Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm İnstitutu




Yüklə 205.04 Kb.
səhifə2/2
tarix22.02.2016
ölçüsü205.04 Kb.
1   2
, www.expedia.com , www.asiatravel.com. www.travelocity.com, www.thomascook.co.uk, www.wttc.org, www.excite.com, www.travel.net, www.lycos.com və s. göstərmək olar. Azərbaycan haqqında ümumdünya şəbəkəsində informasiya yayan ən görkəmli saytlardan www.myst.gov.az, (Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin saytı) www.azeribaijan-info.com , (Azərbaycan haqında hər şey) www.culture.az, (Azərbaycan mədəniyyətinə və incəsənətinə həsr olunmuş sayt), www.azerifolk.com, (Azərbaycan mədəniyyəti haqqında sayt) www.tourizm.az (Virtual Turizm Agentliyinin xidməti), www.gateway.az   və s. göstərmək olar.      
Ümumdünya şəbəkəsindən istifadə etməklə təkcə informasiyanın verilib-alınması kimi məsələləri deyil həm də birbaşa olaraq turizm xitmətinin satışını da təşkil etmək mümükündür. Baxmayaraq ki, müasir dövrdə bunun miqdarı dünya üzrə ümumi turizm xidmətinin təqribən 1%-ni təşkil edir, ancaq mütləq rəqəmlə ifadə etdikdə bu məbləğin çox böyük olduğunu göstərmək mümkündür. Bu isə turizm xidmətinin böyük bir həcmə malik olmasından irəli gəlir.
Potensial turistlərin İnternetini imkanlarından istifadə etməklə reklam olunan turist xidmətləri haqqında məlumatları asanlıqla əldə edə bilmələri turagentlər tərəfindən təklif olunan reklamlarla müqayisədə daha səmərəli olması ilə səciyyələnir. Belə ki, ənənəvi üsullarla (məsələn, televiziya) verilən reklamlar kütləvi auditoriya üçün nəzərdə tutulduğundan bir çox hallarda səmərəlilik vermir. Hətta məqsədli auditoriyanın seçilməsi düzgün həyata keçirildikdə belə potensial müştərilər- bizim misalda turistlər bu reklamlara qarşı biganə olacaqlar. Bunun əsas səbəblərindən biri reklamı təşkil edən marketinq mütəxəssisnin bu işə nəzarət etməsidir. Buradakı müştəri üçün reklama yalnız passiv mövqedən olaraq cəlb edilmə imkanı vardır. Başqa sözlə ifadə edəriksə bu nə dialoq, nə monoloq sayıla bilər. Ən yaxşı halda verilən bu reklam turizm xidməti təklif edən firmanın öz xidmətlərini tərifləməkdən ibarət ola bilər.
İnternetdən istifadə edərək klassik reklam üsullarına məxsus olan bu kimi çatışmamazlıqları ortadan qaldırmaq mümkündür. Birincisi, buradakı situasiyaya marketinq mütəxəssisi deyil, sifaişçi nəzarət edir. Şəbəkədən informasiya axtaran potensial turistlər onlara nə lazım olduğunu, bunun nə zaman və hansı istiqamətdə axtarılacağı qərarını özləri verirlər. Əgər təqdim olunan səhifədə onları qane edən informasiya olmadıqda sifarişçi asanlıqla buranı tərk edib, digər bir səhifədəki təkliflərə baxmaq imkanı əldə edə bilər. Beləliklə əvvəlki klassik reklam üsulu ilə darıxdırıcı bir   mühitə düşən auditoriya bu vasitə ilə reklamın passiv müşahidəçisindən aktiv iştirakçısına çevrilə bilər.
     İkincisi, şəbəkədə özünə lazım olan informasiyanı axtaran potensial turist məlumat üçün xidmət təklif edən firmaya özü müraciət edir. Burada diqqət edilə biləcəyimiz ən mühüm bir məsələ isə həmin qərarın kənardan kimsənin   təzyiqi olmadan həyata keçirilməsidir. Çünki, şəbəkədə informasiya axtaran müştəri həmin məlumatı almaq üçün dərkolunmuş şəkildə buraya müraciət etmişdir.
      Üçüncüsü, ümumdünya şəbəkəsi hər bir müştəriyə fərdi qaydada yanaşma imkanı da yaradır. Ənənəvi kütləvi informasiya vasitələrindən fərqli olaraq İnternet hər bir müştəriyə dəqiq istiqamətlənmiş məlumatı göndərərək, onun kortəbii qaydada verilməsindən alınan üstün fərqini ortaya qoymuş olur.
     Dörduncusü, bəlkə də bu sahədəki ən mütərəqqi yeniliklərdən biri kimi qiymətləndirə biləcəyimiz xüsusiyyət isə şəbəkənin yaratdığı həmin informasiya mübadiləsinin interaktiv xarakter daşımasıdır. İkitərəfli qaydada dialoq formasında həyata keçirilən informasiya mübadiləsi turizm firması tərəfindən hər bir müştəriyə fərdi qaydada yanaşma imkanı verir.

Тurizm şirkəti öz gündəlik fəaliyyətində internet şəbəkəsinin imkan­larından çox geniş istifadə edir. Lakin internet müştərilərin cəlb olunmasında kifayət qə­dər effektiv vasitə kimi qəbul olunmur. Buna baxmayaraq İnternetdən öz rek­lamları üçün istifadə edən turizm şirkətlərinin sayı kifayət qədər artmışdır.

Reklam işləri üçün vəsait ayırmazdan əvvəl marketinq şöbəsinin nüma­yəndələri bu və ya digər reklam daşıyıcısının hansı auditoriyaya malik oldu­ğu­nu bilməlidir.

İnternet istifadəçiləri haqqında kifayət qədər məlumat aldıqdan sonra turizm şirkətlərinin bu şəbəkədə təqdimatına diqqət yetirilməlidir. Təqdimat dedikdə, ilk növbədə şəxsi internet səhifəsinin yaradılmasına nail olmaq la­zım­dır. Bu səhifəni həm Veb- server, həm də Veb-sayt adlandırırlar. Nəzərə alınmalıdır ki, bu sayt turizm şirkətinin vizit kartı, onun yüksək keyfiyyətinin göstəricisidir. Bəzən şirkət nümayəndəsi bu Veb- saytı yaratmağı peşəkara deyil, bu işin həvəskarı olan bir gəncə həvalə edir. Bu halda yüksək nüfuza malik həmin şirkətin çox keyfiyyətsiz, effektsiz və səhvlərlə dolu Veb saytı yaranır. Bu da əlbəttə ki, nüfuzun aşağı düşməsinə səbəb olur. Həmin şirkət nəzərə almalıdır ki, bu sayt onun vizit kartı, yüksək keyfiyyətinin göstəricisidir. Sözsüz bu şirkətə və onun təklif etdiyi xidmətlərə dırnaq arası baxacaqlar. Ona görə də Veb-saytın yaradılması peşəkara tapşırılmalı, ixtisaslaşmış peşəkar Veb-dizayn şirkətinə müraciət edilməlidir. Hal- hazırda bu şirkətlərdən kifayət qədər var. Bunun üçün ilk növbədə həmin dizayn şirkətinin bundan əvvəlki işlərinə baxmaq, daha sonra öz seçimini etmək lazımdır.

Turizm informasiya texnologiyaları vasitəsilə reklamının təşkili üçün ilk növbədə axtarış sistemlərində və ehtiyatlar kataloqlarında qeydiyyatdan keçilməlidir. Bunlar məcburi xarakter daşıyan işlərdir. Bunun vasitəsilə şirkət özünə kiçik auditoriya və müştəri kütləsi yığa bilər. Şirkət öz reklam işini yalnız internet vasitəsilə qurmamalı, başqa vasitələrə də müraciət etməlidir. Turizm şirkəti reklam üçün kütləvi informasiya vasitələrindən, əsasən də gündəlik mətbuatdan istifadə edə bilər.

Texniki cəhətdən yanaşdıqda informasiya texnologiyalarının imkanlarının qeyri-məhdud olduğunu nəzərə alaraq onun insanların həyatında və iqtisadi fəaliyyətində, o cümlədən turizm biznesi sahəsində də rolunun hər keçən gün ərzində artdığını görmək mümkündür. İnsan tələbatının sonsuz olduğunu, bu tələbatların ödənilə bilməsi üçün resursların məhdud olduğunu nəzərə alarıqsa onlardan səmərəli şəkildə istifadə olunması mühüm məsələ kimi qarşıda durur. Bunun həll edilə bilməsi üçün isə həmin resurslar və onlardan istifadəfnin təşkili haqqında kifayət qədər informasiyaya malik olmaq zərurəti yaranır. İnformasiya texnologiyasınıın da sonsuz imkanlarından istifadə etməklə iqtisadiyyatın bütün sahələrində olduğu kimi dövrümüzün ən populyar sosial-iqtisadi hadisəsi olan beynəlxalq turizmin təşkili məsələsində də səmərəli nəticələr əldə etmək mümkündür.

Son illərdə Azərbaycanda turizmin inkişafına xüsusi önəm və qayğı göstərilir. Turizmin mədəniyyət ilə bir dövlət qurumunda birləşməsi onun inkişafı üçün yeni imkanların yaranmasına təkan vermişdir. Bu, turizmin inkişaf etdirilməsi ilə yanaşı, həmçinin Azərbaycan mədəniyyətinin və milli irsin də təbliğ olunmasına yardım edir. Ənənəvi təbliğat vasitələri (çap məhsulları, beynəlxalq sərgilərdə iştirak, video və kino çarxlarının istehsalı) ilə yanaşı elektron resursların bu səpgidə artırılması və yayılması çox zəruridir. Respublikada bu sahədə mövcud olan elektron resurslarının təhlili onları 3 kateqoriyaya bölməyə imkan verir.

Bunlardan birincisi, ümumrespublika, dövlət əhəmiyyətli məlumat portallarıdır. Onlar ilk öncə ölkə haqqında ümumi və ətraflı məlumatın yerləşdirilməsi məqsədinlə xidmət edirlər. Belə resurslardan ilk növbədə www.azerbaijan.az portalı qeyd olunmalıdır. Bundan başqa UNDP ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi çərçivəsində yaradılan ixtisaslaşmış turizm portalı da eyni məqsədlidir.

İkincisi, ölkədaxili turizm sahəsində çalışan aidiyyətli qurum və şirkətlərin elektron resursları. Bunlardan İmprotex travel, Sevgun Travel, Absheron Tour və Caspian İnvest Commerce şirkətlərinin veb-resursları xüsusilə maraqlı və diqqətəlayiqdir. Adı çəkilən şirkətlərin saytlarında ölkənin müxtəlif bölgələrinin turizm imkanlarının təqdimi ilə yanaşı şirkətlərin göstərdiyi geniş çeşidli xidmət və turlar barəsində məlumat da öz yerini tutmuşdur.

Nəhayət, üçüncüsü otel və istirahət mərkəzlərinin elektron məhsullarıdır. Bunlar başlıca olaraq Bakıda yerləşən otellərə aiddir. Onlarla qısa tanışlıq belə bir fikir söyləməyə imkan verir ki, əksər rekreasiya obyektləri olan otel və istirahət mərkəzlərinin veb –məhsulları təqdimat və tanışlıq daha doğrusu bir növ reklam xarakteridir.

Ümümiyyətlə respublikada sözü gedən sahədə mövcud olan internet məhsullarının təhlili belə bir nəticə çıxarmağa imkan verir ki, onların böyük bir hissəsi təqdimat və promouşn xarakteridir.

Internetin interaktiv imkanlarından yalnız forumlar kimi xidmət təklif olunur. Bu da sözsüz ki, ölkədə e-biznesin və e-commerce – nin zəif inkişafından irəli gəlir. Ümid etmək olar ki, həmin problemin həlli elektron turizmin daha sürətli inkişafına təkan verəcəkdir.




Azərbaycanda turizm sənayesinin inkişafı
İqtisadi islahatların həyata keçirilməsində iqtisadi və sosial mexanizmlərin formalaşması, dinamikası və proqnozlaşdırılması, xüsusi tədqiqat obyekti kimi təhlili, islahatların əsaslandırılması və onun reallaşması zamanı meydana çıxan sosial nəticələrin qiymətləndirilməsi aktuallıq baxımından mühüm əhəmiyyət kəsb edir. Müstəqillik əldə etmiş Azərbayjan Respublikasının qarşısında duran strateji məqsəd ölkənin bazar iqtisadiyyatına keçməsilə bağlı qarşıya çıxan bir sıra sosial-iqtisadi problemlərin həllində onun mütərəqqi formalarından səmərəli istifadə yollarını müəyyən etməkdir. Turizm haqqında Azərbayjan Respublikası qanunu Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəldilmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyən edir və turizm sahəsində meydana çıxan münasibətləri tənzimləyir, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydasını müəyyənləşdirir.

Turizm və sosial-mədəni servis xidməti fəaliyyət növü kimi əhalinin asudə vaxtının səmərəli istifadə edilməsinə, ekskursiya, səyahət və turist marşrutlarının təşkilinə, həmçinin turistlərin başqa xidmət növlərindən istifadənin gücləndirilməsinə təkan verir. Turizm xidmətləri bilavasitə turist təşkilatlarının fəaliyyətinin nətijəsidir. Turizm xidməti əməyin spesifik xüsusiyyətlərini və məzmununu müəyyənləşdirən milli iqtisadiyyatın müstəqil sahəsidir. Turizmdə əmək məhsuldarlığının artım sürəti üçün xidmətin səviyyəsinin yüksəldilməsi, əməyin təşkili və stimullaşdırılmasının forma və üsullarının təkmilləşdirilməsi, turizm və sosial-mədəni servis xidmətlərinin təşkilinin yenidən qurulması zəruridir.



Ölkəmizin dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanlar mövcuddur. Müstəqil Azərbaycanın neft strategiyasının əsasını qoyan «Əsrin müqaviləsinin» imzalanmasının 8 ili tamam olmasına iki gün qalmış – 2002-ji il sentyabrın 18-də Bakı şəhərində Bakı-Tbilisi-Jeyhan ƏİBK-nin tikintisinin təməli qoyuldu və bu layihə müvəffəqiyyətlə başa çatdırıldı. Bu layihənin davamı olaraq «Avropa-Qafqaz-Asiya» (TRASEKA) nəqliyyat dəhlizi proqramı çərçivəsində 1998-ji il setyabr ayının 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın rəsmi nümayəndələrinin iştirakı ilə Bakı şəhərində tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfrans keçirildi və burada Avrasiya nəqliyyat dəhlizi üzərində yerləşən ölkələrin inkişafı, onların təbii ehtiyatlarının mənimsənilməsi, iqtisadi potensialdan daha da səmərəli istifadə olunması, ticarətin, turizmin və iqtisadi əməkdaşlığın genişlənməsi üçün etibarlı zəmin yaradan saziş imzalandı. 2007-ji il 7 fevral tarixində Azərbaycan dünya nəqliyyat-kommunikasiya sisteminə mühüm töhvə kimi qiymətləndiriləcək uğura imza atdı: Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının səyi nəticəsində Tiflis şəhərində Azərbayjan, Gürjüstan və Türkiyə hökumət rəhbərləri arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi ilə bağlı əldə olunmuş razılaşma bütövlükdə Jənubi Qafqaz və orta Asiya regionlarının uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Son illər Azərbaycanda turizm sahəsində beynəlxalq əlaqələrin təşkili və inkişaf etdirilməsi, turizm imkanlarının təbliği, milli turizmin inkişafı və turizm infrastrukturlarının yeniləşməsi sahəsində konkret istiqamətlər müəyyənləşdirilib. Azərbaycanın qədim tarixə malik olması, Xəzər dənizi sahilində yerləşməsi, tarixi abidələrlə zənginliyi, dünyanın 11 iqlim qurşağından 9-nun burada mövcudluğu və insanların qonaqpərvərliyi turizmin inkişaf etdirilməsinə geniş imkanlar yaradır. Ölkəmizdə 12 təbii və tarixi qoruq, 17 müvəqqəti qoruq və ovçuluq təsərrüfatı mövjuddur. Müxtəlif regionlarda 6 mindən artıq memarlıq və mədəniyyət abidələri qorunub saxlanılır. YUNESKO tərəfindən qeydiyyata alınan «İçəri şəhər», Qız qalası, Şəki Xan sarayı, Möminə Xatun Türbəsi və digər mədəniyyət abidələri artıq bütün dünyada məhşurdurlar. Dövlət proqramı bütün sərvətlərdən səmərəli istifadə etməklə, turizmi inkişaf etdirməyi qarşıya məqsəd qoymuşdur. Eyni zamanda Azərbayjanda turizmi inkişaf etdirmək məqsədilə aşağıdakı əsas vəzifələr qarşıya qoyulmuşdur: turizm sahəsində sahibkarlığı, ilk növbədə kiçik və orta sahibkarlığı inkişaf etdirməklə rəqabətə davamlı turizm bazarını yaratmaq; turistlərə xidmətin keyfiyyətinin yüksəldilməsini, onun beynəlxalq standartlara uyğunluğunu təmin etmək; turizm fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirmək; turizmdən dövlət və yerli büdcələrə daxil olan vəsaitin həcmini artırmaq; turizmin infrastrukturunu, onun maddi-texniki bazasını möhkəmlətmək; turizm müəssisələrinin beynəlxalq turizm proqramlarında iştirakı üçün əlverişli şərait yaratmaq, xarici investorları turizm sferasına jəlb etmək. Bu vəzifələrin hər birinin yerinə yetirilməsi gərgin və məsuliyyətli əmək tələb edir.

Azərbayjanda turizm sahəsi üzrə dövlət siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir. Azərbaycan Respublikası hökuməti ilə 16 ölkə – Türkiyə, Pakistan, Özbəkistan, Qırğızıstan, Çin, Polşa, İtaliya, Gürcüstan, Ukrayna, Rumıniya, Bolqarıstan, Belarus, Yunanıstan, Moldova, Qazaxıstan və Qətər hökumətləri arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb. Azərbayjan bir sıra beynəlxalq və regional təşkilatlarda, o cümlədən Ümumdünya Turizm Təşkilatı, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, MDB üzv dövlətlərinin Turizm Şurası və digər regional təşkilatlar ilə turizm sahəsində əməkdaşlıq edir. 2006-sı il İslam Konfransı Təşkilatının turizm nazirlərinin V Konfransının Azərbayjanda keçirilməsi və Turizm üzrə Bakı Deklorasiyasının qəbul olunması Azərbaycanda turizm sektorunun inkişafı, infrastrukturun dünya standartları səviyyəsində qurulması üçün böyük əhəmiyyət kəsb edir.

Son illər beynəlxalq turizmin inkişafı, respublikamızda turizm şirkətlərinin və mehmanxanaların sayının artması, ölkəmizdə turizm sektorunun dünya standartlarına uyğun səviyyədə inkişaf etdirilməsi Azərbaycanın dünya turizm bazarına inteqrasiyası istiqamətində aparılan ardıjıl işlərdəndir.

Respublikamızda 28 dövlətin səfirlik və diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Bakı şəhərində 20 aviakompaniyanın, 35 bank və 21 sığorta şirkətlərinin xidmətlərindən istifadə olunur. Son illər ərzində turizm sahəsində sahibkarlığın inkişaf etdirilməsi məqsədilə bir sıra normativ-hüquqi sənədlər qəbul edilmişdir. 2001-ci ildə ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 18 olduğu halda, bu gün onların sayı 215-dən artıqdır. Azərbaycanda mehmanxanaların sayı 2001-ci ildə 149, 2002-ji ildə 173, 2003-jü ildə 203, 2004-jü ildə 233, 2005-ji ildə 266, olduğu halda, bu gün Azərbaycanda 289 mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektləri mövjuddur. 2001-ci ildən bu günə kimi 137 mehmanxana və mehmanxana tipli turizm obyekti tikilərək, istifadəyə verilmişdir. Yerləşdirmə obyektlərindəki çarpayıların ümumi sayı 20880 təşkil edir ki, bunun da 7260-ı Bakı şəhərinin payına düşür. Mehmanxanaların xidmət səviyyəsinin öyrənilməsi və beynəlxalq standartlara uyğun qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə «Turist-ekskursiya xidmətinin sertifikatlaşdırılması»nın keçirilməsi qaydaları təsdiq edilmişdir. Bu qaydalara əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizdə fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin təsnifatı aparılır. Bu günə qədər 39 mehmanxana – Bakı şəhərində 25, digər şəhər və regionlarda 14 mehmanxana təsnifatdan keçmişdir və göstərdikləri xidmətə uyğun dərəjələrə layiq görülmüşlər.

Mehmanxanaların istismarından 2004-cü ildə əldə edilən gəlir 271 mlr. 632,6 mln. manat, 2005-ji ildə 665 mlr. 10,9 mln manat gəlir vergisi, ƏDV və digər vergilərdən büdjəyə daxil olmalar 2004-cü ildə 30 mlrd. 473,6 mln. manat, 2005-ci ildə 94 mlr. 41, 1 mln manat təşkil etmişdir.

Azərbaycanda mütəmadi olaraq beynəlxalq tədbir və toplantıların keçirilməsini, respublikaya turist səfərlərinin ildən-ilə artımını nəzərə alaraq mehmanxanaların ilboyu istismarı beynəlxalq standartlara uyğun təmin olunur. Azərbaycana səfər edən xarici vətəndaşların sayı 2002-ci ildə 834373 nəfər, 2003-cü ildə 1013811 nəfər, 2004-cü ildə 1348655 nəfər, 2005-ci ildə 1177277 nəfər, 2006-cı ilin birinci yarım ili ərzində 1126815 nəfər təşkil etmişdir. Xarici ölkələrə gedənlərin sayı 2002-ci il 1141014 nəfər, 2003-cü ildə 1376303 nəfər, 2004-cü ildə 1473476 nəfər, 2005-ci ildə 1829765 nəfər təşkil etmişdir.

Turistlərin sayı 2002-ci ildə 428397 nəfər, 2003-cü ildə 629753 nəfər, 2004-cü ildə 785911 nəfər, 2005-ci ildə 865255 nəfər, 2006-cı ilin birinji yarısında 923195 nəfər təşkil etmişdir.

Ölkənin regionlarında turist zonalarının və marşrutlarının təşkil edilməsilə bağlı 7 marşrut istiqamətində proqramlar hazırlanmışdır. Bu marşrutlara aşağıdakılar daxildir:

1.Abşeron

2.Qobustan-Şamaxı-Ağsu-Göyçay-İsmayıllı-Kürdəmir-Zərdab-Ağdaş

3.Xızı-Siyəzən-Dəvəçi-Xaçmaz-Quba-Qusar

4.Qəbələ-Oğuz-Şəki-Qax-Zaqatala-Balakən

5.Gənjə-Goranboy-Xanlar-Gədəbəy-Tovuz-Qazax

6.Salyan-Masallı-Lerik-Lənkəran-Astara

7.Naxçıvan-Şahbuz-Şərur-Sədərək-Ordubad-Julfa-Babək

Ümummilli liderimiz Heydər Əliyevin 27 avqust 2002-ci il sərənjamı ilə «Azərbaycan Respublikasında 2002-2005-ci illərdə Turizmin İnkişafına dair Dövlət Proqramı»nın təsdiq olunması ölkəmizdə turizm ehtiyatlarından səmərəli istifadə edilməsi yollarını müəyyənləşdirdi və respublikamızın beynəlxalq turizm arenasına çıxması üçün geniş imkanlar yaratdı.

Turizm fəaliyyətinin ərazi təşkili ərazinin təbii-rekreasiya sərvətlərinin mövjudluğu şəraitində mümkün olur. Bu sərvətlərin dəyəri və ehtiyatlarından asılı olaraq, müxtəlif səviyyəli kurortların təşkilindən danışmaq olar. Bunların hər birinə hazırlıq səviyyəsi, sənədlərin təsdiqi və qərarların qəbulu xasdır. Burada təbii müalicəvi sərvətlərin axtarılması və ekspert qiymətləndirilməsi, iqlimin müalijəvi xüsusiyyətləri haqqında məlumatın olması ilk addım ola bilər. Qeyd edək ki, ərazinin turist rekreasion sənədlərinin hazırlanması işinin təşkilinin sifarişçisi qeyri-dövlət və kommersiya strukturları ola bilər. Lakin müvafiq dövlət orqanların ijazəsi ilə ilk növbədə aşağıdakı sənədlər hazırlanmalı və müzakirə edilməlidir:

- ərazinin təbii-rekreasiya amillərinin keyfiyyəti haqqında elmi nətijələr;

- təbii-rekreasiya sərvətlərin ehtiyyatı haqqında ekspert nətijə;

- müalijə-sağlamlıq zonası, ərazisinin və onun hüdudları daxilindəki təbii sağlamlıq sərvətlərinin vəziyyəti haqqında dövlət ekologiya və sanitar-epidemioloci ekspertizanın nətijələri;

- profil dəyişmə, yerdəyişmə və bağlanması lazım olan təbii-rekreasiya ərazisi hüdudlarında yerləşən sənaye, kənd təsərrüfatı və başqa müəssisələrin siyahısı;

- ərazinin topoqrafik planı, onların istehsalçıları haqqında məlumatlar.

Sənədlərə müəyyən müddət ərzində Mədəniyyət və Turizm Nazirliyinin rayonlararası ekspert şöbəsi tərəfindən baxılır. Hökumət qərarının qəbulundan sonra texniki-təşkilati tədbirlər həyata keçirilir:

- ərazinin abadlaşdırılması;

- təbii-rekreasiya sərvətlərin yenidən öyrənilməsi;

- sərhədlərin qoyulması və istehlak rejimi layihəsinin işlənilməsi;

-ərazidə sərvətlərin müəyyən olunması və vəziyyəti üzərində müşahidənin təşkili;

-ərazini əlverişli ekoloji və sanitar-epidemioloci vəziyyətdə saxlamaq, təbiəti qorumaq işlərin həyata keçirilməsi.

Turizmin ərazi təşkili zamanı bu əraziyə aşağıdakılar aid olmalıdır:

- bir və ya bir neçə unikal təbii-müalijəvi sərvətlərə malik olmalıdır;

- bu sərvətlərin lazımi ehtiyatına malik olmalıdır;

- kurort tikintisi üçün geniş və münasib sahəyə malik olmalıdır;

- ekoloji və sanitar-epidemioloji normalara uyğun gəlməlidir;

- digər texniki təjhizat mənbələrinə malik olmalıdır.

Daha sonra təbii-rekreasiya zonasının fəaliyyətdə olan zonaya çevrilməsi prosesi gedir. Məhz bu mərhələdə investorların maraqları reallaşır. Bura aşağıdakı mərhələlər daxildir:

1. Ərazinin planlaşdırılması və sanatoriya-kurort sahəsinin inkişafı nəzərə alınmaqla, turist-rekreasiya və kurort kompleksinin baş planı hazırlanır.

2. Cəlb olunan investisiyalar, büdjə, qeyri-büdcə vəsaitləri hesabına istirahət müəssisəsi və obyektlərinin iş layihəsi və tikintisi başlanır.

3. Ərazinin əhəmiyyətli turist-kurort zonası kimi tanınması haqqında sənədlər hazırlanır:

- fəaliyyətdə olan turist-kurort obyektlərinin siyahısı;

- təbii-müalicə sərvətlərinin vəziyyəti haqqında balneoloji və onların ehtiyatları haqqında ekspert nətijələri;

- təbii müalijəvi və başqa təbii sərvətlərin, ərazinin vəziyyəti haqqında dövlət ekoloji və sanitar-epidemioloci tədqiqatların nəticələri.

Ölkəmizdə turizm xidməti üçün çox əlverişli şərait var. Bu ondan irəli gəlir ki, respublikamızın hər cür təbii iqlim, landşaft şəraiti, iqtisadi imkanları və turizm obyektləri mövcuddur.

Turizmin inkişaf etdirilməsi əhalinin həyat səviyyəsinin yüksəldilməsində və xarici iqtisadi əlaqələrin möhkəmlənməsində də mühüm rol oynayır. Ölkəmizdə mineral suların, müalicə nefti və palçığın olması kurort yerlərinin əhəmiyyətini artırmaqla yanaşı, buraya turist axınını da gücləndirir. Xəzər dənizi sahilləri, Quba-Xaçmaz, Lənkəran-Astara, Şəki-Zaqatala, Gəncə-Qazax iqtisadi rayonları turizmin inkişaf etdirilməsi üçün çox yararlıdır. Məhz bu zonalara turist axını daha çoxdur. Bundan əlavə, müxtəlif arxeoloji, tarixi-memarlıq abidələri, incəsənət obyektləri də xarici turistləri cəlb edir.

Ölkəmizdəki turistlərin əksəriyyətini Avropa ölkələrindən, qonşu dövlətlərdən və ABŞ-dan gələnlər təşkil edir.

Azərbaycanda turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılır və turistlərə xidmət yüksək səviyyədə təşkil olunur.

Turizmin inkişafı üçün yeni Dövlət Proqramı hazırlanır. Bu proqramda turizm üçün lazımi infrastrukturun yaradılması, mövcud infrastrukturun inkişafı, turizmin müxtəlif sahələrinin genişləndirilməsi nəzərdə tutulur.

Ötən il ölkəmizdə turistlərin sayı 1.177 277 nəfər olmuşdur ki, bunlardan 865-i daxili, 255 xarici turistlərdir. Onların sayı ilbəil çoxalmaqda davam edir.



NƏTICƏ
Göründüyü kimi Turizm sahibkarlığın müxtəlif formalarını özündə birləşdirən nəhəng sənayedir. Bir çox müəssisələr, təşkilatlar və şirkətlər öz fəaliyyət istiqamətini turizm xidməti sahəsində tapırlar. Statistika baxımından turizm sənayesində müəssisələr müxtəlif sahibkarlıq növlərinə ayrılır:

Xidmətlər sənayesi- turistlərə əlavə vasitəçi xidmətlər(avtomobillərin icarəsi, bərbərxana, gözəllik və fitnes salonları, çamaşırxana, kimyəvi təmizləmə və s.) müəssisələri əhatə edir.

Turizm- sahibkarlığın turizm formalarına aid olan, ilk növbədə turizm agentlikləri və turoperator şirkətləri, həmçinin safari, yaxt-klub, turist səfərlərinin və yürüş turlarının təşkili üzrə və s. ixtisaslaşmış müəssisələr.

Mehmanxana sənayesi- turistlərin yerləşməsi sahəsində sahibkarlığın bütün növləri;

Mehmanxanalar, kempinqlər, turist düşərgələri, kurortlar, gəncik turist bazaları, pansionlar və pansionatlar, turistlərə icarəyə verilən villalar və s.



Nəqliyyat- turistlərə daşıma xidmətləri göstərən nəqliyyat müəssisələrinin bütün növləri: aviaşirkətlər, avtonəqliyyat müəssisələri, dəmiryol, gəmi və kruiz şirkətləri.

Qidalanma sənayesi- turistlərə istirahət, səyahət və əyləncə zamanı qidalanma xidmətləri göstərən (restoranlar, kafelər, barlar, səyyar bufetlər və s.) bütün növ müəssisələr.

Əyləncə sənayesi- turistlərə asudə vaxtlarının təşkili və əyləncə ilə məşğul olan (tematik parklar və atraksionlar, şou-biznes, ekskursiya təşkilatları, teatr-konsert, idman müəssisələri və s.) müəssisələr daxildir.

Mütəxəssislərin fikrincə, mehmanxana biznesi, nəqliyyat, turizm agentlikləri, turopereytinq, bronlaşdırma və rezervdə saxlama qlobal kompüter şəbəkələri turizmin inkişafına daha çox təsir göstərir və turizm bazarında mühüm rol oynayır.

Azərbaycanda da turizm sənayesinin inkişaf etdirilməsi məqsədi ilə müxtəlif dövlət proqramları hazırlanmışdır (2002-2005, 2008-2016). Əlbəttə ki, ixtisaslı kadrlar olmadan ölkəmizdə turizmin inkişafına nail olmaq mümkün deyil. Bu məqsədlə də 2006 cı ildə Azərbaycan Turizm İnstitutu yaradıldı. Bu gün ATİ öz fəaliyyətini uğurla davam etdirməkdədir və biz inanırıq ki, bu institutda hazırlanan kadrlar gələcəkdə turizm sənayesinin inkişafına öz töhvəsini verəcəkdir.
Beləliklə, turizm sənayesinə ümumi tərif versək qeyd etməliyik ki, o, iqtisadi –nöqteyi nəzərdən, maddi texniki bazanı, xammal və işçi qüvvəsini birləşdirən vahid istehsalat-əmlak kompleksidir.
Ədəbiyyat siyahısı

● M. M.Ağakərimov “Otel”



  • S.Yeganlı “Turizm” Bakı-2006, ABU Təhsil nəşriyyatı

  • Turizmin əsasları – İlqar Hüseynov, Nigar Əfəndiyeva, Bakı-2007, Mars-Print nəşriyyatı

  • Azərbaycanda turizmin inkişaf problemləri – F. İ. Qurbanov, Bakı-2007, “Adiloğlu” nəşriyyatı

  • Turizmin əsasları – Soltanova H. B. və Hüseynova Ş. H. BAKI 2007 Mütərqim nəşriyyatı

  • TURİZMİN MENECMENTİ – Bilalov B.Ə. BAKI 2005 Mütərqim nəşriyyatı.

  • www.tourism.az

  • www.mct.gov.az

  • www.azerbaijan.az






1


2


1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə