Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliyə uyğun yaradılmış başqa silahlı birləşmələrin ümumqoşun ərzaq payı normaları




Yüklə 416.6 Kb.
səhifə1/4
tarix18.04.2016
ölçüsü416.6 Kb.
  1   2   3   4
Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik nazirliklərinin, gömrük orqanlarının, Dövlət Sərhəd Xidmətinin və qanunvericilikdə nəzərdə tutulan digər hərbi birləşmələrin hərbi qulluqçularının, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin edilməsi (Nazirlər Kabinetinin 1992-ci il 19 may tarixli 271 nömrəli qərarı ilə təsdiq edilib. Qərara ən son edilən 2013-cü il 8 yanvar tarixli 2 nömrəli dəyişiklik də qeyd olunub)

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliyə uyğun yaradılmış başqa silahlı birləşmələrin ümumqoşun ərzaq payı normaları

Sıra

-si



Ərzaq məhsullarının adı

1 nəfər üçün gündəlik ərzaq norması

(qramla)


1

2

3

1.

1-ci növ buğda unundan bişirilmiş ağ çörək

600

2.

2-ci növ buğda unu

10

3.

Müxtəlif yarmalar

120

4.

Makaron məmulatları

40

5.

Ət

250

6.

Balıq

120

7.

Bitki yağı

40

8.

Kərə yağı

30

9.

İnək südü

və ya qatılaşdırılmış şəkərli süd



100

20


10.

Pendir

20

11.

Toyuq yumurtası (ədədlə)

1

12.

Şəkər

70

13.

Cem (povidlo)

20

14.

Xörək duzu

20

15.

Çay

2

16.

Müxtəlif ədviyyat (istiot, sarıkök, zəfəran və s.)

0,3

17.

Xardal tozu

0,3

18.

Dəfnə yarpağı və ya qurudulmuş göyərti

0,3

19.

Sirkə və ya müxtəlif souslar

2

20.

Tomat pastası

6

21.

Kartof və tərəvəz, cəmi:

850




- kartof

550




- kələm

130




- çuğundur

30




- yerkökü

50




- soğan

50




- xiyar, pomidor, turşu, göyərti

40

22.

Qurudulmuş meyvələr

10

23.

Təbii meyvə və ya giləmeyvə şirələri

100

24.

Vitamin preparatı “Heksavit”

1

 

 Qeydlər:

1. Bu Norma üzrə dövlət hesabına aşağıdakı şəxslər təmin edilirlər:

1.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin generalları, zabitləri, gizirləri, miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, çavuşları və əsgərləri;

1.2. toplanışa çağırılmış hərbi vəzifəlilər;

1.3. aerodromlarda daimi işləyən və uçuş aparatlarına xidmət edən hərbi qulluqçular (uçuş heyəti istisna olmaqla);

1.4. intizam xarakterli hərbi hissədə cəza çəkən və intizam qaydalarında həbs olunaraq, qarnizon hauptvaxtlarında saxlanılan hərbi qulluqçular;

1.5. ali və orta ixtisas və tam orta təhsil müəssisələrində hərbi hazırlıq keçmək üçün toplanışlara (təcrübə keçməyə) çağırılmış tələbələr, kursantlar, şagirdlər və hərbi vəzifəlilər toplanışda (təcrübədə) olduqları müddətdə;

1.6. Silahlı Qüvvələrin ehtiyat zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kurslarında təhsil alan şəxslər - gəldikləri gündən həqiqi hərbi xidmətə daxil olduqları günə qədər olan müddətdə;

1.7. orkestrlərin musiqiçi şagirdləri;

1.8. müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumu tərəfindən hərbi hissələrə göndərildiyi gündən müvafiq qaydada şəxsi heyətin siyahılarına daxil edildiklərinə   qədər olan müddətə;

1.9. mayakların,  radiomayakların,  naviqasiya  avadanlığı vasitələri qruplarının, radionaviqasiya və hidrometeorologiya stansiyalarının (məntəqələrinin) və Hərbi Dəniz Qüvvələrinin əmək və məişət şəraiti xüsusi ilə çətin olan digər sahil naviqasiya avadanlığı obyektlərinin mülki xidmət heyəti.

2. Aşağıdakı normalara uyğun olaraq əlavə ərzaq payı verilsin:

2.1. döyüş şəraitində hesab olunan hərbi hissələrdə döyüş növbətçiliyi aparan hərbi qulluqçulara – 15 qr. kərə yağı, 20 qr. şəkər, 1 qr. çay, 100 qr. 1-ci növ çörək;

2.2. dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən hərbi hissələrdə (bölmələrdə) həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara – 20 qr. şəkər, 1 qr. çay, 100 qr. 1-ci növ çörək, 15 qr. kərə yağı və 1500 metr yüksəklikdə yerləşən hərbi hissələrdə (bölmələrdə)  həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara – 20 qr. şəkər, 1 qr. çay,  100 qr. 1-ci növ çörək, 15 qr. kərə yağı, 20 qr. qatılaşdırılmış şəkərli süd;

2.3. daimi olaraq aerodromlarda, poliqonlarda, texniki və start mövqelərində uçuş aparatlarına bilavasitə xidmət edən zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına 50 qr. ət və 20 qr. pendir;

2.4. təmənnasız qan verən donorlara (qan verdikləri gün) 45 qr. şokolad, 200 qr. təbii meyvə və giləmeyvə şirəsi, 50 qr. peçenye;

2.5. ionlaşdırıcı şüalanmaların orqanizmə təsiri şəraitində və tərkibində zəhərli komponentlər olan yanacaqla işləyən (xidmət edən) hərbi qulluqçulara – 50 qr. ət, 30 qr. kərə yağı, 100 qr. inək südü və 20 qr. pendir;

2.6. xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların ailələrinə birdəfəlik maddi yardım: 45-50 kq. düyü, 45-50 kq. şəkər tozu, 3 kq. çay, 20-25 kq. kərə yağı və 45-50 kq. 1-ci növ un;

2.7. iş günü hesab olunmayan bayram günlərində normanın dəyərinin 30 faizi həcmində əlavə ərzaq payı verilir.



Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliyə uyğun yaradılmış başqa silahlı birləşmələrin dənizçi heyəti üçün ərzaq payı normaları

Sıra

-si



Ərzaq məhsullarının adı

1 nəfər üçün gündəlik ərzaq norması

(qramla)


1.

1-ci növ buğda unundan bişirilmiş ağ çörək

600

2.

2-ci növ buğda unu

10

3.

Müxtəlif yarmalar

110

4.

Makaron məmulatları

40

5.

Ət

250

6.

Balıq

90

7.

Bitki yağı

40

8.

Kərə yağı

45

9.

İnək südü

və ya qatılaşdırılmış şəkərli süd



100

20


10.

Pendir

20

11.

Toyuq yumurtası (ədədlə)

1

12.

Şəkər

70

13.

Cem (povidlo)

20

14.

Xörək duzu

20

15.

Çay

2

16.

Müxtəlif ədviyyat (istiot, sarıkök, zəfəran və s.)

0,3

17.

Xardal tozu

0,3

18.

Dəfnə yarpağı və ya qurudulmuş göyərti

0,3

19.

Sirkə və ya müxtəlif souslar

2

20.

Tomat pastası

6

21.

Kartof və tərəvəz, cəmi:

850




- kartof

550




- kələm

130




- çuğundur

30




- yerkökü

50




- soğan

50




- xiyar, pomidor, turşu, göyərti

40

22.

Qurudulmuş meyvələr

20

23.

Təbii meyvə və ya giləmeyvə şirələri

50

24.

Vitamin preparatı “Heksavit”

1

 

Qeydlər:

1. Bu Norma üzrə dövlət hesabına aşağıdakı şəxslər təmin edilirlər:

1.1. Azərbaycan Respublikası Silahlı  Qüvvələrinin və  Azərbaycan  Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin Dəniz Qüvvələrinin admiralları, zabitləri, gizirləri, miçman-ları, müddətdən artıq həqiqi  hərbi xidmət hərbi qulluqçuları, çavuşları və matrosları;

1.2. Hərbi  Dəniz  Qüvvələrində gəmilərin ştat üzrə  ekipajlarının mülki fəhlə və qulluqçuları.     

2. Aşağıdakı normalara uyğun olaraq əlavə ərzaq payı verilsin:

2.1. Hərbi  Dəniz  Qüvvələrinin  dörd   saatdan artıq müddətə bazadan  ayrılaraq dənizə çıxan  heyətinə 150 qr. 1-ci növ buğda unundan hazırlanmış qalet, 200 qr. ət konservi, 30 qr. şəkər, 1 qr. çay və 10 qr. şokolad;

2.2. təzyiq   kameralarında   (dalğıc barokameralarında)   dalğıclara  və şəxsən iş aparan  başqa   şəxslərə - 125 qr. ət,  20 qr. kərə yağı,  40 qr.  qatılaşdırılmış  şəkərli süd, 15 qr. peçenye və 5 qr. təbii qəhvə;

2.3. dərin  su  dalğıclarına 30 qr. şəkər,  70 qr. peçenye, 150 qr. təzə meyvə və ya meyvə şirəsi və 1 ədəd yumurta;

2.4. iş günü hesab olunmayan bayram günlərində normanın dəyərinin 30 faizi həcmində əlavə ərzaq payı verilir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliyə uyğun yaradılmış başqa silahlı birləşmələrin uçuş heyəti üçün ərzaq payı normaları 


Sıra

-si



Ərzaq məhsullarının adı

1 nəfər üçün gündəlik ərzaq norması

(qramla)


1.

1-ci növ buğda unundan bişirilmiş ağ çörək

500

2.

1-ci növ buğda unu

60

3.

Müxtəlif yarmalar

60

4.

Makaron məmulatları

40

5.

Quş əti

50

6.

Hisdə qurudulmuş kolbasalar və ətlər

25

7.

Balıq

90

8.

Ət

300

9.

Bitki yağı

25

10.

Kərə yağı

60

11.

İnək südü

və ya qatılaşdırılmış şəkərli süd



200

40


12.

Xama

30

13.

Kəsmik

30

14.

Pendir

20

15.

Toyuq yumurtası (ədədlə)

1

16.

Şəkər

80

17.

Xörək duzu

20

18.

Çay

1,2

19.

Təbii qəhvə

2,5

20.

Dəfnə yarpağı və ya qurudulmuş göyərti

0,3

21.

Müxtəlif ədviyyat (istiot, sarıkök, zəfəran və s.)

0,3

22.

Xardal tozu

1

23.

Sirkə və ya müxtəlif souslar

2

24.

Tomat pastası

10

25.

Jelatin və ya xörək həlimi

0,5

26.

Quru xəmir mayası

0,5

27.

Kartof və tərəvəz, cəmi:

900




- kartof

550




- kələm

120




- çuğundur

30




- yerkökü

40




- soğan

50




- xiyar, pomidor, turşu, göyərti

110

28.

Qurudulmuş meyvələr

10

29.

Təzə meyvə və ya meyvə şirəsi

200

30.

Şokolad

15

31.

Qatılaşdırılmış şəkərli süd

20

32.

Vitamin preparatı “Heksavit”

1


Qeydlər:
1. Bu Norma üzrə dövlət hesabına aşağıdakı şəxslər təmin edilirlər:

1.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin uçuş   aparatlarının əvəzedici heyətləri də daxil olmaqla ştat tərkibinə daxil olan uçuş  heyətinin (bütün təyyarəçilər və şturmanlar) hərbi qulluqçuları;

1.2. uçuş  aparatlarının  ştat  tərkibinə  daxil  olmayan, lakin  müvafiq növ uçuş aparatlarında  ştat  heyəti  üçün müəyyən  edilmiş uçuş normasından az olmayaraq döyüş  və  təlim   hazırlığı   planı   üzrə  uçuşlarda  iştirak edən  hərbi  qulluqçular;

1.3. təyyarəçilər və şturmanlar hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantları – tədris  planına  müvafiq   praktiki  uçuşlara  başladığı gündən praktika qurtaranadək və məktəbi bitirib əmr ilə zabit hərbi rütbəsinin verildiyi gündən;

1.4. uçuş  günlərində – bütün   hərbi   qulluqçular,   uçan  laboratoriyanın şəxsi heyəti, tədqiqatçılar, sınaqçılar, təlimatçılar,  məşqçilər, təyyarədəki tərcüməçilər, radistlər, təyyarə bələdçiləri;

1.5. döyüş və təlim hazırlığı planına əsasən paraşütlə tullanan paraşüt-desant və hava-desant heyətinə mənsub şəxslər – paraşütlə tullanan günlərdə;

1.6. hərbi hissələrin tibb məntəqələrində müalicədə olan uçuş heyətinin hərbi qulluqçuları;

1.7. ali, orta ixtisas və tam orta təhsil müəssisələrində hərbi hazırlıq keçmək üçün toplanışlara (təcrübə keçməyə) çağırılmış tələbələr, kursantlar, şagirdlər və hərbi vəzifəlilər – toplanışda (təcrübədə) uçuşlara başladıqları gündən toplanış (təcrübə) qurtaranadək;

1.8. reaktiv, turboreaktiv, turbovintli təyyarələrin və vertolyotların uçuş heyətləri üçün faraş tərəvəz, meyvə və giləmeyvələrin onlara çatacaq orta aylıq payının  20 faizi qədər məbləğində bazarlardan (ticarət obyektlərindən) satın alınmasına və uçuş heyətinə norma üzrə verilməsinə icazə verilir.

2. İş günü hesab olunmayan bayram günlərində normanın dəyərinin 30 faizi həcmində əlavə ərzaq payı verilir.

 

 

 


Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliyə uyğun yaradılmış başqa silahlı birləşmələrin müalicə ərzaq payı normaları  

Sıra

-si



Ərzaq məhsullarının adı

1 nəfər üçün gündəlik ərzaq norması

(qramla)


1.

1-ci növ buğda unundan çörək

500

2.

1-ci növ buğda unu

10

3.

Müxtəlif yarmalar

80

4.

Makaron məmulatları

40

5.

Ət

200

6.

Quş əti

50

7.

Balıq

100

8.

Bitki yağı

30

9.

Kərə yağı

45

10.

İnək südü

və ya qatılaşdırılmış şəkərli süd



300

60


11.

Xama

30

12.

Kəsmik

30

13.

Pendir

20

14.

Toyuq yumurtası (ədədlə)

1

15.

Şəkər

70

16.

Xörək duzu

10

17.

Cem (povidlo)

10

18.

Çay

2

19.

Təbii qəhvə

1

20.

Dəfnə yarpağı və ya qurudulmuş göyərti

0,3

21.

Müxtəlif ədviyyat (istiot, sarıkök, zəfəran və s.)

0,3

22.

Xardal tozu

0,3

23.

Sirkə və ya müxtəlif souslar

2

24.

Tomat pastası

6

25.

Kartof nişastası

5

26.

Kartof və tərəvəz, cəmi:

850




- kartof

550




- kələm

120




- çuğundur

40




- yerkökü

50




- soğan

40




- xiyar, pomidor, turşu, göyərti

50

27.

Təzə meyvə və ya meyvə şirələri

200

28.

Qurudulmuş meyvələr

20

  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə