Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti




Yüklə 14.78 Kb.
tarix22.04.2016
ölçüsü14.78 Kb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti ________________________________________


İnformasiya iqtisadiyyatı” fənnindən sərbəst iş


Mövzu: İnformasiya iqtisadiyyatında ali fəaliyyətin rolu


Fakültə: Uçot – İqtisad

İxtisas: Mühasibat uçotu və audit

Kurs: II kurs

Qrup: 400

Tələbə: Talıblı Pərviz


_________________________________________

Bakı – 2010


İnformasiya iqtisadiyyatında ali fəaliyyətin rolu



Fridrix LİST (1789−1846) − siyasi iqtisadda alman tarixi məktəbinin nümayəndəsidir. Onun fikrincə, sərvət yaratmaq qabiliyyəti sərvətin özündən çox-çox vacibdir, o, nəinki əldə edilmiş sərvətə sahibliyi və onun artmasını təmin edir, həm də itirilənlərin əvəzini verir. Əgər insan sərvətə, yəni mübadilə dəyərinə sahibdirsə, lakin istehlak etdiyindən daha çox miqdarda qiymətli əşyalar istehsal etməyə qadir deyilsə, o, yoxsullaşacaqdır. Digər tərəfdən, insan yoxsul ola bilər, amma istehlak etdiyindən daha çox miqdarda dəyər istehsal etmək gücündədirsə, o, varlanacaqdır. Bu, ayrı-ayrı şəxslərdən daha çox bütöv millətlərə tətbiq edilə bilər. List millətin sərvət istehsal etmək qabiliyyətini məhsuldar qüvvələr adlandırmışdır.

Cəmiyyət üzvlə­rinin tərbiyə olunduqları və fəaliyyət göstərdikləri sosial mühit məhsuldar qüvvələrin həcminə təsir göstərən amillər sırasında başlıca əhəmiyyətə malik­dir. Listin fikrincə, Adam Smit bu qüvvələrin mahiyyətini o qədər az anlayırdı ki, o, məhkəməyə və hakimiyyətə rəhbərlik edənlərin, təhsili və elmi irəliyə aparanların, incəsənət sahəsində çalışanların və i.a. əqli əməyinin məhsuldar əhəmiyyətini heç yerdə qəbul etmirdi. Əgər o, «dəyər və mübadilə dəyəri» ideyasına üstünlük verməkdənsə «məhsuldar qüvvələr» ideyasının ardınca getsəydi, hökmən belə bir qənaətə gələrdi ki, iqtisadiyyat hadisələrini aydınlaşdırmaq üçün məhsuldar qüvvələrə dair ayrıca nəzəriyyə dəyər nəzəriyyəsi ilə yanaşı qoyulmalıdır. Smit doğru yoldan o qədər kənara çıxmışdı ki, mənəvi qüvvələri sırf maddi münasibətlər baxımından izah etməyə başlamışdı. Klassik siyasi iqtisaddakı cəfəngiyatın və ziddiyyətlərin səbəbi də məhz bundadır. Gənc­liyin tərbiyəsi, ədalət mühakiməsi, ölkənin müdafiəsi və i.a. üçün çəkilən hər cür məsrəflər dəyərlərin məhsuldar qüvvələrin xeyrinə sərf edilməsidir. Xalqların müasir vəziyyəti bizə qədər yaşamış nəsillərin indiyədək toplanmış cürbəcür kəşflərinin, ixtiralarının, yaxşılaşdırmalarının, təkmilləşdirmələrinin və səylərinin nəticəsidir; bütün bunlar bugünkü bəşəriyyətin əqli kapitalını yaradır və ayrılıqda hər bir millət əvvəlki nəsillərin bu mirasını mənimsəməyi və onu öz nailiyyətləri ilə artırmağı nə dərəcədə bəyənmişsə, o dərəcədə məhsuldardır. Klassik məktəb yalnız fiziki əməyi məhsuldar qüvvə saymaqda yanılırdı. Bu məktəbə görə, pasiyentinin həyatını xilas edən həkim istehsalçılar sinfinə aid deyildir, amma əczaçı oğlan bu sinfə aiddir, baxmayaraq ki, onun hazırladığı müba­di­lə dəyərləri və ya həblər cəmi bir neçə dəqiqə mövcud olur, sonra isə tamamilə məhv edilir. Göstərilən ziddiyyət məhsuldar qüvvələr nəzəriyyəsi baxımından həll edilə bilər. Donuzabaxanlar, balalayka və dərman hazırlayanlar, əlbəttə, məhsuldardırlar, lakin gənclərin tərbiyəçiləri və yaşlı insanların müəllimləri, musi­qiçilər, həkimlər, hakimlər və inzibatçılar onlardan müqayisəyə­gəlməz dərəcədə daha məhsuldardırlar. Adları birinci çəkilənlər mübadilə dəyərlərini istehsal edirlər, ikincilər isə məhsuldar qüvvələri yaradırlar; bu sonunculardan biri növbəti nəsli istehsalata hazırlayır, digəri mənəviyyatı inkişaf etdirir, üçüncüsü insan ruhunun nəcibləşməsinə və ucalmasına kömək göstərir, dördüncüsü öz pasiyentlərinin məhsuldar qüvvələrini xilas edir, beşincisi hüquqi vəziyyəti, altıncısı ictimai asayişi təmin edir, nəhayət, yeddincisi öz sənəti və verdiyi həzzlər ilə mübadilə dəyərlərinin istehsalını gücləndirir.



Millətin rifahı sərvətin, yəni mübadilə dəyərlərinin miqdarı ilə deyil, məhsuldar qüvvələrin inkişaf dərəcəsi ilə şərtlənir. Millət əqli və sosial güc əldə etmək üçün maddi sərvətlərini qurban verməli və məhrumiyyətlərə dözməlidir, gələcək faydasını təmin etmək üçün bugünkü faydasını qurban verməlidir. Ölkənin iqtisadi sistemi əmək əməliyyatlarının bölgüsü və məhsuldar qüvvələrin kombinasiyası prinsipi baxımından nəzərdən keçirilməlidir. Əməyin ən yüksək bölgüsü əqli və fiziki əməyin bölgüsündən ibarətdir. Əqli istehsal mənəviyyatın, maarifin inkişafına, biliklərin artmasına, azadlığın genişlənməsinə və siyasi təkmilləşməyə nə qədər çox kömək göstərirsə, maddi sərvət də bir o qədər geniş olur. Əksinə, maddi istehsal nə qədər çox sərvət yaradarsa, əqli istehsal bir o qədər böyük uğurlar qazanır.
İstifadə olunmuş ədəbiyyat:

  • B.V.Korneyçuk “İnformasiya iqtisadiyyatı”


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə