Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi C. Cabbarlı adına Respublika Gənclər kitabxanası Neft Daşları Biblioqrafik vəsait




Yüklə 0.92 Mb.
səhifə9/12
tarix22.02.2016
ölçüsü0.92 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

------------------------------------------Neft Daşları-------------------------------------------
başlanılmışdır. Köhnə estakadaların sökülməsi prosesi uğurla davam etdirilir. Yeni tikilən özüllərdən qazma işləri ekoloji baxımdan daha müasir və təhlükəsiz metodlarla, o cümlədən eyni bir dəzgahla maili istiqamətləndirilmiş bir neçə quyunun qazılması üsulu ilə həyata keçirilir. Mövcud maşın-mexanizmlərin yeniləşdirilməsi, yeni texnologiyaların tətbiqi, iş şəraitinin sağlamlaşdırılması məqsədilə xüsusi layihələr hazırlanıb həyata keçirilir. Əmtəə çənləri parkının modernləşdirilməsi, nasosxananın tikintisi başa çatmaq üzrədir.

Qaz hasilatının artırılması məqsədilə həyata keçirilən proqram çərçivəsində Neft Daşlarındakı texnoloji obyektlərin, xüsusilə qaz-turbin elektrik stansiyasının və sıxıcı qaz-kompressor stansiyasının müasir səviyyədə modernləşdirilməsi və genişləndirilməsi layihələri üzrə aparılan işlər artıq ciddi nəticələr verməkdədir. Artıq əvvəllər atmosferə atılan aşağıtəzyiqli qazlar tam həcmdə yığılıb lazımi istiqamətlərə yönəldilir.

Cənab Prezident! Bu gün Sizin şəxsən işə saldığınız yeni blokla sıxıcı qaz-kompressor stansiyasında qaz-turbin aqreqatlarının sayı 16-ya çatdırıldı. "Günəşli" yatağından hasil olunan təbii qaz burada sıxılaraq yüksək təzyiq altında daha böyük məhsuldarlıqla sahilə ötürüləcəkdir. Artıq stansiyanın gücü sutkada 11-12 milyon kubmetrə çatdırılmışdır.

Neft Daşlarında sosial tədbirlərin də reallaşdırılmasının diqqət mərkəzində saxlandığını vurğulayan Rövnəq Abdullayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin beynəlxalq imicinin artırılması üçün görülən işləri də diqqətə çatdırdı. O, neftçilərin bundan sonra da üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini vurğulayaraq bildirdi:

Cənab Prezident! Ötən dəfə buraya səfəriniz zamanı Siz əmin olduğunuzu bildirmişdiniz ki, Neft Daşları hələ uzun illər Azərbaycana çox ləyaqətlə xidmət edəcəkdir. Yaxın zamanlarda Xəzər dənizindəki "Babək", "Naxçıvan", "Zəfər-Məşəl", "Şəfəq", "Asiman", "Əşrəfi", "Qarabağ" və digər perspektivli strukturlarda

126


------------------------------------------Neft Daşları-------------------------------------------
kəşfiyyat-axtarış işlərinə başlamağı planlaşdırırıq. Doğrudan da, bütün bu işlərdə Neft Daşlarının infrastrukturu, orada toplanmış zəngin təcrübə və kadr potensialı bizim əsas istinad mərkəzimiz olacaqdır. Artıq "Ümid" strukturunda başlanmış kəşfiyyat işləri bunu bir daha sübuta yetirir.

Cənab Prezident! Çıxışımın sonunda çoxsaylı neftçilər ordusu adından Sizi əmin etmək istəyirəm ki, doğma Azərbaycanımızın çiçəklənməsi naminə həmişə olduğu kimi, bundan sonra da var gücümüzlə çalışacaq, qarşımıza qoyduğunuz tapşırıqları şərəflə yerinə yetirəcəyik.

Diqqətinizə görə sağ olun.
SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadənin çıxışı
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Neft Daşlarında fəaliyyəti illərini xatırlayaraq zəngin təəssüratını bölüşdü. O, ulu öndər Heydər Əliyevin Azərbaycanın neft-qaz sənayesinin inkişafında əvəzsiz xidmətlərini ətraflı xarakterizə etdi. Xoşbəxt Yusifzadə respublikamızın neft-qaz sənayesinin inkişafında, eləcə də "Əsrin müqaviləsi"nin araya-ərsəyə gətirilməsində Prezident İlham Əliyevin böyük xidmətləri olduğunu vurğuladı. Natiq dövlətimizin başçısının Azərbaycanın regionlarının hərtərəfli inkişafına da xüsusi diqqət yetirməsinin böyük razılıq doğurduğunu bildirərək dedi:

İlham Əliyev cənablarının rayonlara, regionlara səfərlərini görürsünüz. Mən açıq deyə bilərəm ki, yaşım indi az deyildir, rayonları bu qədər gəzən dövlət başçısı görməmişəm. Özü də cənab Prezident necə gəzir: 2-3 il əvvəlcədən gedir, tapşırıqlarını verir, iki-üç ildən sonra təzədən bir də səfər edir, bizim Neft Daşlarına gəldiyi kimi. Beş il bundan qabaq gəlmişdi. Beş ildən sonra yenə də gəlib görsün ki, biz nə iş görmüşük. Bu, doğrudan da adamlarda bir məsuliyyət yaradır. Adamlar

127

------------------------------------------Neft Daşları-------------------------------------------
bilirlər ki, Prezident səfərini başa çatdırdı, ancaq yenə də gələcəkdir. Ona görə də daha məsuliyyətlə çalışırlar, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirirlər.

Xoşbəxt Yusifzadə respublikamızda geniş vüsət alan kompleks yenidənqurma işlərində Heydər Əliyev Fondunun xidmətlərini xüsusi vurğuladı.

Ölkəmizin, o cümlədən neft-qaz sənayesinin inkişafında neftçilərin bundan sonra da xüsusi fəallıqları ilə seçiləcəklərini qeyd edən Xoşbəxt Yusifzadə dedi:

Bütün neftçilər Sizinlə fəxr edir. Biz Sizin arxanızda dağ kimi dayanmışıq. Nə vaxt, harada, hansı istiqamətdə bizim köməyimiz lazım olsa, mən bunların, təkcə bunların yox, mən indi yaşlıyam, neft sənayesində ola bilsin məndən yaşlı 1-2 nəfər var, ya yoxdur, hamısının adından söz verirəm ki, biz Sizin arxanızca gedəcəyik və bütün işlərinizdə Sizə kömək edəcəyik.

Diqqətinizə görə çox sağ olun.

Нефтяные Камни.

Феномен Каспийского моря.
Без труда нет истинно великого”

Иоганн В. ГЕТЕ.
Открытие в 1949 г. уникального морского месторождения Нефтяные Камни (Нефт Дашлары) явилось выдающимся событием в развитии нефтяного дела Азербайджана: за сравнительно короткий срок в открытом море, на расстоянии до 100 км от берега были созданы крупные морские промыслы, оснащенные первоклассной для того времени отечественной техникой. В тот период Нефтяные Камни являлись крупнейшим в мире морским нефтяным месторождением, как по мощности залежи, так и по объему добываемой нефти.

128


------------------------------------------Neft Daşları-------------------------------------------
Характерно, что сегодня, когда на дне океана пробурены уже сотни тысяч скважин, а многие страны Западной Европы и Америки «утоляют» энергетический голод нефтью и газом, добываемым в Северном море, у берегов Канады и Бразилии, в Мексиканском заливе и т.д., зарубежных специалистов, приезжающих в Азербайджан, все также интересуют НК – уникальный город на сваях, построенный на Каспии около 60 лет назад.

На наш взгляд, интерес к этому первому в мире городу, построенному на море, не случаен. Дело в том, что для всех стран мира, занимающихся освоением континентального шельфа на нефть и газ, НК являлись нечто вроде той внеземной, космической станции, что возникнет в будущем в просторах мироздания, став опорной базой для освоения Вселенной. Еще в начале 60-годов ХХ в., когда на Каспии появились первые улицы НК, зарубежная пресса писала, что «…советские нефтяники пишут новую книгу по истории освоения богатств нашей планеты, и пишут ее невиданным до этой поры языком. Настанет время и люди начнут понимать этот язык, с восхищением прочтут первые страницы летописи освоения континентального шельфа».

Прошла не уж много времени, а человечество, еще полностью не исчерпав земных нефтяных богатств, начало пополнять их за счет богатых кладовых Мирового океана. Этим, на наш взгляд, объясняется то, что сегодня Мировое морское пространство стало гигантским полигоном, где работают сотни плавучих буровых установок и платформ разного типа.
Мир-Юсиф Мир-Бабаев,

доктор химических наук,

профессор Азербайджанского

Технического Университета.

Caspian World.- 2008.- s. 75-87

129


------------------------------------------Neft Daşları-------------------------------------------

Neft Daşları qəlbimizdə əbədidir
60 il bundan əvvəl dünya neft sənayesi tarixində görünməmiş bir hadisə başverdi.Xəzər dənizində, paytaxtdan 100 km. aralıda açıq dənizdə sənaye üsulu ilə qazılmış ilk neft quyusu fontan vurdu. Bu vaxtdan da dənizdə neft çıxarmanın tarixi başladı. Üstundən onilliklər keçsə də, həmin gün dəniz neft sənayesinin yaranma günü kimi xatırlanır, qeyd edilir. Azərbaycan neftçilərinin bu qəhrəmanlığı, bu şücaəti bütün dünyaya səs saldı.

1951-ci ildən etibarən Neft Daşlarında estakadaların və estakadayanı meydançaların tikintisinə başlanıldı. Bir neçə il ərzində Xəzərin ləpələri üzərində 150 kilometrdən çox yol-estakada salındı, nəhəng meydançalar inşa olundu.

Dünyada açıq dənizdə neftçıxarmanın əsasının qoyulduğu Neft Daşlarının böyük bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ötən əsrin 70-80-ci illərində «Möcüzələr adası»nda neft hasilatının artırılması və nəqli üçün infrastrukturun daha da təkmilləşdirilməsi, eləcə də neftçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra özünün təbii sərvətlərinin tam sahibinə çevrilmiş, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni neft strategiyası işlənib hazırlanmışdır. Bu dövrdə Azərbaycanın dəniz neft sənayesinin paytaxtı sayılan Neft Daşlarına diqqət bir qədər də artırılmış, burada dünya standartlarına uyğun yeni infrastruktur obyektləri yaradılmış, qəsəbənin siması xeyli dəyişmişdir.

Ötən 60 il ərzində Azərbaycan neftçilərinin səyi ilə Neft Daşları yatağından 167 milyon ton, Palçıq pilpiləsi yatağından isə 9,2 milyon tonadək neft çıxarılmışdır. Həmin yataqların istismarı dövründə qaz hasilatı isə müvafiq olaraq 12,9 milyard və 640 milyon kubmetr təşkil etmişdir. Azərbaycan dəniz neft sənayesinin flaqmanı sayılan Neft Daşları böyük inkişaf perspektivlərinə malikdir.

130


------------------------------------------Neft Daşları-------------------------------------------

Təsadüfi deyil ki, ümummilli liderimiz Heydər Əliyev bu barədə demişdir: «Respublikamızda dənizdə neftçıxarmanın pioneri sayılan Neft Daşları böyük inkişaf perspektivinə malikdir və hələ uzun illər zəngin yanacaq mənbəyi olacaqdır». Ulu öndərin uzun illər əvvəl söylədiyi bu fikir özünü tam doğruldub. İndi «möcüzələr adası»nın yeni inkişaf strategiyası uğurla həyata keçirilir. Prezident İlham Əliyev bu nadir neftçıxarma və infrastruktur obyektinin əhəmiyyətindən danışarkən demişdir: «Əminəm ki, Neft Daşları hələ uzun illər Azərbaycana çox ləyaqətlə xidmət edəcəkdir... Hamımız yaxşı bilirik ki, Neft Daşları olmadan Azərbaycanda heç bir böyük neft və yaxud qaz hasilatı layihəsi mümkün deyildir. Bizim bütün xətlərimiz və gələcəkdə istismara veriləcək layihələr hamısı Neft Daşlarında birləşir. Ona görə də Neft Daşlarının əhəmiyyəti heç vaxt aşağı düşməməlidir. Neft Daşları həmişə Azərbaycan xalqının qəlbində yaşayacaqdır».

“Ülfət” qəzeti http://ulfet-az.com/

Əsrdən əsrə atılmış körpü
Neft Daşları XX əsrdən XXI əsrə atılmış bir körpüdür.

Heydər Əliyev



Bu il noyabrın 7-də Neft Daşlarının 60 yaşı tamam olacaq.

Neft Daşları karbohidrogen yatağı olaraq Xəzərin zəngin sərvətidir. Bu sərvəti üzə insan zəkası və əməyi çıxarıb - dünya tarixində açıq dənizdə neft ilk dəfə Neft Daşlarında hasil edilib.

Neft Daşları əfsanəvi, yer üzündə bənzəri olmayan bir şəhərdir. O, dənizdə, polad dirəklər üzərində qurulub, qərar tutub. Xəzərdə, paytaxtımızdan 110 kilometr şərqdə yerləşir.

131


------------------------------------------Neft Daşları-------------------------------------------
Neft Daşları igid insanlar məskəni, böyük hünər meydanıdır. O, yalnız cəsurları sevir. Burada heç də hər kəs dözüş gətirib yaşaya, işləyə bilməz. "Neft Daşlarında işləyən hər kəs ən böyük hörmətə layiq insandır. Orada işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz..." Bu, ulu öndər Heydər Əliyevin Neft Daşları haqqında söylədiyi yüksək fikirlərdən yalnız biridir.

Neft Daşları təkcə neftimizin, iqtisadiyyatımızın deyil, ümumiyyətlə, xalqımızın tarixinin şanlı səhifələrindən biridir. İnsan əqlinin, zəkasının və əməyinin məhsulu olsa da, Neft Daşlarını dünyanın səkkizinci möcüzəsi adlandıranları qınamaq olmaz.

Bir şəhərin, yaxud nəhəng bir sənaye müəssisəsinin, istehsalat ocağının tarixindən söhbət gedəndə, 60 il o qədər də uzun vaxt deyil. Neft Daşlarının 60 il əvvəl "ilk quyu", "ilk buruq", "ilk evcik"dən başlandığını nəzərə alsaq, onun bu dövr ərzində qazandığı nailiyyətləri, indiki yüksəlişini daha aydın görərik.

Azərbaycanın bu gün neft diyarı kimi şöhrətini daha da artırmasında, üstəlik, həm də qaz ixrac edən ölkəyə çevrilməsində Neft Daşlarının payı az deyil. Hazırda Xəzərdə gedən nəhəng işlərin təməl daşları da məhz Neft Daşlarıdır. Neft Daşları olmasaydı, nə "Günəşli", nə "Çıraq", nə də "Azəri" yataqları olardı.

"Neft Daşları - 60" rubrikasını açmaqla məhz bu yüksəliş yolunu qəzetdə işıqlandırmaq niyyətindəyik. Neft Daşlarını fəth edənləri xatırlatmaq istəyirik. Neftçilərin, geoloqların, alimlərin xatirələrini dərc etmək fikrindəyik. Neft Daşlarının fatehlərindən çoxu indi yaşamasa da, onların yetirmələrinin, övladlarının da yəqin ki, deməyə sözü olacaq.

Ümummilli lider Heydər Əliyev Neft Daşlarının inkişafına həmişə xüsusi diqqət və qayğı göstərib. Ulu öndərin dəfələrlə dəniz şəhərində olması bu barədə çox söz deyir. Şübhəsiz ki, Xəzərin fatehlərindən bu görüşlər barədə ürəkdolusu danışmaq istəyənlər də az deyil. Bizsə başlanğıcda hələlik Neft Daşlarının tarixindən bəzi səhifələri yada salırıq:

132

------------------------------------------Neft Daşları-------------------------------------------
Bu gün Azərbaycan dünya iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesində öz sözünü deyir. Ölkəmiz qədim neft diyarı, ilk dəniz neftinin beşiyi, "neft akademiyası" olduğunu bir daha təsdiqləyir. 1994-cü il sentyabrın 20-də dünyanın ən iri neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycana getdikcə daha çox iqtisadi güc və siyasi nüfuz gətirməkdədir.

"Əsrin müqaviləsi" ilə ümummilli lider Heydər Əliyevin yeni neft strategiyası başlanmışdır. Ulu öndər özünün bir əsrə deyil, əsrlərə hesablanmış bu uzaqgörən strategiyasına gedən yolun məhz Neft Daşlarından üzübəri istiqamət aldığını dəfələrlə vurğulamışdır. XXI əsrin astanasında ulu öndər demişdir: "Biz yeni əsrə müstəqil Azərbaycanın yeni neft strategiyası ilə qədəm qoyuruq. Həmin strategiyanın maddi və elmi təməli isə məhz Neft Daşları ilə qoyulmuşdur".

Neft Daşlarına gedən yol heç də sadə və asan olmayıb. Bu akvatoriyada neftin varlığına dair ilk mənbələr XVIII əsrin sonlarına təsadüf edir. XIX yüzillikdə və XX əsrin birinci yarısında tədqiqatlar davam edib. Lakin rayonun mütəmadi geoloji tədqiqatlarına 1945-ci ildə məşhur Azərbaycan geoloqu Ağaqurban Əliyevin rəhbərliyi ilə keçmiş SSRİ Elmlər Akademiyasının xüsusi ekspedisiyası tərəfindən başlanıb. Xəzərin tufanları qoynunda mürəkkəb və gərgin axtarışlar davam edib. Nəticədə rayonun geoloji xəritəsi hazırlanıb, sənaye üsulu ilə kəşfiyyatı planlaşdırılıb.

Qarşıya qoyulmuş məqsədə nail olmaq - Neft Daşlarını işləməyə başlamaq üçün A.Əliyev böyük əmək və dözüm nümayiş etdirib. O sübut edə bilib ki, Xəzərdə neft mövcuddur, özü də böyük həcmdə! Bunu çıxarmaq da mümkündür!

1948-ci ildə 23 nəfərdən ibarət ilk dəniz neftçiləri qrupu birinci quyunun kəşfiyyatına başladı. Böyük neft təşkilatçısı S.Orucovun, geoloq A.Əliyevin və məşhur qazmaçı Y.Cəfərovun təklifi ilə əlavə xərclərə yol verməmək və işçi

qüvvəsinə qənaət etmək məqsədilə Bakı gəmi təmiri zavodlarından istifadədən


133

------------------------------------------Neft Daşları-------------------------------------------
silinmiş 7 iritonnajlı gəmi gətirilərək Qara Daşların yanında basdırıldı. Süni buxta yaradıldı, qəhrəmanlıq mücəssəməsi olan əfsanəvi "7 gəmi adası" Xəzər fədailərinin isti ocağına və dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrildi. Batırılmış gəmilərdən istehsal avadanlıqları, mağaza, yaşayış otaqları, anbar, klub kimi istifadə olunurdu. 1949-cu ilin martında sərt qayaların üstündə dirəklər üzərində inşa edilmiş ilk evcik o illərin qəhrəmanlığının nişanəsi kimi bu gün də qorunub saxlanılır.

Usta M.Kaveroçkinin başçılıq etdiyi qazmaçılar briqadasının qazdığı 1 saylı quyudan götürülən nümunə 100 tona yaxın ilk neft fontanının yaxınlaşmasından xəbər verirdi. 1949-cu il noyabrın 7-də quyu fontan vurdu. Dəniz neftinin erası başlandı. Həmin gün unikallığına, insan cəsarətinin və mətinliyinin misilsizliyinə görə "möcüzələr adası", "dünyanın səkkizinci möcüzəsi" adlandırılan Neft Daşlarının doğum günüdür. Xəbər ildırım sürətilə bütün dünyaya yayıldı, yerli və xarici mətbuat bu barədə geniş məlumatlar verərək Azərbaycan alim və mütəxəssislərinin yaratdığı möcüzəyə heyrəti ifadə etdi.

İlk fontandan dərhal sonra - noyabrın 8-də respublika rəhbərləri, mütəxəssislər ora gedib neftin gələcəyi üçün tədbirlər müəyyənləşdirdilər. Respublika rəhbərliyi tərəfindən N.Heydərova, S.Orucova, İ.Məlikpaşayevə, S.Çeplakova, B.Babazadəyə bu rayonda kəşfiyyat və qazma işlərinin aparılması üçün təşkilati-texniki tədbirlər planı hazırlamaq tapşırıldı. 1949-cu il dekabrın 1-də dənizdə qazma, neftçıxarma və tikinti ilə məşğul olacaq "Azərdənizneft" İstehsalat Birliyi yaradıldı. Həmin qərarla "Dənizneftqazlayihə" DETLİ təşkil olundu. Xəzərdə işləri operativ həll etmək üçün SSRİ Neft Sənayesi Nazirliyi nəzdində "Başdənizneft" Ümumittifaq İstehsalat Birliyi yaradıldı və görkəmli Azərbaycan neft mütəxəssisi S.Orucov onun ilk rəisi, eyni zamanda SSRİ neft sənayesi nazirinin müavini təyin edildi. Bu, təbii ki, bütövlükdə Azərbaycan mütəxəssislərinin istedad və qabiliyyətinin SSRİ səviyyəsində etirafı idi.

134


------------------------------------------Neft Daşları-------------------------------------------
Bundan sonra Neft Daşlarında kəşfiyyat-qazma və tikinti işləri geniş vüsət aldı. 1950-ci ilin dekabrında Q.Abbasov (Neftçi Qurban) və M.Kaveroçkinin qazdığı quyuların neft verməsi, 1951-ci ilin fevralında neftlə dolu ilk tankerin Neft Daşlarından yola salınması rayonun böyük perspektivlərindən xəbər verirdi.

1951-ci ildən estakada və meydançaların tikilməsinə, hidrotexniki qurğuların, kommunikasiya xətlərinin, istehsal və yaşayış təyinatlı obyektlərin inşasına başlandı. Bu, böyük, şərəfli və çətin quruculuq yolunun başlanğıcı idi...

Ötən onilliklər ərzində Xəzərin qoynunda dünyanı heyrətə salan nadir neft-qaz kompleksi və yaşayış şəhəri yaradılıb. Bu, Neft Daşlarında çalışan böyük neftçi ailəsinin - kəşfiyyatçıların, geoloqların, qazmaçıların, hasilatçıların, inşaatçıların, nəqliyyatçıların, geofiziklərin, energetiklərin əməyinin nəticəsidir.

Neft Daşları yaşa dolduqca cavanlaşır. Bunun başlıca səbəbi dəniz yatağının və şəhərinin həmişə dövlətin diqqət və qayğısı ilə əhatə olunmasıdır. Neft Daşlarında infrastrukturun daim təzələnməsi, iş prosesində ən müasir avadanlıqlardan istifadə olunması onun tükənməyən ehtiyatlarını üzə çıxarmağa imkan verir.

Bu gün Xəzərdə digər layihələr çərçivəsində görülən işlər bütün dünyanın diqqət mərkəzindədir. Təkcə "Şahdəniz"i xatırlatmaq kifayətdir. Bu zəngin qaz-kondensat yatağında qurulan nadir platformaya Şimal dənizindən başqa heç yerdə rast gəlmək mümkün deyil. Bir sözlə, Azərbaycanın neft sənayesi irəli getdikcə Neft Daşları unudulmur. Əksinə, o daha mühüm məna və əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyev bu barədə uzaqgörənliklə demişdir: "Vaxt gələcək, yataqlarda böyük platformalar tikiləcək və biz hamımız böyük bir gəmiyə toplaşıb Neft Daşlarına, "Azəri", "Çıraq", "Günəşli" və digər yataqlara yollanacayıq. O günlər uzaqda deyil..."

Flora Sadıqlı

Azərbaycan.- 2009.- 10 iyul
135

------------------------------------------Neft Daşları-------------------------------------------
Əsrdən əsrə atılmış körpü
60 il əvvəl Neft Daşlarında ilk quyu fontan vurdu – dünyada dəniz neftinin ereası başlandı. Neft Daşlarının bir yataq kimi kəşfi və dənizin bu ərazisində polad dirəklər üstündə şəhərin salınması təkcə neftimizin, iqtisadiyyatımızın deyil, ümumiyyətlə, xalqımızın tarixinin şanlı səhifələrindən biridir. İnsan əqlinin, zəkasının və əməyinin məhsulu olsa da, Neft Daşlarını dünyanın səkkizinci mözücəsi adlandıranları qınamaq olmaz.

Bir şəhərin, yaxud nəhəng bir sənaye müəssisəsinin, istehsalat ocağının tarixindən söhbət gedəndə, 60 il o qədər də uzun vaxt deyil. Neft Daşlarının 60 il əvvəl "ilk quyu", "ilk buruq", "ilk evcik"dən başlandığını nəzərə alsaq, onun bu dövr ərzində qazandığı nailiyyətləri, indiki yüksəlişini daha aydın görərik.

Azərbaycanın bu gün neft diyarı kimi şöhrətini daha da artırmasında, üstəlik, həm də qaz ixrac edən ölkəyə çevrilməsində Neft Daşları böyük rol oynayıb. Hazırda Xəzərdə gedən nəhəng işlərin təməl daşları da məhz Neft Daşlarıdır. Neft Daşları olmasaydı, nə "Günəşli" olardı, nə "Çıraq", nə də "Azəri".

Tarixin yaddaşında qalan illər.

Neft Daşlarına gedən yol heç də sadə və asan olmayıb. Bu akvatoriyada neftin varlığı barədə ilk mənbələr XVIII əsrin sonlarına təsadüf edir. XIX yüzillikdə və XX əsrin birinci yarısında tədqiqatlar davam edib. Lakin rayonun mütəmadi geoloji tədqiqatlarına 1945-ci ildə məşhur Azərbaycan geoloqu Ağaqurban Əliyevin rəhbərliyi ilə keçmiş SSRİ Elmlər Akademiyasının xüsusi ekspedisiyası tərəfindən başlanıb. Xəzərin tufanları qoynunda mürəkkəb və gərgin axtarışlar davam edib. Nəticədə rayonun geoloji xəritəsi hazırlanıb, sənaye üsulu ilə kəşfiyyatı planlaşdırılıb.

136


------------------------------------------Neft Daşları-------------------------------------------
Qarşıya qoyulmuş məqsədə nail olmaq - Neft Daşlarını işləməyə başlamaq üçün A.Əliyev böyük əmək və dözüm nümayiş etdirib. O, sübut edə bilib ki, Xəzərdə neft mövcuddur, özü də böyük həcmdə! Bunu çıxarmaq da mümkündür!

1948-ci ildə 23 nəfərdən ibarət ilk dəniz neftçiləri dəstəsi birinci quyunun kəşfiyyatına başladı. Böyük neft təşkilatçısı Sabit Orucovun, geoloq Ağaqurban Əliyevin və qazma sahəsində zəngin təcrübəyə malik olan Yusif Səfərovun təklifi ilə əlavə xərclərə yol verməmək və işçi qüvvəsinə qənaət etmək məqsədilə Bakı gəmi təmiri zavodlarından istifadədən silinmiş 7 iritonnajlı gəmi gətirilərək Qara daşların yanında basdırıldı. Süni buxta yaradıldı, qəhrəmanlıq mücəssəməsi olan əfsanəvi "7 gəmi adası" Xəzər fatehlərini fırtınalardan qoruyan sığınacağa və dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrildi. Batırılmış gəmilərdən istehsal avadanlıqları, mağaza, yaşayış otaqları, anbar, klub kimi istifadə olunurdu. 1949-cu ilin martında sərt qayaların üstündə dirəklər üzərində inşa edilmiş ilk evcik o illərin qəhrəmanlığının nişanəsi kimi bu gün də qorunub saxlanılır.

Usta Mixail Kaveroçkinin başçılıq etdiyi qazmaçılar briqadasının qazdığı 1 saylı quyudan götürülən nümunə 100 tona yaxın ilk neft fontanının yaxınlaşmasından xəbər verirdi. 1949-cu il noyabrın 7-də quyu fontan vurdu. Dəniz neftinin erası başlandı. Həmin gün unikallığına, onu yaradan insanların cəsarətinin və mətinliyinin misilsizliyinə görə "Möcüzələr adası", "dünyanın səkkizinci mözücəsi" adlandırılan Neft Daşlarının doğum günüdür. Xəbər ildırım sürətilə bütün dünyaya yayıldı, yerli və xarici mətbuat bu barədə geniş məlumatlar verərək Azərbaycan alim və mütəxəssislərinin yaratdığı mözücəyə heyrət ifadə etdi.

İlk fontandan dərhal sonra - noyabrın 8-də Azərbaycanın rəhbərləri, mütəxəssislər buraya gəlib neftin gələcəyi üçün tədbirlər müəyyənləşdirdilər. Respublika rəhbərliyi tərəfindən N.Heydərova, S.Orucova, İ.Məlikpaşayevə, S.Çeplakova, B.Babazadəyə bu rayonda kəşfiyyat və qazma işlərinin aparılması üçun təşkilati-texniki tədbirlər planı hazırlamaq tapşırıldı. 1949-cu il dekabrın 1-də

137

------------------------------------------Neft Daşları-------------------------------------------
dənizdə qazma, neftçıxarma və tikinti ilə məşğul olacaq "Azərdənizneft" İstehsalat Birliyi yaradıldı. Həmin qərarla "Dənizneftqazlayihə" DETLİ təşkil olundu. Xəzərdə işləri operativ həll etmək üçün SSRİ Neft Sənayesi Nazirliyi nəzdində "Başdənizneft" Ümumittifaq İstehsalat Birliyi yaradıldı və görkəmli neft mütəxəssisi S.Orucov onun ilk rəisi, eyni zamanda, SSRİ neft sənayesi nazirinin müavini təyin edildi. Bu, təbii ki, bütövlükdə Azərbaycan mütəxəssislərinin istedad və qabiliyyətinin SSRİ səviyyəsində etirafı idi.

Bundan sonra Neft Daşlarında kəşfiyyat-qazma və tikinti işləri geniş vüsət aldı. 1950-ci ilin dekabrında Q.Abbasov (Neftçi Qurban) və M.Kaveroçkinin qazdığı quyuların neft verməsi, 1951-ci ilin fevralında neftlə dolu ilk tankerin Neft Daşlarından yola salınması rayonun böyük perspektivlərindən xəbər verirdi. 1951-ci ildən estakada və meydançaların tikilməsinə, hidrotexniki qurğuların, kommunikasiya xətlərinin, istehsal və yaşayış təyinatlı obyektlərin inşasına başlandı. Bu, böyük, şərəfli və çətin quruculuq yolunun başlanğıcı idi.

Ötən onilliklər ərzində Xəzərin qoynunda dünyanı heyrətə salan nadir neft-qaz kompleksi və yaşayış şəhəri yaradılıb. Bu, Neft Daşlarında çalışan böyük neftçi ailəsinin - kəşfiyyatçıların, geoloqların, qazmaçıların, hasilatçıların, inşaatçıların, nəqliyyatçıların, geofiziklərin, energetiklərin əməyinin nəticəsidir.

Neft Daşları yaşa dolduqca cavanlaşır. Bunun başlıca səbəbi dəniz yatağının və şəhərinin həmişə dövlətin diqqət və qayğısı ilə əhatə olunmasıdır. Neft Daşlarında infrastrukturun daim təzələnməsi, iş prosesində ən müasir avadanlıqlardan istifadə olunması onun tükənməyən ehtiyatlarını üzə çıxarmağa imkan verir.


Unudulmaz görüşlər.

Ulu öndər Heydər Əliyev dəniz neftçilərinə həmişə qayğı göstərirdi. "Neft Daşlarında işləyən hər bir kəs ən böyük hörmətə layiq bir insandır. Orada işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz" deyən ümummilli lider dəniz şəhərinin inkişafı, əməkçilərin iş və məişət şəraitinin

138

1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə