Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi C. Cabbarlı adına Respublika Gənclər kitabxanası Neft Daşları Biblioqrafik vəsait




Yüklə 0.92 Mb.
səhifə8/12
tarix22.02.2016
ölçüsü0.92 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

------------------------------------------Neft Daşları-------------------------------------------
Daşları yatağında ilk quyu 7 noyabr 1949-cu ildə 100t/sut debit, 6mm-lik ştutser ilə istismara verilmiş və 1950-ci ildə yatağın işlənməsinə başlanılmışdır. 1951-ci ildə bu yataqdan çıxarılmış neftlə yüklənmiş ilk tanker sahilə göndərilmişdir. Yataqdakı quyuların dərinliyi 550-2800 metr arasında dəyişir. Neft Daşları DQİİ Neft Daşları və Palçıq Pilpiləsi-ndən başqa Xəzər dənizini akvatoriyasında 5 müxtəlif yataqlarda: Çilov adası, Həzi Aslanov, Mezazoy, Cənub Bankası, Günəşli sahələrində 74 kəşfiyyat-axtarış və istismar quyuları qazmışdır. Avropada vaxtı ilə ən böyük inhiraflı (2400 metr) quyu - 1531 saylı 3170 metr dərinlikli quyu 1969-cu ildə bu idarə tərəfindən qazılmışdır. 1949-cu ildən bu günə qədər DQİİ 2070-dən çox neft quyusu qazmış, 2000-dən artıq quyu istismara təhvil vermişdir. İdarə öz fəaliyyəti dövründə 3060000 metrdən artıq qazma işi görmüşdür. Neft Daşları DQİİ 1954-cü ildən Gürganneft Qazma Kontoru, 1971-ci ildən Sov.İKP-nin XXII-ci qurultayı adına İB-nin tərkibində Neft Daşları DQİİ, 1988-ci ildən Neft Daşları DQİİ adı altında fəaliyyət göstərmişdir. ARDNŞ-in 12 mart 2007-ci il tarixli 51 nömrəli əmri ilə Azneft İstehsalat Birliyinin strukturuna daxil olan Neft Daşları Dəniz Qazma İşləri İdarəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1 və 55.2 maddələrinə uyğun olaraq yenidən təşkil edilərək Kompleks qazma işləri” trestinin tabeliyinə verilmişdir. İdarənin fəaliyyəti dövründə üç nəfər işçisi-Kaveroçkin Mixail Petroviç, Abbasov Qurban Abas oğlu və Hüseynov İsrafil Sami oğlu SSRİ dövlətinin ən yüksək mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşlər.
Neft Daşlarında yeni quyu qazılır

[03.12.2009]
Kompleks Qazma İşləri Trestinin Bayıl Limanı Dəniz Qazma İşləri İdarəsi Neft Daşları yatağındakı 1887 nömrəli platformadan yeni quyunun qazmasına başlayıb. Qiməki Üstü Qumlu Lay Dəstəsinə qazılan 1617 nömrəli həmin quyunun

112


------------------------------------------Neft Daşları-------------------------------------------
layihə dərinliyi 2420 metrdir. Quyu Neft Daşları Neft və Qazçıxarma İdarəsi tərəfindən istismar olunacaq. Geoloqların hesablamalarına görə, quyudan sutkada təxminən 30 ton neft hasil ediləcək.
Neft Daşlarının enerji sistemi yeniləşdirilir

[04.11.2009]
Neft Daşlarında hasilata başlanılmasının 60 illiyi ilə əlaqədar, Azneft İB-nin energetikləri açıq dənizdə salınmış bu əfsanəvi mədən şəhərində enerji təsərrüfatının bərpası və yenilənməsi istiqamətində geniş miqyaslı işlər həyata keçirirlər. Polad dirəklər üzərindəki estakadalarda - əsas meydançada, eyni vaxtda 3 min nəfərdən çox növbə əməkçisinin məskunlaşmasına imkan verən, beynəlxalq standartlara uyğun yeni təmir olunmuş 7 yataqxana korpusunda, idman meydançalarında, mədəniyyət sarayında, kitabxanada, H.Əliyev adına parkda yeni dizaynlı müasir işıqlandırma qurğuları, projektorlar, müxtəlif işıqlandırma cihazları quraşdırılmışdır. Buradakı rezervuar parkının, yanalma körpüsünün, vertolyot meydançasının və estakada yollarının lazımi səviyyədə işıqlandırılması ölkənin iki ən iri dəniz neftqazçıxarma idarəsinin Neft Daşları və 28 May NQÇİ-nin enerji tələbatını tam həcmdə ödəyən 48 MVt gücündə olan Qaz - Turbin Elektrik Stansiyasının istehsal etdiyi enerji hesabına həyata keçirilir. Stansiya 1986-cı ildən istismar olunur. Onun üstün cəhəti əvvəllər atmosferə atılan qazlardan yanacaq kimi istifadə etməklə elektrik enerjisi almaq, iş və yaşayış sahələrini istiliklə təmin etməkdən ibarətdir. Hazırda 85 nəfər işçisi olan Stansiyada ildə orta hesabla 90 milyon kVt/saat elektrik və 10 min Qkal istilik enerjisi istehsal edilir ki, buna da təxminən 48 milyon kubmetr qaz sərf olunur. Son vaxtlar 28 May NQÇİ-nin bütün özülləri Stansiyada istehsal olunan enerji ilə təchiz olunduğundan burada ümumi yük 11,5-12,5 MVt-a qalxmışdır. O da qeyd olunmalıdır ki, Stansiyada işləyən qaz-turbin mühərrikləri və generatorların bir çoxu fiziki və mənəvi cəhətdən artıq köhnəlmişdir.

113


------------------------------------------Neft Daşları-------------------------------------------
Dənizdəki hasilat obyektlərinin elektrik enerjisinə olan tələbatın artmasını və elektrik enerjisi ilə təminatın dayanıqlı olmasını təmin etmək üçün hazırda Neft Daşlarında yeni Qaz Turbin Elektrik Stansiyasının tikintisi nəzərdə tutulub. Bu məqsədlə layihə - smeta sənədləri hazırlanır, texniki məsələlər həll edilir. ARDNŞ-nin qaz hasilatının yüksəldilməsinə yönəldilmiş xüsusi «Qaz Proqramı»nın bu ilki buraxılış obyektlərindən olan 2 nömrəli Sıxıcı Kompressor Stansiyasının (SKS-2) genişləndirilməsi layihəsi çərçivəsində energetiklərin apardığı işlər isə artıq öz bəhrəsini vermişdir. də böyük iş aparmışlar. Stansiyada Qaz-turbin aqreqatlarının ümumi sayı 16-ya, SKS-in istehsal gücü isə sutkada 7,5 milyon kubmetrdən 11 milyon kubmetrə çatdırılmışdır. Yeni yaradılmış güclərin işini təmin etmək üçün xaricdən alınan 2 ədəd 1600 KVt gücündə transformator məntəqəsi quraşdırılmış, ümumu uzunluğu 10 kilometr olan 2 yeni kabel xətti çəkilmişdir. Həmçinin Neft Daşları NQÇİ-nin istismar etdiyi Palçıq Pilpiləsi yatağına dənizin dibi ilə 11 kilometr uzunluğunda Finlandiya istehsalı olan yüksək keyfiyyətli sualtı kabel çəkilmişdir. Hazırda həmin yatağın 10 neftçıxarma özülündə müasir paylayıcı qurğuların quraşdırılması işi davam etdirilir. Energetiklər ekoloji proqramların həyata keçirilməsində də fəallıq göstərirlər. Belə ki, bu ildən NQÇİ-də əvvəllər havaya buraxılan aşağı təzyiqli qazların yığılması və sıxılaraq sahilə ötürülməsi problemi həll edilmişdir. Artıq 30 stasionar özüldə yığılan qazların tam həcmdə sıxılması və lazımi istiqamətlərə yönəldilməsi üçün nəzərdə tutulan kompressor maşınları quraşdırılmışdır. Bu maşınların hər biri energetiklər tərəfindən enerji mənbəyinə və paylayıcı qurğuya qoşulan 75 kilovatlıq mühərriklə təchiz edilmişdir.
Neft Daşlarında qazmadan yüksək debitli quyu istismara verilib

[21.10.2009]
Neft Daşları NQÇİ-də yeni 2284 saylı quyu istismara qəbul olunub. Quyu 2548 metr dərinlikdən sutkada fontan üsulu ilə 55 ton yüksək keyfiyyətli neft verir.

114


------------------------------------------Neft Daşları-------------------------------------------
Ehtiyatda daha bir neçə məhsuldar horizont vardır. Bu quyu geoloq və qazmaçıların əfsanəvi Neft Daşlarının 60 illik yubileyinə daha bir töhfəsidir. Müşahidə olunan yüksək debit bu yatağın hələ çox zəngin ehtiyatların olduğunu göstərir. Neft Daşları bu gün uzunmüddətli istismardan sonra ikinci gənclik dövrünü yaşayır. Son hesablamalara görə, bu yataqda və ona bitişik olan perspektivli Palçıq pilpiləsi yatağında çıxarıla bilən qalıq neft ehtiyatları 30 milyon ton təşkil edir. Bu isə beynəlxalq normalara əsasən, yeni yatağa bərabərdir. Rəqəmlər sübut edir ki, bundan sonra hələ uzun illər Neft Daşlarında neft hasil olunacaqdır. Yeni quyu ARDNŞ-nin Kompleks Qazma İşləri Tresti tərəfindən 2006-cı ildə istismara buraxılmış 1887 saylı iri 5 bloklu platformadan qazılmışdır. Onu da qeyd etmək lazımdır ki, quyunun qazıldığı 5-ci blokda əvvəllər neft çıxarılmayıb. Artıq xəbər verildiyi kimi, 1887 saylı platforma 36 quyunun qazılması üçün nəzərdə tutulub. Geoloqların proqnozuna əsasən, bu quyulardan hər birindən sutkada orta hesabla 30 ton olmaqla, ümumilikdə 1000 tondan çox neft hasil etmək mümkün olacaqdır. Ötən 3 ildə platformadan artıq 20 quyu qazılmışdır. Hazırda onlardan 16-sı müvəffəqiyyətlə istismar olunur, 1 quyu isə mənimsəmədədir. Qalan 3 quyuda təmir işlərinə ehtiyac yaranmışdır. Fəaliyyət göstərən 16 quyu sutkada 500 tona yaxın neft verir. Platformada uzunmüddətli hasilatla bağlı ümidlər özünü doğruldur. Hazırda burada Kompleks Qazma İşləri Trestinin Bayıl Limanı Dəniz Kəşfiyyat Qazma İdarəsi tərəfindən eyni vaxtda iki dəzgahla qazma işləri aparılır. Bu il qazmaçılar qarşısında bu platformada gündəlik neft hasilatını 550 tona çatdırmaq məqsədi ilə 6 yeni quyunun istismara verilməsi vəzifəsi qoyulmuşdu. Artıq 4 quyu sifarişçiyə təhvil verilib. 5-ci quyuda qazma işləri başa çatmaq üzrədir. Yaxın günlərdə, bu il istifadəyə verilməsi nəzərdə tutulan 6-cı quyunun qazılmasına başlanacaq. Neft Daşlarındakı digər meydançalarda da qazma işlərinin həcmi artırılmışdır. Son iki ildə burada ümumilikdə 36 quyunun qazılması üçün nəzərdə tutulan 3 yeni platforma istismara verilmişdir. Yubiley ərəfəsində 4-cü platformanın da inşasına başlanmışdır. NQÇİ bu il fəaliyyətdə olan quyu fonduna

115


------------------------------------------Neft Daşları-------------------------------------------
16 yeni quyu daxil etməyi planlaşdırır. Qeyd edək ki, 11 quyu artıq fonda qəbul edilib və həmin quyulardan 49,8 min ton neft hasil olunmuşdur. Bu isə proqnozda nəzərdə tutulduğundan (22,3 min ton) 27,5 min ton çoxdur.

Yubileyi ərəfəsində Neft Daşları üçün etibarlı və effektiv platformalar hazırlanır
[15.10.2009]

Əfsanəvi Neft Daşlarının 60 illik yubileyinin qeyd edilməsi bütün Azərbaycan iqtisadiyyatı üçün əlamətdar hadisədir. Elə buna görə də yubiley ərəfəsində Neft Daşlarında yeni layihələr həyata keçirilir. Burada tikiləcək 2585 saylı yeni, 4 bloklu neftqazçıxarma platformasının inşası üçün layihə-smeta sənədləri bu günlərdə hazırlanaraq sifarişçiyə - Neft Daşları NQÇi-yə təqdim edilib. Platformanın Neft Daşları və “Günəşli” yataqlarının sərhəd ərazisində, dənizin 46 metr dərinliyində quraşdırılması nəzərdə tutulur. Dənizin bu hissəsində indiyədək neft hasil edilməsə də, geoloqlar bu ərazini perspektivli hesab edirlər. Platformanın baş tikinti podratçısı qismində Neftqaztikinti tresti çıxış edir. Trestin Zığ tikinti-quraşdırrna meydançasında 64 metr hündürlüyə və hər biri 550 ton çəkiyə malik iki blokun, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda isə daha iki blokun tikilməsi nəzərdə tutulur. Platformanın layihəsi Neftqazelmitədqiqatlayihə İnstitutunun mütəxəssisləri tərəfindən işlənib hazırlanmışdır. Bu institut keçmiş Sovet məkanında açıq dənizdə sənaye və sosial infrastruktur obyektlərinin - neftçıxarma platformalarının, estakadaların, elektrik stansiyalarının, sualtı boru kəmərlərinin, hətta 9 mərtəbəli evlərin layihəsinin işlənib hazırlanması sahəsində ixtisaslaşmış yeganə elmi mərkəzdir. İnstitutun mütəxəssisləri layihələndirdikləri

116


------------------------------------------Neft Daşları-------------------------------------------
obyektlərdə istismara qədərki bütün iş prosesi üzərində müəllif nəzarətini həyata keçirirlər. Neft Daşları və Xəzərin Azərbaycan sektorundakı başqa dəniz yataqlarında tikilmiş bütün obyektlər bu institutun alim və mühəndislərinin

layihələri əsasında inşa olunmuşdur. Neft sənayesi üçün mühüm əhəmiyyət daşıyan bir çox işlər bu institutun laboratoriyalarında həyata keçirilir. Uzunömürlü və korroziyaya davamlı materiallar seçilir, sərt dəniz şəraitində korroziya ilə mübarizə metodları işlənib hazırlanır, fırtına və dalğaların gücü, hidrodinamik yüklər hesablanır. Elə buna görədir ki, institutun layihələrinə əsasən dənizdə tikilən obyektlər istifadə üçün etibarlılığı ilə fərqlənir və bəzən hətta nəzərdə tutulan istismar müddətini 2 dəfə üstələyir. Buna misal kimi Neft Daşlarında, «Qum dəniz» yatağında, Nəriman Nərimanov adına NQÇİ-də istismar olunan estakadaları göstərmək mümkündür. Son 3 ildə Neftqazelmitədqiqatlayihə İnstitutunun layihələri əsasında, Neft Daşlarında ümumilikdə 72 quyunun qazılması üçün nəzərdə tutulan 4 iri neftçıxarma platforması inşa edilərək istismara verilmişdir. Bunların arasında ən böyüyü 36 quyu üçün nəzərdə tutulan 1887 saylı 5 bloklu platformadır. Artıq həmin platformada nəzərdə tutulan quyuların 20-si qazılmışdır və burada sutkada 400 tondan çox neft hasil edilir. Digər 3 platforma oxşar layihələr əsasında tikilib. Bunlardan 2387 saylı platformada, layihədə nəzərdə tutulduğu kimi, 1500-1600 metr dərinliyə 12 quyu qazılmışdır. Hazırda platformadan sutkada 150 tona yaxın neft alınır. Analoji layihəyə əsasında tikilmiş 2415 saylı platforma yenicə istismara götürülüb. Buradan 2 quyu qazılıb. Dənizdə quraşdırılmış 2521 saylı üçüncü bu tipli platforma isə «General Əliağa Şıxlinski» dəniz kranı vasitəsilə dənizdə quraşdırılmışdır. Hazırda platformanın dəniz dibinə bərkidilməsi məqsədi ilə svayvurma işləri aparılır. Gələn ilin əvvəllərində həmin platformada qazıma işlərinə başlanılması planlaşdırılır. İnstitut bu günlərdə daha bir layihə üzərində işləri yekunlaşdıraraq, Neft Daşları NQÇİ-yə təhvil verib. Bu, hesablamalara əsasən, əhəmiyyətli qalıq neft ehtiyatlarına malik Palçıq pilpiləsi yatağı üçün nəzərdə tutulan

117

------------------------------------------Neft Daşları-------------------------------------------
8 quyuluq 1351 nömrəli platformanın layihəsidir. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Neft Daşlarında hasilatı 1,2 milyon tona qaldırmaq haqda tapşırığını yerinə yetirmək istiqamətində inamlı addımlar atılır.

Təsdiq olunmuş proqramın həyata keçməsi əfsanəvi “Neft Daşları” yatağında hasilatın sabitləşməsi və artırılmasına kömək edəcəkdir.



Neft Daşları yatağında tikilmiş platformada neft hasilatına başlandı
[19.08.2009]

Cari ilin iyulunda Neft Daşları yatağında istismara verilmiş və dənizin 23 metr dərinliyində quraşdıılmış 35 metr hündürlüyə malik 2 bloklu yeni neft-qaz platforması 12 quyunun qazılması üçün nəzərdə tutulmuşdur. 2415 saylı bu platformada işlər uğurla aparılır. Bu günlərdə Kompleks Qazma İşləri Trestinin Neft Daşları Dəniz Qazma İşləri İdarəsi həmin platformada 2415 saylı ilk quyuda qazma işlərini başa çatdıraraq, Neft Daşları NQÇİ-yə təhvil vermişdir. Geoloqların da əvvəlcədən hesabladıqları kimi, quyu 1774 metr dərinlikdən sutkada 16 ton neft hasilatı ilə işə salınmışdır. Hazırda Neft Daşlarında 2521 nömrəli daha bir 2 bloklu platforma tikilir. Hər iki blok artıq layihədə nəzərdə tutulan dərinlikdə qurulub və möhkəmləndirilib. Hazırda burada qazma və elektrik avadanlıqlarının quraşdırılması işləri aparılır. Platformanın 2009-cu ilin sonuna kimi istifadəyə verilməsi planlaşdırılır. Qarşıdakı illərdə də əfsanəvi Neft Daşlarında yeni platformaların tikilməsi nəzərdə tutulur. Neftqazelmitədqiqatlayihə İnstitutu 2585 nömrəli yüksək perspektivli platformanın inşası üçün layihə sənədlərini sifarişçiyə təqdim edib. Bu

118


------------------------------------------Neft Daşları-------------------------------------------
platforma Günəşli və Neft Daşları yataqlarının arasında, dənizin 46 metr dərinliyində quraşdırılmalıdır. Qeyd edək ki, indiyədək dənizin bu hissəsindən hələ neft hasil olunmayıb. Yeni platformanın panellərinin yığılması işləri Heydər Əliyev

adına Bakı Dərin Özüllər Zavodunda həyata keçirilir. Bundan əlavə, geoloqlar Palçıq Pilpiləsi yatağında da kifayət qədər çıxarılabilən qalıq neft ehtiyatının

olduğu qənaətindədirlər. Bununla əlaqədar, artıq Neftqazelmitədqiqatlayihə

İnstitutu 12 quyuluq 1351 nömrəli platformanın tikintisi üçün layihə sənədlərini hazırlayaraq, sifarişçiyə təqdim edib.

119

------------------------------------------Neft Daşları-------------------------------------------

DÖVRÜ MƏTBUATDAN SƏHİFƏLƏR

Neft Daşları yatağının 60 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işçilərinə «Əməkdar mühəndis» fəxri adının verilməsi haqqında
«Neft Daşları»nın 60 illik yubileyi ilə əlaqədar yatağın işlənilməsində xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin aşağıdakı işçilərinə «Əməkdar mühəndis» fəxri adı verilsin:

Əzizov Əziz Məmməd oğlu

Nəsibov Saday Mehdi oğlu

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 noyabr 2009-cu il

Azərbaycan.- 2009.- 5 noyabr


Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında
«Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. "Neft Daşları"nın 60 illik yubileyi ilə əlaqədar yatağın işlənilməsində xidmətlərinə görə aşağıdakı şəxslərə AzərbaycanRespublikası Prezidentinin fərdi təqaüdləri verilsin:

120

------------------------------------------Neft Daşları-------------------------------------------
İbrahimov Səyyad Cabbar oğlu

Nuriyev Nuru Bunyat oğlu

Tatlıyev Xaliddin Sadaddin oğlu

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 noyabr 2009-cu il

Azərbaycan.- 2009.- 5 noyabr

Neft Daşları yatağının 60 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işçilərinin təltif edilməsi haqqında
«Neft Daşları»nın 60 illik yubileyi ilə əlaqədar yatağın işlənilməsində xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin aşağıdakı işçiləri təltif edilsinlər:

«Şöhrət» ordeni ilə Məmmədov Ehtibar Şahmirzə oğlu

«Tərəqqi» medalı ilə Ağayev Bağış Ağaqulu oğlu

BabayevAbdullaBalasadayoğlu

HəmidovMeyxoşAbduləlioğlu

Poladov Akif İbrahim oğlu

Yarməmmədov Saleh Həzrətqulu oğlu

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 noyabr 2009-cu il

Azərbaycan.- 2009.- 5 noyabr

121
------------------------------------------Neft Daşları-------------------------------------------


ПРЕЗИДЕНТ АЗЕРБАЙДЖАНА ПРИНЯЛ УЧАСТИЕ

В МЕРОПРИЯТИЯХ, ПРИУРОЧЕННЫХ К 60-ЛЕТИЮ

МЕСТОРОЖДЕНИЯ «НЕФТЯНЫЕ КАМНИ»
Президент Азербайджана Ильхам Алиев в четверг, 5 ноября, принял участие в торжественных мероприятиях, приуроченных к 60-летнему юбилею месторождения «Нефтяные Камни», распространило государственное информационное агентство АзерТАдж. Глава государства возложил цветы к памятнику общенациональному лидеру Гейдару Алиеву. Затем он побывал в парке, где создана вся инфраструктура для отдыха нефтяников, проведена озеленительная работа, в ландшафтном дизайне использованы новые декоративные растения. На высоте 45 метров здесь развевается Государственный флаг Азербайджана.

Президент Ильхам Алиев принял участие в открытии музея Гейдара Алиева. Глава государства был проинформирован о том, что музей богат экспонатами, свидетельствующими об общественно-политической и государственной деятельности великого лидера. Здесь установлен его бюст, хранятся многочисленные исторические фотографии, отражающие заботу общенационального лидера о развитии нефтяной промышленности станы, книги, посвященные государственной деятельности Гейдара Алиева. В музее широкое место отведено также экспонатам, повествующим об успешном продолжении нефтяной стратегии общенационального лидера Президентом Ильхамом Алиевым. В оснащенном самым современным оборудованием конференц-зале музея созданы все условия для проведения различных мероприятий по изучению наследия гениального руководителя. Президент Ильхам Алиев оставил запись в книге почетных гостей музея.


122

------------------------------------------Neft Daşları-------------------------------------------
В связи с 60-летним юбилеем месторождения «Нефтяные Камни»

Президент Азербайджанской Республики подписал Распоряжение о награждении следующих работников Государственной нефтяной компании:

Орденом «Шохрат»

Мамедова Этибара Шахмирза оглу.

Медалью «Терегги»

Агаева Багыша Агагулу оглу

Бабаева Абдуллу Баласадай оглу

Гамидова Мейхоша Абдулали оглу

Поладова Акифа Ибрагим оглу

Ярмамедова Салеха Хазратгулу оглу.


Следующим Распоряжением Ильхама Алиева за заслуги в разработке месторождения «Нефтяные Камни»

Ибрагимову Сайяду Джаббар оглу

Нуриеву Нуру Буньят оглу

Татлыеву Халиддину Сададдин оглу

была присуждена почетная стипендия Президента АР, распространило информацию государственное информационное агентство

АзерТАдж.- 2009.- 6 ноября
SOCAR-ın prezidenti Rövnəq Abdullayevin çıxışı
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevin neftçilərə hərtərəfli qayğısını xüsusi vurğuladı.

Neft Daşlarının 60 illik yubileyi münasibətilə neftçilərin bir qrupunu yüksək dövlət mükafatlarına layiq gördüyünə görə Prezident İlham Əliyevə neftçilər

123

------------------------------------------Neft Daşları-------------------------------------------
adından dərin təşəkkürünü çatdırdı. O, 60 il öncə Xəzərdə, Neft Daşlarında açıq

üsulla neft hasilatına başlanmasının dünya neft sənayesinin inkişafına böyük təkan verdiyini qeyd edərək dedi:

Hazırda dünya üzrə aparılan axtarış-kəşfiyyat işlərinin, habelə karbohidrogen hasilatının əsas hissəsi dəniz akvatoriyalarının payına düşür. Bu gün artıq bütün okean və dənizlərin şelfində iş aparılır. Dənizin min metrdən artıq dərinlikləri fəth olunur. Biz fəxr edirik ki, həmin prosesin başlanğıcı məhz burada - Neft Daşlarında Azərbaycan neftçiləri tərəfindən qoyulmuşdur. Əlbəttə, indi dənizdə neft kəşfiyyatı və hasilatı sahəsində zəngin təcrübə toplanmış, müasir texnologiyalar, norma və standartlar işlənilmişdir. Lakin o vaxt bunların heç biri yox idi. Geoloji strukturun çoxlaylı olmasına, zəngin geoloji neft ehtiyatlarına görə nadir bir yataq olan Neft Daşlarında kəşfiyyat və istismar məqsədlərinə çatmaq üçün keyfiyyətcə yeni və tamamilə fərqli yanaşmaya ehtiyac vardı. Azərbaycan neftçiləri bütün bu problemlərin öhdəsindən layiqincə gəldilər. Neft Daşlarında hasilatın başlanması ilə respublikamızda bir neçə sahənin əsası qoyuldu. Qısa müddətdə güclü Dəniz Neft Donanması, "Neftqazlayihə" İnstitutu yaradıldı.

Bu gün inamla demək olar ki, Neft Daşlarında qazanılan təcrübə Xəzərin digər sahələrində axtarış-kəşfiyyat işlərinin sürətlənməsinə təkan vermiş, az müddətdə yeni neft-qaz yataqlarının aşkar olunmasına və istismara daxil edilməsinə yol açmışdır. Rövnəq Abdullayev ulu öndər Heydər Əliyevin Azərbaycanın neft-qaz sənayesinin inkişafında müstəsna xidmətlərini xüsusi vurğuladı və ümummilli liderin Neft Daşlarında qara qızıl hasilatının təkmilləşdirilməsində də mühüm rol oynadığını diqqətə çatdıraraq bildirdi:

Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilmiş genişmiqyaslı tədbirlər neft və qaz hasilatında geriləməni aradan qaldırdı. Hasilatın stabilləşdirilməsinə və davamlı olaraq artırılmasına nail olundu. Belə ki, 1975-ci ildə karbohidrogenlərin hasilatı ümumilikdə ötən illərin ən yüksək

124


------------------------------------------Neft Daşları-------------------------------------------
göstəricilərini geridə qoyaraq şərti yanacaq vahidi ilə 27,1 milyon tona çatdırıldı.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin Neft Daşlarının daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıqlarına layiqincə əməl olunduğunu bildirərək dedi:

Ötən dövrdə Neft Daşları Neft və Qaz Çıxarma İdarəsi üzrə 70 yeni quyu qazılmış, 93 fəaliyyətsiz quyu bərpa olunaraq istismara daxil edilmiş, 387 quyuda geoloji-texniki tədbirlər aparılmışdır. Bunun da nəticəsində 736 min tona yaxın əlavə neft hasil edilmişdir. Hazırda bu sahədə gündəlik neft hasilatı 2450 tondan artıqdır. Neft Daşları yatağının geoloji ehtiyatları 365 milyon ton həcmində qiymətləndirilir. Bunun 182 milyon tondan çoxu çıxarıla bilən ehtiyatlardır. Artıq indiyədək yataqdan 167 milyon ton neft hasil edilmişdir. Mənimsənilmə üzrə mövcud layihəyə uyğun olaraq Neft Daşları yatağının işlənilməsi 2035-ci ildə başa çatmalıdır. Amma bu, heç də son hədd deyildir. Mütəxəssislərin fikrincə, Neft Daşları yatağının çıxarıla bilən qalıq neft ehtiyatı bundan sonra da əhəmiyyətli dərəcədə artırıla bilər. Hazırda bu istiqamətdə perspektiv proqramlar işlənib həyata keçirilir. Həmin proqramlar əsasında əlavə hidrotexniki qurğular tikilir, texnoloji obyektlər təmir və bərpa edilir, yeni quyular qazılır, neft hasilatının artırılması üçün elmi-tədqiqat və sınaq-təcrübə işləri aparılır.

Rövnəq Abdullayev dövlətimizin başçısının tapşırığına müvafiq olaraq Neft Daşlarında da silsilə ekoloji proqramların həyata keçirildiyini dedi: bu baxımdan Neft Daşlarında da müvafiq tədbirlər işlənib həyata keçirilir. Gündəlik gücü 500 kubmetr olan bioloji təmizləmə qurğusu yenidən qurulmuşdur. Neft Daşlarında içməli su probleminin birdəfəlik həll edilməsi üçün müasir qurğunun inşası bu il başa çatdırılacaqdır. Həmçinin hazırda lay sularının təmizlənməsi məqsədilə müvafiq qurğuların tikilməsi üçün layihələr hazırlanır. Vaxtilə estakada variantında qurulmuş hidrotexniki qurğular artıq öz tarixi missiyasını yerinə yetirmişdir. Son illərdə fərdi stasionar dəniz özüllərinin layihələndirilməsinə və tikintisinə

125

1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə