AZƏrbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ azəRBAYCAN turizm institutu




Yüklə 411.94 Kb.
səhifə1/6
tarix24.02.2016
ölçüsü411.94 Kb.
  1   2   3   4   5   6


AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
AZƏRBAYCAN TURİZM İNSTİTUTU

_____________________________________________________________________________________________

"Ümumtəhsil fənləri" kafedrası

"Əmək və sosial müdafiə hüququ" fənnindən

REFERAT İŞİ

Turizm və sosial mədəni sahədə servis xidməti ixtisası üzrə qiyabi şöbəsinin ikinci kurs, TSMQ 0701 qrupunun tələbəsi Cavid Cəbiyev

BAKI-2009

1. Mülki hüquq münasibətləri, əqdlər, müqavilələr. Mülki hüquq münasibətlərinin subyektləri. Sığorta müqaviləsi – Mülki hüquq termini qədim zamanlardan «jus ciuile» latın sözündən meydana gəlmiş, “vətəndaş hüququ“ deməkdir. Mülki hüquq - müstəqil hüquq sahəsi kimi mülki hüquq subyektlərinin əmlak, şəxsi qeyri-əmlak, münasibətlərini tənzimləmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi həyatının və şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq, mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq və s. digər vəzifələri əhatə edir. (MM maddə 1.2).

AR mülki qanunvericiliyi ARK-na əsaslanır və MM-dən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ aktlardan ibarətdir. (MM m. 2)

Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:

- Mülki hüquq subyektlərinin bərabərliyi; (mənsubiyyətindən asılı olmayaraq)

- Mülki hüquq subyektlərinin iradə sərbəstliyi; (seçmək hüququ)

- Mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; (hər bir subyekt öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququna malikdir)

- Mülkiyyətin pozulmazlığı; (qanuni əsas olmadan heç bir mülkiyyət alına bilməz)

- Müqavilələr azadlığı; (kontragent seçilməsində sərbəstlik)

- Şəxsi həyata kimsənin özbaşına qarışmasının yolverilməzliyi; (mütləq hüquq)

- Pozulmuş hüquqların bərpasını təmin edilməsi; (restitusiya)

- Mülki hüquqların məhkəmə müdafiəsi; (yurisdiksiya).



Mülki hüquq vasitəsi ilə nizamlanan münasibətlər

Mülki hüquq vasitəsi ilə nizamlanan münasibətlərin əsasını «Əmlak» münasibətləri təşkil edir. «Əmlak» münasibətləri mülkiyyətin əldə edilməsi, sərəncam verilməsi ilə əşya-pul formasında nizamlanır. Əmlak münasibətləri əksər hallarda əmlakın müəyyən şəxslərdə olması (əmlak münasibətləri) və ya əmlakın bir şəxsdən, başqasına keçməsi ilə (öhdəlik münasibətləri) əmələ gəlir, fəaliyyət göstərir. «Öhdəlik» münasibətləri müxtəlif əsaslardan o cümlədən müqavilələrdən birtərəfli sazişlərdən əmələ gəlir. «Öhdəlik» münasibətləri həmçinin digər şəxslərə vurulmuş ziyan nəticəsində, əsassız varlanma nəticəsində və s. hallarda meydana gəlir.



Mülki hüquq subyektləri

Mülki hüquq subyektləri aşağıdakılardır:

1. Vətəndaşlar 2. Hüquqi şəxslər 3. Dövlət və bələdiyyə təşkilatları

Mülki hüquq subyektliyi - dövlət tərəfindən müəyyən edilmiş təminat verilmiş və şəxslərə imkan yaradılaraq mülki hüquq münasibətlərinin iştirakçısı sayan ümumi tipli verilən hüquqdur.

- Vətəndaşlar fiziki şəxslərin Mülki hüquq qabiliyyəti dedikdə - mülki hüquq və vəzifələri daşımaq yəni bu hüquq və vəzifələrin subyekti ola bilmək kimi başa düşülür.

- Mülki hüquq qabiliyyəti fiziki şəxsin, insanın hüquqlara malik və vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. (MM. 25.1)

Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. (MM.25.2)

- Vətəndaşların fiziki şəxslərin fəaliyyət qabiliyyəti - (fiziki şəxslərin) - şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.

Mülki hüquq fəaliyyət qabiliyyətinin mahiyyəti ondan ibarətdir ki, şəxs onun vasitəsi ilə mülki dövriyyədə iştirak edə bilir, sərbəst əqdlər, müqavilələr bağlamaq və etibarnamələr vermək hüquqlarına malikdir. Bundan əlavə fiziki şəxs öz qanuni, qanuna zidd hərəkətləri üçün şəxsən cavabdehlik daşıyır.

Bundan əlavə vətəndaşlar aşağıdakı hallarda da fəaliyyət qabiliyyəti olmayan hesab edilir:

a) 7 yaşınadək olan yetkinlik yaşına çatmayanlar - azyaşlılar;

b) Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılanlar.

Mülki hüquq fəaliyyət qabiliyyətini aşağıdakı növlərə bölmək olar:

1. Tam həcmdə fəaliyyət qabiliyyəti.(18 yaş)

2. Məhdud həcmdə fəaliyyət qabiliyyəti.

3. Natamam həcmdə fəaliyyət qabiliyyəti.

Tam həcmdə fəaliyyət qabiliyyətini əldə etmək üçün qaydalar:

1. 18 nigah hüququ , ərizə ilə nigah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

2. 16 -18 əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumun razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa; məhkəmə yolu ilə emansipasiya (MM. 28.4).

- 7 yaşmdan 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır.



Məhdud fəaliyyət qabiliyyəti dedikdə 7 yaşından 14 yaşına qədər olan şəxslərin öz hərəkətləri ilə istənilən müstəqil əqdlərin deyil, bəzi əqdlərin bağlanması üçün hüquq və vəzifələri əldə edə bilməsi başa düşülür. 7 yaşından 14 yaşınadək olan şəxslərin aşağıdakı əqdləri müstəqil bağlamaq ixtiyarı vardır:

1. Xırda məişət əqdləri (çörək, süd almaq və s.)

2. Əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş elə əqdlər ki, onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmur.

3. Qanuni nümayəndə və üçüncü şəxs tərəfindən ona müəyyən məqsədlər üçün verilmiş vəsaitdən sərbəst istifadə.

4. 14 - 18 əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər.

- Natamam mülki fəaliyyət qabiliyyətinə 14-18 vətəndaşlar malikdirlər.

1. Öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam vermək;

2. Elm, ədəbiyyat və ya incəsənət əsərinin, ixtiranın və ya qanunla qorunan digər əqli fəaliyyət nəticəsinin müəllif hüquqlarını həyata keçirmək;

3. Qanuna uyğun olaraq kredit idarələrinə əmanətlər qoymaq və onlar barəsində sərəncam vermək;

4. Xırda məişət əqdləri o cümlədən, məhdud yetkinlik yaşına çatmayanlara aid yuxanda qeyd edilən əqdləri bağlamaq. 16 yaş tamam olmuş yetkinlik yaşına çatmayanların kooperativ üzvü olması və s.

14 - 18 yaş müstəqil surətdə əmlak məsuliyyəti dəşıyırlar. 14 - 18 yaş vurduqları ziyana görə məsuliyyət daşıyırlar. Yetərli əsaslar olduqda məhkəmə gəlirlər barəsində müstəqil sərəncam vermək hüququnu məhdudlaşdıra və ya ala bilər.

Fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması: 14 - 18 yaşınadək . Yetərli əsaslar olduqda məhkəmə gəlirlər barəsində müstəqil sərəncam vermək hüququnu məhdudlaşdıra və ya ala bilər.

Spirtli içkilərdən və ya narkotik vasitələrdən sui-istifadə etməsi. Bu halda şəxsin üzərində himayəçi təyin edilir və yalnız onun razılığı ilə xırda məişət əqdlərindən başqa, digər əqdlərin bağlanması həyata keçirilir. Ancaq həmin şəxs hər hansı hallarda tam əmlak öhdəliyini daşımağa borcludur.



Hüquqi şəxsin anlayışı: «Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı müstəqil balansı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir».

Hüquqi şəxslərin növləri Hüquqi şəxslərin klassifikasiyası bir neçə meyardan (əlamətdən) irəli gəlir.

1. Fəaliyyət xarakterinə görə hüquqi şəxslər kommersiya və qeyri-kommersiya növlərinə:

a) Kommersiya tipli hüquqi şəxslər elə təşkilatlardır ki, onların fəaliyyətinin əsas məqsədi gəlir əldə etmək məqsədi güdür. Sonradan bu gəlirlər onun iştirakçıları (təsisçilər) arasında bölünür.

b) Qarşısında əsas məqsədi gəlir əldə etməyə yönəltməyən və iştirakçıları (təsisçiləri) arasında gəlirləri bölüşdürməyən təşkilatlar qeyri-kommersiya təşkilatlan adlanır (istehlak kooperativləri, ictimai və dini təşkilatlar). Qeyri-kommersiya təşkilatlarının siyahısı qanunvericilikdə dəqiq göstərilməmişdir.

2. Təsisçilərinin (iştirakçıların) əldə etdikləri hüquqlara görə və ya hüquqi şəxslərin əmlaklarına görə fərqli növlərə:

a) İştirakçıları öhdəlik hüququ əldə edən hüquqi şəxslər-təsərrüfat cəmiyyətləri.

b) İstehsal və istehlak kooperativləri.

«Təsisçilər» hüquqi şəxsin mülkiyyətində və ya əşyasında müəyyən əmlak hüququna malikdirlər; (dövlət və bələdiyyə unitar müəssisələri, habelə müəssisənin mülkiyyətçisi tərəfindən maliyyələşdirilən, təsərrüfat hüquqlu və operativ idarəetmə hüquqlu müəssisələr)

c) İştirakçılarının hüquqi şəxsin mülkiyyətinə heç bir iddiası olmayan ictimai və dini təşkilatlar (birliklər); xeyriyyə və s. fondlar, hüquqi şəxslərin birliyi (assosiasiyalar və ittifaqlar).

3. Kommersiya tipli hüquqi şəxslər təşkilati-hüquqi formasına görə aşağıdakı növlərə bölünür:

a) Təsərrüfat cəmiyyətləri-şəxslərin birliyindən ibarət olub, onların (üzvlərin) cəmiyyətin işlərində, şəxsi-etimad münasibətlərinə əsasən birbaşa iştiraklarından ibarətdir;

b) Təsərrüfat cəmiyyətləri - kapitalın (sərvətin) birləşdirilərək istifadəsı başa düşülür ki, bu zaman iştirakçıların cəmiyyətin işində bir başa iştirakı nəzərdə tutulmur;

c) Unitar müəssisələr-Təsərrüfat hüquqlu, operativ idarəetmə hüquqlu müəssisələr-bu cür müəssisələrin iştirakçılarına-pay, əmanət və s. verilmir.

ç) İstehsal kooperativləri-buraya aiddir, istehsal, təkrar emal, sənaye, kənd təsərrüfatı və s. məhsullarını ixracı, işlərin yerinə yetirilməsi, ticarət, xidmətlərin göstərilməsi və s.


Sığorta müqaviləsi
Sığorta olunanla sığortaçı arasında bağlanan sazişdir. Əgər sığorta müqaviləsində qeyd olunan sığorta məbləği əmlakın sığorta dəyərindən çoxdursa, onda dəyərdən çox olan məbləğ hissəsində müqavilə etibarsız sayılacaq.

Sığorta ödənişi müqavilədə qeyd olunan müddətdə verilməlidir. Əks halda sığortaçı sığorta olunana ilk 5 gün ərzində sığorta ödənişinin 0,2 faizi, sonra isə hər gün üçün 1 faiz məbləğində cərimə ödəyir.

Bu Qanun sığorta işinin inkişaf etdirilməsinə və etibarlı şəkildə həyata keçirilməsinə, sığortalıların və sığortaçıların hüquq və mənafelərinin qorunmasına yönəldilir, sığortaçıların maliyyə sabitliyinin təmin edilməsini, sığorta sahəsində fiziki və hüquqi şəxslərin peşəkar fəaliyyətini (ekspert, aktuar, agentlik, broker və produktor fəaliyyətini) göstərmələrini, sığorta müqavilələrindən irəli gələn münasibətlərini tənzimləyir, sığorta sahəsində dövlətin səlahiyyətlərini müəyyən edir.
Bu Qanun sosial sığorta sahəsində yaranan münasibətlərə şamil edilmir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri ilə bərabər əsaslarla sığortalanma hüququna malikdirlər.
Maddə 1. Əsas anlayışlar

Sığorta sığortalının əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir;

Həyat sığortası — sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qojalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığortadır. Həyat sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə sığorta məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortalıya qaytarılır.

Qeyri-həyat sığortası — sığorta hadisəsi baş verdiyi zaman sığortalıya vurulan zərər ödənilməklə onun məsuliyyəti, əmlakı və mənafeləri ilə bağlı risklərin sığortasıdır.
Sığortalı — sığortaçı ilə müqavilə bağlayan (sığorta etdirən) və ya xeyrinə sığorta müqaviləsi bağlanan (sığorta olunan), yaxud qanuna görə sığortalanmış sayılan fiziki şəxs (fəaliyyət qabiliyyəti məhdud olan və ya fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılan, eləjə də fəaliyyət qabiliyyəti olmayan şəxslərdən başqa) və ya hüquqi şəxs;

Sığortaçı — yalnız sığorta və təkrar sığorta fəaliyyətini göstərmək məqsədilə yaradılmış, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada xüsusi razılıq almış hüquqi şəxs olan sığorta təşkilatıdır;

Sığorta riski ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır.

Sığorta riski sayılan hadisənin təsadüf əlamətləri olmalıdır.



Sığorta hadisəsi qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin, sığortalıya və ya üçüncü şəxslərə ödənilməsi üçün əsas olan hal.

Sığorta məbləği sığorta müqaviləsinə və ya qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin son həddi olan pul məbləği;

Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilən vəsait;

Sığorta haqqısığorta müqaviləsinə və ya bu Qanuna uyğun olaraq sığortalının sığortaçıya verməli olduğu pul məbləği;

Sığorta tarifi sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;

Sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığortalıya sığorta ödənişi verməyi, sığortalı isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqını ödəməyi öhdəsinə götürür;

Ümumi sığorta daxili yüksək sığorta risklərinin sığortalanmasında öz ödəmə qabiliyyətinin təmin olunması və sığortalıların əmlak mənafelərinin müdafiəsinə zəmanət verilməsi üçün sığortaçıların öz aralarında bağladıqları saziş əsasında qarşılıqlı sığorta fəaliyyətinin təşkili formasıdır.

Frontinq sazişi — frontinq edən sığortaçı tərəfindən digər sığortaçının təklifi ilə sığorta şəhadətnamələrinin verilməsinə və təkrar sığorta müqaviləsinə əsasən komisyon mükafatı almaqla, həmin sığortaçıya risklərin tam həcmdə ötürülməsinə dair razılaşmaqdır;

Sığorta şəhadətnaməsisığortalı ilə sığortaçı arasında bağlanan sığorta müqaviləsinin olmasını təsdiq edən və həmin müqavilənin əsas məzmununu əks etdirən sənəddir.
Maddə 2. Sığorta sistemi və sığorta haqqında qanunvericilik

1. Sığorta sistemi müvafiq icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti), sığortaçılardan, sığorta brokerləri, agentləri və ekspertlərindən ibarətdir.


2. Sığorta sahəsində qanunvericilik Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3. Sığortaçının müstəqilliyi

Dövlət hakimiyyəti və bələdiyyə orqanları, qanunvericilikdə nəzərdə tutulmuş tənzimləmə və nəzarət funksiyalarının həyata keçirilməsi halları istisna olmaqla, sığortaçının fəaliyyətinə qarışa, onun əmlakına və fondlarına sərəncam verə bilməzlər.


Maddə 4. Sığortaçının öz fəaliyyəti barədə məlumat verməsi

1. Sığorta müqavilələri bağlayarkən sığortaçı sığortalının tələbi ilə müvafiq sığorta növü üzrə xüsusi razılıq və öz maliyyə vəziyyəti barədə məlumatı (mühasibat balansını, mənfəət-zərər barədə hesabatı) və əvvəlki il üçün auditor rəyini, sığortaçının təkrar sığortaya risklərin verilməsi haqqınla məlumatı təqdim etməlidir.


2. Yanlış və ya yarımçıq məlumat verməklə sığortalını çaşdıran sığortaçı qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
Maddə 5. Sığorta fəaliyyəti sahəsində qadağanlar

1. Xüsusi razılıq olmadan sığorta fəaliyyəti;

2. Sığortaçının sığorta xidmətləri bazarını inhisara alması, habelə sığorta fəaliyyətində rəqabətin məhdudlaşdırılmasına yönəldilmiş sazişlər və müqavilələr bağlaması.

3. Sığortaçının bank, istehsal və ticarət fəaliyyəti ilə məşğul olması.



Maddə 6. Sığortaçının adı

1. Sığortaçının Azərbaycan dilində tam rəsmi adı olur. Onun tam adında «sığorta» sözü və təşkilati-hüquqi forması göstərilməlidir. Sığortaçının adı həmçinin xarici dildə tam və ya qısaldılmış formada yazıla bilər.

2. Sığortaçının adında Azərbaycan Respublikasının rəmzlərindən və «Azərbaycan Respublikası», «dövlət», «milli», «mərkəzi» sözlərindən qanunvericiliyə müvafiq surətdə istifadə olunur. Eyni addan müxtəlif sığortaçıların istifadə etməsinə yol verilmir.
2. Sahibkarlıq hüququ, lisenziya, vergi münasibətləriSahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında sahibkarlığın prinsiplərini, sahibkarlıq fəaliyyəti subyektlərinin hüquqlarını və vəzifələrini, onun dövlət tərəfindən müdafiə və təqdir olunmasının forma və üsullarını, sahibkarların dövlət orqanları ilə qarşılıqlı münasibətlərini müəyyənləşdirir. Qanun mülkiyyətin bütün formalarının bərabərliyi prinsipinin həyata keçirilməsi, müstəqil olaraq fəaliyyət sahələri seçilməsi və iqtisadi qərarlar qəbul edilməsi əsasında iqtisadi təşəbbüsün və işgüzarlığın geniş təzahür etməsi üçün şərait yaradılmasına yönəldilmişdir.
Sahibkarlıq fəaliyyəti

Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir.


Sahibkarlığın subyektləri

1. Sahibkarlıqla Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə aşağıdakılar məşğul ola bilərlər:

- Fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı;

- Mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər;

- Hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs;

- Xarici hüquqi şəxslər.

2. Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllini və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının vəzifəli şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır.

3. Sahibkarlıq fəaliyyətinin və mülkiyyətçi ilə münasibətlərin xarakterindən asılı olaraq sahibkarlıq fəaliyyəti ilə həm mülkiyyətçinin özü, həm də onun müəyyən etdiyi səlahiyyətlər daxilində təsərrüfatın başçısı hüququ əsasında mülkiyyətçinin əmlakını idarə edən subyekt məşğul ola bilər.

4. Müəssisəni idarə edən subyektin və əmlakın mülkiyyətçisinin münasibətləri tərəflərin qarşılıqlı öhdəliklərini, hüquqlarını və məsuliyyətlərini müəyyən edən müqavilə (bağlaşma) ilə tənzimlənir. Müəssisənin mülkiyyətçisi müəssisəni idarə edən şəxslə müqavilə bağlandıqdan sonra müqavilədə, müəssisənin nizamnaməsində və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna edilməklə müəssisənin fəaliyyətinə qarışa bilməz.
Sahibkarlığın formaları
1. Azərbaycan Respublikasında sahibkarlığın qanun çərçivəsində həyata keçirilən bütün formalarına icaza verilir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq sahibkarlığın bütün formaları bərabər hüquqludur.

2. Fərdi və şərikli şəkildə həyata keçirilən sahibkarlıq qanunvericilikdə nəzərdə tutulmuş formalarda təşkil edilə bilər.


Sahibkarın hüquqları
Sahibkar öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə aşağıdakı hüquqlara malikdir:

- İstənilən müəssisələr yaratmaq, onların idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək;

- Dövlət və digər mülkiyyət formalarına əsaslanan müəssisələrin əmlakının, başqa əmlakı və əmlak hüquqlarını tamamilə və ya qismən əldə etmək;

- Başqa müəssisələrin fəaliyyətində öz sərəncamında olan əmlakla iştirak etmək;

- Tərəflərin razılığı ilə başqa fiziki və hüquqi şəxslərin əmlakından və intellektual mülkiyyət obyektlərindən istifadə etmək;

- İşçiləri işə qəbul etmək və işdən azad etmək;

- İşçilərin əməyinin ödənilməsinin forma və sistemini, onların əmlakının məbləğini və gəlirinin digər növlərini müəyyənləşdirmək;

- Təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirmək, məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehlakçılarını seçmək, dövlət ehtiyacları üçün müqavilə əsasında iş görmək və məhsul göndərmək;

- Öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək;

- Pul vəsaitinin saxlanılması, hesablaşma, kredit və kassa əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq;

- Sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəətdən vergilər və digər icbari ödənişlərdən sonra onun qalan hissəsindən sərbəst istifadə etmək. Sahibkarlıq fəaliyyəti bağlaşma əsasında həyata keçirilərkən mənfəətin bölüşdürülməsi qaydası bağlaşmada müəyyən edilir;

- Məbləğinə məhdudiyyət qoyulmayan şəxsi gəlir əldə etmək;

- Dövlət sosial təminatı sistemindən istifadə etmək;

- Sığorta növünü sərbəst surətdə seçmək;

- Hüquqlarına və qanuni mənafeyinə xələl gətirən dövlət orqanlarının və digər orqanların, təsərrüfat subyektlərinin və fiziki şəxslərin hərəkətlərindən şikayət etmək;

- Xarici iqtisadi münasibətlərdə iştirak etmək;

- Valyuta əməliyyatları aparmaq;

- İctimai fondlara, səhiyyəyə, xeyriyyəçilik, maarifçilik məqsədlərinə, elmi və mülki məqsədlərə, müharibə və başqa fövqəladə hadisələr zamanı isə dövlətə lazımi yardım göstərilməsinə ianələr vermək;

- Həmkarlar ittifaqında və digər birliklərdə iştirak etmək.
Sahibkarın vəzifələri

Sahibkarın vəzifələri aşağıdakılardan ibarətdir:

- Qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək;

- İşə qəbul edilən vətəndaşlarla müqavilələr (bağlaşmalar), habelə lazım gəldikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə əmək kollektivlərinin adından çıxış edən həmkarlar ittifaqları ilə kollektiv müqavilələr bağlamaq;

- İşçilərin həmkarlar ittifaqlarında birləşməsinə mane olmamaq;

- İşçilərin əmək haqqını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş minimum məbləğindən az olmayan səviyyədə ödəmək;

- Dövlət Sosial Müdafiə Fonduna, habelə işçilərin sosial müdafiəsi məqsədilə yaradılan digər fondlara müəyyən edilmiş qaydada və həcmdə ayırmalar vermək;

- Qanunvericilikdə müəyyən edilmiş vergilər ödəmək;

- İşçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə (bağlaşmalara) müvafiq əmək şəraiti yaratmaq;

- Qüvvədə olan normativ aktları rəhbər tutaraq ekoloji təhlükəsizliyin, əməyin mühafizəsinin, təhlükəsizlik texnikasının, istehsal gigiyenasının və sanitariyasının təmin edilməsi, arxitektura abidələrinin və digər tarixi abidələrin mühafizəsi sahəsində tədbirlər görmək;

- İstehsal olunan məhsulların (işlərin, xidmətlərin) rəqabət qabiliyyətliliyinə nail olmaq;

- Müəlliflik hüququnun qorunmasının qanunvericiliklə müəyyən olunmuş tələblərinə əməl etmək;

- Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunvericiliyin tələblərinə əməl etmək;

- İstehsal etdiyi məhsulları markalaşdırmaq;

- Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) almaq;

- Antiinhisar qanunvericiliyinə riayət etmək;

- Haqsız rəqabət metodlarından istifadə olunmasına yol verməmək;

- Öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlarına müəyyən edilmiş formada hesabatlar vermək;

- Müharibə şəraitində və ya başqa fövqəladə hallarda səlahiyyətli dövlət orqanlarının göstərişi ilə təsis sənədlərində nəzərdə tutulmayan və ya həmin sənədlərdə qeyd olunan məqsədlərə uyğun gəlməyən hər hansı qanuni fəaliyyət forması ilə məşğul olmaq.

  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə