Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi C. Cabbarlı adına Respublika Gənclər kitabxanası Neft Daşları Biblioqrafik vəsait




Yüklə 0.92 Mb.
səhifə7/12
tarix22.02.2016
ölçüsü0.92 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12

------------------------------------------Neft Daşları-------------------------------------------
yarananda fasiləsiz olaraq kəşfiyyatda və mədənlərdə olurdu. Bəxtiyar Məmmədov nazir postundan qədim, lakin artıq aparıcı olmayan Bibiheybət idarəsinin rəisi vəzifəsinə keçirilərkən o, belə yerdəyişməni özü üçün faciə kimi qəbul etmədi. Özünü bütünlüklə işə sərf edərək gücdən düşmüş laylardakı nəzərə alınmamış ehtiyatları axtarıb tapır, dayanmış quyuları bərpa edir, yeniliklər tətbiq edirdi. Bibiheybət buxtasının doldurulmasına qəhrəmancasına rəhbərlik etmiş insanın - Pavel Pototskinin qəbrini qaydaya saldırır, bu ərazini abadlaşdırır və sahildə yeni abidə qoymuşdur. Azərbaycanın bir neçə nəsli tərəfindən dünya şöhrəti qazanmış neft akademiyası yaradılmışdır. Bəxtiyar Məmmədov, Bəhmən Hacıyev, Qurban Abbasov kimi müharibədən sonrakı nəslin nümayəndəsi olaraq, şanlı həmkarlarından estafeti qəbul etmiş və onu daha da irəli aparmışdır. Bəxtiyar Məmmədova beynəlxalq səhnədə də fərqlənmək nəsib olmuşdur. Onun məsləhətləri, tövsiyyələri mütəxəssis kimi ezam olunduğu Albaniya, Almaniya, Kolumbiya, Venesuelada yararlı olmuşdur. B. Məmmədov 3 il milli neft korporasiyasının məsləhətçisi və kontraktın rəhbəri kimi Nigeriyada işləmişdir. Uzaq Afrika ölkəsində o, yerli neftçilər və sovet həmkarları ilə olduqca yaxın olmuş və onların hörmətini qazanmışdır. Vətən qarşısında böyük xidmətlərinə görə B. Məmmədov Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Dövlət Mükafatı Laureatı, Respublikanın ''Əməkdar mühəndisi'', ölkənin ''Fəxri neftçisi'' adlarına layiq görülmüş, Lenin, Qırmızı Əmək Bayrağı, Oktyabr İnqilabı ordenləri və medallarla təltif edilmişdir.

Yusif Xankişi oğlu Kərimov (1925-1995)

Yusif Xankişi oğlu Kərimov əmək fəaliyyətinə dənizdə qazmaçı köməkçisi kimi başlamaqla, qazmaçı, qazıma ustası kimi müxtəlif vəzifələrdə ''Neft Daşları'', ''Kürgən-dəniz'', ''Qum adası-dəniz'', ''Cənub'' və s. yataqların kəşf olunmasında fəal iştirak etmişdir. Bu xidmətlərinə görə o Sosialist Əməyi Qəhrəmanı adına layiq

99

------------------------------------------Neft Daşları-------------------------------------------
görülmüş, Lenin Ordeni və ''Şərəf Nişanı'' ordeni (2 dəfə) ilə təltif edilmişdir. 1960-cı ildən Bakı arxipelaqı yataqlarında qazıma işləri aparan müəssisəyə rəhbərlik edərkən nəinki təcrübəli qazma işləri bilicisi, eləcə də bacarıqlı təsərrüfatçılıq və təşkilatçılıq qabiliyyətinə malik olduğunu nümayiş etdirmişdir. Onun rəhbərlik etdiyi kollektiv Respublikada həmişə qabaqcılar sırasında olmuş, keçici qırmızı bayraqlarla və pul mükafatları ilə təltif edilməklə fərqlənmişdir. Y. Kərimovun rəhbərlik etdiyi dövr ərzində 2 saylı qazıma kontorunun kollektivi tərəfindən ''Səngəçal-dəniz'', ''Duvannı-dəniz'', ''Xarə-Zirə'' adası yataqları aşkar olunub istifadəyə verilmişdir. Sonralar Sahil Dəniz Kəşfiyyat Qazıma idarəsi adı ilə həmin müəssisə fəaliyyət dairəsini daha da genişləndirərək zəngin təcrübə və biliyə malik kadrların əməyi sayəsində daha böyük dərinliklərdə (6600 metrə qədər) qazma işlərini davam etdirmişdir. Həmin kollektivin fəaliyyəti ilə sonralar ''Bulla-dəniz'' neft-qaz kondensat yatağı, ''Qarasu'', ''Ələt-dəniz'' neft-qaz yataqları aşkar olunmuşdur.

Bəhman Əbiş oğlu Hacıyev (1926-1998)

Bəhman Əbiş oğlu Hacıyev 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Bibiheybət mədənində neft hasilatı üzrə usta işləmişdir. 1951-ci ildən o, həyatının 26 ilini ''Neft Daşları'' NQÇİ-nin inkişafına həsr etmişdir və 15 il ''Neft Daşları'' NQÇİ-nin rəisi işləmişdir. ''Neft Daşları''nın ilk kəşfiyyatçılarından biri olmuşdur. B.Ə. Hacıyevin rəhbərliyi və iştirakı ilə ''Neft Daşları''nda quyuya maili istiqamətdə kut qazma, maili qazımanın köməkliyi ilə bir nöqtədən iki quyunun qazılması üsulları tətbiq olunmuş, neftin yığılması və qorunması üçün iriləşdirilmiş məntəqələr yaradılmış, quyuların tədqiqatı üçün yeni üsullar irəli sürülmüş, boru kəmərlərinin mürəkkəb üsullarının tətbiqi, kommunikasiya işləri, tankerlərlə neftin nəqli və boşaldılması məsələləri həll olunmuşdur. Azərbaycanın

100

------------------------------------------Neft Daşları-------------------------------------------
dəniz neft yataqlarının kompleks mənimsənilməsinə görə B.Ə. Hacıyevə bir qrup mütəxəssislə birgə Lenin mükafatı və dəniz şəraitində çox böyük maili istiqamətləndirilmiş qazımanın kütləvi surətdə tətbiq edilməsinə görə Azərbaycanın Dövlət mükafatı verilmişdir. 1977-ci ildə respublika rəhbərliyi və şəxsən H.Ə. Əliyevin təşəbbüsü ilə B.Ə. Hacıyev ''Azərneft'' Birliyinə baş direktor təyin olunmuşdur. O, gələndən sonra neft kəşfiyatçılarının bütün gücü səfərbər edilmiş, nəticədə ''Cəfərli'', ''Zərdab'', ''Kəlaməddin'', ''Tərsdəllər'' yataqları kəşf edilmiş və Muradxanlı yatağının neftli sahəsi genişlənmişdir. Sonralar B.Ə. Hacıyev Təhlükəsizlik texnikası üzrə Ümumittifaq Neft Elmi-Tədqiqat institutunda rəhbərlik etmirdir. Bu illər ərzində onun böyük istehsalat təcrübəsinə və neft sənayesinin problem və tələbatı haqqında ensiklopedik biliyinə əsaslanan onun elmi qabiliyyəti özünü daha parlaq şəkildə göstərmişdir. 1990-cı ildə müvəffəqiyyətlə dissertasiya müdafiə etmiş və texniki elmlər doktoru adını qazanmışdır. B.Ə. Hacıyev tərəfindən ''Tengis'' (Qazaxıstan) kükürdhidrogen tərkibli yataqların işlənməsi problemləri ilə bağlı, həmçinin qazıma vışkaları və digər yükqaldırma avadanlıqlarının daşıyıcı qabiliyyətinin sınanmasının təhlükəsiz texnologiyasının məsələlərini irəli sürmüşdür. Ömrünün conunadək Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihə institutunun baş məslətçisi işləmişdir. Ölkə və xalq qarşısında böyük xidmələrinə görə Azərbaycanın əməkdar mühəndisi, SSRİ-nin fəxri neftçisi adlarına layiq görülmüş, Lenin, iki dəfə Qırmızı Əmək Bayrağı, Oktyabr İnqilabı ordenləri və medallarla təltif olunmuşdur.

Fuad İbrahim oğlu Səmədov (1926-1969)

Fuad İbrahim oğlu Səmədov 1949-cu ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra ''Neft Daşlarında'' geoloq, Azərneftkəşfiyyat dəniz qazma idarəsində baş geoloq, ''Gürgəndəniz'' (indiki ''Neft Daşları'') qazma idarəsində baş

101

------------------------------------------Neft Daşları-------------------------------------------
geoloq, 1952-ci ildən 1960-cı ilədək ''Neft Daşları'' neft mədən idarəsinin baş geoloqu vəzifəsində çalışmışdır. 1960-cı ildə F.İ. Səmədov Azərbaycan E.A.Dərin neft və qaz yataqlarının problemləri institutunda direktor müavini, 1961-1963-cü illərdə ''Başdənizneft'' idarəsində baş geoloq vəzifəsində işləmişdir. F.İ. Səmədov ''Neft Daşları''nın baş geoloqu işlədiyi zaman elmə xüsusi meyli olan mütəxəssisləri - Xoşbəxt Yusifzadə 1-ci mədənin, Ənvər Məmmədov 2-ci mədənin, Aslan Sultanov isə 3-cü mədənin böyük geoloqu təyin etdirmişdir. F.İ. Səmədovun ''Səngəçal-dəniz'', ''Duvannı-dəniz'', ''Bulla adası'' və ''Bahar'' qaz-kondensat yataqlarının mənimsənilməsində böyük rolu vardır. O, Lenin Mükafatı Laureatı adına layiq görülmüş, 1959-cu ildə Qırmızı Əmək Bayrağı ordeni, 1966-cıildə Lenin ordeni ilə təltif edilmişdir.

Neftçi Qurban (1926-1994)

Xalq arasında ''Neftçi Qurban'' adı ilə məşhur olan Qurban Abbasqulu oğlu Abbasov 1926-cı ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız kəndində anadan olub. Əmək fəaliyyətinə 1944-cü ildə ''Artyomneft'' trestində fəhlə kimi başlayan Qurban Abbasov, sonra ''Azərneft'' Birliyinin qazma idarəsində qazmaçı, buruq ustası, ''Gürgənneft'' NMİ-nin şimal qazma sahəsi idarəsinin rəisi vəzifəsində işləyib. 1951-ci ildə 25 yaşlı qazmaçı usta Qurban Abbasov alim, geoloq, mühəndislərlə birgə Neft Daşlarının kəşfinə görə I Dərəcəli Stalin Mükafatına layiq görülüb. O, 9 dəzgahı olan sahəyə rəis təyin olunur. Həmin sahədə hər bir dəzgahın qazma sürətini 1400 m-ə çatdırmağa nail olub. 1958-ci ildə o, Sosialist Əməyi Qəhrəmanı Qızıl Ulduzu ilə təltif edilib. 1967-1980-cı illərdə- ''Xəzərdənizneftkəşfiyyat'' trestinin müdiri, ''Xəzərdənizneft'' İB-nin baş direktor müavini, ''Neft Daşları'' NQÇİ-nin rəisi, 1980-1983-ci illərdə- ''Xəzərdənizneftqazsənaye'' ÜİB - nin baş direktoru, 1988-1992-ci illərdə

102

------------------------------------------Neft Daşları-------------------------------------------
''Xəzərdənizneft'' İB-nin baş direktoru, 1992-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Şirkətinin baş müşaviri vəzifələrində çalışmışdır. Q.A. Abbasov açıq dənizdə neft və qaz çıxarılmasının ilk təşkilatçılarından biridir. ''Şelf-1'' tipli yarımdalma Üzən qazıma qurğularının Xəzər dənizi şəraitində mənimsənilməsində onun xüsusi xidmətləri olmuşdur. Bu qurğular 200 metrlik dəniz dərinliyində işləyə bilmiş, Kaveroçkin adına (indiki ''Çıraq'' yatağı) yatağı kəşf etməyə və yeni dərin perspektivli strukturlarda kəşfiyyat işləri aparmağa imkan yaratmışdır. Q.A. Abbasovun bilavasitə rəhbərliyi altında dərin dəniz stasionar özüllərin inşasının istehsalat bazası yaradılmış, Xəzər dənizinin dərin sahələrində stasionar özüllərin quraşdırma işlərinin prinsipcə yeni üsulu işlənib hazırlanmışdır. ''Günəşli'', ''Çıraq'', ''Azəri'', ''Kəpəz'' və s. iri yataqların kəşf edilməsində onun xidmətləri misilsiz olmuşdur. Ölkə qarşısında böyük xidmətlərinə görə SSRİ-nin fəxri neftçisi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikası Dövlət mükafatları laureatı, Azərbaycan SSR Əməkdar mühəndisi adlarına layiq görülmüş, 2 dəfə Lenin, Qırmızı Əmək Bayrağı, ''Şərəf Nişanı'', ''Oktyabr İnqilabı'' ordenləri və medalları ilə təltif edilmişdir. Neftçi Qurban özünün dənizdəki iş fəaliyyətinin 50 illik yubileyini qeyd edərkən Azərbaycanın ən yüksək mükafatını - Şöhrət ordenini alan ilk neftçi olmuşdur. Azərbaycan xalqı öz əfsanəvi qəhrəmanın adını əbədiləşdirmək üçün üzən krana ''Neftçi Qurban'' adı vermişdir, Lökbatan qəsəbəsində onun adını mədəniyyət sarayı, küçə, məktəb, körpü daşıyır. Tələbə və aspirantlar üçün ''Neftçi Qurban'' təqaüdü təsis edilmişdir.

Akif Allahyar oğlu Cəfərov (1930-1992)

1955-ci ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsini bitirdikdən sonra neft-qaz yataqlarının geologiyası üzrə geoloq ixtisasına yiyələnən Akif Cəfərov ''Gürgənneft'' NMİ-yə (indiki ''Neft Daşları'') laylara süni təsir sexinin

103

------------------------------------------Neft Daşları-------------------------------------------
su təmizləyici qurğusuna operator vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Idarənin rəhbərliyi şəxsi işküzarlığını nəzərə alaraq, A. Cəfərovu neftçıxarma briqadasına usta köməkçisi təyin etdi. Artıq ''Neft Daşları''nda neftçıxarma işi ilə məşğul olmağa başlayan A. Cəfərov bir neçə vaxtdan sonra həmin briqadaya neftçıxarma vəzifəsinə irəli çəkildi. 1959-cu il may ayının birində ''Gürgənneft'' NMİ-də usta Akif Cəfərovun briqadası illik sosialist öhdəliyinin yerinə yetirilməsi haqda raport verdi. Ölkə Xəzər neftçilərindən əlavə olaraq 60000 ton neft qəbul etdi. Akif Cəfərovun adı Azərbaycan neftçiləri arasında geniş şöhrət tapdı. O, Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü və Lenin ordeni ilə təltif edildi. Tezliklə qabiliyyəti və istedadı ilə fərqlənərək mədən müdiri, idarənin baş mühəndisi kimi vəzifələrə irəli çəkildi. Mədən-mühəndis işlərinə rəhbərlik edən A. Cəfərov heç vaxt öz ixtisasını-geoloq sənətini unutmurdu. 1967-ci ildə o, Abşeron arxipelaqının cənub-şərqində yerləşən ''Kamni Qriqorenko'' (''Xalı'') və ''Neft Daşları'' yataqlarında məhsuldar qat çöküntülərinin geologiyası və neftliliyi mövzusunda dissertasiya müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi adına layiq görülmüşdür. Işlədiyi müddətdə kəşfiyyat, yataqların işlənməsi, neftçıxarma texnologiyasına dair bir çox elmi məqalələrin müəllifi olmuşdur. 1967-ci ildə Akif Cəfərod yeni təşkil olunmuş ''N. Nərimanov'' adına NQÇİ-nin rəisi vəzifəsinə təyin olunmuşdu. 1971-ci ilin əvvələrində Çilov adasında yeni yaranmış ''Cənub'' NQÇİ-nin rəisi vəzifəsinə göndərildi. A. Cəfərovun bilavasitə rəhbərliyi və gördüyü geoloji-texniki tədbirlərin sayəsində ''Çilov'' neft yatağı üzrə 1971-ci ildə 109 min ton, 1972-ci ildə 156 min ton, 1973-cü ildə isə 173 min ton neft çıxarılmışdı. Həmin vaxtlarda ''N. Nərimanov'' adına neftqazçıxarma idarəsində isə gündəlik neft hasilatı 9500 tondan 7000 tona düşmüşdü. ''Xəzərdənizneftqazçıxarma'' Birliyinin rəhbərliyi A. Cəfərovu ''N. Nərimanov'' adına NQÇİ-yə vəziyyəti düzəltmək məqsədilə rəis təyin etdi. A. Cəfərov 1978-ci ildən 1979-cu ilə kimi ''Xəzərdənizneftqazçıxarma'' Birliyinin baş direktorunun müavini, 1979-cu ildən 1984-cü ilə kimi həmin birliyin baş mühəndisi

104


------------------------------------------Neft Daşları-------------------------------------------

vəzifəsində əzmlə işləmişdir. Son dövrdə - 1984-cü ildən 1992-ci ilə qədər A. Cəfərov ''Azərneft'' İstehsalat Birliyinin baş direktoru vəzifəsində işləmişdir.



Ənvər Əliheydər oğlu Məmmədov (1930-1996)

1963-cü ildən 1996-cı ilədək fasiləsiz olaraq Neft Daşları NQÇİ-nin baş geoloqu, rəis müavini vəzifəsində çalışmış, özünü yüksək ixtisaslı mütəxəssis, tələbkar rəhbər kimi göstərmişdir. Ə.Ə. Məmmədovun rəhbərliyi altında ''Neft Daşları'' və ''Palçıq Pilpiləsi'' yataqlarının rasional işlədilməsi, intensivləşdirmə və suvarma metodlarının tətbiqi həyata keçirilmişdir, yeni perspektiv sahələrin kəşfiyyat işləri aparılmışdır. Onun fəal iştirakı ilə ''Neft Daşları'' yatağının mezozoy qatının və perspektiv ''Günəşli'' yatağının layihə işləri yerinə yetirilmişdir. Ə.Ə. Məmmədovun neft sənayesində səmərəli əməyi yüksək qiymətləndirilmiş, ''Şərəf Nişanı'' ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Azərbaycan Respublikasının ''Əməkdar Mühəndisi'' adına layiq görülmüşdür.



İsrafil Sami oğlu Hüseynov (1931-1986)

Ağa Neymatulla, Mixail Kaveroçkindən estafeti tanınmış qazıma ustası, Lenin ordenli, Respublika Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli neftçi İsrafil Sami oğlu Hüseynov qəbul etmişdir. Fəhlə, kəlləçarxıı,texnik, istehsalat şöbəsinin mühəndisi, Neft-qaz sənayesi işçilərinin həmkarlar İttifaqı Respublika Komitəsinin sədri - onun əmək fəaliyyəti bu mərhələlərdən keçmişdir. İ. Hüseynov briqadası, açıq dənizdə işləyərək ölkə praktikasında ilk dəfə olaraq 1531 saylı quyunu nəzərdə tutulduğundan 69 gün əvvəl təhvil vermişdir (2040 m). Quyunun kommersiya sürəti plana görə 290,5 m/dəz-ay, normaya görə 365,9 olsa da 496,9 m/dəz-ay təşkil etdi. Bu maili qazımada Avropa rekordu idi. İ. Hüseynovun briqadasının yenilikçi qazımaçıları ilk dəfə olaraq qazıma işində boru-sütun boru

105

------------------------------------------Neft Daşları-------------------------------------------
baltasının mexaniki tutucusunu, müxtəlif tipli mexaniki açarların və s. sınanılmasını və praktikaya tətbiq edilməsini həyata keçirmiş, qazıma nasosunu hərəkətə gətirmək üçün - 10 güc aqreqatından istifadə edərək dizellərin verilmiş rejimdə avtomatik işləməsini təmin etməklə yanaşı dizel yağına qənaət etməyə və istehsalatın inkişaf səviyyəsini yüksəltməyə nail olmuşdur. Görkəmli qazıma ustasının adı ilə Xəzərdə yeni neft rayonunun mənimsənilməsi bağlıdır. Məhz burada Neft Daşlarının bir neçə kilometrliyində, Xəzərin dərinliyində tikilmiş stasionar platformalarda İsrafil Hüseynovun briqadası uğurla ilk quyuları qazmışdır. Hazırda fəaliyyətdə olan ''28 May'' adına yatağın işlənməsinin əsasını İ. Hüseynovun briqadası qoymuşdur.

Xanoğlan Vəli oğlu Bayramov (1933-1999)

1958-ci ilin avqust ayı. Məhz həmin gün ilk dəfə olaraq İnşaatçılar Günü qeyd olundu və Azərbaycandan yalnız 2 nəfər Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görüldü. Onlardan biri 25 yaşlı Xanoğlan Bayramov idi. Xanoğlan Vəli oğlu Bayramov Neft Daşlarında əmək fəaliyyətinə fəhlə kimi başlamış, ''Xəzərdəniztəmirtikinti'' trestinin rəisi vəzifəsinə qədər yüksəlmişdir. Ayrı-ayrı vaxtlarda o, usta, baş mühəndis işləmiş, Neft Daşlarını tikənlərdən olmuşdur. Dənizin ortasında yaradılmış ilk mədənlərdən, yaşayış evlərindən, estakadalardan başlayaraq Xəzərdə gedən tikinti işlərində iştirak etmiş, 30 ildən artıq öz çətin inşaatçı peşəsinə sadiq qalmışdır. Xanoğlan Bayramov görkəmli neft ustası Qurban Abbasovla Neft Daşlarında tanış olmuşdur. Onların əmək tərcümeyi-halları bir-birinə uyğun gəlir. Bu 2 neftçi 1954-cü ilin yayında açıq dənizdə görüşmüşlər. O vaxtlar Qurban Abbasob artıq Azərbaycanda və Azərbaycandan kənarda ''Neftçi Qurban'' kimi şöhrət qazanmışdır. O ən uzaq platformalarda gedən işlərə rəhbərlik edirdi. 20 yaşlı X. Bayramovun rəhbərlik etdiyi dəniz inşaatçılarının briqadası isə bu platformalardakı özülləri quraşdırırdı. Onun briqadası yeni sahəni usta Qurban

106

------------------------------------------Neft Daşları-------------------------------------------
Abbasovun qazımaçılarına təhvil verdi Ömrünün sonunadək X.B. Baqramov Neft Daşlarında mühüm sahələrdən biri sayılan tikinti-quraşdırma idarəsinə rəhbərlik etmişdir.

107
------------------------------------------Neft Daşları-------------------------------------------


www.socar.az SAYTINDAN XƏBƏRLƏR



5 Noyabr 2009, 15:11    Azərbaycan Prezidenti "Neft Daşları" yatağının 60 illik yubileyi münasibətilə keçirilən təbirlərdə iştirak edib.




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cümə axşamı "Neft Daşları" yatağının 60 illik yubileyi münasibətiləkeçirilən təntənəli tədbirlərdə iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident İlham Əliyev əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstəsi qoyub, ulu öndər Heydər Əliyevin muzeyi ilə tanış olub.

Azərbaycan Prezidenti İlham Əliyev neftçilərin istirahət parkının və qaz-kompressor stansiyasının açılışında iştirak edib.

Dövlət başçısı dəniz neftçilərini yubiley münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb, təltif olunan neftçilərə orden və medallar təqdim edib.

Trend

108


------------------------------------------Neft Daşları-------------------------------------------

Əfsanəvi Neft Daşlarının 60 illik yubileyinə həsr olunmuş təntənəli mərasim

Əfsanəvi Neft Daşlarının 60 illik yubileyi münasibətilə noyabrın 5-də dünyanın səkkizinci möcüzəsi adlandırılan dəniz şəhərində təntənəli mərasim keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təntənəli mərasimdə iştirak etmək üçün Neft Daşlarına gəldi.

Dövlətimizin başçısını dəniz neftçiləri hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstəsi qoydu.

Dövlətimizin başçısı Neft Daşlarında neftçilərin mədəniyyət və istirahət parkı ilə tanış oldu. Müasir tələblər səviyyəsində qurulan parkda neftçilərin istirahəti üçün bütün infrastruktur yaradılmış, yaşıllaşdırma işləri aparılmış, ərazinin landşaftında yeni dekorativ bitkilərdən istifadə olunmuşdur. Parkda 45 metr hündürlüyündə Dövlət bayrağı ucaldılmışdır.

Prezident İlham Əliyev Heydər Əliyev muzeyinin açılışında iştirak etdi.

Dövlətimizin başçısına məlumat verildi ki, muzey ulu öndərin ictimai-siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlarla zəngindir. Burada ümummilli liderin büstü qoyulmuş, onun neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən çoxsaylı tarixi fotolar, ulu öndərin dövlətçilik fəaliyyətinə həsr olunmuş kitablar saxlanılır. Muzeydə ulu öndər Heydər Əliyevin neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini əks etdirən eksponatlara da geniş yer ayrılmışdır. Muzeyin ən müasir avadanlıqla təmin olunmuş konfrans zalında dahi rəhbərin irsinin öyrənilməsi ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyev muzeyin Xatirə kitabına ürək sözlərini yazdı.



109

------------------------------------------Neft Daşları-------------------------------------------

ARDNŞ prezidenti Neft Daşlarına səfər etmişdir

[05.10.2009]
Oktyabrın 5-də ARDNŞ prezidenti Rövnəq Abdullayev başda olmaqla Şirkətin və onun struktur bölmələrinin rəhbərləri Neft Daşlarında olmuşlar. R. Abdullayev və onu müşayiət edən şəxslər ilk öncə Neft Daşlarındakı sıxıcı kompressor stansiyasının (SKS) genişləndirilməsi istiqamətində görülən işlərlə tanış olmaq üçün stansiyanın ərazisinə gəlmişlər. Burada ARDNŞ prezidentinə görülmüş işlər barədə məlumat verilmişdir. Sıxıcı kompressor stansiyasından Neft Daşlarının mərkəzindəki parka gələn R. Abdullayev yol boyu estakadalara, istehsal və sosial yönümlü obyektlərə baxış keçirmiş, şirkətin müvafiq idarələrinin rəhbərlərinə tapşırıqlar vermişdir. Parkın yenidənqurma layihəsi və burada görülmüş işlərlə tanış olduqdan sonra Rövnəq Abdullayev Neft Daşlarındakı mədəniyyət evində aparılan əsaslı təmirlə maraqlanmışdır. Şirkət prezidenti yeni tikilmiş idman zalında və çay evində həyata keçirilən son tamamlama işləri ilə bağlı öz tövsiyyə və göstərişlərini əlaqədar təşkilatların rəhbərlərinə çatdırmışdır. Görülən işlərin nəticələrindən razı qaldığını söyləyən ARDNŞ prezidenti Neft Daşlarının hələ bundan sonra uzun illər Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirmiş, bunun üçün hazırlanmış xüsusi proqramda göstərilən vəzifələrin vaxtında yerinə yetirilməsi zərurətini vurğulamışdır. O, həmçinin Neft Daşlarının 60 illik yubileyinin təntənə ilə qeyd olunacağını söyləmiş, bu məqsədlə yubiley komissiyasının yaradıldığını və geniş tədbirlər planı hazırlandığını qeyd etmişdir. Sonda ARDNŞ prezidenti şirkətin müvafiq strukturlarının rəhbərlərinə qarşıda duran işlərlə bağlı konkret tapşırıqlar vermişdir. Səfər zamanı Rövnəq Abdullayevi ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Ekologiya üzrə vitse-prezident Muxtar Babayev, Sosial məsələlər üzrə vitse-prezident Qorxmaz Hüseynov, Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezident Xalik
110

------------------------------------------Neft Daşları-------------------------------------------
Məmmədov, ARDNŞ Baş ofisinin idarə rəhbərləri, Ağasəf Əliyev, Rəhman Qurbanov, Mehman Əkbərov, “Azneft” İstehsalat Birliyinin baş direktoru Səbuhi Məmmədov və başqaları müşayiət etmişlər.
Neft Daşları DQİİ

Neft Daşları DQİİ hal-hazırda dörd yataqda - Neft Daşları, Palçıq Pilpiləsi, Gürgan dəniz və Pirallahı şimal qırışığı sahələrində qazma işləri aparır. Bunlardan ən perspektivlisi Neft Daşları yatağıdır. Neft Daşları haqda ilk məlumat 1863-cü ildə Q.V.Abix tərəfindən verilmiş, 1945-ci ildə isə Ağaqurban Əliyevin başçılığı ilə ekspedisiya Neft Daşlarının tədqiqinə başlamış və bu 1948-ci ilə kimi davam etdirilmişdir. Neft Daşları yatağı Xəzər dənizinin Abşeron arxipelaqının şimal-qərb cənub-qərb istiqamətində uzanan asimmetrik braxiantiknal qırışıqlığa aid olub, çoxlu sayda eninə və uzununa qırılmalarla mürəkkəbləşmişdir. Böyük tektonik qırılmalara əsasən Neft Daşları yatağını 5 tektonik bloka ayırırlar: I, II, III, IV, V. Sənaye əhəmiyyətli neft məhsuldar qat çöküntüləri ilə bağlıdır. Əsas məhsuldar horizontlar QaLD, QD, FLD, QÜQ, Balaxanı lay dəstəsinin V, VI, VII, VIII, IX, X horizontlarıdır. Yatağın yerləşdiyi sahədə dənizin dərinliyi 60 m-ə qədər çatır. Palçıq Pilpiləsi yatağı Xəzər dənizinin Abşeron arxipelaqında Bakı şəhərindən 110 km şərqdə və 50 km Artyom adasından Cənubi-şərqdə yerləşir. Yatağın yerləşdiyi sahədə dənizin dərinliyi 10 m-dən 25 m-ə qədər dəyişir. Yataq braxiantiknal qırışıqlığa aid olub, çoxlu sayda eninə və uzununa qırılmalarla mürəkkəbləşmişdir. Qirməki lay dəstinin tavanına görə yatağın uzunluğu 9 km, eni isə 3 km-dir. 1949-cu ilin aprelində ilk dəfə V.M.Roşinin rəhbərliyi ilə dənizdə qazma vışkası quraşdırılmışdır. Damba KQİ-nin rəisi Nəsurulla Babayevin əmri ilə ilk qazma briqadası təşkil olunmuş və onun ustası M.P.Kaveroçkin təyin edilmişdir. 1949-cu ilin iyunun 24-də kəşfiyyat quyusunun qazılmasına başlanmışdır. Neft

111

1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə