Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi C. Cabbarlı adına Respublika Gənclər kitabxanası Neft Daşları Biblioqrafik vəsait




Yüklə 0.98 Mb.
səhifə8/13
tarix22.02.2016
ölçüsü0.98 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

------------------------------------------Neft Daşları-------------------------------------------
''Xəzərdənizneft'' İB-nin baş direktoru, 1992-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Şirkətinin baş müşaviri vəzifələrində çalışmışdır. Q.A. Abbasov açıq dənizdə neft və qaz çıxarılmasının ilk təşkilatçılarından biridir. ''Şelf-1'' tipli yarımdalma Üzən qazıma qurğularının Xəzər dənizi şəraitində mənimsənilməsində onun xüsusi xidmətləri olmuşdur. Bu qurğular 200 metrlik dəniz dərinliyində işləyə bilmiş, Kaveroçkin adına (indiki ''Çıraq'' yatağı) yatağı kəşf etməyə və yeni dərin perspektivli strukturlarda kəşfiyyat işləri aparmağa imkan yaratmışdır. Q.A. Abbasovun bilavasitə rəhbərliyi altında dərin dəniz stasionar özüllərin inşasının istehsalat bazası yaradılmış, Xəzər dənizinin dərin sahələrində stasionar özüllərin quraşdırma işlərinin prinsipcə yeni üsulu işlənib hazırlanmışdır. ''Günəşli'', ''Çıraq'', ''Azəri'', ''Kəpəz'' və s. iri yataqların kəşf edilməsində onun xidmətləri misilsiz olmuşdur. Ölkə qarşısında böyük xidmətlərinə görə SSRİ-nin fəxri neftçisi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikası Dövlət mükafatları laureatı, Azərbaycan SSR Əməkdar mühəndisi adlarına layiq görülmüş, 2 dəfə Lenin, Qırmızı Əmək Bayrağı, ''Şərəf Nişanı'', ''Oktyabr İnqilabı'' ordenləri və medalları ilə təltif edilmişdir. Neftçi Qurban özünün dənizdəki iş fəaliyyətinin 50 illik yubileyini qeyd edərkən Azərbaycanın ən yüksək mükafatını - Şöhrət ordenini alan ilk neftçi olmuşdur. Azərbaycan xalqı öz əfsanəvi qəhrəmanın adını əbədiləşdirmək üçün üzən krana ''Neftçi Qurban'' adı vermişdir, Lökbatan qəsəbəsində onun adını mədəniyyət sarayı, küçə, məktəb, körpü daşıyır. Tələbə və aspirantlar üçün ''Neftçi Qurban'' təqaüdü təsis edilmişdir.

Akif Allahyar oğlu Cəfərov (1930-1992)

1955-ci ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsini bitirdikdən sonra neft-qaz yataqlarının geologiyası üzrə geoloq ixtisasına yiyələnən Akif Cəfərov ''Gürgənneft'' NMİ-yə (indiki ''Neft Daşları'') laylara süni təsir sexinin

111

------------------------------------------Neft Daşları-------------------------------------------
su təmizləyici qurğusuna operator vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Idarənin rəhbərliyi şəxsi işküzarlığını nəzərə alaraq, A. Cəfərovu neftçıxarma briqadasına usta köməkçisi təyin etdi. Artıq ''Neft Daşları''nda neftçıxarma işi ilə məşğul olmağa başlayan A. Cəfərov bir neçə vaxtdan sonra həmin briqadaya neftçıxarma vəzifəsinə irəli çəkildi. 1959-cu il may ayının birində ''Gürgənneft'' NMİ-də usta Akif Cəfərovun briqadası illik sosialist öhdəliyinin yerinə yetirilməsi haqda raport verdi. Ölkə Xəzər neftçilərindən əlavə olaraq 60000 ton neft qəbul etdi. Akif Cəfərovun adı Azərbaycan neftçiləri arasında geniş şöhrət tapdı. O, Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü və Lenin ordeni ilə təltif edildi. Tezliklə qabiliyyəti və istedadı ilə fərqlənərək mədən müdiri, idarənin baş mühəndisi kimi vəzifələrə irəli çəkildi. Mədən-mühəndis işlərinə rəhbərlik edən A. Cəfərov heç vaxt öz ixtisasını-geoloq sənətini unutmurdu. 1967-ci ildə o, Abşeron arxipelaqının cənub-şərqində yerləşən ''Kamni Qriqorenko'' (''Xalı'') və ''Neft Daşları'' yataqlarında məhsuldar qat çöküntülərinin geologiyası və neftliliyi mövzusunda dissertasiya müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi adına layiq görülmüşdür. Işlədiyi müddətdə kəşfiyyat, yataqların işlənməsi, neftçıxarma texnologiyasına dair bir çox elmi məqalələrin müəllifi olmuşdur. 1967-ci ildə Akif Cəfərod yeni təşkil olunmuş ''N. Nərimanov'' adına NQÇİ-nin rəisi vəzifəsinə təyin olunmuşdu. 1971-ci ilin əvvələrində Çilov adasında yeni yaranmış ''Cənub'' NQÇİ-nin rəisi vəzifəsinə göndərildi. A. Cəfərovun bilavasitə rəhbərliyi və gördüyü geoloji-texniki tədbirlərin sayəsində ''Çilov'' neft yatağı üzrə 1971-ci ildə 109 min ton, 1972-ci ildə 156 min ton, 1973-cü ildə isə 173 min ton neft çıxarılmışdı. Həmin vaxtlarda ''N. Nərimanov'' adına neftqazçıxarma idarəsində isə gündəlik neft hasilatı 9500 tondan 7000 tona düşmüşdü. ''Xəzərdənizneftqazçıxarma'' Birliyinin rəhbərliyi A. Cəfərovu ''N. Nərimanov'' adına NQÇİ-yə vəziyyəti düzəltmək məqsədilə rəis təyin etdi. A. Cəfərov 1978-ci ildən 1979-cu ilə kimi ''Xəzərdənizneftqazçıxarma'' Birliyinin baş direktorunun müavini, 1979-cu ildən 1984-cü ilə kimi həmin birliyin baş mühəndisi

112


------------------------------------------Neft Daşları-------------------------------------------

vəzifəsində əzmlə işləmişdir. Son dövrdə - 1984-cü ildən 1992-ci ilə qədər A. Cəfərov ''Azərneft'' İstehsalat Birliyinin baş direktoru vəzifəsində işləmişdir.



Ənvər Əliheydər oğlu Məmmədov (1930-1996)

1963-cü ildən 1996-cı ilədək fasiləsiz olaraq Neft Daşları NQÇİ-nin baş geoloqu, rəis müavini vəzifəsində çalışmış, özünü yüksək ixtisaslı mütəxəssis, tələbkar rəhbər kimi göstərmişdir. Ə.Ə. Məmmədovun rəhbərliyi altında ''Neft Daşları'' və ''Palçıq Pilpiləsi'' yataqlarının rasional işlədilməsi, intensivləşdirmə və suvarma metodlarının tətbiqi həyata keçirilmişdir, yeni perspektiv sahələrin kəşfiyyat işləri aparılmışdır. Onun fəal iştirakı ilə ''Neft Daşları'' yatağının mezozoy qatının və perspektiv ''Günəşli'' yatağının layihə işləri yerinə yetirilmişdir. Ə.Ə. Məmmədovun neft sənayesində səmərəli əməyi yüksək qiymətləndirilmiş, ''Şərəf Nişanı'' ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Azərbaycan Respublikasının ''Əməkdar Mühəndisi'' adına layiq görülmüşdür.



İsrafil Sami oğlu Hüseynov (1931-1986)

Ağa Neymatulla, Mixail Kaveroçkindən estafeti tanınmış qazıma ustası, Lenin ordenli, Respublika Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli neftçi İsrafil Sami oğlu Hüseynov qəbul etmişdir. Fəhlə, kəlləçarxıı,texnik, istehsalat şöbəsinin mühəndisi, Neft-qaz sənayesi işçilərinin həmkarlar İttifaqı Respublika Komitəsinin sədri - onun əmək fəaliyyəti bu mərhələlərdən keçmişdir. İ. Hüseynov briqadası, açıq dənizdə işləyərək ölkə praktikasında ilk dəfə olaraq 1531 saylı quyunu nəzərdə tutulduğundan 69 gün əvvəl təhvil vermişdir (2040 m). Quyunun kommersiya sürəti plana görə 290,5 m/dəz-ay, normaya görə 365,9 olsa da 496,9 m/dəz-ay təşkil etdi. Bu maili qazımada Avropa rekordu idi. İ. Hüseynovun briqadasının yenilikçi qazımaçıları ilk dəfə olaraq qazıma işində boru-sütun boru

113

------------------------------------------Neft Daşları-------------------------------------------
baltasının mexaniki tutucusunu, müxtəlif tipli mexaniki açarların və s. sınanılmasını və praktikaya tətbiq edilməsini həyata keçirmiş, qazıma nasosunu hərəkətə gətirmək üçün - 10 güc aqreqatından istifadə edərək dizellərin verilmiş rejimdə avtomatik işləməsini təmin etməklə yanaşı dizel yağına qənaət etməyə və istehsalatın inkişaf səviyyəsini yüksəltməyə nail olmuşdur. Görkəmli qazıma ustasının adı ilə Xəzərdə yeni neft rayonunun mənimsənilməsi bağlıdır. Məhz burada Neft Daşlarının bir neçə kilometrliyində, Xəzərin dərinliyində tikilmiş stasionar platformalarda İsrafil Hüseynovun briqadası uğurla ilk quyuları qazmışdır. Hazırda fəaliyyətdə olan ''28 May'' adına yatağın işlənməsinin əsasını İ. Hüseynovun briqadası qoymuşdur.

Xanoğlan Vəli oğlu Bayramov (1933-1999)

1958-ci ilin avqust ayı. Məhz həmin gün ilk dəfə olaraq İnşaatçılar Günü qeyd olundu və Azərbaycandan yalnız 2 nəfər Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görüldü. Onlardan biri 25 yaşlı Xanoğlan Bayramov idi. Xanoğlan Vəli oğlu Bayramov Neft Daşlarında əmək fəaliyyətinə fəhlə kimi başlamış, ''Xəzərdəniztəmirtikinti'' trestinin rəisi vəzifəsinə qədər yüksəlmişdir. Ayrı-ayrı vaxtlarda o, usta, baş mühəndis işləmiş, Neft Daşlarını tikənlərdən olmuşdur. Dənizin ortasında yaradılmış ilk mədənlərdən, yaşayış evlərindən, estakadalardan başlayaraq Xəzərdə gedən tikinti işlərində iştirak etmiş, 30 ildən artıq öz çətin inşaatçı peşəsinə sadiq qalmışdır. Xanoğlan Bayramov görkəmli neft ustası Qurban Abbasovla Neft Daşlarında tanış olmuşdur. Onların əmək tərcümeyi-halları bir-birinə uyğun gəlir. Bu 2 neftçi 1954-cü ilin yayında açıq dənizdə görüşmüşlər. O vaxtlar Qurban Abbasob artıq Azərbaycanda və Azərbaycandan kənarda ''Neftçi Qurban'' kimi şöhrət qazanmışdır. O ən uzaq platformalarda gedən işlərə rəhbərlik edirdi. 20 yaşlı X. Bayramovun rəhbərlik etdiyi dəniz inşaatçılarının briqadası isə bu platformalardakı özülləri quraşdırırdı. Onun briqadası yeni sahəni usta Qurban

114

------------------------------------------Neft Daşları-------------------------------------------
Abbasovun qazımaçılarına təhvil verdi Ömrünün sonunadək X.B. Baqramov Neft Daşlarında mühüm sahələrdən biri sayılan tikinti-quraşdırma idarəsinə rəhbərlik etmişdir.

115
------------------------------------------Neft Daşları-------------------------------------------


www.socar.az SAYTINDAN XƏBƏRLƏR



5 Noyabr 2009, 15:11    Azərbaycan Prezidenti "Neft Daşları" yatağının 60 illik yubileyi münasibətilə keçirilən təbirlərdə iştirak edib.




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cümə axşamı "Neft Daşları" yatağının 60 illik yubileyi münasibətiləkeçirilən təntənəli tədbirlərdə iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident İlham Əliyev əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstəsi qoyub, ulu öndər Heydər Əliyevin muzeyi ilə tanış olub.

Azərbaycan Prezidenti İlham Əliyev neftçilərin istirahət parkının və qaz-kompressor stansiyasının açılışında iştirak edib.

Dövlət başçısı dəniz neftçilərini yubiley münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb, təltif olunan neftçilərə orden və medallar təqdim edib.

Trend

116


------------------------------------------Neft Daşları-------------------------------------------

Əfsanəvi Neft Daşlarının 60 illik yubileyinə həsr olunmuş təntənəli mərasim

Əfsanəvi Neft Daşlarının 60 illik yubileyi münasibətilə noyabrın 5-də dünyanın səkkizinci möcüzəsi adlandırılan dəniz şəhərində təntənəli mərasim keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təntənəli mərasimdə iştirak etmək üçün Neft Daşlarına gəldi.

Dövlətimizin başçısını dəniz neftçiləri hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstəsi qoydu.

Dövlətimizin başçısı Neft Daşlarında neftçilərin mədəniyyət və istirahət parkı ilə tanış oldu. Müasir tələblər səviyyəsində qurulan parkda neftçilərin istirahəti üçün bütün infrastruktur yaradılmış, yaşıllaşdırma işləri aparılmış, ərazinin landşaftında yeni dekorativ bitkilərdən istifadə olunmuşdur. Parkda 45 metr hündürlüyündə Dövlət bayrağı ucaldılmışdır.

Prezident İlham Əliyev Heydər Əliyev muzeyinin açılışında iştirak etdi.

Dövlətimizin başçısına məlumat verildi ki, muzey ulu öndərin ictimai-siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlarla zəngindir. Burada ümummilli liderin büstü qoyulmuş, onun neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən çoxsaylı tarixi fotolar, ulu öndərin dövlətçilik fəaliyyətinə həsr olunmuş kitablar saxlanılır. Muzeydə ulu öndər Heydər Əliyevin neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini əks etdirən eksponatlara da geniş yer ayrılmışdır. Muzeyin ən müasir avadanlıqla təmin olunmuş konfrans zalında dahi rəhbərin irsinin öyrənilməsi ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyev muzeyin Xatirə kitabına ürək sözlərini yazdı.



117

------------------------------------------Neft Daşları-------------------------------------------

ARDNŞ prezidenti Neft Daşlarına səfər etmişdir

[05.10.2009]
Oktyabrın 5-də ARDNŞ prezidenti Rövnəq Abdullayev başda olmaqla Şirkətin və onun struktur bölmələrinin rəhbərləri Neft Daşlarında olmuşlar. R. Abdullayev və onu müşayiət edən şəxslər ilk öncə Neft Daşlarındakı sıxıcı kompressor stansiyasının (SKS) genişləndirilməsi istiqamətində görülən işlərlə tanış olmaq üçün stansiyanın ərazisinə gəlmişlər. Burada ARDNŞ prezidentinə görülmüş işlər barədə məlumat verilmişdir. Sıxıcı kompressor stansiyasından Neft Daşlarının mərkəzindəki parka gələn R. Abdullayev yol boyu estakadalara, istehsal və sosial yönümlü obyektlərə baxış keçirmiş, şirkətin müvafiq idarələrinin rəhbərlərinə tapşırıqlar vermişdir. Parkın yenidənqurma layihəsi və burada görülmüş işlərlə tanış olduqdan sonra Rövnəq Abdullayev Neft Daşlarındakı mədəniyyət evində aparılan əsaslı təmirlə maraqlanmışdır. Şirkət prezidenti yeni tikilmiş idman zalında və çay evində həyata keçirilən son tamamlama işləri ilə bağlı öz tövsiyyə və göstərişlərini əlaqədar təşkilatların rəhbərlərinə çatdırmışdır. Görülən işlərin nəticələrindən razı qaldığını söyləyən ARDNŞ prezidenti Neft Daşlarının hələ bundan sonra uzun illər Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirmiş, bunun üçün hazırlanmış xüsusi proqramda göstərilən vəzifələrin vaxtında yerinə yetirilməsi zərurətini vurğulamışdır. O, həmçinin Neft Daşlarının 60 illik yubileyinin təntənə ilə qeyd olunacağını söyləmiş, bu məqsədlə yubiley komissiyasının yaradıldığını və geniş tədbirlər planı hazırlandığını qeyd etmişdir. Sonda ARDNŞ prezidenti şirkətin müvafiq strukturlarının rəhbərlərinə qarşıda duran işlərlə bağlı konkret tapşırıqlar vermişdir. Səfər zamanı Rövnəq Abdullayevi ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Ekologiya üzrə vitse-prezident Muxtar Babayev, Sosial məsələlər üzrə vitse-prezident Qorxmaz Hüseynov, Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezident Xalik
118

------------------------------------------Neft Daşları-------------------------------------------
Məmmədov, ARDNŞ Baş ofisinin idarə rəhbərləri, Ağasəf Əliyev, Rəhman Qurbanov, Mehman Əkbərov, “Azneft” İstehsalat Birliyinin baş direktoru Səbuhi Məmmədov və başqaları müşayiət etmişlər.
Neft Daşları DQİİ

Neft Daşları DQİİ hal-hazırda dörd yataqda - Neft Daşları, Palçıq Pilpiləsi, Gürgan dəniz və Pirallahı şimal qırışığı sahələrində qazma işləri aparır. Bunlardan ən perspektivlisi Neft Daşları yatağıdır. Neft Daşları haqda ilk məlumat 1863-cü ildə Q.V.Abix tərəfindən verilmiş, 1945-ci ildə isə Ağaqurban Əliyevin başçılığı ilə ekspedisiya Neft Daşlarının tədqiqinə başlamış və bu 1948-ci ilə kimi davam etdirilmişdir. Neft Daşları yatağı Xəzər dənizinin Abşeron arxipelaqının şimal-qərb cənub-qərb istiqamətində uzanan asimmetrik braxiantiknal qırışıqlığa aid olub, çoxlu sayda eninə və uzununa qırılmalarla mürəkkəbləşmişdir. Böyük tektonik qırılmalara əsasən Neft Daşları yatağını 5 tektonik bloka ayırırlar: I, II, III, IV, V. Sənaye əhəmiyyətli neft məhsuldar qat çöküntüləri ilə bağlıdır. Əsas məhsuldar horizontlar QaLD, QD, FLD, QÜQ, Balaxanı lay dəstəsinin V, VI, VII, VIII, IX, X horizontlarıdır. Yatağın yerləşdiyi sahədə dənizin dərinliyi 60 m-ə qədər çatır. Palçıq Pilpiləsi yatağı Xəzər dənizinin Abşeron arxipelaqında Bakı şəhərindən 110 km şərqdə və 50 km Artyom adasından Cənubi-şərqdə yerləşir. Yatağın yerləşdiyi sahədə dənizin dərinliyi 10 m-dən 25 m-ə qədər dəyişir. Yataq braxiantiknal qırışıqlığa aid olub, çoxlu sayda eninə və uzununa qırılmalarla mürəkkəbləşmişdir. Qirməki lay dəstinin tavanına görə yatağın uzunluğu 9 km, eni isə 3 km-dir. 1949-cu ilin aprelində ilk dəfə V.M.Roşinin rəhbərliyi ilə dənizdə qazma vışkası quraşdırılmışdır. Damba KQİ-nin rəisi Nəsurulla Babayevin əmri ilə ilk qazma briqadası təşkil olunmuş və onun ustası M.P.Kaveroçkin təyin edilmişdir. 1949-cu ilin iyunun 24-də kəşfiyyat quyusunun qazılmasına başlanmışdır. Neft

119


------------------------------------------Neft Daşları-------------------------------------------
Daşları yatağında ilk quyu 7 noyabr 1949-cu ildə 100t/sut debit, 6mm-lik ştutser ilə istismara verilmiş və 1950-ci ildə yatağın işlənməsinə başlanılmışdır. 1951-ci ildə bu yataqdan çıxarılmış neftlə yüklənmiş ilk tanker sahilə göndərilmişdir. Yataqdakı quyuların dərinliyi 550-2800 metr arasında dəyişir. Neft Daşları DQİİ Neft Daşları və Palçıq Pilpiləsi-ndən başqa Xəzər dənizini akvatoriyasında 5 müxtəlif yataqlarda: Çilov adası, Həzi Aslanov, Mezazoy, Cənub Bankası, Günəşli sahələrində 74 kəşfiyyat-axtarış və istismar quyuları qazmışdır. Avropada vaxtı ilə ən böyük inhiraflı (2400 metr) quyu - 1531 saylı 3170 metr dərinlikli quyu 1969-cu ildə bu idarə tərəfindən qazılmışdır. 1949-cu ildən bu günə qədər DQİİ 2070-dən çox neft quyusu qazmış, 2000-dən artıq quyu istismara təhvil vermişdir. İdarə öz fəaliyyəti dövründə 3060000 metrdən artıq qazma işi görmüşdür. Neft Daşları DQİİ 1954-cü ildən Gürganneft Qazma Kontoru, 1971-ci ildən Sov.İKP-nin XXII-ci qurultayı adına İB-nin tərkibində Neft Daşları DQİİ, 1988-ci ildən Neft Daşları DQİİ adı altında fəaliyyət göstərmişdir. ARDNŞ-in 12 mart 2007-ci il tarixli 51 nömrəli əmri ilə Azneft İstehsalat Birliyinin strukturuna daxil olan Neft Daşları Dəniz Qazma İşləri İdarəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1 və 55.2 maddələrinə uyğun olaraq yenidən təşkil edilərək Kompleks qazma işləri” trestinin tabeliyinə verilmişdir. İdarənin fəaliyyəti dövründə üç nəfər işçisi-Kaveroçkin Mixail Petroviç, Abbasov Qurban Abas oğlu və Hüseynov İsrafil Sami oğlu SSRİ dövlətinin ən yüksək mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşlər.
Neft Daşlarında yeni quyu qazılır

[03.12.2009]
Kompleks Qazma İşləri Trestinin Bayıl Limanı Dəniz Qazma İşləri İdarəsi Neft Daşları yatağındakı 1887 nömrəli platformadan yeni quyunun qazmasına başlayıb. Qiməki Üstü Qumlu Lay Dəstəsinə qazılan 1617 nömrəli həmin quyunun

120


------------------------------------------Neft Daşları-------------------------------------------
layihə dərinliyi 2420 metrdir. Quyu Neft Daşları Neft və Qazçıxarma İdarəsi tərəfindən istismar olunacaq. Geoloqların hesablamalarına görə, quyudan sutkada təxminən 30 ton neft hasil ediləcək.
Neft Daşlarının enerji sistemi yeniləşdirilir

[04.11.2009]
Neft Daşlarında hasilata başlanılmasının 60 illiyi ilə əlaqədar, Azneft İB-nin energetikləri açıq dənizdə salınmış bu əfsanəvi mədən şəhərində enerji təsərrüfatının bərpası və yenilənməsi istiqamətində geniş miqyaslı işlər həyata keçirirlər. Polad dirəklər üzərindəki estakadalarda - əsas meydançada, eyni vaxtda 3 min nəfərdən çox növbə əməkçisinin məskunlaşmasına imkan verən, beynəlxalq standartlara uyğun yeni təmir olunmuş 7 yataqxana korpusunda, idman meydançalarında, mədəniyyət sarayında, kitabxanada, H.Əliyev adına parkda yeni dizaynlı müasir işıqlandırma qurğuları, projektorlar, müxtəlif işıqlandırma cihazları quraşdırılmışdır. Buradakı rezervuar parkının, yanalma körpüsünün, vertolyot meydançasının və estakada yollarının lazımi səviyyədə işıqlandırılması ölkənin iki ən iri dəniz neftqazçıxarma idarəsinin Neft Daşları və 28 May NQÇİ-nin enerji tələbatını tam həcmdə ödəyən 48 MVt gücündə olan Qaz - Turbin Elektrik Stansiyasının istehsal etdiyi enerji hesabına həyata keçirilir. Stansiya 1986-cı ildən istismar olunur. Onun üstün cəhəti əvvəllər atmosferə atılan qazlardan yanacaq kimi istifadə etməklə elektrik enerjisi almaq, iş və yaşayış sahələrini istiliklə təmin etməkdən ibarətdir. Hazırda 85 nəfər işçisi olan Stansiyada ildə orta hesabla 90 milyon kVt/saat elektrik və 10 min Qkal istilik enerjisi istehsal edilir ki, buna da təxminən 48 milyon kubmetr qaz sərf olunur. Son vaxtlar 28 May NQÇİ-nin bütün özülləri Stansiyada istehsal olunan enerji ilə təchiz olunduğundan burada ümumi yük 11,5-12,5 MVt-a qalxmışdır. O da qeyd olunmalıdır ki, Stansiyada işləyən qaz-turbin mühərrikləri və generatorların bir çoxu fiziki və mənəvi cəhətdən artıq köhnəlmişdir.

121


------------------------------------------Neft Daşları-------------------------------------------
Dənizdəki hasilat obyektlərinin elektrik enerjisinə olan tələbatın artmasını və elektrik enerjisi ilə təminatın dayanıqlı olmasını təmin etmək üçün hazırda Neft Daşlarında yeni Qaz Turbin Elektrik Stansiyasının tikintisi nəzərdə tutulub. Bu məqsədlə layihə - smeta sənədləri hazırlanır, texniki məsələlər həll edilir. ARDNŞ-nin qaz hasilatının yüksəldilməsinə yönəldilmiş xüsusi «Qaz Proqramı»nın bu ilki buraxılış obyektlərindən olan 2 nömrəli Sıxıcı Kompressor Stansiyasının (SKS-2) genişləndirilməsi layihəsi çərçivəsində energetiklərin apardığı işlər isə artıq öz bəhrəsini vermişdir. də böyük iş aparmışlar. Stansiyada Qaz-turbin aqreqatlarının ümumi sayı 16-ya, SKS-in istehsal gücü isə sutkada 7,5 milyon kubmetrdən 11 milyon kubmetrə çatdırılmışdır. Yeni yaradılmış güclərin işini təmin etmək üçün xaricdən alınan 2 ədəd 1600 KVt gücündə transformator məntəqəsi quraşdırılmış, ümumu uzunluğu 10 kilometr olan 2 yeni kabel xətti çəkilmişdir. Həmçinin Neft Daşları NQÇİ-nin istismar etdiyi Palçıq Pilpiləsi yatağına dənizin dibi ilə 11 kilometr uzunluğunda Finlandiya istehsalı olan yüksək keyfiyyətli sualtı kabel çəkilmişdir. Hazırda həmin yatağın 10 neftçıxarma özülündə müasir paylayıcı qurğuların quraşdırılması işi davam etdirilir. Energetiklər ekoloji proqramların həyata keçirilməsində də fəallıq göstərirlər. Belə ki, bu ildən NQÇİ-də əvvəllər havaya buraxılan aşağı təzyiqli qazların yığılması və sıxılaraq sahilə ötürülməsi problemi həll edilmişdir. Artıq 30 stasionar özüldə yığılan qazların tam həcmdə sıxılması və lazımi istiqamətlərə yönəldilməsi üçün nəzərdə tutulan kompressor maşınları quraşdırılmışdır. Bu maşınların hər biri energetiklər tərəfindən enerji mənbəyinə və paylayıcı qurğuya qoşulan 75 kilovatlıq mühərriklə təchiz edilmişdir.
Neft Daşlarında qazmadan yüksək debitli quyu istismara verilib

[21.10.2009]
Neft Daşları NQÇİ-də yeni 2284 saylı quyu istismara qəbul olunub. Quyu 2548 metr dərinlikdən sutkada fontan üsulu ilə 55 ton yüksək keyfiyyətli neft verir.

122


------------------------------------------Neft Daşları-------------------------------------------
Ehtiyatda daha bir neçə məhsuldar horizont vardır. Bu quyu geoloq və qazmaçıların əfsanəvi Neft Daşlarının 60 illik yubileyinə daha bir töhfəsidir. Müşahidə olunan yüksək debit bu yatağın hələ çox zəngin ehtiyatların olduğunu göstərir. Neft Daşları bu gün uzunmüddətli istismardan sonra ikinci gənclik dövrünü yaşayır. Son hesablamalara görə, bu yataqda və ona bitişik olan perspektivli Palçıq pilpiləsi yatağında çıxarıla bilən qalıq neft ehtiyatları 30 milyon ton təşkil edir. Bu isə beynəlxalq normalara əsasən, yeni yatağa bərabərdir. Rəqəmlər sübut edir ki, bundan sonra hələ uzun illər Neft Daşlarında neft hasil olunacaqdır. Yeni quyu ARDNŞ-nin Kompleks Qazma İşləri Tresti tərəfindən 2006-cı ildə istismara buraxılmış 1887 saylı iri 5 bloklu platformadan qazılmışdır. Onu da qeyd etmək lazımdır ki, quyunun qazıldığı 5-ci blokda əvvəllər neft çıxarılmayıb. Artıq xəbər verildiyi kimi, 1887 saylı platforma 36 quyunun qazılması üçün nəzərdə tutulub. Geoloqların proqnozuna əsasən, bu quyulardan hər birindən sutkada orta hesabla 30 ton olmaqla, ümumilikdə 1000 tondan çox neft hasil etmək mümkün olacaqdır. Ötən 3 ildə platformadan artıq 20 quyu qazılmışdır. Hazırda onlardan 16-sı müvəffəqiyyətlə istismar olunur, 1 quyu isə mənimsəmədədir. Qalan 3 quyuda təmir işlərinə ehtiyac yaranmışdır. Fəaliyyət göstərən 16 quyu sutkada 500 tona yaxın neft verir. Platformada uzunmüddətli hasilatla bağlı ümidlər özünü doğruldur. Hazırda burada Kompleks Qazma İşləri Trestinin Bayıl Limanı Dəniz Kəşfiyyat Qazma İdarəsi tərəfindən eyni vaxtda iki dəzgahla qazma işləri aparılır. Bu il qazmaçılar qarşısında bu platformada gündəlik neft hasilatını 550 tona çatdırmaq məqsədi ilə 6 yeni quyunun istismara verilməsi vəzifəsi qoyulmuşdu. Artıq 4 quyu sifarişçiyə təhvil verilib. 5-ci quyuda qazma işləri başa çatmaq üzrədir. Yaxın günlərdə, bu il istifadəyə verilməsi nəzərdə tutulan 6-cı quyunun qazılmasına başlanacaq. Neft Daşlarındakı digər meydançalarda da qazma işlərinin həcmi artırılmışdır. Son iki ildə burada ümumilikdə 36 quyunun qazılması üçün nəzərdə tutulan 3 yeni platforma istismara verilmişdir. Yubiley ərəfəsində 4-cü platformanın da inşasına başlanmışdır. NQÇİ bu il fəaliyyətdə olan quyu fonduna

123

1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə