AZƏrbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ azəRBAYCAN turizm institutu




Yüklə 214.94 Kb.
səhifə1/3
tarix22.02.2016
ölçüsü214.94 Kb.
  1   2   3


AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
AZƏRBAYCAN TURİZM İNSTİTUTU

_____________________________________________________________________________________________

Turizm biznesinin təşkili və texnologiyası kafedrası


"Beynəlxalq turizmin coğrafiyası" fənnindən




REFERAT İŞİ

Turizm və sosial mədəni sahədə servis xidməti ixtisası üzrə qiyabi şöbəsinin ikinci kurs, TSMQ 0701 qrupunun tələbəsi Cəbiyev Cavid


Müəllim: Səfərov Rəhman

BAKI-2009

1. Beynəlxalq turizmin coğrafiyası kursunun mövzusu, məqsəd və vəzifələri – Ümumiyyətlə turizm nə deməkdir? Gəlin bu sözün mənasını hərtərəfli araşdıraq. Turizm - çoxmənalı bir sözdür. Bu sözün ilk sadə anlayışı – istirahət və səyahət deməkdir. Turizm - fransız sözüdür və onun mənası gəzinti, istirahət və əyləncə deməkdir.

Lakin bu sözün başqa mənaları da var. Məsələn, turizm – insanın istirahət etdiyi zaman bütün mürəkkəb prosesləri öyrənən və onları müəyyən istiqamətə yönəldən və tənzimləyən bir amildir. Eyni zamanda turizmi ölkə iqtisadiyyatının bir sahəsi kimi qiymətləndirirlər. Turizm sözünün törəməsi - «turistika» sözü – turizmin inkişafını öyrənən yeni meydana gəlmiş bir elmdir. Turizmin başqa bir mənası isə - turist-lərə göstərilən xidmət sahəsidir.

İnsanlar həmişə səyahət ediblər. Öz qəbiləsinin yaşadığı məskənlərin ətrafından başlanan ibtidai səyahətlər daha sonralar uzaq səfərlər, dəniz və çaylarla edilən səyahətlərlə əvəz olunmuşdur. Səyahət müəyyən məqsəddən asılı olmayaraq, insanların məkan və zaman çərçivəsində öz yerlərini dəyişməsidir.



Turist istirahət, sağlamlaşdırma, tanış olma, idraki (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və s.), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə getdiyi ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə, 24 saatdan 12 ayadək müddətdə müvəqqəti olan şəxsdir.

Dərketmə məqsədi ilə həyata keçirilən və müddəti 24 saata qədər olan səyahətə isə ekskursiya deyilir.

Turizmin müxtəlif və rəngarəng mənalarını öyrənmədən, onun mürəkkəbliyini və dərinliklərini başa düşmək çox çətindir.

İnsan təbiəti elə qurulmuşdur ki, o həyatı boyu işləyir, yaradır və yorulanda istirahət edir, itirdiyi enerjisini istirahət zamanı bərpa edir (bu prosesə rekreasiya da deyilir). Deməli, istirahət insana su kimi, hava və qida kimi lazımdır. Doğrudan da, istirahətsiz, müsbət emosiyalar olmadan heç bir insan yaşaya və işləyə bilməz.

Belə çıxır ki, istirahət insan həyatının ayrılmaz bir hissəsidir. Turizm isə insan həyatının bu hissəsinin təşkilidir. Nəticədə, insan yaşadıqca – turizm də yaşayacaq və inkişaf edəcəkdir. Turizm ona görə inkişafa məhkumdur ki, əgər əvvəllər ayrı-ayrı adamlar səyahət edirdilərsə, hal-hazırda turizm kütləvi şəkil almışdır. Ona görə ki, müasir dövrdə, elmi-texniki inkişaf nəticəsində insanların həyatı daha gərginləşmiş, onlar daha tez-tez yorulur və nəticədə istirahətə ehtiyacları çoxalır. Başqa bir tərəfdən, həyatda əmələ gələn ekoloji böhranlar insanların istirahətə olan ehtiyaclarını daha da artırır.

Hazırda dünyanın əksər dövlətlərində müasir turizm hərəkatı XX əsrin fenomeni adlandırılır. Həqiqətən də belədir, bu gün şahidi olduğumuz turizm, texnikanın, insanlar arasındakı humanitar münasibətlərin, təhlükəsizlik prinsiplərinə riayət etməklə, dünyanın hər yerinə səyahət etmək imkanının yaranmasının nəticəsidir. XX əsrin fenomeni sayılan turizm hazırda dünyanın bir sıra ölkələrində 240 milyondan çox insanın məşğuliyyətini təmin edən və demək olar ki, bütün sənaye sahələri (38 sənaye sahəsi) ilə əlaqəli fəaliyyət göstərən, geniş maddi bazaya malik və sürətlə inkişaf edən sahəyə çevrilmişdir.

Dünyanın hər yerində turizmin inkişafına dövlətlər və sivilizasiyalar səviyyəsində böyük maraq göstərilir. Elə buna görə də, hazırda beynəlxalq maliyyə qurumları və təşkilatları turizmin inkişafına öz maraq və diqqətlərini artırırlar. Aparılan sosioloji tədqiqatlardan məlum olmuşdur ki, hələ keçən yüzilliyin sonlarında turizm sahəsindən dünyada əldə olunan gəlirin həcmi ABŞ dolları ilə 450 milyardı ötüb keçmişdir. Onun inkişafının orta illik artım faizi isə 4,3 faizdən çox olmuşdur. Bunun əsas səbəbləri insanların dünyanın öyrənilməsinə artan tələbatı, əhalinin həyat səviyyəsinin artması, nəqliyyatın, texnologiyaların, o cümlədən informasiya kommunikasiya texnologiyalarının inkişafı, qloballaşma və sairədir.

İlk zamanlarda əsasən zəngin insanlara xidmət edən turizm yalnız nəqliyyat və yerləşmə xidmətləri təklif edirdi. Bu hələ müasir "XX əsrin fenomeni" olan qonaqpərvərlik sənayesi olmasa da tədricən inkişaf edirdi. Turizmin beynəlxalq səviyyədə olması, yalnız ictimai münasibətlərin müəyyən inkişaf pilləsində, millətlər arasında yüksək inkişaf etmiş və davamlı iqtisadi, siyasi və mədəni əlaqələrin olması əsasında mümkün olmuşdur. Bu da beynəlxalq bazarın formalaşma dövrü, beynəlxalq ticarətin artması və yeni nəqliyyat vasitələrinin meydana çıxması ilə üst-üstə düşür.

Turizmin təşkili işi istirahət və əyləncənin ən fəal formalarından biri olmaqla yanaşı həm də bir çox sosial-iqtisadi, mədəni-siyasi və kulturoloji funksiyaların həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edir. Turizm müasir dünyanın qlobal əhəmiyyətə malik olan, sosial və iqtisadi əlaqələrini tənzimləyən, müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlər yaradan biznes maraqlarının əhatə dairəsini genişləndirən sahədir.

Turizm fəaliyyətində dövlət tənzimləməsinin əhəmiyyətini başa düşmək üçün ona idarə olunan bir sistem kimi yanaşılması məqsədəuyğundur.

Turizm bir-birini qarşılıqlı olaraq tamamlayan elementlərin məcmusu şəklində fəaliyyət göstərən bir sistemdir. Bu sistemdəki münasibətlərin iştirakçıları – turist, turizm müəssisələri, təşkilatlar, regionlar və dövlət qarşılıqlı olaraq bir-birinə təsir edib, ətraf mühitə sıx olaraq bağlıdırlar.

Turizmə bir sistem kimi iki alt sistemin – turizmin subyektinin və turizmin obyektinin məcmusu kimi baxmaq olar. Turizm subyekti dedikdə, özünün bir sıra tələbatlarının ödəmək üçün spesifik xidmətlərdən istifadə eiməklə turizm tədbirlərinin iştirakçısı olan şəxs-turist başa düşülür. Turizmin obyekti dedikdə isə turizm subyektinin səyahəti zamanı onun maraq dairəsində ola biləcək hər bir şey nəzərdə tutulur. Tənzimlənən bir sistem kimi turizmə təsir edən ətraf mühit isə iqtisadi, ekoloji, texnoloji, siyasi və sosial sistemlərdən ibarətdir.

Turizm sənayesi dedikdə, turist хidmətlərini və turist tələbatlı malların realizasiyası ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu başa düşülür.

Turizmin 2 növü vardır: daхili turizm, beynəlхalq turizm

Beynəlхalq turizm-başqa ölkəyə turizm səyahəti etmək deməkdir. Beynəlхalq turizm dövlətlərarsı müqavilələrə əsasən təşkil olunan turizmdir. Beynəlхalq turizmin iхracı qeyri-adi bir formada baş verir. Başqa məhsulların iхracından fərqlənərək beynəlхalq turizmdə turist özü ölkəyə gəlir və onun ölkədə qəbul olunması və ona göstərilən хidmət turizmin məhsulunun iхracı hesab olunuur.

Beynəlхalq turizm beynəlхalq iqtisadi münasibətlərdə də mühüm rol oynayır. Elmi-teхniki inqilab, beynəlхalq əmək bölgüsü, elmi, mədəni, idman və digər sahələrdə хalqlar öz maddi və mənəvi dəyərlərinin yaradılmasında başqa ölkələrin təcrübəsindən istifadə edirlər. Beynəlхalq turizmin inkişafı dünya iqtisadi sisteminin yaranmasında da mühüm rol oynayır.

Beynəlхalq turizm dedikdə хaricə yollanan və orada ödənişli əmək fəaliyyəti ilə məşğul olmayan, ancaq fiziki və mənəvi istirahət etmək məqsədilə gəzməyə, seyr etməyə, tamaşa etməyə gələn şəхslərin səyahəti nəzərdə tutulur. Beynəlхalq mal dövriyyəsində turist хidmətləri görünməz mal şəklində çıхış edir. Bir mal kimi çıхış edən turist хidmətlərinin хarakterik хüsusiyyətləri və özünəməхsus vəziyyəti və dəyərləri bundan ibarətdir ki, bu хidmətlərin böyük bir hissəsi yerlərdə ən az məsrəflərlə başa gəlir və eyni qaydada digər хarici valyutalardan istifadə olunur. Хarici turistlər turist sənayesi müəssisələrinin хidmətdən istifadə edirlər. Bundan əlavə, onlar istehlak üçün suvenir kimi müəyyən miqdarda malları da satın alırlar.

Müasir şəraitdə beynəlхalq turizm beynəlхalq iqtisadi münasibətlərin bir forması kimi geniş miqyas almış və dövlətlər arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına və təkmilləşdirilməsinə хüsusən təsir göstərmişdir.

Beynəlxalq turizm ixracın qeyri-adi formasıdır. Turist özü öz hesabına xidmətlərin hazırlanan yerinə gəlir. Halbuki, ənənəvi malların ixracında malların yol xərcini malı göndərən (ixrac edən) ölkə çəkir. Turizmin bu əlverişli xüsusiyyəti onu başqa malların ixracından fərqləndirir. Bundan başqa, xarici turistlərin gəldiyi ölkədə suvenir və başqa malların alınması çox əlverişli xarici ticarət əməliyyatıdır, ona görə ki, alınan mallar ölkə daxili pərakəndə qiymətlərlə, özü də valyuta ilə satılır ki, bu da valyutanın ölkədə çoxalmasına səbəb olur.

Ölkələrin çoxunda bu daxili ixraca sənayenin ayrı-ayrı sahələri qulluq edirlər. Məsələn, Azərbaycanda milli naxışları və şəkilləri olan xalça, nərdtaxta, İsveçrədə saatlar, Almaniyada avtomaşınlar, Yaponiyada audio və video texnika, Fransada modalı paltarlar, parfümeriya və s. məşhur mallara çoxlu tələbat var.


2. Avropa subregionlarının beynəlxalq turizmdə yeri: Mərkəzi Avropada (Qərb bölməsi) turizm işinin təşkili – Ən çox inkişaf etmiş regionlardan biri Avropa regionudur. Beynəlxalq turist gəlmələrinə görə Avropa regionlar arasında I yerdədir. 1999-cu ildə o, 385,9 milyon nəfər turist qəbul etmişdir. Bu birinciliyi Avropa uzun müddətdir ki, saxlayır. Avropa özü subregionlara bölünür: Şimali, Cənubi, Qərbi və Şərqi Avropa. Bundan başqa Aralıq dənizinin şərqində yerləşmiş ölkələr (Türkiyə, Kipr, İsrail və Yunanıstan) turizmin inkişafı baxımından, Avropanın inkişaf etmiş subregionlarına çatmağa cəhd göstərirlər. Avropanın ən qabaqcıl region olmasının səbəbləri bunlardır: Avropada əlverişli, sosial-iqtisadi, siyasi, mədəni-tarixi və gözəl nəqliyyat, rabitə şəraiti vardır. Bundan başqa Avropanın qədim turizm ənənələri də çox inkişaf etmişdir.

Qərbi Avropaya sosial-iqtisadi inkişaf səviyyəsinin yüksək mərhələsinə çatmış İnkişaf etmiş ölkələr (İEÖ) daxidir.

Qərbi Avropanın turizm potensialını öyrənmək üçün ilk növbədə buranın coğrafi xüsusiyyətləri və dünya səhnəsindəki yeri ilə tanış olaq.

Qərbi Avropanın Orta (Mərkəzi) Avropa subregionuna bu ölkələr daxildir:

1. Almaniya - paytaxtı: Berlin 6. Avstriya - Vyana

2. Böyük Britaniya - London 7. İsveçrə - Bern

3. Fransa - Paris 8. Lüksemburq - Lüksemburq

4. Niderland - Amsterdam 9. Lixtenşteyn - Vadus

5. Belçika - Brüssel 10. İrlandiya - Dublin

Regionun ölkələri arasında Avstriya, İsveçrə, Lüksemburq və Lixtenşteyndən başqa bütün ölkələrin dənizə çıxışı vardır. Orta (Mərkəzi) Avropa subregionu dünyada ən pis demoqrafik vəziyyəti olan subregionlardandır. Regionda London, Paris və Reyn-Rur kimi meqalapolislər formalaşıb. Ərazi mülayim və subtropik iqlimə malikdir. Böyük səkkizlər qrupuna aid olan ölkələrdən 3-ü burada yerləşir (Böyük Britaniya, Almaniya, Fransa).

Avropa «Vahid Avropa» Turist Regionu (VATR) yaradılması siyasətini yeridir. Qərbi Avropa ölkələri öz aralarında Şengen şəhərində müqavilə bağlamışlar. Bu müqaviləyə görə turistlər, işçi qüvvəsi və kapital bu ölkələr arasında sərbəst hərəkət edir. 330 milyon nəfərin yaşadığı Qərbi Avropa ölkələri, qitənin ən nəhəng turist bazasına çevrilməyə nail olmuşlar. Bununla belə, Şərqi Avropa ölkələri ilə qitənin Şengen müqaviləsi bağlayan ölkələri arasında turist mübadiləsi üzrə bərabər qarşılıqlı münasibətlər bu vaxta kimi yaranmamışdır. Bu çox təbiidir. Ona görə ki, Şengen ölkələri öz sərhədlərini qanunsuz keçənlərdən, terrorçulardan, narkotik maddə keçirənlərdən və iqtisadi hücumlardan qoruyurlar.

Avropada turizm sənayesinin inkişafı üçün sosial-iqtisadi, siyasi, tarixi-mədəni, nəqliyyat və digər amillər baxımından çox əlverişli şərait formalaşmışdır. Avropalıların əsas səyahət etdikləri regionlar Amerika, Şərqi və Cənubi Asiya və Sakit okean hövzəsidir. İqtisadi və hərbi səbəblər üzündən Yaxın Şərq nisbətən az miqdarda səyahət olunan regiondur.

Avropalılar region daxilində səyahət etməyi sevirlər. Bundan ötrü Avropanın özündə bütün şərait yaranmışdır. Region daxili turistlərin sayı kontinentin bütün turistlərinin 90%-ni təşkil edir. Ancaq 10% regionlar arası səfərlərə çıxırlar. Regionlar arası avropalılar əsasən Amerikaya, xüsusən ABŞ-a gedirlər. Avropada turistlərin ən çox sevdiyi ölkə Fransadır. Avropa turistlərinin hər 5 nəfərindən 1-i Fransaya səfər edir. Avropada ən çox turist mübadiləsi Almaniya, İngiltərə və Benilüks ölkələri arasında olur. Eyni zamanda Fransaya gedən turistlər orada çox qalmırlar, çünki, Fransada bahalıqdır.

2005-ci ilin nəticələrinə görə turizm gəlmələri və turizmdən gəlirlərin subregionlar üzrə paylanması, müvafiq olaraq, aşağıdakı kimi olmuşdur: Cənubi Avropa – 36% və 40%, Qərbi Avropa – 33% və 36%, Mərkəzi və Şərqi Avropa – 20% və 9%, Şimali Avropa – 11% və 15 %.

Tur bazarda inklyuziv-tur (inclusive tour) və ya pəkic-tur (package tour) formalarında təklif olunur.

Pəkic-tur turun elə bir növüdür ki, burada müştəriyə istirahət yerinə nəqliyyat xidmətlərindən başqa, demək olar ki, bütün turist xidmətləri (yerləşmə, tam və ya hissə-hissə) təklif olunur. Turist istirahət yerinə nəqliyyat növünü, marşrutu özü seçir və özü bunu təşkil edir.

İnklyuziv-turlar turagent tərəfindən pəkic-turun təklif etdiyi xidmətlərdən əlavə istirahət yerinə çatdırılma xidmətlərini də öz üzərinə götürür. Bu halda nəqliyyat xərclərinin xüsusi inklyuziv-tarifləri təklif olunur ki, bu da 50%-ə qədər, bəzi hallarda isə daha çox güzəştlərlə edilir.

Qərbi Avropada inklyuziv-turlar, ABŞ-da isə pəkic-turlar daha geniş yayılmışdır.

Qərbi Avropada beynəlxalq turizmin inkişafı ənənəvi haldır. Lakin bölgədaxili turizm daha geniş vüsət alıb gedir. Uzaq ölkələdən gələn qonaqların əsas hissəsini Şimali Amerika – ABŞ, Kanada və Meksikadan gələnlər təşkil edir. Qitədaxili istiqamətlərin əsas mənbəyi ilk növbədə Benilüks ölkələri (Belçika, Niderland və Lüksemburq ölkələrinin iqtisadi birliyi), Norveç, İsveç, Finlandiya və başqalarıdır. Onlar Avropaya səfər edənlərin 42%-ni təşkil edir. Məhz həmin ölkələr əhalisinin adambaşına düşən turizm xərclərinə görə ən çox pul xərcləyən ölkələr siyahısındadır, məsələn, Skandinaviyadan gələn turistlər turizmə ildə 500-1100$, Almaniyadan gələnlər - 460$, Benilüks ölkələrindən gələnlər - 600$ vəsait xərcləyir.

Fransa bazarı digər ölkələrin daxili bazarlarından fərqlənir. Fransızların cüzi hissəsi xaricdə istirahət etməyə üstünlük verirlər. Burada məzuniyyət və tətil mövsümləri üst-üstə düşərək dəqiq çərçivə ilə (iyul, avqust) məhdudlaşır. Qısa Milad bayramı və qış tətillərində, Pasxada turist bazarında xüsusi canlanma yaranır. Fransızların əksəriyyəti avtomobil səyahətlərini sevir. Şəhər əhalisi təbiətin qoynunda, kənd yerlərində istirahət etməyə can atırlar. Odur ki, Fransada kənd turizminin inkişafına böyük diqqət yetirilir. Bu məqsədlə füsunkar təbiət qoynunda yüzlərlə istirahət düşərgələri salınıb, yay mövsümündə buralar ağzına qədər dolu olur. Qış mövsümündə mehmanxanalara tələbat qismən aşağı olur.

Fransa ilə ən güclü turist mübadiləsi Almaniya, Böyük Britaniya ölkələri arasında gedir. Fransanın əsrarəngiz təbiəti, təkrarı olmayan memarlığı, tarixi şəhərləri, dünya şöhrətli mədəniyyəti, dəbdə olan malları, gözəl yeməkləri və şərabları onu turistlər üçün olduqca cazibədar edir. Fransanın Alp dağları, alçaq dağ silsilələri, dağlıq yaylaları, 3 mln km məsafədə uzanan dəniz sahilləri, geniş düzənlikləri qüdrətli turizm resurslarıdır. Qonaqların əksəriyyətini Fransaya Aralıq dənizinin qumsal sahilləri, mavi körfəzləri, kölgəli meşələr, ölkənin incəsənətinə və mədəniyyətinə olan maraq cəlb edir. Ölkənin siyasi, mədəni mərkəzi olan Parisi ziyarət etmək hər bir insanın arzusudur. Parisin çoxsaylı abidələri arasında ən məşhuru 1889-cu ildə tikilmiş Eyfel qülləsidir. Eyfel qülləsini (hündürlüyü 318 m) birləşmiş Avropanın təcəssümü hesab edirlər.

Parisin digər diqqətəlayiq yeri - dünyanın ən böyük muzeyi olan Luvr muzeyidir. Elm və texnika şəhəri olan La-Vilyet, fransız saray memarlığının şah əsəri Versal, impressionistlərin əsərləri toplusu cəmlənmiş D.Orse muzeyi və başqaları qonaqların xüsusi rəğbətini qazanıb.

Fransa Riveriyası ölkənin cənubunda yerləşir. Fransızlar onu Lazur sahili adlandırırlar. Turistlər buraya həm istirahət etmək, həm də mədəni həyatda fəal iştirak etmək üçün gəlirlər. Burada Nitsa və Kann şəhərində hər il dünyanın hər tərəfindən gələn kino ulduzlarının iştirakı ilə kinofestivallar keçirilir.

Son dövrlərdə Fransanın xaricdən gələn turist bazarında əhəmiyyətli dəyişiliklər baş verir. Şengen sazişi qüvvəyə mindikdən və birləşmiş Avropa ölkələri arasında viza rejimi ləğv edildikdən sonra Fransaya qısamüddətli səyahətlərin miqdarı artmış, uzunmüddətli səyahətlərin xüsusi çəkisi azalmışdır. Fransanın turizmdən götürdüyü gəlirin ABŞ-ın götürdüyü gəlirdən iki dəfə aşağı olmasını bununla izah etmək olar. Halbuki, Fransaya gələn qonaqların sayı ABŞ-a gələn turistlərin sayından az qala iki dəfə çox idi. Əsasən qonşu ölkələrdən olan avropalılar istirahət günlərini Fransada keçirir, məzuniyyətə isə başqa ölkələrə gedirlər. Fransa get-gedə uzunmüddətli istirahət yeri cazibəsini itirir, çünki İspaniya, İtaliya, Türkiyə və Kipr kimi Aralıq dənizyanı ölkələrlə müqayisədə Fransada istirahət baha başa gəlir.

Kapitalizm cəmiyyəti beynəlxalq turizmin inkişafı üçün zəruri olan iqtisadi, siyasi və ictimai şəraitin formalaşmasında böyük rol oynayıb. İngiltərə burjua inqilabının qələbə çaldığı və kapitalizmin inkişaf etməyə başladığı ilk ölkələrdən biridir. Məhz bu ölkələrdə ilk turist təşkilatları yaranmış, fəaliyyətini əvvəlcə ölkə daxilində qurmuş, sonralar beynəlxalq səhnəyə çıxmışlar.

Britaniyalılar məzuniyyətlərini Fransa, İspaniya, İtaliya, Yunanıstan, Kipr, Portuqaliya, Tunis və Türkiyənin ən yaxşı kurortlarında keçirirlər. 70-ci illərdən başlayaraq britaniyalıların xaricə səyahətlərinin sayı Britaniyaya gələn qonaqların sayını üstələyir. Britaniyanın xarici turizmində Şimali Amerikaya səyahətlər əhəmiyyətli yer tutur, bu da dollarla funt sterlinq arasında məzənnənin düşüb qalxmasından asılı olur.

Yay mövsümündə britaniyalıları ən çox cəlb edən ABŞ-ın Mayami kurortudur. İlin başqa vaxtlarında turistlərin sayı dostları və qohumları ilə görüşə gələnlərin sayəsində artır. Britaniyalılar həmçinin xüsusi turlar üzrə Tailand, Sinqapur, Hindistan və Karib dənizi ölkələri kimi ekzotik ölkələrə uzaq səyahətlərə çıxırlar.

Böyük Britaniyaya turistlər müxtəlif məqsədlərlə gəlirlər. Birinci yerdə məzuniyyətdir, ondan sonra işgüzar səfərlər, qohum və dostlarla görüşlər gəlir. Qonaqların 50%-i Avropa Birliyindən, digər böyük xarici turist qrupu isə Şimali Amerikadan gəlir. Xarici turistlərin əsas hissəsini biznes-turistlər təşkil edir. Onlar əsasən böyük şəhərlərə, xüsusilə Londona üz tuturlar. Külli miqdarda xarici qonaq Temza vadisinə, Şotlandiyaya, Cersi-Uayt Men kurort adalarına və s. səfər edir. Turistlər İngiltərə krallarının tacqoyma mərasimləri keçirilən Vestminster abbatlığını, İ. Nyuton, Ç. Darvin və digər görkəmli şəxslərin dəfn olunduğu müqəddəs Pyotr qəbiristanlığını, Parlament binasını, Londonun Tauer zindanını, Bekingem sarayında təntənəli qarovul dəyişməsi mərasimini, Britaniya, Viktoriya və Albert muzeylərini və s. ziyarət edirlər. Londonda külli miqdarda gözəl tarixi meydanlar, parklar, abidələr və qəsrlər var. Vindzor sarayında Rubens, Leonardo da Vinçi, Rafael, Mikelancelo və digər görkəmli sənətkarların gözəl əsərlərinin əsli qorunub saxlanılır. Bu sarayın yaxınlığında varlı ailələr üçün İton kolleci yerləşir. İngiltərədə qədim adət və ənənələr bu günə qədər qorunub saxlanır.

Şotlandiyanın iqlimi digər əyalətlərdən fərqlənir, Skandinaviya ölkələrinin iqlimini xatırladır. Ərazisinin böyük hissəsini dağlar təşkil edir. Şotlandiyanın adət və ənənələri özünəməxsusluğu ilə seçilir. Burada çoxlu turizm mərkəzləri var. Edinburq, Qlazqo, Aberdin, Pert kimi şəhərlər öz qədim tarixi, memarlıq abidələri, təbiətinin gözəlliyi ilə turistləri cəlb edir. Şimali İrlandiya müstəqil İrlandiyada turizmin inkişafına əhəmiyyətli yardım edib, indi də edir. Böyük Britaniyada üst-üstə sutkada 1,1 mln qonağın yerləşdirilməsi üçün yer mövcuddur. Britaniyaya səfərlərin artımını nəqliyyat xərclərinin azalması, turistlərin sosial tərkibinin genişlənməsi və yeni turizm mərkəzlərinin yaradılması ilə izah etmək olar.

Britaniyalılar səyahət sevən millətdir. Onların çoxu məzuniyyətini İspaniyada, Fransada, Yunanıstanda və Türkiyədə keçirir. Xaricə səfər edən britaniyalıların 75%-i istirahətə, 12-13%-i başqa məqsədlərlə gedir. Son illərdə britaniyalıların xarici turlarının müddəti orta hesabla 16 gün təşkil edir. Xaricə gedən britaniyalıların turizm xərcləri isə 60 mlrd $-ı ötüb.

Avstriya hazırda iqtisadi cəhətdən Avropanın ən inkişaf etmiş ölkələrindən biridir. O, II dünya müharibəsi illərində öz gözəl tarixi memarlıq abidələrini dağılmaqdan qoruyub saxlaya bildi. Gözəl saraylar, mehmanxanalar, yollar hələ müharibədən əvvəl tikilmişdi. Onlar daima ölkənin tükənməz turizm resursları hesab olunur. Avstriya iqtisadiyyatında turizm əhəmiyyətli yer tutur.

Şimal-cənub, qərb-şərq istiqamətində hərəkət edən turistləri Avstriyanın gözəl avtomobil yolları cəlb edir. Onların əksəriyyəti bir günlük turistlərdir.

Avstriyada ölkədaxili turizm işi dünya standartlarına uyğun şəkildə təşkil edilir, ancaq, Avstriyalılar öz ölkələrində səyahət etməyə o qədər də maraq göstərmir, Aralıq dənizi sahillərində və qışda dağ kurortlarında dincəlməyə üstünlük verirlər.

Hazırda Avstriya qış idman növləri üzrə lider mövqeyi tutmuş beynəlxalq turizm mərkəzidir. Buna uyğun olaraq beynəlxalq turizm də ölkənin qərbində, dağlıq hissəsində cəmləşib. Avstriyanın dağlıq, xizək kurortları hələ müharibədən qabaq böyük zövqlə tikilib. Burada ayaq xizəyi məktəbi fəaliyyət göstərir, həvəskarlara düz yerdə ayaq xizəyi sürmək öyrədilir. Ayaq xizəyi muzeyində xizək idmanı kompleksləri nümayiş etdirilir. Hər il ayaq xizəyi idmanı üzrə beynəlxalq yarışlar keçirilir. Burada idman bütün istirahət günlərini zənginləşdirir. Avstriyada əksər qış günlərində havalar isti keçir.

Avstriyaya qonaqlar başlıca olaraq Almaniya, Niderland və Böyük Britaniyadan gəlir. Bu üç ölkədən gələn turistlərin payına tur günlərin 80%-i, səfərlərin yarısı isə Almaniyanın payına düşür. Avstriyaya Polşadan bir qayda olaraq alıcı turistlər daha çox gəlir. Burada “basabas” mövsümü daha dəqiq müəyyənləşib – yayda avqust ayına, qışda isə fevral ayına təsadüf edir.

Avstriyada qış turizminin şöhrətinin artması nəticəsində bu ölkədə ekoloji şərait gərginləşir və ekoloji tarazlığın bərpası problemi meydana çıxır.



Almaniyada son dövrlərdə daxili turizmin artımı xaricə səfər edənlərin hesabına zəifləyir. Bunu isə almanların adambaşına düşən gəlirin artması ilə izah etmək olar.

Almaniya Alp dağları, Fransa, Aralıq dənizinə gedən yolların kəsişdiyi yerdə yerləşir. Odur ki, ölkə ərazisindən hətta gecələmədən xeyli tranzit turist keçir. Şərqi Avropadan, xüsusilə qonşu Polşadan çoxlu qonaq bir günlük alış-veriş səfərinə gəlir. Bundan başqa Almaniyada maşınqayırma və digər sənaye sahələrinin yüksək inkişafı bu ölkədə işgüzar turizm üçün potensial imkan yaradır.

Amerikalılardan sonra almanlar məzuniyyət dövründə bədxərcliyi ilə fərqlənən turistlərdəndir. Bir çox Avropa ölkələrinin turizm bazarı alman bazarı ilə sıx bağlıdır. Almanlar məzuniyyətə çıxanda Aralıq dənizi sahillərini istirahət üçün ən əlverişli yer hesab edirlər.

Müharibədən sonrakı dövrdə Qərbi Almaniya Qərbi Avropanın turist axınlarına inteqrasiya olunmuşdu. Lakin 90-cı illərin əvvəlində iqtisadiyyatda baş verən müəyyən durğunluq xarici səfərlərin sayını azaltdı. Eyni zamanda Qərbi Almaniyada xarici səfərlərin azalması ölkənin şərqində baş verən artımla tarazlanırdı.

Bu gün Almaniya öz qüdrətli iqtisadiyyatı sayəsində dünyada ən əhəmiyyətli turizm bazarı kimi qalmaqda davam edir. Ölkənin şərqi və qərbi arasında cərəyan edən turist axınları qarşısında açılan imkanlar gələcəkdə Avropa ölkələri üçün yeni turizm modeli yaratmağa qadirdir.

XIX əsrdən başlayaraq xarici kübar nəsillərin nümayəndələri, ilk növbədə Böyük Britaniya əsilzadələri

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə