Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin 1-ci kurs mk-44 qrup tələbəsi




Yüklə 390.94 Kb.
səhifə4/4
tarix20.04.2016
ölçüsü390.94 Kb.
1   2   3   4

Maldarlıq heyvandarlığın ən mühüm sahəsidir. Azərbaycanda istehsal olunan heyvandalıq məhsullarının ümumi dəyərinin yarıdan çoxu ət istehsalının isə 45%-i maldarlığın payına düşür. Maldarlıqda əsas yeri qaramal tutur. 1991-cı ildə respublikanın ictimai təsərrüfatlarında 833 min baş, əhalinin şəxsi təsərrüfatında isə 999 min baş qaramal olmuşdur. 1996-cı ildə respublikada qaramalın sayı 1682 min, əhalinin şəxsi təsərrüfatlarında isə 1303 min başa çatırdı. Ümumiyyətlə mal-qaranın sayının dəyişməsini 7-ci cədvəldə görə bilərik. Respublikanın aran rayonlarında, habelə Səki-Zaqatala rayonunda camışlıq, Lerik və Yardımlı rayonlarında ətlik-südlük zebu və zebuyabənzər maldarlıq da inkişaf etmişdir. Maldarlığın 70%-ni inək və camışlar təşkil edir.

Maldarlığın məhsuldarlığına görə Abşeron, Xaçmaz, Lənkəran, Şəki, Ağdam, Bərdə, Xanlar, Astara, Salyan, Quba, Şamaxı, Şəmkir rayonları daha çox fərqlənir.



CƏDVƏL 7 (min baş)

 

2000

2001

2000-ci ildə %-lə

Qaramal

1953,3

1999,5

102,4

O cümlədən:

 

 

 

İnək və camışlar

922,7

948,7

102,8

Qoyun və keçilər

5735,3

5995,7

104,8

Donuzlar

19,7

17,7

90


Qoyunçuluq Azərbaycan kənd təsərrüfatı kompleksinin ənənəvi, yay və qış otlaqlarına əsaslanan sahəsidir. Ət və yun istehsalının artırılması üçün onun imkanları böyükdür. Bu, qoyunların sayının tez artması, əmək və maddi ehtiyatların daha az məsrəfi ilə bağlıdır. Respublikada ətin beşdə birinə qədəri (20%), ictimai bölmə üzrə isə dörddə biri qoyunçuluqda istehsal olunur. Bir ton qoyun ətinin maya dəyəri bir ton mal ətinin maya dəyərindən 1.5 dəfə aşağıdır. Qoyunçuluq yun kimi qiymətli sənaye xammalı verən yeganə

heyvandarlıq sahəsidir. Azərbaycanda olan qoyun sürülərinin əksəriyyəti dağlıq və dağətəyi rayonlarda cəmləşmişdir. Respublikada əsasən yunluq-ətlik və ətlik-yunluq qoyunçuluq inkişaf etmişdir. Qoyunçuluğun zonalar üzrə ixtisaslaşdırılması sürünün cinsini və iqtisadi göstəriciləri xeyli yaxşılaşdırmağa imkan vermişdir. Naxçıvan MR-də, Ağdam, Ağcəbədi və Abşeron rayonlarında ətin yüksək keyfiyyəti, sürətlə artması, məhsuldarlığı və dözümlüyü ilə fərqlənən “Balbas”, “Qarabağ” və onun qolu olan “Qaradolaq” , “Qara” kimi qiymətli qoyun cinslərinin və Azərbaycan dağ merinosunun törəyib artmasını genişləndirmək sahəsində geniş işlər görülüb.



Quşçuluq son zamanlar respublikada sənaye əsasları üzrə inkişaf edən ən intensiv heyvandarlıq sahəsi olmuşdur. Əhaliyə quş ətinə və yumartaya olan tələbatının qısa müddətdə ödənilməsində mühüm rol oynayır. Yem taxılının taxılçılıq rayonlarından daşınmasına nisbətən ət və yumurta daşınması xeyli baha başa gəlir. Buna görə də quşçuluq əsasən böyuk şəhərlərin ətrafında yerləşdirilir. Respublikamızda 35 quşçuluq kompleksi yaradılmışdır. Respublikanın ən böyük quşçuluq kompleksləri Bakı, Gəncə, Naxçıvan şəhərləri ətrafında və rayon mərkəzlərində yerləşir. Respublikada istehsal olunan ətin 30%-ə qədərini quş əti təşkil edir. Hazırda quşçuluq məhsulları istehsalında fərdi təsərrüfatlar aparıcı rol oynayır.

Araçılıq Azərbaycanda kənd təsərrüfatının ənənəvi sahəsidir. Bal istehsalı üçün respublikanın əlverişli təbii şəraiti, nektarlı bitgi ehtiyatları, yüksək məhsuldar yerli “Qaratəpə” və başqa arı cinslıri vardır. Arıçılıq əsasən dağətəyi və dağlıq rayonlarda inkişaf etmişdir.

Donuzçuluq hazırda respublikanın bir çox rayonlarında inkişaf etmişdir. Ət istehsalının sürətlə artırılmasında donuzçuluğun xüsusi rolu var. Buna görə də donuzçuluğun maddi-texniki bazası xeyli möhkəmləndirilmişdir. Donuzşuluq əsasən urbanizasiyalaşmış sahələrə meyl edir. Abşeron, Şəki-zaqatala, yuxarı Qarabağda inkişaf etmişdir.

Ümumiyyətlə kənd təsərrüfatı sahələri rayonlar üzrə ixtisaslaşdırilmişdır. Bununla xəritə 1-də əyani tanış ola bilərik.



Yeyinti məhsulları sənayesi. ASK -nın son məhsul istehsal edən bu sahəsinin respublikanın iqtisadiyyatında böyek rolu var. Ümumi sənaye məhsulu istehsalının 30%-ə qədəri və sənaye müəssisələrinin üçdə biri bu sahənin payına düşür. Heyvandarlıq məhsullarının istehsalının dəyişməsini 8-ci cədvəldə görmək olar. Bu sənaye sahəsi inkişaf xüsusiyyətinə görə isə maşınqayırmadan sonra 2-ci yeri tutur.

CƏDVƏL 8 (min ton)

 

1999

2000

1999-cu ilə nisbətən %-lə

Ət (diri çəkidə)

188,5

195,8

103,9

Süd

991

1031,1

104

Yumurta; min ədəd

524,8

542,6

103,4

Yun

10,5

10,9

104

Qeyd etmək lazımdır ki, yeyinti sənayesi kənd təsərrüfatı ilə yanaşı digər sənaye sahələri ilə də əlaqədardır. xx əsrin əvvəllərində inkişaf etməyə başlayan yeyinti məhsulları sənayesi bu əsrin ortalarında və ikinci yarısında öz sahəvi tərkibini xeyli zənginləşdirmiş, çoğrafiyasını genişləndirmişdir. Əhalini yeyinti məhsulları və işlə təmin etməkdə yeyinti məhsulları sənayesinin böyük əhəmiyyəti var. Azərbaycan üçün ixtisaslaşmış sahə hesab edilən yeyinti sənaye məhsullarının xarici ölkələrə satışından respublika çox gəlir əldə edir. Yeyinti sənayesində şərabçılıq, meyvə, tərəvəz, baləq konservləri, tütün məmulatları, ət-süd sənayesi, mineral suların qablaşdırılması, pivə alkoqolsuz içkilər, çörəkbişirmə, qənnadı məmulatları istehsalı xüsusilə fərqlənir. Lakin Azərbaycanda yeyinti sahəsinin ən gəlirli sahələri: şərabçılıq, meyvə-tərəvəz və balıq konservidir. Yeyinti sənayesinin istehlakşıya meyl edın sahələri aşağıdakılardır:

Ət və ət məhsulları, süd və süd məhsulları, qənnadı, unüyütmə, çörək və çörək məmulatları, yağ, piy, çay, pivə.

Daşınmada xammalın keyfiyyəti aşağı düşdüyündən, bir sözlə çətinliklər yarandığından yeyinti sənayesinin bəzi sahələri xammala meyl edir

Onlar aşağıdakılardır:

Şəkər istehsalı, şərabçılıq, balıqçılıq, meyvə-tərəvəz konservi, mineral sudoldurma, duz istehsalı və s.


XƏRİTƏ 1


1 2 3 4 5 6 7 8 9



  1. Pambıqçılıq, taxılçılıq, heyvandarlıq, üzümçülük, az sahədə subtropik meyvəçilik

  2. Çayçılıq, faraş tərəvəzçilik, subtropik meyvəçilik,üzümçülük

  3. Tütünçülük, meyvəçilik,heyvandarlıq,taxılçılıq,üzümçülük

  4. Tərəvəzçilik,meyvəçilik, heyvandarlıq, taxılçılıq

  5. Heyvandarlıq, üzümçülük, taxılçılıq, meyvəçilik, tütünçülük

  6. Üzümçülüyün inkişaf etdiyi tərəvəzçilik-südçülük istiqamətli şəhərətrafi təsərrüfat

  7. Heyvandarlıq, kartofçuluq,taxılçılıq, meyvəçilik, tütünçülük, üzümçülük

  8. Yay və qış otlaqlarında heyvandarlıq

  9. Meşələr

4.Müasir şəraitdə aqrar islahatlari əhəmiyyəti

İnkişaf etmiş ölkələrin iqtisadi tərəqqi tarixi və təcrübəsi göstərir ki, insanların mütərəqqi və yaradıcı əməyə cəlb olunmasının, eləcə də iqtisadi dirçəlişinə nail olmağın başlıca yolu qanunvericilik əsasında sahələr üzrə islahatların həyata keçirilməsindən ibarətdir.

Bunu nəzərə alaraq müstəqillik qazandıqdan sonra respublikamız dünya iqtisadi sisteminə qoşulmaq üçün bazar iqtisadiyyatı qanunlarına uyğun olaraq iqtisadi islahatların, o cümlədən iqtisadiyyatın önəmli sahələrindən sayılan aqrar islahatların həyata keçirilməsinə başladı. 1992-1997-ci illərdə bu sahəyə dair bir sıra qanunların və digər hüquqi-normativ aktların qəbul edilməsi ilə islahatların gedişi xeyli sürətləndi. Qanunvericilik aktlarının qəbulu prosesi hazırda da davam edir.

İslahatların ilkin mərhələsində dünya təcrübəsi sınağından keçmiş, səmərəli təsərrüfatçılıq forması hesab edilən “fermer” təsərrüfatlarının yaradılması bu barədə müvafiq qanunun qəbul edilməsi zəruriyyətini qarşıya qoydu və 1992-ci ilin aprelində “Kəndli (fermer) təsərrüfatı haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olundu. Qanunda fermer təsərrüfatı anlayışı, onun yaradılması qaydaları, hüquq və vəzifələri, onlara torpaqların ayrılması mexanizmi, təsərrüfatın əmlakı, maddi-texniki təminatı və s. məsələlər öz əksini tapmışdır. Həmçinin fermer təsərrüfatının maliyyə vəsaiti, kredit, uçot və hesabat məslələri, təsərrüfatın fəaliyyət formaları, onun fəaliyyətinə xitam verilməsi şərtləri və qaydaları kimi vacib məsələlərə də qanunda ətraflı yer verilir.

Lakin bu qanunla təsərrüfatçılığın bir formasını - kəndli (fermer) təsərrüfatını yaradıb inkişaf etdirmək mümkündür. Azərbaycan kimi mürəkkəb təbii şəraitə və müxtəlif kənd təsərrüfatı sahəli ölkədə təsərrüfatçılığın yalnız bir formasının inkişaf etdirilməsi səmərəli ola bilməzdi. Digər tərəfdən torpaqların vətəndaşların mülkiyyətinə verilməsi məsələsi də yerlərdə təsərrüfatçılığın müxtəlif formalarının yaradılması zərurətini meydana çıxardı. Bu baxımdan 1995-ci ilin fevralında “Aqrar islahatların əsasları haqqında” və “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edildi.

Aqrar sahənin əsas təsərrüfat bazası sayılan sovxoz və kolxozlarda islahatın aparılması məqsədi ilə islahatı aparan orqanların, onu həyata keçirən komissiyaların yaradılması, təsərrüfatların əmlakı, əmlakın inventarlaşdırılması və özəlləşdirilməsi qaydaları, kənd təsərrüfatında müxtəlif növlü müəssisələrin yaradılması, xidmət sahələrinin yenidən təşkili, islahatın dövlət təminatı və s. məsələlərin həlli “Sovxoz və kolxozların islahatı haqqında” qanunla təmin edilir.

Aqrar islahatlar ərəfəsində torpaq münasibətlərinin hüquqi həlli əsasən 1996-ci ilin iyulunda qəbul edilmiş “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanunu ilə həyata keçirilir. Qanunda torpaq üzərində mülkiyyət formaları, torpaq islahatının aparılması şərtləri, vətəndaşların qanuni istifadəsində olan torpaqların özəlləşdirilməsi qaydaları, sovxoz və kolxozların istifadəsindəki torpaqların özəlləşdirilməsinin əsasları, torpaq payı almaq hüququ, payların müəyyən edilməsi, torpaqların normativ qiyməti, onun alqı-satqısı qaydaları, yerquruluşu işlərinin aparılması, mülkiyyət hüququnun sənədləşdirilməsi, islahatın dövlət təminatı və s. məsələlər əhatə olunur. Həmçinin işğal altında olan torpaqların azad olunmasından sonra aparılacaq islahat barədə də keçid və yekun müddəaları qanunda öz əksini tapmışdır.

Torpaq mülkiyyətçiləri və istifadəçiləri ilə dövlət arasında münasibətlər 1996-cı ilin dekabrında qəbul edilən “Torpaq vergisi haqqında” qanunla həll edilir. Qanunda torpaq vergisinin dərəcələri, vergi üzrə güzəştlərin edilməsi, torpaq vergisinin müəyyənləşdirilməsi qaydaları açıqlanır.

1999-cu ilin martında torpaq işlərinin nizama salınmasının hüquqi əsaslarını təmin edən “Dövlət Torpaq Kadastrı, Torpaqların Monitorinqi və Yerquruluşu haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edildi. Qanun sahə üzrə ümumi müddəaları, dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin aparılması qaydalarını, onların maliyyələşdirilməsi və dövlət nəzarəti məsələlərini əhatə edir.

Nəhayət, 1999-cu ilin avqustunda respublikanın ümumi torpaq fondu üzrə bütün torpaq münasibətlərinin tənzimlənməsinin hüquqi həllini təmin edən “ana qanun” - Torpaq Məcəlləsi qəbul edildi.

Göstərilən qanunların qəbul edilməsi zamanına nəzər salsaq, aqrar islahatların həyata keçirilməsini təmin edən əsas qanunların və digər normativ-hüquqi aktların müxtəlif illərdə, həm də böyük aravermələrlə qəbul edildiyinin şahidi olarıq.

Torpaq islahatı üzrə qanunvericilik təminatını araşdırdıqda mövcud çatışmazlıqları 2 istiqamətə ayırmaq olar: birincisi - qanunvericilikdə olan boşluq, ikincisi - qüvvədə olan qanunvericilikdəki nöqsanlar.

Qanunvericikdəki əsas boşluqlardan biri dövlət və bələdiyyə mülkiyyətinə aid olan torpaqlarla bağlıdır. Belə ki, xüsusi mülkiyyətə verilən torpaqların taleyi “Torpaq islahatı haqqında” qanunla tənzimləndiyi, ümumi torpaq fondunun 78-80%-ni təşkil edən dövlət və bələdiyyə mülkiyyətinə ayrılan torpaqların istifadəsi barədə qanun olmadığından həmin torpaqlar üzrə bir çox məsələlərin həlli qeyri-müəyyən olaraq qalır. Bu torpaqlar qanunsuz olaraq dağıdılır, təyinatı dəyişdirilir, yararsız hala salınır, özbaşına zəbt edilir və s.

“Torpaqların istifadəsinə və onun mühafizəsinə dövlət nəzarəti haqqında” heç bir normativ-hüquqi akt olmadığından bu cür qanunsuz halların qarşısını almaq da mümkün olmur.

İndiyədək “İpoteka haqqında” qanun da qəbul edilmədiyindən torpaqların girov qoyulması, müxtəlif obyektlər altındakı torpaqların vəziyyəti və bu kimi digər məsələlərin həllində problemlər meydana çıxır.

Torpaq islahatı ilə bağlı qanunvericilikdə olan boşluqla yanaşı, qüvvədəki qanunvericilik aktlarında da xeyli nöqsan var.

Torpaq vergisi torpağın normativ qiyməti əsasında hesablanmış vergi dərəcələri ilə müəyyən edilir. İndiyədək torpaqların normativ qiymətləri respublika Nazirlər Kabinetinin 17 oktyabr 1996-cı il tarixli 145 saylı və 23 iyul 1998-ci il tarixli 158 saylı qərarları ilə Dövlət Torpaq Komitəsi tərəfindən hesablanmışdır. İkinci qərarın verilməsi səbəbi əvvəlkində yol verilən səhvlərin aradan qaldırılması zərurətindən irəli gəlsə də, onda da xeyli nöqsanlar var. Belə ki, yeni hesablanmış normativ qiymətlər də torpağın real dəyərini, onun verimlilik qabiliyyətini düzgün əks etdirmir. Nəticədə bir kadastr rayonunda torpağın normativ qiyməti xeyli yüksək, digərində aşağı olmuşdur.

Nazirlər Kabinetinin son qərarına uyğun olaraq əkin, dinc və çoxillik əkmələr altındakı torpaqların normativ qiymətləri diferensial gəlirə görə, biçənəklər, kəndətrafı örüşlər, yay və qış otlaqları torpaqlarının normativ qiymətləri isə onların məhsuldarlığına görə müəyyən edilmişdir. Beşinci qrupa aid olan şərti yararsız torpaqların normativ qiymətlərinin nəyin (hansı göstəricinin) əsasında hesablandığı məlum deyil. Bu torpaqlarda bitki bitmədiyi üçün nə diferensial gəlirdən, nə də məhsuldarlıqdan danışmaq olmaz.

Çoxillik əkmələr üçün yararsız hesab olunan dördüncü keyfiyyət qrupuna aid olan torpaqların da diferensial gəlirə görə qiymətləndirilməsi qeyri mümkündür. Halbuki həmin qrup torpaqların hər hektarı üçün Arazboyu kadastr rayonunda 10,4 milyon manat, Dağlıq-Qarabağda 7,3 milyon manat, Lənkəran-Astarada 7,1 milyon manat, Abşeron-Qobustanda 6,5 milyon manat və s. normativ qiymət müəyyən edilmişdir.

Təbii ki, bu cür düzgün olmayan normativ qiymətlər əsasında hesablanmış torpaq vergisi dərəcələri də düzgün olmayacaqdır. Göstərdiyimiz misal da fikrimizi təsdiqləyir. Bütün kadastr rayonları üzrə çoxillik əkmələr üzrə vergi dərəcələri əkin torpaqlarının diferensial gəlirinə görə hesablanmışdır, bu isə elmi-metodik baxımdan yanaşanda da səhvdir. Bunun nəticəsidir ki, Arazboyu kadastr rayonunda əkin torpaqları üçün verginin məbləği hektara 21 min manat, çoxillik əkmələr altında həmin qrup torpaqların hektarına 165 min manat vergi hesablanmışdır. Belə hal gələcəkdə kənd təsərrüfatının gəlirli sahəsi sayılan çoxillik əkmələrin məhvinə səbəb ola bilər. Yeri gəlmişkən qeyd etməyi vacib bilirik ki, qüvvədə olan torpaq vergisi dərəcələri yeni normativ qiymətlərə görə deyil, köhnə (əvvəlki) normativ qiymətlər əsasında hesablanmışdır.

Aqrar Islahatların həyata keçirilməsini təmin edən digər qanunlar və normativ-hüquqi aktların (əsasnamə və qaydalar) əksəriyyətində də xeyli nöqsan və çatışmazlıqlar mövcuddur. Bütün bunlar bütövlükdə aqrar islahatların gedişinə mənfi təsir göstərir.

Deyilənləri nəzərə alaraq aqrar islahatların tam qanunvericilik təminatını yaratmaq, mövcud qanunvericilik aktlarında yol verilən nöqsan və çatışmazlıqları aradan qaldırmaq məqsədi ilə aşağıdakı məsələlərin həll edilməsi vacibdir:



  • respublika üzrə vahid torpaq fondunun istifadəsi və idarəçiliyində qayda yaratmaq, torpaq sahələrinin və torpaqla birgə onun üzərində olan obyektin girov qoyulması qaydalarını təmin etmək məqsədilə “Dövlət və bələdiyyə torpaqları haqqında”, həmçinin “İpoteka haqqında” müvafiq qanunlar qəbul edilməlidir;

  • torpaqların istifadəsinə və mühafizəsinə dövlət nəzarətini həyat keçirmək, fiziki və ya hüquqi şəxslər tərəfindən özbaşına (qeyri-qanuni) zəbt edilmiş torpaqların geri qaytarılmasına nail olmaq, daha səmərəli təsərrüfatların formalaşdırılmasını və inkişafını təmin etmək üçün vacib olan qanunvericilik aktları hazırlanıb qəbul edilməlidir;

  • qüvvədə olan qanunvericilik aktlarındakı çatışmazlıqlar aradan qaldırılmalı, onların yeni qəbul edilmiş Torpaq Məcəlləsinə uyğunlaşdırılması təmin edilməlidir;

  • torpaqların istifadəsi və mühafizəsi, münbitliyinin artırılması barədə, eləcə də “Kənd təsərrüfatının dövlət tənzimlənməsinə dair” proqramlar hazırlanmalıdır;

  • torpaq məsələlərinin həllində böyük əhəmiyyət kəsb edən “torpaqların normativ qiymətləri” elmi-metodik göstərişlərə istinadən dəqiq və müvafiq qaydada təsdiq edilmiş rəqəmlər əsasında yenidən müəyyən edilməli, onlara uyğun da torpaq vergisi dərəcələri hesablanmalıdır.

5.Kənd təsərrüfatı və ətraf mühit problemləri

Ərzaq proqramının həyata keçirilməsi ekologiya ilə birbaşa bağlıdır. Ekosistemin məhsuldarlığını öyrənərkən ona ərzaq proqramı baxımından yanaşmaq lazımdır. Kənd təsərrüfatının intensifikasiyası, aqrokimyəvi maddələrin ildən-ilə çox istifadə edilməsi, xüsusən zərərli maddələrin geniş tətbiqi şübhəsiz faydası ilə bərabər bir sıra ekoloji problemlər yaradır:



  1. Ekosistemin çirkləndirilməsi problemi;

  2. İstifadə olunan kimyəvi preparatlara qarşı rezistent (dözümlü) ziyanvericilərin və xəstəliklərin əmələ gəlməsi problemi;

  3. Ziyanvericilərlə birlikdə faydalı canlıların da məhv edilməsi problemi;

  4. Biosenozda ümumi balansın pozulması problemi;

  5. Ekosistemə maddələrin bioloji dövranının pozulması, məhsuldarlığın aşağı düşməsi problemı;

  6. Suvarılan sahələrdə təkrar şoranlıq və təkrar bataqlıq yaranması, yamaclarda torpaq erroziyasının güclənməsi və s problemləri.

Kənd təsərrüfatıının ətraf mühitə ən böyük mənfi təsirlərindən biri də pestisidlərlə bağlıdır. Pestisidlərin istifadəsini azaltmaq və tədricən tamam aradan qaldırmaq biplpji və başqa mübarizə metodlarıınn kompleks tətbiqi tələb olunur.

Ümumiyyətlə kənd təsərrüfatının əsas istehsal vasitəsi torpaqdir. Torpaq isə vətən deməkdir. Akademik Həsən Əliyev demişdir: “Hər şey torpağın üstündə bitir. Bu mənada insan üçün torpaqdan kənar Təbiət anlayışı yoxdur.”

Şəxsi torpaq mükiyyətçiləri unutmamalıdırlar kı, torpaq yalnız bol məhsul yetişdirmək üçün deyil, həm də insanların ekoloji qarantı olmaqla onların sağlamlıq mənbəyidir. Onlar eyni zamanda bilməlidirlər ki, onlar torpağı bir neçə zərərli təsirlərdən qorumalıdırlar. Onlar hansılardır:


  1. Torpağın düzgün becərilməməsi.

Torpaq şumlanarkən onun arat olması vacibdir. Torpağı hər il eyni dərinlikdə şumladıqda şum qatının altı bərkiyir. Şum qatının dərinliyi ora əkiləcək bitkinin tələbinə uyğun olmalıdır. Torpaq şumlanarkən onun mailliyi düzəlməsə, suvaranda torpaq eroziyaya uğrayar və münbit qat yuyulub gedər.

  1. Gübrələrdən düzgün istifadə edilməməsinin təsiri .

Əkin sahələrindən adıcıl istifadə edərkən torpaqda bitki üçün yararlı qida maddələri tükənir. Suvarılan torpaqan qida maddələri daha tez yuyulub gedir. Belə sahələrə ardıcıl gübrə vermək lazımdır. Torpaqda bir element çatışmadıqda digərləri onu əvəz edə bilmir.6 Deməli, bitkilərin məhsuldarlığı torpaqda minimal miqdarda olan qida elementlərindən asılıdır. Torpağı kimyəvi analizdən keçirib orada minimal qida maddələrini öyrənmədən sahəyə verilən gübrə əhəmiyyətsiz olur, hətta zərər verir. Gübrənin çatışmazlığı pis olduğu kimi, onun həddən artıq çox olması da pisdir. Sahəyə verilən gübrənin miqdarı, vaxtı və iş qaydası torpağın ekoloji vəziyyətindən asılı olmalıdır. Ona görə də təsərrüfat bölgələrində mərkəzləşmiş aqrəkimyəvi laboratoriya olmlıdır. Çox təəssüflə qeyd etmək lazımdır ki, İttifaq dağıldıqdan sonra aqrokimya laboratoriyaları dağılmışdır və bu laboratoriyanın gücündən, mütəxəssislərindən istifadə olunmur. Mülkiyyətçi sahib olduğu torpağın tərkibində hansı üzvi və mineral maddədən nə qədər olduğunu və əkəcəyi bitkiyə bunlardan nə qədər lazım olduğunu təyin etməlidir. Əks halda torpaq ya qidasız qalar, ya da onda artıq mineral maddələr toplanar ki, hər iki halda ekoloji tarazlıq pozular.

3. Kimyalaşdırmanın düzgün yerinə yetirilməməsi:

Təsərrüfatın kimyalaşdırılması mineral və üzvi gübrələrdən başqa ziyanvericilərə və xəstəliklərə qarşı mübarizədə tətbiq edilən minlərlə kimyəvi preparatları əhatə edir. Kimyalaşdırmanın inkişafı prosesində insanın öz əməlləri başına bəla açmışdır. Müasir təsərrüfatlarla elə vəziyyət yaranmışdır ki, kimyasız bol məhsul yetişdirmək mümkün deyil. Lakin kimyalaşdırmanın effektini yüksəltmək üçün konkret torpağın tərkibi, xəstəlik törədicisinin və ziyanvericilərin biologiyası, onlara qarşı secilmiş mübarizə metodu, yetişdirilən sortun və alaq bitkilərinin bioloji xüsusiyyətləri müəyyən edilməlidir.Kortəbii kimyalaşdırma prosesi torpaq biosenozunun balnsını pozur. Nədən nə üçün, nə qədər, harada,

nə vaxt istifadə edilməsi diqqət mərkəzində olmalıdır. Əks halda fayda vermək məqsədilə görülən iş ziyankarlığa çevrilir. Kimyəvi preparatların və gübrələrin daşınması, saxlanılması və tətbiq edilməsi prosesində yol verilən səhlənkarlıqlar ekoloji baxımdan böyük ziyankarlıqdır. bəzisi isə hətta cinayətdir.



  1. Suvarma sularının təbiətə vurduğu ziyanlar.

Suvarma suları ilə torpağa qida maddələri ilə yanaşı, xeyli miqdarda zərərli maddələr də daxill olur. Bunun ekoloji fəsadları bitkilər vasitəsilə qida maddələrində özünü göstərir.

Ümumiyyətlə, çirkab sular torpağın kimyəvi tərkibini dəyişir.

Meliorasiya yaxşılaşdırmaq deməkdir, yəni orqanizmin yaşama şəraitinin yaxşılaşdırılması. Meliorasiya uzunmüddətli plana əsaslanır. Kənd, meşə, su və balıq təsərrüfatında, səhiyyə-profilaktika tədbirlərində, şəhərsalmada, yol çəkmədə və başqa abadlıq işlərində meliorasiya vacibdir. Suvarılan sahələrdə meliorasiya tədbirləri daha çox vacibdir. Suvarma işləri elə aparılmalıdır ki, su itkisi olmasın, yersiz bataqlıqlar yaranmasın. Vaxtında meliorasiya işləri aparılmayan sahələrdən bol məhsul götürmək memkün deyil. Quraq rayonlarda drenajsız suvarma aparılması nəticəsində torpaq altındakı duzlu su üzə çıxıb bitkiləri qurudur, torpağı yaradan və qoruyan canlıları tələf edir, bir sözlə torpağın yaşama prosesini pozur. Kür-Araz ovalığını buna misal göstərmək olar.

Bəzən meliorasiyadan düzgün istifadə edilmədikdə torpaqlar eroziyaya uğrayır. Eroziya vaxtı nəinki torpağın strukturu pozulur, həmçinin ondan yer üzünə çirkli-zibilli laylar və müxtəlif zərərli qazlar da çıxır. Beləliklə də tarlanın, təbiətin ekoloji estetikası pozulur.



Torpaqların qorunması sahəsində mühüm tədbirlər sistemi həyata keçirilir:

  1. Torpaqdan istifadə edilməsinə dair respublika və beynəlxalq əsasnamələrin tətbiq edilməsi;

  2. Torpaq kadastrının tərtib edilməsi və torpaqdan istifadə üzərində dövlətnəzarəti qoyulması;

  3. Torpaq eroziyasına qarşı, torpağın şoranlığa və batqlığa çevrilməsinə qarşı effektli tədbirlər sistemi hazırlanıb həyata keçirilməsi, uzunmüddətli proqrama əsaslana torpaq meliorasiyasının olması;

  4. Torpağa gübrə verilməsinin elmi əsaslanması və onun müasir tələblərə cavab verməsi;

  5. Torpağa aqrotexniki qulluq edilməsinin ardıcıl təkmilləşdirilməsi, torpaqdan istifadə prosesində;

  6. Torpağın fiziki, kimyəvi, radiaktiv və bioloji çirkləndirilməsinə qarşı ardıcıl və effektli mübarizə aparılması;

  7. Torpağın formalaşmasında və qorunmasında rol oynayan bitki örtüyünün qorunması, tarlaqoruyucu meşə zolaqlarının genişləndirilməsi və onların politərkib olması prinsipinin gözlənməsi.

ƏDƏBİYYAT SİYAHISI

Kitablar:

  1. Azərbaycanın Iqtisadi və Sosial Coğrafiya –N.N. Allahverdiyev

  2. Azərbaycanın Iqtisadi və Fiziki Coğrafiyası - Z.N.Eminov

  3. Həyəcan təbili-Həsən Əliyev

  4. Azərbaycan torpağı-jurnal. Bakı 2003

  5. Azərbaycan Respublikasının İqtisadi və Sosial coğrafiyası- Azərbaycan Dövlət İqtisad Universitetinin nəşri

  6. Azərbaycanın Iqtisadi -Fiziki Coğrafiyası -Mehdiyev


Saytlar:

www.tehsil.azerall.info/kitabxana/ii/ii15.php - 48k

www.tehsil.azerall.info/kitabxana/ii/ii8.php - 31k

www.azernews.net/az/gizli/view.php?d=5707


1 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi

2 www.azernews.net/az/gizli/view.php?d=5707

3 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi

4 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi

5 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi

6 Libix qanunu

1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə