AZƏrbaycan respublikasi nazirlər kabineti




Yüklə 434.51 Kb.
səhifə1/6
tarix10.04.2016
ölçüsü434.51 Kb.
  1   2   3   4   5   6
"Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın, "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı"nın təsdiq edilməsi haqqında

14.06.2011



AZƏRBAYCAN RESPUBLIKASI

NAZIRLƏR KABINETI

 QƏRAR

 № 95

 Bakı şəhəri, 14 iyun 2011-ci il

 "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın, "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı"nın təsdiq edilməsi haqqında

 "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti   QƏRARA ALIR:

1. "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı" təsdiq edilsin (əlavə olunur).

2. "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı" təsdiq edilsin (əlavə olunur).

3. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı" təsdiq edilsin (əlavə olunur).

4. Bu qərar 2011-ci il sentyabrın 1-dən qüvvəyə minir.

 Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmişdir



Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının

S İ Y A H I S I

1. "Magistr proqramlarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 may tarixli 54 nömrəli qərarı.

2. "Magistr proqramlarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 may tarixli 54 nömrəli qərarına əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 14 sentyabr tarixli 188 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №9, maddə 595).

3. "Magistr proqramlarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 may tarixli 54 nömrəli qərarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 26 aprel tarixli 71 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №4, maddə 277).

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Magistr proqramlarının siyahısı haqqında" 1997-ci il 20 may tarixli 54 nömrəli və "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" 1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 30 iyun tarixli 119 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №6, maddə 440; 2009-cu il, №1, maddə 29; 2010-cu il, №1, maddə 57).

5. "Magistr proqramlarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 may tarixli 54 nömrəli qərarına əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 31 may tarixli 81 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №5, maddə 395).

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" 1997-ci il 9 yanvar tarixli 4 nömrəli və "Magistr proqramlarının siyahısı haqqında" 1997-ci il 20 may tarixli 54 nömrəli qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 25 aprel tarixli 75 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №4, maddə 389; 2009-cu il, №1, maddə 29; 2010-cu il, №1, maddə 57).

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" 1997-ci il 9 yanvar tarixli 4 nömrəli və "Magistr proqramlarının siyahısı haqqında" 1997-ci il 20 may tarixli 54 nömrəli qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 aprel tarixli 102 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №4, maddə 372; 2009-cu il, №1, maddə 29).

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" 1997-ci il 9 yanvar tarixli 4 nömrəli və "Magistr proqramlarının siyahısı haqqında" 1997-ci il 20 may tarixli 54 nömrəli qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 mart tarixli 56 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №3, maddə 311; 2009-cu il, №1, maddə 29).

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" 1997-ci il 9 yanvar tarixli 4 nömrəli və "Magistr proqramlarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 may tarixli 54 nömrəli qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 10 may tarixli 72 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №5, maddə 542; 2009-cu il, №1, maddə 29).

10. "Magistr proqramlarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 may tarixli 54 nömrəli qərarına əlavə edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 12 mart tarixli 69 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №3, maddə 238).

11. "Magistr proqramlarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 may tarixli 54 nömrəli qərarına əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli 95 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №4, maddə 315).

12. "Magistr proqramlarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 may tarixli 54 nömrəli qərarına əlavə edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 24 iyun tarixli 146 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 595).

13. "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan həkim ixtisaslarının Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 164 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №9, maddə 830).

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmişdir

Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların)

 T Ə S N İ F A T I



 

İxtisasın şifri

İxtisaslar qrupu və ixtisaslar üzrə ixtisaslaşmaların adı

1

2

1. Təhsil ixtisasları qrupu*

060101

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

 

- Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası

060102

Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)

 

- Dil və ədəbiyyatın tədrisi metodikası və metodologiyası

060103

Xarici dil müəllimliyi (dillər üzrə)

 

- Xarici dilin tədrisi metodikası və metodologiyası

060104

Fizika müəllimliyi

 

- Fizika fənninin tədrisi metodikası və metodologiyası

060105

Riyaziyyat müəllimliyi

 

- Riyaziyyatın tədrisi metodikası və metodologiyası

060106

Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi        (qızlar üçün fiziki tərbiyə)

 

- Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fənninin tədrisi metodikası və metodologiyası

060107

Texnologiya müəllimliyi

 

- Texnologiya fənninin tədrisi metodikası və metodologiyası

060108

Musiqi müəllimliyi

 

- Musiqi fənninin tədrisi metodikası və metodologiyası

060109

Biologiya müəllimliyi

 

- Biologiya fənninin tədrisi metodikası və metodologiyası

060110

Kimya müəllimliyi

 

- Kimya fənninin tədrisi metodikası və metodologiyası

060111

Tarix müəllimliyi

 

- Tarix fənninin tədrisi metodikası və metodologiyası

060112

Coğrafiya müəllimliyi

 

- Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası

060113

İnformatika müəllimliyi

 

- İnformatika fənninin tədrisi metodikası və metodologiyası

060114

Təsviri incəsənət müəllimliyi




 

- Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası                                 

    060115    

İbtidai sinif müəllimliyi

 

- İbtidai sinifdə tədrisin metodika və metodologiyası

060116

Korreksiyaedici təlim

 

- Korreksiyaedici təlimin metodika və metodologiyası

060117

Məktəbəqədər təlim və tərbiyə

 

- Məktəbəqədər təlim və tərbiyənin metodika və metodologiyası

060118

Təhsildə sosial-psixoloji xidmət

 

- Təhsildə sosial-psixoloji xidmət

060119

Pedaqogika*

 

- Pedaqogika nəzəriyyəsi və tarixi

 

- Sosial pedaqogika

 

- Təhsildə qiymətləndirmə və monitorinq

2. Humanitar və sosial ixtisaslar qrupu

060201

Filologiya

 

- Ədəbiyyatşünaslıq (ölkələr və sahələr üzrə)

 

- Azərbaycan ədəbiyyatı

 

- Azərbaycan dili

 

- Dilşünaslıq (dillər və sahələr üzrə)

060202

Fəlsəfə

 

- Fəlsəfə tarixi

 

- Sosial fəlsəfə

 

- Təbiətşünaslıq fəlsəfəsi

 

- Humanitar elmlərin fəlsəfi problemləri

060203

Tərcümə

 

- Tərcümə (dillər üzrə)

 

- Yazılı tərcümə (dillər üzrə)

 

- Sinxron tərcümə (dillər üzrə)

 

- Ardıcıl tərcümə (dillər üzrə)

060204

Jurnalistika

 

- Radiotelejurnalistika

 

- Beynəlxalq jurnalistika

 

- Mətbuat tarixi

 

- Jurnalistika nəzəriyyəsi

 

- Publisistik jurnalistika

060205

Kitabşünaslıq

 

- Nəşriyyat işi və redaktəetmə
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə