Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm İnstitutu




Yüklə 205.04 Kb.
səhifə1/2
tarix22.02.2016
ölçüsü205.04 Kb.
  1   2

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Azərbaycan Turizm İnstitutu
“Turizm işinin təşkili və idarə edilməsi fakultəsi”
“Turizmdə Menecment və Marketinq” kafedrası
“Turizm mərkəzlərində mədəni kütləvi işin təşkili”

Fənnindən

“Turizm sənayesinin inkişafı;Turoperatorlar və Turagentlər”

mövzusunda

KURS İŞİ

Muzeyşunaslıq-Diyarşünaslıq ixtisası üzrə əyani şöbənin üçüncü kurs tələbəsi Şərəfxanov Yadigar


Müəllim: N. Fərəcova

Bakı – 2009







Plan


  1. Giriş.......................................................................3




  1. Turizm sənayesi....................................................7




  1. Turizm sənayesində müəssisə və təşkilatlar.........14




  1. Turizm sənayesində kompüterləşmə.....................19



  1. Azərbaycanda turizm sənayesinin inkişafı..............26




  1. Nəticə........................................................................31



  1. Ədəbiyyat siyahısı......................................................33



Giriş
Ümumiyyətlə turizm nə deməkdir? Gəlin bu sözün mənasını hərtərəfli araşdıraq. Turizm - çoxmənalı bir sözdür. Bu sözün ilk sadə anlayışı – istirahət və səyahət deməkdir. Turizm - fransız sözüdür və onun mənası gəzinti, istirahət və əyləncə deməkdir.

Lakin bu sözün başqa mənaları da var. Məsələn, turizm – insanın istirahət etdiyi zaman bütün mürəkkəb prosesləri öyrənən və onları müəyyən istiqamətə yönəldən və tənzimləyən bir amildir. Eyni zamanda turizmi ölkə iqtisadiyyatının bir sahəsi kimi qiymətləndirirlər. Turizm sözünün törəməsi - «turistika» sözü – turizmin inkişafını öyrənən yeni meydana gəlmiş bir elmdir. Turizmin başqa bir mənası isə - turist-lərə göstərilən xidmət sahəsidir.

İnsanlar həmişə səyahət ediblər. Öz qəbiləsinin yaşadığı məskənlərin ətrafından başlanan ibtidai səyahətlər daha sonralar uzaq səfərlər, dəniz və çaylarla edilən səyahətlərlə əvəz olunmuşdur. Səyahət müəyyən məqsəddən asılı olmayaraq, insanların məkan və zaman çərçivəsində öz yerlərini dəyişməsidir.

Turist istirahət, sağlamlaşdırma, tanış olma, idraki (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və s.), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə getdiyi ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə, 24 saatdan 12 ayadək müddətdə müvəqqəti olan şəxsdir.

Dərketmə məqsədi ilə həyata keçirilən və müddəti 24 saata qədər olan səyahətə isə ekskursiya deyilir.

Turizmin müxtəlif və rəngarəng mənalarını öyrənmədən, onun mürəkkəbliyini və dərinliklərini başa düşmək çox çətindir.

İnsan təbiəti elə qurulmuşdur ki, o həyatı boyu işləyir, yaradır və yorulanda istirahət edir, itirdiyi enerjisini istirahət zamanı bərpa edir (bu prosesə rekreasiya da deyilir). Deməli, istirahət insana su kimi, hava və qida kimi lazımdır. Doğrudan da, istirahətsiz, müsbət emosiyalar olmadan heç bir insan yaşaya və işləyə bilməz.

Belə çıxır ki, istirahət insan həyatının ayrılmaz bir hissəsidir. Turizm isə insan həyatının bu hissəsinin təşkilidir. Nəticədə, insan yaşadıqca – turizm də yaşayacaq və inkişaf edəcəkdir. Turizm ona görə inkişafa məhkumdur ki, əgər əvvəllər ayrı-ayrı adamlar səyahət edirdilərsə, hal-hazırda turizm kütləvi şəkil almışdır. Ona görə ki, müasir dövrdə, elmi-texniki inkişaf nəticəsində insanların həyatı daha gərginləşmiş, onlar daha tez-tez yorulur və nəticədə istirahətə ehtiyacları çoxalır. Başqa bir tərəfdən, həyatda əmələ gələn ekoloji böhranlar insanların istirahətə olan ehtiyaclarını daha da artırır.

Hazırda dünyanın əksər dövlətlərində müasir turizm hərəkatı XX əsrin fenomeni adlandırılır. Həqiqətən də belədir, bu gün şahidi olduğumuz turizm, texnikanın, insanlar arasındakı humanitar münasibətlərin, təhlükəsizlik prinsiplərinə riayət etməklə, dünyanın hər yerinə səyahət etmək imkanının yaranmasının nəticəsidir. XX əsrin fenomeni sayılan turizm hazırda dünyanın bir sıra ölkələrində 240 milyondan çox insanın məşğuliyyətini təmin edən və demək olar ki, bütün sənaye sahələri (38 sənaye sahəsi) ilə əlaqəli fəaliyyət göstərən, geniş maddi bazaya malik və sürətlə inkişaf edən sahəyə çevrilmişdir.

Dünyanın hər yerində turizmin inkişafına dövlətlər və sivilizasiyalar səviyyəsində böyük maraq göstərilir. Elə buna görə də, hazırda beynəlxalq maliyyə qurumları və təşkilatları turizmin inkişafına öz maraq və diqqətlərini artırırlar. Aparılan sosioloji tədqiqatlardan məlum olmuşdur ki, hələ keçən yüzilliyin sonlarında turizm sahəsindən dünyada əldə olunan gəlirin həcmi ABŞ dolları ilə 450 milyardı ötüb keçmişdir. Onun inkişafının orta illik artım faizi isə 4,3 faizdən çox olmuşdur. Bunun əsas səbəbləri insanların dünyanın öyrənilməsinə artan tələbatı, əhalinin həyat səviyyəsinin artması, nəqliyyatın, texnologiyaların, o cümlədən informasiya kommunikasiya texnologiyalarının inkişafı, qloballaşma və sairədir.

İlk zamanlarda əsasən zəngin insanlara xidmət edən turizm yalnız nəqliyyat və yerləşmə xidmətləri təklif edirdi. Bu hələ müasir "XX əsrin fenomeni" olan qonaqpərvərlik sənayesi olmasa da tədricən inkişaf edirdi. Turizmin beynəlxalq səviyyədə olması, yalnız ictimai münasibətlərin müəyyən inkişaf pilləsində, millətlər arasında yüksək inkişaf etmiş və davamlı iqtisadi, siyasi və mədəni əlaqələrin olması əsasında mümkün olmuşdur. Bu da beynəlxalq bazarın formalaşma dövrü, beynəlxalq ticarətin artması və yeni nəqliyyat vasitələrinin meydana çıxması ilə üst-üstə düşür.

Turizmin təşkili işi istirahət və əyləncənin ən fəal formalarından biri olmaqla yanaşı həm də bir çox sosial-iqtisadi, mədəni-siyasi və kulturoloji funksiyaların həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edir. Turizm müasir dünyanın qlobal əhəmiyyətə malik olan, sosial və iqtisadi əlaqələrini tənzimləyən, müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlər yaradan biznes maraqlarının əhatə dairəsini genişləndirən sahədir.

Turizm fəaliyyətində dövlət tənzimləməsinin əhəmiyyətini başa düşmək üçün ona idarə olunan bir sistem kimi yanaşılması məqsədəuyğundur.

Turizm bir-birini qarşılıqlı olaraq tamamlayan elementlərin məcmusu şəklində fəaliyyət göstərən bir sistemdir. Bu sistemdəki münasibətlərin iştirakçıları – turist, turizm müəssisələri, təşkilatlar, regionlar və dövlət qarşılıqlı olaraq bir-birinə təsir edib, ətraf mühitə sıx olaraq bağlıdırlar.

Turizmə bir sistem kimi iki alt sistemin – turizmin subyektinin və turizmin obyektinin məcmusu kimi baxmaq olar. Turizm subyekti dedikdə, özünün bir sıra tələbatlarının ödəmək üçün spesifik xidmətlərdən istifadə eiməklə turizm tədbirlərinin iştirakçısı olan şəxs-turist başa düşülür. Turizmin obyekti dedikdə isə turizm subyektinin səyahəti zamanı onun maraq dairəsində ola biləcək hər bir şey nəzərdə tutulur. Tənzimlənən bir sistem kimi turizmə təsir edən ətraf mühit isə iqtisadi, ekoloji, texnoloji, siyasi və sosial sistemlərdən ibarətdir.

Turizm sənayesi dedikdə, turist хidmətlərini və turist tələbatlı malların realizasiyası ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu başa düşülür.

Turizmin 2 növü vardır: daхili turizm, beynəlхalq turizm

Beynəlхalq turizm-başqa ölkəyə turizm səyahəti etmək deməkdir. Beynəlхalq turizm dövlətlərarsı müqavilələrə əsasən təşkil olunan turizmdir. Beynəlхalq turizmin iхracı qeyri-adi bir formada baş verir. Başqa məhsulların iхracından fərqlənərək beynəlхalq turizmdə turist özü ölkəyə gəlir və onun ölkədə qəbul olunması və ona göstərilən хidmət turizmin məhsulunun iхracı hesab olunuur.

Beynəlхalq turizm beynəlхalq iqtisadi münasibətlərdə də mühüm rol oynayır. Elmi-teхniki inqilab, beynəlхalq əmək bölgüsü, elmi, mədəni, idman və digər sahələrdə хalqlar öz maddi və mənəvi dəyərlərinin yaradılmasında başqa ölkələrin təcrübəsindən istifadə edirlər. Beynəlхalq turizmin inkişafı dünya iqtisadi sisteminin yaranmasında da mühüm rol oynayır.

Beynəlхalq turizm dedikdə хaricə yollanan və orada ödənişli əmək fəaliyyəti ilə məşğul olmayan, ancaq fiziki və mənəvi istirahət etmək məqsədilə gəzməyə, seyr etməyə, tamaşa etməyə gələn şəхslərin səyahəti nəzərdə tutulur. Beynəlхalq mal dövriyyəsində turist хidmətləri görünməz mal şəklində çıхış edir. Bir mal kimi çıхış edən turist хidmətlərinin хarakterik хüsusiyyətləri və özünəməхsus vəziyyəti və dəyərləri bundan ibarətdir ki, bu хidmətlərin böyük bir hissəsi yerlərdə ən az məsrəflərlə başa gəlir və eyni qaydada digər хarici valyutalardan istifadə olunur. Хarici turistlər turist sənayesi müəssisələrinin хidmətdən istifadə edirlər. Bundan əlavə, onlar istehlak üçün suvenir kimi müəyyən miqdarda malları da satın alırlar.

Müasir şəraitdə beynəlхalq turizm beynəlхalq iqtisadi münasibətlərin bir forması kimi geniş miqyas almış və dövlətlər arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına və təkmilləşdirilməsinə хüsusən təsir göstərmişdir.

Beynəlxalq turizm ixracın qeyri-adi formasıdır. Turist özü öz hesabına xidmətlərin hazırlanan yerinə gəlir. Halbuki, ənənəvi malların ixracında malların yol xərcini malı göndərən (ixrac edən) ölkə çəkir. Turizmin bu əlverişli xüsusiyyəti onu başqa malların ixracından fərqləndirir. Bundan başqa, xarici turistlərin gəldiyi ölkədə suvenir və başqa malların alınması çox əlverişli xarici ticarət əməliyyatıdır, ona görə ki, alınan mallar ölkə daxili pərakəndə qiymətlərlə, özü də valyuta ilə satılır ki, bu da valyutanın ölkədə çoxalmasına səbəb olur.

Ölkələrin çoxunda bu daxili ixraca sənayenin ayrı-ayrı sahələri qulluq edirlər. Məsələn, Azərbaycanda milli naxışları və şəkilləri olan xalça, nərdtaxta, İsveçrədə saatlar, Almaniyada avtomaşınlar, Yaponiyada audio və video texnika, Fransada modalı paltarlar, parfümeriya və s. məşhur mallara çoxlu tələbat var.





TURİZM SƏNAYESİ

Turizm sənayesi- səyahəti həyata keçirtmək prossesində turistti zəruri olan hər şeylə(xidmət,iş,məhsul və s.) təmin edən müəssisələrin və sahibkarlarıhn qarşılıqlı əlaqə sistemi kimi başa düşülür. Kütləvi turizmin coşğun inkuişafı, bütün dünyada turizm sənayesinin və təsərrüfatın qarışıq sahələrinin, elm vəmədəniyyətin, təhsil sisteminin adekvat inkişafına səbəb olmuşdur.Başqa sözlə desək, turizm sənayesi-yerləşdirmə və nəqliyyat vasitələri, ictimai iaşə, əyləncə, dərketmə, işgüzar, sağlamlıq, idman və digər təyinatlı obyektlərin, turoperator, turagent, ekskursiya və gid-tərcüməçi xidmətləri göstərən təşkilatların məcmusudur.

Sanballı maddi- texniki bazaya malik olan turizm sənayesi milyonlarla insanın məşğulluğunu təmin etməklə xalq təsərrüfatı kompleksinin demək olar ki, bütün sahələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Turizm sənayesi daha geniş anlamda belə başa düşülür:

1.Sərnişin nəqliyyatının (hava,su,avtomobil,dəmiryolu) texniki xidmətinin çoxşaxəli şəbəkəsi ilə birgə fəaliyyət;

2.Müxtəlif sahələrdə ixtisaslaşmış müəssisələrin, əsasən turizm xarakterini birbaşa biruzə verməyən və turizm üçün "ikinci dərəcəli" hesab edilən müəssisələr (o cümlədən, nəqliyyat maşınqayırması, yanacaq, yeyinti, kənd təsərrüfatının bir çox sahələri və s.) ilə birgə fəaliyyət:



Deməli, turizm sənayesi turistin istifadə etdiyi geniş xidmət sahələrini birləşdirən təsərrüfat kompleksidir.

Turizm xidmətlərinə aşağıdakılar daxildir:

  • Turistlərin yerləşdirilməsi üzrə (mehmanxana, motel, otel, pansionat, sanatoriya, turist bazarları və s.) göstərən xidmətlər.

  • Turistlərin həmçinin yerli əhalidən icarəyə götürülən şəxsi mənzillərdə və evlərdə, eyni zamanda çadır, avtomobilə qoşulan qoşqu evləri, karvaninqlər, gəmi, qatar, yaxta, və s. –də yerləşə bilərlər.

  • Turistin qidalanmasının təmin edilməsi üzrə (restoran, yeməkxana, kafe, qəlyanaltı, kafeteri, bar, və s.) xidmətlər.

  • Turistin səfər etdiyi ölkədə sərnişin nəqliyyatının müxtəlif növləri (qatar,dəniz, və çay gəmiləri, avia çarter reysləri, avtobuslar və. S) və hərəkəti üzrə göstərilən xidmətlər. Xatırladaq ki, nəqliyyat sisteminin inkişafı və ixtisaslaşmış turistn nəqliyyatının meydana çıxması, az vəsait sərf etməklə xarici ölkələrə turist səfərlərini daha əlverişli etmişdir. Nəqliyyat vasitələrinin seçimi, turistin gəldiyi ölkənin coğrafi mövqeyindən, turisti göndərən ölkənin hansı məsafədə yerləşməsindən, eyni zamanda turistin sosial vəziyyətindən və onun maliyyə imkanlarından asılıdır.

  • - Reklam xidməti. Bu ictimai informasiyanın , daha doğrusu insanlar arasında münasibətlərin növ müxtəlifliyindən biridir.Bu informasiya, yeniliyin fəal elementləri özündə daşıyır. Turizmdə reklamın rolu böyükdür, çünki reklamın turist məhsuluna olan təlabatının xarakteri və ölçülərinə bilavasitə təsir göstərir. Bu və ya digər bir ərazinin turizm resursları və bazar təklifləri barədə əhalinin xəbərdar edilməsi səviyyəsini məhz reklam müəyyən edir.

  • Turist agentlikləri tərəfindən həyata keçirilən xidmətlər (səyahət marşurutunun hazırlanması, mehmanxanada və nəqliyyat vasitələrində yerlərin bronlaşdırılması, yer kürəsinin hər hansı bölgəsinin turizm resursları haqqında bilgilər, turistin getdiyi bölgədə olan yerləşdirmə vasitələri, gömrük və sərhəd rəsmiyyəti, valyuta məzənnəsi və s. Haqqında informasiya verilməsi). Səyahət və ekskursiya büroları tərəfindən həyata keçirilən xidmətlərə isə gid-tərcüməçi, ekskursiya bələdçisi, qrup rəhbərləri ilə təminat və s. aiddir.

  • Turistlərin mənəvi təlabatlarının ödənilməsi(teatr, kino, konsert zalları,muzey, sərgi, rəsm qaleriyası, parklar, tarixi və təbiət qoruqlarına gedişlərin təşkili, tarix və mədəniyyət abidələrinə baxışların keçirilməsi, festivallarda, idman yarışlarında və digər tədbirlərdə iştirakın təmin edilməsi) üzrə göstərilən xidmətlər.

  • Turistlərin işgüzar və elmi maraqların təmin edilməsi (konqress,assambleya, konfrans, simpozium, toplantı, seminar, yarmarka və sərgilərdə iştirak etmək) üzrə göstərilən xidmətlər.

  • Həm ümumi, həm də məqsədli(suvenir, hədiyyə, açıqca və s. satışı) ticarət müəssisələrinin göstərdiyi xidmətlər.

  • İnzibati-nəzarət orqanlarının(sərhəd,valyuta,karantin,polis xidmətləri, pasport,viza və s. sənədlərin hazırlanması) göstərdikləri xidmətlər.

  • Təbiətin mühafizəsi , tarixi və mədəni irsin qorunması sahəsində göstərdikləri xidmətlər

  • İnformasiya vasitələrinin (qəzet,jurnal,radio,televiziya və s.) göstərdikləri xidmətlər.

  • Dövlət turizm idarələrinin (komitə, departament, nazirlik və s.) göstərdikləri xidmətlər

  • Turist birliklərinin göstərdikləri xidmətlər

Turizm təsərrüfatı ilə məşğul olan subyektlər öz fəaliyyətlərini daimi etmək üçün müxtəlif əmək vasitələrinə malik olmalıdırlar.Turizmdə istifadə olunan əmək vasitələrinin məcmusu onun maddi-texniki bazasının əsasını təşkil edir.

Turizmin maddi-texniki bazasına,turizm tikililəri (binalar), onların texniki təchizatı (avadanlıq), nəqliyyat vasitələri və digər əsas fondlar daxildir Maddi-texniki baza, mütəşəkkil turizmin inkişafının əsasını təşkil edir, belə ki, turistlərə tam kompleks xidmət göstərilməsi(yerləşdirmə, qidalanma, daşınma, müalicə, ekskursiya və s.) üçün bütün zəruri şəraiti yaradır.

Turizmin maddi-texniki bazasının tərkibinə- turist firmaları (turoperatorlar və turagentlər), mehmanxanalar, turist bazaları, iaşə, ticarət, avtonəqliyyat müəssisələri, turist ləvazimatı və avadanlığının girayə məntəqələri, turist yollayışının (putyovka) satış büroları, nəzarət-xilasetmə xidmətləri, turist klubları və s. daxildir.

Xidmət növlərinə görə turizm müəssisələrinin aşağıdakı tipləri mövcuddur:

-turistləri bütün xidmət kompleksi ilə təmin edən müəssisələr(öz mehmanxanaları olan turist müəssisələri)

-Turizmin təşkili məqsədi ilə təsis edilən müəssisələr ( turagentliklər, səyahət və ekskursiya, yollayış satışı, turist qəbulu büroları):

-Turistlərin yerləşdirilməsi, daha doğrusu yaşaması və gecələməsi məqsədi ilə təsis edilən müəssisələr (mehmanxanalar, turbazalar və s.)

-Yeyinti, ərzaq müəssisələri(restoranlar,barlar)

-Nəqliyyat xidməti müəssisələri:

-Turistlərə mədəni xidmət obyektləri (teatrlar, konsert zalları və s.) və ekskursiya xidmətini (ekskursiya büroları) təmin edən müəssisələr.

Maddi-texniki bazaya aid olan obyektlər mülkiyyət növünə görə xüsusi (turist təsərrüfat subyektlərinin özünə məxsus olan) və bu subyektin digər subyekt(məsələn, şəhər tabeliyində olan mehmanxanalarda yerlərin icrası) və fiziki şəxslərdən icarəyə götürdüyü (mənzillər,evlər) obyektlərdir.

Turizmin hər hansı bir regiondakı maddi –texniki bazası tərkibinə, gücünə, miqdarına və keyfiyyətinə görə turistlərin təlabatına uyğun olmalıdır. Əks tədqirdə, əhaliyə turist xidmətinin səviyyəsi və keyfiyyəti kəskin sürətdə pisləşər, bu da öz növbəsində turist məhsulunun satışı həcminin azalmasına səbəb olur.

Turistlərin yerləşdirilməsi (yaşaması və gecələməsi) məqsədi ilə təsis edilən müəssisələrə mehmanxanalar(otellər), turist bazaları, motellər, botellər, kempinqlər və s. aid edilir. Marşurut zamanı qrupların bir gecəlik dayanacaqları üçün turist bazalarının və ya turist firmalarının nəzdində düşərgələr və ya komalar da yerləşdirmə obyekti ola bilər.

Yerləşdirmə- turizmin ən mühüm elementidir. Yerləşdirmə (gecələmə) yoxdursa, turizm də yoxdur. Yerləşdirmə vasitələrinin yaradılması, turist qəbulunun və turizm resurslarının istismarından böyük gəlir götürməyə can atan hər hansı bir turist regionu və ya mərkəzinin iqtisadiyyatı üçün qəti və sərt tələbdir.

Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə bütün yerləşdirmə vasitələrini iki yerə ayırmaq olar: kollektiv və fərdi sürətdə yerləşmə. Turistlərin kollektiv sürətdə yerləşməsi vasitələrinə mehmanxanalar və ona müvafiq müəssisələr, ixtisaslaşmış müəssisələr, kollektiv yerləşdirməyə imkanı olan digər müəssisələr aiddir.

Turistlərin yerləşdirilməsi ilə məşğul olan müəssisələri, tutum (yerlərin sayı), komfortluq,(rahatlıq) və fəaliyyət dövrünə görə üç qrupa ayrılır.

Bir çox ölkələrdə mehmanxanaların komfortluq dərəcələrlə göstərilir bu dərəcələr “ulduz” anlayışı ilə ifadə edilir. Mehmanxanalar üçün ulduzların beş dərəcəsi müəyyən edilmişdir: bir ulduzdan (ən aşağı dərəcə) beş ulduza (ən yüksək dərəcə) qədər. Mehmanxanaların (otellərin) dərəcələrinin müəyyən edilməsi, turizm biznesinin mühüm vəzifəsidir.

Dərəcələrə ayırmaq barədə Ümumdünya Turizm Təşkilatının mövcud olsa da, əfsuslar olsun ki, hər bir ölkə bunu özünə məxsus sürətdə şərh edir. Otelin dərəcəsi anlayışında, otelin özündə göstərilən xidmətlərin məcmusu və əlaqədar turist infrastrukturunun inkişaf səviyyəsi nəzərdə tutulur. Hər hansı bir otel üzrə son qərarı, həmin ölkənin(regionun) turizm nazirliyi, departamenti və s. qəbul edir.

Гонагпярвярлик анлайышы - инсан сивилазийасынын ясас анлайышларындан биридир. Биоложи нюв кими инсана планетдя йашамаг даим проблемлярдя ялагядар олмушдур. Йашамаг истяйян инсан бу проблемляри щялл етмяк мяъбуриййятиндя олурду.

Инсан сивилизасийасы инкишаф етдикдя гонагпярвярлик, йяни юз евиндян кянарда олан адама хидмят эюстярмяк, бир сянятя чеврилмиш вя тякамцля уьрамышдыр. Гонагпярвярлик сянайесинин ясас мягсяди мцхтялиф сябяблярдян евдян (йашадыьы йердян) кянарда йашамаг истяйян адамлара хидмят эюстярмякдир. Инсанлар бир йердя йашамагдан дарыхыр вя онлардан чоху мцхтялиф сябяблярдян (дипломатийа, бизнес, идман, тящсил, танышлыг, дяркетмя вя с.) юзйашадыьы йери (юз мянзилини) тярк етмяк мяъбуриййятиндя олурлар. Бу адамлар ев шяраитини дяйишмяйя чох севинирляр: онлар йени шяраитдя йашамаг, гидаланмаг, яйлянмяк, йени адамларла эюрцшмяк вя таныш олмаг истяйирляр. Гонагпярвярлик сянайеси бундан ютрц онлара шяраит йаратмалы вя кюмяк етмялидир. Гонагпярвярлик, йяни гонаьа эюстярилян хидмят вя щюрмят конкрет бир мящсулдур вя онун юз гиймяти вардыр. Беляликля гонагпярвярлик турист мящсулунун ваъиб бир щиссясидир. Онун мащийяти ондадыр ки, эялян гонаьа эюстярмяк ки, ону эюрмяйя чох шадыг, она щюрмят вя иззят эюстярмяк цчцн ялимизян эяляни етмяйя щазырыг.

Америка мцтяхяссиси Ъ.Метелка гонагпярвярлийи - гайьыкешликля гонаьа эюстярилян хидмятляри сирли адландырмышдыр. Гонагпярвялийя тяриф вермяк чох чятиндир амма онун гонаьа гаршы олмамасы о дягигя щисс олунур. Гонагпярвярлик гонаьа эюстярилян кейфиййятли хидмятдир. Онун елементлярини диггятля ишлямяк вя юйрянмяк лазымдыр.

Америкалылар гонагпярвярлик сянайесиня эениш хидмят сащялярини aid edirlər:otelləri, restoranları, turist agentliklərini, mилли парклары, мядяниййят вя истиращят паркларыны, яйлянъя оъагларыны вя с. АБШ-да бу сащя тибби мцяссисялярдян сонра икинъи йери тутур вя 10 милйон няфяр ишля тямин едир*1.

Азярбайъанда гонагпярвярлик сянайеси о гядяр инкишаф етмямишдир. АБШ-да ися гонагпярвярлик сянайеси бир чох штатларын игтисадиййатында апарыъы рол ойнайыр вя юлкяйя илдя 600 милйарда йахын эялир эятирилир.

Туризм бизнеси Америка игтисадиййатында ян динамик инкишаф едян сащядир. 37 штатда гонагпярвярлик сянайесиндя ялдя олунан эялир башга сащялярдя чохдур. Мясялян, няглиййатда 900 мин адам хидмят эюстярир. Бцтцн няглиййат ишчиляринин 16,5%-и йерляшдирмя йерляриндя 1 милйон няфяр (19%), гидаланма сащясиндя 2 милйон няфяр (35,4%) вя с. Беляликля, гонагпярвярлик сянайеси АБШ-да ишляйянлярин 11.4%-и иш йерляри иля тямин едир.

Турбизнесдя ишляйянляр илдя 116 милйард доллар ямяк щаггы алыр, 64 милйард дювлятя верэи юдяйирляр.

Бу сащядя ясас мягсяд мцштярилярин бцтцн тяляблярини йцксяк сявиййя юдямяк вя анъаг сонра гонагпярвярлик мцяссисяляринин эялирлярини артырмагдыр.

Гонагпярвярлик сянайесинин бюйцк мигарда мцхтялиф компанентляри олуьуна эюря она тяриф верямк чох чятиндир. Стеар вя Бакли туризм сянайесиня беля тяриф верирляр: «Туризм сянайеси туристлярин тяляблярини вя ещтийаъларыны юдяйян вя мцхтялиф функсийалы бир-бириля сых ялагяси олан фирмаларын вя мцяссисялярин вящдятидир».

Мцтяхяссисляр туризм сащясиндя олан мцяссисялярин ашаьыдакы функсийаларыны эюстяриляр.



  1. Туристлярини йерляшдирмяси вя гидаланмасы (мцвяггяти йашайыш йери, ярзаг мящсцуллары вя ишчиляр);

  2. Яйлянъя сащяси;

  3. Турларын ялагяляндирилмяси вя топдан сатышынын тяшкили сащяси;

  4. Мцтяхясислярин истифадяси вя инкишаф сащяси.

  5. Башга сащялярин ишиня нязарят сащяси

  6. Туристляря маллары вя хидмятяри сатыш шюбяси

Садя дилдя десяк гонагпярвярлик-гонагсевян демякдир, йяни юз гонагларыны сямими гябул етмяйи, лазыми диггяти онлара эюстярмяйи, гябул заманы достлуг, гардашлыг абу-щавасыны йаратмаьы баъармаг демякдир*2. Азярбайъан гонагпярвярлийи бцтцн дцнйада юз хцсусиййятляри иля фярглянир: «Щяр шейин йахшысы (йемяйин-ичмяйин, йатаг йеринин вя с.) гонаг цчцндцр». Айдындыр ки, гонагпярвярлик юз евиндян кянарда олан адама эюстярилир. Бязиляри юз евиндян чох узаг вя бязиляри ися йахын мясафядя олурлар. Гонагпярпвярлик ися онларын щамысына (ев мясафясиндян асылы олмайараг) мясялян, эютцряк рестораны. Онун гонаглары туристляр вя йа йерли вятяндашлар ола биляр. Онларын щамысына гонагпярвярлик эюстярилир.

Гонагпярвярлик сянайесиня:

- йерляшдирмя йерляри;

- кафе, барлар, ресторанлар;

- клублар вя казенолар аиддир.

Гонагпярвярлик сянайесинин мягсяди тяк туристляря йох, бцтцн мцштяриляря хидмят эюстярмякдир. Гонагпярпвярлик сянайеси туризм сянайесинин тяркибиня дахилдир. Бу ики сянайенин кясишдийи мцстявиляр вя охшар ъящятляри олдугъа чохдур. Она эюря дя туризм сянайеси дедикдя ейни заманда гонагпярвярлик сянайесини тясяввцр един. Лакин бурада бир шейи нязярдя сахламаг лазымдыр ки, йерли ящалинин гонагпярвярлик сянайесиня сярф етдийи вахт вя пул туристлярин хярълядийи вахт вя пулдан чохдур. Бу мцнасиблик 70:30% тяшкил едир. Сон заманлар бу тенденсийа инкишаф етмякдядир. Йяни, йерли ящалинин гонагпярвярлик сянайеси мцяссисялярдя хярълярдийи пуллар илдян-иля артмаг цзрядир. Инкишаф етмиш юлкялярдя йерли ящали иътимаи иашя оъагларда, кафе вя ресторанларда йемяйя, яйлянъя мцяссисяляриндя истиращят етмяйя, казено вя клубларда вахт кечирмяйя цстцнлцк верирляр.

Азярбайъанда да бу тендесийа артмаг цзрядир. Ресторан вя истиращят мяркязляринин сайнын илдян иля артмасы буна парлаг мисалдыр.



  1. Гонагпярвярлик сянайесиндя мещманханаларын хцсусиййятляри.

Мещманхана - юз йашадыьы йердян кянарда олан адамлара комплекс хидмятляри эюстярян мцяссисяйя дейилир. Мцасир мещманханалар гядим гонагпярвярлик мцяссисялярин тякамцлц нятиъясиндя йаранмышдыр. Онларын инкишафы инсан ъямиййятинин инкишаф мярщяляляри иля цст-цстя дцшцр.

Мцасир гонагпярвярлик сянайесинин инкишафында АБШ-ын хцсуси ролу олмушдур. Авропалылар мещманхана тикилиши тяърцбясини Америкайа эятирмишляр. Илк Америка мещманханасы 1794-ъц илдя Нйу-Йоркда 73 отаглы «Ситй Щотел» олмушдур. Илк эцнлярдя АБШ-да мещманханалар бизнес мягсяди эцдцрдц.

Башга юлкядя сяйащят едян адамы щарадаса эеъялямяк лазымдыр. Гонагпярвярлик сянайеси эялян гонаглара истянилян гиймятдя вя истянилян шяраитдя гонаьа тяляб олунан йери тяклиф едя биляр. Мящшур мещманханаларда олан нюмрялярин бир эцнлцк гиймяти 3500 доллар, ашаьы сявиййядя 20 доллара гядяр олан йерляшмя йерляриня раст эялмяк олур. Юз хидмятинин сявиййясинин мцхтялифлийиня эюря мещманханалар мцхтялиф олур. Ян чох йайылмыш мещманхана дяряъяляринин бюлэцсц «Улдуз» системидир. Бу цсулла мещманханалар 5 дяряъяйя бюлцнцр. Ян йухары кейфиййят дяряъяси 5 улдуз вя ян ашаьы ися бир улдуздур. Йцксяк дяряъяли мотелляр 4 улдузлу олур, ашаьы дяряъяли мотелляр бир улдуздур. Мещманхана вя мотеллярин мцнасиб уздузлара ъаваб вермяси цчцн стандартларда минимал тялябляр мцяййян едилмишдир. О тялябляр ашаьыдакылардыр:


  1. Мещманхана (истянилян улдузла) ращат маэистрал йола чыхышы, абадлашдырылмыш ятрафы, автомашынлар цчцн дайанаъаг йери, мещманхананын ады вя дяряъясини эюстярян лювщяляр, айрыъа эириши вя ады олан 2 эиришли рестораны (бири мещманханадан, о бири маэистрал йолдан) олмалыдыр.

  2. Йерляшдийи йерин еколожи шяраити йашамаг цчцн ялверишли, щавасы вя суйу тямиз олмалыдыр.

  3. Мещманхана сакинляринин тящлцкясизлийи вя ямлакынын горунмасы тямин олунмалы, мещманхана юзц сяс-кцйдян узаг олмалыдыр.

  4. Мещманхана йаньындан мцщафизя системи иля тяъщиз олунмалыдыр.

  5. Мещманхана санитар вя епедимиоложи, эиэийена гайдаларына риайят етмялидир. Отаглар тямиз, ишыглы, щяшяратлардан азад олмалыдыр.

  6. Сойуг вя исти су тяъщизаты, канализасийа системи, вентилйасийа (тибби вя мяъбури) едилян мцщяндис гурьулары, радио, телефон, телевизийа olmalıdır.



3.Turizm sənayesində müəssisə və təşkilatlar
Turistlərə xidmət göstərən kommersiya və qeyri-kommersiya təşkilatlarını əsas fəaliyyət növünə görə bir neçə qrupa ayırmaq olar: turagentlər, turoperatorlar, turizm sənayesi firmaları və turist birlikləri.

Turagentlər-digər müəssisələrin- turoperatorların, nəqliyyat, qidalanma müəssisələrinin, yerləşdirmə vasitələrinin və s. xidmətlərini təklif edən vasitəçi turist təşkilatlarıdır. Bir qayda olaraq, onlar bilavasitə müştəriyə xidmət göstərən kommersiya təşkilatlarıdır.

Turagentlər, istehlakçı üçün sərfəli, rahat formada, müştərinin arzusu ilə turist xidmətlərini komplektləşdirir, hərəkət marşurutunu razılaşdırır, nəqliyyat və yerləşdirmə vasitələrində yerlərin, ekskursiya bələdçiləri, gid və tərcüməçilərin ayrılması üzrə, əlaqədar təşkilatlarla müvafiq iş aparır.

Turagent firmalar bir qayda olaraq, digər firmaların(qeyri turist təşkilatı da ola bilər) şöbələri və ya törəmə müəssisələri ola bilər. Turoperatorlardan savayı, ticarət və nəqliyyat firmaları, iri banklar, siğorta cəmiyyətləri, turistlərin istifadəsi üçün məhsul istehsalçıları da turagent firmalar yaradırlar.

Müstəqil turagentlər adətən turizm biznesi sahəsində rəqabətin zəif olduğu ölkələrdə fəaliyyət göstərir. Bu halda turagentlər maliyyə cəhətdən müstəqil olurlar. Onlar öz kommersiya fəaliyyətlərini normal sürətdə, çox saylı firmalar, mehmanxanalar, nəqliyyat müəssisələri, topdansatış turist firmaları və s. ilə sıx əlaqədə həyata keçirirlər.



Turoperatorlar- xüsusi və ya icarəyə götürülmüş turist xidməti vasitəsinə malik olan öz müştərisinə kompleks xidmət təklif edən turist təşkilatları, eyni zamanda turagentlərlə turizm sənayesi müəssisələri arasında vasitəçilərdir. Bu təşkilatların böyük əksəriyyəti kommersiya müəssisələridir.

Turoperatorlar- nəqliyyat(su,quru, və hava), yerləşdirmə(mehmanxana, motel, kempinqlər və s.), servis(müvafiq avadanlığı olan idman meydançaları, sağlamlıq mərkəzləri, əyləncə müəssisələri və s.) vasitələrinin, səyahət müddətində siğortanın, ekskursiya, gid və tərcüməçi xidmətlərinin və s. seçimi və istifadəsi üzrə geniş imkanlar yaradırlar. Həmkarlar təşkilatları və buna oxşar təşkilatlar adətən qeyri-kommersiya tipli turoperatorlar olsalar da, turizmdən əlavə fəaliyyətin digər növləri ilə məşğul olduqları üçün, onları xalis turoperator adlandırmaq olmaz.



Turist birlikləri- turizm həvəskarlarının klubları, ittifaqları və digər könüllü birliklərdir.Turoperatorlardan və turagentlərdən fərqli olaraq, turist birliklərinin fəaliyyətinin məqsədi, gəlir əldə etmək olmasada bu təşkilatlara və onların keçirdikləri tədbirlərə yardım etmək üçün vəsait tələb olunur. Turist birlikləri bir qayda olaraq, yığılan üzvlük haqları, ictimai və xüsusi fondlardan yardım, eyni zamanda kommersiya tədbirləri hesabına fəaliyyət göstərir.

Üzvlük haqları əsasən təşkilatın fəaliyyətinə yardım üçün yönəldilir. Müxtəlif fondlardan verilən yardımlardan təşkilatın saxlanılması, hər hansı bir tədbirin (yadetmə marşurutları, zəvvarlıq, hündür dağlara qalxma və s.) həyata keçirilməsi, regionda turizmin inkişafı, peşə təhsilini artırmış turizm təlimatçılarına, əməkdar turist işçilərinə təqaüdlər verilməsi məqsədi ilə istifadə edilir.

Təşkilatın özünün təşkil etdiyi kommersiya tədbirləri, yuxarıda göstərilən proqramın hər hansı birini həyata keçirilməsi məqsədini daşıyır. Qeyri-kommersiya təşkilatları olan turist birliklərinin kommersiya tədbirlərini keçirməsinin səbəbi onunla izzah olunur ki, belə tədbirlər zamanı əldə olunan gəlir, hər hansı bir layihənin reallaşdırılması üçün istifadə edilir və vəsait kənara çıxarılmır.

Turistlərə xidmət edən elə müəssisələr vardır ki, onların birbaşa turizmə aidiyyatı yoxdur, ancaq turizmlə müəyyən bağlığı vardır. Məsələn, yerləşdirmə vasitələri, turist təlabatı malları istehsalçıları, nəqliyyat şirkətləri, ictimai-iaşə, ticarət müəssisələri, maliyyə-kredit idarələri, sığorta cəmiyyətləri buna aid ola bilər.

Başqa sahələrə aid olmalarına baxmayaraq, bu cür müəssisələrin turizm sənayesində rolu böyükdür. Son on illikdə turistlərə xidmət edən müəssisələrlə turist firmaları arasında olan hədd, tədricən silinir. Belə ki, müəssisələrin çoxu birləşərək, vahid birlik yaradırlar.

Banklar və sığorta cəmiyyətləri, nəhəng turist təlabatı məhsulları istehsalçıları və mehmanxana şəbəkələri, dünyanın hər yerində özlərinin turoperator və turagent firmalarını yaradır, geniş miqyaslı reklam kampaniyaları aparır, müxtəlif kurortlar, tarixi, mədəni və dərketmə baxımından diqqətəlayiq və maraqlı yerlər haqqında informasiya xarakterli kataloq və digər çap məhsulları, kino və fotomateriallar hazırlayır və yayır.

İkinci dünya müharibəsindən sonra bazar iqtisadiyyatı yönümlü firmaların birləşərək böyüməsi və onların fəaliyət miqyasının genişlənməsi prossesi başlanmışdır. Ötən əsrin 60-cı illərin sonunda, pərakəndə turist firmalarının iri firmalara tabe edilməsi prossesi daha da sürətləndi. İndi turizm korporasiyaları, konsorsiomları və kooperativləri kimi iri birlik formalarına daha tez-tez rast gəlinir. Bundan əlavə, yerləşdirmə sənayesində mehmanxana kompleksləri, mehmanxana şəbəkələri yaradılır və son illərdə onlar da turizm biznesinin ayrılmaz tərkib hissəsinə çevrilir.

Turkorporasiyalar. Müasir dövrdə turoperator və turagent firmalarını birləşdirən və adətən korparasiyalar adlanan çoxsaylı nəhəng turist firmaları fəaliyyət göstərir.

Turist korparasiyaları bir qayda olaraq müxtəlif istiqamətli çoxlu sayda turist firmalarını özündə birləşdirir. Korparasiyalar, firmaların ümumi fəaliyyətdə işgüzar iştirakı şərti ilə, könüllülük əsasında xırda turist firmalarının- turoperatorların və turagentlərin birləşdirilməsi ilə yaradılıır. Bir çox ölkələrdə nəhəng firmalar turist xidməti bazarında monopoliya yaradırlar. Belə ki, Fransada 13 iri korparasiya öz ölkəsinin turist bazarının 50, Almaniyada isə 3 iri korparasiya öz ölkəsinin turist bazarının 70 faizini zəbt etmişdir.

Korparasiyalar turist xidməti göstərməkdən əlavə, öz fəaliyyətlərini turizmlə əlaqəli sahələr istiqamətində də genişləndirirlər: onlar nəqliyyat müəssisələrinin, mağazalar şəbəkəsinin və ictimai-iaşə təşkilatlarının, turist ləvazimatı istehsal edən müəssisələrin, bankların, sığorta cəmiyyətlərinin və s. sahibinə çevrilirlər. Beynəlxalq turizmdə birliyin bu forması, son otuz ildə(1970- 2000) onlarla sahə müəssisələrini birləşdirən bir neçə transmilli korparasiyaların, yəni daha nəhəng firmaların yarandıqları yerlərdə yaxşı inkişaf etmişdir.

Mehmanxana kompleksləri- yerləşdirmə və turistlərə xidmət üzrə iri mərkəzlərdir. Yüerləşdirmə xidməti ilə yanaşı təklif edilən xidmətlər əsasən, qidalanmanın, mehmanxanada yaşayanlar üçün nəqliyyat biletinin alınmqası və əyləncə proqramlarının təşkili, taksi sifarişi və avtonəqliyyatın kirayə edilməsi, simpozium və toplantılar keçirilməsi üçün yerlərin ayrılması, ticarət, mədəni-sağlamlıq və əyləncə xidmətlərindən və s. ibarətdir. Mehmanxana biznesində iflasa uğramamaq üçün yollar axtarmaq məcburiyətində qalan, pərakəndə halda fəaliyyət göstərən mehmanxanalar birləşirlər. Belə birliklərin yaradılması aşağıdakı şərtlər əsasında həyata keçirilir:

-Hər bir iştirakçının maliyyə müstəqilliyinin saxlanılması şərti ilə “könüllü mehmanxana şəbəkəsi” kimi yaradılan birliklər şəklində.

-Nisbətən xırda firmaların iri firmalar tərəfindən ilhaq edilməsi yolu ilə. Təbii ki, bu zaman kiçik firmalar öz maliyyə müstəqilliyini itirirlər.

-Hər hansı bir firma tərəfindən vahid layihəyə əsasən çoxlu sayda mehmanxana komplekslərinin inşa edilməsi yolu ilə.

Birliyin son iki növü “mehmanxana şəbəkəsi” adlanır.

Mehmanxana şəbəkəsi- vahid siyasət yeritmək və topdansatış firmaları olan turoperatorla bağlanan sazişlərin şərtlərini hazırlamaq şərti ilə bir neçə mehmanxana kompleksinin birləşməsidir. Avtomatlaşdırma sisteminin inkişafı, mehmanxanalar şəbəkəsinə daxil olan müəssisələrin vahid avtomatlaşdırılmış sistemlə idarə edilməsinə və bu sistem vasitəsilə mehmanxana fondunun bölünməsinə səbəb olmuşdur.

XXİ əsrin əvvəli üçün bütün dünyada 100- dən artıq mehmanxana şəbəkəsi fəaliyyət göstərir. Mehmanxanalar şəbəkəsində olan yaşayış fondunun 78 faizi, 13 ən iri şəbəkənin (Amerikada altı, Qərbi Avropada yeddi) payına düşür. Maliyyə müstəqilliyinin saxlanılması şərti ilə şəbəkənin bütün iştirakçıları arasında müştərilərin daha effektli və mütənasib mübadiləsi məqsədi ilə kiçik mehmanxana müəssisələrinin birləşməsi nəticəsində yaranan könüllü mehmanxana şəbəkələri çox iri olmasalar da kifayət qədər yayılmışlar.

XİX əsrin əvvəlləri üçün dünya ümumi mehmanxana fondunda 11 min belə şəbəkə fəaliyyət göstərir. Bu cür birliklər əsasən kiçik mehmanxanalara rəqabət mübarizəsi şəraitində, iflasa uğramadan fəaliyyət göstərmək imkanı yaradır.

Turizm konsorsiomu- bütün iştirakçıların maliyyə və hüquqi müstəqilliyinin saxlanılması şərti ilə, vahid siyasət yeritmək, turoperator və digər topdansatış turist firmaları ilə sazişlərin ümumi şərtlərini hazırlamaq məqsədi ilə, müvəqqəti müqavilə əsasında bir neçə turagentliyin yaratdığı könüllü birlik. Turizm konsorsiomları çox zaman aşağıdakı prinsiplər əsasında təşkil olunur:

-Hər bir iştirakçının birliyə könüllü sürətdə daxil olması şərti ilə.

-Hər bir iştirakçının maliyyə müstəqilliyinin, özünü idarəsinin və iqtisadi maraqlarının ümumiliyinin saxlanılması şərti ilə.

-Müştərək məsələlərin həllində bütün tərəflərin eyni hüquqa malik olması şərti ilə.

-İştirakçıların arasındakı münasibətlərin müqavilə əsasında təşkili(müqavilənin şərtləri bütün tərəflər tərəfindən mütləq yerinə yetirməlidir) şərti ilə.

Konsorsium iştirakçıları bir qayda olaraq, kiçik və orta turagentliklər olurlar. Konsorsioma daxil olmaq bu firmalara turoperatorlarla müqavilə şərtlərini dəqiq müəyyənləşdirməyə və yerinə yetirilməsinə, yerləşdirmə vasitələri, nəqliyyat və ekskursiya xidməti təklif edən firmalarla iş zamanı vahid siyasət hazırlamağa kömək edir.



Turizm kooperativləri- Turagent birliklərinin digər forması turizm kooperativləridir. Turizm kooperativlərinin nizamnaməsində göstərilən istiqamətdə müştərək fəaliyyətin həyata keçirilməsi üçün üç və daha çox turizm firmasının könüllü birliyidir.

Son onilliklərdə kooperativ hərəkatı, inkişaf etmiş ölkələrin iqtisadiyyatının bütün sahələrində fəaliyyət göstərən daha çox firmaları əhatə edir. Bunun səbəblərindən biri, marketinq tədqiqatının həyata keçirilməsi, populyarlığın yüksəldilməsi, daha çox potensial müştərilərin cəlb edilməsi və reklam tədbirlərində fəallığın artırılması üçün birlikdə fəaliyyət göstərməyin vacibliyi, kiçik firmaların birləşərək birlik yaratmaq təşəbbüsüdür. Reallaşdırma üçün vəsait olmadan heç bir kiçik müəssisə bu işi tək başına, müstəqil sürətdə təkbaşına həyata keçirmək iqtidarında deyil.

Turizm bazarında sərt rəqabətə dözmək və fəaliyyət göstərmək üçün, hər bir firma marketinq tədqiqatına və reklam tədbirlərinə yüz minlərlə dollar xərcləmək məcburiyətində qalır. Bir neçə kiçik firmalar belə böyük məbləği ödəyə bilmədiklərindən vəziyyətdən çıxış yolunu böyük kooperativlərə birləşməkdə görürlər.

Onlar və yüzlərlə kiçik turist firmaları (adətən turagentlər) birləşərək, ümumi qüvvə ilə marketinq və reklam tədbirləri üçün vəsait ayırmaq imkanı qazanırlar. Marketinq və reklam tədbirləri ilə kooperativlər bilavasitə özləri məşğul olmurlar, bu barədə ixtisaslaşmış firmalara müraciət edirlər və onların pulunu ümumi vəsaitdən ödəyirlər. Aparılan marketinq tədqiqatının nəticələri, kooperativin bütün üzvlərinin diqqətinə çatdırılır.

Yaddan çıxarmaq olmaz ki, turizm biznesində olan çoxsaylı problemləri həll etmək, ayrı-ayrı turagentlərin imkanı daxilində deyil. Yerləşdirmə, qidalanma, nəqliyyat müəssisələri, ekskursiya büroları və turistlərə xidmətlə məşğul olan digər firmaların axtarışı və əməkdaşlığı haqqında müqavilələrin bağlanılması da belə problemlərə aid edilir.

Bu ilk növbədə onunla əlaqədardır ki, turagentin potensial müştəriləri müxtəlif məqsəd və istiqamətlər üzrə səyahət etmək arzusunda ola bilər. Müştəriləri itirməmək üçün, turagentin dünyanın istənilən guşəsində turizm biznesinin imkanları barədə yaxşı məlumatı olmalı, təklif olunan səyahət marşurutu üzrə etibarlı zəmanət verməyi bacarmalıdır. Kooperativə daxil olan turagentlər, nəqliyyat və yerləşdirmə vasitələrində, yerlərin bronlaşdırmasında, müştəri mübadiləsində, turların satışı üzrə turoperatorlrla müqavilələrin bağlanmasında birgə fəaliyyət göstərə bilərlər.


Turizm sənayesində komputerləşmə


Müasir qloballaşma dövründə bəşəriyyət öz inkişafının yeni mərhələsinə-informasiya erasına girmişdir. İndi artıq insan həyatını onu formalaşdıran informasiya məhsulu olmadan təsəvvür etmək çətindir. Onu əhatə edən dünyada baş verən hadisələri mümkün olduğu qədər sürətlə izləmək, alınmış informasiyadan faydalı şəkildə isiifadə edə bilmək hər bir insanın gündəlik tələbatına, müasir həyat tərzinə çevrilmişdir. İndi informasiya mübadiləsində istifadə edilən bir sıra tarixi-ənənəvi üsullardan tutmuş İnternetə qədər hər bir vasitə məhz bu həyat tərzinin harada və necə inkişaf etdiyinin bir göstəricisi kimi qəbul edilməkdədir.
İnsan cəmiyyəti daim inkişaf etməkdədir. Bu gün təlabatlarımız arasında elələrini göstərmək mümkündür ki, onlar məhz informasiya vasitələrinin sürəti və etibarlılığının artması ilə gündəlik həyatımızda yeni əhəmiyyət qazanmış, öz dəyərinə görə bir çox   istehlak növlərini də ötüb keçmişdir. Bu baxımdan bir çoxları tərəfindən XX əsrin fenomeni kimi qiymətləndirilən turizm sahəsi də özünə maraq cəlb etməkdədir.
Əvvəldə də qeyd etdiyim kimi bu gün turizm sənayesində informasiya texnologiyalarından geniş istifadə olunur. Oteldə kompüter sistemi qonaqların təhlükəsizliyini qoruyur, mehmanxananın müştəri bazasını genişləndirir və bir çox marketinq məsələlərinin həllini tapmağa imkan verir.

Bu gün turizm sənayesi kompüterləşməyə keçib və ilk növbədə bu o deməkdir ki, kompüterləşmə turizm sənayesində bütövlüklə iş prosesini dəyişdirir və tədricən kompüterlərin vasitəsilə bütün mühüm məsələlər həll olunur. İkincisi, kompüterləşmə prosesi əlavə vəsait tələb edir və çox bahadır. Üçüncüsü, kompüterləşmə əməyi yüngülləşdirməyə xidmət edir. Kompüterləşmə prosesi müxtəlif ölkələrdə, müxtəlif müəssisələrdə müxtəlif cür baş verir. Bu, ölkənin iqtisadi və turizm sənayesindəki vəziyyətindən, müəssisənin rəhbərliyi tərəfindən problemlərin başa düşülməsi, müəssisənin maliyyə durumunun və ixtisaslaşmış kadrların mövcudluğundan asılıdır.

Turizm sənayesində kompüterləşmə prosesi başqa sahələrə nisbətən gec başlayıb. Bir çox sahələrdə kompüterləşmə 1960-cı ildə başlamışdır. Turizm sənayesi avtomatlaşdırma imkanlarından 1970-ci ilin əvvəlinədək geniş miqyasda istifadə etmirdi. Kompüterləşmənin gec tətbiq olunması turizm sənayesi müəssisələrinin daha az vəsaitlə daha mükəmməl kompüter texnologiyalarını almağa imkan verdi.
Beynəlxalq turizmin təşkil olunmasında müasir səviyyəli informasiya texnologiyasının rolunun aydınlaşdırılması və tətbiqinin öyrənilməsi maraq doğuran məsələlərdəndir. Beynəlxalq turizmin inkişafında informasiya texnologiyasının rolu isə turizmin bir sıra səciyyəvi xüsusiyyətləri ilə daha da əhəmiyyətlidir. Bu, turizm xidmətinin daşınılmaz olması, onun təşkil olunması üçün geniş informasiya-reklam tədbirlərinin aparılmasının vacibliyi və s. ilə izah olununr. Bundan başqa turizm biznesinin müəyyən dərəcədə mövsümi xarakter daşıması, movsümlərin qızğın çağında kütləvi turist tələbatının həddən artıq yüksəlməsi, turistlərin tələbatlarının ödəniləməsi üçün turizm müəssisələrindən əlavə digər çoxlu sayda müəssisələrin də bu işə cəlb olunması da burada etibarlı və sürətli informasiya mübadiləsi zərurətini ortaya qoyur. Kompüter texnologiyasının və sürətli informasiya mübadiləsinin tətbiqi turizmin təşkilində aparıcı rola malik olan   turoperatorların fəaliyyətinə təsir edir.

Təşkilati cəhətdən istənilən turizm müəsisəsinin informasiya texnologiyaları ilə təchiz olunması ənənəvi olaraq qəbul edilən müəssisə ofisinin avtomatlaşdırılmasından əlavə yerli elektron şəbəkə və elektron sənəd dövriyyəsi, habelə yol biletləri və otel nömrələrinin əvvəlcədən sifariş olunmasına qədər istənilən miqyyasda həyata keçirilə bilər. Əgər müasir səviyyəli informasiya texnologiyasının istifadə olunmasının struktur sxeminə nəzər salsaq, burada üç səviyyənin- müəssisədaxili, müəssisələrarası və interaktiv informasiya əlaqəsinin yaradılmasını misal göstərmək mümkündür.

Müəssisədaxili səviyyədə informasiya texnologiyasınıın tətbiqi turizmlə məşğul olan müəsisənin profilindən və işinin həcmindən asılı olarq dəyişilə bilər. Burada əsas məsələ turizm xidmətinin göstərilməsi zamanı alınan informasiyanın qəbul edilməsi, işlənib hazırlanması, və mühafizə olunmasıdır. Müəssisədaxili belə informasiyanın (mühasibat, marketinq və s.) işlənib hazırlanması üçün müasir səviyyəli komputerlər, informasiyanın verilməsi və qəbul edilməsi üçün avadanlıqlar tələb olunur. Bundan əlavə turizm müəssisəsində tətbiq olunan digər elektron tipli informasiya texnologiyası və onların müəssisədaxili yerli şəbəkədə (intrenet) fəaliyyət göstərmək imkanının olması həmin müəssisənin struktur bölmələri arasında operativ əlaqə yaradılması, habelə mühafizə olunan informasiyaları əldə etmək üçün maneələrin ortadan qaldırılması baxımından çox əhəmiyyətlidir. İnformasiya texnologiyasının turizm biznesində tətbiq olunması müəssisələrarası şəbəkədə birgə istifadə formasında da geniş yayılmışdır. Bu cür informasiya şəbəkəsinin istifadə olunması ilə müəssisədə idarəetmə işlərini xeyli sadələşdirmək, turların təşkili prosesini təkmilləşdirmək, maliyyə əməliyyatlarının sürətli şəkildə həyata keçirmək mümkündür. Bu cür səviyyəli informasiya şəbəkəsinin yaradılması turizm agentlikləri, turopepatorlar və potensial müştərilər arasındakı əlaqələri sürətləndirib, turistlərin tələbatları ilə turizm müəssisəsinin iqtisadi mənafelərinin ödənilməsi üçün şərait yaradır.

İnternetin turizm müəssisəsi üçün yaratdığı imkanları qısa olaraq aşağıdakı kimi göstərə bilərik.


•     Şəbəkə marketinqinin həyata keçirilməsi.
•     Təklif etdiyi xidmətin «On-line» rejimi üzərindən satılması.
•     Ərazicə uzaq olan müştərilərlə əlaqə yarada bilinməsi.
•     Ucuz kommunikasiya vasitələri ilə əlaqəyə çıxış (elektron poçt, rəqəmli telefon, videotelefon, və s.)
•     İnternetin köməyi ilə biletlərin satılması, otel nömrələrinin bronlaşdırılması.
Səmərəli reklamın həyata keçirilməsi.
•     Elektron sərgilərdə, yarmarkalarda, sərgilərdə və s. iştirak.
•     Uzaqdan qeyri-nəqd hesablaşmaların həyata keçirilməsi.
•     365 gün, 24 saat operativ iş rejimi.
•     Potensial əməkdaşların axtarılması.
•     Müəssiəsənin ictimaiyyətlə aparılan əlaqələrinin yüksək keyfiyyətlə və sürətlə aparılması.
•     Müəssisənin korporativ saytının yaradılması və onun İnternetdə yerləşdirilməsi.
Potensial turistin İnternet vasitəsilə əldə edə biləcəyi informasiyaları qısa şəkildə belə göstərmək mümkündür:
•     Məsafədən asılı olmayaraq istənilən turizm müəssisəsinin xidmətlərindən istifadə etmək.
•     Öz marşurutunu müəyyənləşdirmək, nəqliyyat vasitələri və bilet qiymətləri haqqında məlumatlar almaq.
•     Nəqliyyat vasitələrinə və otel nömrələrinə yerləri bronlaşdırmaq.
•     İstifadə etdiyi xidmət və əmtəələrin haqqını ödəmək.
•     İnternetin axtarma sistemlərindən istifadə etmək.
•     Elektron poçtdan istifadə etmək.

İnformasiya, onun etibarlı mübadilə vasitələri (İnternet, intranet və s.) turizm üçün niyə bu qədər vacibdir. Bu suala cavab vermək üçün turizm xidmətinin özünəməxsus xüsusiyyətlərini,   turizm məhsulunun yaradılması,   istifadə olunması zamanı qarşıya çıxan məsələlri araşdırmaq, turistlərin fərdi xüsusiyyətlərini nəzərə almaq lazımdır.


İqtisadiyyatın bütün sahələri kimi turizmdə də göstərilən xidmətin istehlakçıya çatdırılması (marketinq) və onun daha tez və sərfəli şəkildə reallaşdırılması mühüm məslələrdən biri hesab olunur. Əgər turizm şirkəti üçün bu məsələ nə qədər vacibdirsə,   istehlakçı üçün də eyni aktuallıq daşımaqdadır. Özünün qısa məzuniyyətini daha mənalı şəkildə keçirə bilmək istəyən hər bir işgüzar adam çoxlu sayda turizm məhsulu təklif edən firmaların seçimi qarşısında qalırlar. Bu isə çaşqınlığa və məsələnin reallığa çevrilməsinə maneələr yarada bilər. Bundan əlavə göstərmək lazımdır ki, turizm xidmətinin özü bir sıra unikal xüsusiyyətləri ilə də fərqlənir. Bunlar turizm məhsulunun bir yerdən başqa yerə daşına bilməməsi, turizm xidmətinin nisbətən mövsümi xarakter daşıması, turizm xidmətinidən istifadə edən insanların yüksək tələbkarlıqları ola bilər. Potensial turistlərə nəzər salsaq onların kifayət qədər təhsilli, yaxşı maddi imkanlı, öz işində ciddi olan, dinamik həyat tərzinə və tez-tez sərbəst səyahət etməyə meylli olan şəxslər olduğunu görərik. Bu insanlar onlara ayrılmış iş vaxtına ciddi əməl etdiklərii kimi istirahətlərini də mənalı keçirməkdə maraqlıdırlar. Əgər tarixə geri dönüb, məsələn, məşhur «Orient Express» ilə səyahətə nəzər salsaq, həmin dövrdə turizmin hələ bir aristokrat əyləncəsi xarakteri daşıdığını görərik. Turizmin keçən XX əsrin 50-ci illərindən etibarən geniş bir vüsət aldığını və indi onun artıq kütləvi hal daşıyaraq planet əhalisinin üçdə birinin tələbatına çevrilməsi məhz sıx informasiya mühitində mümkün olmuşdur. Müasir dünyada İnternetin Yer kürəsinin istənilən nöqtəsinə qədər yayıldığını nəzərə alarıqsa potensial müştərilərin məhz bu şəbəkədən istifadə edərək öz istəkləri çərçivəsində seçimlərinin etdiklərini tamamilə təbii bir hal kimi qəbul etmək olar. Məsələnin populyarlığını başa düşən turizm firmaları ümümdünya şəbəkəsində təmsil olunam bilmək üçün özlərinin səhifələrini təqdim edirlər. İnternet hər bir müştəriyə (potensial turistə) yönəlmiş fərdi yanaşmanı təmin edir.   Müasir dövrdə bütün dünya üzrə belə səhifələrin sayının 80 minə çatdığını göstərməklə məsələnin nə qədər populyar olduğunu bir daha göstərmək mümkündür.
Ümümdünya şəbəkəsindəki belə səhifələrin bəziləri çox böyük olub, istifadəçiyə-bizim misalda potensial turistə kommersiya xarakterli informasiyadan əlavə, səyahətçi məsləhətləri, turizm mərkəzlərinə bələdçiliyi, görkəmli yerlərin foto və video təsvirləri, hava məlumatları, valyuta kursları, xəritə planlar haqqında məlumatlar verirlər. Dünya üzrə onlardan- www.world-touris.org, www.yahoo.com
  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə