Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi C. Cabbarlı adına Respublika Gənclər kitabxanası Neft Daşları Biblioqrafik vəsait




Yüklə 0.92 Mb.
səhifə11/12
tarix22.02.2016
ölçüsü0.92 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

------------------------------------------Neft Daşları-------------------------------------------
olardı. Ailəmiz buna öyrəncəli idi. O, özünü işinə, dənizə həsr etmişdi. İndi fikirləşirəm ki, atam nə nəqər ağır həyat sürmüşdür... Gecənin müxtəlif saatlarında onu buruqlarda baş verən hadisələrlə əlaqədar çağırardılar. Nə gecəsi, nə gündüzü olardı".

Yusif Səfərov 1946-cı ildə dəniz qazması üçün stasionar özüllərin hazırlanması və 1951-ci ildə dəniz neft yataqlarının kəşfinə və mənimsənilməsinə görə SSRİ dövlət mükafatlarına layiq görülmüş, müxtəlif illərdə orden və medallarla təltif olunmuşdu. Azərbaycanın əməkdar mühəndisi idi.

Lakin sovet hakimiyyətinin keşməkeşli və təzadlı dövrləri hətta Vətəni və xalqı qarşısında belə böyük xidmətləri olan bu insandan da yan keçmədi. Zemfira xanım deyir: "1952-ci ildə atam "Azərdənizneft" Birliyinin baş direktorunun qazma işləri üzrə müavini işlədiyi vaxt vəzifəsindən kənarlaşdırılaraq Sibirə sürgün edildi. Yalnız ona görə ki, nahar edən vaxt (köhnə "İnturist"in restoranında) M.C.Bağırovun şərəfinə deyilən sağlığa içməmiş, badəni qırağa qoymuşdu. Maraqlıdır ki, Sibirdə də neft kəşfiyyat idarəsinin rəisi vəzifəsində işlərkən atam bir neçə neft yatağının kəşf edilməsinə nail olmuşdu".

Yaxşı deyiblər ki, haqq nazilər, üzülməz. Ədalət bərpa olunur, Y.Səfərov tezliklə Bakıya qayıdır və yenidən öz səmərəli fəaliyyətini davam etdirir.

Uzun illər neft sənayesində müxtəlif vəzifələrdə çalışmış Bayram Bayramov yazır: "Yusif Səfərov 1953-1963-cü illərdə Eksperimental Elektroqazma İdarəsinin rəisi, Azərbaycan Neft-Qazma Elmi-Tədqiqat İnstitutunda yeni qazma üsulu laboratoriyasının müdiri işləmişdir. Onun yeni turbin qazmasının, maili və elektroqazma üsullarının tətbiq edilməsində böyük xidmətləri olmuşdur. İxtira etdiyi yeni üsullar müxtəlif illərdə həyata keçirilərək respublikanın neft sənayesini xeyli zənginləşdirmişdir. O, özünün fəal istehsalat təcrübəsini elmi-tədqiqat və pedaqoji işi ilə üzvi surətdə birləşdirə bilmişdir. "Dənizdə dərin qazma" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır".

151


------------------------------------------Neft Daşları-------------------------------------------
İşinə, peşəsinə olan məhəbbəti qanına, iliyinə hopmuş Yusif Səfərov həm ağlı ilə, həm intuisiyası ilə Azərbaycan neftinin gələcəyini neçə-neçə illər əvvəlcədən görürdü: "Azərbaycan neft respublikasıdır və burada yaşayan hər kəs peşəsindən və vəzifəsindən asılı olmayaraq, neftçidir (ruhən neftçidir). Azərbaycanın xoşbəxt gələcəyi, rifahı da məhz neftlə bağlıdır".

Azərbaycanın neft və qaz ixrac edən ölkə kimi bütün dünyada şöhrəti getdikcə artmaqdadır. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu "Əsrin müqaviləsi" ilə ölkəmizin neft sənayesi qarşısında daha geniş üfüqlər açılıb. Ulu öndər "Əsrin müqaviləsi"nə gələn yolun məhz Neft Daşlarından başladığını vurğulayır, Neft Daşlarının XX əsrdən XXI əsrə atılan körpü olduğunu deyirdi. Bu körpünü salanlar Yusif Səfərov kimi igidlər idi...



Flora Sadıqlı

Azərbaycan.- 2009.- 24 oktyabr
Dəniz şəhərində izi qalanlar-inşaatçı Xanoğlan Bayramov
1933-cü ildə həyata göz açıb 1999-cu ildə dünyasını dəyişən Xanoğlan Bayramov ömrü boyu qurub-yaratmaqla məşğul olub. 66 illik həyatında o qədər ev tikib, qurğu quraşdırıb ki... Başqa inşaatçılardan fərqi isə onda olub ki, torpağın üstündə deyil, suların qoynunda qurub-yaradıb.

Dənizdə ağırlığı minlərlə ton olan platformaların quraşdırılması, suyun az qala 300 metr dərinliyində kəmərlərin çəkilməsi bugünümüzün gerçəkliyidir və heç kəsi təəccübləndirmir. 40, 50, 60 il əvvəl isə bunlar möcüzə kimi görünürdü. Onda təkcə Neft Daşları vardı. Burada dəniz şəhəri salınırdı, evlər tikilirdi, estakadalar, estakadayanı meydançalar inşa edilirdi. Dəli-dolu dalğaların qoynunda Xanoğlan kimi igidlər xarüqə yaradırdı.

Lerikdə anadan olmuş, Əmircanda səkkizillik məktəbi bitirmiş, sonra peşə

152


------------------------------------------Neft Daşları-------------------------------------------
təhsili alaraq qaynaqçılığı öyrənmişdi. Hünər göstərdiyi məkan isə Neft Daşları olmuşdu. Təhsilini də burada davam etdirmiş, Neft texnikumunun dəniz şəhərində fəaliyyət göstərən filialını bitirmişdi. Xanoğlan Bayramov Neft Daşlarında əmək fəaliyyətinə fəhləlikdən başlamışdı. O, sözün tam mənasında, dəniz şəhərini tikənlərdən idi. 30 ildən çox bir dövrdə öz çətin peşəsindən ayrılmamışdı. Bu sədaqət də onu pillə-pillə ucaltmışdı.

25 il "Möcüzələr adası"nda çalışmış neftçi-şair Zaməddin Ziyadoğlu Xanoğlan Bayramovun "Azərdənizneftinşaat" Trestinin 6 saylı Tikinti-Quraşdırma İdarəsinin rəisi olduğu vaxtları xatırlayır. Deyir ki, o illərdə Neft Daşlarında inşaat işləri geniş vüsət almışdı. Gecəyə-gündüzə, yağışa-küləyə baxmadan iş davam edirdi. Xanoğlan Bayramov bu işlərə rəhbərlik etməklə yanaşı, bizimlə, tabeliyində çalışan insanlarla dostluq etməyi də bacarırdı. Bu yüksək insani keyfiyyət çətin dəniz şəraitində güclü amil idi.

Xanoğlan Bayramov 1958-ci ildə, hələ 25 yaşında ikən dövrünün yüksək mükafatına - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü. Fəaliyyətinin müxtəlif illərində ona bir sıra rəhbər vəzifələr tapşırılmışdı. "Xəzərdəniztəmirtikinti" Trestinin müdiri, "Azərdənizneftinşaat" Trestinin müdirinin müavini vəzifələrində çalışmışdı. Ancaq nə vəzifə dəyişdirirdi onu, nə şan-şöhrət. Həmişə sadə, zəhmətkeş, insansevər olaraq qalırdı. Amma işə gecikənlər, intizamı pozanlar gözünə görünməsə, yaxşı idi. Onda Xanoğlan Bayramovun sərt üzü özünü göstərirdi... Ən yaxşı tərbiyə üsulu isə şəxsi nümunə idi.

O nümunəni unutmayan, Xanoğlan Bayramovu özünün ustadı hesab edən yetirmələri bu gün də neft sənayemizdə "külüng vururlar". Bu sırada onun doğmaları,övladları da dayanır.



F.Sadıqlı
Azərbaycan.- 2009.- 11 oktyabr

153

------------------------------------------Neft Daşları-------------------------------------------
25 il "Möcüzələr adası"nda

O, Neft Daşlarından cəmi ikicə yaş böyükdür. Azərbaycanın Xəzər sahilinin ən uzaq nöqtəsində - Qazax rayonunun Xanlıqlar kəndində doğulub boya-başa çatsa da, uşaqlıqdan xəyalında dənizlə, neftçilərin həyatı ilə bağlı bir dünya yaratmışdı. Mehdi Hüseynin "Abşeron" romanını oxuyandan sonra bir neftçi ömrü yaşamağı arzulayırdı. Orta məktəbi bitirib Bakıya ali təhsil almağa gələndə də əslində fikri yenə orada idi - Xəzərdə, Neft Daşlarında - iş elə gətirdi ki, ali məktəbə imtahan verib müsabiqədən keçə bilmədim. Bakıda yaşayan və Neft Daşlarında işləyən qohumlarımdan biri sanki ürəyimdəkiləri gözlərimdən oxuyaraq məni özü ilə oraya aparmağa qərar verdi. 1965-ci ilin noyabr ayının 2-si idi, - deyə Zaməddin Həmişəyev "Möcüzələr adası"ndakı 25 illik həyatını xatırlamağa başlayır. O zaman Neft Daşlarında "Azərdənizneftinşaat" trestinin 6 saylı tikinti-quraşdırma idarəsi fəaliyyət göstərirdi. Zaməddinin tikinti maşınlarının çilingəri kimi çalışmağa başladığı həmin idarə dənizdə misilsiz işlər görürdü. Estakadaların və estakadayanı meydançaların tikintisi geniş vüsət almışdı. Zaməddin Həmişəyev həyatını neft sənayesinin inkişafına həsr etmiş ilk rəisini - o vaxtlar 6 saylı tikinti-quraşdırma idarəsinə rəhbərlik edən Əhməd Zeynalovu dəniz inşaatının korifeyi adlandırır. Sonralar ARDNŞ-nin digər strukturlarında çalışan, elə indi də işdən-gücdən doymayan bu insanı Azərbaycan neftçilərinin neçə-neçə nəslinin müəllimi, ustadı hesab edir. Deyir ki, biz onların yolu ilə getmişik. "Onlar" deyəndə Zaməddin Həmişəyev kimləri nəzərdə tutur? Xoşbəxtlikdən sonra idarəyə Xanoğlan Bayramov rəhbərlik edir. O da Neft Daşlarını qurub-yaradanlardan idi. 25 yaşında ikən Sosialist Əməyi Qəhrəmanı adını almışdı. Xanoğlan Bayramovun xatirəsi Zaməddin üçün çox əzizdir, onun övladları ilə indi də əlaqə saxlayır.

Ümumiyyətlə, dəniz neftçilərinin dostluğu çox möhkəm olur, tufanlarda, qasırğalarda bərkiyir. “Bəlkə Neft Daşlarının cazibə qüvvəsinin toplananlarından biri


154

------------------------------------------Neft Daşları-------------------------------------------
də məhz orada çalışan gözəl insanlar idi. Xəzərdən də ayrıla bilmirdin, oradakı dostlarından da. Qeyri-adi insanlar idi. Axı dənizlə heç də hər kəs “dostlaşa” bilmir. Yadımdadır ki, bu gün işə düzəlib sabah Neft Daşlarını tərk edənlər var idi. Elələri də var idi ki, yalnız birinci fırtınaya qədər duruş gətirirdilər - üç gün, beş gün, bir həftə. Dalğalar şaxə qalxıb özlərini estakadalara çırpanda belələri sahilə qayıdır və bir də geriyə dönmürdülər. Lakin dəniz şəhərinə həmişəlik bağlanıb quruda təklif olunan vəzifələrdən imtina edənlər də az deyildi”, - Z.Həmişəyev o illəri belə xatırlayır. Neft Daşları 25 il onun ikinci evi olub. Bakı Neft Texnikumunun orada fəaliyyət göstərən axşam şöbəsini bitirib. Bir həftə dənizdə - əmək növbəsində, növbəti həftə isə şəhərdə, evində olub. Deyir ki, dəniz neftçisinin özü kimi ailəsi də fədakar, dözümlü-dəyanətli olmalıdır. Dənizdə işləyənin mənəvi dayağı ailəsidir. İndi Zaməddin müəllim bunları gənclərə, böyüməkdə olan nəvələrinə qürurla, bəzən də kövrəldiyini gizlətməyə çalışaraq danışır. Uzun illər boyu çiyin-çiyinə çalışdığı, ictimai işlərdə birgə iştirak etdiyi mətin insanların - Bəxtiyar Məmmədovun, Bəhmən Hacıyevin, Mübarək Məmmədovun, Fərhad Həmzəyevin, Neftçi Qurbanın (Q.Abbasovun), Akif Cəfərovun, Səyyad İbrahimovun, Xoşbəxt Yusifzadənin adlarını iftixarla çəkir. Bu korifeylərlə yanaşı, yüzlərlə fədakar neftçini - sadə əmək adamını ehtiramla yada salır. Söhbət əsnasında rabitəçi Zeynəbi xatırladı. Demə, Neft Daşlarında ilk quyunun fontan vurması barədə sahilə telefon açan bu qız olub. Sonralar da uzun illər, ahıl yaşlarınadək orada çalışıb. Zaməddin Həmişəyev bir nüansı da açıqlayır:

Dəniz neftçisi adı altında bir çox peşə sahibləri birləşir. Geoloqlar neft olan nöqtəni göstərirlər. Dalğıclar relyefi öyrənir, suyun altında qumluqları, qayalıqları, uçurumları müəyyənləşdirirlər. İnşaatçılar desantla gedib sahədə özül tikir, estakada qururlar. Sonra oraya qazmaçılar gəlirlər. Onlar estafeti neftçıxaranlara, operatorlara verirlər. Burada rabitəçilər, dənizçilər, xidmət sahəsinin işçiləri də çalışırlar. Z.Həmişəyev Neft daşlarında çilingər, usta, iş icraçısı, təchizat bazasının müdiri

155

------------------------------------------Neft Daşları-------------------------------------------
vəzifələrində çalışıb. 17 il fasiləsiz olaraq idarə həmkarlar ittifaqı komitəsinin sədri seçilib. Qiyabi yolla Moskvadakı M.N.Şvernik adına Hüquq və Sosial Münasibətlər Akademiyasını bitirib. Neft Daşlarında dünyanın məşhur şəxsiyyətləri - alimlər, yazıçılar, diplomatlar, kosmonavtlar və başqaları ilə görüşləri yaddaşında dərin izlər buraxıb. Görüşlərdən biri isə hər an yadında, xatirindədir. 1975-ci ilin iyun ayında ulu öndər Heydər Əliyev Neft Daşlarına gəlmişdi. Neft Daşlarının 25 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər bu vaxt yekunlaşırdı. Respublikanın rəhbəri ilə "Möcüzələr şəhəri"nə SSRİ-nin neft sənayesi naziri, bir sıra digər vəzifəli şəxslər, ədəbiyyat və incəsənət xadimləri gəlmişdilər. Ümummilli lider Heydər Əliyev həmişə olduğu kimi, neftçilərlə səmimi görüşür, hal-əhval tutur, onların işi, dolanışığı ilə maraqlanırdı. Xeyli söhbətdən sonra ulu öndər birdən dənizə, uzaqlara baxdı. Sonra da əlini uzadıb üfüqü göstərdi: İrəliyə getmək, bax, artıq o yanlarda iş aparmaq, daha dərin sahələri fəth etmək lazımdır. Z.Həmişəyev deyir ki, sonralar, Heydər Əliyevin ölkəyə rəhbərliyinin ikinci dövründə də ona ümummilli liderlə dəfələrlə görüşmək qismət olub. Bu zaman Zaməddin müəllim artıq Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsində çalışırdı. O deyir:

Ulu öndər Azərbaycan neftinin sabahını dənizdə neftçıxarmanın inkişafında görürdü. Neft Daşlarına göstərdiyi qayğı, sonralar yeni yataqların aşkar olunması, neft infrastrukturunun yaradılması üçün gördüyü böyük işlər və nəhayət, "Əsrin müqaviləsi"nin imzalanması bunu əyani təsdiqlədi. Z.Həmişəyev istər dənizdə, istərsə də quruda çalışdığı dövrdə bu işlərə var qüvvəsi ilə dəstək verib. Yaxşı işlərin, xeyirxah əməllərin ona bəxş etdiyi xoş duyğuları, məmnunluq və sevinc hissləri isə gözəl-gözəl şeirlərə çevrilib. Şair kimi oxucular onu Zaməddin Ziyadoğlu imzası ilə tanıyır. Elə ilk şeiri də "Neft Daşları" qəzetində dərc edilib. Qəzetin ilk müxbirlərindən biri Zaməddin müəllimin özü olub.

Hazırda Z.Həmişəyev YAP Qaradağ rayon təşkilatının müşaviridir. Neft

156


------------------------------------------Neft Daşları-------------------------------------------
daşlarından xeyli müddətdir ayrılsa da, orada işlədiyi illəri bir an belə unutmur. Dəniz şəhəri onun həyatından - qəlbindən, yaddaşından, yaradıcılığından qırmızı xətlə keçir:

Neft Daşları - ürəyimin parası,

Qara qızıl-səltənətim, sərvətim,

Qara daşlar gözlərimin qarası,

Neft Daşlari-şeiriyyətim, söhbətim.

Flora Sadıqlı

Azərbaycan.- 2009.- 12 sentyabr

Neft Daşlarındakı yataqxanalar təmir edilir
Neft Daşlarında sayca dördüncü beşmərtəbəli kişi yataqxanasının əsaslı təmiri başa çatdırılmışdır. Ümumi sahəsi 3143 kvadratmetr olan 244 otaqlı yataqxanada 432 neftçi yaşayacaq. Gələn ilin noyabrında "Neft Daşları" mədən-şəhərinin 60 illiyi qeyd ediləcək. Hələ 3 il bundan öncə ARDNŞ-nin rəhbərliyi yubiley ərəfəsində şəhərdəki bütün yataqxanaların təmir edilməsi barədə göstəriş vermişdi. Təmir işlərini həyata keçirmək "Neftqaztikint" trestinin "Neft Daşları"ndakı 7 saylı Tikinti-Quraşdırma İdarəsinə və Bakıdakı 6 saylı TQİ-yə tapşırılmışdır. "Neftqaztikinti" tresti keyfiyyət, ekologiya və əməyin təhlükəsizliyi üzrə 3 beynəlxalq sertifikata malikdir. Trest tərəfindən inşa edilən bütün, ilk növbədə, sosialyönümlü obyektlər beynəlxalq standartlara uyğun, ən müasir üzlük materiallarla, insanların yaşaması üçün yüksək rahatlığın təmin olunması şərti ilə tikilir. İki il qabaq birinci təmir edilmiş 412 yerlik kişi yataqxanasında inşaatçıların gördüyü iş yüksək qiymətləndirilmişdir. İndiyədək kişi yataqxanasından 4-də əsaslı təmir işləri aparılıb. 128 yerlik sonuncu kişi yataqxanasının hazırda dam örtüyü təmir edilir. Açıq dənizdə ən hündür tikili olan doqquzmərtəbəli 300 nəfərlik qadın

157


------------------------------------------Neft Daşları-------------------------------------------
yataqxanası 1,5 il bundan əvvəl "Neftqazlayihə" İnstitutu tərəfindən hazırlanan layihəyə uyğun əsaslı təmirə dayandırılmışdır. Yataqxana 168 otaqdan ibarətdir. Təmir işləri iki mərhələdə aparılır. Yeniləşdirilmiş otaqlarda yaradılan rahatlıqdan qadınlar çox məmnundurlar. Təmir işləri Avropa standartlarına uyğun olaraq ən yeni üzlük materiallarından, santexnika və elektrotexniki avadanlıqdan istifadə edilərək aparılmış, burada yüksək keyfiyyətli qapı və pəncərələr quraşdırılmış, döşəmə laminatla örtülmüşdür. Hər bir otaq rahat və gözəl mebellə, güzgü və xalçalarla, duş, telefon, müasir elektrik avadanlıqları ilə təchiz edilmişdir.
Hazırda binanın qalan 88 otağının təmiri aparılır. 2009-cu ilin birinci rübündə yataqxananın təmiri başa çatdırılacaq. Neft Daşlarının 60 illiyi ilə əlaqədar burada idman-sağlamlıq mərkəzinin inşası, yeməkxananın, klub və NQÇİ-nin inzibati binasının əsaslı təmiri nəzərdə tutulub.

Azərbaycan.- 2008.- 21 dekabr
Neft Daşlarında Heydər Əliyev muzeyi
Azərbaycanın paytaxtında, iri şəhərlərində, uzaq-yaxın bölgələrində insanlar ulu öndərə böyük ehtiram və dərin məhəbbət nişanəsi kimi Heydər Əliyev muzeyləri yaradıblar. Bu həm də ulu öndərin keçdiyi şərəfli həyat yoluna bir daha nəzər salmaq, böyüməkdə olan nəsli bu yola daha yaxından bələd etmək deməkdir.
Şəkildə gördüyümüz Heydər Əliyev muzeyi isə nə kənddə, nə də şəhərdədir. Onu əfsanəvi Neft Daşlarında yaradıblar. Muzey ötən ilin payızında Neft Daşlarının 60 illik yubileyi qeyd olunan vaxt istifadəyə verilib. Onun açılışında iştirak edən ölkə Prezidenti İlham Əliyev muzeyin xatirə kitabına öz ürək sözlərini də yazıb.
Xəzərin qoynunda, polad ayaqlar üstündə qərar tutmuş dəniz şəhərindəki bu muzey onu yaradanlar - neftçilər üçün çox əziz və gərəklidir. Çünki onlar ulu öndəri çox sevirlər, çünki Heydər Əliyev neftçilərin böyük dostu idi!

158


------------------------------------------Neft Daşları-------------------------------------------

Azərbaycana rəhbərlik etdiyi illərdə ümummilli lider Heydər Əliyev dəniz şəhərində dəfələrlə olmuşdu. Estakadalar üstündə gəzmiş, neftçilərlə, inşaatçılarla söhbət etmiş, onların işləri, qayğıları, dolanışıqları ilə maraqlanmışdı.


Ulu öndər hər dəfə Neft Daşlarına gələndə Azərbaycan neftinin gələcəyindən də söz salardı. Dənizdə neft və qazçıxarmanın sabahının daha işıqlı olacağını deyərdi. İxtiyar yaşlı neftçilərdən biri xatırlayır ki, bir dəfə ümummilli lider estakadalar üstündə dayanaraq əlini irəliyə, dənizlə göyləri birləşdirən üfüqə tərəf uzatdı. "İndi artıq orada işləmək, daha uzaq yataqları kəşf etmək, fəth etmək lazımdır", - dedi.
Bu həmin yerlər idi ki, indi oraya baxanda "Çıraq", "Azəri" platformaları görünür... Heydər Əliyev uzaqgörənliyi olmasaydı bu gün nə "Azəri-Çıraq-Günəşli" olardı, nə də Bakı-Tbilisi-Ceyhan. Heç Neft Daşlarının özü də bu cah-calala çatmaz, belə inkişaf etməzdi. Yaşlı nəsil bunları öz gözləri ilə görüb. Cavanlar isə bax bu muzeyə gəlirlər. Muzey onlara həqiqətdən yaranmış bir hekayət danışır: Heydər Əliyevin Azərbaycan neftçisiilə dostluğunun hekayətini...

Flora Sadıqlı
Azərbaycan.- 2010.- 30 aprel



2011 ГОД ОБЪЯВЛЕН ГОДОМ «ГЮНЕШЛИ» И «НЕФТ ДАШЛАРЫ»
В минувший четверг в головном офисе ГНКАР состоялось совещание руководителей структурных единиц Государственной нефтяной компании Азербайджана, которое носило отчетный характер и было посвящено итогам ушедшего года и задачам на 2011 год. Вступительной речью мероприятие открыл президент ГНКАР, депутат Милли меджлиса Ровнаг Абдуллаев, который поздравил нефтяников республики с днем солидарности всех азербайджанцев мира и наступающим Новым годом. Он отметил, что все

159


------------------------------------------Neft Daşları-------------------------------------------
коллективы Государственной нефтяной компании истекший 2010 год завершили успешно, трудились с высокой производительностью, вписав в летопись истории нефтяной промышленности Азербайджана еще одну яркую страницу славных дел. «В результате высокопроизводительного труда 80-тысячного коллектива достигнуты отличные технико-экономические показатели по реализации национальной нефтяной стратегии общенационального лидера нашего народа Гейдара Алирза оглу Алиева и по выполнению программных указаний Президента страны многоуважаемого Ильхама Алиева. В целом деятельность всех управлений Госнефтекомпании была на высоком уровне», - сказал Ровнаг Абдуллаев и вкратце проанализировал работу каждого из них в прошлом году.

Вышка.- 2011.- 7 января

НОЧНАЯ ВАХТА НА "КАМУШКАХ"
Выступая в День нефтяника в НГДУ "Нефт Дашлары", генеральный директор Производственного объединения по добыче нефти и газа на море Рахман Гурбанов сказал, что у этого коллектива хорошие перспективы, так как здесь имеются значительные остаточные запасы нефти, по объемам не уступающие новому месторождению. Руководство ГНКАР и Производственного объединения ставит задачу - наращивать здесь добычу нефти и газа. Эта стратегия выработана на основе всесторонних исследований геологов. Самым перспективным на площади "Нефт Дашлары" является блок № 5. Раньше он не был вовлечен в разработку, так как глубина моря там превышает 60 метров. На таких глубинах эстакады возводить нельзя, и платформы на средние глубины не строились. Лишь в последние годы было принято решение установить пятиблочную платформу № 1887 для бурения 32

160


------------------------------------------Neft Daşları-------------------------------------------
наклонных скважин. Три блока этой платформы уже установлены и закреплены на глубине моря 63 метра. Оставшиеся два блока изготовлены и находятся на стапелях ПО "Шельфпроектстрой". После окраски будут отбуксированы на точку, закреплены на дне и переданы буровикам. Разведку этого нефтяного поля в течение нескольких лет ведет плавучая буровая установка "Хазар-4". Она уже пробурила четыре оценочных скважины, которые были успешно испытаны и подтвердили прогнозы геологов.

Многообещающим является и месторождение "Грязевая сопка". Здесь более 9 млн. тонн остаточных извлекаемых запасов нефти. Это промысел № 3 НГДУ "Нефт Дашлары". Здесь добыча нефти будет удвоена, так как трест "Каспморбурстрой" специально для "Грязевой сопки" построил и установил новую 8-блочную платформу с вертолетной площадкой, с которой за короткое время будет пробурено 12 новых скважин. Буровики МУБР "Нефт Дашлары" уже развернули там свои 4 станка, и в настоящее время все 4 скважины ожидают поступления эксплуатационных колонн.

Скважины здесь неглубокие - от 1300 до 1900 метров. При хорошем снабжении вводиться будут одна за другой. Известно, что Нефтяные Камни содержат до 20 продуктивных горизонтов. В одной скважине можно эксплуатировать сразу несколько пластов.

Сегодня на легендарных "Камушках" действуют около 400 скважин со средним дебитом 5 тонн ежесуточно, добывается 2150-2200 тонн нефти. Этот показатель с каждым годом растет. Так, за 9 месяцев нынешнего года было добыто 604600 тонн нефти, из них 9600 тонн дополнительно к плану - 101,6%. Впервые в этом году на "Камушках" начали собирать в трубу попутный газ - 130 тысяч кубометров в сутки - 37 млн. кубометров за 9 месяцев. Раньше его выпускали в атмосферу.

Не каждому журналисту выпадает удача сделать репортаж о работе

161


------------------------------------------Neft Daşları-------------------------------------------
ночной смены на "Камушках", поэтому я с удовольствием приняла предложение начальника НГДУ Алчина Ширинзаде подключиться к ночной проверке основных объектов жизнедеятельности города-промысла на сваях. Вместе с нами в "уазик" управляющего сели главный энергетик НГДУ Эльдар Эфендиев и заместитель управляющего по производству Садай Насибов. По эстакадам мы ехали на промыслы. Дул холодный ветер силой 12 метров в секунду, поднимая двухметровую волну. Море - черное, пугающее. Жутковато с непривычки. До промысла № 5 три километра. Дорога - асфальтированная эстакада - хорошо освещена, темных участков нет. А это заслуга и предмет особой гордости едущего с нами главного энергетика Эльдара Эфендиева, молодого талантливого и перспективного инженера-энергетика.

Вот и площадка пятого промысла - цель нашей поездки. Накануне днем я была здесь и видела, как работали десятки разных специалистов. Они вводили в эксплуатацию новую сепарационную установку - это очень важный объект для разделения нефти от газа. Раньше из-за отсутствия такой установки второй и пятый цеха не могли собирать попутный газ, сбрасывали его в атмосферу. И вот установку построили собственными силами, приурочив ее пуск ко Дню нефтяника. У высоких сигарообразных желтых сепараторов дежурили несколько человек. Слесарь отдела контрольно-измерительных приборов и автоматики Намизат Алиев доложил по-военному:

Установка работает нормально, через сепаратор пропущено 600 тонн жидкости.

Убедившись, что на пятом промысле все нормально, мы поехали дальше. Наш путь - в парк товарных резервуаров № 3. Это еще три километра по эстакадам. Едем мимо Дожимной компрессорной станции-2. Это суперсовременное предприятие принадлежит НГДУ "28 Мая". Оно буквально залито электрическими огнями и похоже на огромный океанский лайнер в

162

------------------------------------------Neft Daşları-------------------------------------------
ночи с прекрасным двухэтажным жилым корпусом. Этот объект впервые был построен своими силами по евростандартам в тресте "Каспморнефтегазстрой".

Но и новый парк товарных резервуаров, введенный в эксплуатацию в августе, производит очень хорошее впечатление. Шесть белоснежных резервуаров высотой с 4-этажный дом выглядят как на параде. Кругом чистота, ни соринки, ни капельки мазута, только цветы и развесистые зеленые кустарники.

В уютной операторской у приборов дежурил машинист Расуллятиф Аббасов.

В 12 часов ночи наша смена закончила откачку, -доложил он управляющему. На берег перекачали 2150 тонн нефти. До утра до конца смены еще 6 часов. Перекачка продолжается.

Расуллятифу Аббасову 34 года, и 11 лет после окончания нефтяного техникума он работает здесь. Воевал в Карабахе. Недавно женился и получил квартиру. В его жизни произошли хорошие перемены: он состоялся как специалист, как мужественный сын своей Родины, как семьянин.

Здесь, в этом резервуарном парке работают люди, которым до 40 лет. Таков и начальник парка Хакимага Ганиев. Ему 38 лет, из них 13 работает на Нефтяных Камнях. Семь лет он является начальником резервуарного парка. Редкую специальность - инженер по эксплуатации нефтебаз и нефтехранилищ получил в Ивано-Франковском институте нефти и химии, который окончил, блестяще защитив диплом.

Стрелки часов показывали 1 час 30 минут ночи, когда мы вошли в операторскую газотурбинной электростанции знаменитой ГТЭС. Это уникальное производство. В Союзе было всего две электростанции, вырабатывающие энергию в открытом море - в украинском городе Николаеве на Черном море и в Азербайджане на Каспии. Можно сказать, что от

163

1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə