Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Fakultə: Magistr Hazırlığı Mərkəzi Kafedra: Marketinq




Yüklə 255.82 Kb.
səhifə1/3
tarix21.04.2016
ölçüsü255.82 Kb.
  1   2   3


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti
Fakultə: Magistr Hazırlığı Mərkəzi
Kafedra: Marketinq
İxtisas: Birja fəaliyyəti və fond bazarı

Kurs işi

Mövzu: ” Beynəlxalq ticarətin ölkənin sosial – iqtisadi

inkişaında rolunun artırılması problemləri

Qrup: 110m2
Magistrant: Q.E.Talıbov
Rəhbər: i.e.n , b.e.i Ə.M.Babaşov
Kafedra müdiri: i.e.n ,dosent Ə.V.Hacıyev


Bakı - 2010
M Ü N D Ə R İ C A T
Giriş 3 – 6
1. Beynəlxalq ticarətin zəruriliyi onun nəzəri və konseptual əsasları 6-16
2. Beynəlxalq ticarətin ölkənin sosial – iqtisadi inkişafında rolu və tutduğu yer 17- 24

3.Azərbaycan Respublikasının sosial – iqtisadi inkişafında

beynəlxalq ticarətin rolunun arırılması yolları 25 -41
Nəticə 42
İstifadə olunan ədəbiyyat siyahısı 43

—Giriş—

Ticarət insan fəaliyyəti ilə bağlı olan bir sahədir.Beynəlxalq ticarət əsasən ya müstəqil ya da iri şirkətlərin firma və digər təsərüffat vahidləri arasında baş verir.Ümumiyyətlə fimanın istehlakçılarla iqtisadi münasibətləri məhz ticarət vastəsilə həyata keçirilir.Həmin münasibətlər xarici kontingentlər arasında baş verdikdə ,bu tip fəaliyyət firmanın xarici iqtisadi fəaliyyəti qiymətləndirilir və firmanın həm idxal-ixrac əməliyyatlarına həm də istehsal və satış fəaiyyətinə yönəldilir.

Bazar münasibətləri şəraitində milli sosial-iqtisadi inkişafın daxili və xarici amilləri arasında qarşılıqlı asılılıq formalaşır.belə ki,müasir xarici ticarət siyasəti . bütövlükdə beynəlxalq iqtisadi münasibətlərdə kompleks şəklində baş verən proseslərin daxili məntiqinə uyğun şəkildə milli iqtisadi inkişaf amillərinin qarşılıqlı təsirindən formalaşan mürəkkəb bir sistemdir.

Xarici ticarət geniş mənada ölkə hökümətinin istehsal amillərinin hərəkəti və istiq istiqamətinə, ticarətin həcmi , strukturu və coğrafi yönümünə və s. müdaxilə məqsədi güdən tədbirlər kompleksi kimi başa düşülür.Bu yanaşmadan göründüyü kimi , bu halda söhbət təkcə gömrük siyasətindən deyil , eyni zamanda pul, valyuta və ümumiyyətlə maliyyə siyasətində əhatə olunduğundan gedir.

Dar mənada isə xarici ticarət siyasəti xarici ticarətlə investisiyaların məhdudlaşdırılması ,stimullaşdırıcı və tənzimlənməsi istiqamətində dialektik vəhdətə söykənir.

Bu baxımdan ölkələrin müasir inkişaf mərhələsində milli iqtisadiyyatın formalaşması və optimal nəticələrin əldə olunması üçün xarici ticarətin mühüm və zəruri olduğu meydana çıxır. Ümumiyyətlə iqtisadçıların tədqiqinə görə bütün beynəlxalq iqtisadi nünasibətlərin 80%-i xarici ticarət vastəsilə həyata keçirilir.

Müasir dövrdə heç bir ölkə dünyada gedən sosial –iqtisadi,siyasi və digər baş verən proseslərdən təcrid olunub inkişaf edib bir dövlət kimi formalaşa bilməz.bu o deməkdir ki,bu proseslər bir-birilə zəncirvari şəkildə sıx əlaqədardır.Yəni bir ölkədə baş verən iqtisadi və ya siyasi bir hadisə digər ölkələrin iqtisadiyyatında da bu və ya başqa formada özünü göstərir.Müasir qloballaşma prosesi də bu proseslərin daha qabarıq şəkildə özünü göstərməsi üçün aydın zəmin yaradır.

Buna görə də hər bir ölkənin xarici ticarət siyasətini müəyyənləşdirmək üçün ilk növbədə həmin ökənin iqtisadiyyatının inkişaf səviyyəsi,daxili bazardakı vəziyyəti və ümumiyyətlə milli xüsusiyyətlərinə əsaslanmaq lazımdır.

Ümumiyyətlə xarici ticarət siyasətinin formalaşmasına bir çox amillər təsir edir ki,bu amillər də ümumilikdə iki yerə bölünür.

Daxili amillər:



  1. İnvestisiya

  2. Təbii resurslar

  3. Əmək resursları

  4. Peşəkar kadrlar

  5. Elmi-texniki potensial

  6. Geoiqtisadi mövqe

  7. Bazar infrastrukturu təsisatları

Bu amillərin hər birinin ayrı-ayrılıqda iqtisaiyyatın inkişafında xüsusi rolu var.Lakin bunda əlavə xarici ticarət siyasətinin formalaşmasına ölkədə olan bütün təbii resursların cəlb edilməsi vacib bir şərtdir.

Xarici amillərə gəldikdə isə bunlar aşağıdakılardır:



  1. Təbii resurslar

  2. Əmək resursları

  3. TMK-lar

  4. İnnovasiya

Lakin bu amillər ölkənin xarici ticarət siyasətinin bu və ya digər tərzdə dolayı yolla təsir edir.Bu amillər bir başa iqtisadi inkişafa təsir edir.Bu da aydın məsələdir ki,iqtisadi inkişafı daha yüksək səviyyədə olan ölkə düzgün xarici ticarət siyasəti həyata keçirsə onun beynəlxalq ticarətdə xüsusi çəkisi böyük olacaq.

Hal-hazırki dövrdə də ölkəmizin iqtisadi inkişafında irəliləyişlər nəzərə çarpır,beynəlxalq ticarətdə də xüsusi çəkisi ötən illərə nisbətən artır.Düzgün xarici ticarət siyasəti də bu inkişafın daha yüksək səviyyəyə çatmasına təkan verə bilər.



1. Beynəlxalq ticarətin zəruriliyi onun nəzəri və konseptual əsasları
Beynəlxalq ticarət dedikdə,beynəlxalq əmtəə-pul münasibətləri dairəsi nəzərdə tutulur.Burada ayrı-ayrı ölkələrin alıcıları ilə satıcıları arasında olan xüsusi mübadilə forması öz əksini tapır.Beynəlxalq əmtəə ticarəti əmtəə dövriyyəsinin quruluşu və dövriyyənin coğrafi quruluşu göstəricilərilə səciyyələnir.

Beynəlxalq ticarətin formalaşması qədim tarixə malikdir.Hələ XV əsrdə kapitalizmin formalaşmasının ilk rüşeymləri meydana gəldi.Bu da beynəlxalq ticarətin inkişafına səbəb oldu.XV-XVIII əsrlərdə məhsuldar qüvvələrin inkişafı artıq beynəlxalq ticarətin inkişafının labüdlüyünü meydana çıxartdı.İri maşınlı sənayenin meydana gəməsi daxili bazarın genişlənməsi , əmtəə və xidmətlərin tədavülü milli bazarlar hüdudundan kənara çıxır və dünya bazarı meydana formalaşır və bu da beynəlxalq ticarətin inkişafını daha da gücləndirdi.

XV əsrdən başlayaraq beynəlxalq ticarətin formalaşması və onun inkişafına dair bir çox nəzəriyyələr meydana gəlməyə başladı.Beynəlxalq ticarət nəzəriyyələrinin təkamülü özünün inkişaf dövrü ilə feodalizmin dağıldığı və kapitalist istehsal münasibətlərinin yarandığı ilk dövrlərdən etibarən dünya iqtisadi fikrinin inkişafının əsas mərhələlərini əks etdirir.

XIII-XV Avropada şəhərlərarası və şəhərdaxili ticarət canlanmağa başladı.XVI –XVIII yüzilliklər dünya iqtisadiyyatı tarixinə feodal münasibətlərinin dağılması və feodal cəmiyyəti daxilində kapitalist istehsalının yaranması dövrü kimi daxil olmuşdur. Bu proses ilk növbədə Qərbi Avropada özünü göstərdi.Bu zaman XVI əsrdə bu prosesin ilkin mərhələsi kimi xırda istehsalçıların ticarət və sələmçi kapitala tabe edilməsi nəticəsində manufaktura (latın dilində-əl ilə düzəldilən) mərhələsi meydana gəldi.XVI əsrdə Qərbi Avropada kapitalist istehsal üsulu uklad formasında idi.Kapitalist istehsal münasibətlərinin inkişafını sürətləndirən əsas amillərdən biri böyük coğrafi kəşflər idi.Böyük coğrafi kəşflərin baş verməsi bir sıra səbəblərlə bağlı idi:

1.Avropada əmtəə-pul münasibətlərinin güclənməsi ilə şərqlə aparılan ticarətin daha da genişlənməsinə ehtiyacın artması.

2.Belə bir vəziyyətdə türklərin Konstantinopolu tutması ,ərəblərin Aralıq dənizi ticarətində ağalıq etməsi , şimalda monqol-tatarların hökmranlığı ilə əaqədar olaraq quru ticarət yollarının bağlanması nəticəsində Genuya və Venetsiya tacirlərinin öz vasitəçilik funksiyalarını yerinə yetirə bilməməsi.Böyük coğrafi kəşflər bir çox iqtisadi nəticələrlə nəticələndi:



  • Avropanın ticarət mərkəzi Aralıq dənizindən Atlantik okeanına ,Genuya və Venetsiyadan Antverpen və Amsterdam şəhərlərinə keçdi.

  • Avropada “Qiymətlər inqilabı” baş verdi və kapitalist münasibətlərinin bərqərar olması prosesi gücləndi.

  • Dünyada müstəmləkəçiliyin əsası qoyuldu.

  • Ümumdünya bazarı yarandı.

  • Ümumdünya iqtisadiyyatı formalaşdı.

Bu dövrdən başlayaraq orta əsr yarmarkalarını mal birjaları əvəz etdi.XVI əsrin sonu XVII əsrin əvvələrindən başlayaraq Hollandiya İngiltərə və Fransa inkişaf etmiş dövlətlərə çevrilmişdilər.

Hollandiyanın iqtisadiyatı özünün yüksək inkişaf mərhələsinə XVII əsrin əvvələrində qədəm qoydu.Bu dövrdə xarici ticarət ölkə iqtisadiyyatında I yeri tuturdu.XVII əsrin ortalarında Hollandiyanın ümumi ticarət ildə 75-100 milyon florinə bərabər idi.Florin –Florensiya qızıl pulu olub 3.5 qram qızıla bərabər idi.1602-ci ildə Sakit okeanı hövzəsində ticarətə nəzarət edən , hökumətin adından sülh və ticarət müqavilələri bağlamaq , ordu saxamaq , hətta müharibə aparmaq hüququ oan çox güclü şirkət yaradıldı. Bu Ost-Hind şirkəti idi.Balıqçılıq xüsusi inkişaf edən sahələrdən biri idi.Bu sahədə 2000-dək gəmi 100-120 min adam var idi.Gəmiqayırma böyük sürətlə inkişaf etmişdi.Bu ölkənin bütün donanması 15000 gəmi və 150 min nəfər dənizçidən ibarət idi.Bu da dünya donanmasının 75%-ni təşki edirdi.Lakin XVIII əsrdən başlayaraq Fransa ilə müharibələr ticarətdən gələn gəlirin sənaye sahələrinə yönədilməməsi zəif sənaye bazasının mövcudluğu bu ölkənin öz qabaqcıl mövqeyini İngiltərəyə verdi.

İngiltərədə burjua inqilabı feodalizmə ağır zərbə vurdu və kapitalizmin sürətli inkişafına yol açdı.Burjua inqilabının ilkin iqtisadi şərtlərinə misal olaraq Sənayenin kapitalist münasibətləri əsasında inkişafı idi.Bunun nəticəsində kömür çıxarılması 1551-1651-ci ilərdə 14 dəfə artaraq 3 milyon tona çatdı.Dəmir filizi çıxarılması 3 dəfə ,mis ,qalay,və duz çıxarılması 6-8 dəfə artmışdı.İngiltərədə daxili bazarda formalaşmış bir sıra şirkətlər meydana gəlmişdi.Bunlara misal olaraq “Mərakeş”,Şərq”,”Levant” və digərlərini göstərmək olar.

Fransada kapitalist istehsal üsulunun formalaşması XVII-XVIII əsrlərə təsadüf edir.Fransada burjua inqilabı 1789-1794-cü illərdə baş vermişdi.Bu dövrdə dəmir əridilməsi 26 min tondan 40 min tona çatmış,ölkənin milli gəlirisə 2,4 milyon livrə çatmışdı.

Göründüyü kimi ölkələrin kapitalist üsuluna keçməsi uzun sürən bir proses olmuş, bu dövrdən başayaraq beynəlxalq ticarətə dair nəzəriyyələr formalaşmağa başlamışdı.Beynəlxalq ticarət nəzəriyyələri merkantalizm , klassik , neoklassik , müasir nəzriyyələr istiqamətlərindən keçərək formalaşmışdır.

Bu nəzəriyyələrdən ilk əvvəl XVI əsrdə Merkantalizm meydana gəldi.Bu nəzəriyyənin əsas yaradıcılarından Uilyam Stafford , Tomas Men , Antuan Monkretyen və başqalarını misal göstərmək olar.Merkantalistlər sərvətin mənbəyini əsasən tədavül sferasında görürdülər.Merkantalistlərə görə ölkədə və dövlət xəzinəsində qiymətli metallar hər vasitə ilə toplanmalı və tədavül sahəsində iqtisadiyyatın inkişafına müsbət tə`sir göstərən iqtisadi qanunauyğunluqlar yaradılmalı və tədavül sferasına tətbiq edilməli idi.Merkantalistlər dövlətin sərvətini mahiyyət e`tibarı ilə ticarət kapitalı mənafeyi baxımından nəzərdən keçirirdilər.Bu nəzəriyyənin müdrikliyini xaricdən satın alındığından daha çox satmaqla izah edirdilər.Bu nəzəriyyənin mahiyyətini aşağıdakı kimi izah etmək olar:



  • Dövlət tərəfindən aktiv ticarət balansının stabil saxlanılmasının vacibliyi.

  • Əhalini maddi rifah halının yüksəldilməsi üçün ölkəyə qızıl və digər qiymətli metalların cəlb olunması.

  • Pulu ticarətdə hərəkətverici qüvvə sayır və pul kütləsinin həcminin artmasını əmtəə kütləsinin artmasının əsası hesab edirdilər.

  • Dövlət siyasətində Proteksionizm dəstəklənir idxalatda yarımfabrikat və xammala , ixracatda isə hazır məhsulu əsas götürürdülər.

  • Ölkədən dəbdəbəli zinət əşyalarının ixracının məhdudlaşdırlması-Bunun da əsas səbəbi ölkədə qızıl ehtiyatının azalmasının qarşısını almaqdan ibarət idi.

Merkantalizmin yarandığı bir dövrdə Amerikadan gətirilən qiymətli metallar hesabına XVI əsrdə qızıl 550 mindən 1192 min kq-ya gümüş isə 7 mln-dan 21.4 mln kq-ya çatmışdır.Bununla əlaqədar olaraq Avropada metalların qiyməti birdən-birə aşağı düşmüş , əmtəələrin qiymətisə müvafiq şəkildə qalxmışdı.Buna görə də 1601-ci ildə İspaniyada qiymətlər 4.3 dəfə , İngiltərə və Fransada 2.5-3 artmışdı.İngiltərədə Merkantalizm XIX əsrin ortalarına qədər aparıcı mövqedə olmuşdur.Bunun nəticəsi idi ki , ölkənin ixracatında xammalın xüsusi çəkisi azalmış ,hətta 1614-cü idə yun ixracı qadağan edilmişdi.

Beynəlxalq ticarət sahəsində irəli sürülən nəzəriyyələrdən klassik məktəbin ən görkəmli nümayəndələrindən biri də “Mütləq üstünlüklər” nəzəriyyəsidir.O,1776 cı ildə “Xaqların sərvətinin təbiəti və səbəbləri haqda traktat” əsərini yazmışdı.O bu əsərində merkantalizmi tənqid etmiş və bildirmişdi ki, ölkə üçün nəiki malların xarici bazara ixracı həmçinin xarici bazardan idxalı sərfəli ola bilər.Bundan əlavə müəyyən olunmalıdır ki, ölkə hansı məhsulları idxal hansıları ixrac etməlidir. O deyirdi ki,ölkə hansı məhsul üzrə digər ölkələr qarşısında mütləq üstünlüyə malikdirsə, o məhsullar üzrə ixtisaslaşmalı və ticarəti o yöndə inkişaf etdirməlidir.A.Smit deyirdi ki,ölkə öz daxilində digər ölkələrə nisbətən istehsalı ucuz başa gələn məhsulu ixrac ,istehsalı baha başa gələn məhsulları isə idxal etməlidir.Lakin A.Smitin modeli çox sadə model idi.Bütün modellər kimi bu da abstrakt idi və bir sıra şərtlər daxilində onu təhlil etmək olardı:



  1. Dünyada yalnız iki ölkə mövcuddur.

  2. Ölkələrdə yalnız iki məhsul istehsal olunur.

  3. Ölkələr arasında əmtəə ticarəti manesiz aparılır.

  4. Beynəlxalq ticarət balanslaşdırılıb-idxal ixraca bərabərdir , yəni ticarət saldosu 0-a bərabərdir.

  5. Əmtəənin istehsalına və qiymətinə yalnız əmək tə`sir göstərir.

  6. İstehsal amilləri sahələr arasında tam böüşdürülüb.

  7. Hər iki ölkədə və hər iki sahədə azad rəqabət mövcuddur.

Bu şərtləri sadalayıb artırmaq da olar.Lakin bu nəzəriyyə XVIII əsrdə İngiltərənin xarici ticarətinin yarısının Avropa ölkələrinin payına düşdüyü bir vaxtda əsas nəzəriyyə kimi möcud ola bilməzdi.A.Smit azad rəqabəti azad bazarı əsas götürsə də o hər hansı bir ölkənin bütün məhsulların istehsalı üzrə mütləq üstünüyünün mövcud olacağı bir halı nəzərdən keçirməmişdi.Bu halı David Rikardo nəzərdən keçirdi.

O bu halı nəzərdən keçirərək 1819-cu ildə “Vergiqoyma və siyasi iqtisadın başlanğıcı”adlı əsərini yazdı.”Mütləq üstünlüklər”nəzəriyyəsinin davamı olaraq “Müqayisəli üstünlükər”nəzəriyyəsini yaratdı.Bu nəzəriyyəyə görə ölkə digər ölkələrə nisbətən istehsalında mütləq üstünlüyə malik olduğu əmtəələrdən hansı üzrə daha çox üstünlüyə maikdirsə, onların ixracı üzrə ixtisaslaşmalı,hansı məhsuların istehsalı üzrə daha az üstünlüyə malikdirsə, onun idxalı üzrə ixtisaslaşmalıdır.Lakin David Rikardonun bu nəzəriyyəsi də bə`zi sualları cavabsız qoyurdu.I-si istehsalada yalnız bir amili-insan əməyini əsas götürərərək istehsalın digər amillərinə yetirmirdi.

Məhsul istehsalında əmək bölgüsündən əlavə daha bir amili –kapitalın əsas götürüldüyü bir nəzəriyyə XIX əsrin sonu XX əsrin əvvələrində meydana gəldi.Bu nəzəriyyənin baniləri İsveç alimləri Eli Hekşer və Bertil Olin olmuşlar.Bu nəzəriyyənin əsası Hekşer tərəfindən işlənmiş və 1919-cu idə bir qəzetdə çap olunmuşdur.1920-30 –cu ilərdə isə tələbəsi Olin tərəfindən inkişaf etdirilmiş və daha geniş yayılmışdır.Bu nəzəriyyəyə görə istehsala tə`sir edən üç amil mövcuddur:əmək,torpaq və kapital.Lakin Hekşer-olin nəzəriyyəsi iki amilli hesab olunur.Çünki onlar iki amili müqayisə edirdilər.Məsələn əməyi və kapitalı və.s.

Buna görə də onlar belə hesab edrdilər ki,bə`zi məhsullar əməktutumlu ,bə`zi məhsular isə kapitaltutumludurlar.Hər bir ölkə də müəyyən qədər kapital və əmək ehtiyatlarına malikdir.buna görə də onlar belə hesab edirdilər ki ,əgər hər hansı ölkədə əmək ehtiyatları çox, kapital azdırsa orada əmək ucuz kapital isə baha olacaqdır və əksinə əgər hər hansı ölkədə kapital çox əmək ehtiyatları azdırsa əmək baha kapital isə daha ucuz ocaqdır.Buna əsaslanaraq ölkələr o məhsulları ixrac edəcəklər ki,onun istehsalı daha ucuz başa gəlsin.İstehsalında istifadə olunan amilin defisit olduğu məhsulu isə idxal edəcəklər.1948-ci idə isə Hekşer-Olin nəzəriyyəsinə əlavə olaraq Samuelson və Stolper “İstehsal amillərinin qiymətlərinin bərabərləşdirilnəsi teoremi”ni yaratdılar.Bu nəzəriyyəyə görə eynitipli istehsal amilləri,eyni texnika və texnologiya ,tam azad rəqabət ölkələr arasında istehsal amillərinin qiymətlərinin bərabərləşməsinə gətirib çıxarır.Bu nəzəriyyənin tərəfdarlarına görə ticarət nəinki ölkələrin gəlir əldə etməsi üçün bir vasitə həmçinin ölkələrin iqtisadi inkişafındakı fərqlərin azalmasına da gətirib çıxarır.

Daha sonra Rıbçinskinin nəzəriyyəsi meydana gəldi.Bu nəzəriyyəyə görə istehsal amillərinin hər hansı birinin müəyyən bir məhsulun istehsalına yönəldilməsi və intensiv olaraq artırılması həmin məhsulun istehsalının artımına digər məhsulun istehsalının azalmasına gətirib çıxaracaq.O deyirdi ki,əmtəələrin qiymətinin dəyişməz qalması üçün istehsal amillərinin qiyməti dəyişməz qalmalıdır.Hər iki sahə arasında istehsal amillərindən istifadə olunmanın nisbəti dəyişməz qalarsa, onda istehsal amillərinin qiyməti dəyişməz qalar.

Bu nəzəriyyə 1954-cü ildə amerikan iqtisadçısı Vasiliy Leontev tərəfindən Hekşer-Olin nəzəriyyəsinə əsaslanaraq yaradılmışdı.O dövrdə belə hesab edilirdi ki,ABŞ kapitaltutumlu məhsulları ixrac edib əməktutumlu məhsulları idxal edir.Lakin nəticə tərsinə alındı və “Leontev ziddiyyəti”adlandırdı.Çünki ABŞ-ın ixracında əməktutumlu məhsullar daha çox idi.ABŞ məhsullarının istehsalında ixtisaslaşmış əməyin rolu daha çoxdur.Bundan sonra iqtisadiyyata “İşçilərin əməyinin kvalifikasiyası”adlanan yeni model gəldi.İstehsal amillərinin sayı isə 3 yox 4 oldu :torpaq ,kapital, ixtisaslaşmış və qeyri-ixtisaslaşmış əmək.

Bununla əlaqədar olaraq professional kadrların və yüksəkixtisaslı işçi qüvvəsinin mövcudluğu ixtisaslıəməktutumlu əmtəələrin ixracına gətirib çıxarır.

Beynəlxalq ticarətə dair müasir dövrdə yaranan nəzəriyyələrə misal olaraq “Məhsulun həyat dövrü nəzəriyyəsi”,Texnoloji üstünlüklər nəzəriyyəsi”,”Rəaqbət üstünlükləri nəzəriyyəsi” və digərlərini göstərmək olar.

“Məhsulun həyat dövrü nəzəriyyəsi” 1966-cı ildə R.Vernon tərəfindən yaradılmışdı.Bu nəzəriyyə müasir dövrdə beynəlxalq əmək bölgüsünün real vəziyyəti daha düzgün əks etdirir.Bu nəzəriyyədə məhsul bazara çıxarıldığı andan istehsalının dayandırıldığı ana qədər olan həyat dövrü haqqında bəhs olunur. V.İ. Fomiqev “Beynəlxalq ticarət” kitabında R.Vernonun nəzəriyyəsini şərh etmiş və məhsulun bazara çıxdığı andan 4 mərhələdən keçdiyini bildirmişdi.Ümumiyyətlə hər bir mərhələdə məhsula olan tələb və texnologiyanın inkişaf həddi müxtəlifdir.

İlkin mərhələ bazara “daxilolma” mərhələsidir ki,bu zaman məhsul yalnız daxili bazar üçün istehsal olunur və ona tələbat da yüksək olmur.Bu məhsul yalnız yüksəkgəlirli şəxslər üçün istehsal olunur.Nə qədər çox yüksəkgəlirli şəxslər cəmiyyətdə mövcud olarsa bir o qədər də yeni məhsula və texnoloji yeniliklərə ehtiyac olar.İlkin mərhələdə məhsul ixracına bir o qədər fikir verilmir.

İkinci mərhələ “Yüksəliş” mərhələsi adlanır.Bu mərhələdə daxili bazarda məhsula olan tələb artır ,məhsul cəmiyyət tərəfindən qəbul olunur.Məhsulun böyük partiyalarla buraxılışına başlanır.Əvvəlcə məhsulun ixracına daha sonra texnologiyanın ötürülməsi hesabına məhsul artıq digər ölkələrdə istehsal olunur.

Üçüncü mərhələ “yetkinlik” mərhələsidir ki,bu mərhələdə daxili bazarda tələb tamamilə ödənilmiş olur.İstehsal texnologiyası isə tamamilə standartlaşır ki,bu zaman daha az ixtisaslaşmış işçi qüvvəsindən istifadə ounur.Yeni novator-firmalar bazara daxil olur.

Sonuncu mərhələ isə “Köhnəlmə” mərhələsidir ki ,bu mərhələdə məhsul artıq köhnəlir ki ,onun istehsalı artıq ixtisar olunmağa başlayır.

R.Vernon fikirləri professor Meybullayevin “İqtisadi Nəzəriyyə” kitabında 3 mərhələdə göstərilib:yeni ,yetkin və standart məhsul.I müəllif məhsulu mərhələlərlə izah etmişdisə II müəllif nəzəriyyəni məhsulun hər mərhələdəki vəziyyətinə uyğun olaraq izah edir.Bura həmçinin “Köhnəlmiş məhsul” mərhələsini də əlavə etmək olar.

Həmin dövrdə meydan gəlmiş nəzəriyyələrdən biri də “Texnoloji üstünlüklər” nəzəriyyəsidir.Bu nəzəriyyə 1961-ci ildə M.Pozner tərəfindən yaradılmışdı.Bu nəzəriyyəyə görə texnolji yeniliklər beynəlxalq ticarətdə özünəməxsus yer tutur.Əgər hər iki ölkə eyni cür istehsal amillərilə tə`min olunubsa texnolji yeniliyə daha tez yiyələnən ölkələr digərləri qarşısında üstünlük əldə alır.Çünki yeni texnologiya məhsulu daha az xərclərlə istehsal etməyə imkan verir.Əgər yenilik yeni məhsul istehsalı üzrə həyata keçirilibsə onda yenilikçi-ölkə müəyyən müddət ərzində ticarətdə “Monopoliya”əldə edir.Yə`ni buna uyğun olraq belə bir fikir meydana gəlir ki,nisbətən ucuz yox ,hamıya lazım olan ,lakin heç kimin istehsal edə bilmədiyi məhsulu istehsal etmək məqsədəuyğundur.Həmçinin belə bir hal ölkənin xarici ticarətində ixtisaslaşdığı sahəni də dəyişə bilər.Ölkə qismən və ya bütünlüklə ənənəvi məhsul istehsalından əl çəkib dünyada analoqu olmayan, orjinal məhsulların istehsalına başlaya bilər.Ümumiyyətlə texnoloji yeniliklər ölkələr arasında “Texnloji uçurum”un yaranmasına səbəb olur.Lakin texnoloji yeniliklərdən ölkələrin hamısı faydalana bilir.Ölkə yeni texnologiyanı icad etdikdən bir müddət sonra digər ölkələr bu texnologiyanı mənimsəyir və inkişaf edir.Bu zaman texnoloji cəhətdən irəlidə olan ölkə daha yeni texnologiya istehsal edir.Beləliklə “Texnoloji uçurum”dərinləşir.Bu “uçurum” aradan götürülmədikcə ancaq texnoloji cəhətdən irəlidə olan ölkələrin yeni texnoloji məhsullarının istehsalı davam edəcəkdir.

Müasir dövrdə geniş yayılmış nəzəriyyəərdən biri də “Rəqabət Üstünlükləri”nəzəriyyəsidir.Bu nəzəriyyə 1990-cu ildə M.Porter tərəfindən yaradılmışdı.Bu nəzəriyyəyə görə beynəlxalq üstünlük çox vaxt özünü müəyyən olunmuş sahələrdə bə`zən isə bazarın xüsusi seqmentlərində özünü göstərir.Təhlil zamanı o təbii ehtiyatlardan yüsək səviyyədə asılı olan sahələri ayırır.Çünki bu sahələrdəki üstünlüklər klassik nəzəriyyələrin köməyilə izah oluna bilər.M.Porter əsas diqqəti milli sənaye və beynəlxalq rəqabətdə əldə edilən uğurun ilkin şərtləri olan ayr-ayrı xalqların milli xüsusiyyətlərinə ,iqtisadi mühitin xassələrinə yönəldirdi.Bundan əlavə daxili və beynəlxalq bazarda birinciliyini qoruyub saxlamağa çalışan ,iqtisadiyyatın mütəlif sahələrində fəaliyyət göstərən firma rəhbərlərinin siyasətini, qəbul etdiyi qərarları ,onların müəyyən etdiyi strategiyanı əsas götürərək ön plana çəkirdi.Ümumiyyətlə milli mühit rəqabət üstünlüyünü yaradır.O ,milli mühitin 4 əsas xüsusiyyətini nəzərdən keçirmiş və onları rəqabət üstünlüyünün determinantları adlandırmışdı.Bunları isə aşağıdakı kimi xarakterizə etmişdir:



  • Amillərin parametrləri

  • Tələbin parametrləri

  • Qohum və ona xidmət sahələrin sahələrin fəaliyyətinin təşkili

  • Firmanın fəaliyyət göstərdiyi sahədə və firma strategiyasında rəqabət mühitinin təşkili

Amillərin parametrlərinə-Əmək resursları,fiziki resurslar,zehni resurslar,maliyyə resursları ,infrastruktur və.s.aiddir.Bütün bunlara rəğmən Porter təbii ehtiyaytlardan daha az asılı olan fəaliyyət sahələrini əsas götürdüyü üçün o deyirdi ki,təbii ehtiyatların miqdarından çox onların daha tez istehsalda lazım olan sahələrə tətbiq olunması daha vacibdir.Yə`ni rəqabətdə üstünlük əldə etmək üçün ilk növbədə amillərin daha tez əldə olunması yox, firmanın onlardan səmərəli istifadə etməsi vacibdir.

Daxili bazarın müəyyən sahəsində təklif olunan əmtəə və xidmətlərə tələb ən əvvəl miqyas effekti vastəsilə rəqabətdə əldə olunan üstünlüyə tə`sir göstərir. Tələbin 3 əsas xassəsi var:



  • Tələbin beynəlmiləlləşməsi-daxili bazarda əldə edilən üstünlük xarici bazara ötürülür.

  • Tələbin strukturu-alıcıların rəqabət qabliyyətli məhsulu necə istifadə etməsinə,onları nəyə görə almasına,həmçinin demoqrafik,sosial və digər xüsusiyyətlərinə görə müəyyən növlərə ayrılması.

  • Tələbin artmasının həcmi və xüsusiyyətləri-Bu daxili bazarın həcmi ilə müəyyən olunur ki ,bu da daxili bazarda tələbin artım sürətinə uyğun olaraq alıcıların sayının artmasına uyğun gəlir.

Firmanın rəqabətdə üstünlük əldə etməsi onu komplekt materiallar ,yarımfabrikatlar və xammalla təmin edən kompaniyalardan asılıdır.Firmaları belə mallarla tə`min edən kompaniyaların mövcudluğu hazır məhsul istehsal edən firmalar rəqabət üstünlüyü yaradır.Birincisi bu cəld və səmərəli vasitədir,ikincisi bu daxili bazarda tə`minatçıların fəaliyyətinin düzgün yönləndirilməsinə şərait yaradır,üçüncüsü isə tə`minatçıların yenilikçi proseslərdə və istehsalın keyfiyyət göstəricilərinin yüksəldilməsində iştirakına şərait yaradır.Rəqabətdə üstünlük əldə etməyin digər bir mənbəyi qohum sənaye sahələri daxilində fəaliyyət göstərən firmaların qarşılıqlı əlaqəsidir.Bu isə firmanın rəqabətdə üstünlük əldə etməsində həlledici rol oynayır.

Firmanın rəqabətdə üstünlük əldə etməsi bazardakı rəqabət mühiti və seçilmiş bazarı əldə etmək strategiyasından çox asılıdır.Daxili rəqabət mürəkkəb yeniliklər üçün ilkin şərtlər yaradır ki,milli firmaların rəqabət qabliyyətliyinin artmasını sürətləndirir.Daxili bazarda intensiv rəqabət firmalara bütün yerli firmaların istifadə etdikləri baza üstünlüklərindən xilas olmağa şərait yaradır.M.Porterin fikrincə daxili bazardakı rəqabət elə böyük milli sərvətdir ki,onu qiymətləndirmək çətindir.Ona görə yeni rəqiblərin meydana gəlməsi dünya bazarı səviyyəsində fəaliyyət göstərən sahələrin ayrılmaz bir hissəsidir.Firmaların nailiyyət əldə etməsi həmçinin onların işlədikləri strategiyalardan da asılıdır.M.Porterə görə strategiyanı müəyyən edərkən 5 əsas maneəni nəzərə almağı əsas götürmüşdü:



    • Yeni rəqiblərin meydana gəlməsi təhlükəsi-yeni iştirakçıların bazara daxil olmasının mümkünlüyü.

    • Yeni əmtəə və xidmətlərin meydana gəlməsi təhlükəsi-əvəzedicilərin istehsalı.

    • Satıcının bazardakı hakimiyyəti-Komplekt materiallar və xammal tə`minatçılarının onların alıcılarına tə`siri.

    • İstehlakçıların bazardakı hakimiyyəti-Alıcıların istehsaçılara tə`sir etmək imkanı.

    • Artıq mövcud olan rəqiblərin mübarizəsi.

Bundan əlavə M.Porter hadisələrin də iqtisadi inkişaf da böyük rol oynadığını da ön plana çəkmişdi.O aşağıdakıları hadisələrə aid edirdi:

      • Seçkilər

      • Böyük texnooji nailiyyətlər

      • Resursların qiymətinin gözlənilmədən dəyişməsi

      • Xarici dövlətlərin hökumətlərinin siyasi qərarları

      • Müharibələr

M.Porter bildirirdi ki,hadisələr vacibdir ,çünki onlar rəqib firmaların vəziyyətinə əhəmiyyətli dərəcədə tə`sir göstərirlər.

Bütün bunları nəzərə alaraq demək olar ki,beynəlxalq ticarətin nəzəri və konseptual əsasları müxtəlif şəkildə izah olunmuşdur.Bunların əsasında da mütəlif nəzəriyyələr meydana gəlmişdir.Bu nəzəriyyələr də müasir dövrümüzə qədər böyük inkişaf yolu keçmiş ,təkmilləşmiş və inkişaf etmişdir.


.

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə