Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında




Yüklə 0.96 Mb.
səhifə12/13
tarix22.02.2016
ölçüsü0.96 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

 

38. Qarovul rəisi azadetmə kağızını alıb, həbs ediləni azad edir və onu hauptvaxt rəisinin yanına göndərir. Hauptvaxt rəisi hauptvaxtda saxlananlar kitabında və həbs edilənlərin ad siyahısında həbs edilənin azad edilməsi vaxtını qeyd edir. Ona hauptvaxtda saxlananlar kitabında qol çəkdirməklə şəxsi əşyalarını, pulunu, sənədini, eləcə də azadedilmə vaxtı qeyd olunmuş həbs kağızını öz bölmə (hərbi hissə) komandirinə qaytarmaq üçün verir. Şəxsi əşyaların, pulun və sənədlərin qəbulu haqqında əvvəllər həbs edilənə verilmiş qəbz ləğv edilir.

Azadetmə kağızını qarovul rəisi postlar cədvəlinə əlavə edib təhvil verir.

39. Hərbi hissə hauptvaxtından həbs ediləni azad etmək üçün hərbi hissə növbətçisi həbs edilənin həbs müddəti qurtardıqda həbs kağızında azadedilmə haqqında qeyd edib, onu qarovul rəisinə göndərir, həbs edilənin bölmə komandirinə xəbər verir. Qarovul rəisi həbs kağızını alıb həbs ediləni azad edir, həbs kağızını isə postlar cədvəlinə əlavə edib təhvil verir.

40. Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxsləri azad edərkən, hauptvaxt rəisi (hərbi hissə növbətçisi) onlara qarnizon hərbi komendantının (hərbi hissə qərargahı rəisinin) imzası ilə azadedilmənin vaxtı və əsası göstərilən arayış verir.

Hauptvaxt avadanlığı

41. Qarnizon hauptvaxtı iki bölmədən: əsgərlərin (matrosların) və çavuşların saxlandığı ümumi bölmədən, eləcə də zabitlərin və gizirlərin (miçmanların) saxlandığı zabitlər bölməsindən ibarət olur.

Zabitlər üçün bölmə ayrı binada, yaxud ümumi bölmə ilə bir binada, lakin ayrı girişi olmaqla yerləşə bilər.

Hauptvaxtın qarovulla bir binada yerləşdiyi halda həbs edilənlərin qarovul otağından keçməsinə qəti yol verilməməlidir.

42. Hauptvaxtın ümumi bölməsində aşağıdakılar olmalıdır:

intizam qaydasında həbs edilmiş əsgərlər (matroslar) üçün ümumi kameralar;

intizam qaydasında həbs edilmiş çavuşlar üçün ümumi kameralar;

təkadamlıq kameralar;

cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxslər üçün ümumi və təkadamlıq kameralar;

məhkum edilmiş əsgərlər (matroslar) və çavuşlar üçün ümumi kameralar.

Ümumi kameralarda taxtlar, stollar, skamyalar (kətillər), fəvvarəciyi olan içməli su bakı və tüpürcəkqabları olmalıdır.

43. Hauptvaxtın zabitlər bölməsində aşağıdakılar olmalıdır:

intizam qaydasında həbs edilmiş gizirlər (miçmanlar), kiçik zabitlər və baş zabitlər üçün ayrı ümumi kameralar;

cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxslər üçün ümumi və təkadamlıq kameralar, məhkum edilmiş zabitlər və habelə gizirlər (miçmanlar) üç ayrı ümumi kameralar.

Kameralarda yarıyumşaq taxtlar, stollar, kətillər, şəxsi əşyalar və tualet ləvazimatı üçün dolabçalar, su qrafini, altlıqlı stəkanlar, paltarasılanlar və tüpürcəkqabı olmalıdır.

44. Qarnizon hauptvaxtının aşağıdakı otaqları da olmalıdır:

cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxslər barəsində prosessual hərəkətlərin həyata keçirilməsi üçün otaq;

qarovul otağı;

hauptvaxtın ştatda olan heyəti üçün iş otağı;

xörəyi qızdırmaq, yaxud bişirmək üçün mətbəx və onun köməkçi otaqları;

yeməkxana;

həbs edilənlərin şəxsi əşyalarını saxlamaq üçün stellajları (paltarasılanları) olan anbar;

əl-üz yuma otaqları;

daxili ya da bayır ayaqyoluları.

45. Hauptvaxt rəisinin otağında stol, iki-üç stul (kətil), taxt, paltarasılan, həbs edilənlərdən alınmış sənədləri, pul və qiymətli şeyləri saxlamaq üçün dəmir şkaf, yaxud döşəməyə, ya da divara bərkidilmiş dəmir üzlüklü yeşik olmalıdır.

46. Bütün həbs edilənlər kameraları və ümumi istifadə yerlərinin (əlüzyuma, ayaqyolu otaqlarının) pəncərələri dəmir barmaqlıqlı, zərurət olduqda içəridən metal tor çəkilmiş olmalıdır. Kameraların qapılarında nəzarət pəncərəsi qoyulur. Hauptvaxt koridorlarında tualet və ayaqqabı təmizləmək ləvazimatı, eləcə də şinellər və baş geyimlərini saxlamaq üçün qıfıllanan şkaflar olmalıdır. Şkafların açarları qarovul rəisində olmalıdır.

47. Hər bir hauptvaxtın həbs edilənlərin gəzintisi üçün hündürlüyü 2 metrdən az olmayan möhkəm hasarlı həyəti olmalıdır.

 

5 saylı əlavə



 

Qarnizonun hərbi hissələrinin (hərbi təhsil məktəblərinin, müəssisələrin qarnizonda ezamiyyətdə və məzuniyyətdə olan hərbi qulluqçuların uçotu qaydası

 

1. Ezamiyyət, yaxud məzuniyyət yerinə gəlmiş hər bir hərbi qulluqçu hərbi komendantlıqda (onun olmadığı yerlərdə ən yaxın hərbi komissarlıqda) uçota durmalı, getməzdən qabaq isə uçotdan çıxmalıdır.



Qarnizon hərbi komendantlığı, yaxud hərbi komissarlıq hərbi qulluqçunun olacağı yerdən 10 kilometrdən çox uzaq olduqda, hərbi qulluqçu yerli icra hakimiyyətində uçota dura (uçotdan çıxa) bilər.

Hərbi hissəyə ezam edilmiş hərbi qulluqçular adətən həmin hərbi hissədə uçota dururlar.

Uçota alındıqda, yaxud uçotdan çıxarıldıqda, ezamiyyət vəsiqəsində, yaxud məzuniyyət biletində müvafiq qeyd olunur. Gəlmə haqqında qeyd gəlmə gününün səhərindən gec edilməməlidir. Getmə haqqında qeyd isə getmə günündən əvvəlki gün, yaxud getmə günü edilməlidir.

2. Qarnizona gəlmiş generallar (admirallar), polkovniklər (1-ci dərəcəli kapitanlar) gəlmələri və getmələri haqqında qarnizon hərbi komendantına, yaxud hərbi komissara telefonla, ya da yazılı xəbər verə bilərlər. Onlar gəlmə və getmə tarixlərini qeyd etdirmək üçün ezamiyyət vəsiqələrini, yaxud məzuniyyət biletlərini kuryerlə hərbi komendanta (hərbi komissara) göndərə bilərlər.

Məzuniyyətə gəlmiş generallar (admirallar), zabitlər, gizirlər (miçmanlar) və müddətindən artıq xidmət hərbi qulluqçularına qarnizon hərbi komendantlığına (hərbi komissarlığa) mülki paltarda gəlməyə icazə verilir.

3. Ezamiyyətdə, yaxud məzuniyyətdə olan bütün hərbi qulluqçular məzuniyyət biletini, yaxud ezamiyyət vəsiqəsini həmişə yanında gəzdirməli, rəislərin və böyüklərin tələbi ilə təqdim etməlidirlər. Ünvanını dəyişdirdikdə, ezamiyyət, yaxud məzuniyyətin uzadılmasına icazə aldıqda, xəstəlik ya da başqa səbəbdən vaxtında gedə bilmədikdə, hərbi qulluqçular dərhal bu barədə qarnizon hərbi komendantlığına, hərbi komissarlığa, yaxud yerli icra hakimiyyətinə (uçotda durduqları yerə) xəbər verməlidirlər.

4. Səfərbərlik elan edildikdə, bütün məzuniyyətdə (xəstəliyə görə verilmiş məzuniyyətdən başqa) və ezamiyyətdə olan hərbi qulluqçular tez uçotdan çıxıb, xüsusi sərəncam gözləmədən öz xidmət yerlərinə qayıtmalıdırlar. Əgər hərbi hissə özünün əvvəlki yerində olmazsa, onda hərbi qulluqçu yaxınlıqdakı hərbi komendantlığa, yaxud hərbi komissarlığa gəlməlidir. Xəstəliyinə görə məzuniyyətdə olanlar hərbi komissarlığa gəlib yenidən müayinədən keçməlidirlər; səhhətinə görə gəlməyə imkanı olmayanda, tezliklə bu barədə müalicə edən həkimin arayışını da əlavə etməklə yazılı xəbər verməlidirlər.

5. Ezamiyyətə, yaxud məzuniyyətə gəlmiş hərbi qulluqçuların uçotu üçün qarnizon hərbi komendantlığında (hərbi komissarlıqda) aşağıdakı formada hərbi qulluqçuların uçotu kitabı aparılır.

 

Ezamiyyət və məzuniyyətdə olan hərbi qulluqçuların uçotu kitabı

 


Sıra №-si

Hərbi rütbəsi

Adı, atasının adı və soyadı

Hansı hərbi hissədəndir (hərbi hissənin şərti adı)

Qarnizona gəlməsinin məqsədi

Ezamiyyət vəsiqəsi, yaxud məzuniyyət biletinin nömrəsi və tarixi

Məzuniyyət (ezamiyyət) vaxtı yaşayacağı yerin ünvanı

Öz hərbi hissəsinə nə vaxt qayıtmalıdır

Ləngiməsi haqqında qeyd və nə qədər ləngiyəcək

Uçotdan çıxarılması haqqında qeyd

1

2

3

4

5

6

7

8

9

10

 

«______»_____________________________________

tarix, ay

 

6. Bütün hərbi hissələrin (müəssisələrin, idarələrin, əlahiddə bölmələrin, komandaların) uçotu qarnizon hərbi komendantı tərəfindən müəyyən edilmiş qayda ilə aparılır.



Hərbi hissələri (bölmələri, komandaları) başqa qarnizona, yaxud onunla qonşu olan məntəqəyə göndərən komandirlər (rəislər) bu qarnizonların rəislərini hərbi hissələrin (bölmələrin) gəlmələri haqqında xəbərdar etməlidirlər.

Hərbi hissənin (bölmənin) komandiri, komandanın rəisi hərbi hissənin (bölmənin, komandanın) göstərilən məntəqəyə gəlib çatmasını qarnizon rəisinə gəldiyi gün məlumat verməli və hərbi hissəni (bölməni, komandanı) qarnizon komendantlığında uçota almalıdır.

 

6 saylı əlavə



 

___________________________________________________________________________________ qarnizonun

(qarnizonun adı)



tutulub saxlanan hərbi qulluqçularının

 

Uçotu kitabı

 

Sıra №-si

Hərbi rütbəsi

Adı, atasının adı və soyadı

Hərbi hissənin №-si (müəssisə və idarənin adı), onun poçt ünvanı və tabeliyi

Tutulub saxlanma vaxtı, nə üçün tutulub

Kimə xəbər verilib, yaxud hansı tədbir görülüb

1

2

3

4

5

6

Qeyd:

Tutulub saxlananların uçotu kitabındakı yazılar hər günün axırında hərbi komendantın növbəti köməkçisi (qarovullar növbətçisi) tərəfindən imzalanır.






















 

7 saylı əlavə

 

Qarnizon hərbi komendantlığının yerləşməsi və avadanlığı

 

1. Qarnizon hərbi komendantlığının yerləşməsi üçün ayrıca bina, yaxud yer ayrılmalıdır.



Ayrılmış bina, yaxud yerin ümumi sahəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi idarələrinin yerləşdirilməsi üçün müəyyən edilmiş normalara uyğun olmalıdır.

2. Hərbi komendantlığın yerləşdirilməsi üçün ayrılmış binada (yerdə) olan otaqlardan əlavə, aşağıdakı otaqlar da olmalıdır:

qarovullar növbətçisinin və onun köməkçisinin otağı;

patrul nəfərləri otağı;

qarnizona gəlmiş hərbi qulluqçuların qeydiyyatı otağı;

müvəqqəti tutulub saxlanmış əsgər və matroslar üçün ayrıca, çavuşlar, gizir və miçmanlar üçün ayrıca, eləcə də zabitlər üçün ayrıca kameralar;

məişət xidməti otağı.

3. Qarovullar növbətçisinin və onun köməkçisinin otağında aşağıdakılar olmalıdır:

sənədləri saxlamaq üçün dəmir, yaxud dəmir üzlüklü yeşik;

yazı ləvazimatı olan dəftərxana stolu;

üç-dörd stul;

yarıyumşaq taxt;

saat;

bayır termometri;



üst paltarı üçün şkaf, yaxud paltarasılan;

su qrafini və stəkanlar;

qarnizon rəisi, hərbi komendant, qarovullar, şəhərin yanğından mühafizə hissələri, hərbi hissə komandirləri (müəssisə, idarə rəisləri) ilə əlaqə saxlamaq üçün telefon;

şəhər telefonlarının nömrələri olan məlumat kitabı;

növbətçiliyin qəbulu və təhvili kitabı;

qarovul növbətçisi üçün təlimat;

qarnizon qarovullarının postlar tabeli;

qarovulları yoxlamaq hüququ verən vəsiqələrin nümunələri;

nizamnamələr;

şam, yaxud ağneft lampası ehtiyatı.

4. Patrul nəfərləri otağında aşağıdakılar olmalıdır:

stol;


taxt;

patrul nəfərlərinin sayı qədər stul (kətil);

üst paltarı üçün şkaf, yaxud paltarasılan;

altlıq üstündə qoyulan fəvvarəciklə təchiz edilmiş və ağzı qıfılla bağlı içməli su bakı;

qəzetlər və jurnallar;

hərbi xidmətçilərin geyim forması olan plakatlar (şəkillər).

Patrul nəfərlərinin silahlandıqları qarnizonlarda patrul nəfərləri otağında silah saxlamaq üçün piramida və silahı təmizləmək üçün stol da olmalıdır.

5. Müvəqqəti tutulub saxlananlar otağında taxtlar və pəncərələrində dəmir şəbəkələr olmalıdır.

6. Hərbi komendantlığın binasına xidmət edilməsi və onun təsərrüfat təminatı qaydaları qarnizon rəisi tərəfindən müəyyən edilir.

 

8 saylı əlavə



 

Qarovulun geyim forması

 

1. Qarovulun geyim forması şinel (yarımkürk), təmiz və saz paltar dəsti, ayaqqabı, baş geyimi, bel qayışı və maqazinlər (daraqlar) üçün çantadan ibarətdir.



Post geyimi qışda kürk və keçə çəkmələr, yay vaxtı başlıqlı plaş, yaxud plaş-örtük işlədilir. Kürkdən başqa post geyimi hər post üçün iki dəst olmalıdır və bunların bir dəsti qarovul otağında saxlanmalıdır. Bunlardan başqa, qarovul otağında qarovul rəisi, onun köməkçisi və dəyişdiricilərin hər biri üçün brezent plaş, yaxud plaş-örtük olmalıdır.

2. Yayda qarovullar dəyişmə yerinə lülələnib çiyindən asılan şinellərlə (zabitlər, gizir və miçmanlardan başqa), havanın temperaturu +10 S-dən az olanda, eləcə də soyuq külək əsəndə və yağışda şinelləri geymiş gəlirlər.

İsti vaxtlarda qarnizon hərbi komendantının (hərbi hissə qərargahı rəisinin) göstərişi ilə qarovullar dəyişmə yerinə şinelsiz gələ bilərlər.

Şineli geymək qaydası dəyişmədə qarovullar növbətçisi tərəfindən, dəyişmədən sonra öz təyinat yerinə gedərkən və xidmət vaxtı isə qarovul rəisi tərəfindən dəyişdirilə bilər.

3. Yayda soyuq küləkdə və yağış vaxtı növbələr postlara şinellərini geymiş göndərilir. Havanın kölgədə temperaturu +15 S-dən çox olduqda növbələrə şinellərini qarovul otağında paltarasılanda qoymağa icazə verilir.

4. Post kürkü ancaq dəyişilmə vaxtı postda çıxardılır və geyilir.

5. Yağışlı havada növbələr postlara plaşlarda (plaş örtüklərdə) göndərilir.

Saatdarlar plaşı (plaş-örtüyü) postda lazım gəldikdə çıxardırlar (geyirlər).

Keçə çəkmələr qarovul otağında geyilir. Kürk və keçə çəkmələrini bayıra havanın temperaturu —5o S-dən və aşağı olduqda və soyuq külək əsdikdə geyməyə icazə verilir.

6. Kürk şinelin üstündən, plaş (plaş-örtük) şinelin, yaxud kitelin üstündən geyilir. Çıxarılmış kürk və plaşlar (plaş örtüklər) göbələkvari post örtüyü, yaxud budkada (müşahidə qülləsində) asılır.

7. Qızdırılan daxili postların saatdarları temperatur +18 S-dən aşağı olmadığı bütün hallarda şinelsiz olmalıdırlar. Postda olduqları vaxt şinel paltarasılanda, yaxud şkafda asılır.

8. Plaşlar (plaş-örtüklər) və keçə çəkmələr postlardan qayıdan kimi çıxarılır və qurudulur.

 

9 saylı əlavə



______________________________________________________________________________________________

(hərbi hissə, müəssisə)



_________________№-li Qarovulun döyüş patronları ehtiyatının

 

Uçotu kitabı



 

Patronların daxilolma və sərfolma tarixi

Döyüş patronlarının sayı

Patronların götürülməsi və alınması sənədinin adı və nömrəsi

Patronların vəziyyətinin yoxlanması

avtomatlar və karabinlər üçün

tapançalar üçün

yoxlamanın tarixi, patronların sayı və vəziyyəti haqqında yoxlayıcının qeydləri

aşkar edilmiş çatışmazlıqların ləğv edilməsi haqqında

______________tarixdə vardır

____________________

götürülüb


Qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi)______________________

                                                                                                                            (hərbi rütbəsi, imzası)



______________tarixdə qalıb

____________________

əlavə edilib


Qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi)______________________

(hərbi rütbəsi, imzası)



______________tarixdə vardır

Qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi)______________________

(hərbi rütbəsi, imzası)



Qeydlər:

1.

Patron ehtiyatının uçotu kitabını qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) aparır.

 

2.

Patronların götürülməsi haqqında qarnizon hərbi komendantının (hərbi hissə qərargahı rəisinin), döyüş sursatının aid olduğu hərbi hissənin raket artilleriya xidməti rəisinin, qarovullar (hərbi hissə) növbətçisinin və qarovul rəisinin imzası ilə akt tərtib olunur. Döyüş patronları ehtiyatı normaya qədər doldurulur, qutu yenidən möhürlənir və saxlanmaq üçün qarovul rəisinə təhvil verilir.

 

3.

Kitabın vərəqləri nömrələnir, qaytanla tikilir, möhürlənir və qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) tərəfindən imzalanır.

 

4.

Qumbara və onların partladıcılarının uçotu da təqribən bu forma ilə aparılır. Uyğun sütunlarda lazımi adlar yazılır.

























 

 

 



 

10 saylı əlavə



Obyektlərin hasarlanması və postların avadanlığı

 

1. Mühafizə olunan obyektlərin yerləşdiyi ərazi daş, taxta, məftil və s. ilə hasarlanmalıdır.



Mühüm əhəmiyyətli obyektlərin (partlayıcı maddə, sursat, silah və s. anbarlarının) daxili və xarici hasarları olmalıdır. Daxili və xarici hasarlar arasındakı məsafə yerli şəraitdən asılı olaraq 10 m və daha çox ola bilər. Hasarın hündürlüyü 2 metrdən az, məftil hasarın məftillərinin arası 15 sm-dən çox olmamalıdır.

Mühafizə olunan obyektin ətrafını yaxşı müşahidə etmək üçün hasarların arasında (xarici hasarın yanında) rabitə, siqnalizasiya vasitələri və projektoru olan müşahidə qülləsi tikilə bilər.

Hasarı olmayan mühafizə olunan obyektlərin ətrafında gecə və gündüz yaxşı görünən və yazısı olan göstəricilər qoyulur, məsələn, «Keçmək qadağandır (keçid bağlıdır)». Gediş yolu oxla göstərilir.

2. Hərbi hissədən kənarda yerləşən mühafizə olunan obyektin ətrafında, zərurət olduqda, yerli hakimiyyət orqanları ilə razılaşıb kənar adamlar üçün qadağan sahəsi müəyyənləşdirmək olar. Qadağan sahəsində hüdudları yaxşı görünən və «Qadağan sahəsi keçmək qadağandır (keçid bağlıdır)» yazılmış göstəricilərlə işarə edilməlidir. Qadağan sahəsi qoyulması haqqında qarnizon rəisi (hərbi hissə komandiri, mühafizə olunan obyektin rəisi) ətraf yaşayış məntəqələrinin sakinlərini vaxtında xəbərdar etməlidir. Qadağan sahəsinin hüdudlarına ümumi işlək yollar, yaşayış və xidmət tikililəri, əkin sahələri və s. daxil edilməməlidir.

3. Postun ərazisində yerli şəraitdən asılı olaraq saatdar üçün mümkün qədər böyük görmə və atəşətutma sahəsi (50 m-dən az olmayan) təmin edilməlidir, bunun üçün postun ətrafındakı sahə kollardan təmizlənməli, ağaclar seyrəkləşdirilməli və 2,5 m hündürlüyünə kimi budanmalı, ot biçilməli, artıq şeylər yığılmalı, kənar şəxslərin yaxınlaşması qadağan edilmiş məsafə saatdarın gecə, gündüz və pis görmə şəraitində yaxşı görə biləcəyi işarələrlə qeyd edilməlidir.

Saatdarların öz xidmətini maneəsiz, postun sahəsini dolanaraq, yaxud yerindən müşahidə etməklə yerinə yetirməsi üçün şərait yaradılmalıdır.

Ərazisində bir neçə post olan obyektlərdə hər bir postun hüdudu göstəricilərlə işarə olunur.

4. Mühüm əhəmiyyətli obyektlərin və hərbi şəhərcikdən kənarda olan qarovul otaqlarının mühafizəsi üçün bayır postlarının yaxınlıqlarında səngərlər qazırlar ki, onlardan postun (qarovul binasının) girəcək yolları atəşə tutula bilsin və mümkün qədər qonşu postlarla atəş əlaqəsi təmin edilsin.

5. Postun və mühafizə olunan obyektin ətrafı gecə vaxtı işıqlandırılmalıdır. İşıqlandırma elə hazırlanmalıdır ki, saatdar postda durarkən, yaxud hərəkət edərkən həmişə kölgədə olsun.

6. Post ikitərəfli rabitəsi olan siqnalizasiya ilə təmin olunmalıdır ki, saatdar dərhal (ən azı iki nöqtədən) qarovul rəisini, onun köməkçisini, yaxud dəyişdiricini çağıra bilsin.

7. Daxili postlar, xüsusilə Döyüş Bayrağı yanındakı post 0,7 — 1m hündürlükdə çərçivəli arakəsmə ilə ayrılmalı və işıqlandırılmalıdır.



Müşahidə qülləsi



Göbələkvari post örtüyü



Post budkası

a — öndən görünüşü; b — yandan və v — arxadan görünüşü.

8. Hər bir bayır postunda (zərurət olduqda içəri postlarda da) mühafizə olunan anbarlar, saxlanclar və s.-nin bilavasitə yaxınlığında yanğınsöndürmə vasitələri: odsöndürən, qum yeşikləri, su çəlləkləri, vedrə və alətlər (bel, balta, ling və s.) olmalıdır.

9. Bayır postunda post paltarını saxlamaq üçün paltarasılanları olan göbələkvari post örtüyü, yaxud budka, içəri postlarda isə şinel üçün şkaf, yaxud paltarasılan olmalıdır.

Göbələkvari post örtüyü, yaxud post budkası ya mühafizə olunan obyektin, ya da ətraf yerin rənginə uyğun boyanmalıdır.

 

11 saylı əlavə


1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə