Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası




Yüklə 34.08 Kb.
tarix23.04.2016
ölçüsü34.08 Kb.
Azərbaycan Respublikası Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyası

Siyasi idarəetmə fakültəsi

“ Politologiya və siyasi idarəetmə”kafedrası

“Siyasi fəlsəfə”fənni üzrə referat”

Mövzu:


Siyasi fəlsəfənin antik kökləri”

123-cü qrup

II kurs

Tələbə:Qönçə Məmmədova



Müəllim:dos.Sakit Əliyev

Bakı-2010



Plan:

Giriş


1.Antik fəlsəfənin meydana gəlməsi:məktəb və cərəyanlar

2.Antik fəlsəfənin inkişafının ən yüksək mərhələsi

Nəticə

İstifadə olunmuş ədəbiyyat


Giriş
Siyasi fəlsəfə dövlət,hökumət,siyasət,azadlıq,mülkiyyət,hüquq kimi mövzular haq-qında, bu anlayışlar nədir,niyə ehtiyac vardır, bir hökuməti nə qanuni edər,dövlət hansı azadlıqları və haqqları qorumalıdır,hansı şəkildə təşkil etməlidir,qanun nədir, vətəndaşın dövlətə qarşı öhdəçilikləri nələrdir kimi təməl suallara cavab axtaran və bu mövzuları fəlsəfədən faydalanaraq araşdıran ictimai elm sahəsidir.1 Siyasi fəlsəfə mövcud olan siyasət üzərində sorğu və ağıl yürütmək fəaliyyətidir. Siyasətin problemlərini,siyasi sistemləri,siyasi heyvanlar olaraq təyin olunan in-sanların müəyyən bir siyasi sistem içindəki davranışlarını fəlsəfəyə xas üsullarla ələ alan fəlsəfə sahəsi,daha çox normativ bir xüsusiyyət ifadə edən nəzəri araşdırma növüdür. Siyasi fəlsəfənin ələ aldığı müəyyən mövzular bunlardır:

1.İnsanın inkişaf müddəti içində rəhbərliyin ya da dövlətin təbiəti,məqsədi və əhəmiyyəti.

2.Var olan dövlətlərin təsnif edilməsi və bu dövlətlərin meydana gəlməsində təsirli olan fəlsəfə ya da görüşlərin araşdırılması.

3.İdeal nizam axtarışı.

4.Utopiyaların quruluşu və bunların reallaşma şansları.

5. Fərdlə dövlət,itaət etməklə azadlıq arasındakı əlaqə,təzyiq, senzura və rəhbərliyin gücü.

6. Ədalət,bərabərlik,azadlıq,haqq və mülkiyyət kimi təməl anlayışların analizi.

Qədim Yunanıstanda meydana gəlmiş siyasi fəlsəfə indiki vaxtda siyasi nüfuzun gücünü, təbiətini və qaynağını,siyasi nüfuzla fərd arasındakı əlaqələri ələ alır.Siyasi təşkilatların və bu vaxt dövlətlə fərd arasındakı əlaqələrin necə inkişaf etdirilə biləcəyi mövzusunu araşdıran siyasət fəlsəfəsi indiki vaxtda daha çox “demok-ratiya”anlayışı üzərində dayanır.Siyasi fəlsəfə mövcud olan idarə formalarının əksəriyyətinin özəyini təşkil edən insan birgəyaşayışının əxlaqi-etik norma və qaydalarını öyrənir.


1.Antik fəlsəfənin meydana gəlməsi:məktəb və cərəyanlar
Bizim eramızdan əvvəl VI əsrin birinci yarısında antik fəlsəfə Elladanın Kiçik Asiya hissəsində, daha dəqiq desək İyoniyada– Milet şəhərində yaranmışdır. Təsadüfi deyildir ki, ilk yunan fəlsəfi məktəbi Milet məktəbi adlanır. Həmin məktəbin böyük
nümayəndələri Fales, Anaksimandr, Anaksimen və onların şagirdləri olmuşdur. Antik fəlsəfə fəlsəfənin ayrıca bir fənn kimi meydana gəlməsini ifadə edir. «Antik fəlsəfə» anlayışı altında Qədim Yunanıstanda və Qədim Romada yaranan fəlsəfə nəzərdə tutulur. Yunan fəlsəfəsi yunan mifologiyasının təsiri altında formalaşmışdır. Yunan mifologiyası isə, öz növbəsində, Homerin «İliada» və «Odisseya», Hesiodun (e.ə. VIII– VII əsrlər) epik əsərlərində öz əksini tapmışdır. Əgər Yunan– Roma fəlsəfəsini inkişaf mərhələlərinə bölsək, aşağıdakı mənzərə alına bilər. Birincisi, Milet məktəbi hesab olunur. Həmin məktəbin fəlsəfi təsəvvürləri çox şeydə Homer və Hesiodun qədim görüşlərinə əsaslanırdı. Bununla yanaşı, Milet məktəbi ilk elmi (mifoloji yox) təfəkkür cəhdi hesab olunur. Qədim Yunanıstanda fəlsəfi inkişafın bu mərhələsinə Heraklit, Eleya məktəbi (b.er.əv. VI– V əsrlər) də daxil edilir. İkincisi,yunan fəlsəfəsinin bu mərhələsi böyük filosofların, o cümlədən görkəmli mütəfəkkirlər Sokrat, Platon, Aristotel, atomistlər məktəbi (Levkipp, Demokrit), Pifaqor məktəbi, sofistlər (Protaqor, Gorgiy) və s. adlarla bağlıdır. Üçüncüsü, ellinizm mərhələsi adlanır. Bu dövr yunan quldarlıq cəmiyyətinin tənəzzülü ilə əlaqədardır. Nəticədə Yunanıstan parçalanır,bir sıra əyalətlər müstəqillik əldə edir. Lakin bu da çox uzun sürmür.Yunanıstan və əyalətləri İskəndərin imperiyasının tərkibinə daxil edilir. İşğalçı İskəndərin ölümündən sonra isə cəmiyyətin bütün sahələrində böhran güclənməyə başladı. Həmin dövrdə, yəni er. əvvəl IV– III əsrlərdə fəlsəfədə üç böyük cərəyan yaranıb inkişaf etmişdir.Bunlar: skeptisizm, epikurçuluq və stoisizm idi. III– II əsrlərdə Qədim Romanın ictimai və mənəvi inkişafında müəyyən dəyişikliklər baş vermişdir. Roma cəmiyyətində yunan mədəniyyəti və fəlsəfəsinə meyllər güc-lənmişdir. Həmin dövrdə Romada çoxlu yunan alimi, filosofu fəaliyyət göstərir, öz spesifikliyi ilə stoisizm və epikurçuluq inkişaf etməyə başlayır.Lukretsi Karın materializmi inkişaf edir.Bununla yanaşı,Romanın işğal etdiyi qədim dövlətlər və xalqların istismarı nəticəsində burada çox saylı adamların parazitləşməsi elementləri yaranır. cəmiyyətdə olan bu böhran, demək olar ki, bütün təbəqələri əhatə edirdi və bu da, öz növbəsində, şəxsi mövcudluğun katastrofuna gətirib çıxarırdı. Nəticədə dinə və mistikaya meyl güclənirdi.Zamanın tələblərinə cavab verən fəlsəfə dinə çevrilir, xristianlıq həmin prosesdə körpü rolunu oynayır.Antik fəlsəfə - eramızdan əvvəl VII əsrin sonundan başlayaraq qədim yunan quldarlıq cəmiyyətində və eramızdan əvvəl II əsrdən başlayaraq qədim roma quldarlıq cəmiyyətində,eramızın VI əsrinin əvvəl-lərinədək inkişaf etmiş fəlsəfi təlimlər məcmuu-bəşəriyyətin fəlsəfi şüurunun in-kişafında vahid və özünəməxsus hadisədir.Antik fəlsəfə,qədim şərq mədəniyyətinin onun çox mühüm tərkib hissəsi olan elmi-astronomik, riyazi, fiziki biliklərin həmin dövrün sosial, iqtisadi və mənəvi təcrübəsinə uyğun anlayışların əsasında, həmçinin dünya və insan haqqında fəlsəfi fikrin mifoloji təsəvvürlərdən uzaqlaşması nəticəsin-də təşəkkül tapmışdır.Artıq eramızdan əvvəl VI əsrdə "milet məktəbi" adı ilə tanınan filosofların - Falesin,Anaksimandrın,Anaksimenin fikirlərində, təbiət hadisələrinin bütün müxtəlifliyini izah edə bilən ilkin əsasın, yaxud ilk başlanğıcın təyin edilməsi cəhdlərinə rast gəlirik.Fales - suyu,Anaksimen - havanı,Heraklit -odu,eleya məktəbinə mənsub olan Ksenofan və Parmenid isə torpağı belə ilk başlanğıc hesab etmişlər. Təkcə Anaksimandr qədimdə dağılmaz ünsür sayılan qeyri - müəyyən bir ünsür olduğunu göstərirdi və onu "apeyron" adlandırmışdı. Erkən filosofların görüşlərində o dövrki elmin, ilk növbədə riyaziyyatın nailiyyətləri nəzərə alınsa da, ancaq ümumilikdə o mücərrəd fikirlərdən, fərziyyələrdən ibarət idi. Bu, eramızdan əvvəl V əsrin ikinci yarısı VI əsrin əvvəlində Levkip və Demokritin təlimində özünü xüsusilə qabarıq göstərir. Buna baxmayaraq, ilk dəfə Levkip tərəfindən ifadələnmiş və sonradan Demokrit tərəfindən inkişaf etdirilmiş prinsiplərin dərinliyi və əhatəliliyi o dövrdə təbiətin və insan dünyasının bir çox hadisələrinin doğru və dərin izahını verməyə imkan yaratmışdı.Demokritin prinsipləri olduqca sadədir:o, əzəldən nizamsız hərəkətdə bulunan atomların-müxtəlif formalı və müxtəlif ölçülü bölünməz hissəciklərin-boşluqda, hüdudsuz məkanda olduğunu qəbul edir.Demokritə görə, atomların cürbəcür birləşmələri təbiətdə olan şeylərin və hadisələrin hədsiz müx-təlifliyini izah edir.Hüdudsuz boşluqda atomların hərəkəti,onların toqquşması və birləşməsi - bu səbəbiyyət əlaqəsinin çox sadə modelidir.Demokritə görə hər bir təsadüfi hadisə, baş verən hadisələrin əsl səbəblərini bilməməkdən doğan subyektiv illüziyadır. Bu səbəbləri bilmək isə, hər bir təsadüfi zərurətə çevirir.2
2.Antik fəlsəfənin inkişafının ən yüksək mərhələsi
E.ə əvvəl V əsrdə Yunanıstanın əsər şəhərlərində aristokratiyanın əvəzinə hakimiyyətə demokratlar gəlmişdir.E.ə əvvəl V-IV əsrlər Yunanısanda quldarlıq demokratiyasının çiçəkləndiyi dövr adlanır.O zaman Yunanıstanda “polis”adlanan siyasi dövlət forması mövcud idi.Qədim yunan fəlsəfəsi e.ə V əsrin ikinci yarı-sından IV əsrin axırına qədər olan dövrdə özünün yeni inkişaf səviyyəsinə çatmış və bu zaman təbiət elmlərini dərindən bilən müdriklər-filosoflar yetişmişdir.Bu mərhələ əsasən Sokrat,Platon,Aristotelin adi ilə bağlı olmuşdur.Onlar əldə olunan biliklərə,natiqlik mədəniyyətinə xüsusi diqqət yetirməklə bütöv bir fəlsəfi sistem yaratmağa nail olmuşlar.

Həmin dövrdə böyük müdrik Sokrat yaşayırdı (eramızdan əvvəl 469-399-cu illər)-öz təlimini şifahi surətdə,afina icmasının ən müxtəlif təbəqələrinin nümayəndələrilə çoxsaylı söhbətlərdə inkişaf etdirən ilk afinalı filosof (biz Sokratın görüşləri barəsində onun şa-girdləri Platonun və Ksenofontun əsərlərindən, həmçinin Aristotelin əsərlərindən və digər mənbələrdən bilirik).Sokrat sanki sofistlərin fəaliyyətində meydana çıxan fəlsəfi fikrin inkişaf xəttinə qoşularaq, hətta onlardan da kəskin şəkildə fəlsəfənin predmetini insanın özü, onun həyatı, davranışı və idrakı ilə məhdudlaşdırmışdı. Ondan əvvəl yaşamış və öz müasirləri olan filosofların təbiət fəlsəfəsi haqqında təlimlərinin zəifliklərini görərək afinalı filosof, bütün bu təlimlərin faydasız olduğunu bildirmişdi. Onun fikrinə görə təbiətin dərk olunması ümumiyyətlə insana deyil, tanrıya mümkündür və "müdrik" adı tanrıya layiqdir, özünü isə o yalnız "müdrikliyi sevən"- filosof adlandırmışdı (yunanca phileo - sevirəm və sorhia - müdriklik). Qədim "Öz-özünü dərk et" kəlamını təkrar edərək, Sokrat, fəlsəfənin məqsədini insan həyatının və fəaliyyətinin etik-idraki sahəsinin tədqiqində görürdü. Sokratın fikirlərini onun şagirdi Platon ardıcıl sistem şəklində dərinləşdirdi və inkişaf etdirdi. Onun yazdığı əsərlərin əksəriyyəti, antik dövrdə fəlsəfi və bədii yaradıcılığın yaxınlığını aydın nümayiş etdirən yüksək bədii formalı dialoqlar ilə ifadələnmişdir. Sokrata nisbətən Platon ümumi anlayışların tətbiq sahəsini xeyli genişləndirdi. Sokratın dahi şagirdi, ümumi anlayışların təkcə etikada deyil, həm də digər elmlərdə, xüsusən riyaziyyatda böyük, həlledici rolunu başa düşürdü. Platonun elmi-fəlsəfi biliklər tarixində mühüm xidməti, ümumi olan biliyin həlledici əhəmiyyətini dərk etməsindən ibarətdir. Platon ümumi biliyi əsl varlığın qeyri-cismani qəbilləri kimi təsəvvür edirdi və onları eydos yaxud "ideya" adlandırmışdı (bu hər iki yunan sözünü "görünüş" kimi tərcümə etmək olar).

Duyğularla qavranılan real şeylər aləminə gəldikdə isə, Platonun fikrincə onlar öz ideal timsallarının natamam, bəzən isə həddən artıq təhrif olunmuş surətləridir. Bu dəyişkən və keçici kölgələrdən fərqli olaraq ideyalar əbədi və dəyişməzdir, elə bunda da onların varlığının həqiqiliyi və əsilliyi öz əksini tapır. İdeyalar aləminin tam əksliyi, Platon tərəfindən fəza ilə eyniləşdirilən və qeyri-varlıq adlandırılan materiyadır. Məhz materiya hər bir ideyanın vahidliyini duyğularla qavranılan şeylərə xırdalayır. Platonun şagirdi Aristotel dahi qədim yunan filosofu və mütəfəkkiridir. Onun əsərləri elmi fikrin yetkinliyi, fəlsəfi terminlərin lazımınca işlənib hazırlanması ilə fərqlənir. Dahi mütəfəkkir öz əsərlərində sanki Qədim Yunanıstanda bütün öncə olan elmi-fəlsəfi inkişafa yekun vurur. Bu əsərlərdə hal-hazırda astronomiya, mexanika, fizika, biologiya, zoologiya, psixologiya, siyasi iqtisad, estetika, etika, sosiologiya tərəfindən öyrənilən çox geniş çərçivədə məsələlərə toxunulmuşdur. Onun, həm elmi biliyin metodologiyası, həm fəlsəfəyə ən yaxşı başlanğıc hesab etdiyi məntiqin yaradılmasında xidməti çox böyükdür. Bu dövrdə Qədim Yunanıstanda elmin inkişaf səviyyəsi kifayət qədər yüksək olduğundan, Aristotel fəlsəfə tarixində ilk dəfə biliklərin təsnifatını verməyə cəhd göstərmişdir. Xüsusən də Aristotel, onun fikrinə görə sırf nəzəri elmlər olan fəlsəfə, riyaziyyat və fizikanın münasibətlərini müəyyənləşdirməyə səy etmişdir.3
Nəticə

Siyasi fələsəfənin vəzifəsi siyasi aləmin əsasında duran ideyaları,nəzəriyyələ-ri,prinsipləri dərk etməkdən ibarətdir.Siyasi fəlsəfə siyasi prosesləri mahiyyətini anlamaq məqsədi güdür.Onun diqqət mərkəzində dövlət və hakimiyyətin mahiyyəti,onların məqsədləri və vəzifələri durur.Bəşəriyyətin fəsləfi fikir tarixində xüsusi rol oynayan antik fələsəfənin səciyyəvi xüsusiyyəti onun təbiətin,kosmo-sun,bütövlükdə kainatın mahiyyətini dərk etməyə meyl göstərməsi olmuşdur.Bu fəlsəfədə dünya fəlsəfəsinin əsas problemləri özünün tam əksini tapmış və bəşər fəlsəfi fikrinin sonrakı inkişafına son dərəcə böyük təsir göstərmişdir.


İstifadə olunmuş ədəbiyyat:

1.Politologiya izahlı lüğəti, Bakı-2007.

2. Məcid Əfəndiyev, “Siyasi və hüquqi təlimlər tarixi”,Bakı-2006.

3.http://tr.wikipedia.org/wiki/Siyaset_felsefesi



1 http://tr.wikipedia.org/wiki/Siyaset_felsefesi

2 Məcid Əfəndiyev, “Siyasi və hüquqi təlimlər tarixi”,Bakı-2006,səh.43

3 Politologiya izahlı lüğəti-Aristotel, Bakı-2007,səh.15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə