Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti




Yüklə 231.3 Kb.
səhifə1/2
tarix10.04.2016
ölçüsü231.3 Kb.
  1   2




Azərbaycan Respublikası Təhsil Nazirliyi

Sumqayıt Dövlət Universiteti

_________________________________________________

“İqtisadiyyat və idarəetmə” fakültəsinin

IV kurs, 79-5 qrup tələbəsi

Qəhrəmanova Ülviyyə İlqar qızı

(tələbənin soyadı, adı, atasının adı)
Azərbaycanda xarici ticarətin dövlət tənzimlənməsinin normativ hüquqi bazasının tədqiqi

B U R A X I L I Ş İ Ş İ

Elmi rəhbər:

Məmmədova A.

(soyadı, adı, atasının adı)



Kafedra müdiri: i.e.n. dosent

(Elmi dərəcəsi və elmi adı)



Pənahəliyeva M. Ö.

(Soyadı, adı, atasının adı)

Sumqayıt - 2009
Xülasə

“Azərbaycanda xarici ticarətin dövlət tənzimlənməsinin normativ hüquqi bazasının tədqiqi” mövzusunda buraxılış işi giriş, iki fəsil, nəticə və ədəbiyyatların siyahısından ibarətdir. Girişdə mövzunun aktuallığı əsaslandırılmış, tədqiqatın məqsədi və vəzifələri açıqlanmışdır. Buraxılış işinin I fəsli “Xarici ticarətin dövlət tənzimlənməsinin nəzəri metodoloji əsasları”. Burada xarici ticarətin tənzimlənməsi metodları, xarici ticarətin dövlət tənzimlənməsində gömrük işi , müasir gömrük tənzimlənməsinin fiskal və proteksianist funksiyaları, həmçinin paratarif və kvazitarif vasitələri göstərilir.

Buraxılış işinin II fəsli “Xarici ticarətin dövlət tənzimlənməsinin normativ

hüquqi bazası və onun tədqiqi” . Bu fəsildə idxal və ixracın mal nomenklaturasının təsnifləşdirilməsinin normativ əsasları, Azərbaycanda gömrük dəyərinin müəyyənləşdirilməsi və xarici ticarətin dövlət tənzimlənməsinin normativ hüquqi bazasının öyrənilməsi məsələlərinə baxılmışdır.

Buraxılış işinin sonunda Nəticə və işin hazırlanmasında istifadə olunan mənbələrin siyahısı göstərilmişdir.

MÜNDƏRİCAT
Giriş.................................................................................................

Fəsil I. Xarici ticarətin dövlət tənzimlənməsinin nəzəri metodoloji

əsasları............................................................................................

1.1. Xarici ticarətin tənzimlənməsi və gömrük işi..........................

1.2. Müasir gömrük tənzimlənməsinin fiskal və proteksianist

funksiyaları......................................................................................

1.3. Xarici ticarətin tənzimlənməsi metodları.................................

1.4. Gömrük tarif tənzimlənməsinin paratarif və kvazitarif

vasitələri..........................................................................................

Fəsil II. Xarici ticarətin dövlət tənzimlənməsinin normativ

hüquqi bazası və onun tədqiqi.........................................................

2.1. İdxal və ixracın mal nomenklaturasının təsnifləşdirilməsinin

normativ əsasları.............................................................................

2.2. Azərbaycanda gömrük dəyərinin müəyyənləşdirilməsi...........

2.3. Ölkədə xarici ticarətin dövlət tənzimlənməsinin normativ

hüquqi bazasının öyrənilməsi..........................................................

Nəticə...............................................................................................

Ədəbiyyat.........................................................................................




Giriş
Beynəlxalq ticarət elmi – texniki tərəqqi əsasında dünya təsərrüfatının beynəlmilləşməsi və beynəlxalq əmək bölgüsünün dərinləşməsi ilə sıx bağlı olaraq müxtəlif ölkələr arasında əmtəə və xidmətlərin mübadiləsi deməkdir. Xarici ticarət BİM – in ən qədim və ilkin forması olmaqla çox qədim dövrlərdən meydana gəlmişdir. Bildiyimiz kimi, ta qədim dövrlərdən ölkələr bəşər cəmiyyətinin inkişaf dövrü ərzində həmişə bir – birindən iqtisadi ehtiyatlarla təminat, həmçinin iqtisadi potensial baxımından fərqlənmişlər. Sənaye ölkələri də istehsalın təmərküzləşməsinə və inkişaf səıviyyəsinə görə müxtəlif olmuşlar.

Bütün bunlar və digər səbəblər beynəlxalq ticarətin yaranmasına və genişlənməsinə səbəb olmuşdur. Beynəlxalq ticarət beynəlxalq əməkdaşlığın demək olar ki, əksər növlərini özündə birləşdirir. Istənilən ölkənin uğuru onun xarici ticarəti ilə sıx bağlıdır. Heç bir ölkə dünya iqtisadi sistemindən izolə etməklə öz sağlam iqtisadiyyatını yarada bilməz.

Müasir BİM dünya ticarətinin aktiv inkişafı ilə sıx bağlıdır. Xarici ticarət öz növbəsində iqtisadi inkişafın ən güclü amilidir. Bu inkişafla yanaşı, ölkələrin beynəlxalq əmtəə mübadiləsindən asılılığı da güclənməkdədir.

Beləliklə, xarici ticarət hər bir ölkənin



Fəsil I. Xarici ticarətin dövlət tənzimlənməsinin nəzəri metodoloji əsasları.

1.1. Xarici ticarətin tənzimlənməsi və gömrük işi.


XX əsrdə beynəlxalq iqtisadi əlaqələrin bütün formalarında misilsiz artım baş vermişdir. Ticarət yüksəlmiş, kapitalın ölkədən çıxarılması artmış, istehsalın kooperasiyalaşması inkişaf etmiş, işçi qüvvəsinin genişmiqyaslı miqrasiyası baş vermişdir. Gömrük işinin əhəmiyyəti də yüksəlmişdir.

Əsrin əvvəllərində dünya ticarətinin inkişafında qızıl standartı xüsusi rol oynamışdır. Bu, xarici ticarətdə hesablaşma və ödəmələr üçün əlverişli şəraiti təmin etmişdir. Bununla yanaşı, xarici ticarətin inkişafına formalaşmaqda olan infrastruktur – su və dəmiryolu nəqliyyatı, beynəlxalq teleqraf yardım etmişdir.

Dünya mal ixracatının dünya mal ÜDM – nə nisbəti 9%, ABŞ – da, Kanadada, Yeni Zelandiyada, Yaponiyada və Qərbi Avropa ölkələrində isə 12,9% təşkil etmişdir. 1870 – 1913 – cü illər arasındakı dövrdə investisiya hətta dünya ticarətindən də çox yüksəlmişdir. 1913 – cü ildək kapital ixracının həcmi əsas kapital ixrac edən ölkələrin ÜDM – nun 5% - nə çatmış, yığılmış birbaşa investisiyaların payı dünyada istehsalın dəyər həcmlərinin 9% - ni təşkil etmişdir. XX yüzilliyin əvvəlindəki iqtisadi artım dünya iqtisadiyyatının sonrakı qloballaşması üçün zəmin yaratmışdır. Eyni zamanda, dünya mal dövriyyəsinin bu qədər böyük artımına baxmayaraq, gömrük işinin əhəmiyyəti artmışdır. Müdafiə tədbirlərindən fəal istifadə edilmişdir. Belə ki, Almaniyada idxal gömrük tarifinin orta dərəcəsi malın dəyərinin 12 – 17%-ni, ABŞ – da 16, Fransa və Avstriya – Macarıstanda – 18 – 24, İtaliyada – 17- 25, İspaniyada – 37, Rusiyada isə - hətta 73% təşkil etmişdir.
Lakin, Birinci Dünya Müharibəsi gedişində qızıl standartından istifadə edilmə dayandırıldı. Milli valyutaların çoxu konvertasiya edilməyən oldu ki, bu da xarici ticarətdə hesablaşmaları daha da mürəkkəbləşdirdi və onun inkişafında əlavə olaraq valyuta əngəlləri yaratdı.

Dünya təcrübəsi göstərmişdir ki, hazır yüksək texnoloji məhsulun istehsal artımı beynəlxalq əmək bölgüsünün dərinləşməsi prosesi ilə müşayiət olunur. Sahələrarası, o cümlədən beynəlxalq səviyyədə də mübadilə üçün şərait yaratmaqla istehsal inkişaf dərəcəsinə görə fərqlənir. Nəticədə hazır məhsulun dünya istehsalı artımı xammal və kənd təsərrüfatı məhsullarının ixracı ilə müqayisədə onların ixracının yüksəlməsinə səbəb olur.

Daha sonra belə istehsal texnoloji əməliyyatların ayrılması, onların müstəqil istehsala bölünməsi yolu ilə nikişaf etdi. Bir qədər sonra həmin həlqələr öz aralarında mübadilə prosesinə daxil olmağa başladılar ki, bunun nəticəsində onun beynəlxalq əmək bölgüsü keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ölkələr istehsal edilən hazır məhsul növləri üzrə deyil, onun hazırlanması üzrə ayrı – ayrı istehsal əməliyyatları üzrə ixtisaslaşmağa başladılar.

Bunun əsasında istehsal kooperasiyası fəal inkişaf etdi, həlqələri müxtəlif ölkələrdə yerləşən bütöv istehsal və texnoloji zəncirlər formalaşdı. XX yüzilliyin ikinci yarısında həmin zəncirlər xeyli dərəcədə transmilli korporasiyalar (TMK) vasitəsilə inteqrasiya olundu. Beləliklə, özünün beynəlxalq xarakterinə baxmayaraq, mübadilə prosesi bir korporasiya daxilində baş verməyə başladı. Sahələrarası ticarət sahədaxili ticarətlə əvəzlənməyə başladı. Sahədaxili ticarət hər bir ölkə daxilində, həm də ölkələr arasında mübadiləni stimullaşdırdı. Məhsulun texnoloji mürəkkəblik dərəcəsi yüksəldikcə bu proses intensivləşirdi. Əməyin belə bölgüsündə ölkənin iştirak payı onun texnoloji potensial səviyyəsi ilə müəyyənləşir.

Beynəlxalq istehsal kooperasiyasının inkişafı nəqliyyat infrastruktunun təkmilləşdirilməsinə yol açırdı. Nəqliyyat tarifləri azaldı. Dünya ticarət donanmasının tonnajı 1950 – ci ildən 1999 – cu ildək 6,4 dəfə, daşınmış yüklərin həcmi isə 10 dəfə artmışdır. Nəticədə ölkələr arasındakı iqtisadi məsafə adlandırılan məsafə azalmışdır.

Nəqliyyat infrastrukturunun inkişafı ilə paralel olaraq dünya telekommunikasiya sistemləri də inkişaf etdi. Əgər 1910 – cu ildə dünyada 7 mln. telefon abonenti vardısa, 1950 – ci ildə onların sayı artaraq 50 milyona, 1999 – cu ildə isə 1 milyarda çatmışdır. Radio istifadəçilərin sayı 40 ildən sonra, televiziya istifadəçiləri – 13 ildən sonra, İnternet istifadəçiləri isə 4 ildən sonra 50 milyona çatmışdır. Əgər 1991 – ci ildə Ümumdünya Şəbəkəsindən istifadə edənlərin sayı 5 milyon nəfər təşkil edirdisə, 1996 – cı ildə 60 milyon, 2001 – ci ildə isə artıq 300 milyona yaxın olmuşdur.

Kompüter avadanlığının dəyərinin və rabitə xidmətlərinə tariflərin aşağı salınması kompüter şəbəkələrinin və informasiya axının artmasına gətirib çıxardı. İnternet vasitəsilə informasiya axını ilbəil 7 dəfədən çox artır. Beynəlxalq informasiya mübadiləsi problemi artıq mövcud deyildir. Informasiyanın, o cümlədən gömrük informasiyasının ötürülməsi yolundakı bütün dövlət maneələri öz əhəmiyyətini itirmişdir. Müasir telekommunikasiyalar beynəlxalq investisiyaqoyma və kooperasiya prosesini sadələşdirilmişdir. Dövlət sərhədləri dağılır. TMK – nın rolu güclənir.

TMK – ın xarici filiallarının satışı mal və xidmətlərin dünya ticarətində daha sürətlə artır. Belnəlxalq mal axınları yeni səciyyə qazanır. Onların 40% - ə qədəri indi daxili korporativ xarakter daşıyır və xüsusi sabitliyi və davamlılığı ilə fərqlənir. Əsas istehsal fondlarına beynəlxalq mülkiyyət hesabına milli iqtisadiyyatlar bilavasitə əlavə tellərlə bağlanır. Hər bir ölkənin iqtisadiyyatı praktiki olaraq transmilliləşir.

Nəticə etibarilə əvəllər görünməmiş şəkildə ölkələrin dünya təsərrüfat əlaqələrinə cəlb edilməsi meydana gəlmişdir. Milli iqtisadiyyatların belə açıq olmasını təmin etmək üçün gömrük maneələrinin azaldılması, ticarət rejimlərinin liberallaşdırılması tələb olunur.
Gömrük işinin prinsipial olaraq yeni şəraitə düşümüş dövlət mexanizminin bir hissəsidir. Dövlət get – gedə idxal baryerləri və ixrac subsidiyaları, milli valyuta məzənnəsi və mərkəzi bankın yenidən maliyyələşdirmə dərəcəsi kimi makroiqtisadi tənzimləmə vasitələri itirir. Iqtisadiyyatların qarşılıqlı asıllığının və bir – birnə bağlılığının yüksəlməsi zamanı həmin bu vasitələrdən digər ölkələrlə və TMK ilə yalnız ehtiyatlı şəkildə istifadə edilməsi mümkün olur. Qeyri dövlət transmilli strukturlar və dövlətlər özlərinin iqtisadi qüdrəti etibarilə bərabərləşmişlər.

1.2. Müasir gömrük tənzimlənməsinin fiskal və proteksianist funksiyaları


Gömrük tənzimlənməsində adətən iki əsas funksiya fərqləndirilir: dövlət gəlirlərinin formalaşdırılmasına yönəldilmiş fiskal funksiya və müdafiə (proteksianist) funksiyası. Gömrük proteksionizmi ölkənin iqtisadi təhlükəsizliyinin müdafiəsini təmin edən iqtisadi siyasətin istiqamətlərindən biridir.

Müasir gömrük proteksianizmiçoxməqsədli xarakter daşıyır. Bir tərəfdən, gömrük proteksianizmi milli iqtisadiyyatı qərəzli (iqtisadi təxribatlar) və qərəzsiz (dövri iqtisadi böhranlar və s.) mənfi təsirlərdən qoruyur. Gömrük – tarif tənzimlənməsinin müdafiə funksiyası ayrı ayrı ölkələrlə ticarət – iqtisadi münasibətlərinin necə inkişaf etməsindən asılı olmayaraq mövcuddur. Dünya iqtisadiyyatının, xarici iqtisadi əməkdaşlığın inkişafının əlverişli şəraitlərindən bu funksiya qalmaqda davam edir.

Digər tərəfdən, gömrük proteksionizmi daxili iqtisadi məkanın xarici bazarlardakı rəqabət şəraitlərindən ayrılması nəticəsində meydana çıxan ictimai münasibətlərin məcmusu olaraq, dünya təsərrüfatına inteqrasiya və beynəlxalq iqtisadi əlaqələrin aktivləşməsi ilə əlaqədar olan aktiv funksiyanı yerinə yetirir.

Xarici iqtisadi ticarətin aktivləşməsi, şübhəsiz, daxili sitasi məsələlərin həllinə müsbət təsir göstərir. daxili iqtisadi siyasətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə milli iqtisadiyyatın xarici bazarla normal qarşılıqlı əlaqəsini təmin edən gömrük proteksionizminin konstruktiv xarakteri bunda təzahür edir.Xarici ticarətə minimal dövlət müdaxiləsi siyasəti olan sərbəst ticarət fritrederçilik proteksionizmlə qarşı – qarşıya qoyulur. Sərbəst ticarət bazar tələb və təklifinin sərbəst nisbəti əsasında inkişaf edir.

Müasir gömrük proteksionizmi gömrük vasitələrinin köməyi ilə milli iqtisadiyyatın müdafiə edilməsində dövlətin fəaliyyətinin özünü xeyli dərəcədə dəyişdirmiş olan yeni tənzimləmə forma və vasitələri ilə fərqlənir. O, daha çox coğrafi və mal seçimi, ağırlıq mərkəzinin qeyri – tarif tənzimləmə metodlarına keçirilməsi ilə səciyyələnir. Inkişaf etmiş ölkələrin bir – birilə münasibətlərində bu, kənd təsərrüfatı, toxuculuq, geyim və polad sahəsidir. Inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrlə ticarətində bu, inkişaf etməkdə olan ölkələr tərəfindən sənaye mallarının ixracıdır. Inkişaf etməkdə olan ölkələrin öz aralarındakı ticarətdə bu, ənənəvi ixrac mallarıdır.

Indi proteksionizmin bir neçə əsas forması fərqləndirilir:

- ayrı – ayrı ölkələr və ya ayrı – ayrı mallar əleyhinə yönəlmiş seçici proteksionizm;

- müəyyən sahələri (hər şeydən öncə aqrar proteksionizm deyilən çərçivədə kənd təsərrüfatı) müdafiə edən sahə proteksionizmi;

- dövlət qrupları tərəfindən onlara daxil olmayan ölkələrə münasibətdə həyata keçirilən kollektiv proteksionizm;

- daxili iqtisadi siyasət metodları (daxili vergiqoyma, subsidiyalaşdırma və s.) ilə həyata keçirilən gizli proteksionizm.

Gömrük – tarif tənzimlənməsinin az əhəmiyyət kəsb etməyən funksiyası fiskal funksiyadır. Fiskal prinsip gömrük tənzimlənməsinin əsasında dayanır və əvvəllər idaxl rüsumları məhz elə “fiskal rüsumlar” adlanırdı, çünki onların hesabına dövlət, ilk növbədə, idxal mallarına qoyulan rüsumların tutulmasından əldə edilən büdcə gəlirlərlə büdcəni doldururdu. Sonradan milli bazarın mənafelərini müdafiə etməyə yönəlmiş proteksionist funksiya birinci plana çıxır. Hazırda iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə gömrük – tarif tənzimlənməsinin fiskal funksiyası öz əhəmiyyətini xeyli dərəcədə itirmişdir.

Gömrük tarifi xarici ticarət siyasətinin tənzimlənməsinin köhnə metodudur və ənənəvi olaraq dövlətin gəlir mənbəyi kimi istifadə edilmişdir. Xarici ticarətə vergilər demək olar ki, ikişaf etməkdə olan bütün dövlət üçün əhəmiyyətli gəlirdir. Minimum inkişaf etməkdə olan 20 ölkədə xarici ticarət vergiləri büdcə gəlirinin dörddə birini və ya daha çox hissəsini təşkil edir. İndoneziya, Myanmu, Şri – Lanka, Malaziya, Tailand, Qana və Kolumbiya da daxil olmaqla bəzi ölkələrdə bu 40% - dən çoxdur.


1.3. Xarici ticarətin tənzimlənməsi metodları
Gömrük siyasəti xarici ticarət fəaliyyətinin iqtisadi və inzibati tənzimləmə metodların tətbiq edilməsi vasitəsilə gerçəkləşdirilir.

Bu və ya digər tənzimləmə metodu xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsinin konkret vasitələrinin istifadə edilməsini nəzərdə tutur. Həmin vasitələr şərti olaraq aşağıdakı qruplarda birləşdirilə bilər:

- gömrük – tarif vasitələri;

- paratarif ( və ya kvazitarif ) vasitələri, onların istifadəsi formal olaraq xarici ticarət fəaliyyətinin gömrük – tarif tənzimlənməsi ilə əlaqəli deyildir, lakin əslində ona əhəmiyyətli təsir göstərir ( gömrük yığımları və qeyri – vergi xarakterli digər gömrük ödəmələri, vergi orqanları tərəfindən tutulan daxili vergilər (aksizlər, ƏDV) );

- valyuta – maliyyə tənzimlənməsi ( valyuta əməliyyatlarının aparılması qaydası və s. );

- antidempinq və kompensasiya rüsumları, onların köməyilə milli istehsalçıların maraqları müdafiə olunur, ixrac olunan malların qiymətlərinin azaldılması və ixrac subsidiyalarından istifadə olunması ilə mübarizə aparılır;

- ayrı – ayrı malların xarici ticarətinə dövlət inhisarı;

- texniki baryerlərin müəyyən edilməsi, bu, idxal göndərişinin milli təhlükəsizlik və keyfiyyət standartlarına uyğunluğunu nəzərə götürməyə imkan verir;

- xarici ticarət əməliyyatlarının kontingentləşdirilməsi ( kvotalaşdırılması ), bu, müəyyən edilmiş dövr ərzində malların müəyyənləşdirilmiş kəmiyyətdə və ya ümumi dəyərdə ixrac və ( və ya ) idxal göndərişlərinin məhdudlaşdırılmasıdır;

- lisenziyalaşdırma, bu, səlahiyyətli icra hakimiyyəti orqanları tərəfindən ixrac və ( və ya ) idxal əməliyyatları aparmağa icazənin ( lisenziyanın ) verilməsini nəzərdə tutur.


Müasir inkişaf mərhələsində dövlət xarici ticarət fəaliyyətini xeyli dərəcədə inzibati qadağanlar və məhdudiyyətlərlə deyil, iqtisadiyyatın səmərəliliyini yüksəltməyə, konkret sosial – iqtisadi inkişaf məsələlərini reallaşdırmağa kömək edən xarici ticarət əməliyyatlarını gerçəkləşdirmək üçün əlverişli iqtisadi şərait yaratmaqla tənzimləməyə çalışır. Əksinə, ölkənin iqtisadiyyatına mənfi təsir göstərə bilən əməliyyatlar üçün daha az əlverişli iqtisadi şərait yaradılır. Bu məqsədlərlə xarici ticarətin iqtisadi tənzimləmə vasitələrindən – idxal gömrük tarifi dərəcələrinin azaldılması və ya artırılması, valyuta əməliyyatlarının aparılma qaydasının dəyişdirilməsi və s. istifadə edilir.

Iqtisadi vasitələr öz təbiəti etibarilə bazar vasitləridir: onlar qiymət mexanizminin köməyilə malların rəqabət qabiliyyətinə təsir göstərir. Inzibati tədbirlər isə bazar mexanizmlərindən asılı olmayaraq fəaliyyət göstərir. TTBS (ÜTT) səviyyəsində iqtisadi vasitələrə üstünlük verilsə də, müasir dünyada tətbiq edilən idxalın inzibati tənzimləmə vasitələri bütün qüsurlarına baxmayaraq, beynəlxalq ticarəti formalaşdıran şərt olaraq obyektiv reallıqdır və onlarla hesablaşmaq olmaz. Hesab olunur ki, çox böyük olmayan mal qrupu ilə ticarətdə istifadə edilən, məhdud müddət ərzində etibarlı olan, hökümətin operativ müdaxiləsini tələb edən müəyyən iqtisadi və sosial problemlərin həlli üçün nəzərdə tutulan inzibati tədbirlər bazar mexanizminin normal fəaliyyətini əhəmiyyətli dərəcədə pozmaq iqtidarında deyildir və hətta onun normallaşmasına yardım edə bilər. Bu, hər şeydən əvvəl, onunla izah olunur ki, iqtisadi tədbirlərin ayrı – ayrı çatışmazlıqları inzibati tədbirlərin üstünlükləri ilə kompensasiya edilir.

Xarici ticarət fəaliyyətini dövlət tənzimləmə vasitələrini iqtisadi və inzibati vasitələrə bölməklə yanaşı, digər təsnifat variantından da istifadə olunur: tarif və qyeri – tarif vasitələri. Sonuncu təsnifat variantı həm beynəlxalq hüquqda, həm də milli qanunvericilikdə çox geniş tətbiqini tapmışdır. Ilk dəfə belə təsnifat variantını 1960 – cı illərin sonunda TTBS ( ÜTT ) Katibliyi təklif etmişdir.

Cədvəl 1


Xarici ticarət fəaliyyətinin iqtisadi və inzibati tənzimləmə tədbirlərinin müqayisəli xaraxteristikası

Xarici ticarət fəaliyyətinin iqtisadi tənzimləmə tədbirlərinin qüsurları və istifadə edilmə müddətləri

Xarici ticarət fəaliyyətinin inzibati tənzimləmə tədbirlərinin

üstünlükləri



Sərt qanunverici və beynəlxalq – hüquqi (müqavilə) nizamasalma iqtisadi vasitələrdən istifadə həmişə və dərhal gözlənilən nəticələri vermir, çünki onların tətbiqinin effektivliyi malların tələb və təklifinin nisbəti, tədarükçülər arasındakı rəqabət, qiymətlərin dinamikası və valyuta məzənnələrinin dəyişkənliyi kimi amillərdən asılıdır. Iqtisadi vasitələr qeyri – bərabər maliyyə resurslarına malik olan iri və kiçik firmaların həyata keçirdiyi mal göndərişlərinə eyni cür təsir etmir.

İnzibati vasitələrin tətbiqi proseduru gömrük rüsumlarının tətbiqi və dəyişdirilməsi proseduru ilə müqayisədə xeyli sadələşdirilmişdir. İnzibati tənzimləmə icra hakimiyyətinin səlahiyyətindədir, müvafiq, qanun qüvvəli aktların qəbul edilməsi yolu ilə rəsmiləşdirilir və adətən digər ölkələrlə ilkin razılaşdırma (anlaşma) tələb etmir. İnzibati tədbirlər formal olaraq müvəqqətidir, vu səbəbdən isə əvvəllər bağlanmış beynəlxalq sazişləri və dövlətin üzərinə götürdüyü başqa beynəlxalq öhdəlikləri yenidən nəzərdən keçirməyi tələb etmir. Inzibati vasitələrdən istifadə edilməsi ixrac və idxalı daha operativ və məqsədyönlü (seçimə uyğun) məhdudlaşdırmağa, eləcə də xarici siyasi məqsədləri (xarici ticarət əməliyyatlarında, məsələn,tam qadağandan(embarqodan) istifadə etməklə) daha effektiv reallaşdırmağa imkan verir.

Qeyd etmək lazımdır ki, iqtisadi və tarif tədbirləri anlayışları nə qədər yaxın olsa da, onlar tam şəkildə üst – üstə düşmür. Xarici ticarət fəaliyyətinin iqtisadi tənzimləmə tədbirləri sırasına gömrük – tarif vasitələrinin özündən əlavə digər məcburi ödəmə növlərini (sərhəd vergi və rüsumları, kompensasiya və antidempinq rüsumlarını), eləcə də, ixracın iqtisadi stimullaşdırma vasitələrini də (ixracın sığortalanması və kreditləşdirilməsi, ixracatçılara vergi və digər güzəştlərin verilməsi, müxtəlif subsidiyalar) aid etmək gərəkdir.

Müasir dünya təsərrüfatında ticarət təsərrüfat həyatının ən çox tənzimləndiyi sahələrdən biridir. “Sərbəst ticarət” bayrağı altında, inkişaf etmiş ölkələr Ümumdünya Ticarət Təşkilatı çərçivəsində özlərinin, bir qayda olaraq, yüksək texnologiyalı hazır məhsullar kimi təqdim etdikləri məhsulların ixracını əngəlləyən tarif və qeyri – tarif məhduduiyyətləri zəiflətməyə çalışırlar. Həm də qeyd etmək lazımdır ki, xarici ölkələrdən heç biri malların ixrac və idxalının inzibati tənzimləmə vasitələrinin tətbiqindən imtina etməmişdir.

Kəmiyyət məhdudiyyətləri qərbin inkişaf etmiş sənaye ölkələrinin idxal etdiyi ərzaq məhaullarının təxminən 50% - ni, yanacağın 30% - ni və tekstil məmulatlarının 10% - ə qədərini əhatə edir. Idxalın qlobal kvotalaşdırılmasını ABŞ, Kanada, Meksika, Hindistan, Koreya geniş tətbiq edir. Ixracın lisenziyalaşdırlması və könüllü məhdudlaşdırlması vasitəsilə AB ölkələri və ABŞ az inkişaf etmiş ölkələrdən tekstil tikiş və ayaqqabı sənayesi, qara metallurgiya məhsullarının, dəzgahların, məişət elektron mallarının və avtomobillərin idxal göndərişlərini tənzimləyir. Daxili bazarın “üçüncü dünya” ölkələrinin ucuz mallarından qorumaq üçün texniki baryerləri Yaponiya daha aktiv tətbiq edir.

Bazar iqtisadiyyatlı bütün ölkələrdə ixracın dövlət tənzimlənməsinin əsas vasitələri, bir sıra ölkələrdə isə (Yaponiya, Yeni Zelandiya, İsvaç, Avstraliya və b.) hətta yeganə vasitə inzibati vasitələrdir: ayrı – ayrı malların ixracını seçməli və məqsədyönlü tənzimləyən birbaşa qadağanlar və məhdudiyyətlər, lisenziyalaşdırma və digər tədbirlər.

Xarici ticarətin qeyri – tarif tənzimləmə vasitələrinin TTBS (ÜTT) Katibliyi tərəfindən işlənib hazırlanmış aşağıdakı təsnifatı mövcuddur:

I Qrup. Dövlətin ticarətə müdaxilə tədbirləri.

A. Yerli məhsul istehsalçılarına və istehlakçılarına güzəştlər.

B. İxrac subsidiyaları.

C. Kompensasiya rüsumları.

D. Dövlət tədarükləri.

E. Dövlət müəssisələrinin ticarət əməliyyatları.

F. Ticarəti məhdudlaşdırmaq üzrə digər tədbirlər.

II Qrup. Gömrük və inzibati prosedurların xüsusiyyətləri.



  1. Gömrük dəyərləndirilməsi metodları.

  2. Antidempinq rüsumları.

  3. Tariflərin strukturu.

  4. Konsul və gömrük rəsmiyyəti və sənədləri:

  • konsul rəsmiyyəti və yığımlar;

  • gömrük sənədləşdirilməsi;

  • malların mənşəyi qaydaları.

III Qrup. Standartlar.

  1. Texniki standartlar.

  2. Malların qablaşdırılmasına və markalanmasına qoyulan tələblər.

IV Qrup. Spesifik ticarət baryerləri.

  1. İdxalın kəmiyyət məhdudiyyəti.

  2. İdxalın ikitərəfli diskriminasiya xarakterli məhdudiyyətləri.

  3. İxracın məhdudlaşdırılması.

  4. Minimal qiymətlərin müəyyən edilməsi.

  5. Lisenziyalaşdırma.

  6. Konifilmlərə münasibətdə qadağalar.

V Qrup. İdxal yığımları.

A. Depozitlərin təqdim edilməsi.

B. İdxalçılar üçün kredit məhdudiyyətləri.

C. Müxtəlif yığımlar.

D. Fiskal xarakterli sərhəd yığımları.

E. Xarici şərab – araq məhsullarına münasibətdə məhdudiyyətlər.

F. Avtomobillər üzrə qoyulan diskriminasiya xarakterli yığımlar.

G. Statistik və inzibati yığımlar.

H. İdxal məhsullarına xüsusi rüsumlar.

Konkret gömrük – tarif rejimini müəyyənləşdirmək üçün gömrük – tarif vasitələrinin zəngin arsenalından istifadə edilir. Gömrük – tarif vasitələri dedikdə, gömrük – tarif tənzimlənməsi üzrə dövlət tədbirləri nəzərdə tutulur. Onlara gömrük rüsum dərəcələri, gömrük mal nomenklaturası, malın mənşə ölkəsinin təyini və gömrük dəyərinin hesablanması (müəyyən edilməsi) qaydası, gömrük vergiqoyması üzrə güzəştlər və preferensiyalar sistemi və sairəni aid etmək olar.

Xarici ticarət mübadiləsi prosesinə bilavasitə müdaxilə etməyi dövlətə imkan verən qeyri – tarif vasitələrindən fərqli olaraq, gömrük – tarif vasitələri gömrük siyasəti obyektinə dolayısı ilə, qiymət faktoru vasitəsilə təsir edir.

Tətbiq edilən vasitələrin məcmusu, kombinasiyası gömrük siyasəti metodunu təşkil edir. Xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsi məqsədilə həm ayrılıqda, həm də bir – birilə kombinasiyada istifadə edilən tarif və qeyri – tarif tənzimləmə metodları fərqləndirilir.

Gömrük – tarif metodu gömrük orqanlarının gömrük ödəmələrinin ödənişi üzrə borcları tələb etmək, gömrük sərhəddindən keçən mallara və nəqliyyat vasitələrinə sahiblik, onlardan istifadə və üzərlərində sərəncam səlahiyyəti barəsində müəyyən məhdudiyyətlər qoymaq hüququnu nəzərdə tutur.

Gömrük – tarif münasibətləri mütləq qanunvericiliklə nizama salınmalıdır. Gömrük – tarif mexanizminin dəqiq hüquqi tənzimləmə zərurəti iki ən mühüm şərtlə şərtlənir:

1. Gömrük tənzimlənməsi təsərrüfatçılıqla məşğul olan subyektlərin xarici ticarət fəaliyyətinin bu və ya digər istiqamətini konkret etməyə məcbur etməklə, birbaşa və dolayı yolla sahibkarlıq, özəl – iqtisadi maraqlar sferasına müdaxilə edir.

2. Dövlət üçün beynəlxalq – hüquqi xarakterli öhdəlik doğuran gömrük – tarif siyasətinin “xarici” istiqaməti normalaşdırmanı tələb edir.

Gömrük tənzimlənməsinin hüquq normaları hüquq mənbələrininiki blokunu təşkil edir:
1) daxili gömrük qanunvericiliyi;

2) gömrük tarif tənzimlənməsinə dair beynəlxalq müqavilələr və sazişlər.

Hər hansı ölkənin daxili bazarının müdafiəsi mal istehsalçılarının və istehlakçılarının mənafelərinin qorunması, iqtisadi sahədə ümumilli maraqların təmin edilməsi, iqtisadi təhlükəsizliyin təmin edilməsi beynəlxalq ticarət sisteminə inteqrasiya strategiyasının ən mühüm elementidir.

Ölkənin daxili bazarının qorunması vəsaitlərin, müdafiə vasitələrinin, onların tətbiqi mexanizmi və istifadə edilmə siyasətini müəyyənləşdirməyə kompleks yanaşmanı tələb edən, bir neçə illər irəliyə hesablanmış çoxplanlı tədbirlər sistemidir.

Müasir şəraitdə dünyanın bütün ölkələri daxili bazarı xarici rəqabətdən qoruyan vasitələrin geniş kompleksindən istifadə edir ki, buraya tarif və qeyri - tarif tədbirləri, milli istehsalın daxili müdafiə metodları, valyuta və kredit vəsaitləri və digər vəsaitlər daxildir. Bu vasitələrin çoxunun tətbiqi çoxtərəfli dövlətlərarası sazişlərdə və konvensiyalarda təsbit edilmiş beynəlxalq qaydalarla nizama salınır. Həmin sazişlərin böyük kompleksi Ümumdünya Ticarət Təşkilatının hüquqi əsasını təşkil edir.

ÜTT – nin hüquqi sənədlərində xarici ticarət siyasətinin çoxsaylı vasitələrindən istifadənin sərt qaydaları vardır. Bütün dünya ölkələri, buna baxmayaraq, onları tətbiq edir. Həmin tədbirlərin ağıllı, vaxtlı – vaxtında kompleks tətbiqi hər hansı ölkənin iqtisadiyyatını effektiv şəkildə müdafiə etməyə imkan verir. Bu istiqamətdə ÜTT – nin bütün üzv ölkələrinin riayət etdiyi ümumi tendensiya – ticarət baryerlərinin ardıcıl, lakin dərindən seçilərək azaldılmasının aydın şəkildə dərk edilməsində fəaliyyətin aktivləşdirilməsi zəruridir. Bir sıra beynəlxalq konvensiyalar Ümumdünya Gömrük Təşkilatının himayəsi altında yaradılmış və fəaliyyət göstərir (Gömrük prosedurlarının sadələşdirilməsi və harmonikləşdirilməsi üzrə Konvensiya, Beynəlxalq ticarətdə dövriyyədə olan Malların Təsvirinin Harmonikləşdirilməsi Sistemi haqqında Konvensiya və başqaları). Ticarət və İnkişaf üzrə BMT – nin Konfransı (YUNKTAD) xarici ticarətin tənzimlənməsi sahəsində çoxtərəfli qaydaların inkişafına öz töhfəsini vermişdir: Məhdudlaşdırıcı iş təcrübəsini tənzimləyən Qaydalar Toplusunu, Qarşılıqlı olmayan, qyeri – diskriminasiya xarakterli pereferensiyalar sistemi barəsində tövsiyələr, Qarışıq daşımalar haqqında konvensiya və YUNKTAD çərçivəsində işlənib hazırlanmış bir sıra başqa sənədləri xatırlamaq lazımdır. BMT, Avropa İqtisadi Komissiyası (AİK) və bir sıra digər qurumlar böyük rol oynayır.

Bütün bu çoxtərəfli beynəlxalq sazişlər kompleksi beynəlxalq ticarət sahəsində obrazlı şəkildə “davranış qaydalar”ını yaradır. Onlar müəyyənləşdirir ki (həmin qaydalara uyğun olaraq), milli iqtisadiyyatı mənfi xarici iqtisadi təsirlərdən qorumaq; xarici ölkələrin diskriminasiya xarakterli tədbirlərinin ləğv edilməsinə nail olmaq, daxili və dünya bazarlarında ölkənin mövqeyini necə müdafiə etməyi müəyyənləşdirir.

Hazırda müxtəlif dövlətlərin iqtisadi maraqlarını malların idxal və ixracını tənzim edən tədbirlərin mürəkkəb kompleksi müdafiə edir. İnkişaf etmiş ölkələrdə (məsələn, ABŞ, Yaponiya, Avropa ölkələri, Kanada, Avstraliya) və inkişaf etməkdə olan ölkələrdə (məsələn, Braziliyada, Hindistanda, ÇXR – da) bütün müasir ticarət – siyasi vasitələr tətbiq olunur. Buraya sössüz gömrük tarifi, kvotalaşdırma, lisenziyalaşdırma, ticarətdə texniki əngəllər, fitosanitar normalar, idxal və ixrac qadağaları, antidempinq və kompensasiya tədbirləri daxildir.

1.4. Gömrük – tarif tənzimlənməsinin paratarif və kvazitarif vasitələri
Gömrük – tarif tənzimlənməsindən əlavə fiskal və proteksionist vəzifələr üçün paratarif və kvazitarif vasitələrdən də istifadə edilir. Onların istifadəsi formal olaraq xarici ticarət fəaliyyətinin gömrük – tarif tənzimlənməsi ilə bağlı deyildir, lakin işdə oan əhəmiyyətli dərəcədə təsir edir (gömrük orqanları tərəfindən tutulan gömrük yığımları və qeyri – vergi xarakterli digər gömrük ödəmələri, daxili vergilər (aksizlər, ƏDV)).

Əksər dövlətlərdə idxal edilən mallara gömrük sərhəddində tarazlaşdırıcı sərhəd idxal vergisi qoyulur. Bu vergi “təyinat ölkəsi” prinsipi üzrə ödənilən vergilər sırasına aiddir: mallar ixrac edildiyi ölkədə vasitəli vergilərin ödənişindən azad edilir və idxal edilən ölkədə vergilərə məruz qalır.

Tarazlaşdırıcı sərhəd idxal vergisi dərəcəsi milli istehsal mallarına qoyulan (məsələn, əlavə dəyər vergisi və ya aksiz dərəcəsi) analoji daxili vergi dərəcəsinə uyğundur. Vergi qanunvericiliyi baxımından, bu vergi milli və idxal mallarının qiymətlərini tarazlaşdırır. Lakin daxili vergi və tarazlaşdırıcı idxal vergisi tutulması üçün vergi bazası müxtəlifdir – daxili vergi üçün topdansatış qiyməti və tarazlaşdırıcı idxal vergisi üçün rüsumlar və yığımlar da daxil olmaqla SİF qiymətidir. Ona görə də bu vergilər məbləğə görə uyğun gəlmir.

Bu vergidən başqa, bir sıra ölkələrdə ayrı – ayrı mallara hələ xüsusi vergilər – dövriyyə vergisi, istehlak vergisi və s. mövcuddur. Onlardan xarici mallardan tutulur və ona görə də idxalın azalmasına yönəldilmiş tədbirdir. Dövlətlər bu vergilərdən ticarət və ödəmə balansının kəsiri zamanı istifadə edirlər.

Kənd təsərrüfatı məhsulunun daxili istehsalını dəstəkləmək, onun ixrac və idxalını tənzimləmək məqsədilə sənayecə inkişaf etmiş ölkələr, xüsusilə, AİB dövlətləri dəyişkən idxal vergiləri tətbiq edir. Bu vergilər kənd təsərrüfatı məhsulu idxal edilərkən tutulur, təsbit edilmiş dərəcələrə malik deyil və həmin malın dünya və daxili qiymətləri arasındakı fərqə bərabərdir. Onlar dünya qiymətləri azaldıqda artır, çoxaldıqda isə azalır.

Dəyişkən idxal vergilərinin tətbiqi kənd təsərrüfatı məhsulunun idxalına sədd qoyur və əksinə, həmin malın ixracçıları tərəfindən dünya bazarına çıxarılmasına yol açır. Dünya qiymətləri ilə müqayisədə həmin məhsulun daha yüksək daxili qiymətlərinə görə ixracatçıların ziyana düşməməsi üçün isə onlara subsidiya ödəyir. Deməli, dəyişkən idxal vergiləri eyni zamanda kənd təsərrüfatı mallarının ixracını subsidiyalaşdırmaq üçün maliyyə şəraitini yaratmaq vasitəsi kimi çıxış edir.

Müxtəlif dövlətlərdə mallar idxal edilərkən gömrükxanalarda çeşidli yığımlar – gömrük rəsmiləşdirilməsinə görə, malların gömrük anbarlarında saxlanmasına görə yığımlar, kirayə (fraxt), liman, gerb, statistik və digər rüsumlar tətbiq edilir. Məcmuu halında onlar malın qiymətinin 1-2% - dən artıq təşkil etmir və ona əhəmiyyətli dərəcədə təsir göstərmir. Bu səbəbdən onlara tənzimləyici tədbir kimi baxmaq olmaz. Yığımlar gömrükxana xidmətlərinin göstərilməsi üzrə xərclərin ödənməsi üçün nəzərdə tutulmuşdur.

Gömrükxanada tutulan rüsumların daxili rüsumlar arasında ekvivalenti (qarşılığı) yoxdur. Onlardan fərqli olaraq, bir çox vergilərin milli istehsal məhsuluna görə vergilər arasında ekvivalenti vardır (məsələn, ƏDV, aksizlər, bərabərləşdirici sərhəd idxal vergisi). Fərq ondadır ki, xarici mallar gömrük sərhəddini keçərkən onlara həmin vergilər qoyulur, milli istehsal malına isə satış zamanı həmin vergilər qoyulur.

TTBS (Tarif və Ticarət üzrə Baş Saziş) (ÜTT) üzvü olan ölkələrdə idxal mallarının daxili vergiqoyması TTBS – də olan beynəlxalq norma ilə tənzimlənir. Həmin müqaviləyə görə, TTBS (ÜTT) üzvü ölkələrindən birində istehsal olunan mallara və digər üzv ölkənin ərazisinə gətirilən mallara nə birbaşa, nə də dolayısı ilə həmin ölkənin istehsalı olan mallara tətbiq edilən vergi və rüsumları aşan daxili vergilər və ya rüsumlar qoyulmamalıdır. Beləliklə, TTBS üzvü olan idxalçı ölkələrə faktiki olaraq, daxili vergiqoyma mexanizminin köməyilə ölkə istehsalı olan malları qorumaq qadağan edilir.

Idxalın tənzimləyicisi olaraq vergi mexanizmindən istifadə edilməsi gömrük tarif tənzimlənməsinin tətbiqi ilə paralel olaraq həyata keçirilir. Lakin iqtisadi məzmununa görə bu mexanizmlər oxşardır: onlar valyuta gəlirlərinin və valyuta xərclərinin optimal nisbətinə yardım etməyi və optimal ticarət balansının formalaşmasına kömək etməyi nəzərdə tutur. Çeşidli vergilərin geniş tətbiqi müxtəlif səbəblərlə izah olunur. Onlardan çoxu, məsələn, dəyişkən idxal vergiləri rüsumlara nisbətəb daha çox çevikliyə malikdir; onların miqdarı, demək olar ki, hər gün dəyişə bilər, bu da daxili qiymətləri daim səviyyədə saxlamağa imkan verir. Rüsumların miqdarını dəyişmək daha mürəkkəbdir, bu səbəbdən onların tənzimləyici mexanizm olaraq təsiri çox vaxt ləngiyir.

Bundan əlavə, rüsumlarla müqayisədə, vergiqoyma büdcəyə gəlirinin tutulmasının daha effektiv formasıdır. Məsələn, ixrac rüsumlarının artırılması yolu ilə daxili və dünya qiymətləri arasındakı fərq şəklində ixracatçıların əldə etdiyi gəlirlərin bir hissəsinin tutulması bir çox ölkələrdə ixrac məhsulunun azalmasına səbəb oldu, bunun da nəticəsində ixrac rüsumlarından büdcə gəlirinə daxilolmalar azaldı. Onda həmin ölkələr əlavə mənfəətin tutulmasının başqa üsulundan – ixracatçı firmaların mənfəətinə vergiqoyma vasitəsindən istifadə etməyə başladılar. Idxal sahəsində də eyni meyl müşahidə olunur: get – gedə daha çox ölkələr mallara vergiqoymadan idxalçı firmaların gəlirlərinə vergiqoymaya keçirlər.

Gömrük tarifindən təkcə gəlir əldə etmək üçün deyil, həm də kapitalızmin inkişafı ilə birgə müəyyən sənaye sahələrini qoruma vasitəsi kimi istifadə etməyə başladılar.



  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə