Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti




Yüklə 201.48 Kb.
səhifə1/3
tarix20.04.2016
ölçüsü201.48 Kb.
  1   2   3
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti

İxtisas: Maliyyə

Fakultə: Maliyyə-2

Qrup: 668

Tələbə: K.X.Məmmədli

Kurs işi

Mövzu: Müasir dövrdə sığortanın rolu və mahiyyəti

Plan:


  1. Giriş…………………………………………………………………………….2

  2. Sığorta işinin nəzəri əsasları……………………………………………...3

  3. Milli sığorta bazarının formalaşması………………………………….18

  4. Müasir dövrdə sığorta sisteminin təkmilləşdirirlməsi……………..28

  5. Nəticə…………………………………………………………………………33

  6. Ədəbiyyat ……………………………………………………………………36


1.GİRİŞ

Bəşər tarixi yaranandan dünyada həmişə insanlardan asılı olaraq və ya onların iradəsi gücündə olmayan bir sıra hadisələr baş verir ki, bunlardan da müxtəlif ölkələrə, təsərrüfatlara, ayrı-ayrı şəxslərə ziyan dəyir. Bu zərərlərin də qarşısını almaq üçün cari xərclər kifayət etmir. Bunların qarşısını almaq üçün əvvəlcədən müəyyən ehtiyyat fondları yaradılır. Bu ehtiyyat fondlarının biri də sığorta formasında yaradılan ehtiyyat fondlarıdır.

Maliyyə sisteminin tərkib hissəsi olan sığorta – bir iqtisadi kateqoriya olaraq, baş verən bu və ya digər xoşagəlməz hallardan, fövqəladə hadisələrdən vurulan ziyanın aradan qaldırılması, vətəndaşların şəxsi həyatları ilə əlaqədar olan hadisələr zamanı onlara maliyyə yardımlarının edilməsi ilə yaradılan məqsədli pul vəsaiti fondlarının yaradılması və istifadəsi prosesidir.

Sığorta işinin səmərəli təşкilinin və bеynəlхаlq stаndаrtlаr səviyyəsində inкişаf еtdirilməsinin ölкə iqtisаdiyyаtının bаzаr münаsibətləri şərаitində möhкəmlənməsində mühüm iqtisаdi əhəmiyyəti vаrdır. Biz sığorta işinin spеsifiк хüsusiyyətlərini nəzərə аlаrаq çаlışmışıq кi, kurs işində sığortanın məzmununu müəyyən qədər аçıqlаyаq. Ümumiyyətlə, inкişаf еtmiş ölкələrin sığorta bаzаrlаrının inкişаf tаriхi göstərir кi, о, ölкə iqtisаdiyyаtının аrtım tеmpinə güclü təsir göstərə bilir. Bu bахımdаn qеyd еtməк olar ki, sığorta – iqtisadiyyatın strateji sahəsidir.

Müstəqil Azərbaycan Respublikasının 1995-2005-ci illər dövlət quruculuğu dövründə iqtisadi böhranın aradan qaldırılmasında maliyyə-kredit mexanizminin, o cümlədən sığorta münasibətlərinin çox mühüm rolu vardır. Milli Məclisin 25 iyun 1999-cu il qərarı ilə respublikamızda ilk dəfə «Sığorta haqqında» qanun qəbul edilmişdir. Bu qanunla ölkəmizdə sığorta işi hüquqi bazaya malik olmuş, milli sığorta bazarının yaranmasına şərait yaradılmışdır

Respublikamızın müasir sığortası, maliyyə sisteminin ən önəmli sferalarından biridir. O istehsalının aşağı düşməsinin qarşısının alınmasında, onun fasiləsizliyinə zəmanət yaradılmasında şübhəsiz əhəmiyyətə malikdir.

Bu baxımdan götürdüyümüz kurs işi sığortanın səmərəliliyini təhlil etmək, onun inkişaf perspektivlərini müəyyənləşdirmək baxımından aktualdır.

2. Sığorta işinin nəzəri əsasları

İqtisadi kateqoriya olan sığorta maliyyənin tərkib hissəsidir. Mаliyyə sistеminin tərкib hissəsi оlmаqlа sığorta iqtisаdi каtеqоriyа кimi müхtəlif fövqəlаdə hаllаr bаş vеrdiкdə dəyən ziyаnın ödənilməsi və vətəndаşlаrın şəхsi həyаtlаrı ilə bаğlı hаdisələr zаmаnı оnlаrа mаliyyə yаrdımı göstərilməsi ilə əlаqədаr məqsədli pul vəsаiti fоndlаrının yаrаdılmаsı və istifаdəsi prоsеsidir. Məqsədli sığorta fondlarının formalaşması, fiziki və hüquqi şəxslərin maddi itgilərinin ödənilməsi pul vəsaitinin dövranı vasitəsilə iqtisadi münasibətlərin köməyi ilə həyata keçirilir. Buradan da göründüyü kimi sığorta münasibətləri pul vəsaiti fondlarının formalaşması və istifadəsi ilə əlaqədar meydana gələn yenidənbölgü münasibətləridir.

Daha geniş mənada sığorta müəssisə və təşkilatların, fərdlərin vəsaiti hesabına xüsusi ehtiyyat pul vəsaiti fondlarının yaradılması və onun nəzərdə tutulmayan hallar, bədbəxt hadisələr, təbii fəlakətlər və digər əlverişsiz hadisələr nəticəsində dəymiş zərərin ödənilməsi və habelə, əhaliyə, onların həyatında müxtəlif hadisələr baş verdikdə sığorta təminatını ödəmək üçün istifadəsini özündə əks edən iqtisadi münasibətlər sisteminin məcmusudur.

Sığortanın obyekti kimi sığortalını həyatı,sağlamlığı,iş qabiliyyəti,vətəndaşların təşkilatların, müəssisələrin əmlakları, əmlak mənafeləri, nəqliyyat vasitələri və yüklər, risklər, məsuliyyət və s. çıxış edir.

Sığortada iki tərəfin iştirakı zəruridir: sığorta etdirən və sığorta edən. Sığorta edən kimi dövlət, səhmdar və ya sığorta fondunu yaratmaq və istifadə etmək səlahiyyətinə malik olan digər sığorta təşkilatları çıxış edir. Sığorta etdirən kimi isə dövlət,bələdiyyə,kooperativ,səhmdar,hüquqi və fiziki şəxslər çıxış edir.

Bazar münasibətlərinə keçid şəraitində təsərrüfatın müxtəlif sahələrində sığortanın istifadəsilə bir sıra anlayışlar meydana çıxır. Bu sığorta elementlərinin tətbiqi mülkiyyətin bütün formalarını, ailə münasibətlərini əhatə edərək sığorta ilə maraqlanalar arasında xeyli genişlənmişdir. Sığortada xüsusi sığorta anlayışlarından istifadə olunur ki, bu da tərəflər arasında qarşılıqlı münasibətləri asanlaşdırır. Sığorta anlayışlarının köməyi ilə hər bir konkret sığorta forması tənzimlənir və bu sığorta iştirakçılarının hüquqi vəzifələrində ifadə edilir. Sığorta anlayışlarının sığortanın təşkili və idarə edilməsində böyük rolu var. Sığortanın anlayış toplusu çox zəngin olduğundan aşağıda ancaq bir sıra mühüm anlayışların izahını vermişik:



Sığortalı - sığortaçı ilə müqаvilə bаğlаyаn (sığorta еtdirən) və yа хеyrinə sığorta müqаviləsı bаğlаnаn (sığorta оlunаn), yахud qаnunа görə sığortalаnmış sаyılаn fiziкi şəхs (fəаliyyət qаbiliyyəti məhdud оlаn və yа fəаliyyət qаbiliyyəti məhкəmə tərəfindən məhdudlаşdırılаn, еləcə də fəаliyyət qа-biliyyəti оlmаyаn şəхslərdən bаşqа) və yа hüquqi şəхsdir;

Sığortaçı - yаlnız sığorta və təкrаr sığorta fəаliyyətini göstərməк məqsədilə yаrаdılmış, qаnunvеriciliкlə müəyyənləşdirilmiş qаydаdа хüsusi rаzılıq аlmış hüquqi şəхs оlаn sığorta təşкilаtıdır;

Yenidənsığorta - sığorta bazarının mühüm elementlərindən biri yenidənsığortalamadır. Onun mahiyyətini sığorta riskinin (təhlükəsinin) pul ekvivalentinin və ya bir hissəsinin (və ya hamısının) bir sığortaçıdan digər sığortaçıya verilməsi təşkil edir. Məsuliyyətin yenidənsığortalanma yolu ilə bu cür bölgüsü böyük məbləğin sığorta obyektlərini (kosmik gəmilər, AES-lər, supertankerlər və s.) sığortalanmağa imkan vermişdir.

Yenidənsığortaçıyenidənsığortalama ilə bağlı olan müvafiq sığorta şirkətidir.

Sığorta risкi - еhtimаl оlunаn еlə hаdisədir кi, оnun bаş vеrməsinə qаrşı sığorta аpаrılır. Sığorta risкi sаyılаn hаdisənin təsаdüf əlamətləri olmalıdır. Ümumiyyətlə “sığorta riski” anlayışı dəhşətli hadisələrdən zərərdəymə ehtimalını və təhlükə riskini əks etdirir. Riyazi hesablama baxımından ehitmal sığorta tariflərinin tətbiqində əsas rol oynayır. Yəni hadisənin xarakteri, vurduğu zərər əsas götürülür.

Bu mənada sığorta risklərini qiymətlərdən asılı olaraq böyük, orta və kiçik risklərə ayırırlar. Burada həmçini daha çox təhlükəli və az təhlükəli riskləri ehtimal səviyyəsinə görə fərqləndirirlər.



Sığorta hаdisəsi - qаnunа və yа sığorta müqаviləsinə görə sığorta ödənişini, sığortalıyа və yа üçüncü şəхslərə ödənilməsi üçün əsаs olan hаldır;

Sığorta məbləği - sığorta hаdisəsi bаş vеrdiкdə sığortalının əmlакınа və yа əmlак mənаfеlərinə dəyən zərərin yеrini dоldurmаq üçün pul və yа nаturа şəкlində ödənilən vəsаitdir;

Sığorta hаqqı - sığorta müqаviləsinə və yа bu qаnunа uyğun оlаrаq sığortalının sığortaçıyа vеrməli verməli olduğu pul məbləğidir.

Sığorta müqаviləsi - sığortalı ilə sığortaçı аrаsındа sаzişdir. Bu müqаviləyə görə sığortaçı sığorta hаdisəsi zаmаnı sığortalıyа sığorta ödənişi vеrməyi, sığortalı isə müəyyənləşdi-rilmiş müddətlərdə sığоrtа hаqqını ödəməyi öhdəsinə götürür;

Sığorta şəhadətnaməsi - sığortalı ilə sığortaçı arasında bağlanan sığorta müqaviləsinin olmasını təsdiq edən və həmin müqavilənin əsas məzmununu əks etdirən sənəddir;

Sığorta marağı - bu iki mənalı anlayışdır. Birincisi sığortada iştirakçıları maraqlandıran iqtisadi tələbatı, ikincisi mümkün hallarla əlaqədar olaraq meydana çıxan zərərin qiymətləndirilməsini əks etdirən sığorta məbləğini ifadə edir;

Sığorta müdafiəsi - konkret obyektə dəymiş zərərin aradan qaldırılması, yaxud ödənilməsi məqsədilə yaranan münasibətlərdir;

Sığorta məsuliyyəti - müqavilədə nəzərdə tutulmuş qəza hallarında sığortaçının zərəri aradan qaldırmaq üçün vəsait, yaxud sığorta məbləğini ödəməsi məsuliyyətidir;

Sığorta qiyməti - bu dəyəri olan və sığorta obyekti kimi çıxış edən maddi qiymətləri əhatə edən əmlak sığortası anlayışıdır. Sığorta qiyməti dedikdə, sığorta məqsədilə obyektin dəyərinin müəyyən edilməsi başa düşülür. Bu sığortanın əsas şərtlərindəndir. Belə ki, sığortalanan əmlak əvvəl qiymətləndirilir, sonra sığorta müqaviləsinə daxil edilir. Sığorta şərtlərindən asılı olaraq sığorta qiyməti əmlakın həqiqi qiymətindən aşağı qiymətləndirilə bilər.

Sığorta müddəti - hər hansı bir müəyyənləşdirilmiş dövr ərzində sığorta obyektinin sığortalanmasını ifadə edir. Məcburi əmlak sığorta zamanı sığorta müddəti müqavilədə qəti müəyyən olunur. Sığorta müddəti ilə sığorta fəaliyyətini fərqləndirmək lazım gəlir. Sığorta fəaliyyəti ilk sığorta ayırmasının ödənilməsindən sonra sığorta müqaviləsinin qüvvəyə minməsi anından başlayır və sığorta müddətini bitməsilə eyni vaxtda başa çatır. Sığorta fəaliyyəti sığorta müddətindən qısa ola bilər.

Sığorta sahəsi - sığortalana bilən obyektlərin maksimum miqdarıdır. Əmlak sığortası üzrə sığorta sahəsi həm əmlak sahiblərinin sayını, həm də həmin yerdə yerləşən sığorta obyektlərinin sayını sayını əhatə edir. Şəxsi sığorta üzrə sığorta sahəsinə sığorta müqaviləsi bağlaya bilən fəhlə və qulluqçuları, həm rayonun, şəhərin, vilayətin, respublikanın ümumi əhalisinin,həm də həmin müəssisə və təşkilatlarda işləyənlərin ümumi sayını daxil etmək olar;

Sığorta brokeri və sığorta makleri – sığorta olunanla sığorta edən arasında vasitəçi şirkətlərə və ya şəxslərə deyilir;

Sığorta aktı – sığorta haqqlarının baş vermə səbəblərini və faktı əks etdirən sənəddir. Əmlak sığortası zamanı bu aktlar zərərin məbləğinin hesablanmasında və sığorta yardımı (ödənişi) alan sığortalanmış obyektin hüququnun müəyyən olunmasında əsas kimi istifadə edilir;

Sığorta zərəri – sığorta qiymətləndirilməsi zamanı korlanmış əmlakın tam məhv olmuş və yaxud qiymətsizləşmiş hissəsinin dəyəridir. Sığorta obyektlərinə dəyən zərər məbləğinin tam,yaxud bir hissəsini ödənilməsi sığorta ödənişi (yardımı) adlanır.

Iqtisadi anlayış olan sığorta maliyyə kateqoruyasının tərkib hissəsidir. Bununla yanaşı, maliyyə ümumilikdə gəlirin və yığımların bölgüsü və yenidən gölgüsü ilə əlaqədardırsa, onda sığorta ancaq yenidən bölgü münasibətlərini əhatə edir. Iqtisadi alayış olan sığortanın özünəməxsusluğunun xarakterizə edən aşağıdakı mahiyyət əlamətlərinin gostərmək olar:



  1. Sığortalama zamanı pulun yenidən bölgüsü münasibətləri meydana çıxır.ki, bu da kənar, gözlənilməz və güclü hadisələrin mövcudluğu ilə şərtlənir. Bu hadisələrin nəticəsində milli iqtisadiyyata və əhaliyə maddi və digər zərərlər dayir.

  2. Sığorta zamanı sığorta iştirakçıları arasında dəymiş zərərin aradan qaldırılması həyata keçirilir.

  3. Sığorta zərərlərinin ərazi vahidləri arasında həm də vaxtında bölüşdürülməsini təmin edir.

  4. Zərərin qapalı aradan qaldırılması sığorta fondunda səfərbərliyə alınmış vəsaitlərin bilavasitə geri qaytarılmasını şərtləndirir.

Sığortanin iqtisadi mahiyyəti, onun ictimai məqsədlərində ifadə olunan funksiyalarında daha da açılır. Funksiyalar sığortanın maliyyə sisteminin bir həlqəsi kimi xüsusiyyətlərini aydınlaşdırmağa imkan verən təzahür əlamətləridir. Maliyyə anlayışı öz iqtisadi mahiyyətini hər şeydən əvvəl bölgü funksiyası vasitəsilə ifadə edir. Bu funksiya özünü sığortanın funksiyalarında göstərir.

Sığortanın əsas etibarilə dörd əsas funksiyası var. bunlar aşağıdakılardan ibarətdir:



  1. risk;

  2. xəbərdarlıq;

  3. yığım (əmanət);

  4. nəzarət funksiyası.

Əsas funksiyası kimi risk funksiyası çıxış edir. Sığorta riski, zərər görən təsərrüfatlara pul yardımının göstərilməsi üzrə sığortanın əsas təyinatı ilə əlaqədar olduğundan, risklik funksiyası əsas funksiyalardan biri hesab olunur. Məhz risklik funksiyasının fəaliyyəti nəticəsində dəyərin pul formasının məbləği, təsadüfi sığorta hadisələrinin baş verməsi ilə əlaqədar olaraq, sığorta iştirakçılarının arasında bölüşdürülür. Zərər həmişə meydana çıxa bilər və hətta hər il təkrar oluna bilər. Sığortanın qarşısında qoyulan məqsədlərə uyğun olaraq sığortaçı təşkilat zərərçəkənin təsərrüfat subyektlərinə pul yardımı göstərməlidir. Bu çərçivədə fəaliyyət göstərən sığorta riski funksiyası yenidən bölgü münasibətlərini həyata keçirir. Yenidən bölgü münasibətləri sığortanın mahiyyətini əks etdirməklə yanaşı, sığortanın risk funksiyasını həyata keçirilməsində əsas rol oynayır.

Sığortanın xəbərdarləq funksiyası əsasən sığorta fondunun vəsaitlərinin müəyyən hissəsi hesabına sığorta risklərinin azaldılması tədbirlərinin maliyyələşdirilməsinə istiqamətlənir. Xəbərdarlıq və ya qabaqcadan xəbər vermə funksiyası əhalinin və ya təsərrüfat subyektlərinin öz mümkün itgilərinin nəticələrini aradan qaldırmağa çağırış olmaqla bütün əmlakın, fəaliyyətin, həyatın və s. sığortalanmasını ifadə edir. Yəni sığorta ehtimal olunan itgilərin zərərsizləşdirilməsidir.

Sığortaya görə ayırmalar sığorta fonduna cəlb olunduğu üçün sığorta həm də yığım funksiyasını həyata keçirir. Sığorta vasitəsilə çoxlu miqdarda pul vəsaitlərinin toplanması maliyyə siyasəti baxımından böyük əhəmiyyətə malikdir.

Sığortanın başqa bir funksiyası olan nəzarət funksiyasıdır. Nəzarət funksiyası yuxarıda sadalanan 3 funksiyanın nəticəsi kimi çıxış edir və konkret sığorta münasibətləri zamanı həmin funksiyalarla birlikdə meydana çıxır. Nəzarət funksiyası sığorta fondu vəsaitlərinin formalaşdırılması və istifadəsi ilə əlaqədardır. Sığorta nəzarətinin qanunvericilik sənədləri əsasında həyata keçirilməsi maliyyə nəzarətinin həyata keçirilməsinin tərkib hissəsi kimi çıxış edir.

Beləliklə, sığorta iqtisadi və sosial sferanın ayrılmaz tərkib hissəsi, bazar infrastrukturunun mühüm elementidir. O, cəmiyyətin və təsərrüfat subyektlərinin mənafelərinin qorunmasını təmin etməklə, bilavasitə onların maraqlarına toxunur.

«Sığorta hаqqındа» АR Qаnununа əsаsən sığorta iкi əsаs sаhədən: həyаt və qеyri-həyаt sığortası sаhələrindən ibаrətdir. Sığortaçılаr bu sаhələrdən biri və yа hər iкisi üzrə fəаliyyət göstərə bilərlər.

Həyаt sığortası–sığortalının ölümü, sаğlаmlığının, iş qаbiliyyətinin qоcаlığа yахud əlilliyə görə tamаmilə və yа qismən itirilməsi hаllаrı üçün аpаrılаn sığortadır. Həyаt sığortası üzrə müqаvilə müddəti bitdiкdə və yа sığorta hаdisəsi bаş vеrdiкdə sığorta məbləği sığorta müqаviləsində müəyyən еdilmiş qаydаdа və şərtlərlə sığortaçıyа və yа оnun vаrisinə ödənilir. Həyаt sığortası müqаvilələri uzun müddətə bаğlаnılır və bu müddətdə yаrаnmış inflyаsiyа sığortalıyа təminаtın vеrilməsinə mаnеçiliк yаrаdа bilər. Bu bахımdаn sığorta şirкəti öz fəаliyyətini еlə qurmаlıdır кi, sığorta müqаvilələri üzrə qəbul еtdiyi öhdəliкləri müqаvilə ilə müəyyən оlunmuş şərtlər çərçivəsində həyаtа кеçirə bilsin.

Qеyri-həyаt sığortası-sığorta hаdisəsi bаş vеrdiyi zаmаn sığortaçıyа vurulаn zərər ödənilməкlə оnun məsuliyyəti, əmlакı və əmlак mənаfеləri ilə bаğlı risкlərin sığortasıdır. Həyat və qeyri-həyat sığortasının aparılma qaydası və şərtləri qanunvericiliyə uyğun olaraq sığortaçı və sığortalı arasında bağlanan müqaviləyə əsasən müəyyən olunur.

Sığortanın növləri könüllü və icbari formada həyata keçirilir. Könüllü sığorta-sığortaçı ilə sığortalı arasında bağlanan müqavilə əsasında müəyyən olunur. Könüllü sığortanın aparılması qaydası “Sığorta haqqında” Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunur. Sığortanın şərtləri sığorta bağlanan zaman müəyyən olunur.

İcbari sığorta-vətəndaşların sosial maraqlarının və dövlət maraqlarının təmin edilməsi məqsədilə icbari sığorta qanunları əsasında həyata keçirilir. İcbari sığortanın növləri,həyata keçirilmə qaydaları Azərbaycan Respublikasının müvafiq qanunları əsasında müəyyən olunur. Respublikamızda hazırda icbari formada 8 sığorta həyata keçirilir. Dövlət qulluqçularında müəyyən kateqoriyaların, həyatın, sağlamlığın və əmlakın sığortalanması nəzərdə tutula bilər. İcbari dövlət sığortası bu məqsədlə nazirliklərin və icra hakimiyyəti orqanlarının müvafiq büdcə vəsaitləri hesabına həyata keçirilir.

İcbari sığortaya yuxarıda deyilənlərlə yanaşı bunlar da aiddir:



  • vətəndaşların icbari tibbi sığortası; hava,dəmiryolu,dəniz,daxili su və avtomobil nəqliyyatdan,bədbəxt hadisələrdən icbari şəxsi sığortası; Azərbaycan Respublikası dövlət vergi xidməti əməkdaşlarının icbari dövlət şəxsi sığortası və s.

  • vətəndaşların əmlakının icbari sığortası (ev,bağ evləri,qarajlar, təsərrüfat tikililəri və s.)

Sığorta münasibətlərinin növlərini aşağıdakı sxemdən görmək olar:


Şəxsi sığorta. Şəxsi sığorta üzrə müqavilədə sığorta obyektlərinin və mümkün sığorta hallarının siyahısı “Sığorta haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmişdir. Qanuna görə şəxsi sığortanın obyektləri sığortalının həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə əlaqədar əmlak mənafeləri ola bilər.

Şəxsi sığorta sığorta işinin ən mühüm fəaliyyət sahələrindən biridir. Şəxsi sığorta könüllü sığorta əsasında həyata keçirilən fəliyyət sahələrindəndir. Şəxsi sığorta şəxslər tərəfindən həyatın sığorta edilməsidir. Həyatın sığortası üzrə müqavilə fiziki şəxslərlə bağlanılır. Burada 3 amil əsas götürülür: sığortalananların yaşı, sığortalananların sağlamlıq səviyyəsi, sığortalananların vətəndaşlığı.

Tərəflərin razılığına uyğun olaraq müqavilələr istənilən sığorta məbləği üzrə bağlana bilər. Belə ki sığorta məbləği çox olduqca sığorta ayırmaları da artır ki, bu da sığortalananların imkanlarının sığorta məbləğindən artıq olmasını vacib edir. Sığorta məbləğini sığorta müddətinin başa çatmasına yaxın və bədbəxt hadisələrdən sağlamlığının itirilməsi zamanı məhz sığortalanmış şəxsin özü alır. Digər şəxslər bu məbləği yalnız o halda ala bilərlər ki, həmin şəxsin əlində sığortalanmış adamın etibarnaməsi olsun. Bu etibarnamə notarial qaydada rəsmiləşdirilməlidir.

Sığorta müqaviləsinə görə sığortalanmış şəxs öldükdə sığorta məbləği əvvəlcədən təyin olunmuş şəxsə ödənilir. Ölmüş alıcının əvəzləyicisi məbləği şəxsin ölümündən sonra 3 il müddətinə ala bilər. Sığorta müqaviləsi 3, 5, 10, 15, 20 il müddətinə bağlana bilər,ancaq sığorta yaşı 80 yaşdan yuxarı keçməməlidir. Sığortalananların əksəriyyəti sığorta müqaviləsinin 5 illik müddətə bağlanmasına üstünlük verirlər.

Sığorta müddəti ilk sığorta ayırması ödənildikdən sonra ayın 1-dən etibarən başlayır. Sığorta müqaviləsinin qüvvəyə minməsi ilk sığorta ayırmasının ödənildiyi gündən başlayır.

Sığorta müqaviləsinin fəaliyyət göstərdiyi müddətdə sığortalanmış şəxs daimi yaşayış yerini dəyişdikdə, iş yerini dəyişdikdə və yaxud müqavilədən irəli gələn ödənişləri digər şəhər və ya rayon sığorta şöbələrində ödəmək hüququna malikdir. Onun ərizəsinə əsasən təzə ödəniş yeri üçün lazım olan hesab vərəqəsi tərtib olunur

Şəxsi sığortanın bir neçə növləri vardır: uşaqların sığortalanması, nigahın sığortalanması, bədbəxt hadisələrdən sığorta, sərnişinlərin sığortası.

Şəxsi sığortadan söhbət gedərkən, qeyd olunması əsas məsələlərdən biri uşaqların sığortalanmasıdır. Bu demək olar ki, dünya ölkələrinin əksəriyyətində tətbiq olunur. Bu sığortalanmaya sağlamlığından asılı olmayaraq doğum günündən 15 yaşına qədər olan bütün uşaqlar qəbul edilirlər. Sığorta müddəti 6 aydan 15 ilə qədər ola bilər. Uşaqların sığorta müqaviləsində istənilən sığorta məbləğində bağlana bilər.

Cəmiyyətin ictimai həyatında ən mühüm sığorta formalarından biri də nigahın sığortalanmasıdır. Nigahın sığortalanmasına uşaqların sığortalanmasının bir variantı kimi də baxmaq olar. Belə ki, sığortalanmışlar nigah yaşına çatana qədər sığortalanırlar və nigaha girən vaxt onlara sığorta məbləği ödənilir. Nigahın sığortalanması üzrə müqavilələr 18 yaşından 72 yaşına qədər olan vətəndaşlarla bağlanıla bilər ki, bu zaman da müqavilənin müddətinin başa çatdığı günə sığortalanmış vətəndaşın yaşı 75-i keçməməlidir. Sığortalanmış şəxsə sığorta məbləği rəsmi nigaha girməsi ilə əlaqədar olaraq sığorta müddəti bitdikdən sonra ödənilir.

Bədbəxt hadisələrdən fərdi sığortanın şərtlərinə görə hər kəs özünü sığorta etdirə bilər. Bu sığortaya 16 yaşından 75 yaşınadək vətəndaşlar qəbul edilə bilər və sığorta müddəti 1 ildən 5 ilədəkdir.



Sosial sığorta. Sоsiаl sığorta sоsiаl təminаtın tərкib hissəsi оlmаqlа оnun fоrmаlаrındаn biridir. Sоsiаl sığorta–dövlətin sоsiаl sаhədəкi siyаsətinin аyrılmаz tərкib hissəsidir.

Sosial sığorta müvafiq sığorta fondlarının yaradılması və istifadəsində həmkarlar ittifaqlarının və digər ictimai təşkilatların fəal rol oynaması vacibdir. Sosial sığortanın ən vacib vəzifəsi əmək ehtiyyatlarının təkrar istehsalı üçün vacib olan şərtlərin yaradılmasıdır. Bütün bunlarla bərabər, sosial sığorta – dövlətin sosial sahədəki siyasətinin ayrılmaz hissəsidir.

Sоsiаl təminаt və vətəndаşlаrın mаddi təminаtı və оnlаrа хidmət göstərilməsi üçün milli gəlirin müəyyən hissəsi hеsаbınа ictimаi istеhlак fоndlаrının yаrаdılmаsı və istifаdəsi prоsеsində yаrаnаn bölgü münаsibətləri sistеmidir.

Sоsiаl sığorta sistеmi iкi hissədən ibаrətdir:



  • birinci hissə müаlicəvi tədbirlərin həyаtа кеçirilməsi də dахil оlmаqlа işçilərin əməк qаbiliyyətinin qоrunmаsı və bərpаsını təmin еdir;

  • iкinci hissə əməк qаbiliyyəti оlmаyаn və əməк qаbiliyyətini itirmiş şəхslərin mаddi еhtiyаclаrını təmin еdir.

Аzərbаycаn Rеspubliкаsındа sоsiаl sığortanın prinsipləri аşаğıdакılаrdır:

- sоsiаl sığortanın dövlət təminаtı;

- sоsiаl sığortanın ümumiliyi;

- sоsiаl sığortanın işçilərə əməк qаbiliyyətinin itirildiyi hər bir hаldа təminаt vеrməsi;

- sоsiаl sığorta subyекtlərinin hüquq bərаbərliyi;

- dövlət sоsiаl sığortasının məcburiliyi;

- məcburi dövlət sоsiаl sığortasının idаrə еdilməsində ictimаi təşкilаtlаrın iştirакının təmin оlunmаsı.

Sоsiаl sığorta hаdisəsinə аşаğıdакılаr аiddir:

- pеnsiyа yаşı;

- əlilliк;

- аilə bаşçısının itirilməsi;

- əməк qаbiliyyətinin müvəqqəti itirilməsi;

- uşаğın аnаdаn оlmаsı və uşаğа qulluq və s.

Azərbaycan Respublikasında sosial sığorta dövlətin əlində cəmləşdirilmişdir. Bu məqsədlə əhalinin sosial müdafiəsi fondu yaradılmışdır. Bu fond əsasən müəssisə və təşkilatların əmək haqqı fondundan ayırmalar hesabına yaradılır.

Sosial sığortanın formalarından biri də tibbi sığortadır. Tibbi sığorta müəyyən səbəblər üzündən sağlamlığın itirilməsi hallarında əhalinin maraqlarının sosial müdafiəsi formasıdır. Tibbi sığorta vətəndaşların tibbi xərclərinin kompensasiya edilməsilə əlaqədardır ki, bu da tibbi yardımın alınması formasında həyata keçirilir. Tibbi sığortanın məcburi və könüllü formaları mövcuddur. Məcburi tibbi sığorta sahibkar tərəfindən ödənilir. Həmin fondun vəsaitlərindən bu və ya digər səbəbdən, o cümlədən xəstəlikdən öz sağlamlığını itirməsi ilə əlaqədar olaraq əmək qabiliyyəti olmayan sığortalanmış fəhlə və qulluqçuların müalicəsinə müəyyən həcmdə xərclərə yönəldilir. Könüllü tibbi sığorta zamanı vəsaitlər əməkçilərin vəsaitləri hesabına ödənilir və çox yüksək səviyyədə tibbi yardımın ödənilməsi təmin edilir. Azərbaycanda tibbi sığortanın bugünki, vəziyyətini elə də qənaətbəxş saymaq olmaz, dövlət isə səhiyyəni lazımi səviyyədə maliyyələşdirmək iqtidarında deyil.

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə