaytağı və s. də bu dövrün məhsuludur. Hazırkı atalar sözlərinin, məsəllərin, alqışların, qarğışların, vulqar ifadələrin, tapmacaların, bayatıların, nağılların böyük bir qismi kök e’tibarilə həmin dövrün məhsuludur.
Folklorun ümumiləşməsi şifahi ədəbi dilin formalaşması demək idi. Ozanlar və el ədəbiyyatının biliciləri folklor nümunələrini məhdud şivələrdə deyil, daha ümumi və aydın bir dildə çatdırmalı olurdular. Dövrün folklor dili bizim indi zənn etdiyimizdən qat-qat emosional, ədəbi, ifadəli və zəngin olmuşdur. Bunu sübut edən ən mühüm vasitə «Kitabi-Dədə Qorqud» dastanlarının dilidir. Bu dastanların dilini zənginliyinə, ahəngdarlıq və emosionallığına görə heç bir əsərlə müqayisə etmək olmaz. Hun imperiyasının meydana çıxması və oğuzların fəaliyyəti ilə bağlı yaranan, bir sıra hallarda öz izlərini əvvəlki minilliklərdən alan bu dastanlar II-V əsrlər arasında formalaşma prosesi keçirsə də, bugünkü varianta müvafiq şəkildə tam formalaşma işini VI-VIII əsrlərdə başa çatdırmış, sonrakı əsrlərdə bə’zi arxaik elementlərin islahı ilə yanaşı, boylara islam şəxs adları, müsəlman ayinləri və müəyyən qədər ərəb, fars sözləri əlavə olunmuşdur.
XI-XII əsrlərdə əvvəlcə Səlcuq dövləti, sonralar müstəqil Atabəylər və Şirvanşahlar dövlətləri daxilində Azərbaycanda elmin, ədəbiyyatın, mədəniyyətin, məktəbin inkişafı daha da sür’ətlənir. Şəhər həyatı, müxtəlif sənət sahələri, təsərrüfat, başqa ölkələrlə ticarət genişlənir. Mədrəsələrdə dərs deyən görkəmli yerli alimlər yetişir. Poeziya farsdilli, elm ərəbdilli olsa da, bütün bu inkişaf və yeniləşmə türk - Azərbaycan dilinin qanuni hüquqlarının müəyyən ölçüdə tə’min edilməsinə səbəb olur. Ana dili mədrəsə və mollaxanalara yol tapır, yad dillərin öyrənilməsi üçün açar-vasitə rolunu oynayır. Türk dillərinin müqayisəli lüğəti tərtib olunur, Azərbaycan toponim, etnonim və antroponimləri VII əsrdən ərəb əlifbası ilə yazılış tərzini sabitləşdirir. El şairləri ilə yanaşı, bizə hələlik gəlib çatmasa da, türkdilli yazılı ədəbiyyat yaranır. Azərbaycan dili leksikası farsdilli poeziyaya geniş yol tapır. Farsdilli saray hakimləri türk dilinin saray ədəbiyyatına ayaq açmasına müqavimət göstərsələr də, artıq anadilli yazılı ədəbiyyatın inkişafı qarşısına səd çəkmək qeyri-mümkün olur. Əvvəlki dövrlərdə ana dilində yaranmış əsərlərin üzü köçürülür. Özünüdərk prosesi keçirən xalq öz müstəqilliyini öz dilinin təbii mövqe-müstəqilliyində görür.
Beləliklə, Azərbaycan ədəbi dili Səlcuqların gəlişindən bir neçə yüz il əvvəl təşəkkül tapmışdı. Səlcuqlar Azərbaycana ayaq basanda artıq Azərbaycan ədəbi dili mövcud idi. Əlimizə hələlik «Dədə Qorqud»dan başqa bir əsər gəlib çatmasa da, bu dildə zəngin elmi və bədii ədəbiyyat olmuşdur. Şübhə etmirik ki, hətta bu ədəbiyyatın ilk nümunələri azı I minilliyin ortalarına aid olmaldıdır.
Bütün bunların nəticəsi idi ki, eramızın ilk illərindən təşəkkül yoluna qədəm qoyan Azərbaycan dili I minilliyin sonlarında artıq türk dilləri ailəsində seçilən və bir sıra başqa ərazilərin türklərinə ədəbi dil kimi xidmət edən bir dil idi. Həsənoğlunun qəzəlləri, «Dastani-Əhməd Hərami», «Qisseyi-Yusif», «Qara məcmuə» kimi çox az bir qismi gəlib bizə çatan əsərlər Azərbaycan ədəbi dilinin ilk nümunələri deyil, bir neçə əsrlik inkişaf yolu keçmiş bir ədəbi dilin nümunələridir.

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə