Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi C. Cabbarlı adına Respublika Gənclər kitabxanası Neft Daşları Biblioqrafik vəsait




Yüklə 0.98 Mb.
səhifə5/13
tarix22.02.2016
ölçüsü0.98 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

Rza R. Seçilmiş əsərləri. /R.Rza.- Bakı: Öndər, 2005.- 5 cilddə.- C. 3.- s. 223.

Neft
Dün şövq ilə mədənləri gəzdik;

Çox baxdı buruqlar bizə dik-dik.

Bilməm nəyə durmuşdu buruqlar?

- Dolsun – deyə bir anda oyuqlar!

Şən zərbəçilər mədəni sardı,

Mədəndə nöyüt azlığı vardı.

Sarsıtdı bu azlıq bizi dərhal,

Mədəndə coşub kükrədi avral.

Hər guşədə bir “aləti - zaye”,

Baxdıq çürüyüb olmada zaye.

Bir yanda nöyüt axmada bomboş,

Bir işçi oturmuş kimi sərxoş,

Hər bir şeyə baxmazdı, nəhayət,

Verdik ona bir zərbəli töhmət.

Bir işçi durub söylədi birdən:

- Qalsınmı nişan köhnə kəsirdən?

Neft olmasa fabrik necə işlər?

72

------------------------------------------Neft Daşları-------------------------------------------


Neft olmasa gəlməz vecə işlər!

Neft olmasa gurlarmı traktor?

Yoldaş, bunu kolxozçuya bir sor!

Neft olmasa işlərmi zavodlar?

Parlarmı ocaqdakı odlar?

Neft olmasa kükrərmi Zaheslər?

Neft olmasa yoxluq bizi səslər!

Qarşımda bəyaz çöhrəli qış var.

Neft olmasa parlarmı baxışlar?

Beşilliyi yarısında bitirmək,

Hər əngəli şiddətlə devirmək,

Əlbət, bu günün oğluna bağlı,

Əlbət mənə bağlı, sənə bağlı, ona bağlı!
Müşfiq M. Seçilmiş əsərləri. /M.Müşfiq.- Bakı: Şərq-Qərb, 2004.-

s. 107-108.
Nefçiyik biz
Neft çıxarmaq bəxt yazımış,

Başa tacdı, neft, qazımız,

Yaxınlaşır bayramımız,

Çətin, məsul var peşəmiz.

Şan, şöhrətli, neftçiyik biz!
Asan deyil əsla peşə,

Neftçi dözər tək bu işə,

73

------------------------------------------Neft Daşları-------------------------------------------
Duyar onu vuran dişə,

Danılmazdı zəmanəmiz.

Şan, şöhrətli nefçiyik biz!
Neft dünyanın köhlən atı,

Dörd nal çapar kainatı,

Payızdadı toy, büsatı,

Sevinc yayır, şən çöhrəmiz.

Şan, şöhrətli, neftçiyik biz!
Xəzər şölə saçır aya.

Buruqları gəlmir saya.

Tanrı yazıb bəxtə, paya,

Artır hər an qüdrətimiz.

Şan, şöhrətli, neftçiyik biz!
Bayram qarışır bayrama,

Son qoyulur Ramazana.

On gün qalır o bayrama,

Neft, qazla doldu töhvəmiz.

Şan, şöhrətli, neftçiyik biz!
Cənnət olub bu gün dörd yan,

Fəxrimizdir Bakı-Ceyhan,

Məğrur dayan Azərbaycan!

Qoynunda bol sərvətimiz.


74

------------------------------------------Neft Daşları-------------------------------------------
Şan, şöhrətli, neftçiyik biz!

Şan, şöhrətli, neftçiyik biz!



Вышка.- 2010.- 24-30 сентября.- с.10


NEFT DAŞLARI – ÜRƏYİMİN PARASI
Əfsanəvi dəniz şəhərinin 60 illik yubileyinə
Neft Daşları – ürəyimin parası,

Qara qızıl səltənətim, sərvətim.

Qara daşlar – gözlərimin qarası,

Neft Daşları – şeriyyətim, söhbətim

Dalğalarda ağ qanadlı kəhərim,

Zülmətlərə nur paylayan şəhərim.

Neft Daşları – qəhrəmanlar diyarım,

Neft Daşları – məhəbbətim, şöhrətim.

Məftun edən həm doğmanı, həm yadı,

Mavi gözlü Xəzərmin övladı.

Neft Daşları – xəyalımın qanadı,

Neft Daşları – əzəmətim, qüdrətim.

Ümman üstə poladlaşan izlərim,

Hüsnündən doymadı mənim gözlərim.

Neft Daşları – nağıllaşan sözlərim,

Neft Daşları – dizlərimdə taqətim.

Neft Daşları – ürəyimin parası,

Möhtəşəmlik abidəmsən, zəhmətim.


75

------------------------------------------Neft Daşları-------------------------------------------
Qara daşlar – gözlərimin qarası,

Zaməddinəm, Neft Daşları – qamətim.



Z. Ziyadoğlu

Вышка.- 2009.- 6 ноября
В номере «Вышки» от 18 июня 1961 года публикуется стихотворение Александра Халдеева «Улица Каверочкина».
Ты знаешь, я стараюсь не сутулиться,

Забыв свою обиду и беду,

Когда по этой неширокой улице

Неторопливым шагом я иду.


Нет, мужеству забвением не платится,

О нем под стук взволнованных сердец

Мальчишке в маячке, девчонке в платьице

Рассказывает вечером отец.

Здесь небо синим парусом натянуто,

И снова шепнут тополя мне вслед:

- Здесь все в душе немножечко нефтяники

На этой улице, - на много лет!


В большом окне с распахнутыми шторами,

Тревожа сумрак, светится портрет.

А где-то в море с яростными штормами

Встречают люди медленный рассвет.


76

------------------------------------------Neft Daşları-------------------------------------------
Пойдем, не нужно, вспоминая, хмуриться,

Быть улице в цветах, в дожде, в снегу…

Но каждый раз мне кажется:

На улице сейчас я с ним увидеться смогу.



Вышка.- 2009.- 6 ноября.- с. 9
Neft Daşlarına aid çəkilmiş filmlər
* “Qara Daşlar”

* “Xəzər neftçiləri haqqında dastan”

* “Dənizi fəth edənlər”

* “Yeddi gəmi”

* “Dünya kifayət deyil”

“The World is Not Enough” filmi (Ceyms Bond) “Neft Daşları”nda çəkilmişdir.

*”Xəzər neftçiləri haqqında” sənədli filmi və s.

77

Neft Daşlarına həsr edilən rəssamlıq əsərlərinə nümunə




Tahir Salahov “Növbədən sonra”


Tahir Salahov “Təmirçilər”
------------------------------------------Neft Daşları-------------------------------------------
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
Azərbaycan Respublikası Dövlət Neft şirkəti (SOCAR) dünyanın ən böyük neft şirkətlərindən biridir. O 1992-ci ildə respublikanın neftqazçıxarma və neft emalı müəssisələrinin bazasında yaradılmışdır. 01.05.10-cu il tarixinə burada 75000 nəfər, o cümlədən 23500 nəfər rəhbər işçi-mütəxəssis, çalışır ki, bunlardan da 2 nəfəri AMEA-nın həqiqi üzvü, 40 nəfəri elmlər doktoru, 424 nəfəri elmlər namizədi elmi dərəcəsinə malikdirlər.

ARDNŞ respublikanın bütün ərazisində, o cümlədən quru və dəniz ərazilərində neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin,qazın qaz kondensatının, neft-kimya məhsullarının hazırlanması, emalı və nəqli həmçinin onlardan alınan məhsulların daxili və xarici bazarlarda satışı ilə mışğul olur. O, həmçinin, böyük həcmdə elmi-tədqiqat və layihə işlərini yerinə yetirir.

2009-ci ildə Azərbaycanın tarixində rekord səviyyədə 50,4 mln ton neft (qaz kondensatı ilə birlikdə) və 23,7 mlrd m3 qaz hasil edilmişdir. Neftin 48,6 mln tonu, qazın 23,5 mlrd m3-i dəniz, neftin 1,8 mln tonu,qazın 0,2 mlrd m3-i quru yataqlarından hasil edilmişdir. Ayrılıqda ARDNŞ (quruda fəaliyyət göstərən şirkətlərlə birlikdə) 2009-cu ildə 8,5 mln ton neft və 6,9 mlrd m3 qaz hasil edilmişdir. 2009-ci ildəki emalın həcmi 6,03 mln ton təşkil etmişdir.

ARDNŞ respublikanın tələbatını ödəmək, daxili tələbdən artıq hissəsini isə ixrac etmək imkanına malikdir. Bunu təmin etmək üçün respublikanın neft sənayesi müvafiq istehsal güclərinə, inkişaf etmiş xidmət sektoruna, böyük elmi və texniki potensiala malikdir. Həmçinin həm quru,həm də dəniz neft yataqlarının kəşfiyyatı, işlənməsi və abadlaşdırılması ilə bağlı bütün məsələləri həll etmək qabiliyyətinə malik yüksək ixtisaslı mühəndis, seysmik tədqiqatlar və kəşfiyyat işləri aparmaq üçün ixtisaslaşmış gəmilər, həmçinin sərnişin gəmilərindən ibarət dəniz donanmasına malikdir.

ARDNŞ-də son illər ciddi islahatlar aparılmış və davam etdirilir. İslahatların

78

------------------------------------------Neft Daşları-------------------------------------------


əsas məqsədi ARDNŞ-ni transmilli neft şirkətinə çevirməkdir. Bunun üçün onun strukturu təkmilləşdirilir, çoxpilləli idarəetmə sxemi sadələşdirilir, maddi-texniki təchizatı yaxşılaşdrılır, 01.01.08-ci il tarixindən Maliyyə Hesabatlarının Beynəlxalq Standartları tətbiq edilir, mühasibat uçotu və kadrların idarə edilməsində ən müasir texnologiyalardan biri olan SAP sistemi tətbiq olunur, ən müasir texnologiya ilə təchiz edilmiş yeni neft emalı, neft-kimya və kimya komplekslərinin yaradılması və inkişafı üzrə işlər aparılır və s. Əgər əvvəllər ARDNŞ yerli neft-qaz sənayesinə xarici sərmayəni cəlb etməyə çalışırdısa, artıq son illərdə xarici ölkələrdə, o cümlədən Türkiyə, Gürcüstan, Ukraniya, Rumuniya, Böyük Britaniya, Avstriya, Qazaxıstan, İran, İsveçrə, Sinqapurda və s. ölkələrdə öz sərmayəsini yatırır və bu istiqamətdə müvafiq danışıqlar aparır.
State Oil Company of Azerbaijan Respublic
State Oil Company of Azerbaijan Republic (SOCAR) is one of the largest companies in the world. It was incorporated on the basis of oil and gas production and oil refinery enterprises of the Republic in 1992. Up to 01 May 2010 the SOCAR employed 75000 persons, including 23500 engineers, technicians and specialists that out of them 2 are active members of National Academy of Sciences, 1 associate member, 40 doctors of science and 424 candidates of science. The SOCAR is involved in all aspects of the petroleum industry associated with prospecting,exploration and development of oil and gas fields, preparation, refinery and transportation of oil and gas and gas condensate, oil-chemistry products in onshore and offshore areas of the Republic as well as sale of their derivatives in domestic and foreign markets. It is also involved in large-scale research and design works.

79

------------------------------------------Neft Daşları-------------------------------------------


50.4 mln tons of oil (together with gas condensate) and 23.7 bln m3 gas were produced at record level in the history of Azerbaijan Respublic in 2009.48.6 mln tons of oil and 23.5 bln m3 gas were produced from offshore fields, but 1,8 mln tons of oil and 0.2 bln m3 gas from onshore fields. In 2009 the SOCAR (in partnership with onshore companies) produced 8.5 mln tons of oil and 6.9 bln m3 gas. Volume of oil refinery totaled to 6.03 mln tons in 2009.

The SOCAR is able to meet the demands of the Republic for oil and oil-chemisrty products and export the excess products, as well. The oil industry in the Republic has adequate production capacity, well-developed service sector and great scientific and technical potential. It has a highly-qualified labor force capable of solving numerous issues related to exploration, production and improving of oil and gas fields both onshore and offshore. The Socar has marine comprising crane ships, tankers, pipe-laying ships, specialized seacrafts designed for seismic survey and prospecting as well as passenger vessels.

In the last years serious reforms were conducted in the SOCAR and they are ongoing. Therefore its organizational structure is being improved, multi-step management procedure is being simplified and logistic system is promoted. Since 01 January 2008 International Accounting Standards have been used,SAP system is applied as one of up-to-date technologies in accounting and personnel arrangement and works are ongoing in view of creation and development of new oil, oil-chemistry and chemistry complexes outfitted with modern technologies. It the SOCAR was attracting foreign invesment into local oil-gas industry formerly, now invests its capitalin foreign countries, including Turkey, Georgia, Ukraine, Moldova, Romania, UK, Switezerland, Kazakhstan, Iran and Singapure, carries on proper negotiations in this line.

80

------------------------------------------Neft Daşları-------------------------------------------


Əsrin müqaviləsi” haqqında

Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının
inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da
möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil
Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.
Heydər Əliyev

Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Elə ilk günlərdən ARDNŞ-in birinci vitse-prezidenti, millət vəkili İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir möhkəm ideya durur: "Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir". Onun iştirakçısı olduğu saysız-hesabsız görüş və danışıqlar məhz bu deviz altında keçirilirdi. Əlbəttə, çətinlik və maneələr də olurdu. "Əsrin müqaviləsi" ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçdi. Bəzən böhran anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi ucbatından danışıqlar dayandırılma məqamına çatırdı. Həmin anı İlham Əliyev belə xatırlayır: "Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol

81

------------------------------------------Neft Daşları-------------------------------------------

versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik". Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı.

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir; ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür.

"Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. İmzalanmış neft sazişləri üzrə

82

------------------------------------------Neft Daşları-------------------------------------------

Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir.

"Əsrin müqaviləsi"nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində Çıraq-1 özülü qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük maillikli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. Yeni qazma qurğusu laylara horizontal quyuların qazılmasına imkan verdi. Maksimal mailliklə qazılmış A-18 (inhirafı-5500 m), A-19 (inhirafı-6300m-dən artıq) və s. istismar quyuları böyük neft hasilatı ilə işə düşdülər. 1997-ci ildə Çıraq yatağından neft hasilatına başlandı.

1999-cu ilin dekabrında Azərbaycanın "mənfəət nefti" ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Bu neftin satışından əldə edilən valyuta ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil olur və xalqa fayda verir. Şimal istiqamətindəki uzunluğu 231 km, diametri 720 mm olan Bakı-Novorossiysk neft kəmərinin Azərbaycan hissəsi bərpa və inşa edilmişdir və ilk dəfə 25 oktyabr 1997-ci ildə Azərbaycan nefti Novorossiysk limanına (Rusiya Federasiyasına) nəql olunmuşdur. Kəmər istifadəyə verilən gündən 2007-ci ilin sonunadək bu marşrutla 11 milyon 34 min ton neft nəql edilib.

Qərb istiqamətində uzunluğu 837 km, diametri 530 mm Bakı-Supsa boru kəməri inşa edilərək, 17 aprel 1999-cu ildə işə salınmışdır. İstifadəyə verilən gündən 2007-ci ilin sonunadək Bakı-Supsa kəməri ilə 45 milyon 542 min ton neft nəql edilib. 1997-ci ildə respublikada neft hasilatı 9 milyon ton idisə, 2007-ci ildə bu

83

------------------------------------------Neft Daşları-------------------------------------------

rəqəm 40 milyon tonu keçmişdir.

Xəzərin böyük dərinliklərində yerləşən sahələrdə dərin kəşfiyyat quyularının qazılması məqsədilə "Dədə Qorqud" (keçmiş "Kaspmorneft") yarımdalma üzən qazma qurğusu təmir və modernizə edilmişdir və 50-475 m dəniz dərinliyində 7620 m dərinliyinə qədər quyu qazmaq imkanına malikdir. Digər qurğu "İstiqlal" (keçmiş "Şelf-5") yarımdalma üzən qazma qurğusu təmir və modernizə edilərək, 50-700 m dəniz dərinliyində 7620 m dərinliyə qədər quyu qazmaq mümkün olmuşdur. Modernizə olunmuş qazma qurğularının köməyi ilə "Azəri-Çıraq-Günəşli" yataqlarında birgə aparılan işlər nəticəsində 6 kəşfiyyat quyusu qazıldı, bunların səhəsində sonradan neft ehtiyatları 30%-dən çox artırıldı. Bu qurğular 1996-cı ildə yaradılmış "Kaspian Drillinq Kompani" müştərək müəssisənin tərkibində "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" yataqlarında öz işlərini uğurla davam etdirirlər. Xarici şirkətlər tərəfindən Azərbaycan üçün tikilmiş, Heydər Əliyev adına "Lider" qurğusunun köməyi ilə də texnika-texnoloqiya sahəsində böyük irəliləyişlər əldə edilmişdir.

1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) "Əsas İxrac Neft Kəməri"nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanmışdır. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli liderimiz Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. BTC istismara verilən gündən 2007-ci ilin sonunadək

84

------------------------------------------Neft Daşları-------------------------------------------

Ceyhan limanından 36 milyon 796 min 555 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.

Bu "əsas ixrac neft kəməri"nin texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi rolu da böyükdür. Belə ki, bu neft kəməri dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verəcək, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə səbəb olacaqdır.

85

------------------------------------------Neft Daşları-------------------------------------------


İnformasiya
Beynəlxalq Xəzər Neft və Qaz sərgi və konfranslarının keçirildiyi tarixlər


I

1994,

24 may

II

1996,

17-20 setyabr

III

1996,

10-13 noyabr

IV

1997,

6-12 iyun

V

1998,

2 iyun

VI

1999,

4-10 iyun

VII

2000,

6 iyun

VIII

2001,

5-8 iyun

IX

2002,

3-6 iyun

X

2003,

4-7 iyun

XI

2004,

1-4 iyun

XII

2005,

7-10 iyun

XIII

2006,

6 iyun

XIV

2007,

5-8 iyun

XV

2008,

3-6 iyun 15 illik yubiley

XVI

2009,

2-5 iyun

XVII

2010,

1-4 iyun

XVIII

2011

7-10 iyun

XIX

2012

5-8 iyun

86

------------------------------------------Neft Daşları-------------------------------------------
XVIII Beynəlxalq Xəzər neft, qaz sərgi və konfransının açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi
07.06.2011

Hörmətli xanımlar və cənablar! Əziz dostlar!

Mən sizi Xəzər neft, qaz sərgi və konfransının açılışı münasibətilə təbrik edirəm. Ölkəmizə gəlmiş bütün qonaqları səmimiyyətlə salamlayıram.

Bu sərgi və konfrans artıq ənənəvi xarakter daşıyır. On səkkizinci ildir ki, Bakıda belə mötəbər tədbir keçirilir. Mən çox şadam ki, ildən-ilə bu sərgiyə maraq artır. Bu, çox gözəl göstəricidir və onu göstərir ki, baxmayaraq Azərbaycanda əvvəlki illərdə böyük investisiya layihələri həyata keçirilib, yenə də ölkəmizin neft-qaz sektoruna xarici investorlar tərəfindən maraq azalmır. Bunun səbəbi ondan ibarətdir ki, bizim neft strategiyamız uzunmüddətli strategiyadır. Bu strategiyanın uğurlu icrası nəticəsində neft-qaz sektorunda ölkə qarşısında duran əsas vəzifələr yerinə yetirildi. Ancaq biz yenə də gələcəyə baxırıq və əminəm ki, bu günlərdə burada gələcək planlarımız haqqında çox geniş müzakirələr aparılacaqdır.

Bildiyiniz kimi, Azərbaycan qədim neft ölkəsidir. Sənaye üsulu ilə dünyada ilk dəfə neft XIX əsrdə məhz Azərbaycanda hasil edilmişdir. XX əsrdə dəniz yataqlarından dünyada yenə də ilk dəfə neft Azərbaycanda hasil edilmişdir. Yəni, bizim böyük ənənələrimiz vardır, Azərbaycanın bu sahədəki nailiyyətləri dünya ictimaiyyəti üçün real bir faktdır və bu barədə bəlkə geniş danışmağa da dəyməz.

Bir məsələyə toxunmaq istəyirəm ki, II dünya müharibəsi zamanı faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan neftçilərinin çox böyük rolu və payı olmuşdur. O vaxt Sovet İttifaqının yanacağının 90 faizi Bakıda Azərbaycan neftçiləri tərəfindən istehsal edilmişdir.

Müstəqilliyə qovuşanda ölkəmiz əlbəttə ki, yeni çağırışlarla üzləşmişdir. Müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. Ölkədə qeyri-sabit vəziyyətin mövcud olduğu, vətəndaş müharibəsinin başlandığı, total böhranın hökm sürdüyü bir zamanda Azərbaycan müstəqil ölkə kimi ilk addımlarını atmağa başlamışdır. Əlbəttə ki, ölkəmizin gələcəyi üçün lazımi tədbirlərin görülməsi böyük bir zərurət idi. Azərbaycanın bəxti gətirmişdir ki, ölkəmiz üçün həlledici anlarda böyük dövlət xadimi, ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbərliyinə gəlmişdir. Dövlətimizin və dövlətçiliyimizin əsasları məhz onun siyasəti nəticəsində formalaşmışdır. Azərbaycanda dövlətçiliyin əsasları qoyulmuş, hüquqi dövlət quruculuğu prosesi başlanmışdır. Ölkədə siyasi və iqtisadi islahatlar aparılmağa başlanmışdır. Ölkəmizin iqtisadi müstəqilliyinin əldə edilməsi üçün konkret addımlar atılmağa başlanmışdır. Onların içində ən mühüm və tarixi əhəmiyyətə malik olan hadisə 1994-cü ildə "Əsrin kontraktı"nın imzalanması idi. Bu kontraktın imzalanması nəticəsində Azərbaycan ilk dəfə olaraq xarici investorları Xəzər dənizinə dəvət etmişdir. İlk dəfə olaraq Xəzər dənizində xarici neft şirkətləri fəaliyyətə başlamışlar. Ölkə iqtisadiyyatına böyük həcmdə investisiyalar qoyulmağa

87

1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə