Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi




Yüklə 165.64 Kb.
tarix27.02.2016
ölçüsü165.64 Kb.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodiki İşlərin Təşkili şöbəsi.



Gəncə millətimin qeyrət



rəmzidir”

(Gəncənin adının qaytarılmasının 25 illiyi

ilə bağlı metodik vəsait)
Gəncə - 2014

“Gəncə Azərbaycanın, Azərbaycan xalqının qədim, zəngin tarixini özündə əks etdirən bir diyardır, gözəl şəhərdir. Biz hamımız - harada yaşamağımızdan asılı olmayaraq hər bir Azərbaycanlı Gəncə ilə, onun qədim və zəngin tarixi ilə fəxr edirik və Gəncənin tarixinə, Gəncənin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərə görə minnətdarlığımızı bildiririk. Azərbaycana, Azərbaycan xalqına təkcə Nizami kimi dahi bir şəxsiyyət bağışladığına görə Gəncə torpağı, Gəncəlilər minnətdarlığa layiqdir”.



Heydər Əliyev (ulu öndər)

Seçmə şəhərlər var cəmi bir neçə,

Bütöv xəzinədir aranda Gəncə

Varı bol, suyu saf, barlı, bəhrəli,

İqlimi mülayim, torpağı gencə.
Həmdullah Qəzvin (XI əsr)

Gəncəm - mənim gözəl diyarım! Azərbaycanın dilbər guşəsi. Nizamilər, Məhsətilər diyarı, İmamzadə şəhəri, gözəl, ləziz təamları ilə seçilən, qonaqpərvərliyi ilə yadda qalan, nəhayət “Gənclər şəhəri” adını qazanan qocaman, ulu şəhərim Gəncəm. Çox fəxrli bir haldır ki, artıq Nizami yurdu dünya gənclərinin yüksək səsini qazanaraq hər şəhərə nəsib olmayan bir uğura imza ataraq 2016-cı ilə Avropa gənclərinin paytaxtı seçilmişdir. Bəli, Nizami yurdu istər gözəl, ecəzkar görünüşü, istərsə dahiləri, istərsə də şəraiti ilə gənclərin zövqünü oxşamış, bu gözəl diyara məftun etmişdir. Gəncə şəhəri yetişdirdiyi şəxsiyyətlərlə daim qürur duyur. Cavad xan kimi qəhrəmanı “Ancaq gəncəmə meyidimin üstündən keçə bilərsən” deyərək canını fəda etmiş mərd övladın vətənidir. Mirzə Şəfi Vazeh, Fikrət Əmirov, Xudadat bəy Rəfibəyli, Həmid Araslı, Adil İsgəndərov, Məmmədrza Şeyxzamanov kimi övladları ona həmişə baş ucalığı gətirmişdir.

Bu il Dekabr ayının 30-da Gəncənin adının sonuncu dəfə qaytarılmasının 25 ili tamam olur. Tarixi vərəqləsək görərik ki, 4 min illik zəngin tarixə malik olan Gəncə şəhərinin adı bir neçə dəfə dəyişdirilib.

Belə ki, şəhər 1804-cü ildən 1918-ilədək Yelizavetpol adlandırılıb. 1918-ci ildə Gəncə adı yenidən bərpa edilsə də, 22 fevral 1935-cü ildə şəhərin adı dəyişdirilərək Kirovabad olub. Nəhayət 54 ildən sonra 30 dekabr 1989-cu ildə Gəncə şəhərinin adı özünə qaytarılıb. 

İllərlə Gəncənin adının dəyişdirilməsinə çalışılsa da buna nail olunmadı. Xalqın ziyalılarının, eləcə də sadə vətəndaşlarının təkidi ilə məhz qədim Gəncə yenə də özünün tarixi adına qovuşdu.

Gəncə millətimin qeyrət rəmzidir,

Məhəbbət rəmzidir, cürət rəmzidir.

Üç rəngli bayrağı göyə qaldıran,

Elimin-obamın şöhrət rəmzidir.
Bu şəhər Əblülla Gəncəvi, Məhsəti xanım Gəncəvi və Nizami Gəncəvi kimi böyük şairlərin vətəni, ölkənin ədəbiyyat mərkəzidir.

Gəncə şəhəri dünyanın ən qədim və olduqca zəngin mədəniyyət mərkəzlərindəndir. Səlnaməçilər Gəncəni müqəddəs şəhər, nurlu şəhər, İmam şəhəri adlandırmışlar. 1139 cu ildə dəhşətli zəlzələ şəhəri yerlə-yeksan etsə də, Kəpəz dağının ağuşunda heç bir yerdə tayı-bərabəri olmayan gözəllər-gözəli Göy-göl yaranmış- dır.


Bu şəhərin ən böyük xoşbəxtliyi budur ki, dilindən, dinindən və irqindən asılı olmayaraq bütün bəşəriyyətin milli sərvəti olan dahi Nizami Gəncəvi dühası XII-ci əsrdə məhz bu şəhərdə - gözəllik, nəciblik, müqəddəslik və qeyrət rəmzi olan Gəncədə dünyaya göz açmış və bu doğma məkanda yaşayıb yaratmışdır. Elə bu gün də onun müqəddəs ruhu doğma Gəncəsindədir.





Aləm deyir: “Övladsan sən dünyaya Nizami”

Sığışmazsan Gəncədə gen dünyaya Nizami”
Gəncə dünyada ən populyar və esperanto dilinə tərcümə edilmiş uşaq mahnısı “Cücələrim”in, ən yeni müsiqi yanrı olan simfonik muğamın və nəhayət XX-ci əsr Müsəlman şərqinin əldə etdiyi ən böyük uğurun – Müstəqil Azərbaycan Dövlətinin ilk paytaxtıdır. Gəncə şəhəri Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri, elin milli ruhunu, mənəvi dəyərlərini, memarlıq üslubunu qayğı ilə qoruyan və ehtiramla yaşadan zəngin bir məkandır.

Genişmiqyaslı quruculuq işləri ilə başdan-başa yeniləşən, tarixini saxlamaqla müasirləşən Gəncə bugünkü inkişafı üçün ulu öndər Heydər Əliyevə minnətdardır. Azərbaycan dövlətçilik tarixinin məhz Heydər Əliyev dövründə Gəncənin iqtisadi potensialı yaradılmış, sonrakı inkişafına, tərəqqisinə möhkəm zəmin, bünövrə qoyulmuşdur. Gəncə və gəncəlilər ulu öndərə böyük ehtiram və məhəbbətlərini nümayiş etdirməkdən qürur duyurlar. Sevindirici haldır ki, ulu öndərin başladığı böyük işlər Respublikamızın Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dünya birliyi ölkələri arasında seçilir. Gəncənin bugünkü inkişafı bütün bunlara nümunədir. 

Ötən ilin may ayında ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi şəhərimizdə çox böyük təntənə ilə qeyd olundu.

Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014 cü illər üçün xalq yaradıcılığı paytaxtları proqramına əsasən Gəncə 2010-cü ildə “ Azərbaycanın əfsanələr paytaxtı” elan edilmişdir.

Müdriklər belə deyirlər:

Rəvayətlər, əfsanələr elə bir xəzinə, elə dəryadır ki, ən zərif inci onun qoynunda tapılır.

Ulu şairimiz Nizami Gəncəvinin “Xəmsə”sində yüzlərlə kiçik, böyük əfsanələrə, əsatirlərə rast gəlinir. Müdrik şair öz sözünü folklordan aldığı sujetlər əsasında əfsanələrlə, əsatirlərlə, xalqa çox yaxın olan janrlarla və motivlərlə xalqa çatdırır.

Gözələ göz tikən çox olar deyiblər. Gəncə həmişə basqınlara, talanlara məruz qalıb. 1231 ci ildə sənətkar Bəndər yadelli işğalçılara qarşı savaşa qalxaraq canını qurban verdi.

1804 cü ildə Cavad xan ruslarla qeyri-bərabər döyüşdə Qala bürcündə oğlu ilə birlikdə qəhrəmancasına həlak oldu.
































Cavadxan məqbərəsi Gəncə şəhərində, Şah Abbas meydanında, Şah Abbas məscidinin yaxınlığındadır. 2005 ildə Heydər Əliyev Fondunun dəstəyi ilə məzarın üstündə xana layiq türbə inşa edilərək Cavad xanın xatirəsi əbədiləşdirildi. Türbə Aran memarlıq məktəbi üslubuna uyğun bişmiş kərpicdən dördkünc formada inşa edilib və üstü gümbəzlə örtülür. Türbənin mərkəzində Cavad xanın məzarı durur. Əski baş daşı isə qiymətli eksponat kimi Gəncə Tarix Diyarşünaslıq Muzeyində saxlanılır. Şəhərimizdə bir ən-ənə olaraq Milli qəhrəmanımız Cavad xanın məqbərəsi önündə hər il onun xatirə-anma mərasimi keçirilir. Öz qəhrəman oğullarını ürəklərində nəsildən nəsilə daşıyan Gəncəlilər bu ulu torpağın qəhrəman övladını xatırlamaqdan qürur hissi duyurlar.
Azərbaycan, çəlik qollar baxçası

Bakıxanlar gülzarıdır bu ölkə,

Məhəmməd Xan, Əhməd Xanlar məskəni,

Cavad Xanlar məzarıdır bu ölkə.

Gəncənin hüsnünə çox mahnılar qoşulub, lakin önəmli fakt odur ki, Sovet dövründə Gəncənin rəsmi adı Kirovabad olduğu illərdə də bu mahnılar məhz Gəncəyə həsr edilmişdir.

Gəncə çinarları şəhərimizə məxsusi gözəllik, əzəmət bəxş edir, vüqarımızın rəmzi olan çinarlar həm də təbiətin yaratdığı abidələrdir. Gəncənin yaraşığı olan Şərq çinarı haqqında hələ orta əsrlərdə şəhərimizə səfər etmiş səyyahlar Gəncəyə rövnaq verən, diametri 6-7, hündürlüyü 42-45 metrə çatan çinarlara məftun olduqlarını bildirmişlər. Gəncənin qəhrəman oğulları da usta Bəndərdən başlayaraq zaman-zaman Vətənin hər qarış torpağı uğrunda ölüm-dirim savaşına çıxmış, vətənini və namusunu qorumaq yolunda öz canlarını qurban vermişlər. Gəncənin xan çinarları bu torpağın dərinliklərinə kök saldığı kimi, qəhrəman oğulları da insanların ürəklərində ucalmışlar.

Son illər ölkənin hər yerində olduğu kimi qədim Gəncədə də abadlıq, quruculuq sahəsində çox böyük işlər görülür. Ölkə başçısı İlham Əliyevin tövsiyə və tapşırıqları, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir.

Şəhərdə 400 minə yaxın əhali yaşayır. Bu gün bu qədim şəhərdə fəaliyyət göstərən ali təhsil ocaqlarında 24.000 tələbə təhsil alır. Gəncə Azərbaycanın əsas elm, təhsil mərkəzlərindən biri olub, Respublikanın ikinci böyük şəhəridir. Bu şəhərdə tələbələrlə yanaşı 2800-dən çox müəllim (99 elmlər doktoru, 44 elmlər namizədi, 584 isə baş mühazirəçidir) fəaliyyət göstərir.

Gəncədə abadlıq və quruculuq işlərinin öz dəsti-xətti var. Burada milli- mənəvi dəyərlərin, memarlıq üslubunun qorunmasına böyük diqqət yetirilir. Şəhərdə aparılan abadlıq və quruculuq işləri də məhz bu baxımdan aparılır.



Comərd Qəssab türbəsi — Comərd Qəssab Məqbərəsi   Gəncənin tarixi vəsiqəsi sayıla bilər. Gəncə çayının sağ sahilində yerləşir. Türbə VII-VIII əsrlərə aiddir. Türbə XX əsrin 60-ci illərində

dağıdılmış, 2004 -cü ildə ilkin görkəminə tam uyğun olaraq yenidən inşa edilmişdir. Türbə səkkiz guşəli formadadır. Türbə bişmiş kərpic və gəcdən hazırlanmış məhlul ilə tikilmişdir.



Nizami yurdunun yaşı bilinməz

Hər yanı gülşəndir, daşı bilinməz

Elə  şəhərdir ki,  qışı   bilinməz

Bahardır hər ayı, ili Gəncənin.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmuş Gəncə darvazasının 2007 ci ilin sentyabr ayında Şəhər günü bayramında təntənəli açılışı olmuşdur.



Gəncə qədim arxitekturasını saxlamaqla müasirləşir. Şeyx Nizami yurdunda böyük tikinti layihələri həyata keçirilir. Gəncənin işıqlandırılma sistemi də yenidən qurulub, müasir dizaynda elektrik dirəkləri quraşdırılıb. 

Onu da xüsusilə qeyd etməliyik ki, şəhərimizin qədim simasını itirmədən yenidən qurulmasında, yeni-yeni layihələrin həyata keçirilərək Gəncəmizin gözəl şəhərlərdən birinə çevrilməsində şəhərimizin İcra Hakimiyyətinin başçısı, cənab Elmar Vəliyevin çox böyün əməyi və zəhməti olmuşdur.
Son illər 300-ə qədər çoxmərtəbəli yaşayış binalarının dam örtükləri dəyişdirilib, fasad hissəsi müasir görkəmə salınıb.
Şəhərdə böyük tikinti layihələri də həyata keçirilir. Böyük mütəffəkir Mirzə Şəfi Vazeh Muzeyinin, “Əyləncə” Ticarət Mərkəzinin tikintisi davam etdirilir. Gəncə Dövlət Dram Teatrı- nın yeni binası tikilir. 

Qədim mədəniyyətin beşiyi, Nizaminin ana yurdu olan Gəncə şəhəri günü-gündən böyüyür və gözəlləşir.

Gəncənin mərkəzi meydanı qədim Gəncənin gözü sayılır. Bu meydanda tikilmiş Ulu öndər Heydər Əliyevin Abidəsi və Xatirə Muzeyi şəhərimizə yeni memarlıq forması gətirməklə bərabər, öz görünüşü ilə qədim şəhərin memarlıq üslubuna tam uyğunlaşdırılmışdır. Xatirə muzeyi Gəncəlilər üçün bir ucalıq, fəxarət mənbəyidir.

Doğma torpağımın doğma şəhəri

Şəhərlər içində seçmişəm səni.

Günəşə gözünü açandan bəri

İgidlər ovlağı, ərlər məskəni.

Hüseyn Arif
Gəncə şəhərinin ən maraqlı memarlıq abidələrindən biri xalq arasında İmamzadə, yaxud Göy İmam türbəsi kimi tanınan İmamzadə kompleksidir. Bu gözəl ziyarətgah Gəncə şəhərinin təqribən 7 kilometrliyində, qədim Gəncənin xarabalıqları yaxınlığında VIII əsrə aid olan tarixi memarlıq abidəsidir. Türbə bu kompleksin ən qiymətli abidəsidir.

İmamzadə dini memarlıq kompleksi Prezident İlham Əliyevin sərancamı ilə dövlət vəsaiti hesabına yenidən qurulur.

7-ci əsrin yadigarı olan Gəncə İmamzadə kompleksində əsas işlər başa çatıb. İmamzadə kompleksində dini ayinlərin keçirilməsi üçün kişilər və qadınlar salonu tikilib, salonlardan birinə Hüseyniyyə, digərinə isə Zeynəbiyyə adı verilib.


Bu günkü Gəncənin ilk memarı olmuş Şeyx Bahəddinin planı üzrə tikilmiş abidələrin möcüzələri hələ də dünya alimləri üçün sirr olaraq qalmaqdadır. Şəhərimizdəki qədim Şah Abbas məscidi də məhz Şeyx Bahəddinin planı əsasında tikilmişdir.

Əvvəllər məscidin həyətində qəbristanlıq da olmuşdur 1804-cü il yanvarın 5-də Cavad xan burada dəfn olunmuşdur.



Min qanun hökmündən güclüdür tarix,

Bu nə oyuncaqdır, nə əyləncədir.

Min dəfə adını dəyişsək də biz,

Yenə el dilində Gəncə-Gəncədir.

Osman Sarıvəlli

Cümə məscidi bu gün də XII əsrin, adil hökümdarlar cərgəsində adı olan Şah Abbasın və müdrik Bahəddinin yadigarı kimi əzəmət və vüqarını qoruyub saxlamaqla gəncəlilərin müqəddəs ziyarətgahı kimi öz ömrünü yaşayır. Bu il bu qədim abidənin

408 yaşı tamam olur.

Qədim Gəncədə incə şərq üslubu müasir Avropa stili ilə qovuşur. Bu şəhərdə sanki torpaq üzərində canlı səlnamə yaranır. Gəncənin tarixi gerbi bərpa edilərək geri qaytarılıb.





Ölkənin digər atributları kimi doğma şəhərin bu gerbi də hər bir Gəncəli üçün böyük qürur və iftixar mənbəyidir. Elə buna görə də şəhərin ən baxımlı yerlərindən birində Azərbaycan Respublikasının və Gəncə şəhərinin gerblərini əbədiləşdirən abidə kompleksi ucaldılmışdır. Abidə kompleksinin üzərində bu sözlər yazılmışdır: “Əsrlər boyu Gəncə xanlığının bayrağında həkk olunmuş bu rəmz 2004 cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yenidən şəhərin gerbi kimi bərpa olunmuşdur”.

Gəncə şəhəri günü-gündən daha möhtəşəm görünüşə qovuşur və elə buna görə də dünya şəhərlərini özünə cəlb edir. Ulu Gəncə aşağıdakı şəhərlərlə qardaşlaşıb.



  •  MoskvaRusiya

  •  DərbəndRusiya

  •  RustaviGürcüstan

  •  KutaisiGürcüstan

  •  OlomouçÇexiya

  •  İzmirTürkiyə

  •  QarsTürkiyə

  •  BursaTürkiyə

  •  AnkaraTürkiyə

  •  ElazığTürkiyə

  •  Nyuark - Nyu CersiABŞ



İcra Hakimiyyətinin binası Heydər Əliyev muzeyi


Öz memarlıq üslubu ilə Gəncə şəhə rinə bir gözəllik qatan beş ulduzlu Ramada Plaza oteli.

Gəncədə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş Məhsəti Gəncəvi Mərkəzinin 2014-cü il yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılışı olmuşdur.

 

Mərkəzdə şairənin yaradıcılığına həsr olunmuş rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı, musiqi studiyası, not kitabxanası, muğam, fortepiano şöbələri və iclas zalı var.

  Oxu zalında Məhsəti Gəncəvinin həyat və yaradıcılığı, ədəbi irsi haqqında kitablar, Azərbaycan, rus və ingilis dillərində elektron formatda şairənin rübailəri, bununla yanaşı Azərbaycanın görkəmli şair və mütəfəkkirləri, Azərbaycan musiqisi və xalçaçılığı aid nəşrlər təqdim olunur. 

  Mərkəzdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2013-cü ilin noyabr və dekabr aylarında Fransanın Reyms və Miluz şəhərlərində Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyi münasibətilə keçirilmiş sərgi və konsertlərdən fotolar nümayiş olunur, milli musiqi alətləri sərgilənir.

 Mərkəzin milli geyimlər sərgisində Məhsəti dövrü, xüsusilə də İntibah dönəminin xanımlarına xas milli geyim nümunələri sərgilənir.



  Rəsm qalereyasında Məhsəti Gəncəvi obrazı və rübailərinə həsr edilmiş müxtəlif tablolar, sənət nümunələri, monumental əsərlər nümayiş etdirilir. Məhsəti otağında şairənin heykəli ucaldılıb. Burada proyektor vasitəsilə miniatür və rəsm əsərləri təqdim edilir.

  Bu mərkəzinin ətrafında yaradılmış park ona xüsisi bir gözəllik verir.

Gəncə sakinləri üçün əziz olan məkanlardan biri də bu ilin yanvar ayında istifadəyə verilmiş Heydər Əliyev park-komplek

sidir. 2012 ci ildən inşasına başlanan Heydər Əliyev park-kompleksinin açılışı Respublikanın Prezidenti İlham Əliyev tərəfindən olmuşdur. Dünyanın ən böyük 5 parkından biri olan Heydər Əliyev park kompleksi bu gün gəncəlilərin ən sevimli istirahət yerlərindən biridir. Kompleksin park hissəsinin girişində dünya antik mədəniyyətinin təcəssümü olan Zəfər tağları ucalır. Parkda 3800 nəfər tutumu olan amfiteatr fəaliyyət göstərir, burada şəhər əhalisinin istirahəti üçün müxtəlif konsertlər təşkil olunur. Mərkəz perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatə olunub. Burada şüşədən müasir günbəz var. Günbəzdə Azərbaycanın xəritəsini əks etdirən çılçıraq quraşdırılıb. 4500 kv.m sahədə yerləşən 21 metr hündürlüyü olan Heydər Əliyev  Mərkəzi 4 mərtəbədən ibarətdir. Burada Heydər Əliyev Muzeyi, müxtəlif ornomentli xalçaların toxunduğu xalçaçılıq mərkəzi, rəqs dərnəyi, kitabxana və elektron kitabxana fəaliyyət göstərir.








7 hektara yaxın ərazisi olan süni yaradılan göl isə parkın mənzərəsinə xüsusi gözəllik qatır. Park kompleksində fəaliyyət göstərən tikililər içərisində Heydər Əliyev Mərkəzi öz möhtəşəmliyi ilə seçilir.

El arasında belə bir deyim var: Bakı Azərbaycanın paytaxtıdırsa, Gəncə milli Azərbaycanın ruhunun mərkəzidir.
Mənim nəzərimdə yenə öndəsən,

Dilimin, dinimin keşiyindəsən

Səni seyr edirəm qəlbimdə vüqar,

Nə yaxşı Gəncəm var, Gəncəlilər var!

Çoxlu sayda küçə və yollar, gözəl tərtib olunmuş parklar Gəncə şəhərini ölkənin bir çox şəhərlərindən daha cazibədar və gözəl edir. Son illərdə şəhərimizin hər bir güşəsində gözəl parklar, istirahət yerləri düzəldilib, yaraşıqlı fəvvarələr quraş dırılıb.

Gəncənin xan bağı Gəncəlilərin və şəhərimizin qonaqlarının sevimli yerlərindən biridir. Xan bağı Gəncənin simasını bəzəyən tarixi istirahət yeridir. Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən “Xan bağı” Mədəniyyət və İstirahət parkı ölkə əhəmiyyətli tarix və mədəniy yət abidələri siyahısına daxil edilmişdir.

"Xan bağı" bizim tarixi sərvətimizdir.”

Azərbaycan Prezidenti bu sözləri Gəncədə əsaslı yenidənqurma işləri aparılmış "Xan bağı" mədəniyyət və istirahət parkı ilə tanış olarkən demişdir.

“Xan bağı” hazırda gəncəlilərin ən çox sevdikləri istirahət guşələrindən biridir.

Son vaxtlar Gəncənin mədənin həyatı da çox zənginləşib. Dahi Nizami Gəncəvinin 870, Məhsəti Gəncəvinin yaradıcılığının 900, Mirzə Şəfi Vazehin 220 illik yubileyləri təntənə ilə qeyd edilmişdir .Bu yubileylərdə dünyanın müxtəlif yerlərindən qonaqlar iştirak etmişdir. Bəli Gəncədə həyata keçirilən tədbirlər hər birimizin sevincinə səbəb olur. Şəhərə gələn çox sayda qonaqların yanında öyünürük, çox böyük qürur hissi keçiririk.



Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinin uğurla həyata keçirilməsi nəticəsində şəhərimiz dinamik inkişaf edir, həyata keçirilən yenidənqurma və abadlıq-quruculuq işləri özünün geniş miqyası ilə seçilməkdə davam edir.

Şəhərimizdə tayı-bərabəri olmayan filarmoniya inşa olunur. Hazırda filarmoniyanın tikintisi sürətlə davam etdirilir. Yeni inşa olunan filarmoniya 3000 nəfər tamaşaçı tutumlu olacaq. Gəncə şəhərinin filarmoniyası yeddi mərtəbədən və 4 zaldan ibarət olacaq. Müasir və böyüklüyü ilə seçiləcək filarmoniyada ikimərtəbəli avtomobil dayanacağı, lüks lift nəzərdə tutulub. Bundan başqa binanın fasadında tanınmış şəxslərin heykəlləri yerləşdiriləcək.

Gəncə şəhərində gənclərin inkişafına dəstək üçün Gənclər Mərkəzi də inşa edilir. Mərkəzdə Gənclər üçün bütün sahələri əhatə edəcək xidmətlər olacaq. Layihə hazırda davam edir və tezliklə istifadəyə veriləcəyi nəzərdə tutulur.

Gəncəlilər, gəncə sakinləri belə gözəl layihələrin həyata keçirilməsinə şərait yaratdığına görə dövlətimizin rəhbəri, Prezidentimiz İlham Əliyevə və Gəncənin İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyeva həmişə minnətdardırlar.


Gəncə haqqında görkəmli şəxsiyyətlərin

fikirləri
Gəncənin mədəni həyatı zəngindir. Həmişə belə olubdur. Gəncə Azərbaycanın, mədəniyyət mərkəzlərindən  biri olmuş dur. Hazırda şəhərin mədəni həyatı kifayət qədər zəngindir. Yeni muzeylər açılır. Nizami Muzeyi, Məhsəti Gəncəvi Mədəniyyət Mərkəzi, ondan əvvəl bir neçə muzey  açılmışdır.Yəni şəhərin çox zəngin və dolğun ictimai, mədəni həyatı vardır və bu, əlbəttə ki, məni sevindirir, çünki Gəncə Azərbaycanın qədim şəhəridir, ikinci şəhəridir, Nizami

 yurdudur.



  İlham ƏLİYEV

(Azərbaycan Respublikasının Prezidenti)
Qədim Gəncə əsl şeir, sənət ocağı olub. Dahi Nizami bu şəhərdə yaşayıb yaradıb. Mənim cox sevdiyim Məhsəti xanımın rübailəri bu şəhərdə çətirlənib. Bu şəhər həm də qədim şərqin ən gözəl memarlıq nümunələrini öz qoynunda saxlayıb.

Əzizə Cəfərzadə (xalq yazıçısı)
Mən Gəncədə keçirilən poeziya günlərində iştirak etdim. Doğma şəhərimi xüsusi heyranlıqla gəzdim, burada gördüklərim öz xalqını sevən, öz xalqı üçün döyünən bir ürəyin çırpıntılarının unikasıdır.

Ələkbər Ziyatay (şair)
Belə bir şəhərdə doğulmaq, onun şeirsevər adamlarını tərənnüm etmək böyük xoşbəxtlikdir.

Çingiz Əlioğlu (yazıçı)
Mən bu şəhərin yüksəlməsinə sevinirəm. Çünki bu şəhəri çox sevirəm.

Anar (yazıçı-dramaturq)
Bu şəhərdən aldığım təəsürat çox zəngindir, uşaqlıq illərimin keçdiyi bu şəhər ürəyimin bir parçasıdır. Bu şəhərin yüksəlməsi məni çöx sevindirir.

Fikrət Əmirov (bəstəkar)
Respublikamızın ikinci sənaye və mədəniyyət mərkəzi olan Gəncə mən deyərdim əsil intibah dövrü keçirir. Burada elə işlər görülür ki, onlar xalqın tərcümeyi halına yazılacaq, dönə-dönə xatırlanacaq. Xüsusilə tarixi abidələrə göstərilən böyük qayğı adamı heyran edir.

Şəmsi Bədəlbəyli (xalq artisti)

Gəncənin tarixi, adının bərpası ilə bağlı kitabxanalarda

keçirilən tədbirlər.
Ölkəmizdə ildən -ilə sürət götürən iqtisadi inkişaf Azərbaycanın bütün şəhər, qəsəbə, və kəndlərində öz müsbət əksini tapmaqdadır.

Qədim Gəncə də günü-gündən gözəlləşir. Abadlıq işləri şəhərimizin hər tərəfində fəallıqla davam etdirilir. Şəhərimiz öz tarixi abidələrini qoruyub saxlamaqla böyüyür, abadlaşır.

Gəncənin tarixi adının qaytarılmasının 25 illiyi bu ilin dekabrında tamam olur. Bu münasibətlə təhsil, mədəniyyət ocaqlarında , o cümlədən kitabxanalarda müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərə sual-cavab gecələri, şeir gecələri, şəhərin tarixini, mədəniyyətini, görkəmli şəxsiyyətlərini əks etdirən kitab sərgiləri, dəyirmi masalar, mövzu gecələri və s. aid etmək olar.

Kitabxanalarda Gəncənin adının bərpası ilə bağlı belə başlıqlar altında sərgilər tərtib etmək olar:
Gəncəm mənim, incəm mənim”

Ulu adın mübarək –Gəncəm”

Tarixi özündə yaşadan şəhər”

Şeir, sənət ocağı Gəncə”
Bu münasibətlə kitabxanalarda sual-cavab gecələrinin keçirilməsi də məqsədə uyğundur.

Suallar belə tərtib oluna bilər:
1.Gəncənin adı neçənci illərdə dəyişdirilib?

Gəncə şəhəri 1804-cü ildən 1918- ci ilədək Yelizavetpol

adlandırılıb. 1918-ci ildə Gəncə adı yenidən bərpa edilsə də,

22 fevral 1935-cü ildə şəhərin adı dəyişdirilərək Kirovabad

olub. Nəhayət 54 ildən sonra 30 dekabr 1989-cu ildə Gəncə

şəhərinin adı özünə qaytarılıb. 


2. Gəncənin görkəmli şəxsiyyətlərindən kimləri tanıyırsınız?

Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Mirzə Şəfi Vazeh, Fikrət

Əmirov, Xudadat bəy Rəfibəyli, Nigar Rəfibəyli, Fəridə

Əliyarbəyli, Həmid Araslı, Adil İsgəndərov, Məmmədrza

Şeyxzamanov, Ələddin Abbasov və s.
3. Gəncənin şair və yazıçılarından kimləri tanıyırsınız?

Nigar Rəfibəyli, Sədnik Pirsultanlı, Məmməd Alim, Ramiz



Təmkin, Xəzangül, Sədaqət Ələkbərova, Nadir Ovçu və s. 
4. Gəncəli Sovet İttifaqı Qəhrəmanı kimdir?

İsrafil Məmmədov.


5. Gəncənin Milli Qəhrəmanlarından kimləri tanıyırsınız?

Elbrus Allahverdiyev, İlham Əliyev, Rəfail Əliyev, Şahlar

Hüseynov, İqor Makeyev, Pərviz Səmədov və s.
6. Gəncənin hansı tarixi abidələri var?

Comərdi Qəssab türbəsi, Cavad xan türbəsi, İmamzadə

kompleksi, Qala Qapısı, Xan bağı, Şah Abbas məscidi və s.
7. Gözəl “Göy-göl” neçənci ildə yaranıb?

1139-cu ildə zəlzələ nəticəsində dünyada tayı-bərabəri

olmayan “Göy göl” yararanıb.
8. Gözəl “Göy-göl” neçənci ildə yaranıb?

1139-cu ildə zəlzələ nəticəsində dünyada tayı-bərabəri

olmayan “Göy göl” yararanıb.
9. Son illərdə şəhərimizdə istifadəyə verilən mədəniyyət

mərkəzləri?

Məhsəti Gəncəvi mərkəzi, Heydər Əliyev park kompleksi,

Nizami muzeyi,VEĞO oteli.

10. Gəncə şəhəri neçənci ildə “Avropanın Gənclər Paytaxtı”



adını daşıyacaq?

2016 – cı ildə.


Vəsaitimizdə “Gəncəm a Gəncəm” adlı poeziya gecəsinin ssenarisini sizə təqdim edirik:
Aparıcı səhnədə görünür:
Əziz tədbir iştirakçıları bu gün bizim üçün çöx əlamətdar olan bir günü qeyd etmək üçün toplaşmışıq. Bu gün şəhərimizin doğma adının qaytarılmasının 25 ci ildönümüdür. Eyni zamanda bu gün hər bir gəncəli üçün bayramdır. Bu bayram münasibətilə hər birinizi salamlayır və sizə bayramınız mübarək deyirik.

Ey böyük Azərbaycanın doğma parçası! Sən zaman-zaman dövlətçiliyimizdə paytaxt seçildiyin üçün qürurlana bilərsən. Atabəylər dövlətinin, Gəncə xanlığının, ilk Azərbaycan Demokratik Respublikasının ata yurdu, ana ocağı olubsan. Sənin barlı-bəhrəli torpağın, axarlı-baxarlı təbiətin həmişə işğalçıların tamah hissini alovlandırıb, onlar imkan düşdükcə sənin dincliyini pozub, quruculuğunu dayandırıb, varidatını talayıblar, bəlalı başın çox ağrılar, acılar çəkib.

İndi kitabxanamızın fəal oxucularının ifasında Gəncə şeirini dinləyək:

I – Oxucu:

Doğma torpağımın doğma şəhəri!

Şəhərlər içində seçmişəm səni.

Günəşə gözünü açandan bəri!

İgidlər ovlağı, ərlər məskəni.
Şərəfin, şöhrətin dünyalar qədər

Əlçatmaz, ün yetməz, ox batmaz ona.

Kərpic köynəkdəki kərpic düymələr

Nə gözəl yaraşır boy-buxununa.

II – Oxucu:

Nələr çəkməyibdi başın həyatda,

Kimlər meydan açıb at oynatmadı.

Adını dəyişmək mümkün olsa da,

Zatına toxunmaq mümkün olmadı.
Duyub acısını qırğının, qanın

Yada diz qatlayıb, boyun əyməyib.

Dost kimi Gəncəyə arxalananın

Çətində kürəyi yerə dəyməyib.

Aparıcı:

Çıxış üçün sözü qonağımıza verək:

Aparıcı:

Gəncə xalqımızın qəlbində azadlıq, Gümhuriyyətin torpaqlarımızda fəaliyyətə başladığı ilk məkan, Bakının yadellilərdən azad edilməsi uğrunda aparılan ölüm-dirim savaşının mərkəzi kimi də əziz olub.

Bu yurdun qəhrəman oğlu Bəndərin vətənə sevğisi, torpağına, elinə qarşı olan məhəbbəti, göstərdiyi iğidliklər zaman-zaman ürəklərdə kök salıb və bu bu gün də belədir. Qüvvələrin və döyüş texnikasının qat-qat üstün olmasını bildiyi halda rus cəlladlarının təkliflərinə boyun əyməyən bu torpağın oğlu, Gəncənin sonuncu xanı olan Cavad xan yadellilərə qarşı döyüşlərdə qəhrəmanlıqla həlak olur.
Məktəbli:

Tarix qisas aldı tarixçilərdən,

Yaşadı yaddaşda Gəncə üsyanı.

Öldük, içimizdə ölmədi Vətən,

Torpaqda və daşda Gəncə üsyanı.

Aparıcı:

Doğma Gəncənin hüsnünə çox mahnılar qoşulub. Bu mahnılar içərisində biri də var ki, bu gün də sevilə-sevilə dinlənilir. Mahnının sözləri böyük şairimiz Əhməd Cavada, musiqisi isə bəstəkar Emin Sabitoğluna məxsusdur. Gəlin indi Gəncə musiqi kollecinin tələbələrinin ifasında bu çox sevilən “Gəncədən gəlirəm” mahnısını dinləyək.

Aparıcı:

İndi kitabxanın fəal oxucularının ifasında sözləri Tofiq Bağırova, musiqisi Faiq Sucəddinova aid olan “Gəncənin marşı” şeirini dinləyək:

I Oxucu:

Gəncə millətimin qeyrət rəmzidir,

Məhəbbət rəmzidir, cürət rəmzidir.

Üç rəngli bayrağı göyə qaldıran

Elimin-obamın şöhrət rəmzidir.
Bir dəfə yüksələn bayraq enməsin,

Məsləkindən oğlun,qızın dönməsin

Vətən göylərində səkkiz guşəli,

Parlayan ulduzun heç vaxt sönməsin.

II Oxucu:

Gəncə həm Kəpəzdir, həm də Qoşqardır,

Torpağıma bağlı köklü çinardır,

Əyilməz vüqarı, əyilməz başı,

Nəsib bəy, Cavad xan yenə də vardır.
Bayrağımda ay , ulduzum parıldar,

Orda mənim əqidəm həm dinim var,

Allahım kömək ol mənim yurduma

Düşmənin yanında olmayaq biz xar.

Aparıcı:

Sözü qonağımıza verək:

Aparıcı:

“Gəncəm” mahnısını dinləyək:

Aparıcı:

Əhməd Cavadın “Gəncəyə ithaf”şeiri dinləyək.

I Oxucu:

Beş il bağlarında gəzdim, əyləndim,

İçdikcə doymadım suyundan, Gəncə!

Sənsən salan məni bu dadlı dərdə,

Boynumda borcun var, verimmi, Gəncə?!

Yaşıl bağlarının gül xiyabanı,

Cənnətdən də bil ki, yaxşıdır, Gəncə!

II Oxucu:

Güllərinin rəngi behiştdən dadlıdır, Gəncə!

Ey qayğılar görüb, günlər keçirən,

Haqqında dastanlar yazıla, Gəncə!

Yaşıl bağlarında gül xiyabanı,

Cənnətdən gözəldir, yaxşıdır, Gəncə!

Adına dastanlar yazıla, Gəncə!

Aparıcı:

Son beş il ərzində qədim Nizami yurdu tamamilə yeni görkəm almışdır. Gəncə Kəpəzdir, Gəncə Göy-göldür, Gəncə dahi Azərbaycan şairi Nizami Gəncəvidir, unudulmaz Mirzə Şəfi Vazehdir, Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovdur.

I Məktəbli:

Bir şəhərdir yaşıllıqlar içində

Xəzan bilməz laləzarı Gəncənin.

Arasından sərin-sərin çay keçir

Cərgələnib Xan çinarı Gəncənin.

II Məktəbli:

Torpağında Məhsətinin izi var,

Camalında min şairin gözü var.

Əsrlərdən əsrlərə söz açar

Nizami tək sənətkarı Gəncənin.

Aparıcı:

Bu gözəl şeiri sevimli şairimiz Hüseyn Arif qələmə almışdır. İndi də sözü qonağımıza verək:

Aparıcı:

Gəncə öz keçmişini, tarixi abidələrini qoruyub saxlamaqla öz simasını dəyişərək gözləri, könülləri oxşayır.

“Gəncə gözəlləşir, abadlaşır. Hər dəfə burada olanda görürəm ki, Gəncə daha gözəl şəhərə çevrilibdir” Bu sözləri Dövləti- mizin rəhbəri, sevimli Prezidentimiz İlham Əliyev sonuncu dəfə Gəncədə olarkən demişdir.

İnanırıq ki, doğma Azərbaycanımızın qədim şəhəri Gəncə

daha böyük uğurlara imza ataraq ucalacaq və bu adı əsrlər boyu fəxrlə daşıyacaq.

Əziz tədbir iştirakçıları bununla da tədbirimiz başa çatır.
SON



Butulkalı ev

  Vəsaitin hazırlanmasında isifadə olunmuş



ədəbiyyat

 


  1. Gəncə Şəhər İcra Hakimiyyəti: Gəncə şəhərinin hərb tarixi və şəhidləri. Gəncə, “ Elm” nəşriyyatı, 2013, 284 səh.



  1. Elgün Babazadə. Gəncə xanlığının tarixindən, Bakı. “Şərq-Qərb” Nəşriyyat evi, 2012, 428 səh.



  1. Gəncə Şəhər İcra Hakimiyyəti.Gəncə şəhərinin tarixi: Bakı“Nurlan”- 2004, 258 səh.



  1. Gəncənin müasir memarlığı: 2003-2008, 59 səh



  1. Gəncənin maddi mədəniyyət abidələri: B, “Nurlan”

2004, 111 səh.

  1. Sadıq Şükürov: Gəncənin tarixi abidələri: Gəncə, 1998, 146 səh.

Mətbuatda

  1. Tarixi abidələrimiz:Gəncə böyük hərflə № 1

2005, səh 2-3.

  1. 400 yaşlı abidə: Gəncə böyük hərflə № 2, 2005,

Səh, 2-3.

  1. Gəncənin yaşıl tarixi adidələri: Gəncə jurnalı,

Fevral, 2012.

  1. Boran Əziz: “İstiqlal tariximizdə Gəncə” Gəncəbasar, 2010, 15 iyun, № 84-85,səh, 4-5.



  1. Məmmədov Ramiz: “Üfüqdən boylanan şəhər”, Xalq qəzeti. 2009, 27 dekabr, səh 5.



  1. “Tarixə bir baxış”, Azərbaycan qəzeti, 2010,

5 iyun səh 6.


  1. Məmmədəli Gülcahan: “Vətənə bir çələng hördüm,

çiçəyi musiqi, yarpağı şeir”,Mədəniyyət, 2010

28 aprel, səh 12.




  1. “Gəncəm a Gəncəm”, Mədəniyyət, 2008

18 sentyabr səh 10-11.


  1. Qasımlı Hamlet: “ Sabahın xeyir ulu Gəncə”, Xalq

qəzeti, 2009, 26 sentyabr səh 7.


  1. Ruzigar: “Bütöv xəzinədir aranda Gəncə”, Gəncənin səsi, 2006, 14 sentyabr səh 1.

 

 Gəncə çinarları

 

Tərtib edən:



Əhmədova Şahnaz

Metodiki işlərin təşkili şöbəsinin boyük metodisti.


Redaktor:

Abbasova İradə.

Metodiki işlərin təşkili şöbəsinin müdiri.
Bizim ünvan:

Gəncə Nizami – 81.

Elektron poçt ünvanımız : Gence kitab.az.

 

Gəncəm, Hey!...

Bura Şahsevəndi, bura Bağmandı,

Bura sərdar bağı bura Pzandı!

Görənlər, bilənlər sana heyrandı!

Bəzənsin çöllərin, Gəncəm,Gəncəm , hey!..
Nizami gələrmi birdə cahana?!

Sənə oğul oldu, sən ona ana!

Heçə Cahangirə, neçə arslana

Toy tutdu əllərin, Gəncəm,Gəncəm hey!...


Ziyadxan evləri, cərgə-cərgədi,

Hər çinar qoynunda bir sərkərdədir!

Sazında, sözündə pərdə-pərdədi

Qovğalı illərin, Gəncəm, Gəncəm, hey!..


Üstünə gələnlər gəlməz özünə!

Bir başına döyər, bir də dizinə!

Ox kimi süzərək- xain gözünə

Sancılar millərin, Gəncəm,Gəncəm, hey!.


Mən nəyə söykənim, nəyə inanım?

Bir sana, tək sana, gəlir gümanım!

Bu Cavid qalası dinim, imanım

Açılsın güllərin, Gəncəm, Gəncəm, hey!..


Düşmənlər inşallah,hər vaxt xar olar!

Gen dünya başına daim dar olar!



Neçə ki, sən varsan, vətən var olar!

Var olsun ellərin, Gəncəm,Gəncəm, hey!


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə