AZƏrbaycan respublikasi nazirlər kabineti qərar №209




Yüklə 7.04 Kb.
tarix20.04.2016
ölçüsü7.04 Kb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş "Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği "ndə dəyişiklik edilməsi barədə


AZƏRBAYCAN RESPUBLIKASI

NAZIRLƏR KABINETI

 QƏRAR

209

 Bakı şəhəri, 21 dekabr 2011-ci il

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş "Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği "ndə dəyişiklik edilməsi barədə

  "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan, qan və onun komponentlərini, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin işçilərinin əməkhaqları barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 10 noyabr tarixli 1821 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 50; 2006, № 9, maddə 828, № 11, maddə 992; 2007, № 2, maddə 185; 2008, № 2, maddələr 115, 130; 2009, № 10, maddə 857; 2010, № 8, maddə 763) ilə təsdiq edilmiş "Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği"nin 2.1.5-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

 "2.1.5. Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin, qan və onun komponentlərini, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin (şöbə və bölmələrin) işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2 dəfə artım əmsalı tətbiq edilməklə müəyyən edilir.".

 2. Bu qərar 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.



 Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə