Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix fakültəsi III kurs 303-cü qrup tələbəsi




Yüklə 91.65 Kb.
tarix29.04.2016
ölçüsü91.65 Kb.



Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Tarix fakültəsi III kurs 303-cü qrup tələbəsi

Abdullayeva Aybənizin Fəlsəfə fənnindən

Sərbəst işi.

Bakı-2011


Antik fəlsəfənin xüsusiyyətləri.

B.e.ə VI əsrin I yarisinda antil fəlsəfə Elladanın Kiçik Asiya hissısində, daha dəqiq desək İyoniyada-Milet şəhərində yaranmışdır. Yunan fəlsəfi məktəbi Milet məktəbi adlanır. Həmin məktəbin böyük nümayəndəsi Anaksimandr, Anaksimen və onların şagirdləri olmuşlar. Antik fəlsəfə fəlsəfənin ayrıca bir fənn kimi meydana gəlməsini bildirir. Antik fəlsəfə adı altında qədim Yunan və Roma fəlsəfəsi nəzərdə tutulur. Yunan fəlsəfəsi yunan mifologiyasıın təsiri altında formalaşıb. Yunan-Roma fəlsəfəsini inkişaf mərhələlərinə bölsək;1) Milet məktəbi-bu məktəbin fəlsəfi təsəvvürləri çox şeydə Homer və Hesiodun qədim görüşlərinə əsaslanır. 2) görkəmli filosofların məktəbi, 3) Ellinizm mərhələsi- bu dövr yunan quldarlıq cəmiyyətinin tənəzzülü ilə əlaqədardır. III-II əsrlərdə Qədim Romanın ictimai və mənəvi inkişafında müəyyən dəyişikliklər baş verir, zamanın tələblərinə cavab verən fəlsəfə dinə çevrilir, xristianlıq həmin prosesdə körpü rolunu oynayır.

Milet məktəbi.

Qədim Yunan fəlsəfəsi Yunanıstanın özündə deyil, Kiçik Asiyanın Qərb sahilindəki İyoniya şəhərində meydana gəlmişdir. Ticarət yolları üzərində yerləşən bu şəhər inkişaf etmişdi. Onlardan biri də Miler idi. Anaksimandır və Anaksimen ilə birgə Fales fəlsəfi baxışları sistemini yaratmışdılar.


  1. ilk başlanğıc axtarışı.

  2. Ilk başlanğıc monistik xarektərdədir.

  3. O ilkin maddidir.

  4. O canlıdır.

Bir sözlə dünyanın başlanğıcı haqqında ilk təlimi Fales yaratmışdır.

Anaksimandır ilk başlanğıcı apeyron- qeyri-müəyyən bir şey hesab edmişdir. Ona görə günəşin dairəsi yerdən 28 dəfə, ayın dairəsi isə yerdən 19 dəfə böyükdür.

Anaksimen ilk başlanğıc kimi havanı götürmüşdür. Havanı Allah deyil hava ilahələri yaratmışdır.

Eleya məktəbi.

Bu məktəbin nümayəndələri-Parmenind, Ksenefon və Zenondur. Ksenefon 25 yaşından 92 yaşına kimi sərgərdan həyat yaşamışdır. Fəlsəfə tarixində ilk olaraq söyləmişdir ki, bütün Allahlar insan təxəyyülünün məhsuludur.

Parmenind fəlsəfi dünya görüşünə “ Təbiət haqqında poema” da əks etdirib. Əsər “Həqiqətin yolu” və “ Mülahizənin yolu” adlı iki hissədən ibarətdir.

Bu məktəbin digər nümayəndəsi Zenondur. Aristotel zenona yüksək qiymət varmiş, onun paradokslarını xüsusi qeyd etmişdir.



  1. Hərəkət edən cisim nə olduğu yerdə hərəkət edir, nə də olmadığı, çünki yerdəyişən cisim məsafəni axıra kimigetməzdən əvvəl yarısını getmişdir.

  2. Axill tısbağata çata bilməz, çünki təqib edən əvvəlcə təqib edilənin olduğu yerə çatmalıdır, çünki o çatana kimi qaçan daim müəyyən məsafə qət edəcək.

  3. Uçan ox tərpənməzdir., çünki zaman ayrı-ayrı indilərdən ibarətdir.

Afonizm, Sofizm, Pifaqor məktəbi.
Antik fəlsəfənin sonrakı mərhələləri; 1)elektizm, 2) spektizm və sofizm üçün zəmin rolu oynayan qneseoloji problemlərinin meydana gəlməsi. Bilik, qaydalarını izah edən Soveratın fəlsəfəsi. 3) atomostlər tərəfindən təqdim edilmiş varlıqla olunmuş sintezi atomizm müxtəlif formalarında ifadə olunub. A tomizm Enpedokl və Anaksaqorinin mexanizmdən inkişaf edib. Atomizm əsas etibarilə Demokrat tərəfindən təmsil olunub. Demokrata görə ruh özü atomlardan ibarıtdir.

Sofist müdrik sözünü ifadə edir. Yüksək səviyyəli adamları o zaman velə adlandırmışlar. Ilk sofistlər özlərini nəinki müdriklik müəllimləri, həmçinin xeyirxah adamlar kimi təqdim edirdilər. Sofistlər ritorikaya üstünlük verirdilər. Fəlsəfənin inkişafında sofistlər mühüm rol oynamışlar. Onlar biliyə marağı artırmışlar. Nəticədə fəlsəfədə yeni dövr başlanmışdır. Bu dövrdə fəlsəfə biliyə əsaslanır. Dövr Sokratla başlayır, Aristotellə bitir.



Sokrat özünü müdrik yox, müdrikliyə məhəbbət bəsləyən adlandırmışdır. Ona qədərki dövr natura fəlsəfə adlanır. O antik fəlsəfənin ikinci dövrünün banisi hesab olunur. O öz metodunu maevtika-mamalıq sənəti adlandırıb. Onun ardıcılları olan ikinci məktəb kiçik etik məktəbdir. Məktəb antisfen tərəfindən Afinada yaranıb. Məktəb Sokratın ölümündən sonra 150 il mövcud olmuşdur. Sonra isə Stoiklər məktəbində ərimişdir. Siniklərdən biri də Diogen olmuşdur. Onun var-dövləti bir plaş, bir torba və böyükvir ağacdan ibarət olmuşdur. Əvvəllər onun dilənmək üçün və su içmək üçün bir qabi varmış, ancaq uşağın ovucu ilə su içdiyini görəndə qabı tullayır. Diogen senizmə xor baxanlara nifrət etmişdir

Renessans mədəniyyətində İtaliyanın rolu.

İntibah və ya Renesans (fr. Renaissance, ital. Rinascimento - "Yenidən doğulma") — Avropa mədəniyyəti tarixində, Orta əsr və Yeni dövr mədəniyyətləri arasındakı bir mərhələ olaraq Qərbi və Mərkəzi Avropanı XIV əsrin əvvəlləri – XVI əsrin sonları çərçivəsində əhatə etmişdiir. İntibah dövrü antik mədəniyyət ənənələrinin yenidən canlandiği və misilsiz bir vüsətlə inkişaf etdiyi tarixi mərhələ idi. İntibah dövrünün incəsənəti proqressiv ideyalarin,insanpərvərliyin yayılmasına xidmət etmişdir. Bu incəsənət hər şeydən əvvəl insan zəkasına böyük inam bəsləməklə, yeni humanist əxlaqı, insanin dünyəvi səadətini hər şeydən yüksək tutmuşdur. Onun diqqət mərkəzində əməlləri ilə cəmiyyəti irəli aparan canlı insan surəti durmuşdur. Renessans dövrü incəsənətində hərtərəfli inkişaf etmiş, həm mənəvi, həm də cismani nöqteyi –nəzərdən ğözəl və qəhrəman insan idealı tərənnüm olunur. İnsanın zəkası və qüvvəsi, onun ğözəlliyi Renessans incəsənətinin əsas məzmununu təşkil edir. İntibah (söz) termini hələ italyan humanistləri (məs. Corcio Vazari) işlətsələr də, özünün indiki müasir mənasında XIX əsr fransız tarixçisi Jül Mişle tərəfindən istifadəyə daxil edilmişdir. Adam Mets qeyd edir ki, Avropa İntibah Dövrü anlayışı ilə birgə Müsəlman İntibah Dövrü anlayışı da istifadə olunmalıdır. Alimin qeydinə görə Müsəlman İntibah Dövrü X-XII əsrləri əhatə edərək Avropa İntibahına zəmin yaratmışdır. İddia edilir ki, İntibah üçün katalizator rolunu Qərbdə çoxdan unudulmuş lakin, Bizansda, İslam dünyasında və bəzi kilsə kitabxanalarında qorunub saxlanan qədim yazılı mənbələrin yenidən "kəşf edilməsi" və yunan, ərəb dillərində olan kitabların latın dilinə tərcüməsi olunmaşıdır. Yunan və ərəb elmi bilikləri yalnız İspaniyadan deyil, həm də birbaşa yunan və ərəb dünyası ilə əlaqələr nəticəsində mənimsənilirdi. Yaxın Şərqdə riyaziyyat elmi sahəsində yüksək inkişafa nail olunmuşdu və bu riyazi biliklər XIII əsrdə Xaç yürüşlərinin iştirakçıları tərəfindən Avropaya gətirildi. Bizans İmperiyasının 1204-cü ildə səlibçilər və 1453-cü ildə Osmanlı dövləti tərəfindən işğalı, burada yerləşən universitetlərin bağlanmasına və yunan alimlərinin İtaliyaya və digər ölkələrə qaçmalarına səbəb oldu. Bu alimlər klassik yunan sivilizasiyasının biliklərini və yazılı mənbələrini də özləri ilə aparırdılar. Bu günədək gəlib çatan klassik yunan ədəbiyyatı və Roma hüququ nümunələri məhz Bizans vasitəsilə mümkün olmuşdur İnntibah dövrünün fərqləndirici xüsusiyyəti mədəniyyətin kübar xarakter alması və insanı ön plana çıxarmasıdır. Antik mədəniyyətə maraq yaranır, sanki onun "yenidən doğulması", "dirçəlişi" baş verir. Elə burdan da "dirçəliş" termini yaranıb. Daha dəqiq, İntibah - yenidən doğulan klassik yunan və Roma dəyərlərinin elmə, incəsənətə, cəmiyyətə, hakim dairələrə və insanların Orta əsrlərdə mənsub olduqları sosial təbəqələrdən qoparaq müstəqil fərdlərə çevrilmələrinə göstərdiyi təsirlə müşayiət olunan bir proses idi. İrəli sürülən versiyalardan birinə görə Florensiyanın və Avropanın digər ölkələrinin əhalinin kəskin şəkildə azalması ilə nəticələnən və "Qara ölüm" adlandırılan dəhşətli taun xəstəliyinə düçar olması XIV əsr İtaliyasında insanların dünyaya baxışlarının dəyişməsinə səbəb oldu. İnsanlar dini dünya görüşünün əksinə olaraq Yerdəki həyata, ruhlar dünyası və ölümdənsonrakı həyatdan daha çox qiymət verməyə başladılar. Eyni zamanda iddia edilir ki, "Qara ölüm" dini mövzudakı sənət əsərlərinin yaradılmasının maliyyələşdirilməsinə də səbəb olub. Lakin bunlar heç də İntibahın nə üçün İtaliyada yarandığını tam mənada izah etmir. "Qara ölüm bürümüşdü. Ola bilsin İntibahın ilk olaraq İtaliyada baş verməsi yuxarıda sadalanan səbəblərin qarşılıqlı təsirinin nəticəsidir". İntibah mədəniyyətinin ilk vətəni İtaliya olmuşdur. Yeni yaranmış hərəkatın inkişafı üçün əlverişli siyasi-iqtisadi şərait Qərbi Avropanın başqa ölkələrinə nisbətən bu ölkədə daha tez əmələ ğəlmişdi. İntibah incəsənətinin ilk inkişaf dövrü Protorenessans Florensiya məktəbinin adı ilə bağlıdır. Protorenessans dövrü sənətkarları orta əsrlər incəsənətinə xas bədii üslub xüsusiyyətlərindən uzaqlaşaraq antik dövrün bədii ənənələrini canlandırmağa meyl ğöstərmişlər Bir çox tarixçilər hesab edirlər ki, İntibah dövrü üçün səciyyəvi olan ideyalar öz başlanğıcını XIII əsrin sonlarında Dante Aligyeri (1265-1321), Françesko Petrarkanın (1304-1374) və Covanni Bokaççonun (1313—1375) yazılarından, Cotto di Bondonenin (1267-1337) rəsmlərindən götürür. Lakin, hələ də İntibahın nə üçün məhz İtaliyada və məhz həmin dövrdə başlaması sualı öz cavabını tapmayıb. Bunu izah etmək üçün müxtəlif versiyalar irəli sürülür. İddia edilir ki, İntibah üçün katalizator rolunu Qərbdə çoxdan unudulmuş lakin, Bizansda, İslam dünyasında və bəzi kilsə kitabxanalarında qorunub saxlanan qədim yazılı mənbələrin yenidən "kəşf edilməsi" və yunan, ərəb dillərində olan kitabların latın dilinə tərcüməsi oynamışdır. Yunan və ərəb elmi bilikləri yalnız İspaniyadan deyil, həm də birbaşa yunan və ərəb dünyası ilə əlaqələr nəticəsində mənimsənilirdi. Yaxın Şərqdə riyaziyyat elmi sahəsində yüksək inkişafa nail olunmuşdu və bu riyazi biliklər XIII əsrdə Xaç yürüşlərinin iştirakçıları tərəfindən Avropaya gətirildi. Bizans İmperiyasının 1204-cü ildə səlibçilər və 1453-cü ildə Osmanlı dövləti tərəfindən işğalı, burada yerləşən universitetlərin bağlanmasına və yunan alimlərinin İtaliyaya və digər ölkələrə qaçmalarına səbəb oldu. Bu alimlər klassik yunan sivilizasiyasının biliklərini və yazılı mənbələrini də özləri ilə aparırdılar. Bu günədək gəlib çatan klassik yunan ədəbiyyatı və Roma hüququ nümunələri məhz Bizans vasitəsilə mümkün olmuşdur. İntibah İtaliyada meydana gəlmişdir. Yeni yaranmış hərəkatın inkişafı üçün əlverişli siyasi-iqtisadi şərait Qərbi Avropanın başqa ölkələrinə nisbətən bu ölkədə daha tez əmələ ğəlmişdi. Beləliklə, Florensiya,Venesiya, Roma, Milan və başqa şəhərlər Renessans mədəniyyətinin ən qaynar mərkəzlərinə çevrilir. Orada hələ XIII-XIV əsrlərdə (Pizano, Cotto (şək.1, 2, 9), Orkanya və s. ailəsinin fəaliyyətində) ilk əlamətləri nəzərə çarpırdı, lakin ancaq XV əsrin XX illərinə İntibah tam bərqərar oldu. XV əsrin axırlarına o özünün ən yüksək çiçəklənmə mərhələsinə çatdı. XVI əsrdə İntibah ideyalarının böhranı yetişir ki, bunun da nəticəsi kimi maryenizm və borokko meydana gəlir. Renessans təxminən üç əsrlik dövrü (XIII əsrın ortalarından XV əsrin ortalarınadək) əhatə edir. İtaliya incəsənətinin müxtəlif əsrlərinin müvafiq rəqəmlərdən düzəldilmiş öz adları var. Məs.: 1200-cü illər — Duçento (italyanca ikiyüz). Beynəlxalq qotika. 1300-cü illər —Treçento (ital. üçyüz). Protorenesans. 1400-cü.— Kvatroçento (ital. Dördyüz). Erkən İntibah, Yüksək İntibah. 1500-cü — Çinkveçenço (ital. Beşyüz). Yüksək İntibahın sonu. Gec (Son) İntibah. Protorenesans ustalarının yaratdıqı münbit şərait zəminində yaranan İtaliya İntibahı öz inkişafı yolunda bir neşə fazadan (Erkən, Yüksək, Son) keçmişdir. İtaliya İntibahını 4 mərhələyə bölürlər: 1) Protorenesans (XIII əsrin 2-ci yarısı – XV əsrin əvvəlləri, Treçento) 2). Erkən İntibah (XV əsr, Kvattroçento) 3). Yüksək İntibah (XVI əsrin ilk 30 ili, Qızıl Dövr) 4). Son və ya Gec İntibah (XVI əsrin 30-90-cı illəri, Çinkveçenço). İntibah incəsənətinin ilk qaranquşları XİV əsrdə İtaliyada meydana gəldilər. Bu dövrün Pyetro Kavallini (1259-1344), Simone Martini (1284—1344) və ən başlıcası Cotto (1267—1337) kimi rəssamları, ənənəvi dini mövzuda əsərlər yaradarkən beynəlxalq qotika ənənəsinə söykənsələr də, həcmi kompozisiyaların qurulması, arxa planda peyzajın istifadə edilməsi kimi yeni bədii üslublardan, priyomlardan istifadə etməyə başladılar ki, bu da görünüşlərin, tabloların daha real, canlı etməyə imkan verdi. Bu cəhət onların yaradıcılığını görünüşdə şərtiliklə bol olan əvvəlki ikonoqrafik ənənələrdən kəskin fərqləndirirdi. Onların yaradıcılığını qeyd etməkçün Protorenessans terminindən istifadə edirlər. İntibah incəsənətinin ilk inkişaf dövrü Protorenessans (Proto - qədim yunanca birinci, renessans - fr. Dirçəlmə) Renesansdan əffəlki və Orta Əsrlər dövründən İntibah dövrünə keçid mərhələsi sayılır. Bu termin ilk dəfə isveçrə alimi Y.Burkhard tərəfindən işlənmişdir. Protorenessans dövrü Florensiya məktəbinin adı ilə bağlıdır. Protorenessans dövrü sənətkarları orta əsrlər incəsənətinə xas bədii üslub xüsusiyyətlərindən uzaqlaşaraq antik dövrün bədii ənənələrini canlandırmağa meyl ğöstərmişlər. Bu cəhətdən intibahın atası – Florensiya məktəbinin ğörkəmli nümayəndəsi boyakar Cotto di Bondonenin yaradıcılığı, sözün əsl mənasında, yeni dövrün ruhunu təmsil edirdi. O, bütün dünya incəsənəti tarixində ən böyük fiqurlardan biridir. Onun ilk dəfə Qərbi Avropa incəsətində dini mövzulu təsvirlərdə şərtilikdən uzaqlaşaraq hadisələri real təsvir etməsi, insan xarakterləri, onların hiss və həyacanları haqqında canlı təsəvvür yaratmaq qabiliyyəti Avropa boyakarlığında köklü bir çevrilişə səbəb olur. Cotto di Bondone və ya sadəcə Cotto təxminən 1267-ci ildə (başqa məlumatlara görə 1276-cı ildə) Florensiya ətrafında Kolle de Vespinyano kəndində kəndli ailəsində anadan olub. Çimabuenin tələbəsi olub. Çimabuenin kiçik çoban Cottonun çöldə qoyun çəkməsini görməsi və onun istedadına heyran olması haqda hekayət artıq ədəbi əfsanəyə çevrilmişdir. 1304-1306-cı illərdə Cotto özünün ən məşhur əsərlərini - Paduya şəhərindəki del Arena kapellasının monumental divar rəsmlərini yaradır. Kapellanın divarlarında üç cərğədə yerləşdirilmiş freskalarda rəssam İsa peyğəmbərin və Müqəddəs Məryəmin həyatından bəhs edən əfsanələrin təsvirlərini verir. Bunlardan "Isanın meyidi üstündə ağlaşma"da iştirakçıların hisslərini, baş vermiş faciəni böyük ustalıqla canlandırması freskanı Cottonun şah əsərlərindən biri edir. Həmin cərğədəki "Iudanın öpüşü "freskası ğərğin və dramatik bir anı:insan xəyanətini əks etdirərək,böyük bəşəri hissiər doğurur və rəmzi məna daşiyir. Cottonun yaradıcılığı İtaliya boyakarlığının sonrakı əsrlərdə inkişafına dərin təsir ğöstərmişdir. Siyena məktəbi çərçivəsin də yaranmış əsərlərdə qotika və Bizans sənətinin təsiri çox ğüclü olmuşdur. Elə buna ğörədir ki, onların boyakarlıq əsərlərində fon əvvəlki kimi saya, çox vaxt qızılı rənğdə, təsvirlər isə dekorativ və kiçildilmiş ölçülərdədir. Siyena məktəbinin ən ğörkəmli nümayəndələri Duçço, Simone Martini və Ambrocco Lorensetti kimi boyakarların yaradicılığı məhz bu keyfiyyətləri ilə fərqlənir. Kvatroçento XV əsr İtaliya incəsənətinin Erkən İntibah dövrünə aid mərhələnin ümumiləşmiş adıdır və İtaliyanı, 1420 – 1500-ci illər çərçivəsində əhatə edir. Kvatroçento mərhələsi dövründə İtaliya Renessans mədəniyyəti, memarlıq, boyakarlıq, heykəltəraşlıq hərtərəfli sürətlə inkişaf etməyə başlayır. Florensiya məktəbi bütün Avropa incəsənətində ən qabaqcıl və böyük mədəniyyət mərkəzinə çevrilir. XV əsrin əvvəllərində Florensiyalı alim və memar Filippo Bruneleski (1377, Florensiya —1446, Florensiya) boyakarlıqda xətti perspektiv qanunlarını qurdu və təsvir etdi. Bu rəssamlara rəsmlərin müstəvi üçölçülü fəza təsvirini almağa imkan verdi. Başqa bir vacib addımin atılması qeyri-dini, sekulyar incəsənətin yaranması oldu. Portret və peyzajlar müstəqil janrlar kimi təsdiq olundu. Hətta dini süjetlər özgə mənada verilirdi — İntibah rəssamları onların personajlarına parlaq fərdi cizgilərə malik və hərəkətlərində insani motivlər olan bir qəhrəman kimi baxmağa başladılar. Heykəltəraşlıq çox geniş yayıldı. Heykəltəraşların yaradıcılığında relyef, büst, heykəl və s. çoxlu formalar inkişaf etdi. Onlar insan bədəninin plastikasının: hisslərin, emosiyaların, bədənin hərəkətinin, çoxplanlı, perspektiv relyeflərdə qəliz səhnələrin təsvirində yeni zirvəyə qalxdılar Florensiya məktəbinin ən böyük nailiyyətlərindən biri də rəssam və heykəltəraşların yaradıcılıqla yanaşı, həndəsə, anatomiya və perspektiv elmlərə həvəs ğöstərib incəsənəti elmi kəşflərlə zənğinləşdirmələridir. İntibah dövrünün ən dahi heykəltəraşlarından biri, individuallaşmış heykəl portretinin əsasını qoymuş Donatelladır (1386 Florensiya — 1466, Florensiya). Florensiya məktəbinin ğörkəmli nümayəndəsi heykəltaraş Donatello yaradıcılığında antik ənənələrdən ustalıqla istifadə edərək heykəltəraşlıq sənətini daha yüksəklərə qaldırmışdır. Onun Qattamelata adlı sərkərdənin atlı heykəli XIII əsrdən etibarən davam edən uzun fasilədən sonra Avropada qoyulmuş ilk atlı heykəl sayılır. Erkən İntibahın ilk nümayəndəsi, Cotto ənənələrini qəbul etmiş, xətti perspektiv prinsiplərindən istifadə edən florensiyalı boyakar Mazaçço sayılır. Mazaçço adlanan Tomazo di Covanni di Simone Kassai (1401–1428), İntibah dövrü dahi İtaliya rəssamlarından biri olub, renessans ənənələrinin əsasıni qoyan, kvatroçento dövrünün boyakarlığının islahatçısı idi. O, 21 dekabr 1401 – ci ildə Valdarno San Covannidə anadan olub. Mazaççonun bioqrafi (katibi), renessans dövrünün rəssamı Corco Vazari (1511–1574) yazırdı ki, Mazaçço ("Yöndəmsiz") ləqəbi ona ətraf həyata diqqətsiz olduğu üçün verilmişdi. Müəllimləri olmasalar da, Brunelleski və Donatello ilə təmasda olması Mazaçço üçün əsl məktəb olub.

Avropa incəsənətində ilk çılpaq insan bədəninin realist təsvirini vermiş Mazaçço "Adəm və Həvvanın cənnətdən qovulması", "Verği" və başqa əsərlərində bir sıra mühüm sənətkarliq problemlərini həll etmişdir.Qərbi Avropa rəssamlığında ilk dəfə o, fiqurlarla mənzərə fiqurlarla memarlıq arasında vəhdət yaratmış, onları sərbəst və təbii halında ğöstərmişdir.


XV əsrin sonrakı inkişafı Florensiyanın, Umbriyanın, Paduyanın, Venesiyanın (F.Lippi, D.Venetsiano, P. dela Francçesko, A.Pallayolo, A. Mantenya, K.Kriveli, S.Botiçelli və b.). XV əsrdə renessans heykəltəraşlığı (L.Qiberti, Donatello, Y. della Kverça, L. Della Robbia, Verokkio və b. Donatello ilk dəfə memarlıqla əlaqəsi olmayan, müstəqil dayanan dairəvi heykəl, ilk dəfə hissiyatlı görünüşü olan çılpaq bədən yaratdı) və memarlığı (F.Brunelleski, L.B.Alberti və b.) da yaranıb, inkişaf etməyə başladı.

Florensiya boyakarlıq məktəbinin ən ğörkəmli nümayəndələrindən Sandro Botiçelli dediyimiz kimi, Lorenso Mediçinin saray rəssamı olmuşdur. Əsl adı Alessandro Mariano di Amedeo Filipepi olsa da Sandro çağrılıb. Florensiyada, dəriçi ailəsində anadan olub. Antonio adlı, amma Botiçelli (çəllək) ləqəbli, qızıl ustası olan böyük qardaşı tərəfindən tərbuyyə alıb. Qardaşının lıqıbi Sandroya da keçib. Fra Filippo Lippinin (1406-ya yax. – 1469) şagirdi olub. Lippi Florensiyadan köçəndən sonra Botiçelli Verokkio emalatxanasına (1467–1468) düzəlir. Onun sənətində dini mövzular, aristokratik meyllər daha üstündür. Saray rəssamı olduğu zaman o, Lorensonun sifarişi ilə bir sıra ğözəl əsərlər, o cümlədən mövzusu italyan poeziyasından ğötürülmüş "Bahar" və "Veneranın doğulması" tablolarını , həmçinin Roma papasının iğamətğahı Vatikanda Sikst kapellasının divar rəsmlərini yaradır.


Botiçellinin 1492-1497-ci illər arasında Dantenin "Ilahi komediya"sına çəkdiyi illüstrasiyalar, onlarda cəhənnəmi təsvir edən səhnələr Renessans dövrü kitab illüstrasiyası sənətinin ən ğözəl nümunələrindən sayılır.

Paduya məktəbinin nümayəndəsi rəssam Andrea Mantenyanı qeyd etmək lazımdır. Mantenya yaradıcı bir şəxsiyyət kimi bir tərəfdən antik sənətin,diğər tərəfdən isə vaxtilə Paduyada işləyən Cotto, Paolo Uçello və Donatellonun, yəni Florensiya boyakarlıq ənənələrinin təsiri altında formalaşmışdı.Mantenya Renessans dövrünün ən mahır ustalarından idi və bunu "Ölmüş İsa peyğəmbər" adlı tablosu parlaq şəkildə subut edir. Paduya hökmdarı Lodoviko Qonzaqanın sarayının tavanında çəkdiyi freskada balkondan əyilib aşağı baxan personajları və yuxaridakı səmanı elə təsvır edib ki, sanki saray divarları ğöylərə ucaldılmışdır. Renessans dövründə ən uzun inkişaf yolu keçmiş məktəb boyakarlıq məktəbidir.



XV əsr Venesiya rəssamlığı üçün Bellini ailəsinin əhəmiyyəti böyük olmuşdur. Yakopo Bellini və onun oğulları Centim və Covanni öz qəhrəmanlarını zənğin və şairanə Venesiya mənzərələrində yerləşdirmiş və beləliklə, Venesiyanın ğündəlik həyat və bayram şənliklərini əsərlərində əbədiləşdirmişlər. Covanni Bellini ğözəl və incə madonna surətləri çəkməkdə böyük şöhrət qazanmışdır. Covanni Bellini Corcone və Tisianin müəllimi olmuşdur.
İntibahın ən yüksək çiçəklənmə dövrü XVİ əsrin birinci yarısına təsadüf edib, "Yüksək İntibah" adını almışdir. Leonardo da Vinçi (1452—1519), Rafael Santi (1483—1520), Mikelancelo Buonarotti (1475—1564), Corcone (1476—1510), Titsian (1477—1576), Antonio Korreconun (1489—1534) işləri Avropa incəsənətinin qızıl fondunu təşkil edirlər. Venesiya məktəbinin sonrakı inkişafı Corconenin adı ilə bağlıdır. Onun yaradıcılığı Renessans incəsənətinin son mərhələsinə təsadüf edir. Corconenin əsərləri insanda incə və lirik hisslər oyadır.Bu isə ona ğörədir ki, onun ən məhşur əsərlərində, məsələn, "Yudif", "Üç filosof", "Tufan" və başqalarında insan və mənzərələr bir-birini tamamlayır və ğözəl bir harmoniya yaradır. Corcone yaradıcığının mərkəzində duran insanla təbiətin ahənğdar vəhdəti onun "Yatmış Venera" tablosunda daha dolğun təcəssüm olunmuşdur. Drezden Qalereyasının qiymətli incilərindən sayılan bu əsər dünya incəsənətində çılpaq qadın bədəninin ən ğözəl nümunələrindən biridir. . Lakin yüksək intibahın ən böyük nailiyyətləri daha çox üç dahi sənətkarın - Leonardo da Vinçi, Mikelancelo Buonarotti və Rafael Santinin adı ilə baglıdır. Onlara " divino", yəni ilahi deyirdilər. Avropa İntibah dövrünün ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı, İtaliya İntibahının rəmzi sayılan "Universal İnsan" tipinin ən parlaq nümayəndəsi Leonardo di ser Pyero da Vinçi (15 Aprel, 1452 - 2 May, 1519) Vinçi şəhərciyində varlı notarius ailəsində dunyaya göz açmışdır. Müasir mənada onun soyadı yox idi; "da Vinçi" sadəcə "(əslən) Vinçi şəhərciyindən olan" deməkdir. Gənc yaşlarında Florensiyaya gəlib və Verokkyonun şagirdi olub. Hələ gənc yaşlarında o, Sənətdə işləmək usulu və texnikaya yenilik gətirib, novatorluq roluna qədəm qoyur. O Milan hersokunun atası Françesko Sfortsanın böyuk ölçülü atlı heykəli üzərində on ildən artıq işləmişdir. Təssüf ki, 1500 cü ildə fransız əsgərləri sarayı ələ keçirdikləri zamanı heykəlin bürünc tökülməsi üçun gil modeli dağıdılmışdır. Milan dpvründə o həmçinin "Madonna qayalar adasında" tablosunu yaradır. Üçbücaq formasında qurulmuş kompozisiyada qaranlıq fon uzərində içıqlandrılmış fiqurlar olduqca təbbi və canlı göstərilmişdir. Bu və digər boyakarlıq əsərlərində Leonardo yeni bir bədii usul- "Sfumato"nu yaratmışdır ki, burada işıq və kölgənin incə çalarları insan fiqürünü bürüyür onları canlandırır. 1495-97 ci illərdə o Milandakı Santa- Mariya della Qratsiye monastrnın divar rəsmlərini o, cümlədən "Məxfi axşam" freskasını yaratmışdır. Bu dini rəvayətin təsvirində rəssam obrazların hiss və həyəcanlarını böyük ustalıqla vermişdir; uzun masa arxasında oturmuş İsanın ittiham sözləri şagirdlərini təşvişə salmışdır bu sözləri onlar qorxu qəzəb,həyəcan təcüb hissi ilə qarşılayırlar. Əsərin əsas məzmunu xəyanətin ifasıdır. Onun bir çox əsərləri kimi, "Andiari yaxınlıgında döyüş" monumental kompozisiyası hazırlıq rəsmi, karton üzərində kömürlə rəsm şəklində qalır.

1503-cü ildə yaradılmış "Mona Liza" ("Cokonda", ital. La Gioconda, fr. La Joconde, tam adı - Liza Cokondo xanımın portreti), ümumumiyyətlə, dünya incəsənəti tarixində ən yaxşı əsərlərdən biri olaraq Avropa boyakarlıgının ən gözəl, şah əsəri sayılır. Luvr muzeyində saxlanılan bu əsər Florensiyalı ipək taciri Françesko del Cokondonun xanımı Liza Qerardininin portreti sayılır. Cokondanın "ilahi" təbəssümü indiyə kimi tamaşaçıları valeh edir. Qeyd etmək lazımdır ki, bu əsərin qiyməti durmadan artır və bu gün o satılmasa da belə 1 milyard dollara qiymətləndirilməklə dünyanın ən bahalı incəsənət əsəri sayılır.


Mikelancelo Buonaroti 6 mart 1475-ci ildə Kaprezidə, Toskana florensiyalıların ailəsində anadan olub. Onun atası şəhər sşurasının yüksəkrütbəli üzvü olub. Ailəsinin Florensiyaya köçməsindən sonra 1488-də Mikelancelo Qirlandayo qardaşlarının şagirdi olur. Burada o, əsas materiallar və texnikalar ilə tanış olandan sonra, Cotto və Mazaççonun əsərlərinin qələm (karandaş) surətlərini çıxarır. Artıq bu surətlərdə Mikelancelo üçün xarakterik olan formaların heykəltəraş izahını görmək olurdu. Mikelancelonun istedadını görüb Lorentso Mediçi, kardinal R.Riario, Roma Papaları II Yuliy və III Pavel ona himayədarlıq ediblər. Mikelancelo Buonarroti intibah dövrünün bir çox dahiləri kimi, incəsənətin muxtəlif sahələrində - heykəltəraşlıqda, boyakarliqda, rəsm və memarlıqda, həmçinin şeriyyət sənətində geniş fəaliyyət göstərmişdir. Mikelancelo nəinki Renessans incəsənətinə, hətta bütün sonrakı dünya mədəniyyətində də dərin bir iz qoymuşdur. O yalnız 2 şəhərdə - Roma və Florensiyada işləmişdir. Florensiyada o, Yüksək İntibahın ölməz nümunəsini - Davudun heykəlini yaratmışdır (1501—1504). Artıq neçə əsrlərdi ki, bu heykəl insan bədəninin görünüşünün etalonu olsayılır. Bundan əlavə, o Romada "Pyeta" heykəllər kompozisiyasını, Romada "Musa" heykəli, Roma Papasının İqamətgahı Siks Kopellasının tağlarını işləmələri, freskaları, "Adəmin yaradılması" əsəri onun şedevrləridir. Mikelancelo 1564-də Romada vəfat edib, Florensiyada, Santa kroçe kilsəsində dəfn olunub. Ölümündən qabaq özünəməxsus lakonikliklə vəsiyyət yazdırıb: Canımı Allaha, bədənimi torpağa, əmlakımı qohumlarıma tapşırıram".
Bu dövrdə yaratdıgı əsərlərdən "Kentavrların döyüşü" qabqartmasında obrazların qəhrəmanlıq əzmi və dramatik xarakteri gələcək ustanın yaradıcılıq üslubundan xəbər verir. O, Romaya gedir və orada məşhur "Pyeta" heykəllər qrupunu yaradır. 1501-ci ildə Mikelancelo Florensiyaya qayıdır, qəddar Mediçi sülaləsinin sonu və vətəndaşların qabibiyyəti münasibətilə "Davud" heykəlı üzərində işiəyir. Bunlardan "Üsyan etmiş qul", "Canverən qul", "Musa peygəmbər" Mikelancelonun ən gözəl əsərlərindəndir. Sənətkar 1508 – 1512-ci illərdə Romada Vatikanda Sikst kapellasının tavanında özünün ən məhşur boyakarlıq əsərini çəkir. Rəssam dörd il ərzində 600 kv. metrə yaxın sahəni yenidən 18 m hündürlüyündə çox agır şəraitdə - uzanmış vəziyyətdə işləmişdir. Tavanın mərkəzində doqquz düzbucaq lövhə, ətrafınada isə 20 - yə qədər çılpaq gənc fiquru, həmçinin peygəmbərlər və qadın - kahinlər, "sivillalar" yerləşdirilmişdir. Bu freskalarda İsa peygəmbərin dogulmasına qədər bəşər tarixində baş vermiş ən böyük hadisələr təsvir edilmişdir: "İşıgın zülmətdən ayrılması", "Torpagın sudan ayrılması", "Həvvanın yaradılması", "Nuhun qurbanı" və başqalarInda böyük məharətlə 343 insan fiquru çəkilmişdir. Rafael də "ilahi" adını daşıyır. O, cəmi 37 il yaşamış və öz dühası ilə bir ulduztək parlamışdır. Rafael Santi 28 mart 1483-ci ildə Urbinoda, boyakar Covanni Santinin ailəsində anadan olmuşdur. Cavan vaxtından P.Perucinonun emalatxanasına düşmüşdür. Rafael həm dini mövzularda, həm monumental divar rəsmləri sahəsində, həm də portret janrında bir sıra gözəl sənət əsərləri yaratmışdır. Vatikanda papanın yaşadıgı binada böyük divar rəsmləri yaradır.O, bu binaın zallarında ilahiyyata "Disputa" freskası, fəlsəfəyə "Afina məktəbi" freskası, huquqa "Müdriklik, tədbir və quvvət" həsr olunmuş və eləcə də poeziyanı ("Parnas") vəsf edən əsərlər çəkir. Rafael mindən artıq madonna surəti yaratmışdır. "Madonna yaşıllıqlar arasında", "Madonna bagçada", "Madonna quş ilə", "Madonna della sedia" və başqalarında rəssam övladını əzizləyən Məryəmi təsvir edərkən, yuksək insani hissləri, saf ana məhəbbətini tərənnüm etmişdir. Rafaelin ən məşhur əsərlərindən biri Drezden Qalereyasında qorunub saxlanan incilərdən "Sikst madonnası" tablosudur. Bu əsər Rafaelin insan gözəlliyini və ana məhəbbətini ideal bir surətdə əks etdirmək axtarışlarını yekunlaşdırır. Kompozisiyanın mərkəzində buludlar arasıda körpəsini qucagında tutmuş gənc Məryəm, onun ətrafında səcdə edən papa Vİ Sikst və müqəddəs Varvara, aşagıda izə iki mələk təsvir edilmişdir. Məryəm bagrına basdıgı əziz körpəsini sanki insan səadəti naminə qurban verməyə hazırdır. Rafael gözəllik və məhəbbət rəssamı olmuşdur. Onun yaratdıgı obrazların cismani və mənəvi gözəlliyi, bədii təsvir vasitələrinin dilinin sadəliyi və aydınlıgı indiyə kimi pərəstişkarlarını valeh edir. Rafael 1520-ci ildə Romada vəfat edib, Panteonda dəfn olunub. Venesiya məktəbinin dünya şöhrətli nümayəndəsi Tisian Veçellidir. O, təqribən 1488/1490-da Pyevo-di-Kadoredə, Belluno anadan olub. 10 yaşında Venesiyaya gəlib. C.Bellininin (1430, Venesiya – 1516 Venesiya) emalatxanasına qəbul olunub. Sonradan məhşurlaşan C. De Kastelfranko (Corcone) (1476\77, Venesiya – 1510, Venesiya) və L.Lotto (1480, Venesiya-1556, Venesiya) ilə oxuyub. O, eyni məharətlə həm mifoloji, dini və tarixi mövzularda, həm dərin psixoloji portret janrinda, həm də monumental divar boyakarliği sahəsində çalışmışdır. Rəssam öz fərdi üslubunu təxminən 1520-ci illərdə tapır və çox keçmir ki , zəmanəsinin ən böyük kolorit ustası kimi şöhrət tapır. İmperator V Karl onu yanına çağırıb, himayədarlıq edib. Titsian əsrinin ən böyük portret ustalarından olmuş və müasırlərinin ğeniş portret qalereyasını ğələcək nəsillərə yadigar qoymuşdur. Onun bu gün Sankt-Peterburqun Ermitaj muzeyində saxlanılan "Tövbə edən Maqdalina", "Müqəddəs Sebastyan", "Isanın başına tikandan tac qoyulması", " Isanın meyidi üzərində aglaşma" kimi əsərləri Avropa boyakarlıgı tarixinin qızıl səhifələridir. Venesiya boyakarlıgının intibah dövrünün son və parlaq iki rəssamı: Veroneze və Tintoretto təmsil edir. Veroneze öz əsərlərində Venesiya Respublikasını, onun əzəmətini, hərbi qələbələrini tərənnüm edirdi ("Venesiyanın zəfəri" əsərində oldugu kimi). Tintorettonun əsərlərindəki həyəcan, narahatlıq hissi, faciəvi notlar daha çox XVII əsrin üslubu sayılan "barokko" ya yaxınlaşdırdı. Bu cəhət onun "Müqqəddəs Markın möcüzəsi", "Gizli Şam yeməyi", "Müqəddəs Məryəm" və "Misirə qəçış " kimi "kimi əsərlərində daha qabarıqdır. 1495-ci ildə Tintoretto "Gizli Şam yeməyi"ni həyəcanlı səhər işılanması altında bir məxvi toplantı kimi təsvir etmişdi. Son (Gec) İntibah dövrü İtaliyanı 1530-1590-cı illərdə əhatə edir. İntibah incəsənətinin son nümayəndələrindən olan Benvenuto Çellini həm heykəltəraş, həm zərgər, həm də yazıçı olmuşdur. O, ömrünün beş ilini Fransa kralı İ Fransuanın sarayında keçırmiş, kralın sifarişi ilə çoxlu bədii zərgərlik əsərləri, o cümlədən İ Fransuanın məşhur qızıl duzqabısını düzəltmişdir. Onun "Persey " adlı əsəri böyük şöhrət qazanmışdır. O öz tərcümeyi-halını gözəl məcara romanı şəklində yazmış və bu əsərdə İtaliyaliyada yüksək intibah dövrünün həyatı parlaq şəkildə canlandırılmışdır. Bu zamanın incəsənəti o qədəer müxtəlifdir ki, onları şərti bir araya gətirmək olur Britaniya ensiklopediyası yazır ki, "İntibah, bir bütöv tarixi dövr kimi 1527-ci ildə Romanın süqutundan sonra bitdi". Cənubi İtaliyada insan bədəninin tərənnümü və antik idealların dirçəlməsi kimi renessans ideologiyasının əsas məqamları da daxil olmaqla, hər bir azad fikirə qorxu ilə baxan Kontrreformasiya dirçəldi. Dünya görünüşündəki bu ziddiytlər və krizisin ümumiyyələ hiss olunması Florensiyada manyerizmə — qırıq xətlərin və qondarma rənglərin "əsəbi" incəsənətinə gətirib çıxartdı. Parmaya, manyerizm ancaq Korreconun vəfatından sonra gəldi. Venetsiya incəsənət ənənələrinin də özünəməxsus məntiqi var idi; 1570-ci illərə qədər orada, Florensiya və Roma incəsənətindəki böhran hadisələrinə aidiyyəti olmayan Titsian və Palladio işləyirdi. Hətta Rafaelin son iılərində yeni bədii xətt - maryenizm hiss olunur. Maryenizmin ilk ustaları Paramicano, Pontormo, Bronzino - Florensiyada hersoq Mediçinin evinin sarayında yaşayıb yaradırdılar. Sonralar maryenizm bütün İtaliyaya yayıldı. İncəsənətdə maryenizmin etalonu Parmicaninonun "Uzun boyunlu Madonna" (1535) əsəridir. XVİ əsrin ortalarından başlayaraq İtaliyada intibah mədəniyyəti tədricən süquta ugrayır. Lakin onun təsiri Avropanın başqa ölkələrinə keçir və hər bir ölkənin ictimai- siyasi şəraitinə uygun yollarla inkişaf edir. 1590-cı illərdə maryenizmi barokko incəsənəti əvəz etdi.

Bəhmənyar Azərbaycani

( 993 – 1066 )
Orta əsrlərdə Azərbaycanda Yaxın və Orta Şərqdə yaxşı tanınmış, demək olar ki, dünya şöhrəti qazanmış bir çox filosof mütəfəkkirlər yetişmişdir. Onların işərisində Bəhmənyar Azərbaycani ( Əbulhəsən Bəhmənyar İbn Mərzban ) daha məşhurdur. Mənbələrin çoxunda o, zərdüştlük dini əqidəsinə malik azərbaycanlı peripatetik filosof adlandırılır. Bəzi müəlliflər isə onun sonralar islam dinini qəbul etdiyini qeyd edirlər. Onun hansı şəhər və ya bölgədə anadan olması haqda dəqiq məlumat yoxdur. Şamaxıda doğulduğu ehtimalı da vardır. Mükəmməl təhsil almış İbn Sinanın şagirdi və davamçısı olmuşdur. Onun İbn Sinaya yazdığı fəlsəfi məktubları məşhur idi. Həmin məktublardan bəzilərinin əlyazması Daşkənddə və Sank Peterburqda saxlanılır. İbn Sina qeyri adi istedadı və çalışqanlığına görə şagirdi Bəhmənyarı çox sevmişdi. İbn Sina deyirdi ki, “ O mənə oğuldan da artıq istəklidir ” Fələfə elminin bütün sahələrinə və problemlərinə dair Bəhmənyarın əsərləri və özünəməxsus ideyaları vardır. Bu ideyalar onun “Təhsil kitabı” , “Məntiqə dair zinət” , “Gözəllik və səadət kitabı” , “ Musiqi kitabı” , “ Metofizika” , “ Mövcudatın mərhələləri” və sair əsərlərdə öz əksini tapıb. “Təhsil kitabı” məzmun dərinliyi ilə xüsusilə fərqlənir. Bu əsərlərin çoxu dünyanın bir sıra dillərində çap olunub.

Peripatetizm mövqeyindən çıxış edən Bəhmənyara görə hər şeyin əsasını ən ümumi mənada götürülən varlıq təşkil edir. Varlıq isə mühüm və vacib olmaqla iki yerə ayrılır. Bəhmənyara görə vacib varlıq mütləqdir. Mümkün varlıq isə qeyri-mövcuddur. və ya mövcudluğu ancaq fərz edilir, o səsbəb deyil nəticədir. Bütün mövcud şeylər mümkün varlıq anlayışına aid edilir. Fəal əqllər. Göy cisimləri, planetlər, dörd ünsür və onların birləşmələri, bitklər, minerallar. heyvanlar, insanlar v.s də mümkün varlıq ünsürləridir. Vacib və mümkün varlıq arasındakı qarşılıqlı münasibətlər ilk səbəb və nəticənin nisbəti kimi nəzərdən keşirilir. Vacib varlığa ilk səbəb müəyyənedici kimi baxılır, lakin hər iki varlıq zamanca vəhdətdə götürülür. İlk səsbəb zamanca çox əvvələrə aid edilir. Bəhmənyarda ilk səbəb mənəvi, ideal başlanğıc kimigötürülərək idealistcəsinə həll olunur.

Bəhmənyarın “Fəlsəfi kateqoriyalar”, “idrak nəzəriyyəsi” haqqında bir çox ideyalarının bir çox müasir əhəmiyyəti vardır. Onun səbəb nə nəticələrin vıhdətdə, eyni zaman daxilində mövcudluğu ideyası hakim müsəlman ilahiyyatçılarının ciddi etirazına səbəb olmuşdu. Çünki Bəhənyar səbəbin hökmən nəticədən zamanca əvvəl gəlməsi ideyasını qıbul etmirdi. Bəhmənyara görə varlığln mövcudluğunun əsas şərti hərəkat, zaman və məkan vəhdətdədir, onların bir-birindən ayrılmazlığıdır. Bəhmənyar məntiq və idrak problemlərinə dair zəngin fəlsəfi irs qoyub gedib. O, idrakı məntiqi və hissi olmaqla iki mərhələyə bölünməsi, onların məntiqi əlaqələndirilməsi, nəhdəti haqqında terminlər söyləmiş, duyğulara zamanın mənbəyi kimi baxmışdır. O əqli nəticələrin, hətta ilk səbəb və nəticə münasibətlərinin məntiqi mühakimələr yolu ilə sübut olunması zəruliyini qeyd etmişdi. Bəhmənyar məntiqə, xüsusilə anlayış, mühakimə hökm, və başqa natiq anlayışlara dair problemlər haqqında indi də əhəmiyyətin saxlayan ideyalar vermişdir. Onun fikrincə idrakın iki mənbəyi var; hissi təcrübə və əqli təfəkkür. İdrakda hər iki mənbə vəhdət halında götürülməlidir.

Bəhmənyar məntiq idrakının yolunu üç mərhələdən keçdiyini göstərir.1) insanda anadangəlmə potensial zəka, 2) həmin potensial imkandan ilkin idrak şəklində fəal əqli fəaliyyətlərə keçilməsi, 3) xilas təfəkkür, əqli nəticələr.

Bəhmənyara görə insanın qəlbi, ruhu qeyri-maddidir, bədən və ətraf aləmi dərk etməyə və idarəetməyə imkan verir. “Zəkalı ruh” fikrini əsaslandıraraq onları nəzəri idrak nəzəriyyəsi kimi baxır. Bütün bu cəhətlərə görə Bəhmənyar tarixdə əsasən məntiqçi filosof kimi tanınmışdır.

Fəlsəfədə insan problemi.
İnsan problemi fəlsəfəni həmişə maraqlandırıb. Hegələqədərki klassik fəlsəfə insanı rasional, nizamlanmış, qanunauyğun bir sistem kimi təsəvvür edir. Bu sistemin hissləri harmonik şəkildə yerləşmişdir, tamın özünü isə praktiki zəkanın kömməyi ilə obyektiv dərk etmək mümkündür. Din insanı özünəməxsus şəkildə izah edirdi. Marksizm insanı onun yerləşdirildiyi cəmiyyətin iqtisadi, sosial və mədəni şəraiti ilə müəyyən olunan ictimai varlıq kimi şərh edirdi. İlk növbədə Kyerkeqa, Şopenhauer və Nitşsenin təlimilə təmsil olunmuş qeyri-klassik fəlsəfə əsas diqqəti insanın daxili aləminin varlığına və qapalığına, fərdin öz mövcudluğunun və taleyinin bənzərsizliyinin psixoloji cəhətdən dərkinə cəlb edirdi. Əvvəllər psixologiya və dində işlədilən “ölüm”, “iztirab” və digər kateqoriyalar ilk dəfə olaraq fəlsəfədə işlədilir. Məsələn; Kyerkeqora görə, insan ardıcıl, ziddiyətsiz və sistemləşdirilmi. Şəkildə təsvir edilə bilən varlığa deyilir. Buna görə də insan problemlərini tədqiqi tamamilə sistemsiz olmalıdır ki, bir nöqtədən digərinə keçirməklə predmenti hər tərəfə işiqlandırmaq olsun.

İnsan haqqında elmlərdə inteqrator roluna iddia edən fenomelogiya bədən və ruh problemi ilə maraqlıdır. Məsələn; fenomelogiyanın banisi Qusserlin fikrincə insan bədəni dönərliyi, insanın ruhu dönməzliyi ilə səciyyələnir. Ruhun xasiyyəti onun dəyişməz qalmasının və əvvəllər olduğu vəziyyətə qayıtmasının mümkünsüzlüyüdür. Qusserl insanın maddi ilə mənəvinin, bədənlə ruhun vəhdəti kimi başa düşür. O insanın bütövlükdə mədəniyyət sisteminə nüfuz etmək üçün mümkün ilkün şərt hesab edir.

İnsanın fəlsəfi azadlığının zəminliyini həmişə kəskin dərk etməsi elə seçiləneksiztensiolist Seatr bu azadlığın üç aspektini fərqləndirirdi; insanın metafizik azadlığı onun tam azadlığını dərk etməsi və bu azadlığı məhdudlaşdıran hər şeyə qarşı mübarizə etməli olmasını bildirməkdən ibarətdir. Bədii azadlıq, yəni insanın incəsənət ünsiyyətinin anlayışları və onları da həmin azadlıq atmosferinə cəlb etməsidir. Məzmumlların siyasi və sosial azadlığı.

Posmodernist filosoflar insanın ali dəyərlər axtarışında yeknəsək və birölçünün bezdirici ağuşundan xilas yolları axtarışında qiyam edən varlıq kimi nəzərdən keçirirlər. Onların fikrincə insan mövcud ictimai normaları kimi o halda başa düşə bilər ki, o, daim həmin normalardan uzaqlaşsın.



  1. Fəlsəfənin insan haqqında dolğun konsepsiya yaratmaq üçün bütün bu fasiləsiz cəhətləri ona dəlalət edir ki, fəlsəfə insan haqqında onun dünyada şəxsi, tarixən məxsusi və buna görə də həmişə məhdud vəziyyətini deyil, onun ən ümümi vəziyyətini necə deyerlər növbəti nailiyyətlərini əks etdirən təsəvvür yaratmağa çalışır. İnsan haqqinda fəlsəfi məsəli insanlığının hüdudları haqqında, insanlarının mövcudluğunun tarixi formalarının müxtılifliyinə baxmayaraq, ona bütövlük xarakteri verən məqamlar haqqında məsələdir.


Cəmiyyətin siyasi təşkili, onun sturukturu.
Cəmiyyət-insanların məcmusudur və o, fərdlərin adətlər, norçalar və dəyərlərlə tənzimlənən qabiliyyətlərin, davranışlarının, hərəkətlərinin, əlaqələrinin, münasibətlərinin toplumu kimi yaranır, başqa sözlə desək, cəmiyyət insanlarının ideyalarından, təsəvvürlərindən, dəyərlərindən və intepretasiyalarından asılı olmadan mövcud deyildir. Bəzi filosoflar cəmiyyətə insanların elə birliyi kimi tərif verirlər ki, həmin birliyin bütövlüyü ictimai istehsalla, yəni onların həyatının istehsalına, qorunub saxlanmasına və təkrar istehsalına yönəlmiü birgə fəaliyyətlə təmin edilir. Digər filosofların fikrincə, cəmiyyət homogen mənəvinbirlikdir. İnsan artıq qarşılaşmış cəmiyyətə gəlir və bu cəmiyyətin üzvü kimi müxtəlif fəaliyyət formalarına, başqa insanarla müəyyən münasibətlərə qoşulur. Bununla bərabər, insan üzləşdiyi halları passiv deyil, aktiv şəkildə yaradıcılıqla qəbul edir. Cəmiyyətin inkişafı onun istehsalatda və insanların davranışının idarə edilməsində toplanmış təcrübəni qoruyub saxlamaq və inu gələcək nəsillərə çatdırmaq üsulları tıkmilləşdirmək qabiliyyəti ilə tımin edilir. Təcrübənin transliyasiyasının əm mühüm vasitələri dil, nümunə və başlıcası- onun təmsil etdiyi xalqı mədəni sərvətləridir.

Sinergetika və cəmiyyətin dərk edilməsi. Sinergetika çox böyük ümümi elmi potensiala-müxtəlif, o cümlədən iqtisadi, ekoloji, bioloji, siyasi və başqa mühitlərin təşkilinin tiplərini qabaqcadan söyləmək imkanına malikdir.

Demokratiya problemləri. Demokratik həyat formaları genişlənmədən cəmiyyətin inkişafını təsəvvür ütmək mümkün deyildir. Bu, cəmiyyətin həyatında şəxsiyyət amilinin rolunu artması ilə əlaqədərdir. Demokratiyanın dərinləşməsi və hüquqi dövlət yaradılması o demeldir ki, cəmiyyət şəxsiyyətin hüquq və azadlıqlarının hər hansı qəsblərdən, o cümlədən məmur özbaşnalığından müdafiə edilməsinə zəmanət verir, onlardan istifadə ediləməsi üçün real imkanlar yaradır. Demokratiya, bərabərlik və sosial ədalət fərdilyi bərabərləşdirmir, onların sərbəst təzahür etməsi üçün şərait yaradır. Burada şəxsiyyətin və cəmiyyətin maraqları arasında ziddiyyət yoxdur. Çünki cəmiyyət yaradıcı potensialdır. Fərdiyyətçiliyin və şəxsi azadlığın boğulması cəmiyyəti kazarmaya çevirir.

Ədəbiyyat.

1)Ramiz Mehdiyev “Fəlsəfə” Bakı-2010.


2) Maqsud Fərhadoğlu “ Fəlsəfənin əsasları” Bakı-2002.
3) Ağayar Şükürov “Fəlsəfə” Bakı-2008.
4)Məmmədli Zeynalov “Fəlsəfə tarixi” Bakl-2000.
5)Həmid İmanov “ Fəlsəfənin əsasları” Bakı-2009.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə