Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi C. Cabbarlı adına Respublika Gənclər kitabxanası Neft Daşları Biblioqrafik vəsait




Yüklə 0.98 Mb.
səhifə1/13
tarix22.02.2016
ölçüsü0.98 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   13
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
C.Cabbarlı adına Respublika Gənclər kitabxanası
Neft Daşları

Biblioqrafik vəsait

(İnformasiya-biblioqrafik soraq kitabı)



Bakı – 2011

91.9:65.304(5Aze)

N34

Buraxılışa məsul: Sadıqov T.K.

Tərtib edəni: Sadıqlı Y.Z.

Redaktor: Şəfiyeva S.Ə.


Neft Daşları: Biblioqrafil vəsait (informasiya-biblioqrafik soraq kitabı) /buraxılışa məsul: T.K.Sadıqov, tərtib edəni: Y.Z.Sadıqlı, redaktoru: S.Ə.Şəfiyeva. -Bakı , 2011.- 184 s.
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, 2011

Tərtibçidən
Gənclər - yetkinlik kateqoriyasıdır. Öz həyatlarının bu əsas mərhələsində gənclər peşə və təhsil müəssisələri seçərkən, yeni işə uyğunlaşarkən, şəxsi karyera qurarkən daim ictimai institutların psixoloji və informasiya dəstətinə kəskin ehtiyac duyurlar. Bütün bunlarla əlaqədar olaraq C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası gənclərin müasir cəmiyyətdə sosiallaşdırma problemlərinə böyük diqqət göstərir.

Müasir yuxarı sinif şagirdlərinin, onların valideynlərinin müxtəlif peşələr haqqında faydalı informasiyaya ehtiyacı vardır. Çoxlarını yaxın gələcəkdə hansı peşənin daha çox təlabatlı və gəlirli olması maraqlandırır.

Bütün bunları nəzərə alaraq tərtib edilən biblioqrafik vəsaitin əsas qarşıya qoyduğu məqsəd əfsanəvi Neft Daşları haqqında məlumat vermək, Azərbaycan neftçilərinin şərəfli peşəsinə məhəbbət, maraq oyatmaq, gənclərdə və yeniyetmələrdə sənət seçiminə kömək etmək, dəniz neftçilərinin çətin və romantik həyatları haqqında informasiyanı gənc oxuculara çatdırmaqdır.

Gənсlərə, tələbələrə və yeniyetmələrə təgdim edilən göstərici retrospektiv xarakter daşıyır. Vəsaitdə sənədlərin təsvirindən əlavə bu aktual mövzu haqqında internet-saytda verilən materiallar, həmçinin dövrü mətbuatda çap olunan icmallar yer almışdır. Neftçi peşəsinə aid olan müxtəlif informasiyaları bu soraq kitabında tapmaq mümkündür. Həmçinin biblioqrafiyalaşdırılan sənədlərin hazırlanmasında

müəllif hüquqlarının qorunmasına diqqər verilmişdir.

Biblioqrafik təsvirlər DÜST 7.1-2003 əsasında təsvir edilmişdir. Təsvirlər əlifba qaydası ilə düzülmüşdür. Sonda köməkçi aparat verilmişdir.

Ümidvarıq ki, peşə dünyasında gənclərə daha mükəmməl ədəbiyyatın seçilməsində, oxuduğu kitabların dərk edilməsində və mənimsənilməsində bu vəsait əhəmiyyətli rol oynayacaqdır.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası MDB ölkələri daxilində

gəncləri təmsil edən kitabxanalar arasında layiqli yerlərdən birini tutur. Həmçinin

3

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsirləri əsasında tərbiyə olunmasında məqsədyönlü iş görür.



Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək istiqamətində müəyyən fəaliyyət göstərmək məqsədilə informasiya-biblioqrafik soraq kitabına “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının mətni daxil edilmişdir.

İnformasiya cəmiyyətinin formalaşdığı hazırki mərhələdə gənclərin daha fəal iştirakını təmin etməkdə Dövlət Proqramının təbliğinin C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının fəaliyyətində böyük rolu vardır.

Vəsaitdə olan çatışmazlıqlar haqqında mütəxəssisilərdən məsləhət almaq bizi sevindirərdi.

Göstərici ilə tanış olmaq istəyənlər bu ünvana müraciət edə bilərlər:



Az 1065, Azərbaycan Respulikası Bakı şəhəri, N. Nərimanov küçəsi, 203.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası
е-mail: ryl.az@mail.ru

http://www.ryl.az

4

От составителя


Молодежь – это та возрастная категория, которая особенно остро нуждается в помощи общественных институтов, в психологической и информационной поддержке, особенно, когда молодой человек переживает главные этапы своей жизни: выбор профессии и учебного заведения, первое трудоустройство, адаптацию на новой работе, создание личной карьеры.

Республиканская Юношеская Библиотека имени Дж.Джаббарлы уделяет большое внимание проблемам социализации молодежи в современном обществе. Одна из них – профессиональная ориентация юношества.

Современные старшеклассники, а зачастую и их родители, нуждаются в компетентной информации о различных профессиях, их востребованности на рынке труда, об учебных заведениях и профориентационных центрах. В помощь подросткам наша библиотека выступает в роли информационно- библиографической поддержке.

Многих ребят интересует вопрос - какие профессии будут наиболее востребованы и доходны в ближайшем будущем. Как стать профессионалом в нефтяной области? Какие специализации существует в данной профессии? С какими трудностями в своей работе сталкиваются нефтяники? Ответы на эти и многие другие вопросы можно найти в нашем информационно-библиографическом справочнике.

Хронологические рамки отбора литературы ограниченны 1957-2001 гг. Библиография раcположена в алфавитном порядке. В конце библиографии указан вспомогательный аппарат.

Желающие познакомиться с этим информационно-библиографическом справочником могут обратиться по этому адресу:


5

Az 1065, Азербайджанская Республика, г.Баку, ул. Нариман Нариманова, 203.



Республиканская Юношеская Библиотека им. Дж.Джаббарлы.
e-mail: ryl.az@mail.ru

http://www.ryl.az

6

------------------------------------------Neft Daşları-------------------------------------------
Giriş

Neft Daşları əfsanəvi dəniz şəhəri, doğma Azərbaycanımızın şöhrət tacı, yurdumuzu dünyaya tanıdan unikal məkanlardan biridir. Dünyada ilk və yeganə dəniz şəhəri olduğuna görə “Möcüzələr adası” həmişə diqqəti cəlb edib. Respublikamıza gələn əcnəbi qonaqlar ölkə ilə tanışlığı məhz Neft Daşlarından başlamağı sevirlər. Bura sanki Azərbaycanın giriş qapısına, tanınma nişanına çevrilmişdir.

Xəzər dənizinin Azərbaycan sektorunda neft hasilatına başlanılmasından artıq 60 ildən artıq vaxt keçir. 1949-cu ildə Neft Daşları yatağında ilk quyunun istismara verilməsi ilə dünyada açıq dənizdə neftçıxarmanın əsası qoyulmuşdur. Ötən dövrdə Azərbaycanın geoloq və geofizikləri tərəfindən dənizdə bir-birinin ardınca çoxsaylı zəngin neft və qaz yataqları aşkar edilərək istismara verilmişdir. Bu yataqlardan biri də öz zənginliyi ilə seçilən “Günəşli” yatağıdır. Xatırladaq ki, Neft Daşları yatağından 10-15 km aralıda yerləşən bu perspektivli struktur ötən əsrin ortalarında azərbaycanlı geoloq və geofiziklər tərəfindən aşkar edilmişdir.

1949-cu ildən indiyə qədər 1940 quyu qazılmışdır. Bu zaman ərzində 160 mln ton neft, 12.3 mlrd kub qaz əldə edilmişdir. İndi hər gün Neft Daşlarında 5-6 yeni quyu qazılır və bunların hərəsinin ilk dövrdə sutkada 15-16 ton neft verməyə imkanı var. Bu göstərici “Çıraq-1” stasionar platforması ilə müqayisədə (sutkada 2 min ton) əlbəttə çox deyil. Lakin unutmaq olmaz ki, Azərbaycanın neft sənayesinin inkişafına məhz Neft Daşları təkan vermişdir.

Neft Daşlarının 60 illik yubileyi təntənə ilə 2009-cu ilin noyabrında qeyd edilmişdir.

Son vaxtlar ARDNŞ-in Dövlət Komissiyası Neft Daşları yatağındakı 2415 nömrəli platformanın istismara qəbul edilməsi barədə Aktı imzalayıb. Hündürlüyü 35 metr olan ikibloklu platforma dənizin 23 metr dərinliyində quraşdırılıb. Onun üst sahəsində qazma dəzgahı və texnoloji avadanlıqlar, habelə 36 nəfərin yaşaması üçün

7

------------------------------------------Neft Daşları-------------------------------------------


nəzərdə tutulmuş 2 mərtəbəli yaşayış evi quraşdırılıb. Bundan başqa, platforma vertolyot meydançası və 4 yanalma sahəsi ilə təchiz edilib. 2415 nömrəli platforma 12 quyunun qazılması üçün nəzərdə tutulub. Qazma işlərini Neft Daşları Dəniz Qazma İşləri İdarəsi aparır. Yeni platformanın istifadəyə verilməsi Neft Daşlarının yubiley ilinə təsadüf etmişdir. Geoloqların hesablamalarına görə Neft Daşları yatağında 20 milyon ton qalıq çıxarıla bilən neft ehtiyatı var. ARDNŞ 2014-cü ilədək 72 yeni quyunun qazılması üçün burada yeni platformalar inşa etməyi planlaşdırır. Son 3 il ərzində Neft Daşlarında 3 platforma istismara verilmişdir. 2010-cu ildə qazmaçılar Neft Daşları NQÇİ-yə 6 quyunu istismara buraxacaqları barədə söz vermişlər. Və bununla da platformadan sutkalıq neft hasilatını 570 tona çatdırmışlar. Ümumilikdə 2010-cu ildə Neft Daşları NQÇİ-nin yataqlarında 21 yeni quyunun qazılacağı proqnozlaşdırılır.

Hal-hazırda Neft Daşları DQİİ - də 4 yataqda – Neft Daşları, Palçıq Pilpiləsi, Gürgan dəniz və Pirallahı şimal qırışığı sahəsində qazma işləri aparır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı üzrə Dövlət Proqramı” (2005-2015-ci illər) çərçivəsində neft və qaz hasilatının artırılması, bu məqsədlə işləmədə olan yataqların istismarının intensivləşdirilməsi, yeni-yeni quyuların qazılması məsələləri ölkə rəhbərliyi tərəfindən ARDNŞ qarşısında qoyulmuş başlıca vəzifələrdəndir. Prezidentimiz İlham Əliyev hələ Neft Daşlarinin 55-ci ildönümündə olarkən belə demişdir:

“Bütün dövrlərdə - Azərbaycan Sovet İttifaqının bir hissəsi kimi yaşayanda da, Azərbaycan müstəqil dövlət kimi yaşayanda da Heydər Əliyevin fəaliyyəti xalqa xidmət etməkdən, xalqına, öz doğma torpağına xeyir gətirməkdən ibarət idi.

Bu gün müasir Azərbaycan Heydər Əliyevin əsəridir. Əgər 1994-cü ildə, çətin dövrdə, həm də siyasi cəhətdən çox ağır dövrdə bütün təzyiqlərə və hədə-qorxulara
8

------------------------------------------Neft Daşları-------------------------------------------
baxmayaraq, Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi” imzalanmasaydı, bu

gün Azərbaycanda nəinki neft sektorunda, ümumiyyətlə, iqtisadi sahədə inkişafdan söhbət gedə bilməzdi”.

2009-ci ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Neft Daşlarının 60 illiyi münasibəti ilə yenidən bu əfsanəvi şəhərdə olmuşdur. Yubiley münasibəti ilə neftçiləri təbrik edərərək demişdir:

Neft Daşları Azərbaycan xalqının, Azərbaycan dövlətinin ayrılmaz bir dəyəridir, çox gözəl inkişaf nümunəsidir. Azərbaycanda neftçilər bütün dövrlərdə böyük hörmətə malik adamlar olmuşlar, bu dün də belədir. Neftçi peşəsi çox şərəfli peşədir və neftçilər həmişə dövlət tərəfindən yüksək qiymətləndirilir və bundan sonra da belə olacaqdır. Azərbaycan öz neft-qaz potensialını çox böyük məharətlə və müdrikliklə realizə edir. Bu gün Azərbaycanın neft-qaz potensialının əksəriyyətini təşkil edən “Azəri-Çıraq-Günəşli” yataqlarının kəşfiyyatı və işlənməsi məhz 60 il bundan əvvəl burada qoyulan təməl üzərində realaşır.

Zaman və hadisələrin inkişafı sübut etmiş və sübut etməkdədir ki, “Əsrin müqaviləsi” Azərbaycanda müstəqilliyin əsas dayağıdır. 2010-cu il mayın 28-də xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyini qeyd etdi. Xalq Cümhuriyyəti müsəlman şərqində ilk müstəqil demokratik ölkə olmuş, ancaq cəmi 23 ay yaşaya bilmişdir. İndi isə, Azərbaycanın üçrəngli bayrağı əsl azadlıq zirvəsinə ucalmışdır və məhz Heydər Əliyevin müdrikliyi sayəsində enməzlik səlahiyyəti qazanmışdır. Dağlıq Qarabağ adlı dərdimizin hələ sağalmadığı ağır bir vaxtda xalqımızın rifahı da, ölkəmizdə gedən görünməmiş abadlıq da, iqtisadiyyatımızın hərtərəfli inkişafı da “Əsrin müqaviləsi”ndən bəhrələnir. "Əsrin müqaviləsi" Azərbaycanın qarşısında yeni inkişaf yolu açmışdır.
9

------------------------------------------Neft Daşları-------------------------------------------
Введение
В 1949 году нефтяники Азербайджана открыли новую яркую страницу во всемирной летописи нефтегазодобычи. Фонтан, ударившей из разведочной скважины №1, пробуренной в 110 км восточнее Баку, в Каспийском море у Черных скал, возвестил миру о начале новой эры - эры морской нефтедобычи, колыбелью которой стала древняя Страна Огней. В 2009 году Нефт Дашлары отметил свое 60-летие.

Название Нефтяные Камни имеет историческое значение: еще задолго до открытия этого месторождения ученые заметили в Каспийском море черные, покрытые пленкой нефти скалы: эту зону морской акватории назвали «Нефтяные Камни».

Подготовительные работы к бурению первой разведочной скважины на НК начались в июне 1949 г., для этой цели (т.е. для создания плацдарма бурения) использовали отслуживший свой срок корабль «Чванов», отбуксированный в зону НК и затопленный на заданной точке. 24 августа 1949 г. бригада будущего Героя Социалистического Труда Михаила Каверочкина приступила к бурению первой скважины, давшей 7 ноября того же года долгожданную нефть. Это был мировой триумф: скважина имела глубину около 1000 м, а ее суточный дебит составлял 100 тонн фонтанной нефти. Это событие стало не только началом биографии города на сваях, но и главным фрагментом документального фильма выдающегося советского кинооператора Романа Кармена «Повесть о нефтяниках Каспия»: бьющий в небо черный фонтан, счастливые лица буровиков и сам мастер, умывающий лицо первой морской нефтью. Таким остался в памяти азербайджанских нефтяников легендарный Михаил Павлович Каверочкин.

В настоящее время Нефтяные Камни – это более 200 стационарных

10

------------------------------------------Neft Daşları-------------------------------------------
платформ, а протяженность улиц и переулков этого города в море достигает до 350 км. За прошедшие годы на этом месторождении было добыто более 160 млн тонн нефти и 13 млрд куб.м попутного нефтяного газа. Здесь действуют более 380 эксплуатационных скважин, каждая из которых дает в среднем до 5 тонн нефти в сутки. Конечно, в сравнении со скважинами современной стационарной нефтедобывающей платформы «Чираг», каждая из которых давала в первые месяцы фонтанной добычи до 2000 тонн нефти в сутки это мало. Но мы всегда должны помнить, что именно Нефтяные Камни более полувека тому назад были пионерами мощного развития нефтяного дела на море.

С 2010 года ГНКАР продолжает работы по строительству на месторождении еще одной платформы «Нефтяные Камни - 2521». Платформа состоит из двух блоков, которые уже закреплены на месте на проектной глубине. Месторождение «Нефтяные Камни» является первым, на котором Азербайджан ровно 60 лет назад начал добычу нефти в море. Всего в том же году на месторождении пробурил 21 скважин. По оценкам геологов SOCAR, остаточные объемы нефти на месторождении «Нефтяные Камни» составляют 30 миллионов тонн. Для увеличения добычи нефти на месторождении до 2010 года SOCAR пробурил 78 новых скважин.

2011 год объявлен годом «Гюнешли» и «Нефт Дашлары».

11

------------------------------------------Neft Daşları-------------------------------------------


Preface
The discovery of the unique Oil Rocks (Neft Dashlary) offshore field in 1949 became an important event in the development of the oil sector in Azerbaijan: major offshore facilities equipped with high-quality (at the time) domestic equipment were created in the open sea at a distance of up to 100 km from the shore in a relatively short period of time. At that time, the Oil Rocks field was a major offshore field in the world in terms of both reserves and oil output. It is indicative that hundreds of thousands of wells have now been drilled at the bottom of the ocean and many Western European and North American countries “are quenching” their energy thirst with oil and gas extracted in the North Sea, Canadian and Brazilian shelves, in the Gulf of Mexico and so on, foreign specialists who come to Azerbaijan are still interested in Oil Rocks – a unique town built on piles in the Caspian Sea about 60 years ago.

We think that interest in this first town in the world built in the sea is not accidental. The matter is that for all countries that are extracting oil and gas on the continental shelf Oil Rocks is something like an extraterrestrial space station which will be built in the future to become a support base for exploring the Universe. Back in the 1960s when the first streets of Oil Rocks emerged in the Caspian Sea, foreign press wrote that “Soviet oilmen are writing a new book on the history of the development of our planet`s riches and are writing it in a language that has not been known until now. Time will come and people will start to understand this language and delightedly read the first pages of the chronicles of the development of the continental shelf”.


12

------------------------------------------Neft Daşları-------------------------------------------


Neft – yanar maye, faydalı qazıntı. Yer səthinə yaxın yaylarda və ya çatlarda yerləşərkən oksidləşərək qatı maltaya, yarımbərk asfalta çevrilir. Spesifik qoxusu var. Rəngi açıq – qəhvəyidən tünd qonura və qarayadək dəyişir.

Neft müxtəlif karbohidrogenlərdən (alkanlar, sikloalkanlar, arenlər – aromatik karbohidrogenlər və onların hibridləri) və tərkibində C və H-dan əlavə O, S və N olan birləşmələrdən ibarətdir. Azərbaycan nefti dünyada ən yüksək keyfiyyətli neftlərdən biridir.


ASE. c. VII. s. 202.


Neft Daşları – Azərbaycan Respublikası, Abşeron yarımadasından 42 km c.ş.-də açıq dənizdə, polad dirəklər üzərində salınmış neft şəhəridir. Bu ərazi, oradakı daşların bəzilərində (təqribən 20 ədəd) neft-qaz nişanələrinin olması ilə əlaqədar Neft Daşları adlandırılmışdır. Neft Daşları açıq dənizdə olduğundan burada güclü küləklər əsir, dalğanın hündürlüyü 10-12 m olur. İlk kəşfiyyat quyusu 1949-cu ildə qazılmışdır. Quyunu M.P.Kaveroçkinin briqadası qazmışdır (qazmaçılar: Q.Abbasov, Y.Kərimov, N.Babayev və s.).
ASE. c.VII. s. 203 – 204.

13

------------------------------------------Neft Daşları-------------------------------------------


Neft Daşları XX əsrdən XXI əsrə atılmış bir körpüdür.

Heydər Əliyev
Neft Azərbaycanın ən böyük sərvəti olub xalqa, özü də təkcə indi deyil, həm də gələcək nəsillərə mənsubdur.

Heydər Əliyev
Neft Daşlarında işləyən hər bir kəs ən böyük hörmətə layiq bir insandır. Orada işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz.

Heydər Əliyev
Yaxın gələcəkdə yataqlarda böyük platformalar tikiləcək və biz hamımız böyük bir gəmiyə toplaşıb Neft Daşlarına, “Azəri”, “Çıraq”, “Günəşli” və digər yataqlara yollanacağıq. O günlər uzaqda deyil...

Heydər Əliyev
Çox şadam və böyük qürur hissi keçirirəm ki, mən də həyatımın bir hissəsini neftçilər arasında keçirmişəm. Dövlət Neft Şirkətində işləmişəm. O illər mənim üçün çox əzizdir, həm də çox dəyərlidir. Çünki orada qazandığım təcrübəbu gün də mənim üçün gərəklidir və əzizdir. əlbəttə ki, mən özümü bu yüksək Prezident vəzifəsində neftçilərin nümayəndəsi kimi hesab edirəm və bundan sonra da belə hesab edəcəyəm.

İlham Əliyev
Azərbaycanın neft strategiyası xalqımıza təhlükəsizlik gətirəcək, ölkənin müstəqillyini daha da möhkəmləndirəcəkdir.

İlham Əliyev

14

------------------------------------------Neft Daşları-------------------------------------------


5 il bundan əvvəl biz sizinlə bərabər bu salonda Neft Daşlarının 55-ci ildönümünü qeyd edirdik. Qısa müddət ərzində - cəmi 5 il ərzində burada görülmüş işlər, bu gün burada gördüklərim məni çox sevindirir. Həm neftçilərin məişət şəraiti yaxşılaşır, həm də Neft Daşları abadlaşır, gözəlləşir. Eyni zamanda, Neft Daşlarında Azərbaycan neft sənayesi üçün əvəzolunmaz texniki qurğular yaradılır.

İlham Əliyev
Нефтяной сектор будет в Азербайджане всегда, так как нефть, газ – это наше богатство…

Обладание Азербайджаном большими запасами нефти и газа является счастьем нашего народа и служит самым главным фактором для хорошей жизни народа, развития страны сегодня, в будущем.



Гейдар Алиев
55 лет назад на Нефтяных Камнях впервые в мире в море стала добываться нефть. Азербайджанские нефтяники с честью продолжают свою героическую эпопею и сегодня.

Нефтяная стратегия общенационального лидера нашего народа Гейдара Алиева успешно осуществляется. Работающие в море нефтяники выносят свой ценный вклад в укрепление экономического потенциала Азербайджана.



Ильхам Алиев


15

------------------------------------------Neft Daşları-------------------------------------------
Heydər Əliyev və Neft Daşları
Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən əvvəl də, DTK-da işlədiyi dövrlərdə dəniz neftçilərinin qonağı olmuşdu. Veteranlar xatırlayırlar ki, DTK-nın 50 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində Heydər Əliyev Neft Daşlarına gəlmiş, müdafiə, təhlükəsizlik məsələləri ilə bağlı mühazirələr oxumuş, fərdi söhbətlər aparmışdı. Neft Daşları rəhbərliyi ilə görüşən ulu öndər klubda, kitabxanada, yaşayış evlərində olmuş, neftçilərin şəraiti, məişəti, istirahəti, asudə vaxtının təşkili ilə maraqlanmış, gecə saat 2-yə qədər qəsəbəni, mədənləri gəzmiş, səhərəcən neftçilərin qonağı olmuşdu.

Ümummilli lider Heydər Əliyev neftçilərə dərin hörmətlə yanaşır, onlara yüksək dəyər verirdi. Azərbaycan KP MK-nin birinci katibi seçiləndən sonra ilk fəallar yığıncaqlarının birində O qeyd etmişdi ki, dəniz neftçiləri ən təmiz, saf qüvvələrdir, hətta atalar sözünü misal gətirmişdi: “Su murdar götürməz”. Yəni dəniz yalnız təmiz insanlara öz qoynunda yer ayırır. Bu, dəniz neftçilərinə verilən yüksək qiymət idi.

1972-ci ildə Ulu öndər Heydər Əliyev ömür gün yoldaşı, akademik Zərifə xanım Əliyeva ilə Neft Daşlarında olmuşlar. Onlarla söhbətlər uzun müddət xatirələrdən silinmədi. Zərifə xanım böyük həssaslıqla neftçi qadınların problemləri, qayğısı ilə maraqlanırdı.

1975-ci ildə Azərbaycan KP MK Neft Daşlarının 25 illik yubileyinin qeyd olunması barədə qərar qəbul etdi. Bu yubiley yerlərdə ümumxalq bayramı kimi qeyd olunurdu. Tədbirin zirvəsi isə Neft Daşlarında keçirilən unudulmaz mərasim idi. Yubiley təntənələri 1975-ci il iyunun 17-də keçirildi. Respublika rəhbəri, Neft Daşlarının yüksəlişində misilsiz xidməti olan Heydər Əliyev və digər nümayəndələr “Möcüzələr adası”na gəmi ilə gəldilər. Gəmi meydançasında neftçilər ulu öndəri böyük sevinclə, gül-çiçəklə qarşıladılar.

16

------------------------------------------Neft Daşları-------------------------------------------
Xalqımıza çoxdan bəllidir ki, dahi rəhbər Heydər Əliyev həmişə zəhmət adamının vurğunu olub. Daim ağır zəhmətə qatlaşan neftçilərlə görüşlər ulu öndərə xüsusi zövq verirdi. Mitinqdə çıxış edərkən “Möcüzələr adası”nın zəngin təcrübəsinə əsaslanaraq o vaxt hələ kəşfiyyat mərhələsində olan “Günəşli” yatağının işlənməsi perspektivlərindən danışmış, “Azəri” yatağında qazmanın başlanması təşəbbüsünü irəli sürmüşdü. Artıq 4 ildən sonra “Günəşli”də ilk neft alınmışdı. Neft Daşlarının veteranları etirafedirlər ki, Heydər Əliyevin Neft Daşlarına ziyarəti dəniz neftçilərinə Ulu Öndəri geniş mənada daha yaxından görmək, daha yaxşı tanımaq şansı verdi.

1977-ci ildə AHİŞ-in 14-cü qurultayındaçıxış edən respublika rəhbəri Heydər Əliyev “Möcüzələr adası” neftçilərinin müsbət işini qeyd etdi. O illər neftçilərin mənzillə təmin olunmasında heç bir problem yox idi. Mədəni xidmətin səviyyəsinə isə yalnız qibtə etmək olardı. Respublikaya gətirilən dəbdə olan filmlər ilk dəfə Neft Daşlarında nümayiş etdirilirdi.

Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi XX əsrin 70-80-ci illərində tikinti, quruculuq işləri geniş vüsət almışdı. Bu gün Neft Daşlarının ahəngdar fəaliyyətini təmin edən bir çox sənaye, sosial əhəmiyyətli obyektlər məhz həmin illərdə tikilmişdi. Məhz onun rəhbərliyi və qayğısı ilə yaradılmış neft-qaz sənayesi kompleksi bu gün doğma Azərbaycanın müstəqil dövlət kimi yaşamasına, möhkəmlənməsinə, möhtərəm Prezidentimizin ardıcıl olaraq və qətiyyətlə həyata keçirdiyi yeni Neft Strategiyasının uğurlarına xidmət edir.

1999-cu ildə müstəqil dövlətimizdə Neft Daşlarının 50 illiyi böyük təntənə ilə qeyd olundu.

Hələ 2 il ondan əvvəl Prezident Heydər Əliyevin bu yubileyə hazırlıqla bağlı sərəncam verməsi dəniz neftçilərinə sonsuz hörmət və ehtiramın ifadəsi idi. “Azneft” İB və Neft Daşları NQÇİ rəhbərliyinin təşkilatçılığı ilə yubiley mərasimi çox yüksək səviyyədə keçdi.

17

  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə