Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi C. Cabbarlı adına Respublika Gənclər kitabxanası Neft Daşları Biblioqrafik vəsait




Yüklə 0.98 Mb.
səhifə6/13
tarix22.02.2016
ölçüsü0.98 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

------------------------------------------Neft Daşları-------------------------------------------
başlanmışdır. Deyə bilərəm ki, neft sektoruna qoyulan investisiyalar digər sektorlara da investisiyaların cəlb edilməsinə çox müsbət xidmət göstərmişdir. Bütövlükdə, 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 97 milyard dollar sərmayə qoyulmuşdur ki, onların 42 milyardı neft-qaz sektoruna qoyulan sərmayədir və mütləq əksəriyyəti xarici sərmayədir.

Azərbaycan baxmayaraq ki, 1994-cü ildə çox riskli bir dövlət kimi tanınırdı, xarici böyük neft şirkətlərinin Azərbaycana dəvət edilməsi, onlar üçün şərait yaradılması, onların investisiyalarının qorunması üçün lazımi tədbirlərin görülməsi, o cümlədən qanunvericilik sahəsində lazımi addımların atılması sayəsində bu gün Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edib və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu artırır.

"Əsrin kontraktı" tarixi hadisə idi və eyni zamanda, ona görə ki, xarici şirkətlərlə əməkdaşlığımızın ilk təcrübəsi uğurlu olmuşdur. Birinci kontraktdan sonra Azərbaycana maraq artdı. Azərbaycan özünü dünyada etibarlı tərəfdaş, sözünə hörmət edən ölkə kimi tanıda bilmişdir. 1994-cü ildən bu günə qədər Azərbaycan ilə xarici neft şirkətləri arasında heç bir ciddi mübahisə, heç bir qarşıdurma, kontraktlara yenidən baxılmaq arzuları olmamışdır. Mən bunu ona görə deyirəm ki, bəzi ölkələrdə vaxtilə imzalanmış kontraktlara yenidən baxılır, onların dəyişdirilməsi üçün addımlar atılır. Bizdə isə yanaşma tam fərqlidir. Biz etimadı qazanmışıq və bu etimadı qiymətləndiririk. Hesab edirəm, investorlar üçün ən vacib amil ondan ibarətdir ki, onlar tam əmin olmalıdırlar, onların investisiyaları dövlət tərəfindən lazımi səviyyədə qorunur və bu siyasət dəyişməz olaraq qalır.

"Əsrin kontraktı"nın imzalanması nəticəsində investisiyaların cəlb edilməsi əlbəttə ki, işimizə birinci təkan vermişdir. Ondan sonra nefti xarici bazarlara çıxarmaq üçün böyük addımlar atılmağa başlanmışdır. Görülən çox vacib işlərin arasında mən neft kəmərlərinin tikintisini xüsusi qeyd etmək istəyirəm. Hazırda Azərbaycan nefti dünya bazarlarına üç istiqamətlə nəql edilir. Biz bu sahədə şaxələndirmə məqsədlərimizə tam çatmışıq. Bu gün üç istiqamətdə nəql edilən neftimiz dünya bazarlarına çox etibarlı yollarla çıxarılır.

Neft kəmərinin, xüsusilə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı. O vaxt bizim bölgədə çox çətin geosiyasi vəziyyət mövcud idi. Buna baxmayaraq, xarici investorlar böyük vəsait cəlb etdilər, beynəlxalq maliyyə qurumları öz dəstəyini göstərdilər. Azərbaycan tərəfi də öz üzərinə düşən bütün vəzifələri ləyaqətlə və uğurla icra etmişdir.

Beləliklə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi nəticəsində biz nəinki həm yeni bazara çıxa bilmişik və dəhlizi açmışıq, eyni zamanda, ölkə iqtisadiyyatına böyük həcmdə vəsait gəlməyə başlamışdır. Biz bu vəsaitdən çox səmərəli şəkildə istifadə etdik. 1999-cu ilin sonunda Azərbaycanda yaradılmış Dövlət Neft Fondu bu gün dünya səviyyəsində ən şəffaf qurumlardan biridir. Fondun


88

------------------------------------------Neft Daşları-------------------------------------------
fəaliyyəti beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatı və digər təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Neft Fondu tam şəffaf bir qurumdur. Bu, bizə imkan verdi ki, əldə olunmuş gəlirlərdən səmərəli və ədalətli istifadə edək. Məhz

bunun nəticəsində Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı son 7 il ərzində 49 faizdən 9 faizə düşmüşdür. Əgər əlimizdə Neft Fondu kimi çox şəffaf və müasir qurum olmasaydı, biz bu nailiyyətlərə çata bilməzdik. Bu, onu göstərir ki, Azərbaycana gələn vəsait ədalətli bölünür, vəsaitin toplanması və xərclənməsi çox şəffaf şəkildə həyata keçirilir. Eyni zamanda, bu, Azərbaycanın dünyadakı imicinə də çox müsbət təsir göstərir.

Müəyyən mərhələdə, xüsusilə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismarından sonra belə bir fikir oyana bilərdi ki, artıq biz qarşımızda duran bütün vəzifələri icra etdik. Bundan sonra ancaq əldə edilmiş gəlirlərin idarə edilməsi ilə məşğul olmalıyıq. Beləliklə, Azərbaycan şaxələndirmə siyasətini reallaşdıra bilmişdir və biz artıq, necə deyərlər, əldə edilmiş uğurlarla kifayətlənə bilərik. Ancaq bizim yanaşmamız tam fərqlidir, nəinki bu sahədə, bütün başqa sahələrdə də. Əldə edilmiş nailiyyətlər bizim üçün bir mərhələdir, bir addımdır, bir pillədir. Biz daim gələcəyə baxırıq və ölkəmizin uğurlu və dayanıqlı inkişafı üçün uzunmüddətli proqram çərçivəsində addımlarımızı planlaşdırırıq.

Beləliklə, qarşımızda duran ikinci vacib məsələ ondan ibarət idi ki, Azərbaycanı dünyada nəinki neft dövləti kimi, qaz dövləti kimi də tanıdaq. Xüsusilə nəzərə alsaq ki, o vaxta qədər 1996-cı ildə imzalanmış "Şahdəniz" qaz yatağı üzrə kontrakt icra edilməyə başlamışdır və Azərbaycanda çox böyük qaz yataqları aşkarlanmışdır. Deyə bilərəm ki, "Şahdəniz" qaz yatağının kəşfi o dövrdə o qədər də böyük diqqət cəlb etməmişdi. Çünki o vaxt dünyada, xüsusilə, Avropada qaz amilinə o qədər də böyük diqqət göstərilmirdi. Ondan sonrakı dövrdə - bir neçə il bundan əvvəl qaz amilinin ölkələrin enerji təhlükəsizliyinə nə qədər təsir edən məsələ olduğunu hamımız daha da yaxşı başa düşdük. Ancaq Azərbaycan öz tərəfindən bütün lazımi tədbirləri görmüşdür və "Şahdəniz" qaz yatağının aşkarlanması deyə bilərəm ki, dünya enerji bazarında çox təsirli bir hadisə olmuşdur. Biz hazırda enerji siyasətimizi daha çox qaz amili üzərində qururuq. Çünki neft sahəsində, dediyim kimi, bütün layihələr icra edilib. Bundan sonra biz yalnız hasilatı sabit saxlamaqla öz siyasətimizi davam etdirəcəyik.

Qaz bazarı istiqamətində çalışmalarımız çox məqsədyönlü xarakter daşıyır. Yaradılmış, şaxələndirilmiş ixrac infrastrukturumuz bu gün həm Azərbaycanın maraqlarına xidmət edir, həm də qonşu bazarlara da dəstəkdir. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Əvvəlki fikrə qayıtmaq istəyirəm ki, əgər Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi və bu dəhliz açılmasaydı, sınaqdan keçməsəydi, əlbəttə, qaz dəhlizinin açılması da böyük problemlərlə üzləşə bilərdi.

Yəni, biz artıq mövcud dəhliz üzərindən qaz kəmərini də çəkdik və Bakı-Tbilisi-Ərzurum qaz kəməri bu gün böyük bir amildir, regional və qitə miqyasında ciddi bir amildir. Ondan sonra əvvəlki dövrdə mövcud olan qaz kəməri


89

------------------------------------------Neft Daşları-------------------------------------------
infrastrukturu təmir edildi. Bu gün Azərbaycan qazı dörd istiqamətdə dünya bazarlarına çıxarılır. Biz qonşu dövlətlərə qazı ixrac edirik və artıq neft-qaz kəmərlərimizin sayı yeddiyə çatmışdır.

Əlbəttə, zəngin qaz yataqlarımızdan səmərəli şəkildə istifadə etmək üçün bizə böyük, etibarlı bazarlar lazımdır. O bazarlar ki, qanunlarla tənzimlənir, o bazarlar ki, bizim qazımıza orada ehtiyac vardır. Azərbaycan bu istiqamətdə ardıcıl siyasət aparır. Bir neçə ildir ki, biz "Cənub" qaz dəhlizi ilə əlaqədar çox fəal siyasət aparırıq. Bir neçə ildir ki, həm ciddi müzakirələr aparılır, eyni zamanda, konkret addımlar atılır. Hələ 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair memorandum imzalanmışdır. Bu, birinci addım idi. Bu, daha çox hər iki tərəfin niyyətini ifadə edirdi. Ondan sonrakı dövrdə müxtəlif beynəlxalq forumlarda Azərbaycan öz qaz resurslarını təqdim edə bilmişdir. Bu gün bizim təsdiq edilmiş qaz ehtiyatlarımız 2,2 trilyon kubmetrə bərabərdir.

Bu ilin yanvarında Avropa İttifaqı ilə Azərbaycan arasında yeni vacib sənəd"Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə" imzalanmışdır. Bu bəyannamə sadəcə olaraq niyyətin ifadəsi deyildir. Bu, konkret sənəddir.

Biz bu sənəd üzərində işləyirik. Avropa İttifaqı ilə Azərbaycan arasında işçi qrupu yaradılmışdır. Bu işçi qrupu çox səmərəli işləyir. Ümid edirəm ki, bütün lazımi sənədlər yaxın zamanlarda imzalanacaqdır. Beləliklə, "Şahdəniz" layihəsinin ikinci mərhələsinin işlənməsi üçün bizdə əsas olacaqdır.

Mən şübhə etmirəm ki, qarşıda duran bütün vəzifələr icra ediləcəkdir. Bizim keçmişimiz, tariximiz, əldə edilmiş təcrübə və siyasi iradə onu göstərir ki, biz daha da çətin vəziyyətdə daha da mürəkkəb layihələri uğurla icra edə bilmişik. Ona görə, hesab edirəm ki, "Cənub" qaz dəhlizinin gələcəyi çox gözəl olacaqdır.

Hazırda bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan arasında tranzit məsələlərinin həlli üçün danışıqlar aparılır. Bu danışıqlar son mərhələdədir. Düz bir il bundan əvvəl - keçən ilin iyun ayında Türkiyə ilə Azərbaycan arasında qaz tranziti haqqında protokol imzalanmışdır. O protokolda bütün lazımi məsələlər öz əksini tapmışdır. Sadəcə olaraq, biz ümid edirik ki, yaxın zamanlarda o protokolda göstərilən və sadalanan maddələr son sənədə çevriləcəkdir. Beləliklə, tranzit sazişinin imzalanmasından sonra artıq böyük Azərbaycan qazı üçün bütün maneələr aradan qaldırılacaqdır.

Bizim qaz ehtiyatlarımız, bir daha demək istəyirəm ki, kifayət qədərdir. Ən azı, yüz il bundan sonra həm bizə, həm istehlakçılara kifayət edəcəkdir.

Neft sahəsində ilkin proqnozlardan bu gün bəlkə də iki dəfə çox neft əldə etdiyimizi nəzərə alsaq, mən tam əminliklə deyə bilərəm ki, 2,2 trilyon kubmetr qaz ehtiyatlarımız, necə deyərlər, təvazökar bir rəqəmdir. Proqnozlar daha da çoxdur və əminəm ki, qazma işlərinin nəticəsində daha da böyük həcmdə qaz aşkarlanacaqdır.

Keçən sərgidən bu günə qədər Azərbaycanın enerji siyasətində bir neçə vacib hadisə baş vermişdir. Mən onlardan ikisini xüsusilə vurğulamaq istəyirəm. Birincisi, dediyim kimi, yanvar ayında Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub" qaz dəhlizi haqqında imzalanmış bəyannamə, ikincisi isə Azərbaycan neftçiləri

90

------------------------------------------Neft Daşları-------------------------------------------


tərəfindən kəşf edilmiş böyük "Ümid" qaz yatağıdır. Bu, birinci növbədə, onu göstərir ki, bizim "Şahdəniz"dən başqa da böyük ehtiyatlarımız vardır. Neftçilərimiz və geoloqlarımız həmişə bunu vurğulayırlar. İkinci tərəfdən, "Ümid" yatağının önəmi ondadır ki, bu yataq Azərbaycan neftçiləri, Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən aşkarlanmışdır. Neftçilərimizin müasir təcrübəsi və xarici şirkətlərlə əməkdaşlıq nəticəsində əldə edilmiş təcrübə artıq konkret nəticələr vermişdir. Azərbaycan Dövlət Neft Şirkəti "Ümid" yatağında həm investordur, həm də operatordur. "Ümid" yatağının aşkarlanması göstərir ki, onun yanında yerləşən perspektiv strukturlarda da kifayət qədər qaz vardır. Biz buna əminik. Ümid edirəm ki, növbəti mərhələlərdə Azərbaycanda qaz yataqlarının kəşfiyyatı davam edəcəkdir.

Enerji təhlükəsizliyi məsələləri bu gün dünya gündəliyində dayanan vacib məsələlərdən biridir. Azərbaycan tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin edilməsi üçün öz üzərinə düşən vəzifələrini ardıcıllıqla və böyük iradə ilə icra edir. Mən hesab edirəm ki, hazırda istehlakçılar, tranzit ölkələr və istehsalçılar arasında yaranan əməkdaşlıq yaxşı nəticələrə gətirib çıxaracaqdır. Çünki məhz bu üç tərəfin birgə fəaliyyəti nəticəsində biz uğura nail ola biləcəyik.

Məhz buna görə, bir də demək istəyirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında işçi qrupu yaradılmışdır. Bu qrupda potensial investorlar, istehlakçılar və istehsalçılar birgə çalışırlar.

Beləliklə, bu il müstəqilliyimizin 20-ci ildönümünü qeyd edərkən tam əminliklə deyə bilərik ki, neft-qaz sektorunda enerji təhlükəsizliyi sahəsində əldə edilmiş nailiyyətlər ölkəmizi böyük dərəcədə möhkəmləndirə bilmişdir. Azərbaycan özünü tam şəkildə təmin edən ölkədir. Valyuta ehtiyatlarımız artır və hazırda onun səviyyəsi təqribən 35 milyard dollara çatmışdır. İqtisadiyyatımız artır və son 7 il ərzində ümumi daxili məhsul 3 dəfə artmışdır. Büdcə xərcləri 2003-cü ildə 1,2 milyard dollar idi, 2011-ci ildə bu rəqəm 20 milyard dollara çatmışdır.

Ölkədə çox güclü sosial siyasət aparılır, işsizliyə qarşı mübarizə güclənir, yoxsulluq azalır. Sənaye potensialımız və qeyri-neft sektoru inkişaf edir. Bütün bu uğurların təməlində birmənalı deyə bilərəm ki, 1994-cü ildə imzalanmış "Əsrin kontraktı" dayanır. Ona görə bu gün bu sərgi və konfransın açılışında 1994-cü ildə bizə inanan, Azərbaycanın gələcəyinə inanan xarici neft şirkətlərinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Deyə bilərəm ki, son illər ərzində ARDNŞ ilə xarici tərəfdaşlar arasında çox işgüzar münasibətlər qurulmuşdur. Bu münasibətlərin çox gözəl gələcəyi vardır. Çünki yenə də demək istəyirəm ki, "Cənub" qaz dəhlizinin uğurlu icrası da bizim üçün yalnız növbəti mərhələ olacaqdır. Bizim planlarımız çoxdur, biz gələcəyə ümidlərlə baxırıq və əldə edilmiş uğurlar bu ümidləri daha da gücləndirir.

Bir daha, əziz dostlar, sizi sərginin və konfransın açılışı münasibətilə təbrik edirəm. Sərgiyə və konfransa uğurlar arzulayıram. Sağ olun.


91
------------------------------------------Neft Daşları-------------------------------------------
Caspian Oil&Gas
Азербайджан, называемый колыбелью мировой нефтедобывающей промышленности, уже третий век щедро делится со многими странами «черным золотом», которое, являясь гарантом экономической стабильности государства, привлекает внимание специалистов и крупнейших игроков рынка. Азербайджанский статус мирового энергетического гиганта 17 лет подряд подчеркивает международная выставка «Нефть и Газ, Нефтепереработка и Нефтехимия Каспия» Caspian Oil&Gas, которая ежегодно собирает сотни участников из десятков государств. Такой успех выставки и конференции обусловлен не только историей нашего независимого государства, но и особым вниманием руководства страны к отрасли.

Вот уже 5 лет выставка Caspian Oil&Gas отмечена признанием международного выставочного сообщества UFI (Всемирной ассоциации выставочной индустрии). Знак «Одобрено UFI» свидетельствует о соответствии выставок всем международным стандартам. Сегодня Caspian Oil&Gas вступает в новую эпоху: главным событием выставки станет ее проведение в новом центре выставок и конференций Баку Экспо, который спроектирован и построен в соответствии с высокими международными стандартами и предназначен для проведения мероприятий международного уровня.

Caspian Oil&Gas - крупнейшее событие нефтяной сферы Прикаспийского региона, основоположником которого является общенациональный лидер Азербайджана Гейдар Алиев. 16 лет выставка проводилась в Спортивно-Концертном Комплексе имени Гейдара Алиева и за это время комплекс стал настоящим домом для участников и организаторов мероприятия.

92
------------------------------------------Neft Daşları-------------------------------------------


Со дня своего зарождения и на протяжении последующих лет успешного

развития выставка стала ключевым событием топливо-энергетического комплекса всего региона. Начиная с 2010 года выставки Caspian Oil&Gas проводятся в новом комплексе Баку Экспо Центр, который спроектирован и построен в соответствии с высокими международными стандартами и предназначен для проведения выставок и конференций международного уровня.

93
------------------------------------------Neft Daşları-------------------------------------------

Maraqlı faktlar

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Neft Daşlarında hasilatı 1,2 milyon tona qaldırmaq haqda tapşırığını yerinə yetirmək istiqamətində inamlı addımlar atılır.

* Hələ XVIII əsrdə Bakıda çıxan “ağ neft” I Pyotru çox maraqlandırırdı. O Bakı rayonunu Rusiyanı Şərqlə bağlayan ticarət dayağı kimi görürdü.

* Abix Qerman Vilhelm (1806-1886) - görkəmli qeoloq və səyahətçi ilk dəfə Neft Daşlarındakı dənizin dibində olan daşların düzülüş sxemini vermişdir.

* 1881-ci ildə isə Vyetnamın “Ağ pələng” neft yatağında Neft Daşlarında mütəxəssislər çalışmışlar.

* Neft Daşları rayonunu hələ 1859-cu ildən öyrənməyə başlamışlar.

* “Neft Daşları” yatağında 1 saylı ilk quyu 7 noyabr 1949-cu ildə 100 t/sut debit, 6 mm-lik stutser ilə istismara verilib və 1950-ci ildə yatağın işlənməsinə başlanıb.

* Kaveroçkin Mixail Pavloviç (20.11.1957). Sosialist Əməyi Qəhrəmanı Neft Daşlarında ilk quyunu qazan 7 noyabr 1949-cu ildə təbii fəlakət nəticəsində iş başında həlak olmuşdur.

* 1945-1948-ci illərdə geoloq Ağaqurban Əliyevin rəhbərliyi ilə SSRİ Elmlər Akademiyasının xüsusi ekspedisiyası Neft Daşlarının geoloji xəritəsini işləyib hazırlamış və yatağın sənaye üsulu ilə işlənməsini planlaşdırmışdır.

* 1948-ci ilin noyabr ayında Sabit Orucov, Yusif Səfərov və V.M.Roşin Qara daşlara gələrək qazılacaq quyunun yerini müəyyənləşdirmişlər.

* 1948-ci ilin dekabr ayında inşaatçılar sərt qayaların üstündə, dirəklər üzərində ilk taxta evcik inşa etməyə başlamışlar və bu 1949-cu il mart ayının 3-də istifadəyə verilmişdir. Həmin ev indi də qorunub saxlanılır.

94
------------------------------------------Neft Daşları-------------------------------------------


* 1949-cu ildə artıq Azərbaycanda ilk neft quyusundan neft çıxdığı vaxt hələ heç ABŞ-da belə bir dəniz kəşfiyyatı yox idi. 1954-cu ildə Meksika körfəzində dəniz qazmaları üçün buruq quraşdırılmağa başlanmışdır.

1949-cu ilin aprel ayında V.Roşinin rəhbərliyi ilə ilk buruq quraşdırılmışdır.



* 1949-cu ilin iyun ayının 24-də 1 №li kəşfiyyat quyusunun qazılmasına başlanmışdır.

* 7 noyabr 1949-cu il tarixində ilk quyu neft fontanı vurmuş və bununla dünya nefti tarixində açıq dənizdə çıxarılmasının əsası qoyulmuş, Qara Daşlar Neft Daşlarına çevrimişdir. Bu Neft Daşlarının ad günüdür.

* Neft Daşlarının cəsarətli neftçilərini ilk dəfə 1951-ci ildə Dövlət mükafatı ilə təltif etmişlər.

* Neft Daşlarında neftin cıxarılmasında Azərbaycan qeoloqu Fuad Səmədov Dövlət mükafatına layiq görülmüşdür.

* 1960-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının birinci katibi H. C. Xruşov Neft Daşlarına gəlmişdir. Onun gəlişi ilə 2 problem həll edilmişdir ki, bunlardan biri, işçilərin sahildən dənizə - iş yerinə vertalyotla aparmaq, ikincisi isə 5-9 mərtəbəli evlərin tikintisinə başlanmışdır.

* 1967-ci ildə “Neft Daşları” qəzeti təsis olundu və bu mətbu orqanı indiyədək fəaliyyət göstərir.

* Neft Daşları Azərbaycan neftçilərinin Akademiyası olmuşdur. Neft Daşlarının mütəxəssisləri sonradan Qazaxneftin, Türkmənneftin, Dağıstanneftin, Tatarıstanneftin, Başqırdıstanneftin neft yataqlarında işləmişlər.

* Neft Daşlarında 100 yerlik stadion, şaşki, şahmat, bilyard, stolüstü tennis oynamaq üçün yer, futbol, voleybol meydançaları var.

* Qara Daşların bu günki kommunikasiya sistemi müxtəlif rənglərdədir. Qaz xətləri – sarı, su xətləri – göy.
95

------------------------------------------Neft Daşları-------------------------------------------
* Neft Daşlarında mədəniyyət evi, 480 nəfərlik klub, istirahət üçün Heydər Əliyev adına park vardır.

* Neft Daşlarının zəngin fondu olan kitabxanası fəaliyyət göstərir.

* Neft Daşları və Xəzərin Azərbaycan sektorundakı başqa dəniz yataqlarında tikilmiş bütün obyektlər “Neftqazelmitədqiqatlayihə” institutunun layihələri əsasında inşa olunmuşdur.

* Neft Daşları Xəzər dənizində, Bakı şəhərindən 110 kilometr şərqdə yerləşir.

* Sabit Orucov, Yusif Səfərov və Ağaqurban Əliyevin təklifi ilə Bakı gəmi təmiri zavodlarından istifadədən silinmiş 7 iri gəmi gətirilərək Qara daşların yanında batırılmış və əfsanəvi “Yeddi gəmi adası” yaradılmışdır.

* Xəzərdə işləri operativ həll etmək üçün SSRİ Neft Sənayesi Nazirliyinin nəzdində “Başdənizneft” Ümumittifaq İstehsalat Birliyi yaradılıb. Sabit Orucov onun ilk rəisi və eyni zamanda SSRİ Neft sənayesi nazirinin müavini təyin edilib.

* Neftçi Qurbanın və Mixail Kaveroçkinin briqalarının qazdığı quyular 1950-ci ilin dekabrında neft vermişdir.

* 1951-ci ilin fevral ayının 18-də neftlə dolu ilk tanker Neft Daşlarından yola salınmışdır.

* Neft Daşlarında estakadaların və estakadayanı meydançaların tikintisi 1951-ci ildən başlanmışdır.

* 1951-ci ildə A.Q.Əliyev, Q.Abbasov, M.Kaveroçkin, N.Babayev, A.Kamladze, S.Qrobşteyn, V.Noqayev, L.Meclumov, S.Orucov, Y.Səfərov, Ə.Yaqubov SSRİ Dövlət mükafatına layiq görülmüşlər.

* 1950-54-cü illərdə Neft Daşlarında 2 neftyığma məntəqəsi, 1 №li sutəmizləyici qurğu, 16 ikimərtəbəli, yaşayış evi olan qəsəbə, idarə binası, xəstəxana, aptek, dizel elektrik stansiyası, qazanxana, hamam, mağaza, yanğınsöndürən nasos stansiyası, 2 №li əmtəə çənləri parkı və s. tikilmişdir.
96

------------------------------------------Neft Daşları-------------------------------------------

* 1957-ci il noyabrın 21-də gecə baş vermiş qasırğa zamanı 2 briqadanın 21 nəfər işçisi qəhrəmancasına həlak olmuşdur.

* 1959-cu ilin mart ayında yüksək əmək nailiyyətlərinə və göstərdikləri fədakarlığa görə Qurban Abbasov, Məlik Göyçayev, Yusif Kərimov, Mixail Kaveroçkin, Bəxtiyar Məmmədov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşlər.

* 1955-60-cı illərdə 300 yerlik klub, su çənləri, 100 yerlik yeməkxana, 3 №li əmtəə çənləri parkı, 2 №li sutəmizləyici qurğu, 6 №li neftyığma məntəqəsi, 2 №li yaşayış qəsəbəsi (8 ikimərtəbəli ev, qazanxana, transformator yarımstansiyası, 50 nəfərlik yeməkxana), istehsalat meydançaları, estakadalar istifadəyə verilmişdir.

* 1967-ci ildə Neft Daşlarında ən yüksək miqdarda 7,6 milyon ton neft hasil edilmişdir. Gündəlik hasilat 20820 ton olmuşdur.

* 1961-ci ildə dənizdə neftçıxarmanın inkişafında yüksək nailiyyətlərinə görə Ə.Əlixanov, A.Biləndərli, B.Hacıyev, D.Qasımzadə, İ.Quliyev, V.Neqreyev, F.Səmədov, Z.Məliktangiyev və başqaları Lenin mükafatına layiq görülmüşlər.

* Sonralar Akif Cəfərov, qazmaçı İsrafil Hüseynov, dəniz inşaatçısı Xanoğlan Bayramov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşlər.

* Neft Daşlarına sərnişin və yükdaşıma ilk illərdə yalnız gəmilərlə həyata keçirilmişdir. 1960-cı ilin iyunun 20-də Neft Daşlarında ilk vertalyot uçuş reysi həyata keçirilmişdir.

* 1960-70-ci illərdə 2 №li qəsəbədə yataqxana, 2 №li kompressor stansiyası, 7 №li nefyığma məntəqəsi, 10 №li neftyığma məntəqəsi, 3 №li sutəmizləyici qurğu, qəsəbədə mağaza, gəmilər üçün yanalma körpüsü, tədqiqat işləri laboratoriyası, yanğınsöndürmə nasos stansiyası, çörək zavodu, 5 №li əmtəə çənləri parkı (ƏPÇ), limonad sexi, iaşə köşkləri, sahə yataqxanaları, meydançalar, kommunikasiya xətləri, Bakının 8-ci kilometr massivində 8 yaşayış binası istifadəyə verilmişdir.
97

------------------------------------------Neft Daşları-------------------------------------------
* 1967-ci ildə “Neft Daşları” qəzeti təsis olunmuş və bu gün də fəaliyyət göstərir.

* 1971-80-cı illərdə üzgüçülük hovuzu, 6 saylı ƏÇP, qazlift kompressor stansiyası (KS 4), 1 və 2 №li iriləşdirilmiş neftyığma məntəqəsi (İNYM) təmizləyici qurğular, Neft Daşları-Çilov sualtı qaz xətti, estakadalar, meydançalar, kommunikasiya xətləri, Bakının 8-ci kilometr massivində uşaq bağçası və 5 yaşayış binası istifadəyə verilmişdir.

* 1981-90-cı illər qadınlar üçün 9 mərtəbəli yaşayış binası, 36000 kitab fondu olan kitabxana, anbarlar, “Neft Daşları Dübəndi” neft boru xətti, rabitə xətləri istifadəyə verilmişdir.

* 1990-2002-ci illərdə qazlift sistemi təkmilləşdirilmiş, Bakıxanov qəsəbəsində 117 mənzilli yaşayış evi istifadəyə verilmişdir.

* 2001-2002-ci illərdə “Ümid” idman sağlamlıq kompleksi salınmış, “Heydər Əliyev guşəsi” açılmış, Qaraçuxur qəsəbəsində 5 mərtəbəli 80 mənzilli yaşayış evi tikilmişdir.
1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə