Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti




Yüklə 211.1 Kb.
tarix22.02.2016
ölçüsü211.1 Kb.


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Dövlət Universiteti


Bakalavr hazırlığı üçün


YAPONİYA TARİXİ

fənninin
P R O Q R A M I

«HS 070000 – Tarix» istiqaməti üzrə

BAKI – 2010

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Dövlət Universiteti

Bakalavr hazırlığı üçün
YAPONİYA TARİXİ

fənninin
P R O Q R A M I

«HS 070000 – Tarix» istiqaməti üzrə

«Azərbaycan Respublikası Təhsil

Nazirliyi Elmi Metodik Şurası

«Tarix» bölməsinin 27 yanvar

2010-cu il tarixli iclasının 1 saylı

protokolu ilə təsdiq edilmişdir»

BAKI – 2010

Proqramın tərtibçisi: t.e.n., dosent Q.Ş.Davudov


Redaktor: t.e.d., professor M.M.Sofiyev


Rəyçilər: t.e.d., professor S.T.Hacıyev

t.e.n., dosent A.A.Məmmədli

t.e.n., dosent O.B.Cəlilbəyli




İZAHAT VƏRƏQƏSİ

«Yaponiya tarixi» fənninin proqramı universitetlərdə tarix və şərqşünaslıq ixtisasları üzrə bakalavr pilləsində təhsil alanlar üçün nəzərdə tutulmuşdur. Proqramda Yaponiyanın bütün dövrlərdə daxili və xarici siyasət problemlərinə, mədəniyyətinə diqqət yetirilmiş, ayrı-ayrı məsələlər üzrə lazım olan materiallar əhatə olunmuşdur. Proqram tədris planında nəzərdə tutulmuş saatlara uyğun şəkildə tərtib olunmuşdur.

Mövcud tədris planlarına əsasən nəzərdə tutulan

saatların bölgüsü:


Tarix fakültəsi üzrə – cəmi 14 saat





Mövzuların adları

cəmi

mühazirə

seminar

1.

Yaponiya orta əsrlərdə

4 saat

2 saat

2 saat

2.

Yaponiya yeni dövrdə

4 saat

2 saat

2 saat

3.

Yaponiya ən yeni dövrdə

6 saat

4 saat

2 saat

C Ə M İ

14 saat

8 saat

6 saat

Şərqşünaslıq fakültəsi üzrə – cəmi 90 saat







Mövzuların adları

cəmi

mühazirə

seminar

1.

Giriş. Yaponiya haqqında ümumi məlumat. Fənnin öyrənilməsinin mənbəşünaslığı və tarixşünaslığı

2 saat

2 saat




2.

Yaponiya qədim dövrdə

4 saat

2 saat

2 saat

3.

Tayka çevrilişi və onun nəticələri

4 saat

2 saat

2 saat

4.

Yaponiya VIII-XII əsrlərdə

4 saat

2 saat

2 saat

5.

Minamoto şoqunluğu

2 saat

2 saat




6.

Asikaqa şoqunluğu

2 saat

2 saat




7.

Orta əsrlər Yaponiya mədəniyyəti

2 saat

2 saat




8.

Yaponiyanın birləşdirilməsi uğrunda mübarizə

4 saat

2 saat

2 saat

9.

Tokuqava şoqunluğunun yaranması və həyata keçirilən ilk tədbirlər

4 saat

2 saat

2 saat

10.

XVI əsrin ikinci yarısı - XVII əsrin əvvəllərində Yaponiyanın xarici siyasəti.

2 saat

2 saat




11.

XVII əsrin ikinci yarısı - XVIII əsrdə Yaponiyanın sosial-iqtisadi və siyasi vəziyyəti

4 saat

2 saat

2 saat

12.

Nisbi təklənmə siyasəti və onun mahiyyəti

4 saat

2 saat

2 saat

13.

XIX əsrin birinci yarısındaYaponiyanın sosial-iqtisadi və siyasi vəziyyəti

2 saat

2 saat



14.

XIX əsrin birinci yarısında və əsrin ortalarında Yaponiyanın xarici siyasəti

2 saat

2 saat




15.

1867-1868-ci illər Meyci inqilabı

4 saat

2 saat

2 saat

16.

Meyci inqilabının nəticəsində həyata keçirilən tədbirlər

4 saat

2 saat

2 saat

17.

XIX əsrin son rübü - XX əsrin əvvəllərində Yaponiyanın sosial-iqtisadi və siyasi vəziyyəti

2 saat

2 saat




18.

XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Yaponiyanın xarici siyasəti

4 saat

2 saat

2 saat

19.

Birinci Dünya müharibəsi ərəfəsindəYaponiyanın daxili və xarici siyasəti

2 saat

2 saat




20.

Yaponiya Birinci Dünya müharibəsi illərində

4 saat

2 saat

2 saat

21.

Yeni dövrdə Yaponiya mədəniyyəti

2 saat

2 saat




22.

Yaponiya 1918-1923-cü illərdə

2 saat

2 saat




23.

Yaponiya 1924-1933-cü illərdə

2 saat

2 saat




24.

Yaponiya 1934-1939-cu illərdə

2 saat

2 saat




25.

Yaponiya İkinci Dünya müharibəsi illərində

4 saat

2 saat

2 saat

26.

İşğal rejimi dövründə (1946-1951) Yaponiyanın sosial-iqtisadi, siyasi vəziyyəti və xarici siyasəti

4 saat

2 saat

2 saat

27.

Yaponiya 1952-1970-ci illərdə

4 saat

2 saat

2 saat

28.

Yaponiya 1980-1990-cı illərdə

2 saat

2 saat




29.

Müasir dövrdə Yaponiyanın daxili və xarici siyasəti

4 saat

2 saat

2 saat

30.

Ən yeni dövrdə Yaponiya mədəniyyəti

2 saat

2 saat







C Ə M İ

90 saat

60 saat

30 saat



Giriş. Yaponiyanın coğrafi mövqeyi, ərazisi, əhalisi, iqlimi. Yaponiya tarixi və mədəniyyətinin dünya sivilizasiyasında yevə mövqeyi.

«Yaponiya» adının meydana gəlməsi haqqında.Yaponiyada ilk dövlətin və imperator hakimiyyətinin yaranmasına dair əfsanə. Yaponların mənşəyi haqqında. Aynular (ebisular) və Yaponiya adalarının məskunlaşması prosesi.

Yaponiya tarixinin öyrənilməsinin mənbəşünaslığı və tarixşünaslığı haqqında.

Yaponiya tarixi kursunun vəzifələri və əhəmiyyəti.



Yaponiya qədim dövrdə. Daş dövrü. İlk paleolit abidələri. Yığıcılıq, ovçuluq, balıqçılıq. Əkinçiliyin meydana gəlməsi. Neolit dövrü. İvadzuku düşərgəsi. «Dzyomon» (saxsı qablar) mədəniyyəti. İlkin dini inancların meydana gəlməsi. Dəfn mərasimləri və qəbir abidələri. Qəbilə daxilində qadının əsas rol oynaması («Doqu»). Korekava düşərgəsi. Tunc dövrü. «Yayyoy» mədəniyyəti. Qılınc, güzgü, yəşəm daşı və tunc zənglər inancları. Himiko dövrü. Kurqanlar mədəniyyəti («Kofun») dövrü. Yamato dövrü. Eramızın III-VI əsrlərində əhalinin əsas məşğuliyyət sahələri. Qul əməyindən istifadənin meydana gəlməsi. Yaponiyada qulçuluq. Eramızın əvvəllərində Yaponiya-Çin və Yaponiya-Koreya münasibətləri. «Asuka» dövrü (III-VI əsrlər).

Qədim dövrdə Yaponiya mədəniyyəti. Din. Buddizm. Memarlıq və heykəltaraşlıq. Özüllü və «qanadlı» tikililərin meydana gəlməsi. Məbəd və monastır tikintisi. Heykəltaraş Tori Bussi. Yazının meydana gəlməsi. İeroqlif yazı sisteminin tətbiq edilməsi. Katakana. Kağız istehsalına başlanması. Ədəbiyyat: «İmperator ailəsinin salnaməsi» («Teyki»), «Qədim sözlər» («Kyuci»).



Tayka çevrilişi və onun nəticələri. Feodal münasi-bətlərinin meydana gəlməsi və onun əsas xüsusiyyətləri. Ayrı-ayrı feodal ailələrinin hakimiyyət uğrunda mübarizəsi. Soqa ailəsinin hakimiyyəti. Şyotoku-Tayşi dəyişiklikləri. «17 maddə məcəlləsi». Erkən feodal dövlətinin yaranması. Dövlət idarəçiliyi sistemi.

Tayka çevrilişi və Sumeraqa ailəsinin hakimiyyətə yiyələnməsi. VII-VIII əsrlərdə dövlət quruluşu. Yeni dövlət idarəçilik sisteminin yaradılması. Fucivara evinin hakimiyyəti ələ alması. «Nara dövrü»nün əsas xüsusiyyətləri.

Pay torpaq («Kubinden») sisteminin bərqərar olması. «Tayxoryo» məcəlləsi. Monastır torpaq sahibliyi. Sosial
təbəqələşmə. Kəndli kateqoriyaları. Qulların sayının artması. Vergi və mükəlləfiyyətlər.

Çin və Koreya ilə münasibətlər.



Yaponiya VIII-XII əsrlərdə. VIII əsrdən başlayaraq pay torpaq sisteminin tənəzzülü və «syoen» xüsusi torpaq sahibliyinin formalaşması. İmtiyazlı hüquqlara malik pay torpaqların artması və onların xüsusi mülklərə çevrilməsi. İri torpaq sahibliyinin yaranması. XII əsrdə aqrar münasibətlər.

Orta əsr Yaponiya şəhərlərinin meydana gəlməsi. Sənətkarlıq və ticarətin inkişafı. XI əsrdə ilk sənətkarlıq birliklərinin («dza») yaranması.

Mərkəzi hakimiyyətin zəifləməsi. «İnsey dövrü». XII əsrdə imperator hakimiyyətinin güclənməsi.

Samuraylar silkinin formalaşmasının əsas mənbələri. Samuraylar silkinin ideologiyası. İlk samuray qrupları.

«Xeyyan dövrü»nün əsas xüsusiyyətləri.

Yaponiya Minamoto şoqunluğu dövründə. Daxili vəziyyət.İmperator hakimiyyətinin tədricən məhdudlaşması. İri feodalların Fucivara hakimiyyətinə qarşı çıxışlarının güclənməsi. Tayra və Minamoto ailələri. Dannour döyüşü. Minamoto (Kamakura) şoqunluğunun yaranması. İlk şoqunlar: Minamoto Yoritamo və Xodzyo Tokimasa. İkihakimiyyətlilik dövrünün başlanması. 1205-ci il fərmanı. Hərbi-inzibati idarəçilik sisteminin yaranması. «Bakufu» («Səhra qərargahı»). İnzibati-idarəçilik və Ali Məhkəmə palataları. Samuraylarla iş üzrə idarə, Torpaq rəisliyi və Mühafizəçilər idarəsi.1219-1221-ci illər iğtişaşı və onun nəticələri. 1232-ci il «Qanunlar külliyyatı» («Dzyoey şikimoku»). Sosial münasibətlər. 1238, 1241 və 1267-ci illər qanunları. 1297-ci il «Tokuseyro qanunları», onların mahiyyəti. XIII əsrin ikinci yarısında dövlət idarəçilik sistemində baş vermiş dəyişikliklər.

«Syoen» torpaq sahibliyinin tənəzülünün başlanması. Böyük feodal ailələrinin rolunun güclənməsi. Kənd icmalarının xarakterik cəhətləri.

Şəhərlərin, sənətkarlıq və ticarətin inkişafı: sexlər və gildiyalar. Əmtəə-pul münasibətlərinin meydana gəlməsi və inkişafı.

Xarici siyasət. Yaponiya monqol işğalları dövründə. Hubilay xanın Yaponiyanı təslim etmək siyasətinin iflasa uğraması. Monqolların Yaponiyaya birinci yürüşü. Monqolların

Yaponiyaya ikinci yürüşü. Monqol istilasına qarşı ölkənin müdafiəsinin təşkili. «Kamikadze».



Yaponiya Aşikaqa şoqunluğu dövründə. Daxili vəziyyət. Dövlət inzibati-idarəçilik sistemi. Feodal pərakəndəliyinin güclənməsi. «Döyüşən əyalətlər dövrü». «Onin illəri müharibələri».

Aşikaqa (Muromati) şoqunluğunun sosial-iqtisadi vəziyyəti. Sənətkarlıq və ticarətin inkişafı. İlk «azad bazarların» meydana gəlməsi. Kəndlilərin vəziyyəti. Kəndli çıxışları. Yamaşiro üsyanı və onun nəticələri. İkko təriqətinin fəaliyyəti və 1487, 1532-ci il üsyanları.



Xarici siyasət. Xarici ticarət və dəniz quldurluğu. Çin və Koreya ilə ticarət əlaqələrinin genişləndirilməsi. 1434-cü il Yaponiya-Çin ticarət müqaviləsi. Avropalıların Yaponiyaya ilk gəlişi və onların burada fəaliyyəti. Odlu silahın gətirilməsi ilə hərbi işdə baş verən dəyişikliklər.

Orta əsrlər Yaponiya mədəniyyəti. Din. Erkən orta əsrlərdə buddizmin geniş yayılması. Yeni konfusiyaçılıq və sintoizm. Dini-fəlsəfi baxışlar. «Saytyo» və «Kukay». Monqol yürüşlərindən sonra sintoizmin mövqeyinin güclənməsi. «Tenday» və «Ryobuşinto» məktəbləri. Mandallar. İseda Amaterasu məbədi. «İse şinto» təlimi. «Cen-buddizm». XIV əsrdə Yoşida Kanetomonun «Yeganə ilkin şinto» təlimi.

Maarif. Təhsilin ideloji əsasları. Dünyəvi məktəblər. Xüsusi məktəblər. Ali Akademiyanın yaradılması. Samuray məktəbləri. Sento məktəbi.

Ədəbiyyat. Terakoya məktəbləri. Tarixi əsərlərin yaranması. «Koşiki» («Qədim sərgüzəştlər haqqında qeydlər»), «Nihonqi» («Yaponiya salnamələri»), «Manyosyu» («Yazılı sənədlər külliyatı»), «Fudoki» («Torpaq və ənənələrin təsviri»). Yapon poeziyasının çiçəklənməsi dövrü («Xeyyan dövrü»). Hitomaro, Akahito, Okura, Yakamoti. Tanka. «Kokinvakasyu» (922). Yapon şairləri: Surayuki, Arivara Narihira, Hencyo, Kisen, Bunya Yasuhida, Otomo Kuronuşi, şairələr Onono Komati və Sey Şonoqon. Povestlərin («monoqotari») meydana gəlməsi. «Taketori-monoqotari», «İse-monoqotari», «Yamato-monoqotari» povestləri. İlk yapon romanı «Genci-monoqotari». Saray şairəsi Murasaki. XII-XIV əsrlərdə qəhrəmanlıq dastanlarının yaranması. «Tayra nəsli haqqında dastan». Aşikaqa

dövrünə aid «Surecuri» povesti. XIV əsrdə yeni janrların – kyogen, renqa, hokku janrlarının meydana gəlməsi.



Memarlıq və heykəltaraşlıq. Məbəd tikintisində yeni üslublar. Nara şəhərinin tikililəri. Todayci məbədi. Heykəltaraşlıqda mürəkkəb və çoxşaxəli elementlərin meydana gəlməsi. Dünyəvi və portret heykəltaraşlığının inkişafı.

Tətbiqi sənət və rəssamlıq. Metallurgiyanın və ağacişləmənin inkişafı. Tökmə sənəti. Maki-e üslubu. Rəssamlığın meydana gəlməsi. «Mandala», «Ryokay-mandala». Portret rəssamlığı. Divar rəsmləri. Müxtəlif rəssamlıq janrları: emakimano, kakemono. İkebana. Bağ sənəti.

Teatr. Saray tamaşalarının yaranması – «Buqaku». «Qaqaku» musiqisi. «Kaqura» mərasimləri. Xalq teatrı. Noo teatrının yaranması. «Yokoku» canrı. Kanyami və Ceami.

Yaponiyanın birləşdirilməsi uğrunda mübarizə. Mərkəzi hakimiyyətitn zəifləməsi və ölkənin birləşdirilməsini zəruri edən amillər. Oda Nobunaqa, Toyotomi Xideyoşi və Tokuqava İeyasunun Yaponiyanın birləşdirilməsi uğrunda mübarizəsi.

Oda Nobunaqanın həyata keçirdiyi tədbirlər. Şəhərlərin müstəqillik uğrunda mübarizəsi.

Toyotomi Xideyoşinin islahatları və Yaponiyada təhkimçiliyin rəsmiləşdirilməsi.

Tokuqava İeyasu tərəfdarları ilə Toyotomi Xideyori tərəfdarları arasında mübarizə və Sekiqahara döyüşü. Yaponiyanın Tokuqava ailəsinin hakimiyyəti altında birləşdirilməsinin başlanması.



Tokuqava şoqunluğunun yaranması və həyata keçirilən ilk tədbirlər. Tokuqava şoqunluğunun yaranması. Simabara qiyamının yatırılması və Yaponiyanın birləşdirilməsinin başa çatdırılması.

Tokuqava şoqunlarının daxili siyasəti. Feodal rejiminin möhkəmləndirilməsi. «Sankinkotay» və «Mutsuke» sistemləri. «Buke syoxatto» məcəlləsi.

Əhalinin təbəqələşməsi. Feodalların müxtəlif qruplara bölünməsi. Roninlərin meydana gəlməsi.

XVII əsrin əvvəllərində təsərrüfatın dirçəlməsinə təkan verən amillər. Sənətkarlıq və ticarətin inkişafı. Xarici ticarətin genişlənməsi. Ticarət gildiyalarının («nakama») yaranması. 1624-cü il fərmanının ticarət əlaqələrinə təsiri.

Aqrar tədbirlər. Aqrar münasibətlərə dair 1642, 1643 və 1649-cu il fərmanları. Əsas vergi və mükəlləfiyyətlər. Ticarət-sələmçi kapitalın kəndə nüfuz etməsi. Kəndli üsyanları.

XVI əsrin sonu-XVII əsrin əvvəllərində Yaponiyanın xarici siyasəti. Avropalıların Yaponiya ərazisinə ilk gəlişi və onların burada fəaliyyəti. Yaponiya ərazisində xristianlığın təbliği. Avropalıların Yaponiya ərazisində fəaliyyətlərinə qoyulan ilk məhdudiyyətlər. 1587-ci il fərmanı. Avropa dövlətləri ilə münasibətlər. Yaponların 1582-1590-cı illərdə Avropaya ilk səfəri. Oda Nobunaqanın və Toyotomi Xideyoşinin avropalıların Yaponiyada fəaliyyətinə münasibəti. Çin, Koreya, Filippin və Siamla siyasi və iqtisadi əlaqələr.

Ölkə ərazisini genişləndirmək uğrunda mübarizə. 1592-1593-cü illər «İmçjin müharibələri». 1597-ci ildə Toyotomi Xideyoşinin Koreyaya yeni uğursuz yürüşü. 1609-cu il Yaponiya-Koreya müqaviləsi.



XVII əsrin ikinci yarısı - XVIII əsrdə Yaponiyanın sosial-iqtisadi və siyasi vəziyyəti. XVII əsrin ortalarında ölkənin sosial-iqtisadi vəziyyəti. Tokuqava hakimiyyətinin xüsusiyyətləri.

Kənd təsərrüfatının inkişafı və kəndlilərin torpaqsızlaşması. Aqrar münasibətlərə dair 1673-cü il fərmanı. Kəndlilərin təbəqələşməsi. Kəndli hərəkatı və onun formaları. XVIII əsrdə kəndlilərin vəziyyətinin ağırlaşması və kəndli çıxışlarının artması. Ronin qiyamları. Aynuların üsyanları.

XVIII əsrdə Yaponiyada şəhərlərin inkişaf xüsusiyyətləri. Əhalinin daimi siyahıyaalınması və təftiş edilməsi. Şəhər üsyanları.

XVIII əsrdə Yaponiyada feodal münasibətlərinin dağılması və ilkin kapitalist münasibətlərinin formalaşması. Manufakturaların meydana gəlməsi. Kyoxo dövrünün(1716-1735) islahatları. Şoqun Yosimunenin həyata keçirdiyi tədbirlər. Ticarət-sələmçi kapitalın fəaliyyətinin güclənməsi. 100 maddədən ibarət qanunlar məcəlləsi və onun mahiyyəti. Kansey dövrünün (1787-1793) islahatları. 1695-ci il fərmanı.

Ölkənin daxili vəziyyətinə və xarici syasətinə dair yeni fikirlərin meydana gəlməsi.

Nisbi təklənmə siyasəti və onun mahiyyəti. Tokuqava İeyasunun hakimiyyəti illərində avropalılara münasibət. XVII

əsrin əvvəllərində Yaponiyada avropalılara münasibətin dəyişməsinin səbəbləri. 1612-ci il fərmanı.

1615-ci il dövlət çevrilişinə cəhd və avropalılar. 1624, 1630, 1633 və 1634-cü illər fərmanları. 1637-1638-ci illər Simabar və Amakusa çıxışları və avropalılar. 1639-cu il 5 iyul fərmanı və ölkənin qapalı elan olunması. 1641-ci il fərmanı və nisbi təklənmə siyasətinin başlanması. Nisbi təklənmə siyasətinin Yaponiyanın sosial-iqtisadi və siyasi həyatına təsiri. Xarici ədəbiyyat üzərində nəzarətin gücləndirilməsi.

XVIII əsrin əvvəllərində Yaponiyada Avropa elmləri və ədəbiyyatı ilə tanışlığa meylin meydana gəlməsi. 1720-ci il fərmanı. Holland ədəbiyyatına, hərbi işinə və odlu silah istehsalına marağın artması. 1745-ci ildə «Ranqakus» («hollandşünas») məktəbinin yaranması. Ando Şyoeki.

Ruslarla yaponların ilk görüşü. XVIII əsrin 30-cu illərində Berinqin ikinci ekspedisiyası və rus-yapon münasibətləri.

XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Rusiya, İngiltərə, ABŞ və Fransanın Yaponiyanın nisbi təklənmə siyasətinə son qoymaq üçün uğursuz cəhdləri. İngiltərənin 1776-1780, 1785-1787, 1791, 1795-1797, ABŞ-ın 1791 və 1797, Rusiyanın 1778, 1792-1793-cü illərdə Yaponiya sahillərinə təşkil etdikləri uğursuz ekspedisiyalar.

XVIII əsrin sonlarında ölkənin müdafiə qüdrətinin artırılmasına dair meydana gələn yeni fikirlər. «Dənizdən müdafiə idarəsi». Xarici siyasətdə dəyişiklik edilməsi meylləri.

XIX əsrin I yarısında Yaponiyanın sosial-iqtisadi və siyasi vəziyyəti. XIX əsrin I yarısında feodal təsərrüfatı böhranının dərinləşməsi. Natural təsərrüfatın böhranı və əmtəə-pul münasibətlərinin inkişafı. Sənaye istehsalının genişlənməsi və manufakturaların artması.

Mərkəzi hakimiyyətin zəifləməsi. «Knyazlıqların idarə edilməsi sahəsində islahatlar». Murata Seyfu. XIX əsrin 30-40-cı illərində («Tenpo dövründə») həyata keçirilən islahatlar. Midzuno Tadakuni. 1841-1842-ci illərdə ticarətə dair verilmiş fərmanlar.

Sosial təbəqələşmə və cəmiyyətdə baş verən dəyişikliklərin sosial-iqtisadi xüsusiyyətləri. Yaranmaqda olan burjuaziyanın və zadəganların bir hissəsinin Tokuqava rejiminə qarşı müxalifəti. Samuray çıxışları. Azad ticarət uğrunda mübarizə: 1823-cü il Osaka hərəkatı. Kəndlilərin kütləvi surətdə şəhərlərə axını. Kəndlilərin və şəhər yoxsullarının üsyanları. «Tenpo dövrü»nün aclıq illəri (1933-1838). 1837-ci il Osaka üsyanı. Yosio Xeixaçiro.
Dini cərəyanlar: Kurodzumi Munetada, Nakauma Miki.

XIX əsrin birinci yarısında və əsrin ortalarında Yaponiyanın xarici siyasəti. Avropa dövlətlərinin Yaponiyaya müdaxilə cəhdləri. İngiltərənin 1808, 1813-1814-cü illərdə, ABŞ-ın 1803,

1807, 1837-ci illərdə, Rusiyanın 1804, 1811, 1842-ci illərdə Yaponiya sahillərinə təşkil etdikləri uğursuz ekspedisiyalar.

1825-ci il «Utixarairey» («Qovulma haqqında») fərmanı və onun mahiyyəti. 1840-1842-ci illər İngiltərə-Çin müharibəsi və Yaponiya. Xarici dövlətlərlə münasibətlərə dair 1842-ci il fərmanı və onun mahiyyəti. Nisbi təklənmə siyasətinin tərəfdarları və əleyhdarları arasında mübarizə.

ABŞ-ı Uzaq Şərq sahillərinə cəlb edən səbəblər. ABŞ-ın Sakit okean hövzəsində möhkəmlənməsi və Yaponiya üçün təhlükənin yaranması. 1846-cı il Bidl ekspedisiyası. ABŞ-Yaponiya danışıqlarının başlanması və onların nəticələri. İngiltərə, Fransa və ABŞ-ın XIX əsrin ortalarında Uzaq Şərq siyasəti. XIX əsrin I yarısında Rusiya-Yaponiya münasibətləri. 1853-1854-cü illərdə Putyatinin rəhbərliyi altında Rusiya ekspedisiyasının Yaponiyaya səfəri. 1852-1854-cü illərdə ABŞ-ın Sakit okeanın qərb sahillərinə təşkil etdiyi Perri ekspedisiyası və onun nəticələri. Avropa dövlətləri və ABŞ-ın Yaponiyaya müdaxiləsi. 1854-cü il martın 31-də ABŞ-la Yaponiya arasında imzalanmış Kanaqava (İokoqama) müqaviləsi. Nisbi təklənmə siyasətinə son qoyulması.

«Ansey dövrü» müqavilələri və Avropa dövlətləri ilə Yaponiya arasında iqtisadi və siyasi əlaqələrin qurulması.

1867-1868-ci illər Meyci inqilabı. Ölkədə qərb dövlətləri ilə imzalanmış müqavilələrə münasibət. Siyasi böhranın kəskinləşməsi. Xalq kütlələrinin vəziyyətinin pisləşməsi. Xaricilərə münasibətdə meydana gəlmiş iki cəbhə. İi Naoskenin siyasəti. «Kobuqattay» qrupu. 1862 və 1863-cü il hadisələri. ABŞ, İngiltərə və Fransanın Yaponiyanın daxili işlərinə qarışması. 1863-1864-cü illərdə Yaponiya şəhərlərinin İngiltərə, ABŞ, Fransa və Hollandiyanın birləşmiş donanması tərəfindən bombardman etməsi. 1864-cü il İokoqama konvensiyası.

1867-1868-ci illər inqilabının ilkin şərtləri və hərəkətverici qüvvələri. «Tobakuxa» hərəkatı. Cənub-qərb feodal ailələrinin hərbi ittifaqının yaranması. Fukudzava Yukiti, Okubo Toşimiti,

Sayqo Takamori, Yamaqata Arimoto, İtaqaki Taysuke.İnqilabın başlanmasına təkan verən amillər: İemoti – Keyki, Komey – Mutsuxito. Müxalifətin 1865-ci il dekabr və 1867-ci il noyabr gizli müşavirələri və onların qərarları. Hakimiyyətlə müxalifət arasında danışıqlar və onların nəitəsiz qalması. 1868-1869-cu illər vətəndaş müharibəsi və şoqunluğun ləğv edilməsi. İmperatorun 3 yanvar 1868-ci il fərmanı. Yeni hökümətin («Sansyoku») təşkil edilməsi. «Zadəgan respublikası».

Meyci inqilabı nəticəsində həyata keçirilən tədbirlər. Yeni hökumət və onun siyasəti. Həyata keçirilən tədbirlərin əsas məqsədi. İnzibati-idarəçilik, hərbi, iqtisadi, maarif və mədəniyyət sahəsində həyata keçirilən islahatlar. Xaricilərə qarşı çevrilmiş siyasətin avropalaşma siyasəti ilə əvəz edilməsi.

Dövlət idarəçilik aparatının yeni strukturunun yaradılması.

Feodal knyazlıqlarının ləğv edilməsi. 1870-1872-ci illərin inzibati islahatları və prefektura sisteminin yaranması. Tokio («Şərq paytaxtı»).

«Dörd silk haqqında qanun»un ləğvi və 1872-ci ildə silklər haqqında yeni qanunun qəbul edilməsi. Məşğuliyyət məhdudiyyətinin ləğv edilməsi.

1870-ci il ümumi səfərbərlik və 1872-ci il ümumi hərbi mükəlləfiyyət haqqında qanunların qəbul edilməsi. Tokioda Dənizçilik məktəbinin və Hərbi Akademiyanın açılması.

Polis sisteminin yaradılmasına dair 1868, 1869 və 1871-ci ildə həyata keçirilmiş tədbirlər.

Sənət sexləri və ticarət gildiyaları inhisarının, ayrı-ayrı knyazlıqlar arasında mövcud olan daxili gömrük sədlərinin ləğv edilməsi. Vahid pul sisteminin yaradılması. İena.

1871-1873-cü illərin aqrar islahatları. Samuray torpaq sahibliyinin ləğv edilməsi. 1873-cü ilin yeni vergi qanunu.

Maarif sahəsində 1869-1870-ci illərdə həyata keçirilmiş islahatlar.

Həyata keçirilmiş islahatların nəticələri və mütərəqqi əhəmiyyəti.



XIX əsrin son rübü - XX əsrin əvvəllərində Yaponiyanın sosial-iqtisadi və siyasi vəziyyəti. Dövlət idarəçilik aparatının yenidən qurulmasına dair imperator fərmanı (1875). Mühafizəkar və liberal müxalifətin meydana gəlməsi. İlk siyasi təşkilatların yaranması: «Risşisya» və «Aykoksya». Seçkili orqanın yaradılması uğrunda mübarizə. «Azadlıq və xalq
hüquqları uğrunda hərəkat». Fukucava Yukiti. 1889-cu il konstitusiyası. Burjuaziyanın hakimiyyətdə möhkəmlənmək uğrunda mübarizəsi. 1898-ci ildə ilk partiyalı hökümətin təşkil edilməsi. Seçki islahatı. Seçki hüququnun genişləndirilməsi uğrunda mübarizə. Seyyukay partiyasının yaranması. İto Hirobumi. Sosialist ideyalarının yayılması. Sosial-demokrat partiyasının yaranması. Katayama Sen.

Yaponiyada kapitalizmin xarakterik cəhətləri və inkişaf xüsusiyyətləri. Müasir sənayenin yaradılmasında dövlətin rolu. İqtisadiyyatda proteksionizm siyasəti və onun mahiyyəti. 1877-1880-ci illəri əhatə edən inflyasiya. 1880-ci il qanunu və dövlət müəssisələrinin hesabına xüsusi kapitalist sənaye müəssisələri şəbəkəsinin genişlənməsi. Yaponiyada sənaye çevrilişinin başa çatması və iqtisadiyyatın sürətli inkişafı. Burjuaziyanın mövqeyinin möhkəmlənməsi. Pul islahatı. Vergilərin artırılması. 1882-ci ildə Yaponiya Bankının açılması. 1895-ci ildən başlanan yeni iqtisadi yüksəlişin səbəbləri və iqtisadiyyatın inkişaf xüsusiyyətləri. 1896-1905-ci illərə dair iqtisadi proqram. İnhisarçı kapitalizmin formalaşması. İlk yapon konsernləri («dzaybatsu»). XX əsrin əvvəllərində inhisarçı konsernlərin Yaponiyanın daxili və xarici siyasətinə təsiri.

Kənddə kapitalist münasibətlərinin sürətlə inkişaf etməsi.

Fəhlə və kəndli çıxışları. Həmkərlar ittifaqları hərəkatı. Əmək münasibətlərinə dair 1897-ci il qanun layihəsi. 1877-ci il Sasuma üsyanı. Totura prefekturasında 1897-ci il kəndli çıxışları. 1900-cu il polis qanunu.



XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində Yaponiyanın xarici siyasəti. «Ansey dövrü» müqavilələrinə yenidən baxılması. Koreya uğrunda Yaponiya-Çin rəqabətinin güclənməsi. 1876, 1882 və 1885-ci illər Yaponiya-Koreya müqavilələri. 1885-ci il Yaponiya-Çin (Tyanszin) müqaviləsi. XIX əsrin 90-cı illərində böyük dövlətlərin Uzaq Şərq siyasəti. Koreyada kəndli müharibəsinin başlanması və Yaponiyanın Koreyaya hərbi qüvvə çıxartması. 1894-1895-ci illər Yaponiya-Çin müharibəsi. Müharibənin səbəbləri və xarakteri. Hərbi əməliyyatların başlanması. 1894-cü il Yaponiya-Koreya müqaviləsi. Müharibə-nin Koreyadan Mancuriyaya keçməsi. Dalyan (Dalni) və Yunşunkou (Port-Artur) istiqamətində aparılan hərbi əməliy-yatlar. Çinin ağır məğlubiyyətə uğraması. Hiroşimada ilkin danışıqların başlanması və yarımçıq kəsilməsi. Veyxayvey döyüşü. Simonesekidə danışıqların yenidən
başlannması və 1895-ci il aprelin 17-də sülh müqaviləsinin imzalanması. Müqavilənin şərtləri. Rusiya, Almaniya və Fransanın sülh danışıqlarına və müqavilənin şərtlərinə müdaxilə etmələri. 1896-cı il Yaponiya-Çin ticarət müqaviləsi. Yaponiyanın Çinin nüfuz dairələrinə bölünməsində iştirakı.

Yaponiya ilə Rusiyanın Uzaq Şərqdə ağalıq uğrunda mübarizəsinin kəskinləşməsi və Avropa dövlətlərinin buna münasibəti. İngiltərə-Yaponiya ittifaqı. 1904-1905-ci illər Yaponiya-Rusiya müharibəsi. Müharibənin səbəbləri və xarakteri. Müharibə ərəfəsində beynəlxalq vəziyyət. Müharibəyə diplomatik hazırlıq. Böyük dövlətlərin Yaponiya-Rusiya münasibətlərində tutduqları mövqe. Hərbi əməliyyatların başlanması. Port-Artur, Mukden və Tsusima döyüşləri. Yapon xalqının və siyasi dairələrin müharibəyə münasibəti. Kotokunun işi. Taft-Katsura sazişi. ABŞ-ın vasitəçiliyi ilə Yaponiya ilə Rusiya arasında aparılan Portsmut (ABŞ) danışıqları. 1905-ci il Portsmut sülhü və onun şərtləri. 1905-ci il 5-6 sentyabr hadisələri.



Birinci Dünya müharibəsi ərəfəsində Yaponiyanın daxili və xarici siyasəti. Daxili siyasət. Мüharibə ərəfəsində Yaponiyanın siyasi vəziyyəti. Dövlətin hərbiləşdirilməsi siyasətinin davam etdirilməsi. Yamaqata, Katsura. Hökumət böhranı. 1912-ci il parlament seçkiləri.

Мüharibə ərəfəsində Yaponiyanın iqtisadi vəziyyəti. 1907-1908-ci illər dünya iqtisadi böhranının Yaponiya iqtisadiyyatına təsiri. 1909-1914-cü illərin iqtisadi yüksəlişi. İnhisarçı kapitalın rolunun güclənməsi. Konsernlərin artması və yeni inhisar birliklərinin - kartel və sindikatların meydana gəlməsi. Yaponiyanın iqtisadi yüksəlişinin əsas xarakterik cəhətləri. Hakimiyyət strukturlarında iri burjuaziyanın mövqeyinin güclənməsi. Xarici ticarətin genişlənməsi. Karital ixracının artması.

Мüharibə ərəfəsində Yaponiyanın iqtisadi vəziyyəti. Fəhlələrin sayının artması. 1911-ci il fabrik qanunu. İş gününə dair 1912-ci il qanunu. Tətil hərəkatının və həmkarlar təşkilatlarının fəaliyyətinin zəifləməsi. Katayama, Kotoku, Sakai. Sosialist hərəkatına qarşı həyata keçirilən tədbirlər. Sudzuki Bundzi və «Yuaykay» («Dostluq cəmiyyəti») təşkilatı.

Xarici siyasət. XX əsrin əvvəllərində ölkənin beynəlxalq nüfuzunun artması. Müstəmləkə işğallarının genişləndirilməsi cəhdləri. Koreya və Mancuriyada iqtisadi və siyasi mövqeyin
gücləndirilməsi istiqamətində tədbirlər. «Cənubi Mancuriya Dəmir Yolu» konserni. XIX əsrin sonlarında (1894-1896) xarici dövlətlərlə imzalanmış müqavilələrin ləğv edilməsi istiqamətində həyata keçirilən tədbirlər.

Koreya məsələsi – xarici siyasətdə əsas istiqamətlərdən biri kimi. 1909-cu il Tokio memorandumu. İto Hirobuminin öldürülməsi və Yaponiyanın Koreyada fəaliyyətinin canlanması. 1910-cu il 22 avqust müqaviləsi və Koreyanın ilhaq edilməsi.

Çinlə münasibətlərin normallaşdırılması cəhdləri. 1905-ci il Pekin müqaviləsi.

ABŞ-la münasibətləri gərginləşdirən səbəblər. 1905-ci il Katsura-Harriman, 1908-ci il Rut-Takahira sazişləri. ABŞ-ın

«açıq qapı» prinsiplərinin həyata keçirilməsi istiqamətində fəaliyyəti və Yaponiya.

Böyük Britaniya ilə Çində nüfuz dairələrini genişləndirmək uğrunda mübarizənin genişlənməsi. 1911-ci il yeni ittifaq müqaviləsi.

Rusiya ilə münasibətlərdə baş verən dəyişikliklər. 1907-ci il İzvolski-Motono sazişi (Peterburq siyasi konvensiyası). Balıqçılığa dair 1907-ci il rus-yapon sazişi. 1910-cu il müqaviləsi.

Fransa ilə Uzaq Şərq siyasətində razılaşmalar. 1907-ci il Paris sazişi.



Yaponiya Birinci Dünya müharibəsi illərində. Birinci Dünya müharibəsinin başlanması. Yaponiyanın müharibəyə qoşulması və Çinə qoşun çıxarması. Yapon ordusunun əldə etdiyi uğurlar, Uzaq Şərqdə və Sakit okeanda alman mülklərinin ələ keçirilməsi. Antanta dövlətlərinin Yaponiyanı Avropa cəbhəsinə cəlb etmək cəhdləri. Yaponiyanın Antantanın London Bəyannaməsinə qoşulması.

Müharibənin ilk dövründə Yaponiya-Çin münasibətləri. Yaponiyanın Çinə «21 tələb»i və onun mahiyyəti. 1915-ci ilin əvvəllərində Yaponiya-Çin danışıqları. «21 tələb»in Çin tərəfindən qəbul edilməsi. 25 may 1915-ci il Yaponiya - Çin müqaviləsi.

Müharibə illərində siyasi partiyaların hakimiyyət uğrunda mübarizəsi. Okuma və Terauti kabinetləri.

Birinci Dünya müharibəsinin Yaponiya iqtisadiyyatına təsiri. İnhisarların rolunun güclənməsi. Uzaq Şərq limanlarında Avropa dövlətləri və ABŞ-la rəqabətdə Yaponiyanın üstünlük əldə etməsi. Gəmiçiliyin genişlənməsi. Xarici sifarişlərin artması.

Sənayeyə kapital qoyuluşunun artması. Toxuculuq sənayesinin inkişaf etməsi.

Birinci Dünya müharibəsi illərində fəhlə və kəndlilərin vəziyyəti. Sosial ziddiyyətlərin fəhlələrin çıxışlarında təcəssümü. «Düyü qiyamları».

Yaponiya - ABŞ münasibətləri. 1917-ci il 2 noyabr Lansinq-İşii sazişi.

Yaponiya - Rusiya münasibətləri. 1916-cı il 3 iyul Yaponiya – Rusiya müqaviləsi. Vladivostokda Yaponiya-Rusiya qarşıdurması.

1918-ci ildə Yaponiya-Çin münasibətləri.

XVII - XX əsrin əvvəllərində Yaponiya mədəniyyəti. Yeni dövrdə Yaponiya mədəniyyətinin inkişafının əsas xüsusiyyətləri. Meyci inqilabına qədərki mədəniyyət.

Din. Konfusiyaçılıq. Yamaqa Soko və onun millətçilik ideyaları. İctimai fikrin inkişafı. Şinqaku və Kokuqaku təlimləri. Hirata Asurane və onun «Qiymətli tellər» əsəri.

Elm. Tarixçi Nakuseki Arai.

Ədəbiyyat. İhara Saykaku. Masuo Basyo, Moucaemon Tikamasu.

Memarlıq və heykəltaraşlıq. XVII əsrdən başlayaraq memarlıq və şəhərsalmanın inkişafı. Kiotoda Katsura sarayının tikilməsi. Ağacişləmə. Ustalar Enku və Mokuşiki. Daşişləmə. Xalq heykəltaraşlığı.

Tətbiqi sənət və rəssamlıq. Saxsı (boyalı) qablar istehsalının genişlənməsi. Usta Ninsey. Büllur qablar istehsalı. Şəkilli kimonolar istehsalı. XVII əsrdən başlayaraq rəssamlıqda üç istiqamətin inkişafı: Çin, Yaponiya və Avropa üslublarını özündə əks etdirən istiqamətlər. Oqata Korin. «Ukiyo-e» janrının meydana gəlməsi. Hişikava Moqonobu və Sucuki Narunobu. Peyzaj janrı. Kasuşiko Hokusay.

Teatr. Kabuki, Yose və Şoruri teatrlarının yaranması. Takemoto Giday.

Çay mərasimi. Rahib Murata Syuko. Çay mərasiminin ustaları: Noami, Seno Rikyu, Soami, Furuto Oribe. Xüsusi çay pavilyonları.

İkebana (güldüzmə sənəti). Əsas üslubları: rikka, naqarie, seyka.

Meyci inqilabından sonra mədəniyyət sahəsində həyata keçirilən tədbirlər. Rəsmi (yeni avropa tipli) və qeyri-rəsmi (ənənəvi yerli) ictimai fikirlərin mübarizəsi.


Maarif və elm. 1872-ci il tədris Nizamnaməsi.Tarix elminin inkişafı. Yeni təqvim.

Ədəbiyyat. Siyasi romanlar. Tərcümə işinin genişlənməsi. Yeni yapon poeziyası. Tsubouti Şoyo, Kitamura Tokoku, Şimacaki Toson, İşikava Takuboku, Tokutomi Roka.

Memarlıq və heykəltaraşlıq. Yeni ictimai binaların tikilməsi. Tokio imperator Universiteti, Parlament, Ədliyyə nazirliyi, Yaponiya Bankı, Tokio vağzalı binalarının tikilməsi. Yaponiya

memarlıq üslubu ilə Qərb üslubunun sintezi. Yapon memarları: Tasuno Kinqo, Katayana Tokuma, Sone Tasuco. Yaponiyada

çalışmış qərb memarları: fransız Buanvil, ingilislər Kondor və Uoters, amerikan Bricens. 1901-ci il zəlzələsinin nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən quruculuq işləri. «İmperial - otel»in binası.

Tətbiqi sənət və rəssamlıq. Yaponiya milli incəsənətinin inkişaf etdirilməsi uğrunda mübarizə. Tokio incəsənət məktəbinin açılması. Bonsay. Yapon və qərb mədəniyyətlərinin sintezi hərəkatı. Yokoyama Taykan, Haşimoto Masakuni.

Teatr. Noo və Kabuki teatrlarının tənəzzülü. Avropa tipli teatrların yaranması. Dramaturq Kavataşi Makuami. Suboiti Syoyo və Avropa müəlliflərinin pyeslərinin tərcüməsi. «Simpuca», «Azad teatr» və «Simpa» teatrları.

Yaponiya 1918-1923-cü illərdə. Daxili vəziyyət. Birinci Dünya müharibəsinin Yaponiyanın sosial-iqtisadi və siyasi həyatına təsiri. «Taysyo demokratiyası» dövrünün başlanması. Haara hökuməti. Ümumi seçki hüququ uğrunda kütləvi mübarizə. Seçki sistemində yeniliklər. Əmlak senzinin qismən yumşaldılması.

Ölkənin iqtisadi qüdrətinin artması. İnhisarlaşma prosesinin sürətlənməsi və ixracatın artması. Ağır sənayenin inkişafı. Ali Milli Tədqiqat Şurası və elmi-texniki tərəqqi. 1920-1921-ci illərin iqtisadi böhranı və Yaponiya. 1923-cü il zəlzələsinin ağır nəticələri.

Əhalinin vəziyyətinin pisləşməsinin səbəbləri. Qiymətlərin və vergilərin artması. Fəhlə və kəndli çıxışları.

Xarici siyasət. Paris sülh konfransı və Yaponiya. Yaponiyanın Millətlər Cəmiyyətinə daxil olması. 1918-1920-ci illərdə Yaponiyanın Sovet Rusiyasına müdaxilədə iştirakı. Saxalinin işğalının başa çatdırılması. Uzaq Şərq Respublikası və Yaponiya.

1921-1922-ci illər Vaşinqton konfransı. Konfransın çağrılmasında məqsəd. Vaşinqton konfransında imzalanmış müqavilələr. Konfransın nəticələri.

1922-1923-cü illərdə Sovet Rusiyası ilə Yaponiya arasında aparılmış danışıqlar.

Yaponiya 1924-1933-cü illərdə. Daxili vəziyyət. «Taysyo demokratiyası» dövrünün davam etdirilməsi. «Şidexara diplomatiyası». General Qiiçi Tanaka hökumətinin yaranması. Siyasətin və ideologiyanın radikallaşdırılması.

1927-ci ilin daxili maliyyə böhranı.



Xarici siyasət. 1925-ci il Yaponiya - SSRİ müqaviləsi. Tanaka memorandumu və onun mahiyyəti. Çin məsələsinə dair

Şərq konfransları. 1927-1928-ci illər Yaponiya-SSRİ danışıqları. Qoto missiyası. Yaponiyanın «Brian-Kelloq paktı»na qoşulması. 1930-cu il London konfransı və Yaponiya. 1931-ci ildə yapon qoşunları tərəfindən Mancuriyanın işğalının başlanması. Yaponiyanın Millətlər Cəmiyyətindən çıxması.



Yaponiya 1934-1939-cu illərdə. Daxili vəziyyət. Yaponiyada faşistləşmə meyllərinin güclənməsi. 1936-cı il faşist qiyamı. Koki Hirota hökumətinin qurulması. Yaponiyada faşist rejiminin yaranması. Fumiro Konoe. «Millətin ümumi səfərbərliyi haqqında qanun». Dövlətin bütün iqtisadiyyat, o cümlədən nəqliyyat və ticarət üzərində nəzarətinin yaranması. Hərbi xərclərin artırılması.

Fəhlələrin vəziyyətinin ağırlaşması. Sol partiyaların buraxılması. 1939-cu ildə Konoe hökumətinin Kiiçiro Hiranuma hökuməti ilə əvəz edilməsi.



Xarici siyasət. 1936-cı ildə Yaponiyanın Vaşinqton konfransının qərarlarından imtina etməsi. Yaponiya-Almaniya yaxınlaşması və Antikomintern paktının imzalanması. Çinin işğalının genişlənməsi. 1937-ci ilin iyununda Çinə qarşı fəal hərbi əməliyyatların başlanması. Yapon qoşunlarının Hasan gölü və Xalxin-qol yaxınlığında məğlubiyyətləri.

Yaponiya İkinci Dünya müharibəsi illərində. Müharibənin başlanması və Yaponiyanın 4 sentyabr Bəyannaməsi. «Dövlət siyasətinin əsasları» sənədi və onun mahiyyəti. «Yaponiyanın quru qoşunlarının qüdrətinin artırılmasının nəzərdən keçirilməsi» planı. «Xarici dövlətlərlə münasibətlərdə siyasi kursun əsas prinsipləri» sənədi və onun mahiyyəti. «Hücum etməmək haqqında» Yaponiya-SSRİ müqaviləsi. «Kontokuen» planı.

1941-ci il 7 dekabrda Pirl-Harborun bombardman edilməsi ilə Yaponiyanın müharibəyə qoşulması. Sakit okean cəbhəsində hərbi əməliyyatların əsas mərhələləri. Mərcan adaları yaxınlığında döyüşlər. Miduey döyüşü.

İkinci Dünya müharibəsi illərində Yaponiyanın sosiali-qtisadi və siyasi vəziyyəti. İqtisadiyyatın zəifləməsi və sənaye böhranı. İnhisarların rolunun artması. Kartoçka sisteminin tətbiqi. Qiymətlərin artması. Ümumi səfərbərliyin elan edilməsi.

Krım konfransında müttəfiqlərin Yaponiya ilə bağlı razılaşması. Potsdam konfransının Yaponiya ilə bağlı qətnaməsi.

SSRİ-nin Yaponiyaya müharibə elan etməsi və hərbi əməliyyatlara başlaması. ABŞ tərəfindən Hiroşima və Naqasakiyə atom bombalarının atılması. Yaponiyanın təslim olması və İkinci

Dünya müharibəsinin başa çatması. İkinci Dünya müharibəsinin Yaponiya üçün nəticələri.



İşğal rejimi dövründə (1946-1951)Yaponiyanın sosial-iqtisadi, siyasi vəziyyəti və xarici siyasəti. Daxili vəziyyət. Müharibədən sonra həyata keçirilən siyasi tədbirlər. Siyasi partiyaların fəaliyyətinin bərpası. Yeni seçki qanunu. 1946-cı il parlament seçkiləri. 1947-ci il Konstitusiyası: İmperator hakimiyyəti, Qanunverici, İcraedici orqanlar və Məhkəmə. Yerli idarəçilik orqanları.

İlk koalisiya kabineti və «Yoşida erası»nın başlanması.

İqtisadiyyatın bərpası və inkişafı istiqamətində həyata keçirilən ilk tədbirlər. Aqrar qanun.

Sosial münasibətlər. Həmkarlar təşkilatlarına dair 1945-ci il qanunu və həmkarlar təşkilatlarının yaranması. Əmək haqqında qanun. Fəhlə hərəkatı.



Xarici siyasət. Uzaq Şərq üçün Beynəlxalq (Tokio) Hərbi Tribunalı. Yaponiya ilə sülh müqaviləsi imzalanmasına hazırlıq. 1951-ci il San-Fransisko müqaviləsi və işğal rejiminin sona çatması. Yaponiya-ABŞ Təhlükəsizlik paktı. Yaponiya ərazisində ABŞ hərbi bazalarının yaradılması.

Yaponiya 1952-1970-ci illərdə. Daxili vəziyyət. Hakim liberal-demokratik partiyası daxilində fraksiyalararası mübarizə. «1955-ci il strukturunun» formalaşması. Siyasi həyatın demokratikləşməsi.

Yaponiyanın iqtisadi inkişafı və inhisarçı kapitalın möhkəmlənməsi. 60-cı illərdə iqtisadi yüksəlişin əsas səbəbləri. «Yapon möcüzəsi».

70-ci illərdə sənayenin yeni inkişaf xüsusiyyətləri. 1972-ci il «Tanaka proqramı» və onun mahiyyəti. 1974-1975-ci illər iqtisadi böhranı. Alternativ enerji mənbələri: «Sanşayn» və Munlayt» proqramları. Kənd təsərrüfatının xarakterik cəhətləri.

Müharibə əleyhinə hərəkat. Bikini faciəsi.



Xarici siyasət. Xarici siyasətdə əsas istiqamətlər. Yaponiyanın BMT-yə qəbul edilməsi.

Yaponqiya-ABŞ münasibətləri. İki dövlət arasında hərbi əməkdaşlığın genişlənməsi. 1953-cu il dostluq, ticarət və dənizçiliyə dair, 1954-cü il qarşılıqlı təhlükəsizliyin təminatında yardıma dair Yaponqiya-ABŞ müqavilələri. 1960-cı ildə Yaponiya ilə ABŞ arasında imzalanmış «Qarşılıqlı əməkdaşlıq və

təhlükəsizlik müqaviləsi». Okinava adasına dair 1971-ci il müqaviləsi.

Yaponiya-SSRİ münasibətləri. İki dövlət arasında bir sıra sazişlərin imzalanması. Moskva Bəyannaməsi və onun beynəlxalq əhəmiyyəti. 1962-ci ildə Yaponiya şirkətləri ilə SSRİ arasında müqavilələrin imzalanması.

Yaponiyanın Avropa ölkələri ilə münasibətləri. Yaponiya - «Böyük yeddilər»in üzvüdür.

Asiya ölkələri ilə münasibətləri. 1952-ci ildə Hindistan, 1954-cü ildə Birma, 1956-cı ildə Filippin və İndoneziya ilə müqavilələrin imzalanması. Yaponiya ilə Tayvan arasında sülh müqaviləsinin imzalanması. 1965-ci il Yaponiya-Cənubi Koreya müqaviləsi. Vyetnam müharibəsi və Yaponiya.

Yaponiyanın regional təşkilatlarda iştirakı. Asiya-Sakitokean Şurası və Yaponiya. ASEAN təşkilatı ilə yaxınlaşma cəhdləri. «Fukuda doktrinası» (Manila Bəyannaməsi).

1963-cü ildə imzalanmış müqavilələr.

Yaponiya-Çin yaxınlaşması və iki ölkə arasında imzalanmış «Sülh və dostluq haqqında» müqavilə.

Yaponiya iqtisadi yüksəliş illərində (XX əsrin 80-90-cı illəri). Daxili vəziyyət. 1979-1980-ci illər parlament seçkiləri. Məşvərət Komitəsinin yaradılması. İnzibati-maliyyə islahatları. «Tanaka işi». «Nakasone erası». Yaponiyanın «beynəlxalq dövlət»ə çevrilməsi konsepsiyası: «Maekava məruzələri».

Xarici siyasət. ABŞ-la əməkdaşlığın davam etdirilməsi. «Rimpak-80».
80-ci illərin ikinci yarısında Yaponiyanın SSRİ ilə münasibətlərində dönüşün baş verməsi. «Şimal əraziləri» problemi.

Yaponiyanın Avropa ölkələri ilə münasibətləri.

Xarici bazarlar uğrunda mübarizə.

Yaponiyanın Cənub-Şərqi Asiya ölkələri ilə münasibətləri-nin əsas istiqamətləri. Yaponiyanın regional təşkilatlarda iştirakı. ASEAN ölkələri ilə əməkdaşlıq. «Nakasone doktrinası». «Ticarət-invstisiya-yardım» sistemi. ASEAN ölkələrinin Cakarta sammiti və Yaponiya.

Yaponiya-Cənubi Koreya münasibətləri.

Yaponiya-Çin münasibətləri.



Müasir dövrdə Yaponiyanın daxili və xarici siyasəti. Daxili vəziyyət. Müasir Yaponiyanın siyasi sistemi və dövlət quruluşu. «Hinomaru» və «Kimiqayo». Partiyalararası mübarizənin kəskinləşməsi. Liberal-demokratların liderliyinə son qoyulması. «1955-ci il strukturunun» fəaliyyətinin başa çatması və yeni koalisiyalı hökumət dövrünün başlanması. Yeni Yaponiya partiyasının yaranması.

XX əsrin 90-cı illərinin birinci yarısında Yaponiyanın yeni sosial-iqtisadi inkişaf istiqamətləri. «Dünyanın ən varlı ölkəsi». Yaponiyanın Dünya Bankına borclarının ödənilməsi. Vergi sistemində baş verən dəyişikliklər. Sosial sahədə yeni tendensiyalar.



Xarici siyasət. Soyuq müharibənin başa çatmasından sonra Yaponiyanın xarici siyasətinin əsas istiqamətləri.

ABŞ-la hərbi sahədə əməkdaşlıq xəttinin davam etdirilməsi. ABŞ prezidenti B.Klintonun 1996-cı ildə Yaponiyaya səfəri və birgə Bəyannamənin qəbul edilməsi. 1997-ci ildə Yaponiya ilə ABŞ arasında birgə müdafiə sahəsində yeni prinsiplərin qəbul edilməsi.

Avropa dövlətləri ilə münasibətlər və əməkdaşlığın davam etdirilməsi.

R.Xaşimotonun «Avrasiya diplomatiyası» konsepsiyası. «Böyük İpək yolu»nun bərpası və Yaponiya. ASEAN ölkələri ilə əməkdaşlığın davam etdirilməsi.

Yaponiya ilə Azərbaycan Respublikası arasında siyasi, iqtisadi və mədəni əlaqələrin yaranması və inkişafı. İki dövlət arasında siyasi əlaqələrin qurulması. Azərbaycan prezidentləri H.Əliyevin və İ.Əliyevin Yaponiya səfərlərinin iki dövlət arasında sıx əlaqələrin qurulmasında əhəmiyyəti. Yaponiyanın ARDNŞ-in
xarici dövlətlərlə imzaladığı neft müqavilələrində iştirakı. Yaponiya dövləti tərəfindən Azərbaycan Respublikasına edilən yardımlar. İki dövlət arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsi.

XX - XXI əsrin əvvəllərində Yaponiya mədəniyyəti. Maarif. Maarif sisteminin yenidən qurulması. «Yeni vətənpərvərlər» ideologiyası. Ali təhsil müəssisələri şəbəkəsinin genişlənməsi.

Ədəbiyyat. II Dünya müharibəsindən sonrakı dövrdə yapon ədəbiyyatının inkişafı. Dedektiv janrda yazan Matsumoto Seyto, tarixi romanlar müəllifi Yamaoka Soxati («Tokuqava İeyasu»), fəlsəfi əsərlər müəllifləri Tanizaki Cuinitiro və Kavabata Yasunari («Günəşli mövsüm»), yeni modernist istiqamətin nümayəndəsi Mişima Yukio («Qızıl məbəd», «Günəş

və dəmir», «Mənim qardaşım Hitler»), satirik yazıçı Abe Kobo («Divar», «Yad sifət», «Yandırılmış xəritə», «Qumda qadın»).



Memarlıq. Memarlıqda yeniliklər. Yaşayış binaları tikintisinin genişlənməsi. Yeni tikililər («Danti» və «apato»). Yapon memarları: Maekava Kunio, Sakakura Syunso, Tanuquti Yoşiro, Toqo Murano, Tanqe Kenso. Memarlıq abidələri: Kamakurada Müasir incəsənt muzeyi, Hiroşimada Memorial Parkda tikinti kompleksi, Tokioda Milli Elm muzeyi, İokoqamada kitabxana və konsert zalı və başqa binalar.

Tətbiqi sənət. İkinci Dünya müharibəsindən sonra tətbiqi sənətdə iki istiqamət: amerikan mədəniyyətinin təsiri və mütərəqqi ideyalarla mühafizəkar ideyaların mübarizəsi. «Yaponiya xalq qravürası» («Cimmin hanqa») təşkilatı. Ueno

Makato, Sudzuki Kenşi, Takidayra Ciqo, Hii Hirohava, İino Nobuya, Ono Tadaşiqe.



Teatr. Noo, Kabuki, Syoruri, Şinqeki teatrları. Dünya dramaturgiyasına müraciət. Opera və baletin inkişaf etdirilməsi.

Kino. İlk kino şirkəti. Kurosava Akira, Micoquti Kenşi, İamai Tadaşi, Yamomoto Satsuo, İmamura Syohey, Masumura Yasuco, Mifune Toşiro, Teşiqahara Hiroşi. Manqa və anime.

Musiqi. Xalq musiqisi. «Kayokyoku». Caz, Latın Amerikası estradası, rok musiqi.

YAPONİYA TARİXİNƏ DAİR ƏDƏBİYYAT
a) Azərbaycan dilində
1. Davudov Q.Ş. Yaponiyanın ASEAN ölkələri ilə əlaqələrinə

dair. – Bakı Dövlət Universitetinin 90 illik yubileyi

münasibətilə tarix fakültəsi əməkdaşlarının elmi –

praktik konfransının materialları. Bakı, 2009

2.Əmirov İ.C. İkinci Dünya müharibəsindən sonra Türkiyə və

Yaponiya əlaqələri (1945-2000-ci illər). Bakı, 2007

3. Həsənov Ə. M. Müasir beynəlxalq münasibətlər və

Azərbaycanın xarici siyasəti. Bakı, 2005

4. İsmayılov R.İ., Axundov N.Ç. Asiya və Afrika ölkələri tarixi.

Bakı,1996

5. İsmayıl R.İ., Axundova N.Ç. Asiya və Afrika ölkələrinin

çağdaş tarixi (1945-2000-ci illər). Bakı, 2001

6. Xarici Asiya və Afrika ölkələrinin yeni tarixi. Bakı,1962

7. Qarayeva G.İ. Asiya və Afrika ölkələrinin yeni tarixi (metodik

vəsait). Bakı,1998

8. Osamu Nariai. Müasir Yaponiya iqtisadiyyatının tarixi.

Bakı, 2000

c) Yapon dilində
9. İcu Kimiro. Nihon rekişi (Yaponiya tarixi). Tokio, 1953

10. İnoue Kiyoşi və Sudzuki Masaşi. Nihon kinday şi

(Yaponiyanın yeni tarixi). 2 cilddə. Tokio, 1956

11. Xattori Şiso. Meyci-no kakumey (Meyci inqilabı) . Tokio,

1950

12. İkegami Akira. So data no ka! Nihon Gendai şi. Tokio,



2001

13. Xugoku Kankoku no rekişi kyokaşo ni kakareta Nippon.

Tokio, 2005

14. James M. Vardaman. Contemporary Japanese History: since

1945 ( Müasir Yaponiya tarixi: 1945-ci ildən

sonra), Printed in Japan, 2006 ( kitabda eyni

mətn yapon və ingilis dillərində verilmişdir)



d) Rus dilində
15. Бедняк И.Я. и др. Очерки новой истории Японии (1640-

1917). М.,1958

16. Вандерберг Х. Историческое развитие Японии. М., 2004

17. Вержховский Д.В.,Ляхов В.Ф.Первая мировая война.М.,1964

18. Воробьев М.В. Япония в III-VII вв. М.,1980

19. Гаджиева Е.А. Страна восходящего солнца: история и

культура Японии. Ростов на Дону, 2006

20. Гальперин А.Л. Англо-японский союз, 1902-1921. М., 1947

21. Гольдберг Д.И. Внешняя политика Японии в 1941-1945 гг.

М.,1962


22. Джеймс Л.Мак-Клейн. Япония. От сегуната Токугавы–в XXI

век. М.,2007

23. Жуков Е. М. История Японии. М., 1939
24. Захарова Г.Ф. Политика Японии в Маньчжурии. 1932-1945.

М.,1990


25. Иофан Н. А. Культура древней Японии. М., 1974

26. Искендеров А.А. Тоётоми Хидэёси. М.,1984

27. Искендеров А.А. Феодальный город Японии XVI столетия.

М., 1960


28. История и культура Японии. М., 2002

29. История стран Азии и Африки в средние века. М., 1985

30. История стран Азии и Африки ( новая время). М.,1985

31. История стран зарубежного Востока в средние века. М., 1957

32. История Японии. М., 2004

33. История Японии с древнейших времен до наших дней.

М.,1968

34. Иэнага Сабуро. История японской культуры. М., 1972



35. Кин Д. Японцы открывают Европу. М.,1972

36. Конрад Н.И. Японская литература. М.,1974

37. Кооя Накамура. История Японии. М.,2004

38. Кузнецов Ю.Д. Социально-классовая структура Японии. М.,

1983

39. Кузнецов Ю.Д.,Навлицкая Г.Б., Сырицын И.М. История



Японии. М., 1988

40. Курилы. Острова в океане проблем. М.,1998

41. Куропаткин А.Н. Русско-японская война 1904-1905 гг.

Итоги войны. Спб., 2002


42. Кутаков Л.Н. Очерки новейшей истории Японии. 1918-

1963. М.,1965

43. Кэнзоо Акияма. История Ниппон. М.,2004

44. Мирзоев М.А.ЭКСПО-2005:Япония-Азербайджан.Баку, 2005

45. Международные отношения на Дальнем Востоке. М.,1973

46. Мещеряков А. Н. Древняя Япония. Буддизм и синтоизм:

проблемы синкретизма. М., 1987.

47. Молодяков В.Э., Молодякова Э.В., Маркарьян С.Б. История

Японии. ХХ век. М.,2007

48. Нарочницкий А.Л. Колониальная политика капиталистичес-

ких держав на Дальнем Востоке.1860-1895.М.,1956

49. Нихон Гайси. История сегуната в Японии. М. 1999

50. Новейшая история стран Азии и Африки. ХХ век. Часть 1-2.

М.,2001


51. Пасков С.С. Япония в раннее средневековье. VII-ХII вв.

М.,1987


52. Россия и Япония в начале XXI века. М.,2008

53. Сенаторов А.И. Политические партии Японии. 1945-1992.

М.,1995

54. Сила-Новицкая Т. Г. Культ императора в Японии. Мифы.



История. Доктрины. Политика. М., 1990

55. СССР и Япония. Под редакцией И.А.Латышева. М.,1999

56. Спеваковский А.Б. Самураи–военное сословие Японии.

М.,1981


57. Стрельцов Д.В. Система государственного управления

Японии в послевоенный период. М.,2002

58. Табохаси Киёси. Дипломатическая история японо-

китайской войны (1894-1895 гг.). М.,1956

59. Таксами Ч. М., Косарев В. Д. Кто вы, айны? М., 1990

60. Толстогузов А. А. Очерк истории Японии VII-ХIV вв.

М., 1995

61. Файнберг Э.Я. Внутреннее и международное положение

Японии в середине XIX в.,М., 1954

62. Хани Горо. История японского народа. М.,1957

63. Эйдус Х.Т. История Японии с древнейших времен до наших

дней. М., 1968

64. Япония: страна и люди. Токио, 2005


e) İngilis dilində

65. Alinson, Gary D. Japan”s Postwar History. 2nd ed. Ithaca:

Cornell University Press, 2004

66. James M. Vardaman. Contemporary Japanese History: since

1945, Printed in Japan, 2006

67. Beasley William G. The Modern History of Japan. New York,

1963

68. Hall, John W. Japan: From Prehistory to Modern Times.



Reprint, Ann Arbor, 1991

69. Hane Misiko. Japan: A Historikal Survey. New York, 1972

70. Kingston, Jeffrey. Japan in Transformation: 1952-2000. Harlow:

Pearson Education Limited, 2001

71. Milton W. Meyer. Japan. A Concise History. Boston, 1993

72. McCargo, Duncan. Contemporary Japan. 2nd ed. New York,

2004

73. McClain, James L. Japan: A Modern History New York and



London, 2002

74. Tadahiro Abe. Foregn policy of Japan. Khazar University



Press,2007

Çap olunub: «Yaponiya tarixi» fənninin proqramı.

Bakı, 2010



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə