Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin 1-ci kurs mk-44 qrup tələbəsi




Yüklə 390.94 Kb.
səhifə3/4
tarix20.04.2016
ölçüsü390.94 Kb.
1   2   3   4

Məhsulun keyfiyətinin yüksəldilməsi və çeşidinin yaxşılaşdırılması problemləri konkrkek ilkin xammalın istehsalından son hazır məhsulun buraxılışına qədər plan bütün proseslərlə sıx əlaqədardır.Belə ki,əsas e’tibarilə üst trikotaj buraxan trikotaj mə’mulatları fabriklərində alınmış təmiz yun və yarımyunun 40-50%-ni yenidən sarımaq və ya malgöndərənlərə qaytarmaq və ya növünü aşagı salmaq lazımdır.Bu sahədə məhsulun keyfiyyətini əsaslı surətdə yaxşılaşdırmaq üçün yeni növ pambıq parça, yun və ipək liflərin istehsalı ilə məşğul olmaq lazımdır.Habelə yeni toxuculuq müəssisələrini tikib istifadəyə vermək,artıq mövcud olan imkanlardan tam istifadə etmək,avadanlıiq və texnologiyanı modernləşdirmak lazımdır.Respublikanın yüngül sənayesindəki prpblemlər toxuculuq maşınqauırma müəssələrinin olması ilə baglıdır.Ona görə də istər-istəməz digr dövlətlərdən asılı vəziyyətədüşürük.Beləliklə ,məhsulun keyfiyyətini, onu formalaşdıran təkmil istehsal-texniki baza yaratmaqla, yeni mütərəqqi texnologiyaları tətbiq etməklə yaxşılaşdırmaq olar.

Son illərdə yüngül sənaye məhsullarının keyfiyyətini yaxşılaşdırmaq üçün respublikanın müəssisələrində Macarıstandan, Yaponiyadan və digər ölkələrdən alınmış yeni avadanlıq quraşdırılmış, bir sıra istehsal sahələrini modernləşdirmək üçün xarici firmalarla kontraklar bağlanmış, modalar evində və fabriklərdə paltarların modelləri üçün eksperimental istehsal yaradılmış, ayaqqabı fabriklərində modellərin yeniləşdirilməsi prosesi getmişdir. Bununla yanaşı, məhsulun keyfiyyətinin yaxşılaşdırılması üçün əsas tədbirlərin görülməsi tələb olunur. Belə ki, bir çox ölkələrdə dövlət yüngül sənayenin inkişafı üçün müəssisələrə modernləşmə üçün güzəştli kreditlərin verilməsini, mənfəətdən verginin azaldılmasını və s. nəzərdə tutur.

Yüngül sənayenin inkişafı büdcə kəsrinin müəyyən hissəsini ixtisar etmək, pul tədavülünü normallaşdırmaq, istehlak bazarını sabitləşdirmək, respublikadan çıxarılan valyutanı azaltmaq üçün böyük imkan yarada bilər. Buna görə də ona respublikanın iqtisadiyyatında xüsusi yer vermək lazımdır.

Respublikamızın zəngin xammal bazası var. Bizim pambığımız, yunumuz, ipəyimiz, müəyyən miqdarda kimyəvi mahlıcımız, gön-dəri məmulatımız və xəzimiz var. Keçmiş SSRİ – də bu xammaldan hazır məhsul istehsalı üçün lazımi şərait yaradılmamışdır. Bu sahənin payına Azərbaycanda ümumən istehlak malları buraxılışın 39%-i düşür. Respublikada xeyli həcmdə xammal və əmək resurslarının olması yaxın illərdə resurs qənaətedici yarım sahələrin (trikotaj və tikiş sənayesi kimi) sürətli inkişafı hesabına yüngül sənaye istehsalının strukturunu təkmilləşdirməyə imkan verir.

Hazırda pambıq mahlıcının, ipək illiyinin böyük hissəsi respublikadan kənara göndərilir. Bunu nəzərə alaraq əmək resurslarından istifadə etməklə respublikanın rayonlarında pambıq mahlıcının, ipəyin, yunun emalı və son hazır məhsula çatdırılması üzrə yeni sahələr yaratmaq lazımdır. Bu, respublikanın əmtəəlik məhsulu artıracaq, ümumi milli məhsul istehsalını artıracaq, qonşu ölkələrlə istehsalın koorperasiyasına və məhsul çeşidi, mübadiləsinə, respublikadan mal göndərilməsinə hazır məhsulun xüsusi çəkisinin artırılmasına imkan yaradacaqdır. Toxuculuq sənayesinin kimyalaşdırılması, ondan hazırlanan məmulatlara olan təlabat həm toxunma materialları istehsalının strukturuna, həm də məhsulun çeşidinə təsir göstərir. Təbii xammalımızın olduğunu nəzərə alıb kimyəvi mahlıcın emalı üzrə müştərək müəssisələri yaratmaq lazımdır. Müştərək müəssisənin, xüsusilə qonşu ölkələrlə - Türkiyə, Pakistan, Özbəkistan, Türkmənistan və digərləri ilə yaradılması istehsalda ciddi dəyişikliklərin aparılmasına , bu sahədə beynəlxalq kooperasiyanın imkanlarından geniş istifadəyə imkan yaradacaqdır.

Bütünlükdə respublikanın yüngül sənayesi hazır paltarların və əl ilə toxunan xalçaların buraxılışı üzrə daha az kapital tutumlu, daha çox əmək tutumlu sahələrin (tikiş və trikotaj sahələri) inkişafına yönəldilməlidir. Pambıq istehsalı ilə məşğul olan hər bir rayonda kiçik müəssisələrin zəncirini – pambıq təmizləmə - əyirmə- toxuma – bəzəkvurma – tikiş istehsalını və ya pambıqtəmizləmə - əyirmə - trikotaj istehsalını yaratmaq lazımdır.

Azərbaycanın yüngül sənayesində əsas diqqəti respublika əhalisinin əsas təlabatının ödənilməsinə, sahənin strukturunun yenidən qurulmasına, təyinatlı yarım sahələrin inkişafına yönəldilməlidir. Bu zaman dünya bazarında rəqabət qabiliyyətli məhsulun çeşidini genişləndirmək və keyfiyyətini artırmaq lazımdır.

Bütün dünya iqtisadiyyatı elə inkişaf edir ki, ərzaq məhsullarının istehsalı istehlakçiya maksimum dərəcədə yaxşılaşdırılsın. Bütün qərb ölkələrinin kənd təsərrüfatının inkişafı hesabına əsas qida məhsullarına olan öz ehtiyaclarını praktiki olaraq tam təmin edirlər. Bizim respublikamız əsasən texniki bitgilərlə ixtisaslaşdırılmışdır.

Kənd təsərrüfatının inkişafı sənayenin inkişafından fərqli olaraq bioloji qanunlar əsasında inkişaf edən təbii proseslərlə bağlıdır. Bitkilər və ev heyvanları kənd təsərrüfatında eyni zamanda həm əmək vasitəsi, həm də cismi kimi çıxış edirlər.

Əhalini yedizdirmək və valyutaya qənaət etmək üçün əsas diqqəti kənd təsərrüfatının struktur cəhətdən yenidən qurulmasına və bərpa olunmasına yönəltmək lazımdır. Prespektivdə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını kənd təsərrüfatının intensivləşdirilməsini, məhsuldarlığın yüksəldilməsi hesabına aparmaq lazımdır. Bunun üçün torpaqlardan istifadəni köklü surətdə yaxşılaşdırılmasını, məhsuldarlığın artırılmasını, torpaqların erroziya və şoranlaşmaya aparılmasının qarşısının alınmasını, qeyri-kənd təsərrüfatı sahələrinə torpaqların ayrılmasının azaldılmasını, torpaqların çirklənmədən və digər zəhərlənmədən qorunmasını təmin etmək lazımdır. Yaxın zamanlarda özümüz bütün ehtiyaclarımızı ödəmək üçün respublikada ümumi taxıl yığımını 1.4 mln. tondan 5 mln. tona qədər artırmaq lazımdır. Ənənəvi kənd təsərrüfatı istehsalını dirçəltmək- çəltikçiliyi inkişaf etdirmək vacibdir.

Texniki vasitələri yeniləşdirərək və onların istehsalını təkmilləşdirmək, mexanizator kadrların ixtisasını artırmaq və onların əməyini düzgün təşkili sayəsində kənd təsərrüfatı istehsalının səmərəliyini artırmaq lazımdır. Müasir şəraitdə kənd təsərrüfatında elmi-texniki tərəqqinin təmin edilməsində səmərəli istifadə edilməsinin müstəsna əhəmiyyəti vardır. Təbii-tarixi varlı olan torpaq ancaq yaradıcı insan əməyi sayəsində bəhrə verir. Buna görə də K.Marks əmək sərvətin atası, torpaq isə anasıdır ifadəsini zərb məsəli kimi dəfələrlə işlətmişdir. Torpaqdan düzgün istifadə edildikdə onun təbii məhsuldarlığını saxlamaq və artırmaq olar. Torpağa qayğısız münasibət olduqda onun münbitliyi azalır, şoranlaşma, erroziya, çirklənmə nəticəsində yararlı torpaqlar sıradan çıxır. Respublikamızın torpaqları, kifayət qədər istilik, işıq, uzun müddətli vegetasiya şəraitində bir çox qiyəmtli bitgilər becərməyə, bütün il boyu örüş və otlaqlarda bəslənilən heyvandarlıq təsərrüfatı ilə məşğul olmağa imkan verir.

Arid iqlim şəraitində kənd təsərrüfatının intensivləşdirilməsində hidromeliorasiya tədbirlərinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. Buna görə də respublikamızda hidromeliorasiya tikintisi və torpaq fondunun saflaşdırılması, suvarma-drenaj sistemlərinin yaradılması tədbirlərinə böyük diqqət verilmişdir. Respublikamızda bir sıra kənd təsərrüfatı məhsullarının istehsalında suvarılan torpaqların həlledici əhəmiyyəti vardır. Məsələn, son illərdə respublikada istehsal edilmiş pambığın hamısı, taxılın üzümün üçdə ikisindən çoxu, bostan məhsulları meyvə və giləmeyvənin onda doqquzundan artığı suvarılan torpaqların payına düşmüşdür. respublikamızın aran rayonlarının termik ehtiyatları suvarılan torpaq sahələrində ildə 2-3 dəfə məhsul yetişdirməyə imkan verir. Məsələn, payızlıq buğda biçiləndən sonra həmin sahəyə əkilən qarğıdalı bol yaşıl kütlə və dən verir. Eyni sahədə ildə 3 dəfə məhsul götürmək təcrübəsi geniş yayılıb.

Kimyalaşdırma kənd təsərrüfatının inkişaf etdirməsi yollarından biridir. Respublikada azot və fosfor gübrələrindən geniş istifadə olunur.

Əhali ət, süd, yumurta, kartof, meyvə, tərəvəz və digər məhsulların 80%-indən çoxunu öz şəxsi və yardımçı təsərrüfatlarından alır. Bu, fermerlərin inkişafının üstünlüyünü göstərir. Bu sahənin inkişafı üçün dövlət traktorlar və kənd təsərrüfatı texnikası almalı və onları fermerlərə kreditlə verməlidir.

1999 və 2000-ci illərdə bitkiçilik məhsullarının yığımı və məhsuldarlığı barədə daha ətraflı məlumatlar 5-cü cədvəldə verilmişdir.

CƏDVƏL 53


 

Yığılmış məhsul; min ton

Məhsuldarlıq, s/ha

 

1999

2000

%

1999

2000

%

Taxıl

1098,3

1540

140,2

21,2

23,7

111,8

Pambıq

96,8

91,5

94,5

10,3

9

87,4

Tütün

8,6

15,1

174,5

19,4

19,3

99,5

Kartof

394,1

468,9

119

95

84

88,4

Tərəvəz

670,8

780,8

116,4

137

133

97,1

Bostan məhsulları

206,3

260,8

126,4

92

97

105,4

meyvə və giləmeyvə

436,5

474,8

108,8

58,1

62,4

107,4

Üzüm

112,5

76,8

68,3

35,6

37,7

105,9

3.ASK-nin sahələr üzrə inkişafı və yerləşdirilməsi

Aqrar-sənaye kompleksinin əsas vəzifəsi kənd təsərrüfatı məhsulları istehsalının sabit artmı şərti ilə əhalini ərzaq və yeyinti məhsulları ilə, heyvandarlığı yemlə, sənayrni müxtəlif növ xamalla təchiz etməkdir.

ASK-nin sahələr üzrə inkişafı və yerləşdirilməsinə baxaq.

Əkinçiliyin coğrafiyası. Azərbaycan Respublikasının təbii və iqtisadi amillərindən asılı olaraq, kənd təsərrüfatı malları istehsalında bitkiçilik üstünlük təşkil edir. Bitkiçilik heyvandarlığın əsas yem bazasıdır. Kənd təsərrütatı bitgiləri arasında taxıl istehsalı Azərbaycanda ən qədim və ənənəvi sahədir. Əhalini çörəklə təmin etmək taxılçılığın ən mühüm vəzifəsidir. Taxılçılıq əkin sahəsinə (610 min ton)4 görə də bitgiçilikdə birinci yeri tutur(36.7%). Taxıl əkinlərinin coğrafiyası kənd əhalisinin məskunlaşmasına uyğun olub bütün rayonlarda yayılmışdır. Azərbaycanda taxılın orta məhsuldarlığı qabaqcıl ölkələrdə xeyli aşağıdır. Azərbaycanın dağlıq və dağətəyi rayonlarında dəmyə, aran rayonlarında isə suvarılan taxılçılıq inkişaf etmişdir. Azərbaycanda dənli bitgilərdən payızlıq buğda və arpa daha çox əkilir. Bütün dənli bitkilərin üçdə iki hissəsini payızlıq buğda təşkil edir. Payızlıq buğda Kür-Araz ovalığında boz torpaqlarda suvarma, açıq şabalıdı və şabalıdı torpaqlar yayılmış dağ çöllərində isə dəmyə şəraitində becərilir. Payızlıq buğda suvarılan torpaqlarda pambıqla növbəli əkin şəraitində yüksək məhsul verir.Aqrotexniki tədbirlər sayəsində payızlıq buğda əkinlərinin məhsuldarlığı xeyli yüksəlmişdir.

Respublikada əsasən bərk buğda sortları yetişdirilir. Taxılçılıqda Şəki, İsmayıllı, Cəlilabad, Şamaxı, Sabirabad, Ağcabədi, Balakən, Beyləqan rayonları xüsusilə fərqlənir.



Taxıl əkini sahələrinin üçdə birini arpa əkinləri tutur. Heyvandarlığın əsas qüvvəli yemi olan bu qiymətli bitkinin coğrafiyası buğda əkinlərinin coğrafiyası ilə eynidir. Son illərdə respublikada həm yem, həm də dən istehsalı üçün qarğıdalı əkinləri xeyli genişləndirilmişdir. qarğıdalı dəni ixtehsalı başlıca olaraq, Şəki-zaqatala iqtisadi rayonunda yerləşir. Dənli- paxlalı bitkilər (noxud, lobya, paxla, mərci) suvarılan və dəmyə torpaqlarda kiçik sahələrdə, həyətyanı sahələrdə becərilir. Dənli qarğıdalı və dənli- paxlalı bitki əkinlərində cüzi yer tutur.

Texniki bitkilər əkin sahəsinə görə taxıl və yem bitkilərindən sonra üçüncü yeri tutsa da respublikada əkinçilikdən götürülən gəlirin çox böyük hissəsi onların payına düşür. Azərbaycanda əhəmiyyətinə, əkin sahəsinə və ümumi məhsul istehsalına görə texniki bitgilər arasında pambıq və tütün əsas yer tutur

Pambıqçılıq Azərbaycanın strateji əhəmiyyət daşıyan və ən çox gəlir gətirən sahəsidir. əlverişli iqlim şəraiti, torpaq, su və termik ehtiyatları, əsrlər boyu suvarma sahəsində nəsildən- nəsilə keçərək toplanmış zəngin əmək təcrübəsi, kifayət qədər qabiliyyətli kənd əhalisi və pambıqtəmizləmə sənayesinin mövcud olması respublikada pambıqçılığın inkişafı üçün əlverişli şərait yaratmışdır. Pambıq hazırda tamamilə Kür-Araz ovalığında mərkəzləşdirilmişdir. Respublikada pambıq əkinlərinin ümumi sahəsi 200 min hektardan çoxdur. Son illərdə pambıq istehsalı xeyli aşağı düşmüşdür. 1998-ci ildə 112.9 min ton pambıq yığılmışdır. Pambıqçlıq çox zəhmət tələb edən bir sahədir. Yığılan pambığın yalnız 15%-ə qədəri respublika ərazisində son məhsula çevrilir.

Tütünçülük. Öz əhəmiyyətinə görə tütün respublikada ikinci texniki bitki sayılır. Tütünçülük respublikanın dağlıq və dağətəyi rayonlarında əsasən suvarma şəraitində inkişaf etdirilərək əkinçiliyin çox gəlirli sahəsinə çevrilmişdir. Torpağa, suya, termik rejimə həssas olan tütünün becərilməsi çox əməktutumludur. Bu baxımdan sərbəst əmək ehtiyatlarının istehsala cəlb olunmasında tütünçülüyün rolu böyükdür. Tütün əkin sahələri respublikanın Şəki, Oğuz, Qəbələ, Zaqatala , Masallı, Yardımlı, Lerik, Qubadlı, Zəngilan, Kəlbəcər rayonları və Yuxarı Qarabağın dağətəyi hissəsində yerləşir. Naxçıvan MR-ın Şahbuz və Şərur rayonlarında da tütün istehsal etmişdir. Azərbaycan respublikasında “Samsun”, “Trabzon”, “İtiyarpaq” kimi qiymətli tütün sortları yetişdirilir. Tütün məhsulunun bir hissəsi respublikadan kənarda son məhsula çevrilir. 1990-cı ildə 3 min ton, 1995-ci ildə 14,6 min ton, 1998-ci ildə isə 14,6 min ton tütün yarpağı istehsal olunmuşdur.

Zəfəran. Abşeron yarmadasında qədim zamanlardan bəri zəfəran bitkisi becərilir. Zəfəran çoxillik soğanaqlı bitkidir. Oktyabr-noyabr aylarında Novruzgülünə bənzər çiçək açır. Çiçəyin icərisindən sarı rəngli zərif tellər yığılaraq xüsusi peçlərdə termik üsulla qurudulub emal edilir. Zəfəran bitkisinin becərilməsi, məhsulun yığılması və ilkin emalı Bilgəhdə cəmlənmişdir. Abşeronda həyətyanı sahələrdə də zəfəran bitkisi becərilir.

Çayçılıq. Respublika çay istehsalçna görə keçmiş SSRİ-də Gürcustandan sonra ikinci yeri tuturdu. Çay plantasiyaları Lənkəran, Astara, Masallı, qisməndə Zaqatala rayonları ərazisindədir. Çay əkinlərinin sahəsi 17 min ha təşkil edir və getdikcə genişləndirilir. Lənkəran zonasında yaradılan fermer təsərrüfatları bu mühüm sahənin də intensivləşməsində mühüm rol oynayacaq.

Respublikanın Qanıx-Həftəran vadisində, Şamaxı, İsmayıllı rayonlarında az miqdarda toxum, yağ və silos üçün günəbaxan, Naxçivan MR-də, Kürdəmir, Salyan və Zaqatala rayonlarında Xına bitkisi becərilir.



Tərəvəzçilik və bostançılıq əkinşilikdə mühüm yerlərdən birini tutur. Respublikanın əhalisinin tərəvəz, bostan məhsulları və kartofa olan tələbatının ödənilməsində xüsusi rol oynayır. Tərəvəz əkin sahələri və məhsulu istehsalı xüsusən 70-ci illərdən sonra sürətlə inkişaf etmişdir ki, bu da birinci növbədə Lənkəran iqtisadi rayonunda faraş tərəvəzçilik zonasının yaradılması ilə əlaqədardır. Vaxtilə bu zona keçmiş İttifaqın iri şəhərlərini faraş tərəvəzlə təmin etmək üçün ümumittifaq bostanına çevrilmişdir. Bu zonanın çox qiymətli torpaqlarında tərəvəz əvəzinə çoxlu gəlir gətirən çay, sitrus meyvələri və çəltik əkilməsi daha sərfəli olardı.

Son illərdə tərəvəzin çeşidi genişlənmiş, keyfiyyəti yüksəlmişdir. Tərəvəzin istehsalının 90%-dən çoxu Lənkəran və Xaçmaz iqtisadi rayonlarının payına düşür. İstehsalın həcminə görə Lənkəran, Xaçmaz, Quba rayonları xüsusilə fərqlənir. Xaçmaz, Lənkəran, Masallı, qismən də Astara , Quba və Qusar rayonlarının aran təsərrütatları məhsul istehsalının həcminə görə xüsusilə fərqlənir. Abşeron təsərrüfatları da xeyli tərəvəz istehsal edir. Abşeron rayonu Bakı-Sumqayıt şəhərlərinin tərəvəzlə təmin edilməsində mühüm rol oynayır. Son zamanlar Ağdaş rayonu ərazisində kələm yetişdirilən sahələr genişləndirilmişdir.

Tərəvəzçilikdən fərqli olaraq, respublikada bostançılığın yerli əhəmiyyəti vardır. Sabirabad, Saatlı, Kürdəmir, Zərdab, İmişli və s. rayonlarında, Abşeronun Zirə, Türkan, Hövsan qəsəbələri ətrafında yemiş, qarpız yetişdirilir. Kürdəmir yemişi, Sabirabad və Zirə qarpızı öz keyfiyyətinə görə şöhrət qazanmışdır. Kartof əkinləri yayı nisbətən sərin və rütubətli keçən dağlıq rayonlarda yayılmışdır. Azərbaycanın qərb bölgəsinin Gədəbəy, Tovuz, Şəmkir, qismən də Daşkəsən və Xanlar rayonları ərazisində, habelə qusal rayonunda kartofçuluq inkişaf etmişdir. Əhalinin kortofa olan tələbatını yerli məhsul ödəyə bilmədiyinə görə xarici ölkələrdən çoxlu kartof gətirilir. Halbuki ölkəmizdə kartofçuluğu daha da inkişaf etdirmək üçün geniş imkanlar var.

Üzümçülük respublikada kənd təsərrüfatının ın inkişaf etmiş gəlirli və çox əməktutumlu sahələrindən biridir. 1970-1985-ci illər ərzində respublikamız keçmiş SSRİ-nin ən böyük üzümşülük zonasına çevrilmiş, məhsul istehsalı isə 2 mln tona çatdırılmışdır. Azərbaycanda üzüm dəmyə və suvarılan şəraitdə becərilir. Lakin məhsuldarlıq suvarılan torpaqlarda daha yüksəkdir. Respublikada istehsal edilən üzümün 60%-i suvarılan plantasiyaların payına düşür. Halbuki üzüm plantasiyalarının yarıya qədəri dəmyə torpaqlarında yerləşir. SSRİ-də alkoqolizmə qarşı, ölçülüb-biçilmədən, tələsik qərar qəbul edilməsi respublikada üzümçülüyə böyük zərbə vurmuşdur. Respublikanın 100 min hektara qədər bar verən üzümlüklərin qırılıb məhv edilmişdir. 1988-ci ildə cəmi 1250 min ton üzüm toplanmışdır. 1990-cı ildə respublikada üzümlüklərin sahəsi 248 min hektar olub. ümumi məhsul yığımı isə 1990-cı ildə 1 mln 196 min ton, 1995-ci ildə 308, 1998-ci ildə 108 ton olmuşdur.

Respublikamıza 250-dən çox texniki, süfrə və kişmiş üzüm sortları yayılmışdır. Texniki üzüm sortlarından mədrəsə, bayan-şirə, takviveri və başqaları daha çox yayılmışdır.

Xəstəliklərə tutulan bağların bərpası, seyrəkliyin aradan qaldırılması, daha məhsuldar sortlara üstünlük verilməsi, aqrotexniki tədbirlərin daha da təkmilləşdirilməsi, şərab materiallarının hamısının respublika ərazisində qablaşdırılması sahənin əvvəlki şöhrətini tamamilə bərpa etməyə və respublika əhalisinin güzəranının xeyli yaxşılaşmasına kömək edəcəkdir.

Bağçılıq respublikada kənd təsərüüfatının mühüm və ən qədim sahələrindən biridir. Yüksək dağlıq sahələr istisna olmaqla, respublikanın ərazisinin təbii şəraiti çox sahəli bağçılıq təsərrüfatının inkişafı üçün əlverişlidir. Azərbaycanda bağçılıq öz sahəvi tərkibinə görə çox zəngindir. Respublikada əsas meyvələrlə yanaşı, yalnız onun cənub rayonlarına və subtropiklərə xas olan meyvələr də yetişdirilir. Meyvəçilik respublikanın ixtisaslaşdırılmış sahəsidir. Respublikanın meyvə bağlarında birinci yeri tumlu, ikinci yeri qoz-meyvəli, üçüncu yeri isə çəyirdəkli ağaclar tutur.

Təbii şəraitdən asılı alaraq ayrı-ayrı ərazilər meyvəşiliyin müxtəlif növləri üzrə ixtisaslaşdırılmışdır.

Tumlu meyvəçilik üzrə- Quba-Xaçmaz;

Qərzəkli meyvələr (qoz, fındıq, şabalıd) üzrə- Şəki-Zaqatala;

Çəyirdəkli meyvələr (ərik, şaftalı) üzrə-Naxçıvan MR;

Quru-subtropik meyvələr (heyva, nar) üzrə-Kür-Araz rayonları;

Sitrus meyvələri (limon, portağal, naringi, feyxua) üzrə- Lənkəran;

Cənub meyvələri (püstə, badam, əncir, zeytun) üzrə- Abşeron yarmadası.

Azərbaycanda ən böyük meyvəçilik rayonu Qubadır (əsasən alma). 1996-cı ildə 324 min ton meyvə və giləmeyvə istehsal olunub. İstehsal olunan meyvənin üçdə iki hissəsi Quba, Xaçmaz; 15%-ə qədəri Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonlarıın payına düşür. Aran rayonları və Yuxarı Qarabağda çoxlu tut ağacları var.

Respublikanın meşə və kolluqlarında olan sənaye əhəmiyyətli müxtəlif meyvə ehtiyatlarından hələ tam istifadə olunmur.



Heyvandarlığın coğrafiyası. Bu sahə respublika kənd tesrərüüfatının ən mühüm sahəsi olsa da, onun məhsulları yerli istehlak xaraktei daşıyır. Respublikada heyvandarlığı inkişaf etdirmək üçün geniş imkanlar olmasına baxmayaraq, əhalinin ət, süd, yumurta məhsullarına olan ehtiyacın yalnız yarıya qədəri yerli istehsal hesabına ödənilir. Son illərdə ictimai təsərrüfatların mal-qarasının kəndlilərə paylanması ilə əlaqədar heyvandarlıq məhsullarının mal qaranın sayının artması baş vermişdir(cədvəl 6). Müasir dövrdə respublikanın heyvandarlıq təsərrüfatında əsas yeri maldarlıq, qoyunculuq, donzculuq, quşçuluq tutur. Eyni zamanda baramaçılıq, arıçılıq, göl balıqçılığının da əhəmiyyəti var.

CƏDVƏL 65

 

İLLƏR

2000-ci ildə 1994-cü illə müqaisədə

 

1994

1995

1996

1997

1998

1999

2000

 

Qaramal

1621,3

1632,8

1681,7

1779,9

1843,5

1909,8

1953,3

120,5

O cümlədən:

 

 

 

 

 

 

 

 

İnək və camışlar

711,7

742,5

772,6

826,7

861,5

892,3

922,7

129,6

Donuzlar

47,9

33,4

30,4

23,4

21

26,1

19,7

41,1

Qoyun və keçilər

4539

4557,6

4644,4

4922

5267

5511,9

5735,3

126,4

Quş (mln baş)

17

14,4

13,3

12

13,2

13,9

14,6

85,9

1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə