Azərbaycan Respublikası müstəqil olduqdan sonra, ölkənin informasiya sahəsində problemlər hələ də çox olaraq qalırdı




Yüklə 27.38 Kb.
tarix01.03.2016
ölçüsü27.38 Kb.
GİRİŞ

Azərbaycan Respublikası müstəqil olduqdan sonra, ölkənin informasiya sahəsində problemlər hələ də çox olaraq qalırdı. SSRİ-dən ayrılandan sonra informasiya mənbələrinin azlığı, ölkədə bir çox problemlər o cümlədən siyahıya alınmada çoxlu əngəlliklərə səbəb olurdu. Əhalinin statistikası isə bizlərə o vaxt çox lazımlı idi. Buna səbəb o vaxt Qarabağda gedən müharibə idi. Müharibə və fövqaladə şəraitlərdə isə statistika idarələrinin və əhali haqqında informasiya mənbələrinin olması və onların mükəmməl fəaliyyət göstərməsi vacib olan bir şərtdir. Müharibə dövründə əhalinin ümümi səfərbərliyində insanlarımızın müharibəyə könüllü getməsi hətta digər ölkələrdən gəlib birbaşa döyüş bölgəsinə yollanması onların siyahıya alınmasında problemlər yaradırdı. Bu problemlərin siyahısında qaçqınlar və məcburi köçkünlərin Bakıya və Azərbaycanın digər şəhər və rayonlarına axışı, Ermənistan ərazisindən soydaşlarımızın axışıb gəlməsi də yer alırdı. Nəzərə alsaq ki, Ermənistandan gələnlər başqa bir dövlətin vətəndaşları idilər və onların burada qeydiyyata düşməsi də problemlərin artmasına səbəb olurdu. Yeganə təsəlli edici fakt isə o idi ki, son siyahıya almanın o vaxtkı dövrə görə (1991-1993) götürdükdə bir neçə il əvvəl olması idi. Söhbət SSRİ dövründə, 1989-cu ildəki SSRİ əhalisinin ümumi siyahıya alınması idi. Həqiqətən də əhalinin siyahıya alınmasında az müddət ötməsi və Sovet dönəmində totalitar bir ölkədə əhaliyə olan ümumi nəzarətin güclü olması müharibə dövründə bizlərə əhalinin uçota alınmasında böyük yardımı olmuşdur.

Sonralar, müstəqillikdən sonrakı durğunluq illərində, siyahıya alınmada problemi hər bir insan qrupları ilə ayrı-ayrılıqda məğul olan idarələr yaradıldı. Bunlara qaçqın və məcburi köçkünlərin işləri ilə məşğul olan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, əsirlikdə olan və itkin düşmüş soydaşlarımızın işləri ilə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasını və digər statistik məlumatlarla məşğul olan idarələri misal göstərmək olar. Bir çox illər ərzində və hətta indi də Dövlət Statistika Komitəsinin olmasına baxmayaraq bu dövlət qurumları öz sahələrinə aid olan insan qrupları ilə bağlı məlumatlarla cəmiyyətimizi təmin edrilər. Dövlət Statistika Komitəsi də öz hesabatlarını hazırlayarkən bu və digər bu tipli qurumlara müraciət edir.

Dövlət Statistika Komitəsinin yaradılması ilə bağlı statistik hesablamalarda müəyyən sadələşmələr və təmərküzləşmə qeydə alındı. Bu da hesablamaların aparılması və statistik nəşrlərin yaradılması ilə bağlı işləri asanlaşdırır.

Azərbaycanın müstəqilliyi, yeni sosial, iqtisadi və siyasi şərait, Azərbaycanın Avropa Şurasına daxil olması və onun beynəlxalq əlaqələrinin genişlənməsi başqa sahələrdə olduğu kimi, statistika elminin, statistik məlumatların keyfiyyətinin yüksəldilməsinə, ölkədə uzunmüddətli statistik sıraların yaradılmasına, bununla da son yüzillikdə ölkənin statistika tarixinə və tarixi statistik külliyyatların yaradılmasına tələbat yaratmışdır.

Arxiv materialları, “Azərbaycan tarixi” kitabları və bir sıra digər nəşrlərlə tanışlıq göstərir ki, tarixçilər hələ 19-cu əsrin əvvəllərində Azərbaycanda əhali, sənaye, kənd təsərrüfatı, ticarət, xarici ticarət və s. haqqında çoxsaylı statistik məlumatlara istinad etmiş və araşdırmalar aparmışlar. Bu kimi məlumatlara Azərbaycanda qeyri-müntəzəm, az-çox müntəzəm və mərkəzləşdirilmiş statistika fəaliyyəti təşkil edildiyi 19-cu əsrdə, xüsusilə də 19-cu əsrin ortalarından sonra, yəni Azərbaycanın şimal hissəsinin Rus İmperiyasının tərkibində olduğu dövrdə daha çox rast gəlmək olur.

Bu dövrdə Rusiya imperiyasının bütün ərazilərində olduğu kimi, Azərbaycanda da quberniyalardan və şəhərlərdən sosial-iqtisadi və demoqrafiyaya aid keyfiyyət və kəmiyyət xarakterli məlumatlar toplanır və dövlətin maraqlarına uyğun olan müxtəlif adda siyahıyaalmalar keçirilirdi. Belə materiallardan birində Azərbaycanın tərkib hissəsi olan Qarabağda əhalinin siyahıyaalınması haqqında aşağıdakı məlumat verilir: “1812-ci ildə əhalinin siyahıyaalınmasına görə, burada (Qarabağda - red.) 3080 ailə var idi” (“Azərbaycan tarixi”, 2-ci cild, səh. 25, Bakı - 1964).

Azərbaycanın ərazisində statistika üzrə tədbirlər əsasən quberniyalar vasitəsilə Rusiyanın Tiflisdə yerləşən Qafqaz canişinin nəzdindəki statistika qrupu tərəfindən həyata keçirilirdi və müxtəlif məsələlər üzrə statistik məlumatlar Qafqaz təqvimində nəşr olunurdu. O illərdə statistik müşahidələr ayrı-ayrı inzibati vahidlər tərəfindən və inzibati orqanları maraqlandıran müxtəlif hadisələr üzrə, daha doğrusu vergi məqsədləri üçün həyata keçirilirdi. Əsasən daxili işlər orqanları tərəfindən yığılan və ya ayrı-ayrı şəxslərin təqribi hesablamaları və təklifləri üzrə çap edilən bu materiallar natamam, parçalanmış və müqayisəsiz şəkildə olurdu.

Xatırladaq ki, Azərbaycanda əhalinin siyahıya alınması hər 10 ildən bir keçirilir. Bu ənənə bizə SSRİ-dən qalıbdır. 1949-cu ildən başlayaraq hər on ildən bir siyahıya alınma keçirilir və sonuncu dəfə yuxarıda qeyd etdiyimiz kimi, Sovet dönəmində 1989-cu ildə keçirilmişdir. Bu ənnəyə sadiq qalaraq Azərbaycanda 1999-cu ildə və ondan on il sonra 2009-cu ildə də siyahıya alınma keçirilmişdir. Bizdən fərqli olaraq Rusiyada bu ənənə pozulmuşdur. Orada sonuncu siyahıya alınma 2002-ci ildə keçirilmişdir. Rusiyada bu işlə qeyri hökumət təşkilatları və əsasən “Cəmiyyətin rəyi“ adlı fond sorğunun keçirilməsinə yaxından kömək edir.

2009-cu ildəki siyahıyaalmada təkcə müddətinə görə deyil, sualların sayına görə də fərqlənmişdir. On il əvvəl keçirilmiş son siyahıyaalma zamanı vətəndaşlara 21 sual təqdim edilmişdisə, 2009-da onların sayı 35 olmuşdur. Bunun 29-u fərdi, 6-sı isə mənzil şəraitinə aiddir. Sualların 80 faizi BMT-nin tövsiyələri əsasında hazırlanmışdır. Suallar əhalinin coğrafi, demoqrafik, iqtisadi, sosial vəziyyəti, mənzil şəraiti və s. ilə bağlı olmuşdur. Siyahıyaalmada əsasən daimi əhali nəzərə alınmışdır. Əgər hər hansı Azərbaycan vətəndaşı 12 aydan çox olmayaraq xarici ölkəyə işləmək üçün gedərsə, bu, müvəqqəti sayılmış və o, siyahıya alınmışdır. Müddət 12 aydan çox olduqda həmin vətəndaş siyahıya alınmamışdır.

Siyahıyaalma 19 min sayıcının köməyi ilə aparılacaqdır. Bir sayıcı 450 nəfəri sorğu-suala tutmuşdur.

Siyahıyaalma prosesi 2011-ci ildə tam yekunlaşacaqdır. Hazırda ölkəmizin əhalisi 8 milyon 700 min nəfərdir.

Siyahıyaalmanın keçirilməsində əsas məqsəd cari uçot məlumatlarının dəqiqləşdirilməsidir. Prosesin təşkili və keçirilməsi üçün dövlət büdcəsindən 8 mln. manat vəsait ayrılıb.

Dövlət Statistika Komitəsinin hesabatlarına əsasən, 2009-cu ilin mart ayının 1-nə Azərbaycan əhalisinin sayı 8,753 mln. nəfər olub.

Artıq Azərbayacanın əhalisi doqquz milyonu keçib və bundan sonra Azərbaycan dünya siyahısında doqquz milyondan çox olan dövlətlərin siyahısındadır.
Azərbaycanda əhalinin əsas məlumat mənbəyi milli telekanallardır. «Puls-R» Sosioloji Xidməti tərəfindən əhali arasında keçirilən sorğunun nəticəsi belədir. Üç mərhələdə keçirilən sorğuda yaşı 18-dən yuxarı olan 1000 nəfər iştirak edib. Sorğu Azərbaycanın 15 rayonunu əhatə edib. Azərbaycan telekanalları arasında hər üç sorğunun nəticələrinə görə, böyük fərqlə birinciliyi ANS kanalı (67,6 %) saxlayıb. İkinci və üçüncü yerləri İTV (29,0 %) və «Xəzər» (28,8 %) bölüşdürürlər. Sorğu təşkilatçıları bildirirlər ki, ATV (26,9 %), AzTV (23,6 %) və əsasən də «Lider» (17, 6% ) kanalları nəzərə çarpacaq dərəcədə tamaşaçı rəğbətini itiriblər.

Xarici telekanallar arasında yeganə yerli tezlikdə yayımlanan Türkiyənin TRT kanalı (7,2%) və digər xarici kanallar kimi kabel və ya peyk vasitəsi ilə yapımlanan «Kanal D» (4,0%) məşhurluq baxımından, Rusiyanın ORT (2,8%) və NTV (3,3 %) kanallarını qabaqlayırlar. Ümumilikdə isə məlumat mənbəyi baxımından xarici telekanalların məşhurluğu zəifləyir və onları yerli telekanallar əvəzləyir.

Qəzet oxuyucuları arasında kişilər əvvəlki kimi üstünlük təşkil edirlər. Qadınlar xəbərləri elektron KİV-dən öyrənməyə üstünlük verirlər. Qəzetlər arasında artıq neçə illərdir ki, liderliyi «Yeni Müsavat» (4,2% ) saxlayır. Keçən ilin sorğusuna əsasən ikinci mövqeyə hökumətin «Azərbaycan» (4,1%) qəzeti çıxıb. Rusdilli nəşrlər arasında birincilik «Nedelya» (2,9%) həftəlik qəzetinə keçib. Gündəlik qəzetlər arasında isə «Exo» (2,8%) qəzeti «Zerkalo» (1,3%) qəzetini bir qədər qabaqlayıb.

Həm yerli, həm xarici radio kanallarının vəziyyəti, məlumat mənbəyi kimi hamı üçün münasib olmasına baxmayaraq, qənaətbəxş deyil. Məşhurluğuna görə, onlar təkcə telekanallardan yox, hətta qəzetlərdən də geridədirlər. İstisna olaraq ANS ÇM (2,5%) və 106 FM (2,8%) kanalları qeyd olunub. Xarici radiokanalların yayımı dayandırıldıqdan sonra onların reytinqi müəyyənləşdirilməyib.

Respondentlərin təxminən 1/4 hissəsi məlumatları əsasən dostlar, qonşular və qohumlarla söhbətlərdən əldə edir. Maraqlıdır ki, internetin inkişafına baxmayaraq, sorğunun nəticələrinə görə, onu məlumatın əldə edilməsi mənbəyi kimi qeyd edənlərin sayı azalıb. Ən əsası isə maraqlıdır ki, siyasi və ictimai hadisələrlə maraqlanmayanların sayı mühüm dərəcədə artıb.

Qeyd edək ki, sorğu 2009-cu ilin yanvar-fevral aylarında "Puls-R" Sosioloji Xidməti tərəfindən keçirilib. /ANS PRESS/

Demoqrafiya statistikası qarşıya qoyulan məqsəddən asılı olaraq bir sıra məsələləri həll edir. Onlardan ən mühümü aşağıdakılardır: 1) əhalinin sayını və Respublika ərazisində yerləşməsini müəyyən etmək; 2) müəyyən əlamətlər üzrə əhalinin tərkibini öyrənmək, 3) əhlinin təbii hərəkətini öyrənmək , 4) əhalinin miqrasiyasını öyrənmək 5) əhalinin prespektiv sayını və tərkibini proqnozlaşdırmaq.

Burada əhali anlayışı müəyyən ərazidə yaşayan adamların məcmusuna deyilir. Demoqrafiya statistikası əhalinin tərkibini müxtəlif əlamətlərə görə: cinsə, yaşına, milliyyətinə, ailə vəziyyətinə və başqa əlamətlərə görə öyrənir. Əhalinin tərkibi dedikdə, müəyyən əlamətlərə görə əhali qruplarının bölüşdürülməsi başa düşülür. Əhalinin cins tərkibi dedikdə isə kişi və qadınların sayı və nisbəti başa düşülür ki, bu da əhalinin cins quruluşu adlanır. Əhalinin cins tərkibinin statistik öyrənilməsi böyük sosial –iqtisadi və demoqrafiq əhəmiyyətə malikdir.

Əhalinin sayı müəyyən ərazidə yaşayan şəxlərin məcmu ilə ölçülür. Əhalinin sayı böyük sosial –iqtisadi əhəmiyyətə malik olmaqla bərabər bir sıra göstəricilərin hesablanmasında da geniş istifadə olunur. Doğum, ölüm və habelə ərazidə öz yerini dəyişməsi nəticəsində əhalnin sayı daim dəyişilir. Əhalinin sayı müəyyən vaxt anına müəyyən edilir, buna kritik moment deyilir. Məsələn əhalinin 1999 –cu il siyahıya alınması zamanı yanvar ayının 27 –dən 28 –nə keçən gecə yerli vaxtla saat 12 :00 –kritik an heasb edilir.

Millət dedikdə dil, ərazi, iqtisadi həyat və mədəniyyət birliyi əsasında tarixən yaranan möhkəm insan birliyi başa düşülür.

Əhalinin sayı və tərkibi -əvvəlki ilin üzərinə il ərzində döğulanları və ölkəyə gələnləri əlavə etmək, ölənləri və ölkədən gedənləri isə çıxmaqla hesablanmaq olar.

Təbii artım –il ərzində döğulanların və ölələrin fərqi kimi göstərilmışdir. Miqrasiya artımı –il ərzində gələnlər və gedənlərin fərqi kimi hesablanır;

Miqrasiya göstəricisi hər şeydən əvvəl həmin yaşayış məntəqəsinə gələnlərin və oradan gedənlərin sayı və onların fərqi ilə müəyyən olunan miqyasiya saldosudur.

Əhaliyə dair informasiyanın əsas mənbələri onun təbii və mexaniki hərəkətinin uçotundan, əhalinin siyahıyalınmasından, siyahılardan, registlərdən, birdəfəlik və seçmə müşahidələrin materiallarından ibarətdir.


İstinad olunan mənbələr:

  1. www.azstat.org

  2. www.lent.az/news və digər internet resursları.







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə