Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında




Yüklə 0.61 Mb.
səhifə1/6
tarix16.04.2016
ölçüsü0.61 Mb.
  1   2   3   4   5   6
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması
və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının
(2011- 2015-ci illər)” təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramına 3 nömrəli əlavə olaraq ”2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyun 2011-ci il.



2008-2015-ci illərdə Azərbaycan Respublikasında

yoxsulluğun azaldılması və davamlı inkişaf

Dövlət Proqramına 3 nömrəli əlavə

2008 - 2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın



həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)



Sıra

-si



Tədbirlərin adı

İcraçı təşkilatlar

İcra müddəti (illər üzrə)




1

2

3

4

1. Makroiqtisadi sabitlik və iqtisadi artım

1.1. Büdcə-vergi siyasəti

1.1.1.

Büdcə proqnozlaşdırılmasının səmərəliliyinin artırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi

1.1.1.1.

Dövlət gəlirlərinin proqnozlaşdırılması prosesinin beynəlxalq standartlara uyğun modellər əsasında həyata keçirilməsinin təkmilləşdirilməsi

MN, İİN

2011-2015

1.1.1.2.

Gömrük sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, yeni Gömrük Məcəlləsinin qəbulu və tətbiqinin həyata keçirilməsi, o cümlədən, bununla bağlı normativ aktların qəbul edilməsi

DGK

2011-2015

1.1.2.

Vergilərin yığım səviyyəsinin artırılması

1.1.2.1.

Vergi mədəniyyətinin artırılmasına yönəldilmiş maarifləndirmə tədbirlərinin həyata keçirilməsi

VN

2011-2015

1.1.2.2.

İri dövlət vergi ödəyicilərinin gəlir və xərc smetaları üzrə monitorinqlərin aparılması

MN, İİN, SEN, NN

2011 - 2015

1.1.3.

Xarici-iqtisadi fəaliyyətdə tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin təkmilləşdirilməsi

1.1.3.1.

İdxal mallarına münasibətdə gömrük-tarif mexanizminin təkmilləşdirilməsi

DGK, MN

2011-2012

1.1.4.

Aylıq gəlirləri yaşayış minimumundan çox olmayan fiziki şəxslərin gəlir vergisindən azad edilməsi

VN, MN

2011-2015

1.1.5.

Dövlət büdcəsi xərclərinin sağlamlaşdırılması

1.1.5.1.

Dövlət büdcəsinin tərtibi prosesini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi işinin davam etdirilməsi

MN

2011-12015

1.1.6.

Dövlət satınalmaları işinin səmərəliliyinin artırılması

1.1.6.1.

Dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi

SDA, MN, İİN

2011-2015

1.1.6.2.

Satınalmalar üzrə Dövlət Agentliyinin idarəetmə potensialının gücləndirilməsi, mоnitоrinq sisteminin təkmilləşdirilməsi

SDA

2011-2015

1.1.6.3.

Elektrоn satınalmaların təşkili ilə əlaqədar tədbirlərin görülməsi

SDA

2011-2015

1.1.6.4.

Dövlət satınalmalarına cəlb оlunan mütəxəssislərin ixtisas səviyyələrinin artırılması

SDA

2011-2015

1.1.6.5.

Satınalma planlarının hazırlanması və dövri əsasda dərc olunması üçün müvafiq tədbirlərin görülməsi

SDA

2011-2015

1.1.6.6.

Yerli şirkətlərin xarici ölkələrin dövlət satınalmalarında iştirakının dəstəklənməsi üçün müvafiq tədbirlərin görülməsi

SDA

2011-2015

1.1.6.7.

Standart tender sənədləri toplusunun hazırlanması

SDA

2011-2015

1.1.7.

Dövlət büdcəsi layihəsinin tərtibi ilə məşğul olan təşkilatlarda idarəetmə potensialının gücləndirilməsi 

1.1.7.1.

Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə layihəsinin tərtib edilməsi üzrə potensialın gücləndirilməsi

Aidiyyəti dövlət orqanları və büdcə təşkilatları

2011-2015

1.1.7.2.

Gömrük işçilərinin peşəkarlığının artırılması, beynəlxalq təşkilatlarla əməkdaşlığın davam etdirilməsi və qabaqcıl beynəlxalq təcrübənin təhlili və gündəlik fəaliyyətdə tətbiqi məqsədi ilə ÜGT-nin Bakıda yerləşən Regional Tədris Mərkəzində potensialın gücləndirilməsi ilə əlaqədar tədbirlərin keçirilməsi

DGK

2011-2015

1.1.7.3.

Azərbaycan Respublikası gömrük orqanlarının regional təşkilatlarla və digər dövlətlərin gömrük orqanları ilə əməkdaşlığının genişləndirilməsi.

DGK

2011-2015

1.1.8.

Müəssisə və təşkilatlarda beynəlxalq mühasibat uçotu standartlarına keçid prosesinin başa çatdırılması

MN

2011-2015

1.2. Pul, tarif (qiymət) və məzənnə siyasəti

1.2.1.

İnflyasiyanın məqbul səviyyədə saxlanılması məqsədilə müvafiq tənzimləmə metodlarından fəal istifadə olunması

MB, İİN, ARDNF

2011-2015

1.2.1.1

Makroiqtisadi siyasətin koordinasiyası, optimal makro-fiskal çərçivənin formalaşdırılması və adekvat pul siyasətinin yeridilməsi

MB, MN, İİN, ARDNF

2011-2015

1.2.2.

Strateji valyuta ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi

MB, ARDNF

2011- 2015

1.2.3.

Tariflərin (qiymətlərin) dövlət tərəfindən tənzimlənməsinin təkmilləşdirilməsi

1.2.3.1.


Tariflərin (qiymətlərin) dövlət tənzimlənməsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması

Tarif (qiymət) Şurası, İİN, ƏN

2011-2015

1.2.3.2.

Tariflərinə (qiymətlərinə) dövlət tənzimlənməsi tətbiq olunan sahələrin liberallaşması, dövlət orqanları tərəfindən pullu və gələcəkdə pulsuz göstərilməsi mümkün olan xidmət sahələrinin müəyyən olunması, bu xidmətlərin maliyyələşməsi ilə bağlı mövcud problemlərin aradan qaldırılması üçün təşkilati-hüquqi və maliyyə tədbirlərinin həyata keçirilməsi

Tarif (qiymət) Şurası, İİN, ƏN, aidiyyəti dövlət orqanları

2011-2015

1.2.3.3.

Tənzimlənən mallar (işlər, xidmətlər) üzrə monitorinq prinsiplərinin və tənzimləmə sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin müəyyən edilməsi

Tarif (qiymət) Şurası, İİN, ƏN və aidiyyəti subyektlər

2011-2012

1.2.3.4.

Dövlət dotasiyalarının mərhələlərlə aradan qaldırılması məqsədilə tariflərin (qiymətlərin) iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılması

Tarif (qiymət) Şurası, İİN və aidiyyəti subyektlər

2011-2015

1.2.3.5.

Tarif (qiymət) Şurasının maddi-texniki və təşkilati-hüquqi bazasının təkmilləşdirilməsi, tariflərin (qiymətlərin) tənzimlənməsi strategiyasının, sahəvi tənzimləmə metodologiyasının, avtomatlaşdırılmış məlumat informasiya bazasının və məlumat mübadilə modellərinin yaradılması

Tarif (qiymət) Şurası, İİN, ƏN, MN

2011-2015

1.3. Maliyyə bazarının inkişaf etdirilməsi

1.3.1.

Bank sektorunun inkişaf etdirilməsi 

1.3.1.1.

Bank sisteminin kapitallaşmasının davam etdirilməsi

MB

2011-2015

1.3.1.2.

Bank nəzarətinin təkmilləşdirilməsi sahəsində beynəlxalq təşkilatların yeni tövsiyələrinin mütəmadi olaraq öyrənilməsi və tətbiqi

MB

2011-2015

1.3.1.3.

Bank şəbəkəsinin regionlar üzrə genişləndirilməsinin təşviq olunması

MB

2011-2015

1.3.1.4.

Tikinti-əmanət banklarının yaradılması işinin dəstəklənməsi

MB

2011-2015

1.3.1.5.

Bank olmayan kredit təşkilatlarının fəaliyyətlərinin genişləndirilməsinin dəstəklənməsi

MB

2011-2015

1.3.1.6.

Bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi

MB

2011-2015

1.3.1.7.

İpoteka kreditləşdirilməsi mexanizminin təkmilləşdirilməsi

MB

2011-2015

1.3.1.8.

Poçt əmanət sisteminin inkişaf etdirilməsi

MB, RİTN

2011-2015

1.3.1.9.

Elektron ödəniş sisteminin inkişaf etdirilməsi

MB, RİTN

2011-2015

1.3.2.

Qiymətli kağızlar bazarının inkişaf etdirilməsi

1.3.2.1.

Qanunvericiliyin inkişaf etdirilməsi

1.3.2.1.1.

Qiymətli kağızlar bazarı haqqında vahid qanunun hazırlanması

QKDK

2011-2012

1.3.2.1.2.

Sekyuritizasiya haqqında qanunvericilik bazasının formalaşdırılması

QKDK

2011-2013

1.3.2.1.3.

Qiymətli kağızların tədavülü və buraxılışına dair normativ hüquqi bazanın təkmilləşdirilməsi

QKDK, ƏN, MB

2011-2014

1.3.2.2.

Qiymətli kağızlar bazarının əməliyyat və hesablaşma infrastrukturunun təkmilləşdirilməsi

1.3.2.2.1.

Qiymətli kağızların ticarət və hesablaşma sisteminin modernləşdirilməsi və avtomatlaşdırılması

QKDK, MB

2011-2014

1.3.2.2.2.

Mərkəzi depozitar sistemin təşkili və qiymətli kağızlarla əməliyyatların qeydiyyatı mexanizmlərinin təkmilləşdirilməsi

QKDK

2011-2015

1.3.2.3.

Dövlət və korporativ qiymətli kağızların təklifinin genişləndirilməsi və tələbin stimullaşdırılması

1.3.2.3.1.

Yerli şirkətlərin Bakı Fond Birjasının listinqinə çıxarılması üçün münbit şəraitin yaradılması və təşviq edilməsi

QKDK, İİN

2011-2015

1.3.2.3.2.

Yeni maliyyə alətlərinin buraxılışının stimullaşdırılması və xarici fond birjalarında ticarət olunan qiymətli kağızlara çıxışın genişləndirilməsi

QKDK

2011-2015

1.3.2.3.3.

İnstitusional investorların formalaşdırılmasının təşviq edilməsi

QKDK

2011-2015

1.3.2.3.4.

Peşəkar iştirakçıların potensialının artırılması, maliyyə vasitəçiliyi funksiyalarının inkişaf etdirilməsi

QKDK

2011-2015

1.3.2.4.

Tənzimləyici və nəzarət potensialının gücləndirilməsi

1.3.2.4.1.

Peşəkar iştirakçıların lisenziyalaşdırılmasının qayda və prosedurlarının qabaqcıl beynəlxalq standartlar əsasında təkmilləşdirilməsi

QKDK

2011-2013

1.3.2.4.2.

Bazar iştirakçılarının hesabatlılıq sisteminin formalaşdırılması və avtomatlaşdırılması

QKDK

2011-2013

1.3.2.4.3.

İnvestorların hüquqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsi

QKDK

2011-2015

1.3.2.4.4.

QKDK-nın analitik potensialının gücləndirilməsi

QKDK

2011-2015

1.3.2.5.

Tədris və maarifləndirmə tədbirlərinin tətbiqi və genişləndirilməsi

1.3.2.5.1.

Qiymətli kağızlar bazarı üzrə təlim və məsləhət mərkəzinin yaradılması

QKDK

2011-2012

1.3.2.5.2.

Kütləvi informasiya vasitələrində xüsusi maarifləndirici proqramların təşkil edilməsi

QKDK

2011-2015

1.3.3.

Sığorta bazarının inkişaf etdirilməsi 

1.3.3.1.

Sığorta sahəsində qanunvericiliyin inkişaf etmiş beynəlxalq təcrübəyə daha da uyğunlaşdırılması istiqamətində təkliflərin hazırlanması

MN

2011-2013

1.3.3.2.

Sığorta işinin təşviqi üzrə tədbirlərin gücləndirilməsi

MN, İİN

2011-2015

1.4. İnvestisiya siyasəti

1.4.1.

İnvestisiyaların idarə olunması prosesinin təkmilləşdirilməsi

1.4.1.1.

YADİDP üzrə prioritet layihələrin maliyyələşdirilməsi istiqamətində beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın aparılması

İİN

2011-2015

1.4.1.2.

YADİDP-nin prioritetləri üzrə infrastruktur layihələrinin maliyyələşdirilməsi məqsədilə müntəzəm olaraq ortamüddətli Dövlət İnvestisiya Proqramlarının hazırlanması və həyata keçirilməsi

İİN, MN

2011-2015

1.4.1.3.

Dövlət İnvestisiya Proqramına daxil olması nəzərdə tutulan layihələrin qiymətləndirilməsi (qiymətqoyulması) prosesinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması və təsdiq edilməsi (obyektlərin dəyərinin 1991-ci ilin bazis qiyməti əsasında qiymətləndirilməsi metodikasının ləğv edilməsi)

FHN, İİN, MN

2011-2015

1.4.1.4.

Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən layihələrin icrası zamanı müxtəlif obyektiv səbəblərə görə baş verən qiymət artımlarının tənzimlənməsi məqsədilə beynəlxalq standartlara (FİDİC qaydaları) uyğun qaydaların tərtibi və təsdiq edilməsi

FHN, İİN, MN

2011-2015

1.4.1.5.

Ölkənin qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi məqsədilə xarici investisiyalar üçün stimullaşdırıcı mexanizmlər üzrə beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq təkliflərin verilməsi

İİN

2011-2013

1.4.2.

Səmərəli rəqabət mühitinin formalaşdırılması

1.4.2.1.

Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin qəbul olunması üçün tədbirlərin həyata keçirilməsi

İİN

2011-2013

1.4.2.2.

İstehlak bazarında inhisarlaşmanın məhdudlaşdırılması məqsədilə bazarların bölüşdürülməsi və razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsi

İİN

2011-2015

1.4.2.3.

İstehlakçıların hüquqlarının müdafiə edilməsi işinin gücləndirilməsi

İİN

2011-2015

1.4.2.4.

İstehlak mallarının istehsalının, idxalının, ixracının, topdan və pərakəndə satışının həyata keçirilməsi zamanı normativ sənədlərin tələblərinə əməl edilməsi

SMPDK, KTN, İİN, DGK

2011-2015

1.4.2.5.

Ölkənin iqtisadi mənafeyinin və təhlükəsizliyinin etibarlı mühafizəsinin təmini üçün gömrük orqanlarının hüquq-mühafizə potensialının artırılması və fəaliyyətinin gücləndirilməsi istiqamətində işlərin davam etdirilməsi

DGK, MN

2011-2015
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə