Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti




Yüklə 24.74 Kb.
tarix25.04.2016
ölçüsü24.74 Kb.


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Texniki Universiteti

İqtisadiyyatın Dövlət Tənzimlənməsi Kafedrası

İqtisadi Nəzəriyyə Fənnindən


Sərbəst iş

İcraçı Samir Qədirov

Fakultə MBM

Qrup 908a2

Kurs II kurs

Azərbaycanda keçid iqtisadiyyatının xüsusiyyətləri və başlıca ziddiyyətləri

Son 15 ildə bir çox mərkəzləşmiş planlaşdırmaya malik ölkələr öz iqtisadiyyatlarını sərbəst bazar iqtisadiyyatına transformasiya etmək üçün müəyyən addımlar atmışlar. Bu yolda uğurlu olmaq üçün həmin ölkələr zəruri institutları inkişaf etdirməli və hökümətin düzgün rolunu müəyyənləşdirməlidirlər.

İqtisadi ədəbiyyatlarda keçmiş mərkəzləşmiş planlaşdırmaya malik ölkələrin bazar iqtisadiyyatına keçidiylə bağlı bir çox yazılar yazlımasına baxmayaraq, bu ölkələrdə hökümətin iqtisadiyyatdakı rolu ilə bağlı yazılar kifayət qədər deyil. Keçid dövrünün başlanğıcında bir çox iqtisadçılar qiymətlərin liberallaşdırılması, makroiqtisadi sabitlik (makroiqtisadi sabitlik dedikdə, əsasən aşağı inflyasiya nəzərdə tutulur) və özəlləşdirmə kimi siyasətləri özündə əks etdirən ”Şok terapiya” yanaşmasını dəstəkləmişdilər. Lakin bununla belə, yeni yaranmış mühitdə hökümətin rolu ilə bağlı fikirlərə az rast gəlinir. Mərkəzləşmiş planlaşdırma sistemindəki iqtisadiyyatın, institutların və iqtisadi proseslərin transformasiyasını tam təmin etmək üçün əlavə olaraq aşağıdakı siyasi qərarların verilməsi zəruridir.

Bazar iqtisadiyyatına keçid zamanı yeni sistemin səmərəli işləməsini təmin etmək üçün hökümətlər oyunun qaydalarını müəyyən etməli, dövlət sektorundakı fəaliyyətləri maliyyələşdirmək üçün gəlirləri artırmalı, gəlirləri səmərəli xərcləməli, iqtisadi müqavilələrin qanuniliyini təmin etməli, özəl mülkiyyəti qorumalı və ictimai mal və xidmətlər istehsal etməlidirlər. Həmçinin, bu hökümətlər hər hansı bir mübahisə və şərhə yol açmayacaq qədər dəqiq qanunlar həyata keçirməlidirlər.

Bazar iqtisadiyyatına tam transformasiyanın başa çatdırılması üçün fiskal institutların səmərəli fəaliyyəti, effektli xərc proqramları, o cümlədən işsizlər, xəstə və yaşlılar üçün əsas sosial müdafiə proqramları zəruri şərtlərdir. Xərc proqramaları dövlətin vergilərdən yığılan gəlirləri hesabına maliyyələşməlidir. Lakin bu vergilər özəl sektorun inkişafını ləngidəcək səviyyədə olmamalıdır.Son olaraq, hökümətin rolu təkcə iqtisadiyyatda deyil, həmçinin siyasi həyatda olduğu üçün icra və qanunverici orqanlar geniş mənada bir-birinə uyğun olmalıdır.Yox, əgər Rusiyada olduğu kimi, əgər hökumətin rolu dəqiq müəyyən olunmasa, nə optimal hökümət, nə də rasional siyasi qərarların verilməsi mümkün olacaq.

Keçid dövrünün başlanğıcında, bütün keçid ölkələrində özəl sektorun Ümumi Daxili Məhsul(ÜDM)dakı payı kiçik olmuşdur. Məsələn, bu dövrdə Rusiya və Çexiyada özəl sektorun ÜDM-dəki payı 1%, Polşada 20% olduğu halda, ABŞ-da bu göstərici 80% olmuşdur. İstehsal əsasən dövlət müəssisələri tərəfindən aparılırdı. Bundan başqa, qiymət və iqtisadi fayda resursların bölüşdürülməsində əsas rol oynamır çünki iqtisadi qərarlar mərkəzi idarəetmə strukturları tərəfindən verilirdi.

Keçid ölkələrində bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan vergi sistemi o qədər də əhəmiyyətli deyildi, çünki, hökumət ümumi məhsul buraxılışından əldə edilən gəlirləri öz istədiyi şəkildə istifadə edirdi. Vergilər yalnız bir fəaliyyət sahəsindən digərinə ötürülürdü. Vergi sahəsində çalışan məmurlar yalnız gəlirlərin hökümət kitabçasına salınmasına nəzarət edirdilər. Bu ölkələrdə nə büdcə qurumu, nə büdcə haqqında qanun, nə də ki, xəzinədarlıq vardı.

Vergi gəlirləri üç əsas mənbədən toplanırdı - dövriyyə vergisi, müəssisələr üzərində vergi, və gəlir vergisi-bu gəlirlər ÜDM-nin 50%-dən artığını təşkil edirdi. Bu cür sistemdə vergilər gizlədilirdi və insanlar nə qədər böyük həcmdə vergi verdiklərindən xəbərsiz idilər. Vergilər hökumət rəsmiləri ilə aparılan sövdələşmələr əsasında toplanılırdı və hökumət istədiyi vaxt vergilərin həcmini dəyişməkdə sərbəst idi. Məsələn, hökumətə əlavə maiyyə lazım olduqda, vergiləri qaldırırdı. Və ya maliyyə çətinliyi ilə üzləşən hər hansı bir müəssisə hökumətlə danışığa girərək vegilərin azaldılmasına nail olurdu ki, bu da müəssisələrin inkişafına mənfi təsir göstərirdi. Çünki müəssisələr əmin idilər ki, onlar hər hansı maliyyə sıxıntıları ilə üzləşərlərsə, hökümət onlara müəyyən güzəştə gedəcək. Buna görə də bu müəssisələr planlama apararaq əvvəlcədən baş verəbiləcək riskləri təhlil etməmələri onların inkişafını ləngidirdi.

Kemiş sosialist ölkələri öz iqtisadiyyatlarının transformasiyasında hansı səviyyədə irəliləyiş əldə etmişdilər? Ümumiyyətlə, Şərqi Avropa və Baltikyanı ölkələr sürətli irəliləyiş əldə edirkən, digər ölkələr fiskal institutların yaradılması, fiskal tarazlığa nəzarət və dövlətin iqtisadi rolunun müəyyənləşdirilməsi kimi sahələrdə o qədər də uğurlu olmamışlar. Lakin hətta bu ölkələr arasındaki fərq çox böyükdür. Bəzi ölkələrdə keçmiş sistem əsasən tərk edilmiş, lakin yeni sistem bərpa olmadığı üçün sanki bir instusional vakuum əmələ gəlmişdi.

. Keçid dövrünün başlanğıcında özəl sektorun ÜDM-dəki payı əhəmiyyətsiz dərəcədə kiçik idi. Lakin son dövrlərdə bu rəqəm Albaniya, Çexiya Respublikası, Estoniya, Macarıstan, Litva, Rusiya və Slovakiya kimi ölkələrdə 75-80%-ə çatmışdı. Yalnız Belarus, Tacikistan və Türkmənistanda bu rəqəm 35% və ya bundan aşağıdır. Maraqlıdır ki, bu ölkələrdə özəlləşdirmə yalnız mülkiyyətin özəlləşdirilməsidir, idarəetmənin yox. Bir çox ölkələrdə müəssisələr ya keçmiş islahatlardan əvvəlki menecerlər tərəfindən idarə olunur, ya da ki, yeni menecerlər hökumət rəsmilərinə yaxın şəxslərdir. qtisadi islahatlar dövründə özəlləşmə ilə bağlı baş verən digər bir maraqlı cəhət bundan ibarətdir ki, dövlət mülkiyyəti azaldıqca (özəlləşmə artdıqca), özəlləşmədən büdcəyə daxil olmalar adekvat olaraq artmırdı. Baxmayaraq ki, keçid dövründən əvvəl dövlət hər şeyə sahib idi, keçid dövrünün başlanmasıyla dövlətin öz aktivlərini sataraq əldə etdiyi gəlirlər çox cüzi idi. Məsələn, Rusiyada 50-60 milyard dollar civarında qiymətləndirilən dövlət aktivləri 1.5 milyarda alınmışdı. Özəlləşdirmədən əldə olunan gəlirlərin kiçik olmasının bir neçə səbəbi var. Özəlləşdirmə prosesinə yalnız kiçik bir qrup şəxs dəvət olunurdu ki, bu şəxslər öz mövqe və ya şəxsi əlaqələrindən istifadə edərək külli miqdarda sərvət əldə etmişdilər. Beləliklə, baxmayaraq ki, özəlləşdirmə bazar iqtisadiyyatına keçid üçün atılan fundamental addımlardan idi, lakin keçmiş sosialist ölkələrində baş verən özəlləşdirmə prosesləri bazar iqtisadiyyatının əsas şərtlərindən olan özəl mülkiyyətin qorunması üçün əngəl olmuşdur.

Keçid ölkələri bir qrup olaraq qiymətlərin liberallaşdırılması və stabilləşdirilməsi yolunda böyük irəliləyişlər əldə etmişlər. Baxmayaraq, Belarus, Tacikistan və Özbəkistanda bu sahədə o qədər də böyük inkişaf olmayıb, əksər ölkələrdə bir neçə sahədə, Macarıstan və Polşada isə kifayət qədər irəli addımlar atılmışdır. Lakin bəzi mallar üzərində qiymətlərin liberallaşdırılmasını təmin etmək və enerji kimi mühüm sahələrdə qiymətlər üzərində nəzarətin saxlanılması heç də səmərəliliyin artırılması demək deyildir.

İqtisadi sistemin ən sabit və daha sıx müşahidə olunan ziddiyyətləri bilavasitə cəmiyyətin iqtisadi münasibətlər sistemi ilə bağlıdır. Onlar nəinki mülkiyyət formaları, əhalinin həyat səviyyəsi, habelə milli ənənələrlə, ideoloji görüşlərlə və s. ilə bağlıdır. Bir qayda olaraq, həmin zidiyyətləri məcburi iqtisadi–inzibati yollarla həll etmək mümkün olmur, çünki yeni yaranan zidiyyətlər adətən köhnə iqtisadisistemin daxilində təkamül yolu ilə yaranır və inkişaf edir. İkinci qrup ziddiyyətlər islahatların konseptual əsaslarının, həyata keçirilən tədbirlərin, sistemli modellərin, meyarların, habelə islahatların normativ qanunvericilik bazasını olmaması keçid dövründə fəaliyyət göstərən ziddiyyətlərin mühüm asbektini təşkil edir. Bu ziddiyyətlərin xarakterinə komanda iqtisadiyyatından miras qalmış, qiymət, maliyyə-kredit, vergi sistemi, habelə istehsal, bölgü, istehlak arasında olan dərin zidiyyətlər mühüm təsir göstərir.

Keçid dövrünün tamamlanması üçün bir çox dəyişikliklər baş verməlidir. Dəyişikliklərin dərindən getməsi üçün yeni institutların yaranması, proseslərin sürətlənməsi və hökümətin rolunun dəyişdirilməsi lazımdır. Bu cür köklü dəyişiklikər zamanla baş verir, çünki dəyişikliklər struktur islahatları, davranış və münasibətlərin dəyişdirilməsini tələb edir. Bazar iqtisadiyyatına transformasiya edən ölkə hökümətin rolunu dəyişdirməlidir. Hökümət iqtisadiyyata birbaşa heç bir müdaxilə etməməli və iqtisadiyyatı obyektiv vergi sistemi, büdcə və digər dolayı alətlərlə tənzimləməlidir. Vergi sistemi tamamilə islah olunmalı və gəlirlərin artımını təmin edə biləcək səmərəli və ədalətli sistem olmalıdır. Dövlət xərcləri, xüsusi ilə sosial xərclər sürətlə artırılmamalı və dövlətin iqtisadiyyatdakı rolunun artmasına yol verilməməlidir.

Lakin bir məsələ də vardır ki, artıq Azərbaycan bu mərhələni keçməkdədir. İqtisadi inkişaf, son 5 ildə, daha doğrusu 2004-2008-ci illər ərzində, yəni son 5 il ərzində Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olub. Ümumi daxili məhsul 2,6 dəfə, sənaye istehsalı isə 2,5 dəfə artıb. Bu, dünyanın ən sürətlə artan iqtisadiyyatı olub. Növbəti 5 il - 2009-2013-cü illər üçün bizim maliyyə və texniki imkanları və beynəlxalq biznes dairələri ilə artıq mövcud olan təcrübəyə əsaslanan dəqiq tədbirlər proqramı hazırlanır. Prezidentimiz İlham Əliyev də “Azərbaycan iqtisadiyyatı artıq keçid iqtisadiyyatı deyil” bəyanatı ilə şıxış eetmişdir. Azərbaycanın dövlət başçısı bəyan edib ki, Azərbaycan iqtisadiyyatı artıq keçid iqtisadiyyatı deyil: “Baxmayaraq ki, keçid dövrü bir qədər çox vaxt apardı. Bu da təbii haldır, çünki bir sistemdən digərinə keçərkən, yəni planlaşdırılan iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid üçün çox vacib islahatlar aparılmalıdır. Artıq bütün zəruri islahatlar aparılıb. Hesab edirəm ki, növbəti illərdə Azərbaycan iqtisadiyyatının davamlı inkişafı qarşılıqlı iqtisadi əməkdaşlıq üçün daha yaxşı şərait yaradacaq”




Bakı 2009



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə