Azərbaycan Respublikası Təhsil Nazirliyi




Yüklə 79.44 Kb.
tarix28.04.2016
ölçüsü79.44 Kb.

Azərbaycan Respublikası

Təhsil Nazirliyi

“Kompyuter texnologiyasının əsasları”

“İKT proqramları”



fənlərindən

TEMATİK PLAN VƏ PROQRAM


Tərtib etdi: C.Q.Rəsulov – İnformatika müəllimi,

Qəbələ Peşə Məktəbinin Tİİ üzrə direktor müavini


İZAHAT VƏRƏQİ


Bu tədris–proqram sənədləri ilkin peşə ixtisas təhsili müəssisələrində müxtəlif peşələr üzrə kadrların hazırlanması üçün tədris planlarında nəzərdə tutulmuş tədris saatlarına uyğun tərtib edilmişdir.

Sənədlərə “Kompyuter texnologiyasının əsasları” və “İKT proqramları” fənlərindən təxmini tematik plan və proqramlar, İKT proqramları fənnindən təxmini imtahan sualları daxil edilmişdir. Bu tematik plan və proqram tam orta təhsil bazasından təhsil müddəti 1 il olan peşələr üçün nəzərdə tutulmuşdur.

Tematik plan “Kompyuter texnologiyasının əsasları” fənni üzrə 40 saat, “İKT proqramları” fənni üzrə 85 saat miqdarında tərtib edilmişdir. Bu da qüvvə də olan tədris planlarına tamamilə uyğundur.

Tematik plan və proqram tam təxminidir, verilmiş saat daxilində mövzular üzrə saatların bölüşdürülməsi, tədrisin forma və metodlarını seçməkdə müəllimlər sərbəstdirlər.

Təlim kursunun sonunda İKT bölməsi üzrə nəzəri imtahan keçirilir və imtahan sualları mövcud proqrama uyğun tərtib edilmişdir.

Sənədlərə İKT proqramları fəninin tədrisinin nəticələrinə verilən tələblər daxil edilmişdir.

I.

“Kompyuter texnologiyasının əsasları”



fənnindən tematik plan və proqram
Tematik plan


S №

Mövzuların adı

Saatları miqdarı

Təhsil müddəti 1 il

Təhsil müddəti 2 il



Giriş

2

1



EHM-lər haqqında ümumi məlumat. Kompyuterlərin arxitekturası

4

2



Kompyuterin əsas qurğuları

16

7



Periferiya qurğuları

8

5



Şəbəkə texnologiyasının əsasları

10

4




CƏMİ

40

20



Proqram
Mövzu 1. Giriş
Fənnin məqsədi və predmeti. EHM-lərin nəsilləri.İlk kompyuterlər. İnformasiya daxil-xaric edən qurğuların və informasiya saxlanmasının tarixi. Hesablama şəbəkələrinin inkişafı. EHM-lərin inkişafının müasir tendensiyaları.

Azərbaycanda təhsilin informasiyalaşdırılması sahəsində həyata keçirilən tədbirlər.


Mövzu 2. EHM-lər haqqında ümumi məlumat. Kompyuterlərin arxitekturası
EHM-lər haqqında ümumi məlumat. EHM-lərin təyinatı və funksional imkanları. EHM-lərin təsnifatı və növləri. Analoq və rəqəmsal hesablama maşınlar haqqında anlayışlar. EHM-lərin əsas texniki xarakteistikaları haqqında məlumatlar. Fərdi kompyuterlər (FK). FK müasir EHM-lərin bir növü kimi. Kompyuterlərin iş prinsipi. Informasiya və onun ölçü vahidləri. Kompyuterlərin arxitekturası. C. Neyman arxitekturası.
Mözu 3. Kompyuterin əsas qurğuları
Kompyuter texnologiyasının xarakteristikası. Kompyuterin ümumi görünüşü. Kompyuter bloklarının sxemi. Sistem bloku. Qida bloku. Yaddaşların növləri. Opretiv yaddaş modulları. Yaddaşların iş prinsipi. İnformasiyanın saxlanması üçün qurğular: flash disklər, HDD, daimi yaddaş qurğuları. Maqnit və optik disklər, onların iş prinsipi və müqayisəli xarakteistikası. Videokartlar. Sistem (ana plata) platası. Prosessor və onun iş prinsipi. Genişləndirmə slotları (plataları). Yaddaş qurğularının saxlanma qaydaları. Portlar: LPT, COM. USB kabellər. Şinlər və kontrollerlər.
Mövzu 4. Periferiya qurğuları
Periferiya (çevrəsəl) qurğular haqqında ümumi məlumatlar. Klaviatura, onun quruluşu, klavişlərin təyinatı. Klaviş kombinasiyaları. Mouse, toucpad, trekbol. Mousedən istifadə qaydaları. Modemlər, informasiyanın telefon xətti vasitəsi ilə ötürülməsi. Daxili və xarici modemlər. DATA kartlar. Skanerlər, Web – kameralar, rəqəmsal videokameralar, fotoaparatlar. Rəqəmsal görüntülərin kompyuterə daxil edilməsi.Printerlər və onların növləri. İnformasiyanın çapa göndərilməsi. Plotter və fakslar. CRT, LCD monitorlar, onların fərqi. Digər cevrəsəl qurğular.
Mövzu 5. Şəbəkə texnologiyasının əsasları
Kompyuterlərin şəbəkədə qarşılıqlı əlaqəsi. Hesablama şəbəkələrinin baza komponentləri. TCP/İP protokolları.Kompyuterlərin qlobal şəbəkələrdə qarşılıqlı əlaqəsi. İnternetin təşkili və iş prinsipi. İnternetə qoşulma üsulları. İnternet provayderlər. Hiperistinadlar, URL, domen adlar. İnternet xidmətləri: WWW, HTTP, E-mail. Kompyuterlərin lokal şəbəkələrdə qarşılıqlı əlaqəsi. Şəbəkə əhatəsi. Şəbəkədə axtarış və şəbəkə resursları. Şəbəkə resurslarına daxil olma. Serverlər. Internet Brouzerlər-İNTERNET EXPLORER, OPERA, MOZİLLA.

II.


“İKT proqramları”

fənnindən

tematik plan və proqram
Tematik plan


S №

Mövzuların adı

Saatları miqdarı

Təhsil müddəti 2 il

Təhsil müddəti

1 il




Giriş

2

2



Kompyuterin Proqram təminatı

22

14



PAİNT qrafik redaktoru

11

4



WORD PAD mətn redaktoru

14

9



MS WORD proqramı

36

17



MS EXCEL Proqramı

31

11



MS POWER POINT Proqramı

19

5



MS ACCESS Proqramı

11

4



Xidməti Proqramlar

16

5



Kompyuter şəbəkələri və internet

30

15




Cəmi

192

85



Proqram
Mövzu 1. Giriş
Fənnin məqsədi. FK texniki təminatı.FK proqram təminatı: Əməliyyat sistemi, tətbiqi proqramlar, xidməti proqramlar.əməliyyat sistemlərinin növləri və funksiyaları. İnformasiya prosesləri və informasiya sistemləri.
Mövzu 2. Kompyuterin Proqram təminatı
Fərdi kompyuterin proqram təminatı. Sistem proqramları.Tətbiqi proqramlar, onların təsnifatı. Alqoritmik dillər və instrumental proqramlar.Əməliyyat sistemlərinin tipləri və funksiyaları. MS DOS əməliyyat sistemi. MS DOS -un əmrlər sistemi. WINDOWS

ƏS-nin ilkin pəncərəsinin quruluşu və nişanları.WINDOWS XP əməliyyat sistemi. WINDOWS XP-nin pəncərəsi. Mausla işləmə qaydaları. Fayllar haqqında məlumat və xüsusiyyətləri, tipləri. WINDOWS ƏS-də baş menyu və kontekst menyu. İşçi stol,işçi stolda fayl və proqramlarla iş. Bölmə üzrə biliklərin yoxlanılması.


Mövzu 3. PAİNT qrafik redaktoru

Paint qrafik redaktorunun pəncərəsi. Menyu sətri.Fayl (file) menyusu. EDİT (ПРАВКА) menyusu. İMAGE(РИСУНОК) menyusu. VİEW (ВИД) menyusu.


Mövzu 4. WORD PAD mətn redaktoru
WORD PAD-ın pəncərəsi və menyular və yeni sənədin yaradılması. Mətnin daxil edilməsi. Mətnin fraqmentinin seçilməsi və formatlaşdırılması. Mübadilə buferindən istifadə. Simvollar sətri.Faylın çap edilməsi.Sazlama işləri.Yeni şriftin quraşdırılması. Mausun parametrlərinin dəyişdirilməsi.Dil və regional parametrlərin seçilməsi.Bölmə üzrə biliklərin yoxlanılması.
Mövzu 5. MS WORD proqramı
Proqramla tanışlıq,Proqramın ilkin pəncərəsinin quruluşu..Yeni sənədin yaradılması. Faylın açılması., fayllar üzərində iş.Mətnin daxil edilməsi. İnformasiyanın saxlanması. Simvollar sətri. Abzasın formatlaşdırılması. Mətnin siyahı şəklində daxil edilməsi.Mətnin sütunlarda şəklində daxil edilməsi .Dialoq pəncərələrlə işləmə.Qrafik obyektin formatının dəyişdirilməsi. MS WORD – da cədvəllərlə iş. Sənədin səhifələrinin nömrələnməsi. Səhifə parametrlərinin seçilməsi. Faylın çap edilməsi. Bölmə üzrə biliklərin yoxlanılması.

Mövzu 6. MS EXCEL Proqramı


EXCEL proqramı haqqında ümumi məlumat. Proqram pəncərəsinin quruluşu. EXCEL-in əsas anlayışları.(cədvəl,xana,xana bloku, sütun, sətir,düstur və s. İnformasiyanın daxil edilməsi və formatlaşdırılması.Seçilmiş xanaların formatlaşdırılması. Formullar, formul paneli ,formul panelindəki düymələr. Düsturların daxil edilməsi və redaktəsi. Funksiyalar. Diaqramların qurulması. Diaqram pəncərəsindən istifadə. Səhifə parametrlərinin seçilməsi. Faylları çap etmək. Bölmə üzrə biliklərin yoxlanılması.
Mövzu 7. MS POWER POINT Proqramı
Proqramla ümumi tanışlıq. Proqramının yüklənməsi və pəncərəsinin quruluşu. Slaydlarla iş, onların maketinin seçilməsi.Slaydların maketinin seçilməsi, əlavəsi, silinməsi. Bölmə üzrə biliklərin yoxlanılması.
Mövzu 8. MS ACCESS Proqramı
Proqram pəncərəsinin ümumi quruluşu.Verilənlər bazasının idarəetmə sistemləri (VBİS).MS ACCESS fayllarının açılması və yaradılması.

Verilənlər bazasının əsas elementləri.


Mövzu 9. XİDMƏTİ Proqramlar
Kompyuter virusları. Antivirus proqramlar.Faylların arxivləşdirilməsi proqramları. Disklərin yoxlanılması və defraqmentasiyası. Diskin sıxlaşdırılması. Arxivin yaradılması. Faylın arxivdən çıxarılması.
Mövzu 10. Kompyuter şəbəkələri və internet
Kompyuter şəbəkələrinin yaranması və təsnifatı.Lokal və qlobal kompyuter şəbəkələri.İNTERNET EXPLORER proqramı, pəncərəsinin quruluşu. Proqramın yüklənməsi,menyusu,alətlər paneli.INTERNET-in yaranması. İnternetin xidmət növləri:

E- mail. WORLD WIDE WEB -WWW. Domen adlar sistemi. SERVER. URL ünvanlar. DNS siyahıları. Ölkə adları ilə domenlər.Internetin baza protokolları:TCP/IP.

FTP protokolları. İNTERNET-ə qoşulma üsulları Dial-up, peyk bağlantıları və s. Modemlə qoşulma. İNTERNET –də axtarış sistemləri. Google (Az) axtarış sistemi və onunla işləmə. Bölmə üzrə biliklərin yoxlanılnası
“İKT proqramları” fənnindən

Imtahan sualları




  1. Proqram təminatı anlayışı

  2. Sistem proqram təminatının vəzifəsi və növləri

  3. Əməliyyat sisteminin növləri və vəzifəsi

  4. Şəbəkə proqram təminatı haqqında anlayış

  5. Xidməti proqram təminatı haqqında anlayış

  6. İnstrumental sistemlər haqqında anlayış

  7. Tətbiqi proqramlarların vəzifəsi

  8. Tətbiqi proqram paketinin təsnifatı

  9. Tətbiqi proqram paketinin növləri

  10. MS DOS Əməliyyat sistemi

  11. WINDOWS Əməliyyat sistemi

  12. WINDOWS-un iş rejimləri

  13. WINDOWS Ofice proqramları

  14. Word mətn redaktoru və tətbiq sahəsi

  15. Excel elektron cədvəli və tətbiq sahəsi

  16. Access məlumat bazası və tətbiq sahəsi

  17. WINDOWS-un xüsusiyyətləri

  18. Start menyusu

  19. WINDOWS-da ikonlar və piktoqramlar

  20. WINDOWS-da pəncərənin xüsusiyyətləri

  21. WINDOWS-da fayl sistemi

  22. WINDOWS EXPLORER (Tədqiqatçı)

  23. İşçi stolun kontekst menyusu

  24. Ekran parametrlərinin köklənməsi

  25. Mənim kompyuterim

  26. Korzina

  27. Baş menyu haqqında məlumat və onun sazlanması

  28. Proqramlar bölməsi

  29. Proqramların avtomatik yüklənməsi

  30. İdarəetmə paneli

  31. Printerin quraşdırılması

  32. Tapşırıqlar dispetçeri

  33. Kompyuterin sürətinə təsir edən amillər

  34. Virtual yaddaş

  35. Əməli yaddaş

  36. Yaddaşın növləri

  37. Disklərin defraqmentasiyası,formatlanması,yoxlanması və təmizlənməsi

  38. Sərt diskin quruluşu

  39. Arxivatorlar

  40. Viruslar və antivirus proqramlar

  41. İNTERNET haqqında məlumat və onun strukturu

  42. Serverlər və provayderlər haqqında məlumat

  43. Modemlər və modemlə qoşulma

  44. WWW–World Wide Web (dünya hörümçək toru)

  45. İNTERNET- də axtarış

  46. Saytlar və domen adları

  47. Mouse

  48. Mənim kompyuterim pəncərəsi

  49. Menyulardan istifadə qaydaları

  50. Klaviatura

  51. Piktoqram menyular

  52. Dialoq pəncərəsi

  53. WINDOWS-da yardım almaq

  54. Kompyuterin düzgün bağlanması və açılması

  55. Tapşırıqlar çubuğu

  56. WINDOWS-da nizamlama əməliyyatları

  57. WINDOWS-da xüsusiyyətləri dəyişdirmə

  58. WORDPAD pəncərəsi

  59. Sənədləri yaddaşa yazmaq

  60. Faylları açmaq

  61. Sənədləri çap etmək

  62. WINDOWS-da dil xüsusiyyətləri

  63. Masaüstünün nizamlanması

  64. Fayl tipləri və piktoqramlar

  65. EXPLORER (provodnik) ilə kompyuterdə gəzişmək

  66. Yeni qovluğun yaradılması, adının dəyişdirilməsi və silinməsi

  67. “Faylın xüsusiyyətləri” dialoq pəncərəsi

  68. WINDOWS-da axtarış

  69. WINDOWS-un multimediya imkanları

  70. WINDOWS media player

  71. Disk qurğuları

  72. Monitor

  73. Videokartlar

  74. Mikroprosessorlar

  75. EHM –lərin nəsilləri və təsnifatı

  76. Fərdi kompyuterlərin struktur sxemi

  77. Kompyuterlərin aparat təminatı

  78. Kompyuterlərin giriş – çıxış qurğuları

  79. Sistem blokları

  80. Kontrollerlər, şinlər və portlar

  81. İNTERNET - ə qoşulma üsulları

  82. LOKAL və QLOBAL şəbəkə anlayışları

  83. Elektron poçt

  84. Serverlər

  85. BİOS - baza giriş – çıxış sistemi

  86. Örtük proqramları

  87. Arxiv proqramları

  88. Antivirus proqramlar

  89. WINDOWS-un çatışmayan cəhətləri

  90. Verilənlərin mübadiləsi buferi

  91. Printerlərin növləri

  92. Keş yaddaş, virtual yaddaş

  93. Ana lövhə

  94. Kompyuterlərdə informasiyanın ölçü vahidləri

  95. İNTERNET prokolları TCP/İP

  96. FTP protokolu

  97. Kompyuterlərə informasiyanın verilməsi

  98. kompyuterlərin iş prinsipi

  99. START menyusu və tapşırıqlar panelinin xüsusiyyətləri

100.MS OFİCE proqramları
Təlimin nəticələrinə verilən tələblər

“Kompyuter texnologiyasının əsasları” və “İKT proqramları” fənləri üzrə təlimin nəticəsində şagirdlər:



Bilməli və başa düşməlidirlər
Informasiya anlayışının təyini üzrə müxtəlif yanaşmaları;

Informasiya miqdarının ölçülməsi metodlarını, informasiyanın olçü vahidlərini;

Daha geniş yayılmış tətbiqi proqramların təyinatını;

Kompyuterlərin məntiqi quruluşunu;

Kompyuterin iş prinsipini;

əməliyyat sisteminin vəzifə və funksiyalarını;

çevrəsəl qurğuların təyinatını;

Bacarmalıdır
informasiya Proseslərini təqdim etməyi;

informasiya texnologiyalarından istifadə etməyi;

informasiya obyektləri yaratmağı;

informasiya tərtib etməyi, redaktəni, yaddaşda saxlamağı və gələcəkdə istifadə etməyi;

informasiya axtarışını;

slaydlar yaratmağı və nümayişini;

xidməti proqramları çalışdırmağı;

texniki təhlükəsizlik qaydalarına riayət etməyi;

əldə etdiyi bilik və bacarıqları praktik olaraq yerinə yetirməyi;

tədris fəaliyyətində təhsil resurslarından istifadə etməyi;

elektron məktub göndərməyi;

elektron sənədlər yaratmağı və redaktə etməyi;

sənədləri çap etməyi;

qovluq və fayllar yaratmağı;

faylların adına baxaraq tipini təyin etməyi və s.

WINDOWS-un baza funksiyalarından istifadə etməyi;

Kompyuter şəbəkələrindən istifadə etməyi;

İstifadə edilmiş ədəbiyyat




  1. İsmayıl Calallı, Kompyuter Bunu öyrənməyə nə var ki!.. “Nurlar”, Bakı – 2008

  2. Abbasov Ə.M., Əlizadə M.N., Seyidzadə E.V., Salmanova M.Ə.,

İnformatika və kompyuterləşmənin əsasları, Bakı – 2009

  1. Osman Gündüz, Qorxmaz Əfəndiyev, Nazim Rüstəmov

Kompyuter- informasiya texnologiyalarının əsasları, Bakı – 2006

  1. Elxan Cəfərov, Nəbi Mahmudov, Tünzalə Dadaşova, Tale Babayev

“Fərdi kompyuter operatoru” peşəsi üzrə tədris – metodik komplekt, Bakı - 2011



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə