AZƏrbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari




Yüklə 17.23 Kb.
tarix11.03.2016
ölçüsü17.23 Kb.

Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB dövlətlərinə nəqliyyatda gediş güzəştlərinin ödənilməsi haqqında


AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Böyük Vətən müharibəsi iştirakçıları və əlilləri, digər dövlətlərin ərazisində gedən hərbi əməliyyatlarda iştirak edənlər, həlak olmuş hərbi qulluqçuların ailələri üçün güzəşt və təminatların qarşılıqlı tanınması haqqında Sazişin təsdiq edilməsi barədə" və "Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin güzəştli gediş hüquqlarının qarşılıqlı tanınması haqqında Sazişə qoşulmaq barədə" Azərbaycan Respublikasının Qanunları ilə rəsmiləşdirilən nəqliyyatda gediş güzəştlərini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Müəyyən edilsin ki:

qeyd olunan Qanunların şamil edildiyi kateqoriyadan olan vətəndaşların nəqliyyat vasitələri ilə daşınması "Azərbaycan Hava Yolları" Dövlət Konserni, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Xəzər Dəniz Gəmiçiliyi tərəfindən həyata keçirilir və həmin daşınmalar üçün xərclər dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir;1

nəqliyyat vasitələri ilə gediş-gəliş biletlərinin əldə olunması üçün xüsusi talonlar bu güzəştə malik olan vətəndaşlara yaşadıqları ərazi üzrə rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən onların müraciəti əsasında verilir; 2

talonlar təqdim olunan nəqliyyat təşkilatları tərəfindən şərtsiz qaydada qəbul olunur və talonu təqdim edən vətəndaşa bu və ya digər nəqliyyat növü ilə gediş-gəlişi üçün bilet verilir;

vətəndaşlardan alınan talon və onlara verilən biletlər barədə hesabat rübdə bir dəfə müvafiq nəqliyyat təşkilatları tərəfindən Maliyyə Nazirliyinə nazirlik tərəfindən müəyyən edilmiş formada təqdim edilir.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 25 avqust 1999-cu il


№ 133


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

  1. 12 iyun 2006-cı il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 569)

  2. 27 fevral 2007-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 199)

  3. 4 sentyabr 2009-cu il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 736)


QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI


1 4 sentyabr 2009-cu il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 736) ilə birinci bəndinin ikinci abzasında "Azərbaycan Dövlət Dəmir Yolu" sözləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.


2 12 iyun 2006-cı il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 569) ilə qərarının 1-ci bəndinin üçüncü abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:


nəqliyyat vasitələri ilə gediş-gəliş biletlərinin əldə olunması üçün xüsusi talonlar bu güzəştə malik olan vətəndaşlara onların müraciəti əsasında pensiya təyin edən aidiyyəti orqanlar tərəfindən verilir;

27 fevral 2007-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 199) ilə 1-ci bəndinin üçüncü abzası yeni redaksiyada verilmişdir.



Əvvəlki redaksiyada deyilirdi:

nəqliyyat vasitələri ilə gediş-gəliş biletlərinin əldə olunması üçün xüsusi talonlar bu güzəştə malik olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya alan şəxslərə bu pensiyanı təyin edən aidiyyəti orqanlar, digər vətəndaşlara isə yaşadıqları ərazi üzrə rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən onların müraciəti əsasında verilir;


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə