AZƏrbaycan respublikasi əhaliSİNİn döVLƏt reyestriNİn formalaşdirilmasi və İNKİŞafi” layiHƏSİ (II məRHƏLƏ)




Yüklə 306.52 Kb.
səhifə1/6
tarix28.02.2016
ölçüsü306.52 Kb.
  1   2   3   4   5   6



AZƏRBAYCAN RESPUBLİKASI ƏHALİSİNİN DÖVLƏT REYESTRİNİN FORMALAŞDIRILMASI VƏ İNKİŞAFI”



LAYİHƏSİ (II MƏRHƏLƏ)


Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sisteminin təkmilləşdirilməsi məqsədilə sistemin proqram təminatına əlavə və düzəlişlərin edilməsini və lazımi informasiya texnologiyaları avadanlıqları ilə təchiz olunmasını təmin edəcək şirkətin seçilməsi üçün


TƏKLİF HAQQINDA XAHİŞ





Bakı 2009

Mündəricat





Təklif haqqında xahiş (THX) 2

BÖLMƏ 1 3

Təklifverənlər üçün təlimatlar 3

A.Giriş 3

B.Tender sənədləri 4

C.Təkliflərin hazırlanması 5

D. Təkliflərin təqdim olunması 7

E.Təkliflərin açılması və qiymətləndirilməsi 8

BÖLMƏ 2 13

Müqavilənin ümumi şərtləri 13

1.HÜQUQİ STATUS 13

2.GÖSTƏRİŞLƏRİN MƏNBƏYİ 13

3.İCRAÇININ İŞÇİLƏRƏ AİD MƏSULİYYƏTİ 13

4.TAPŞIRIQLARIN HƏVALƏ OLUNMASI 13

5.SUBPODRATÇILIQ 13

6.MÜQAVİLƏDƏN GƏLİR ƏLDƏ ETMƏYƏNLƏR 13

7.TƏZMİNAT 13

8.SIĞORTA VƏ ÜÇÜNCÜ TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ 14

9.GİROV QƏBZİ/GİROV 14

10.AVADANLIĞA SAHİBLİK HÜQUQU 14

11.MÜƏLLİF HÜQUQLARI, PATENTLƏR VƏ DİGƏR MÜLKİYYƏT HÜQUQLARI 15

12.BMTİP-nin və ya BMT-nin ADININ, EMBLEMİNİN VƏ YA RƏSMİ MÖHÜRÜNÜN İSTİFADƏSİ 15

13.SƏNƏDLƏRİN VƏ İNFORMASİYANIN MƏXFİ XARAKTERİ 15

14.FORS MAJOR; ŞƏRTLƏRƏ DİGƏR DƏYİŞİKLİKLƏR 15

15.XİTAM VERİLMƏ 16

16.MÜBAHİSƏLƏRİN HƏLLİ 16

17.İMTİYAZLAR VƏ TOXUNULMAZLIQ 16

18.VERGİDƏN AZAD OLUNMA 17

19.UŞAQ ƏMƏYİ 17

20.MİNALAR 17

21.QANUNLARA RİAYƏT 17

22.DƏYİŞİKLİK ETMƏK SƏLAHİYYƏTİ 18

BÖLMƏ 3 18

TEXNİKİ TAPŞIRIQ 18

Əlavə 1 23

TƏKLİFİN TƏQDİM OLUNMASI FORMASI 23

Əlavə 2 24

QİYMƏT CƏDVƏLİ 24



Təklif haqqında xahiş (THX)

Tarix: 05 oktyabr 2009


Məzmun: “Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sisteminin təkmilləşdirilməsi məqsədilə sistemin proqram təminatına əlavə və düzəlişlərin edilməsini və lazımi informasiya texnologiyaları avadanlıqları ilə təchiz olunmasını təmin edəcək şirkətin seçilməsi üçün THX.
Hörmətli cənab/xanım,

  1. Əlavədə verilmiş Texniki tapşırığa (TT) uyğun olaraq, “Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sisteminin təkmilləşdirilməsi məqsədilə sistemin proqram təminatına əlavə və düzəlişlərin edilməsinin və lazımi informasiya texnologiyaları avadanlıqları ilə təchiz olunmasının təmin edilməsi üzrə xidmətlərə dair təklifin təqdim olunması Sizdən xahiş olunur.




  1. Təklifin təqdim olunmasının rəsmiləşdirilməsi üçün aşağıdakı bölmə və əlavələrdə göstərilmiş sənədlərin siyahısı verilir:

  1. Təklifverənlər üçün təlimatlar …………… (Bölmə 1)

  2. Müqavilənin əsas şərtləri ……. ( Bölmə 2)

  3. Texniki tapşırıq (TT)………… ( Bölmə 3)

  4. Təklifin təqdim olunması forması …………..( Əlavə 1)

  5. Qiymət cədvəli ……………………….( Əlavə 2)




  1. Texniki və maliyyə təkliflərindən ibarət təklifiniz müvafiq olaraq, möhürlənmiş 2 zərfdə 20 oktyabr 2009-cu il, saat 18:00-dan gec olmayaraq, aşağıdakı ünvana təqdim olunmalıdır:

Ünvan: BMT-nin 50 illiyi küç.3, Bakı, Azərbaycan AZ1000

Diqqət: Nəzrin Qədimova, Qəbul Şöbəsində məsul şəxs

E-mail: vugar.allahverdiyev@un-az.org; fikret.khankishiyev@undp.org

Telefon nömrəsi: +994-12-404-4247; +994-12-498-98-88

Telefaks nömrəsi: +994-12-404-4227


  1. Sizə əlavə məlumat lazımdırsa, biz bu məlumatın Sizə dərhal təqdim olunmasına çalışacağıq. Lakin, bu cür məlumatların verilməsində yaranacaq hər hansı ləngimə təklifinizin təqdim olunması tarixinin uzadılması kimi qəbul olunmayacaqdır.




  1. Bu məktubun alınması və təklif təqdim edib-etməyəcəyiniz barədə niyyətinizin təsdiq edilməsi Sizdən xahiş olunur.

Hörmətlə,

Nura Həmlaci, BMTİP-in Rezident Nümayəndəsinin müavini

BÖLMƏ 1


Təklifverənlər üçün təlimatlar




  1. Giriş





  1. Ümumi müddəalar

Fiziki və hüquqi şəxslərin zəruri məlumatlarla təmin edilməsinə, əhalinin müxtəlif kateqoriyaları üzrə informasiya sistemlərini aparan dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin səmərəsinin artırılmasına, həmçinin vətəndaşlar haqqında fərdi məlumatların mərkəzləşdirilmiş qaydada toplanmasına xidmət edən Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin formalaşdırılması ölkə əhalisinin yerləşməsi və tərkibi, miqrasiyanın dairəsi və istiqaməti, demoqrafiya məsələlərinə, eləcə də digər məsələlərə dair məlumatların toplanmasına, onların təzələnməsinə və etibarlı qorunmasına, müəyyən edilmiş hallarda və qaydada dövlət orqanları və fiziki şəxslərə təqdim edilməsinə, eləcə də qanunsuz istifadə edilməsinin qarşısının alınmasına şərait yaradacaqdır.

Bu məqsədlə respublika üzrə rayon (şəhər) qeydiyyat orqanlarını vahid şəbəkdə birləşdirən “Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi (ORACLE sistemi əsasında fəaliyyət göstərir) 1 iyul 2008-ci il tarixdən tam gücü ilə istismara verilmişdir. Bu informasiya resursu ölkə əhalisinin dövlət reyestrinin başlıca məlumat mənbələrindən biridir.

“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin formalaşdırılması və inkişafı” layihəsinin cari mərhələsi çərçivəsində adı çəkilən sistemin proqram təminatına əlavə və düzəlişlər edilməsi yolunun təkmilləşdirilməsi və zəruri avadanlıqlarla təchizatı nəzərdə tutulmuşdur.




  1. Təklif üzrə xərclər

Təklifverən təklifin hazırlanması və təqdim olunması ilə bağlı bütün xərcləri öz üzərinə götürür və BMTİP heç bir halda işin gedişindən və nəticəsindən asılı olmayaraq bu xərclərə görə məsuliyyət və cavabdehlik daşımır.



  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə