Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin 1-ci kurs mk-44 qrup tələbəsi




Yüklə 390.94 Kb.
səhifə1/4
tarix20.04.2016
ölçüsü390.94 Kb.
  1   2   3   4


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universitetinin
1-ci kurs MK-44 qrup tələbəsi
Mahmudov Anarın
İqtisadi coğrafiyadan
kurs işi
MÖVZU:
Azərbaycanın Aqrar-Sənaye kompleksi

Suallar

1.Azərbaycanın Aqrar-Sənaye Kompleksinin(ASK) strukturu və ölkənin iqtisadi inkişafinda rolu

2.ASK-nin inkişaf zəminləri

3.ASK-nin sahələr üzrə inkişafı və yerləşdirilməsi

4.Müasir şəraitdə aqrar islahatlari əhəmiyyəti

5.Kənd təsərrüfatı və ətraf mühit problemləri



1.Azərbaycanın Aqrar-Sənaye Kompleksinin(ASK) strukturu və ölkənin iqtisadi inkişafinda rolu

Məlum olduğu kimi, aqrar – sənaye kompleksi bir-birilə sıx qarşılıqlı əlaqədə olan müvafiq sahə və istehsalatlar sistemidir. Daha doğrusu, aqrar-sənaye kompleksi kənd təsərrüfatı və ona xidmət edən sənaye sahələri, yeyinti və yüngül sənaye, həmçinin kənd təsərrüfatı məhsullarının tədarükü, nəqli, saxlanması və satışı ilə əlaqədar sahələrdən ibarətdir. Aqrar - sənaye kompleks-lərinin ən geniş yayılmış forması regional tipli komplekslərdir ki, onlar da, öz növbəsində, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, emalı və satışı üzrə texnoloji, iqtisadi və təşkilati cəhətdən qarşılıqlı əlaqəli müəssisə və təşkilatların, həmçinin onlarla ünsiyyətli istehsal vasitələri istehsal edən sənaye müəssisələrinin, xidmətedici müəssisə və təşkilatların təbii, iqtisadi və digər şəraitlərin nəzərə alınması şərtilə bu və ya digər ərazilərdə topa şəklində yerləşməsini nəzərdə tuturlar. Ümumiyyətlə, regional tipli aqrar – sənaye komplekslərinə aşağıdakı qanunauyğunluqlar aiddir:



  • elmi – texniki tərəqqi və istehsalın səmərəliliyinin yüksəldilməsi əsasında aqrar – sənaye kompleksinin planlı surətdə ikişafı və yerləşdirilməsi;

  • istehsalın məqsədyönlü ixtisaslaşması, kooperasiya və ərazi təşkilini təmin edən ictimai əmək bölgüsünün dərinləşməsi;

  • istehsalın xammal mənbələri və məhsul istehlakçılarına yaxılaşdırılması;

  • əməyin inteqrasiyası və bölgüsünün nəzərə alınması şərtilə istehsalın yerləşdirilməsi;

  • rayonların iqtisadi inkişaf səviyyələrinin bir – birinə yaxınlaşdırılması və s.

Regional tipli aqrar – sənaye komplekslərinin formalaşması və sonrakı fəaliyyətinə vaxt amili də təsir göstərirlər

Ümumiyyətlə, aqrar – sənaye kompleksi aşağıdakı sahəvi struktura malikdir:

I bölmə - istehsal vasitələri istehsal edən təsərrüfat sahələri:

a) kənd təsərrüfatı maşınqayırması;

b) kimya;

v) tikinti.

II bölmə kənd təsərrüfatı:


  1. bitkiçilik;

  2. heyvandarlıq.

III bölmə - bilavasitə kənd təsərrüfatı xammalı emal edən sənaye sahələri;

  1. yeyinti;

  2. pambıqtəmizləmə;

  1. baramaaçma;

q) yunun ilkin emalı.

IV bölmə - nəqliyyat, rabitə və maddi – texniki təchizat.

V bölmə - tədarük, saxlanma, ticarətvə s.

Qeyd edilməlidir ki, aqrar- sənaye kompleksinin aparıcı sahəsi kənd təsərrüfatı istehsalıdır. Burada da 1994 – cü ildən bəri köklü struktur dəyişikləri baş vermişdir. Hazırda köhnə tipli təsərrüfatların ləğv olunur və onların əsasında isə özəl kənd təsərrüfatı müəssisələrinin yaradılir. 2001-ci il yanvarın 01-i üçün respublikada 34129 kəndli (fermer) təsərrüfatı, 2454 kiçik müəssisə, kooperativ, aqrofirma və bu kimi özəl qurumlar fəaliyyət göstərirdi. Artıq ümumi torpaq fondunun 1,2 mln.ha-a qədəri fermerlərə və digər özəl qurumlara paylanmışdır ki, onun da təqribən 90% əkin üçün yararlı sahədir. Torpaq islahatı haqqında qanunu qəbul edilməsi kənd təsərrüfatının ayri – ayri sahələrində 1994-1999-cu illər ərzində müəyyən irəliləyiş əldə edilmlşdir. Bununla cədvəl 1 də əyani tanış olmaq olar.


CƏDVƏL 11

 

İLLƏR

1999-cu ildə 1994-cü ilə nisbətən faizlə

 

1994

1995

1996

1997

1998

1999

 

Taxıl

1039,2

921,4

1018,3

1127,1

950,3

1098,3

105,7

Pambıq

284

274,1

274,4

124,6

112,9

96,8

34,1

Tütün

21

11,7

11,2

15,1

14,6

8,6

41

Kartof

150,3

155,5

214,6

223,4

312,5

394,1

2,6 dəfə

Tərəvəz

482,9

424,1

570

495,1

502,3

670,8

138,9

Bostan məhsulları

44,9

41,9

52,1

57,1

78,8

206,3

4,6 dəfə

Üzüm

313,8

308,7

275

145,3

108,4

112,5

35,9

Meyvə və giləmeyvə

323,5

324,4

321,2

330,9

390,6

436,5

134,9

Çay

19,4

9,4

3

1,6

0,9

2,7

13,9

ASK-nın strukturu(quruluşu) paralel və ardıcıl əlaqələri olan müxtəıif xarakterli məhsulların istehsal-emal mərhələlərindən təşkil olunmuş mürəkkəb sistemdir. İstehsal və emal mərhələlərinin hər birində kompleksin müəyyən obyektiv bir funksiyası yerinə yetirilir. İstehsal-texnoloji proseslər üzrə yerinə yetirilən funksiyalar arasindaki əlaqənin təsnifatı ASK-nın funksional strukturu (quruluşu) adlanır. Əsl mənada funksional struktur ASK-də geniş təkrar istehsalın ardıcıl və paralel mərhələlərini xarakterizə edir. Kompleksi təşkilatı baxımdan təmsil edən ayrı-ayrı xalq təsərrüfatı sahələri arasındakı nisbətin faizlə ifadə edilməsi ASK-nın sahə strukturu adlanır. ASK-nın sahə strukturu onu xalq təsərrüfatının çoxsahəli sistemi və müstəqil idarəetmə sahəsi kimi xarakterizə edir.

ASK-nın sahələrarası əlaqələrinin inkişafı, yerli rayon sənaye komplekslərini, aqrar-sənaye kompleksinin son məhsulu və onun təsərrüfatı mexanizmi dövrün tələblərinə uyğun qurulması zəruri sayılmışdır.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində bir çox istehsal və emal sahələri ilə məşğul olan təşkilatlar fəaliyyət göstərmişdir. Respublikanin bütün rayonlarında Aqrar sənaye kombinatları(52) və onların tabeliyində 2058 ədəd kolxoz və sovxoz təsərrüfatları fəaliyyət göstərmişlər. Bunlarla yanaşı 94 şərab zavodu (o cümlədən 4 ədədi respublikada kənarda ), 30 konserv zavodu, 32 ət və süd kombinatları, 17 pambıqtəmizləmə zavodu, 7 tütün kombinatı, qənnadı məmulatları müəssisələri, elmi-tədris və elmi-tədqiqat institutları və s başqa təşkilatlar olmuşdur.

Respublikanın cəmi 8641,5 min ha ərazisinin 4118,3 min ha-rı kənd təsərrüfatına yararlıdır. 1996-cı ildə qəbul olunmuş “Torpaq islahatları haqqında qanun”a əsasən 8641,5 min ha-ın 3,8 mln ha-ı-45%-i dövlət mülkiyətində, 1,9 mln ha-22%-i xüsusi mülkiyyətdir.

ASK sistemində torpaqlar tam özəlləşdirilmiş, bir sıra dövlət əhəmiyyətli təsərrüfatlar istisna olmaqla, ölkədə kolxoz və savxozların (70%-nin) fəaliyyətinə xitam verilmişdir. Əvəzində 1933 kənd təsərrüfati istehsal kooperativi, 1917 kiçik müəsisə, 22783 kəndli (fermer) təsərrüfatları yaradılmışdır. Bütövlükdə müxtəlif formalı təsərrüsatlara 1.2 milyon ha yararlı torpaq sahəsi verilmişdir. Ləğv edilən kalxoz və savxozların nəticəsində 519.8 min nəfər vətəndaşa tərpaq sahəsi ayrılmış və 195 min payçıya əmlak payı verilmişdir. İslahatlarin ilkin mərhələsi başa çatmışdır. Lakin keçmiş quruluşda fəaliyyət göstərən Kənd Təsərrüfatı Nazirliyi sistemində İstehsal və idarəetmə sahələrində paralellik və uyğunsuzluqlar hökm sürür. Bu da nazirlik sistemində iqtisadi inkişafa mənfi təsir gəstərir. Torpaqların müxtəlif səbəblərdən gündən-günə azalması və özəlləşmədə verilmiş yararlı sahələrin bir qismi imkansızlıqdan becərilmir.

Kənd təsərrüfarında torpaqların özəlləşdirilməsi başa çatmış və çoxukladkalı kəndli(fermer) təsərrüfatları yaradılaraq sahibkarlıq fəaliyyəti başlamışdır. Tam özəlləşdimə aparılanadək əvvəlki təsərrüfatların texniki-təmir vasitələri elektrik-istilik, baytarlıq xidmətləri, maddi-texniki təhcizat birlikləri, kimyəvi xidmət sahələri və s dağıdılmış və qalanları da xidmət göstərmək iqtidarında deyildir. Elə bu səbəbdən də özəlləşdirilən torpaqların bir hissəsi imkansızlıq üzündən baxımsız qalmışdır.

Yeyinti sənayesinin kənd təsərrüfatı xammallarının bütün sahələri əsasında ixtisaslaşdırılmış 40 sahəsi tamlı mallar da daxil olmaqla ət, süd və balıq yarımsahələrində qruplaşdırılmışdır. Bu yarımsahələr üzrə məhsul istehsalı həmin sahələr (ət, süd, balıq) üzrə məşğul olan müəssisələr (birlik yaxud şirkətlər) tərəfindən həyata keçirilir.

Sabiq ittifaqın dövründə respublikada fəaliyyət göstərmiş Yeyinti Sənaye Nazirliyinin fəaliyyətinə hazırda xitam verilmiş və onun ayrı-ayrı sahələrində (çörək bişirmədə tam başa çatıb) özəlləşmə aparılmışdır. Aidiyyəti bir səra müəssisələri ucuz qiymətə özəlləşdirmək xatirinə dağıdılıb talanmışdır. Müəssisə və təşkilatların mövcud vəziyyətini nəzərə alsaq, demək olar ki, yeyinti sahələrinin tamamilə özəlləşdirilməsinin başa çatması və bu sahədə xarici ölkələrin təcrübələrindən istifadə edərək stimul yaradılması vacib sayılır. Eyni zamanda xarici sərmayələrin cəlb edilməsi şəraitində yeyinti sənayesini inkişaf etdirmək olar. Hazırda qardaş Türkiyə və qonşu İrandan ölkədə 4000-ə yaxın birgə müəssisələr çalışırlar ki, bunların 70% –ni yeyinti məhsulları müəssisələri təşkil edir. İrandan gətirilən çoxlu yeyinti məhsulları da ölkə ərazisində satılır. Bu məhsulların təminat müddətləri keçmiş, bəzilərində orqanizm üçün zərərli maddələr vardır.

Tamlı məhsullar yarımsahisinin tərkibinə, kənd təsərrüfatı xammalarının emalı üzrə ixtisaslaşdırılmış bütün sahələri daxil edilir. Dünya iqtisadi bazara keçidlə əlaqədar olaraq sxemdə göstərilən sahə və yarımsahələrin idarə edilməsi üzrə nazirlik və dövlət təşkilatları ləğv edilmişdir. Bir müddət məhsul emalı müəssisələri tam dayanmışdır. Özəlləşdirilmiş sahələrdə isə keyfiyyətli məhsul emalı üçün Quba, Xaçmaz, Masallı, Ucar konserv zavodları yenidən qurulmuş və bundan sonra dünya standartları səviyyəsində məhsul buraxılır.

Yeyinti sənaye sahələri başqa istehsal sahələri kimi çoxsahəli olmasını və təkrar istehsal prosesində bu və ya digər istehsal sənaye sahəsi məhsulunun faktiki istehlak prinsipi və ya onun iqtisadi təyinat sahəsi nəzərə alınmalıdır. İstehsal vasitələri və onun xammalı- “A” qrupu yeyinti sənayesinin əsas sahəsi-vasitəsi olsa da, xammalın son məhsulu “B” qrupu- istehlak mallari gündəlik tələbat mallarıdır. Həmçinin yeyinti sənayesinin məhsulu qismən xalq təsərrüfatının başqa- qeyri-yeyinti sahəsində xammal və ya material kimi istifatə edilir. Məsələn, yeyinti sənayesində istifadə edilən nişastanın bir hissəsi toxuculuq sənayesində material kimi, bitki yağı-lak və boya, spirt-kimya və tibb sahəsində istisadə edilir.

Yeyinti sənayesinin yarımsahələr

Kompleks sahə


Yeyinti sənayesi




YARİM SAHƏLƏR


Unüyütmə,yarma və kombinə edilmiş jem istehsalati




Çörək və makaron məmulatları

Yarma və kombinə edilmiş yem






Ət və süd məhsulları

Balıq



Tamli mallar

İXTİSASLAŞDIRILMIŞ SAHƏLƏR




Ət

Ət konservlərinin istehsali

Balıq ovu

Qənd




Süd





Qənnadı




Balıq konservlərinin istehsalı




Yağ-piy






Spirt






Firma və şirkətlər(müəssisələr)

.

Bu baxımdan yeyinti sənayesi məhsulları iqtisadiyyatin müxtəlif sahələrində onun iqtisadi təyinatından və istifadə olunmasından irəli gələn əlamətlərinə görə iki qrupa:-“A” qrupuna- istehsal vasitələrinə(əmək alətləri və əmək predmeti- xammal materielları) və “B” qrupuna(bilavasitə istehlak şeylərinə(ərzaq məhsullarına) ayrılmışdır.



“A” qrupuna istehsal vasitələri-xammal kimi ət, unüyütmə,duz,yağ-piy sahələri məhsulun əksər hissəsi,

“B” qrupuna isə çörəkbişirmə, qənnadı, makaron, likör-araq, piyvə bişirmə, şərabçılıq(üzüm şərabları), süd, meyvə-tərəvəz konservləri və digər yeyinti sənaye sahələri daxildir. Hər iki qrup üzrə qarışıq mallar iaşə məhsulları çəx hallarda malın göndərilməsi zamanı təyin edilir.

Yeyinti sənayesinin emal sahələrinin texniki tərəqqinin yüksəlməsi və süni xammal yaradilması hesabına emal sahələrinin xüsusi çəkisinin artmasına baxmayaraq, xammal növlərindən asılı olaraq yeyinti sahəsi 3 qrupa bölünür.


  1. Bitgi mənşəli xammalın yenidən ilkin emalı ilə məşğul olan(şəkər çuğunduru, konserv, şərabın ilkin emalı, yağ hasilat və s) sahələri.

  2. Heyvan mənşəli xammalın yenidən emalı(ət yarım fabrikatları, kolbasa, ət kənservləri, sosiska və s)

  3. Qeyri kənd təsərrüfatı xammalını yenidən emal edən( duz hasilatı, mineral sular) sahələri.

Yeyinti sənayesi müəssisələrinin ərazilər üzrə yerləşdirilməsində yarım istehsal sahələrinin həcmi və xammal məhsullarının növləri nəzərə alınaraq, təsnifləşdirilir. Yeyinti sənayesi bu baxımdan 2 qrupa bölünür.

  1. Xammalın ilkin emalı sahələri;

  2. Xammalın təkrar emalı sahələri;

Birinci qrupa kənd təsərrüfatının bitgiçilik məhsulları: dənlərin ilkin işlənməsi, un alınması, meyvə giləmeyvə məhsullarının, şərab və şirələrin ilkin emalı, çıxarılan duz, ovlanan balığın ilkin emalı və s.

İkinci qrupa ilkin emaldan keçən məhsulların: undan cörək-bulka, makaron məmulatlarnın, çay çəkici və qablaşdırıcı, şərab və şirələrin, duz, balıq və s məhsullarının təkrar emalı daxildir. Burada iqtisadi rayonların yeyinti sənaye sahələrinin bir0birilə əlaqəsi və infrastukturu əsas götürülür.



2.ASK-nin inkişaf zəminləri

Yeyinti sənayesinin inkişafı əhalinin əhalinin həyat səviyyəsinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edir. Yeyinti sənayesinin vəzifəsi nəinki Qida məhsullarının istehsalını artırmaq, həm də insanın normal inkişafi üçün bütün lazımlı komponentler olan qida ile təmin etməkdir.

Azərbaycanda yeyinti sənayesi şeker sənayesindən başqa bütün yarımsahələrlə təmsil olunmuşdur. Lakin onlardan ət və süd sənayesi lazımi möhkəm xammal bazası olmadığından zəif inkişaf etmişdir.

Əhalinin adambaşına düşən əsas məhsulların çoxunun faktiki istehlakı istər keçmiş SSRİ Tibb Elmləri Akademiyasının səmərəli qida normalarından, istərsə də bütünlükdə keçmiş SSRİ üzrə göstəricilərdən xeyli geri qalır. Respublika əhalisinin ərzaq məhsullarına olan tələbatının təmin edilməsi əsas etibarilə yeyinti sənayesinin inkişafına kömək göstərən kənd təsərrüfatının inkişaf səviyyəsindən bilavasitə asılıdır.

Azərbaycan Respublikasında əhalinin adambaşına əsas növ ərzaq məhsullarının istehlakı müvaffiq illər üzrə 2-ci cədvəldəki kimi olmuşdur:
CƏDVƏL 2

(kiloqramla)



Məhsulların adları

Norma üzrə

Faktiki

1990

1994

1996

1997

Çörək və çörək-bulka mə'məmulatları

133

151

140

151

145

Ət və ət məhsulları

64

32

14

16

16

Süd və süd məhsulları

354

292

143

177

144

Yumurta(ədəd)

210

-

78

79

-

Kartof

57

27

23

26

27

Tərəvəz və ostan məhsulları

135

-

62,5

85

74

Meyvə, giləmeyvə və üzüm

86

33

42,3

63

61

Şəkər

32,6

36,4

6,2

21

14

Balıq məhsulları

10,6

4,2

1

1

-

Bitgi yağı(litr)

8,5

2,3

2

2,3

2,4
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə