AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan universiteti




Yüklə 27.25 Kb.
tarix27.04.2016
ölçüsü27.25 Kb.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN UNİVERSİTETİ

Fakultə: İqtisadiyyat və idarəetmə

Ixtisas: Menecment

Qurup: 195 A

Fənn : Konstitusiya

Müəllim: B.Vüqar

Tələbə: M.Inqilab

MÖVZU
DÖVLƏT QURULUŞ FORMALARI


ESSE


BAKI-2010

DÖVLƏT QURULUŞ FORMALARI
Dövlət siyasi siyasi quruluş olub müəyyən sərhədlər daxilində yaşayan xalqın xüsusi sistemlə idarə olunmasını təsvir edir. Dövlət çox vaxt cəmiyyətlə səciyyələndirilirlər. Yer kürəsi Antraktidanı çıxmaq şərtilə iki yüzə yaxın dövlət arasında bölünmüşdür.Dövlət siyasi birlik olmaq etibarı ilə müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən xususi təsisatdır. Dövlət xüsusi siyasi təsisat olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir.
Hər bir dövlət özünün idarəçilik formaları,siyasi rejimi və dövlət quruluşu formalarına görə səciyyələnir. Dövlətin forması dedikdə birinci növbədə idarəçiliyin və siyasi hakimiyyət institutlarının necə qurulması başa düşülür. Bu məsələ həm də mərkəz ilə yerlər arasında qanunvericilik hakimiyyətininbölünməsi ilə bağlıdır.

Dövlət quruliş formaları:

- dövlətin daxili strukturunun hansı hissələrdən ibarət olduğunu;

- bu hissələrin hüquqi vəziyyətlərinin və onların orqanlarının qarşılıqlı münasibətlərinin necə olduğunu;

- mərkəzi və yerli dövlət orqanları arasında münasibətlərin necə qurulduğunu;

- həmin dövlətin ərazisində yaşayan hər bir millətin mənafeyinin hansı dövlət formasında olduğunu göstərir.

Dövlət quruluşu formasına görə bütün dövlətləri üç əsas qurupa bölünür bunlar aşağıdakılardır;


  • unitar

  • federativ

  • konfederativ


Unitar dövlətlər - mərkəzi dövlət orqanlarına tabe olan və dövlət suverenliyi əlamətlərinə malik olmayan inzibati - ərazi vahidlərindən ibarət vahid bütöv dövlət birliyidir. Unitar qurum bütün ölkə üçün yerli orqanlar üzərində ali rəhbərliyi həyata keçirən vahid, ümumi nümayəndəli, icra və məhkəmə orqanlarının olmasını nəzərdə tutur. Unitar dövlətin ərazisində bir konustitusia, vahid qanunvericilik sistemi, vahid vətəndaşlıq, vahid pul sistemi fəaliyyət göstərir, bütün inzibati ərazi vahidləri üçün məcburi ümumi vergi və kredit siasəti yeridilir. Unitar dövlətin tərkib hissələri ( vilayətlər, departamentlər, mahallar, əyalətlər, qraflıqlar ) dövlət suverenliyinə malik olmur. Onların öz qanunvericilik orqanları, müstəqil hərbi birləşmələri, xarici siyasət orqanları və digər dövlətçilik atributları olmur. Eyni zamanda burada yerli orqanlar müəyyən bəzən də əhəmiyyətli dərəcədə müstəqilliyə malik olur, onların mərkəzi orqanlardan asılılıq dərəcəsinə görə unitar dövlət quruluşu mərkəzləşdirilmişmərkəzləşdirilməmiş ola bilər.
Əgər dövlət hakimiyyətinin yerli orqanlarının başında mərkəzdən təyin edilmiş məmur durursa və yerli özünüidarə orqanları ona tabedirsə belə dövlət mərkəzləşdirilmiş dövlət hesab edilir. Məsələn Finlandiyada yerli özünüidarəyə prezident tərəfindən təyin olunan qubernator başçılıq edir.
Mərkəzləşdirilməmiş unitar dövlətlərdə yerli dövlət hakimiyyəti orqanları əhali tərəfindən seçilir və yerli həyat məsələlərinin həllində mühüm müstəqillikdən istifadə edirlər.

Yerli idarəçilik sistemi qarışıq olan dövlətlər də mövcuddur buna Türkiyə respublikasnı nümunə göstərmək olar. Türkiyənin əsas inzibati - ərazi vahidlərində yerli özünüidarəni mərkəzi hakimiyyətin nümayəndələri valilər həyata keçirirlər bununla belə seçkili baş şuralar və onların icra orqanları – Encomenlər mövcuddur.

Unitar dövlət rəhbərliyi mərkəzi dövlət orqanları tərəfindən həyata keçirilən vahid silahlı qüvvələrə malikdir.

Unitar dövlətlərə aşağıdakıları misal göstərmək olar;

- Azərbaycan, Gürcüstan,İndoneziya, Sinqapur, Türkiyə, İsrail, İran, Əfqanıstan, Banqladeş, Nepal, Şrilanka, Fransa, İtaliya, Yaponiya, Çin, Tayvan, Kareya, Qazaxıstan, Türkmənistan. Özbəkistan, Qırqızıstan, Albaniya, Makedoniya, Ukraniya, Rumuniya və sairlər aiddir.
Federasiya - əvvəllər müstəqil olan dövlət qurumlarının bir ittifaq dövlətində könüllü birləşməsidir. Federativ dövlətlərin ərazi vahidləri özü üçün qanunlar qəbul etmək səlahiyyətinə malik olurlar. Federasiya çox mühim funksiya yerinə yetirir: o,bir tərəfdən mərkəzin ağalıq cəhdini aradan qaldırır, digər tərəfdən isə ərazi vahidlərinin seperatizminin qarşısını alır. Federasiyanın üzvləri dövlətin tərkib hissəsi kimi çıxış edirlər və onun ali orqanlarının qərarlarına tabedirlər.Bununla yanaşı onların özlərinin hakimiyyət və idarəçilik orqanları,öz qanunvericiliyi və məhkəmə sistemi vardır. Başqa sözlə deyilsə, federasiya subyektlərinin hər biri hüquqi baxımdan nisbi müstəqil dövlət kimi çıxış edirlər.

Federasiyanın ərazisi onun ayrı – ayrı subyektlərinin; ştatların, kontonların, respublikaların və sairlərin ərazilərindən ibarətdir. Ittifaq dövlətlərdə ali qanunverici icra və məhkəmə hakimiyyəti federal dövlət orqanlarına məxsusdur. Federasiya və onun subyektləri arasında səlahiyyət federasiya konsitutusiyası ilə bölünür. Federasiya subyektləri özlərinin konstitusialarını qəbul etmək hüququna malikdirlər, özlərinin qanunverici icra və məhkəmə orqanları vardır. Əksər federasiyalarda vahid ittifaq vətəndaşlığı və federal vətəndaşlıqlar mövcuddur. Federasiyalarda əsas ümumdövlət xarici siyasət fəaliyyətini ittifaq dövlət orqanları həyata keçirir. Onlar federasiyanı dövlətlərarası münasibətlərdə rəsmi təmsil edirlər ( ABŞ, Almaniya, Brazilya, Hindistan və başqaları ). Federasiyalar dövlət quruluşunun xarakterini, məzmununu və strukturunu mühüm dərəcədə müəyyən edən ərazi və milli əlamətlər üzrə qurulur. Ərazi federasiyası federasiya subyektlərinin dövlət suverenliyinin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə xarakterizə olunur. Ərazi federasiyasını təşkil edən dövlət qurumları suveren dövlət deyildir, beləki daxili və xarici münasibətlər sahəsində onların fəaliyyəti ümumfederal dövlət orqanlarının hakimiyyət səlahiyyətlərindən asılıdır. Ərazi federasiyasının subyektləri beynəlxalq münasibətlərdə birbaşa təmsil olunmaq hüququndan konstitusiya qaydalarında məhrum edilmişlər. Bu sahədə ittifaq konstitusiyası pozulduğu halda mərkəzi hakimiyyətin federasiya subyektlərinə məcburi tədbirlər etmək hüququ vardır ( Hindistan ). Ərazi federasiyalarında konstitusiya qanunvericiliyi ilə ittifaqdan birtərəfli qaydada çıxmaq nəzərdə tutulmur. ƏF – nın silahlı qüvvələrində idarəçiliyi ittifaq dövlət orqanları həyata keçirir. Federal dövlətin başçısı silahlı qüvvələrin baş komandanıdır. Federasiya subyektlərinə dinc dövrdə peşəkar silahlı qüvvələr saxlamaq qadağandır.

Milli federasiyalar daha mürəkkəb dövlət quruluşu ilə xarakterizə olunur. Istənilən ittifaq dövlətinə xas olan əlamətlərlə yanaşı, bir sıra mühüm xüsusiyyətlərə malikdirlər. Bu xüsusiyyətlər federasiyanı əmələ gətirən ayrı – ayrı dövlətlərin ərazisində qismən sıx yaşayan əhalinin çoxmillətli tərkibi ilə şərtlənmişdir.

Ərazi və milli federasiyalar arasında əsas fərq onların subyektlərinin müxtəlif suverenlik dərəcəsindədir. ƏF – da mərkəzi hakimiyyət federasiya üzvlərinin ali dövlət hakimiyyəti orqanlarına münasibətdə aliliyə malikdir. Milli F – ya milli dövlət qurumlarının suverenliyi ilə məhdudlaşır.MF – nın subyektləri beynəlxalq münasibətlər sahəsində dünya birliyinin hər hansı bir dövləti ilə diplomatik münasibətlər yarada, siyasi, iqtisadi və digər müqavilələr bağlaya bilərlər. Milli əlamət federasiyaya elə xüsusiyyətlər verir ki, onlar obyektiv olaraq ərazi federal dövlət quruluşuna xas ola bilməz.

Federativ dövlətlərə aşağıdakıları mısal göstərmək olar;

- Rusiya, Almaniya, Belçika, Avstriya, ABŞ, Kanada, Bosniya və Hersoqovina, Hindistan, Pakistan, Myanma, BƏB, Nigeriya, Efiopiya, Tanzaniya, CAR, Meksika, Braziliya, Argentina, Venesuela, Avstraliya, Mikroneziya və sair dövlətlər aiddir.
Konfederasiya – ümumi məqsədlərin təmini üçün yaradılmış suveren dövlətlərin müvəqqəti hüquqi ittifaqıdır. Konfederativ dövlət qurumunda konfederasiya üzvləri həm daxili həm də xarici işlərdə öz suveren hüququnu saxlayır. Federativ dövlət qurumlardan fərqli olaraq konfederasiya aşağıdakı cəhətlərlə səciyyələnir.

Konfederasiya federasiya üçün xarakterik olan ümumi qanunverici icra və məhkəmə orqanlarına malik deyildir. Suveren dövlətlərin nümayəndələrindən ibarət olan konfederativ orqanlar iqtisadi, müdafiə əməkdaşlıq problemlərini həll edirlər.


Konfederativ quruluşun vahid ordusu vahid vergi sistemi və vahid dövlət büdcəsi olmur, lakin bu məsələ konfederasiya üzvlərinin razılığı ilə əlaqələndirilə bilər. Bir dövlətin vətəndaşının digər dövlətin ərazisinə yerdəyişməsinin əhəmiyyətli dərəcədə sadələşdirilməsinə baxmayaraq, konfederasiya müvəqqəti ittifaqda olan ölkələrin vətəndaşlığını saxlayır. Konfederasiyaya daxil olan dövlətlərin orqanlarının vahid pul sistemi, vahid gömrük qaydaları, həmçinin vahid dövlətlərarası kredit sistemi var. Konfederativ dövlətlər uzun ömürlü deyildir, onlar ümumi məqsədlərə nail olduqdan sonra ya parçalanır ya da federasiyaya çevrilir. Buna bir neçə misal gətirmək olar; - Almaniya ittifaqı ( 1815-1867-ci illər ), İsveçrə ittifaqı ( 1815-1848-ci illər ), Avstriya-Macarıstan ( 1867-1918-ci illər ) və ya bunu misal gətirmək olar ki, ABŞ 1781-ci ildə qanunvericilik qaydalarında təsdiq edilən konfederasiyadan 1787-ci ildə ABŞ – konstitusiyası ilə təsbid edilən və hazırda da faliyyət göstərən federasiya yaradıldı.



Konfederativ dövlət quruluşu suveren unitar və yaxud federativ dövlətlərin yaranması üçün əsas ola bilər.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə