Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti




Yüklə 31.68 Kb.
tarix20.04.2016
ölçüsü31.68 Kb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti ________________________________________


İnformasiya iqtisadiyyatı” fənnindən sərbəst iş

Mövzu: Patent hüququnun prinsipləri

Fakültə: Uçot – İqtisad

İxtisas: Mühasibat uçotu və audit

Kurs: II kurs

Qrup: 400

Tələbə: Talıblı Pərviz
_________________________________________

Bakı – 2010



Patent hüququnun prinsipləri
Mülki hüququn subyektləri arasında əqli mülkiyyətin nəticələrindən istifadə ilə bağlı hər hansı hüquqi münasibətlərin qurulmasında digər hüquqlarla yanaşı, əqli yaradıcılığın nəticələrinə olan müstəsna hüquqların əhəmiyyətli yeri vardır. Bir çox ölkələrin qanunvericilik aktlarında bu hüquqları ifadə etmək üçün adətən ümumiləşmiş formada əqli mülkiyyət terminindən istifadə edirlər. Əqli mülkiyyət qanunvericilik aktları ilə müəyyən edilmiş hallarda və qaydada vətəndaşın, yaxud hüquqi şəxsin intellektual yaradıcılığın nəticələrinə, yaxud ona bərabər tutulan məhsulların, yerinə yetirilən iş və xidmət növlərinə (firma adı, əmtəə nişanı, xidməti nişan və s.) müstəsna hüquqlar kimi tanınır. Lakin intellektual mülkiyyət termininin hansı formada şərh edilməsindən asılı olmayaraq, dünya hüquq elmində bu anlayışa münasibətdə iki yanaşma üsulu üstünlük təşkil edir. Bəzi alimlər bu anlayışın qanunvericilik sənədlərində möhkəmlənməsini normal hal kimi qəbul edir, bir qrup alim isə belə hesab edir ki, bu termindən ancaq siyasi aktlarda istifadə edilməsi düzgündür və praktiki yönümlü hüquqi normalara daxil edilməsi məqsədəuyğun deyil. 
Qeyd etmək lazımdır ki, bu cür yanaşma üsullarının formalaşmasının tarixi əsasən 19-cu əsrin sonlarından başlayır. Bu illərdə intellektual mülkiyyət anlayışının və onun tərkibinə daxil olan ədəbi (bədii) və sənaye mülkiyyətlərinin artıq bir çox ölkələrin qanunvericiliklərində və vacib beynəlxalq konvensiyaların mətnlərində geniş şəkildə istifadə olunmasına baxmayaraq, hələ də o, alimlərin bir hissəsi tərəfindən kəskin tənqid olunmaqda davam edirdi. Lakin bu anlayışın tərəfdarları da çoxalırdı.
«İntellektual mülkiyyət» termininin mənşəyi haqqında qısaca nə demək olar? Elmi ədəbiyyatda bu termini daha çox 18-ci əsrin sonunun fransız qanunvericiliyi ilə bağlamaq meyli daha güclüdür. Həqiqətən həmin dövrün fransız qanunvericiliyində müəllif hüququ və patent hüququ təbii hüquqlar kimi qəbul edilir və hər hansı yaradıcılıq nəticəsinə (ədəbi, bədii, elmi əsər, sənaye mülkiyyəti) olan hüquqlara yaradıcının ayrılmaz, yəni təbiətin verdiyi hüquqlar kimi baxılırdı. Dövlət hakimiyyətinin bu hüquqları tanımasından asılı olmayaraq, bu hüquqların mövcudluğu qəbul edilirdi. Maraqlıdır ki, yaradıcının yaradıcılıq əməyinin nəticəsinə olan hüquqları ilə sahibkarın, yaxud material daşıyıcını öz əməyi ilə yaradan şəxsin həmin əmlaka olan hüquqlarına bərabər baxılırdı. 
Patent — (lat. patere, patent - açıq qoymaq) hər hansı bir ixtiraya verilmiş məhdud tətbiq hüququna malik olan ən yüksək hüquq qoruyucusudur. O edilmiş xeyrli ixtira və ya sənaye modelinə müəlliflik hüququnu göstərən sənəd sayılır. Patentin yaşama müddəti patentləşdirilmiş obyektdən asılı olaraq 8-20 il arasında yerləşir. Azərbaycanda patent Prezident yanındaAzərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən verilir.

Ən qədim patent haqqında məlumat qoca Atenousun (lat. Naucratita Athenaeus ) yazılarında göstərilmişdir: B.e.ə. 720-ci ildə yunanlar İtaliyanın cənubunda Sibaris (Szbaris) adlı koloniya düzəldirlər. Tutduğu coğrafi mövqeyə görə Sibari qısa bir zamanda varlanır və oranın əhalisinin rifahı yaxşılaşır. Onlar dadlı yeməklərin pərəstişkarına çevrilirlər. Athenous məlumat verir ki, əgər hər hansı aşpaz yeni bir yemək ixtira edirdisə, onda başqalarına bir il müddətində bu yeməyi bişirməyə icazə verilmirdi. Bununla yeməyin hazırlanması ixtiraçıya verilirdi. O, bir il müddətində etdiyi ixtiranın xeyrini görməli idi. Bunun kökündə başqalarını yeni yemək növlərini ixtira etməyə həvəsləndirmək məqsədi dururdu. Bu təsvirdən müasir patent hüququnun cizgiləri aydın görünür:

  • Müəllif tərəfindən yayma hüququ,

  • Yenilik şərtinin qoyulması,

  • İqtisadi mənfəət və motivasiya,

  • İxtiraçı hüququnun məkanla bağlılığı,

  • Vaxt məhdudiyyəti.

1791-ci il tarixli fransız patent qanununda elan olunması və həyata keçirilməsi cəmiyyət üçün faydalı olan hər hansı yeni ideyanın onu yaradana məxsus olması, yeni sənaye ixtirasına onu yaradanın mülkiyyəti kimi baxılması bir norma kimi qəbul edilir, buna əməl edilməməyinə insan hüquqlarının məhdudlaşdırılması kimi baxılırdı. Bu yanaşma üsullarının qanunvericiliklərdə öz əksini tapması ədəbi və sənaye mülkiyyəti anlayışlarının da mövqelərinin möhkəmlənməsinə səbəb olurdu. Qeyd etmək lazımdır ki, müəllif hüququna «mülkiyyətin ən müqəddəs növü» kimi baxılması ideyası öz əksini ABŞ-ın bəzi ştatlarının qanunlarında, o cümlədən Massaçusets ştatının 17 mart 1789 -cu il tarixli qanununda da tapmışdı. Burada göstərilirdi ki, «insana məxsus olan onun əqli əməyinin nəticəsindən daha dəyərli olan mülkiyyət yoxdur». Müəllif hüququ ilə bağlı eyni məzmunlu fikirlər həmin dövrdə artıq Saksoniya, Prussiya, Danimarka, Norveç və bir sıra digər ölkələrin qanunlarına da daxil edilmişdi. Lakin müəllif və patent hüquqlarının obyektlərinə mülkiyyət kimi baxılmasının və bu obyektlərə hüquqların mülkiyyət hüququ ilə eyniləşdirilməsinin səbəblərini ancaq təbii hüquqlarda axtarmaq o qədər də düzgün olmazdı. O zaman bu cür yanaşmanı kapitalizmin inkişafından doğan mülkiyyət münasibətlərinin tənzimlənməsi məsələsi diktə edirdi. Çap dəzgahının ixtira edilməsi və manufakturaların meydana çıxması kapitalizmin sürətli inkişafının nəticəsi kimi vəziyyəti kəskin şəkildə dəyişdirdi. Yaranmış şəraitdə hər hansı əlyazması, yaxud hər hansı maddi daşıyıcıya köçürülmüş əsər artıq sənaye üsulu ilə çox tez və nisbətən ucuz çoxaldıla və yayıla bilərdi. Getdikcə istehsalata daha tez-tez yeniliklər tətbiq olunur və manufakturaların sahiblərinə rəqibləri qarşısında nəzərəçarpacaq üstünlüklər verirdi. Əlbəttə kitabın çapını və ixtiranın tətbiqini ilk dəfə həyata keçirənlər bu işə müəyyən sərmayə qoyur və vaxt sərf edirdilər. Təbii ki, onlar bu və ya başqa şəkildə əsər və texniki yeniliklərin yaradıcılarının əməyini ödəyir, kitabın nəşrə hazırlanması və s. işlərin görülməsi üzrə məsrəfləri öz üzərlərinə götürürdülər. İlk dəfə bazara çıxarılan mal öz sahibinə başqaları qarşısında müəyyən üstünlüklər qazandırırdı.
Lakin bəzən bu üstünlüklər bir anın içində heçə enir, bu işə sərmayə qoyanlar külli miqdarda ziyana düşür, bütöv bir mexanizm sərfəsiz işə çevrilirdi. Bəs bunun səbəbləri nədə idi? Bir çox hallarda nəşr olunmuş kitablar və istehsalatda tətbiq olunmuş yeniliklər istifadə üçün artıq hazır şəkildə kənar şəxslər tərəfindən mənimsənilir və aydındır ki, yuxarıda qeyd etdiyimiz xərcləri çəkmədiklərindən, onlar bazara özünün daha ucuz mallarını çıxarırdılar. Tədricən belə vəziyyət texniki tərəqqinin və mədəni dəyərlərin yayılmasının qarşısında ciddi maneəyə çevrilirdi.
Ədəbi və texniki yaradıcılığın nəticələrinə cəmiyyətin maraqları naminə ilkin olaraq vəsait qoyan, yeni ideya və baxışları yayan və təbliğ edən şəxslərin maraqlarının qanunla müdafiə olunmasına obyektiv zərurət yaranırdı. İlk dövrlərdə bu şəxslərin maraqlarının qorunması ayrı-ayrı nəşriyyatlara və manufaktura sahiblərinə müəyyən əlavə imtiyazlar verilməklə təmin olunurdu. Lakin kapitalizmin mövqelərinin getdikcə güclənməsi ilə Ali hakimiyyət orqanları tərəfindən verilən imtiyazlar sisteminin qanunlarla əvəz olunması prosesi də sürətlənir, əsərlərin və texniki yeniliklərin yaradıcıları və onların hüquqi varislərinə qanunla müəyyən edilən müddətdə onlara məxsus yaradıcılıq nəticələrinə müstəsna hüquqlar tanınır və bu hüquqlardan istifadə üçün hüquqi əsaslar yaradılırdı.
Müasir anlamdakı ilkin müəllif və patent qanunlarının yaranması tarixinin 17-ci əsrin əvvəllərində İngiltərə ilə bağlanması elmi ədəbiyyatda artıq özünə yer tutmuş faktdır.
1623-cü ildə kral Yakob Stüartın hakimiyyəti dövründə qəbul olunmuş «Monopoliyalar haqqında status» qanunu ilə texniki nailiyyətləri yaradanların və tətbiq edənlərin üstəsna və heç kimdən asılı olmayan hüquqları tanınır və və həmin şəxslərin öz yaratdıqlarına 14 il müddətində müstəsna hüquqlarının olduğu bəyan edilirdi. 
1710-cu ildə İngiltərədə daha bir qanun — ilk müəllif hüququ qanunu meydana çıxdı. Bu qanunla müxtəlifə əsərin nəşri üçün onun yaradıldığı andan 14 il müddətinə müstəsna hüquq verilir və həmin müddətin müəllifin sağlığında daha 14 il müddətinə uzadılması da nəzərdə tutulurdu. İngiltərə ilə yanaşı elə həmin dövrlərdə kiçik zaman fərqi ilə bir sıra Avropa ölkələrində və ABŞ-da da müəllif və patent hüququ qanunları qəbul edildi.
Qeyd edilən ilk qanunların müəyyən özünəməxsusluqları çox zaman onların daha çox naşirlərin və istehsalçıların maraqlarının qorunmasına xidmət etdiyi qənaətinə gəlməyə əsas verir. Çünki bazarda satılan yaradıcılıq əməyinin nəticələri adətən müəlliflərə və ixtiraçılara yox, məhz naşirlərə və istehsalçılara məxsus olurdu. Buna görə də onların bazarda monopoliyaya malik olması adi zərurətə çevrilir, texniki nailiyyətlərin bilavasitə yardıcılarının hüquqları isə cəmiyyəti az maraqlandırırdı. Lakin naşirlər və istehsalçılar müəlliflərə və ixtiraçılara məxsus hüquqları əvvəlcədən satın almadan onları monopol rejimdə istifadə etməsi artıq qeyri qanuni sayılırdı, yəni əvvəl əsərin, texniki nəticənin, yaxud texniki həllin yaradıcısının intellektual hüququ tanınmalı və sonra ondan istifadə etmək məsələləri müzakirə obyektinə çevrilməlidir. Şübhəsiz, bu cür tanınma öz yaradıcılıq əməyinin nəticələrini istifadəçilərə satmaq imkanı əldə edən müəlliflərə daha çox sərf edirdi.
Bir sıra ölkələrdə artıq anlaşıqlı olan və nəzəri cəhətdən əsaslandırılmış ədəbi (bədii)
və sənaye mülkiyyəti ifadələrini müəyyən müddətdən sonra bir konstruksiyada birləşdirmək və intellektual mülkiyyət termini ilə adlandırmaq meyli güclənir və bu anlayış tədricən öz əksini qanunvericiliklərdə tapmaqda davam edirdi. Bununla birlikdə, Avropa ölkələrinin çoxunda müəlliflik hüququ və patent hüququna mülkiyyət kimi baxılması və ya yaradıcılıq nəticələrinin yaradıcılarının hüquqlarının mülkiyyət hüququna bərabər tutulması 19-cu əsrdə daha geniş yayılmışdı.

Müəllif hüququnun prinsipləri müəllif-hüquq normalarının məcmusunun təhlilindən çıxarılır. Bu prinsiplərin nəzərə alınması müəllif-hüquq qanunvericiliyinin düzgün şərh edilməsinə və praktikada onun ayrı-ayrı normaların tətbiq edilməsinə, həmçinin qanunvericilikdə birbaşa cavabı olmayan bəzi məsələlərin cavabının tapılmasına gömək edir. Azərbaycan intellektual mülkiyyət hüququnun əsas prinsiplərindən biri kimi Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsində öz əksini tapmış aşağıdakı müddəaları xüsusi qeyd etməyə ehtiyac vardır:


Müəllif hüququnun müəllifin şəxsi maraqları ilə ictimai maraqların birləşməsini əks etdirən ikinci ən vacib prinsipi daha çox digər hüquq institutlarında, o cümlədən mülki hüquqda öz əksini tapmışdır. Bununla belə bu prinsip müəllif hüququnda xüsusi əhəmiyyət daşıyır və əsər müəllifinin öz yaratdığı əsərdən istifadəyə monopol hüququ tanınır. Lakin bu monopol hüququn sərhədlərinin müəyyən edilməsi nə qədər çətin olsa da, qanunvericilik əsərlərdən sərbəst istifadə ilə bağlı müəyyən məhdudiyyətləri və istisna hallarını nəzərdə tutmaqla ictimaiyyətin də eyni dərəcədə yaradıcılıq fəaliyyətinin nəticələri ilə tanış olmaq maraqlarını təmin etmişdir

Patent hüququnun strukturu belədir:



  1. biblioqrafik verilənlər,

  2. Adı,

  3. İxtiranın təsviri,

  4. Yeniliyi,

  5. Cizgilər.

  6. İxtiraçılıq səviyyəsi

Patent almaq üçün aşağıdakı şərtlərin ödənilməsi vacibdir:

    • yeni olmalı, yəni o bu sahədə texnikanın mövcud səviyyəsindən məlum deyil,

    • ixtiraçılıq səviyyəsinə malikdir, yəni bu sahədə çalışan mütəxəssislərə məlum deyil,

    • sənayedə tətbiq oluna bilər, yəni istehsal, kənd təsərrüfatı və başqa fəaliyyət sahələrində tətbiqi mümkündür.

Verilmiş ixtiranın yeniliyi patent idarəsinin ekspertləri tərəfindən yoxlanılır.Bu tələblər ödənildikdə verilmiş ixtiraya patent verilir.
İstifadə olunmuş ədəbiyyat:

  1. www. wikipedia.com

  2. www. kayzen.az

  3. www. e-library.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə