Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi C. Cabbarlı adına Respublika Gənclər kitabxanası Neft Daşları Biblioqrafik vəsait




Yüklə 0.98 Mb.
səhifə7/13
tarix22.02.2016
ölçüsü0.98 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   13

* 2003-2004-cü illərdə Damba vertalyot meydançası istifadəyə verilmiş, yeni parklar, o cümlədən ümummilli liderimiz Heydər Əliyevin 80 illik yubileyi ərəfəsində yeni istirahət parkı salınmış, Heydər Əliyevin büstü, “Şəhidlər guşəsi” açılmış, neftçilərin ölməz ruhuna ehtiram əlaməti olaraq “Əbədi məşəl” alovlandırılmış, əvvəllər su basmış ərazilər xeyli abadlaşdırılmışdır.

* 1975-ci ilin iyun ayının 17-də respublikanın rəhbəri Heydər Əliyevin şəxsən iştirakı ilə Neft Daşlarının 25 illik yubileyi Neft Daşlarında və Bakı şəhərində dövlət səviyyəsində böyük təntənə ilə qeyd edilmişdir.

* 1999-cu il noyabr ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin sərəncamına əsasən Neft Daşlarının 50 illik yubileyi böyük təntənə ilə qeyd edilmişdir.
98

------------------------------------------Neft Daşları-------------------------------------------
* 2004-cü ildə Neft Daşlarının 55 illiyi keçirilmişdir.

* 2009-cu il noyabrın 5-də Neft Daşlarının 60 illiyi keçirilmişdir.

99

------------------------------------------Neft Daşları-------------------------------------------


Neft Daşlarında misilsiz xidmətləri olan neftçilər

Mixail Pavloviç Kaveroçkin (1904-1957)

Sosialist Əməyi Qəhrəmanı, Dövlət Mükafatı Laureatı Mixail Pavloviç Kaveroçkin əmək fəaliyyətinə qazıma briqadasında fəhlə kimi başlamış, tezliklə vışkaçı, qazmaçı köməkçisi, qazmaçı olmuşdur. Dəniz neft yataqlarının perspektivliyini nəzərə alaraq DMK-nin yeni qərarına uyğun olaraq 1947-ci ildə Bakıda Dəniz Qazıma Tresti yaradıldı. Bu trestin Buzovnada yenidən yaradılmış kontoruna daxil olan ilk qazma ustalarından biri 1945-ci ildə ordudan mürəxxəs olunan M.P. Kaveroçkin olmuşdur. Mərdəkan-dənizdə 3 №-li quyunun qazılması ona həvalə edildi. Mərdəkan neft sahəsində quyunun qazılmasını başa çatdırdıqdan sonra 1946-cı ildə Gürgən-dəniz sahəsinin kəşfiyyatına başlayan briqada burada 1946-1949-cu illər ərzində bir neçə neft quyusunun qazılmasını başa çatdırdı. Gürgən-dəniz sahəsində əldə olunmuş uğurlar dəniz kəşfiyyatçılarını sonrakı axtarışlara həvəsləndirdi. Onlar ardıcıl olaraq Çilov adasında, Qriqorenko Daşlarında, Qarabatdaq Daşı adasında, o cümlədən Darvin b., Andryevskidə, (şimali Artyom adası) axtarışlar apardılar. Kəşfiyyatın dəniz sahələrinin bir sırasında aparılmasına baxmayaraq, geoloqların diqqətini daha çox Cənub-Şərqi Çilov adasının 22 km yerləşən, sualtı qaya silsilələri ilə əhatə olunmuş kiçik ada - Neft Daşları cəlb edirdi. Geoloqların əldə etdikləri nəticələr o qədər səmərəli və inandırıcı idi ki, artıq 1948-ci ildə dərin kəşfiyyat quyusunun əsasının qoyulmasının zəruriliyi haqda məsələ qaldırıldı. 1948ci ilin dekabrında yeni sahələrin hazırlanma kontorunun direktoru B.M. Poşinin rəhbərliyi ilə adaya inşaatçıların briqadası gəldi və qazma üçün bütün tikinti işlərini vaxtından əvvəl başa çatdırdılar. Artıq qazıma işlərinə başlamaq olardı, lakin qazıma kontorunun və dəniz qazma trestinin rəhbərliyi gözlənilmədən yeni çətinluklərlə üzləşdi. Çətin hidrometeoroloji şərait, adanın materikdən çox uzaqda yerləşməsi, buruğun və briqadanın lazımi

100

------------------------------------------Neft Daşları-------------------------------------------
avadanlıqlarla, materiallarla, su və ərzaq məhsulları ilə təchiz olunmasında meydana çıxacaq çətinliklər və əlbəttə ki, aşağı əmək haqqı qazımaçıları qorxudurdu. Dənizi sonsuz məhəbbətlə sevən, qazma texnologiyasına yaxşı bələd olan, Kaveroçkin briqadanın üzvləri ilə asanlıqla ümumi dil tapırdı. Şərait çətinləşdikcə, onun da işə marağı bir o qədər artırdı. Elə bunun nəticəsi idi ki, M. Kaveroçkinin Neft Daşlarına birinci kəşfiyyat quyusuna usta təyin olunması haqda əmr verildi. 1949-cu ilin ilk günlərində tanınmış usta Kaveroçkinin briqadası adaya yaxınlaşdı və qayalar evdə məskunlaşdı. Ağır, gərgin əməklə dolu bir neçə ay keçdi. Quyunun qazılması başa çatmaq üzrə idi. Quyunun dibindən götürülmüş süxur nümunələri briqadanı, geoloqları və bütün dəniz kəşfiyyatçılarını sevindirdi. Balta dərinə getdikçə quyudan götürülən süxurlar bir o qədər neftlə zəngin olurdu. Yeni kəşfiyyat quyularının planı hazırlanır, bu zəngin sahənin işlənmə planı qurulurdu. Gərgin əmək, böyük iradə qüvvəsi hesabına başa gələn qələbə axır ki əldə olundu. 1 quyu güclü neft fontanı vurdu. Ilk quyunun qazılmasından 8 il sonra 1957-ci ilin yaddaşlara həkk olunan qışına qədər briqada çoxlu kəşfiyyat quyusu qazmışdır. 1957-ci il noyabrın 22-də fırtınalı gecədə güclü dalğalara tab gətirməyərək dağılan dəniz özülü özünün nəhəng metal hissələri altında növbədə olan Kaveroçkinin briqadasını - Süleyman Bağırovu, Nikolay Duplixini, İbrahim Sadıqovu, Məmməd Muradovu, Bala Mirzəyevi və başqalarını əbədi sükuta qərq etdi. O vaxt Mixail Pavloviç Kaveroçkinin 53 yaşı vardı.


Yusif Əliqulu oğlu Səfərov (1907-1963)

1945-ci qələbə ilindən sonra Azərbaycan neft istehsalının inkişafı texniki elmlər namizədi, Dövlət mükafatı laureatı, 38 yaşlı Yusif Əliqulu oğlu Səfərovun adı ilə bağlıdır. SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə Xəzərdə kəşfiyyat-qazma işlərinin genişləndirilməsi məqsədilə Bakıda dəniz qazması üzrə xüsusi trest yaradılır ki, bu trestə də rəhbərlik etmək Y. Ə. Səfərova tapşırılır. Xəzərdə dəniz

101

------------------------------------------Neft Daşları-------------------------------------------
qazımasının ilk illərində qazıma kontorunun direktoru, dəniz qazıma trestinin baş mühəndisi və rəisi, ''Azərdənizneft'' birliyinin rəis müavini vəzifələrində çalışaraq Səfərov Neft Daşları neftqaz kəşf edilməsi və işlənməsinin pioneri olmuşdur. 1944-cü ildə o ''Dənizdə dərin qazıma'' mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə edib. 1946-cı ildə dəniz qazılması üçün stasionar özüllərə və 1951-ci ildə dəniz neft yataqlarının kəşfinə və mənimsənilməsinə ğörə Y.Ə. Səfərov SSRİ Dövlət mükafatları ilə təltif olunmuşdur.

Süleyman Azad oğlu Vəzirov (Azərbaycan neft sənayesinin ilk naziri) (1910-1973)

Ölkənin qocaman neftçisi, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Əməkdar elm və texnika xadimi. SSRİ Dövlət mükafatı laureatı Süleyman Azad oğlu Vəzirov 1928-ci ildə Azərbaycan Politexnik institutuna dağ-mədən fakultəsinə daxil olmuşdur. Onun bu ixtisası seçməsinə ''Azneft'' birliyinin baş mühəndisi Fətullabəy Rüstəmbəyovun böyük təsiri olmuşdur. 1932-ci ildə institutu bitirdikdən sonra S.A. Vəzirov ''Artyom'' adasına göndərilmiş, burada o, əvvəl istismar üzrə mühəndis, daha sonra iriləşdirilmiş grupun müdiri işləmişdir. 1935-1937-ci illərdə ''Molotovneft'' trestində mədən müdirinin müavini, 1937-1940-cı illərdə ''Kaganoviçneft'' trestinin baş mühəndisi vəzifəsində çalışmışdır. Özünə və tabeliyində olanlara qarşı tələbkarlıq, əməksevərlik, insanlarla iş görmək qabiliyyəti onun 1940-cı ildə o vaxt bütün geoloji kəşfiyyat işləri, gazıma, neftçıxarma və emal, habelə iri tikinti təşkilatlarını özündə birləşdirən ''Azneftkombinat''a baş mühəndis vəzifəsinə irəli çəkilməsinə səbəb olmuşdur. O zaman çıxarılan bütün neftin və hasil olunan neft məhsullarının verən neft kombinatının texniki rəhbəri olmaqla S.A. Vəzirov öz biliyini, enerjisini və təcrübəsini Azərbaycan neft sənayesinin daha da inkişafına, neft elmi və nailiyyətlərinin, əməyin və istehsalatın yeni formalarının istehsalata tətbiq edilməsinə yönəldirdi. O, 1948-1949-cu illərdə SSRİ Neft sənayesi nazirliyində texniki idarənin rəis müavini vəzifəsində çalışmışdır. Müharibə illərində

102

------------------------------------------Neft Daşları-------------------------------------------
Azərbaycanda neft cıxarılması əhəmiyyətli dərəcədə aşağı düşdüyündən, kaşfiyyat qazımalarının həcmi azaldığından neft hasilatının səviyyəsini yüksəltmək zəruri idi. Respublika hökümətini zəmanəti ilə SSRİ Nazirlər Soveti 1954-cü ildə Azərbaycan SSR Neft sənayesi nazirliyi yaratdı. Neft naziri S.A. Vəzirov təyin edildi. Görülmüş tədbirlər sayasində Qaradağ, Kürovdağ, Mişovdağ, Zirə, Qalmaz, Qum Adası, Palçıq təpəsi neft və qaz kondensat yataqları aşkar edildi, Neft Daşları yatağı əhəmiyyətli dərəcədə genişləndirildi. Quruda və dənizdə kəşfiyyat işlərinin həcmi artırıldı. S.A. Vəzirov geniş dünyagörüşə və ensiklopedik birliyə malik idi. 1958-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədri vəzifəsinə irəli çəkilmiş, 1959-cu ildə Azərbaycan SSR Xalq təsərrüfatı Şurasının sədri olarkən o respublika sənayesinə rəhbərlik etmiş, sənaye istehsalı həcminin artması kömək etmişdir. S.A. Vəzirovun xidmətləri hökümət tərəfindən də yüksək qiymətləndirmişdir. O, 5 dəfə Lenin, 6 dəfə Qırmızı Əmək Bayrağı ordeni və bir çox medallarla təltif olunmuşdur.

Ağa Qurban oğlu Əliyev (1911-1997)

Görkəmli neftçi-geoloq, bacarıqlı istehsalat təşkilatçısı. Respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Fəxri neftçisi, SSRİ dövlət mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor Ağa Qurban oğlu Əliyev 1936-cı ildə Azərbaycan Sənaye institutunu bitirmiş, neft və qaz yataqları geologiyası və kəşfiyyatı üzrə mühəndis-geoloq ixtisasına yiyələnmişdir. Gənc geoloqun təyinatı Suraxanı rayonundakı ''Kaqanoviç'' NMİ-yə verilmiş və tezliklə baş geoloq vəzifəsinə təyin olunmuşdur. Az müddətdə böyük bacarığa, güclü daxili enerjiyə malik olan Ağa Qurban oğlu Əliyev özünün təşəbbüskarlığı ilə hər yerdə tanınmağa başlanmışdır. 1945-ci ildə dəniz kəşfiyyatının xüsusi tresti yaradılarkən dənizdə geoloji kəşfiyat işlərinə rəhbərlik Ağa Qurban oğlu Əliyevə tapşırılmışdır. Geologiya-mineralogiya elmləri doktoru və Azərbaycan Respublikasının əməkdar

103

------------------------------------------Neft Daşları-------------------------------------------
mühəndisi olan A.Q. Əliyev apardığı geoloji tədqiqatlar nəticəsində Abşeron və Bakı arxipelaqları sahəsində neft və qaz yataqlarının proqnozunu vermiş və geoloji axtarış və kəşfiyyat işlərinin harada aparılmasını əsaslandırmışdır. Əfsanəvi Neft Daşlarının kəşfçisi Ağa Qurban oğlu Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə Xəzər dənizində bir sıra neft və qaz yataqları aşkar edilmişdir ki, bunlardan ''Neft Daşları'', ''Gürgən-dəniz'', ''Qum adası'', ''Bahar'' və başqalarını göstərmək olar. Küryanı vilayətdə isə ''Kürovdağ'', ''Mişovdağ'', ''Qalmas'', ''Qarabağlı'', ''Kürsəngə'', ''Kəlaməddin'' və Abşeron yarımadasında ''Şabandaq'', ''Qaradaq'', ''Qaraçuxur'' neft və qaz yataqları kimi 20-yə yaxın-zəngin neft və qaz yataqları açılmışdır. ''Neft Daşları''nın kəşfindən sonra bu böyük antiklinal xəttin üstündəki Neft Daşlarının ardınca ''Günəşli'', ''Çıraq'', ''Azəri'', ''Kəpəz'' kimi böyük ehtiyata malik neft yataqları aşkar olunmuşdur. Ağa Qurban oğlu Əliyev həqiqətən böyük müəllimdir və heç vaxt neft geologiyası sahəsində təkcə tədqiqatlar aparmaqla kifayətlənməmişdir. O, istehsalatda rəhbər vəzifədə çalışmaqla bərabər həm də neftçi mütəxəssislərin hazırlanmasına qayğı göstərmişdir. Indiki Neft Akademiyasında düz 20 il pedaqoji fəaliyyətlə məşğul olması neftimizin sabahını düşünməyin məsuliyyətindən irəli gəlmişdir. 1966-cı ildə professor A.Q. Əliyev Azərbaycan Dövlət Neft Sənaye Elmi Tədqiqat Layihə İnstitutuna baş geoloq-direktorun elmi işlər üzrə müavini vəzifəsinə təyin olunmuşdur. O zamanlar bu institut böyük nüfuza malik idi və onun direktoru akademik Ə.Ə. Əlizadə idi. Bu iki alimin rəhbərliyi altında neft yataqlarının kəşfiyyatı və işlənməsi üzrə böyük elmi əhəmiyyət kəsb edən bir sıra tədqiqat işləri aparılmışdır. A. Əliyevin şəxsən özünün neft və qaz yataqlarında flüidlərin yerləşmə qanuna uyğunluqlarına həsr etdiyi tədqiqatlar həm nəzəri, həm də təcrübə baxımdan görkəmli neft alimlərinin böyük marağına səbəb olmuşdur. Ağa Qurban müəllimin 150-dən çox elmi əsəri və 3 monoqrafiyası çap olunmuşdur. Görkəmli alimin səyi, bacarığı və böyük xidmətləri nəticəsində çoxlu gənc elmi kadrlar hazırlanmışdır. Onun rəhbərliyi altında 15 nəfər geologiya-mineralogiya elmləri üzrə namizədlik

104


------------------------------------------Neft Daşları-------------------------------------------
dissertasiyası müdafiə etmişlər. Zəngin istehsalat təcrübəsi, təşkilatçılıq bacarığı, elmi pedoqoji fəaliyyəti, geniş dünyagörüşü professor A.Q. Əliyevi böyük alimlərin və geoloqların sırasına çıxartmışdır. Alimin neft və qaz geologiyası sahəsində çox şaxəli elmi xidmətləri, habelə hərtərəfli içtimai fəaliyyəti iki Qırmızı Əmək Bayrağı, ''Şərəf Nişanı'' ordenləri ilə, SSRİ Dövlət Mükafatı laureatı və dörd Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə yüksək qiymətləndirilmişdir. A.Q. Əliyev iki çağrış Azərbaycan SSR Ali Sovetinin həm də Rəyasət heyətinin üzvü olmuşdur. S. Orucov, Y. Səfərov və başqaları ilə birgə Neft Daşlarına gələn ''desant''lardan olan Ağa Qurban oğlu Əliyev ömrünün 60 ildən çoxunu neft və qaz yataqlarının kəşfinə və səmərəli işlənməsinə sərf etmişdir ki, bu da gözəl insanın, peşəkar bir neftçinin, öz sənətini sevməsinin və ondan zövq almasının parlaq bir nümunəsidir.

Baba Qurbanqulu oğlu Babazadə (1911-1962)

Görkəmli geoloq-neftçi, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR EA müxbir-üzvü Babazadə Baba Qurbanqulu oğlu, 1929-cu ildə Sənaye texnikumunu, 1934-cü ildə Azərbaycan Sənaye institutunu bitirərək geoloji-kəşfiyyat ixtisası üzrə dağ mühəndisi adı almışdır. ''Əzizbəyovneft'' neftçıxarma trestinin perspektivli yaradıldığı Qala kəşfiyyat meydançasında istehsalat məktəbi keçərək gənc mühəndis tezliklə böyük mütəxəssisə, neft işinin rəhbərinə çevrilmişdir. 1945-ci ildə B.Q. Babazadə ''Azneft'' birliyinin baş geoloqunun müavini, 1948-ci ildə isə baş geoloqu təyin edilir, daha sonra ''Azərneftkəşfiyyat'' birliyinə baş geoloq, Azərbaycan neft sənayesi nazirliyinin baş geoloqu vəzifəsində çalışmışdır. B.Q. Babazadənin adı ilə Azərbaycan neft tarixinin Buzovna-Məştağa, Zirə, Qaradağ, Əmirxanlı-Zığlı, Mişovdağ, Qalmaz yataqlarının, Neft Daşlarının şimal qanadının, Qum adası, Cənub və s. Kəşfi sıx bağlıdır. O, Sovetlər İttifaqının ilk neftçiləri içərisində Lenin ordeni

105
------------------------------------------Neft Daşları-------------------------------------------
və ''Oraq və Çəkiç'' qızıl medalı, üç dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmiş, ona Dövlət mükafatı laureatı adı verilmişdir.

Bəxtiyar Məmməd Rza oğlu Məmmədov (1925-1989)

Uşaqlıqdan zəhmətə öyrənmiş fəhlə oğlu Azərbaycan Sənaye İnstitutun neft mədən fakultəsində oxumaqla yanaşı vışkalar yanında ağır növbələrdə işləmişdir. Mədən şəraiti və neft hasilatı problemlərini yaxşı bilən tələbə kimi müəllimləri heyran edirdi. Bir fəhlə kimi nəzərriyyəni təcrübədə müvəffəqiyyətlə tətbiq edirdi. Qaraçuxurda istismarçılar briqadasında operator kimi işə başlamış, tezliklə usta köməkçisi olmuşdur. Institutu qurtarandan sonra Qaraçuxurdakı sahə ona etibar olunaraq hasilat üzrə briqadaya usta təyin edildi. Qısa müddət ərzində gənc mühəndis Bəxtiyar ''Umbakı''mədəninə rəis vəzifəsinə irəli çəkildi. Bu mədəndə o, ümidləri doğrultdu. Lakin Bəxtiyar Məmmədov hiss edirdi ki, onun yeri dənizdəki neft mədənlərdir. Deyirlər, o şəxslərin arzusu həyata keçir ki, o öz əməyi və fikirləri ilə bu arzusunu qarşılayır. Məhz Bəxtiyar Məmmədova açıq dənizdə sürətlə böyüyən mədənə başçılıq etmək nəsib oldu. Xoşbəxt neftçinin yalnız 27 yaşı tamam olmuşdu. 30 yaşında Bəxtiyar dənizdə neft mədən idarəsinin rəisi, belə demək olarsa, ''Neft Daşlarının meri'' olmuşdur. Xəzərdə sənaye şəhəri meri'' olmuşdur. Xəzərdə sənaye şəhəri əfsanəvi şöhrət qazandı. Bu nəinki iri neft mərkəzi, həmçinin yaşayış kvartalları, elektrik stansiyası, yaşıl massivi, klub, yeməkxana, müxtəlif kommunal və məişət xidmətləri olan şəhərə çevrildi. Bəxtiyar Məmmədovun qalxdığı növbəti pillə ''Başdənizneft''-in rəisi, daha sonra Azərbaycan Neftçıxarma Sənayesi naziri olmuşdur. Mətbuatda onun Azərbaycanda ən cavan nazir olmasını sevinclə qeyd edirdilər. Xidməti irəliləmədə ən yüksək zirvəyə çatmış Bəxtiyar öz mənəvi keyfiyyətlərinə sadiq qalmışdır. Lovğalıq ondan uzaq olmuşdur. Həmişə insanlara yaxın olmuş, münasibətlərdə sadə olmuşdur. Məmmədov ciddi, fevqəladə vəziyyət

106

------------------------------------------Neft Daşları-------------------------------------------
yarananda fasiləsiz olaraq kəşfiyyatda və mədənlərdə olurdu. Bəxtiyar Məmmədov nazir postundan qədim, lakin artıq aparıcı olmayan Bibiheybət idarəsinin rəisi vəzifəsinə keçirilərkən o, belə yerdəyişməni özü üçün faciə kimi qəbul etmədi. Özünü bütünlüklə işə sərf edərək gücdən düşmüş laylardakı nəzərə alınmamış ehtiyatları axtarıb tapır, dayanmış quyuları bərpa edir, yeniliklər tətbiq edirdi. Bibiheybət buxtasının doldurulmasına qəhrəmancasına rəhbərlik etmiş insanın - Pavel Pototskinin qəbrini qaydaya saldırır, bu ərazini abadlaşdırır və sahildə yeni abidə qoymuşdur. Azərbaycanın bir neçə nəsli tərəfindən dünya şöhrəti qazanmış neft akademiyası yaradılmışdır. Bəxtiyar Məmmədov, Bəhmən Hacıyev, Qurban Abbasov kimi müharibədən sonrakı nəslin nümayəndəsi olaraq, şanlı həmkarlarından estafeti qəbul etmiş və onu daha da irəli aparmışdır. Bəxtiyar Məmmədova beynəlxalq səhnədə də fərqlənmək nəsib olmuşdur. Onun məsləhətləri, tövsiyyələri mütəxəssis kimi ezam olunduğu Albaniya, Almaniya, Kolumbiya, Venesuelada yararlı olmuşdur. B. Məmmədov 3 il milli neft korporasiyasının məsləhətçisi və kontraktın rəhbəri kimi Nigeriyada işləmişdir. Uzaq Afrika ölkəsində o, yerli neftçilər və sovet həmkarları ilə olduqca yaxın olmuş və onların hörmətini qazanmışdır. Vətən qarşısında böyük xidmətlərinə görə B. Məmmədov Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Dövlət Mükafatı Laureatı, Respublikanın ''Əməkdar mühəndisi'', ölkənin ''Fəxri neftçisi'' adlarına layiq görülmüş, Lenin, Qırmızı Əmək Bayrağı, Oktyabr İnqilabı ordenləri və medallarla təltif edilmişdir.

Yusif Xankişi oğlu Kərimov (1925-1995)

Yusif Xankişi oğlu Kərimov əmək fəaliyyətinə dənizdə qazmaçı köməkçisi kimi başlamaqla, qazmaçı, qazıma ustası kimi müxtəlif vəzifələrdə ''Neft Daşları'', ''Kürgən-dəniz'', ''Qum adası-dəniz'', ''Cənub'' və s. yataqların kəşf olunmasında fəal iştirak etmişdir. Bu xidmətlərinə görə o Sosialist Əməyi Qəhrəmanı adına layiq

107

------------------------------------------Neft Daşları-------------------------------------------
görülmüş, Lenin Ordeni və ''Şərəf Nişanı'' ordeni (2 dəfə) ilə təltif edilmişdir. 1960-cı ildən Bakı arxipelaqı yataqlarında qazıma işləri aparan müəssisəyə rəhbərlik edərkən nəinki təcrübəli qazma işləri bilicisi, eləcə də bacarıqlı təsərrüfatçılıq və təşkilatçılıq qabiliyyətinə malik olduğunu nümayiş etdirmişdir. Onun rəhbərlik etdiyi kollektiv Respublikada həmişə qabaqcılar sırasında olmuş, keçici qırmızı bayraqlarla və pul mükafatları ilə təltif edilməklə fərqlənmişdir. Y. Kərimovun rəhbərlik etdiyi dövr ərzində 2 saylı qazıma kontorunun kollektivi tərəfindən ''Səngəçal-dəniz'', ''Duvannı-dəniz'', ''Xarə-Zirə'' adası yataqları aşkar olunub istifadəyə verilmişdir. Sonralar Sahil Dəniz Kəşfiyyat Qazıma idarəsi adı ilə həmin müəssisə fəaliyyət dairəsini daha da genişləndirərək zəngin təcrübə və biliyə malik kadrların əməyi sayəsində daha böyük dərinliklərdə (6600 metrə qədər) qazma işlərini davam etdirmişdir. Həmin kollektivin fəaliyyəti ilə sonralar ''Bulla-dəniz'' neft-qaz kondensat yatağı, ''Qarasu'', ''Ələt-dəniz'' neft-qaz yataqları aşkar olunmuşdur.

Bəhman Əbiş oğlu Hacıyev (1926-1998)

Bəhman Əbiş oğlu Hacıyev 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Bibiheybət mədənində neft hasilatı üzrə usta işləmişdir. 1951-ci ildən o, həyatının 26 ilini ''Neft Daşları'' NQÇİ-nin inkişafına həsr etmişdir və 15 il ''Neft Daşları'' NQÇİ-nin rəisi işləmişdir. ''Neft Daşları''nın ilk kəşfiyyatçılarından biri olmuşdur. B.Ə. Hacıyevin rəhbərliyi və iştirakı ilə ''Neft Daşları''nda quyuya maili istiqamətdə kut qazma, maili qazımanın köməkliyi ilə bir nöqtədən iki quyunun qazılması üsulları tətbiq olunmuş, neftin yığılması və qorunması üçün iriləşdirilmiş məntəqələr yaradılmış, quyuların tədqiqatı üçün yeni üsullar irəli sürülmüş, boru kəmərlərinin mürəkkəb üsullarının tətbiqi, kommunikasiya işləri, tankerlərlə neftin nəqli və boşaldılması məsələləri həll olunmuşdur. Azərbaycanın

108

------------------------------------------Neft Daşları-------------------------------------------
dəniz neft yataqlarının kompleks mənimsənilməsinə görə B.Ə. Hacıyevə bir qrup mütəxəssislə birgə Lenin mükafatı və dəniz şəraitində çox böyük maili istiqamətləndirilmiş qazımanın kütləvi surətdə tətbiq edilməsinə görə Azərbaycanın Dövlət mükafatı verilmişdir. 1977-ci ildə respublika rəhbərliyi və şəxsən H.Ə. Əliyevin təşəbbüsü ilə B.Ə. Hacıyev ''Azərneft'' Birliyinə baş direktor təyin olunmuşdur. O, gələndən sonra neft kəşfiyatçılarının bütün gücü səfərbər edilmiş, nəticədə ''Cəfərli'', ''Zərdab'', ''Kəlaməddin'', ''Tərsdəllər'' yataqları kəşf edilmiş və Muradxanlı yatağının neftli sahəsi genişlənmişdir. Sonralar B.Ə. Hacıyev Təhlükəsizlik texnikası üzrə Ümumittifaq Neft Elmi-Tədqiqat institutunda rəhbərlik etmirdir. Bu illər ərzində onun böyük istehsalat təcrübəsinə və neft sənayesinin problem və tələbatı haqqında ensiklopedik biliyinə əsaslanan onun elmi qabiliyyəti özünü daha parlaq şəkildə göstərmişdir. 1990-cı ildə müvəffəqiyyətlə dissertasiya müdafiə etmiş və texniki elmlər doktoru adını qazanmışdır. B.Ə. Hacıyev tərəfindən ''Tengis'' (Qazaxıstan) kükürdhidrogen tərkibli yataqların işlənməsi problemləri ilə bağlı, həmçinin qazıma vışkaları və digər yükqaldırma avadanlıqlarının daşıyıcı qabiliyyətinin sınanmasının təhlükəsiz texnologiyasının məsələlərini irəli sürmüşdür. Ömrünün conunadək Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihə institutunun baş məslətçisi işləmişdir. Ölkə və xalq qarşısında böyük xidmələrinə görə Azərbaycanın əməkdar mühəndisi, SSRİ-nin fəxri neftçisi adlarına layiq görülmüş, Lenin, iki dəfə Qırmızı Əmək Bayrağı, Oktyabr İnqilabı ordenləri və medallarla təltif olunmuşdur.

Fuad İbrahim oğlu Səmədov (1926-1969)

Fuad İbrahim oğlu Səmədov 1949-cu ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra ''Neft Daşlarında'' geoloq, Azərneftkəşfiyyat dəniz qazma idarəsində baş geoloq, ''Gürgəndəniz'' (indiki ''Neft Daşları'') qazma idarəsində baş

109

------------------------------------------Neft Daşları-------------------------------------------
geoloq, 1952-ci ildən 1960-cı ilədək ''Neft Daşları'' neft mədən idarəsinin baş geoloqu vəzifəsində çalışmışdır. 1960-cı ildə F.İ. Səmədov Azərbaycan E.A.Dərin neft və qaz yataqlarının problemləri institutunda direktor müavini, 1961-1963-cü illərdə ''Başdənizneft'' idarəsində baş geoloq vəzifəsində işləmişdir. F.İ. Səmədov ''Neft Daşları''nın baş geoloqu işlədiyi zaman elmə xüsusi meyli olan mütəxəssisləri - Xoşbəxt Yusifzadə 1-ci mədənin, Ənvər Məmmədov 2-ci mədənin, Aslan Sultanov isə 3-cü mədənin böyük geoloqu təyin etdirmişdir. F.İ. Səmədovun ''Səngəçal-dəniz'', ''Duvannı-dəniz'', ''Bulla adası'' və ''Bahar'' qaz-kondensat yataqlarının mənimsənilməsində böyük rolu vardır. O, Lenin Mükafatı Laureatı adına layiq görülmüş, 1959-cu ildə Qırmızı Əmək Bayrağı ordeni, 1966-cıildə Lenin ordeni ilə təltif edilmişdir.

Neftçi Qurban (1926-1994)

Xalq arasında ''Neftçi Qurban'' adı ilə məşhur olan Qurban Abbasqulu oğlu Abbasov 1926-cı ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız kəndində anadan olub. Əmək fəaliyyətinə 1944-cü ildə ''Artyomneft'' trestində fəhlə kimi başlayan Qurban Abbasov, sonra ''Azərneft'' Birliyinin qazma idarəsində qazmaçı, buruq ustası, ''Gürgənneft'' NMİ-nin şimal qazma sahəsi idarəsinin rəisi vəzifəsində işləyib. 1951-ci ildə 25 yaşlı qazmaçı usta Qurban Abbasov alim, geoloq, mühəndislərlə birgə Neft Daşlarının kəşfinə görə I Dərəcəli Stalin Mükafatına layiq görülüb. O, 9 dəzgahı olan sahəyə rəis təyin olunur. Həmin sahədə hər bir dəzgahın qazma sürətini 1400 m-ə çatdırmağa nail olub. 1958-ci ildə o, Sosialist Əməyi Qəhrəmanı Qızıl Ulduzu ilə təltif edilib. 1967-1980-cı illərdə- ''Xəzərdənizneftkəşfiyyat'' trestinin müdiri, ''Xəzərdənizneft'' İB-nin baş direktor müavini, ''Neft Daşları'' NQÇİ-nin rəisi, 1980-1983-ci illərdə- ''Xəzərdənizneftqazsənaye'' ÜİB - nin baş direktoru, 1988-1992-ci illərdə

110

1   2   3   4   5   6   7   8   9   10   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə