Azərbaycan Respublikası Mingəçevir rayonu Mingəçevir Bələdiyyəsinin strateji planı 2012–2016-cı illər Ön söz




Yüklə 0.51 Mb.
səhifə1/6
tarix26.04.2016
ölçüsü0.51 Mb.
  1   2   3   4   5   6
Azərbaycan Respublikası Mingəçevir rayonu

Mingəçevir Bələdiyyəsinin strateji planı
2012–2016-cı illər
Ön söz
Hörmətli Mingəçevir şəhər sakinləri!
Mingəçevir bələdiyyəsi Respublikamızın ən böyük bələdiyyələrindən biridir. Şübhəsiz ki, bütün böyük bələdiyyələr kimi bizim də üzərimizə yerli əhəmiyyətli məsələlərin həlli ilə bağlı çoxsaylı vəzifələr düşür. Üzərimizə düşən vəzifələrin həlli ilə bağlı biz dövlət orqanları ilə yanaşı bir sıra qeyri-hökumət təşkilatları ilə də yaxından əməkdaşlıq edirik. Belə bir əməkdaşlıq 2009-cu ildən etibarən Avrasiya Əməkdaşlıq Fondu ilə də başlamışdır. Bu əməkdaşlıq Fondun həyata keçirdiyi “Bələdiyyə xidmətində şəffaflıq” proqramları çərçivəsində mümkün olmuşdur. Avrasiya Əməkdaşlıq Fondu proqramların icrası müddətində bələdiyyəmizin təşkilati və institusional inkişafına kömək edən müxtəlif tədbirlər həyata keçirmişdir. Həmin tədbirlərdən biri də bələdiyyəmizin strateji planının hazırlanmasına metodoloji yardım göstərməkdən ibarətdir.

Strsateji planlaşdırma üzrə İşçi qrup sizin maraqlarınıza cavab verən və bələdiyyəmizin gələcək inkişafını təmin edə biləcək Strateji plan hazırlamağa çalışmışdır. İnanıram ki, arzu etdiyimiz gələcəyə nail olmağa yönəlmiş bu planın həyata keçirilməsinə hər bir Mingəçevir şəhər sakini öz töhfəsini verəcəkdir. Strateji planın uğuru sizin ona nə dərəcədə dəstək verəcəyinizdən əhəmiyyətli dərəcədə asılıdır. Hər birinizi bələdiyyəmizin gələcək inkişafı naminə əməkdaşlığa çağırıram.


Cavanşir Yusubov,

Mingəçevir bələdiyyəsinin sədri

Strateji plan nə üçün və necə hazırlandı?
Mingəçevir bələdiyyəsi yarandığı vaxtdan indiyədək yerli sosial problemlərin həlli, vətəndaşlara keyfiyyətli ictimai xidmətlərin göstərilməsi istiqamətində səylə çalışmışdır. Bələdiyyə ötən 11 il ərzində yerli problemlərin həlli sahəsində bir sıra uğurlu fəaliyyətlər həyata keçirmişdir. Bələdiyyə öz fəaliyyətini əsas strateji hədəflərin əldə olunmasına istiqamətləndirməyə çalışmışdır. Lakin təəssüf ki, bələdiyyə bir çox hallarda strateji hədəflərə çatmağa nail olmamışdır. Bunun əsas səbəbi bələdiyyənin zəruri maliyyə resurslarına malik olmamasıdır. Maliyyə potensialının zəif olması təkcə maliyyə mənbələrinin çatışmazlığı ilə bağlı deyil. Eyni zamanda mövcud maliyyə mənbələrindən lazımi şəkildə istifadə imkanlarının olmaması da mühüm səbəblərdən biridir. İndiyə qədər bələdiyyə mövcud maliyyə potensialının gücləndirilməsinə yönəlik ardıcıl təşəbbüslər göstərsə də maliyyə potesialının artırılması ilə bağlı bələdiyyənin fəaliyyətinin strateji istiqamətlərini özündə əks etdirən, onun arzu olunan gələcəyinin təsvirini verən hər hansı sənəd hazırlanmayıb. Strateji planın olmaması qısamüddətli proqramların hazırlanması zamanı hədəflərin və prioritetlərin düzgün müəyyənləşdirilməsini, resurslardan səmərəli istifadəni çətinləşdirir. Məhz bunu nəzərə alaraq bələdiyyənin fəaliyyətinin düzgün planlaşdırılmasını, idarəetmənin səmərəli təşkilini, resurslardan səmərəli istifadəni, fəaliyyətdə şəffaflıq və hesabatlılığı təmin etmək və bu prosesdə yerli sakinlərin fəal iştirakına nail olmaq məqsədilə Strateji planın hazırlanmasına qərar verilmişdir. Bu strateji planda əsas hədəf bələdiyyə büdcəsinə daxilolmaların həcminin artırılmasıdır. Maliyyə imkanlarının zəif olması əhaliyyə keyfiyyətli ictimai xidmətlər göstərmək imkanlarını azaldır.

Mingəçevir bələdiyyəsinin strateji planı Avrasiya Əməkdaşlıq Fondunun “Bələdiyyə xidmətində şəffaflıq” proqramı ilə sıx əməkdaşlıq şəraitində hazırlanmışdır. Proqramın ekspertləri bələdiyyə üzvləri və qulluqçuları üçün strateji planlaşdırma mövzusunda təlim vermiş, planın hazırlanması prosesində İşçi qrupa metodoloji yardım göstərmişlər.

Bələdiyyə iclasının qərarı ilə strateji planın hazırlanması üçün 5 nəfərdən ibarət İşçi qrup (İQ) yaradılmışdır. İQ-un tərkibinə 2 bələdiyyə üzvü, 2 bələdiyyə qulluqçusu və 1 şəhər sakini daxil edilmişdir. İQ Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri ilə müntəzəm məsləhətləşmələr aparmış, məlumatların toplanması və təhlili istiqamətində müxtəlif tədbirlər həyata keçirmişdir. İQ-nun təşkil etdiyi geniş tərkibli görüşdə GZİT təhlili (SWOT analiz) aparılmışdır. Təhlil nəticəsində Mingəçevir bələdiyyəsinin güclü və zəif tərəfləri müəyyənləşdirilmiş, hansı potensial imkanların və təhlükələrin olması aydınlaşdırılmışdır. İQ ehtiyacların müəyyənləşdirilməsi, problemlərin prioritetləşdirilməsi, əsas strateji istiqamətlərin seçilməsi məqsədilə müxtəlif əhali qrupları ilə də görüşlər keçirmişdir. Bələdiyyənin ötən dövr ərzindəki fəaliyyəti də İQ tərəfindən geniş təhlil edilmişdir. İQ həmçinin müxtəlif statistik rəqəmlərin toplanması istiqamətində də iş aparıb. Strateji planın hazırlanması zamanı İQ çalışıb ki, əhalinin ən müxtəlif təbəqələrinin rəylərini nəzərə alsın.

MINGƏÇEVIR ŞƏHƏRİ HAQQINDA ÜMUMİ MƏLUMAT


  1. Fiziki mühit

Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir.
Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir. Su anbarının həcmi 15,7 milyard kub metr, uzunlugu 70 km, maksimal eni 18 km, su örtüyünün sahəsi 605 kv. km, orta dərinliyi 27 metr (maksimal dərinliyi 83 metr), səviyyə dəyişkənliyi 5-7 metrdir. Su anbarının qarşısını kəsən bəndin uzunluğu 1550 metrdir.
Mingəçevir şəhərinin iqlimi mülayim istidir. Orta temperatur yanvar ayında müsbət 2-3 dərəcə, iyul ayında 27-30 dərəcədir. İllik yağıntı 300-310 mm.


  1. Sosial və mədəni mühit

Mingəçevir şəhərinin ərazisi 130 km2, yerli əhalisi 95800 nəfər, məcburi köçkün 19740 nəfərdir. 1999-cu ilin siyahıya alınmasına görə əhalinin 48,5% kişi, 51,5 % qadındır. Yerli əhalinin 98,05 faizi azərbaycanlı, 1,95 faizi 15-ə yaxın millətin nümayəndələridir.

Şəhərdə 21 məktəbəqədər təhsil ocağı, 22 ümumtəhsil məktəbi. 2 texniki-peşə məktəbi, 2 musiqi və 1 incəsənət məktəbi, 2 orta ixtisas məktəbi, 2 ali məktəb, 4 mədəniyyət evi, 6 klub, 16 kitabxana, 3 muzey, 1 teleradio şirkəti, 2 qəzet, 1 jurnal, 1 elmi tədqiqat müəssisəsi, 9 xəstəxana, 14 poliklinika, 21 aptek, 2 idman təsisatı fəaliyyət göstərir.
MINGƏÇEVIR BƏLƏDİYYƏSİ HAQQINDA ÜMUMİ MƏLUMAT
Bələdiyyənin mövcud maliyyə-iqtisadi vəziyyəti



  • Bələdiyyə əmlakı

Mingəçevir bələdiyyəsinin mülkiyyətində inzibati bina, 2 park və 7 fəvvarə vardır.

Bələdiyyənin ümumi torpaq fondu 7590 hektardır. Bundan 299 ha ümumi istifadədə olan torpaqlar, 2173 ha fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar, 5118 ha bələdiyyənin ehtiyat fondu torpaqlarıdır.




  • Bələdiyyə maliyyəsi

2010-cu ildə yerli büdcənin mədaxil hissəsinin proqnozu 345500 manat olmuşdur. Fiziki şəxslərdən torpaq vergisi 5 000 manat, fiziki şəxslərdən əmlak vergisi 3000 manat, mədən vergisi 70000 manat, bələdiyyə əmlakının özəlləşdirilməsindən gəlirlər 90000 manat, bələdiyyə əmlakının icarəsindən gəlirlər 45000 manat, avtomobil dayanacaqları üçün rüsum 4000 manat, mehmanxana rüsumu 1500 manat, reklamdan daxilolmalar 2000 manat, bələdiyyənin fəaliyyətindən əldə edilən digər gəlirlər 25 000 manat, dövlət orqanlarının qərarları ilə ayrılan maliyyə vəsaitləri 100000 manat proqnozlaşdırılmışdır. Bələdiyyənin faktiki gəlirləri ümumi proqnoz göstəricisinə yaxın – 344025,31 manat olmuşdur: fiziki şəxslərdən torpaq vergisi 4960,60 manat, mədən vergisi 16816,48 manat, reklamdan daxilolmalar 389 manat, bələdiyyə tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş 945 manat, mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş 487,50 manat, avtomobil dayanacaqları üçün rüsum 1519 manat, dövlət büdcəsindən verilən dotasiya 150000 manat, bələdiyyə əmlakının özəlləşdirilməsindən gəlirlər 101343,74 manat, bələdiyyə torpaqlarının icarəsindən gəlirlər 54372,99 manat, bələdiyyə əmlakının icarəyə verilməsindən gəlir 130 manat, bələdiyyənin digər fəaliyyətindən daxil olan gəlirlər 13061 manat olmuşdur.

Xərclərə gəlincə, işçilərə əmək haqqı xərcləri 120000 manat, DSMF-na ödəniş 27000 manat, dəftərxana ləvazimatları və cari təsərrüfat məqsədləri üçün mal və materialların alınması 2000 manat, ezamiyyə xərcləri 1000 manat, nəqliyyat xidməti haqqı 5000 manat, kommunal xidmətləri haqqı 2500 manat, rabitə xidmətləri haqqı 3000 manat, elektrik enerjisi haqqı 2000 manat, su haqqı 500 manat, abadlaşdırma xidmətləri haqqı 53000 manat, binaların cari təmir xərcləri 30000 manat, sair cari xərclər 17500 manat, sosial mədəni və məişət təyinatlı obyektlərin tikintisi 35000 manat, sosial mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri 30000 manat, yolların cari təmiri 5000 manat, imkansız şəxslərə maddi yardımlar 3000 manat, bank xidmətləri haqqı 4000 manat, dəfn və mərasim xidmətlərinin təşkili 2000 manat, abunə xərcləri 3000 manat proqnozlaşdırılmışdır. Gəlirlər üzrə proqnozun icrasında olduğu kimi xərclər üzrə proqnozun icrası göstəriciləri də proqnozlaşdırılan rəqəmlərdən az fərqlənir. 2010-cu ildə işçilərə əmək haqqı xərcləri 180271,37 manat, DSMF-na ödəniş 45865,71 manat, dəftərxana ləvazimatları və cari təsərrüfat məqsədləri üçün mal və materialların alınması 915,92 manat, ezamiyyə xərcləri 2933,80 manat, sair nəqliyyat xidməti haqqı 296 manat, müqavilə üzrə nəqliyyat xidməti haqqı 5830 manat, elektrik enerjisi haqqı 20 manat, mətbəə xərcləri 266 manat, təmir və abadlaşdırma xidmətləri üçün mal və materialların alınması xərcləri 74111,95 manat, sair cari xərclər 9400 manat, əsas vəsaitlərin alınması xərcləri 3000 manat, imkansız ailələrə maddi yardım 330 manat, bank xidməti haqqı 3482,73 manat, dəfn və mərasim xidmətlərinin təşkili xərcləri 50 manat, abunə xərcləri 3150, 16 manat, gəlir vergisi 13858, 12 manat olmuşdur.



MÖVCUD VƏZİYYƏTİN TƏHLİLİ
Mingəçevir şəhərində olan bir çox problemlərin həlli xeyli maliyyə vəsaiti tələb edir. Zəruri maliyyə potensialının formalaşdırılması üçün isə movcud maliyyə mənbələrindən səmərəli istifadə olunması zəruridir. Bunun üçün mövcud vəziyyətin təhlili – bələdiyyənin güclü və zəif tərəflərinin müəyyən edilməsi, imkan və təhlükələrin nədən ibarət olmasının aşkar edilməsi vacibdir. GZİT təhlili Mingəçevir bələdiyyəsinə, onun fəaliyyətinə təsir edən faktorlara sistemli baxışı özündə əks etdirir.



Güclü tərəflər:


  • Bələdiyyə güclü kadr potensialına malikdir

  • Bələdiyyə üzvlərində təşəbbüskarlıq və iş görmək həvəsi güclüdür

  • İcma arasında böyük nüfuzu var və bələdiyyə ilə icma arasında sıx əməkdaşlıq münasibətləri hökm sürür

  • Əlavə gəlir gətirən xidmət sahələrinin yaradılması imkanları var

  • Bələdiyyənin öz inzibati binası var.

İmkanlar:


  • Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi və səlahiyyət dairəsinin genişlənməsi gözlənilir

  • Korrupsiyaya qarşı mübarizə siyasəti daşınmaz əmlakın qeydiyyatını sürətləndirə, bu isə əmlak vergisinin toplanması imkanlarını artıra bilər

  • Turizmin inkişafı sahəsində həyata keçirilməsi planlaşdırılan tədbirlər mövcud maliyyə mənbələrini (məsələn, mehmanxana, kurort rüsumu) genişlənməsinə gətirib çıxara bilər

  • Güclü sahibkarların maliyyə imkanlarına və köməyinə arxalanmaq olar

  • Bələdiyyələrə əlavə maliyyə mənbələrinin verilməsi gözlənilir




Zəif tərəflər:


  • Bələdiyyənin maliyyə resursları məhduddur

  • Bələdiyyənin torpaq ehtiyatı və perspektiv inkişaf fondu torpaqları azdır

  • Bələdiyyə mövcud maliyyə mənbələrindən səmərəli istfadədə çətinlik çəkir

  • Bələdiyyə müəssisələri yoxdur və belə müəssisələrin yaradılması üçün maliyyə mənbəyi də yoxdur




Təhlükələr:


  • Mövcud şəraitdə yerli icra orqanlarının bələdiyyələrə tam nəzarəti ələ alması və inkişafını əngəllənməsi

  • Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməməsi

  • Bələdiyyələrin mövcud maliyyə mənbələrinin bir qədər də məhdudlaşdırılması

  • Bələdiyyələrə inamın düşünülmüş şəkildə azaldılması



  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə