Azərbaycan Respublikası Hesablama Palatasının 2012-ci il üçün xərclər smetası haqqında




Yüklə 36.47 Kb.
tarix27.04.2016
ölçüsü36.47 Kb.
Azərbaycan Respublikası Hesablama Palatasının 2012-ci il üçün xərclər smetası haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI



 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Azərbaycan Respublikası Hesablama Palatasının 2012-ci il üçün xərclər smetası haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci il 6 dekabr tarixli 262-IVQR nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddədə “Hesablama Palatasının” sözlərindən sonra “(Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi istisna olmaqla)” sözləri əlavə edilsin, “3 791 737 (üç milyon yeddi yüz doxsan bir min yeddi yüz otuz yeddi)” sözləri “3 539 907 (üç milyon beş yüz otuz doqquz min doqquz yüz yeddi)” sözləri ilə əvəz edilsin.

2. 2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“2. Azərbaycan Respublikası Hesablama Palatasının (Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi istisna olmaqla) 2012-ci il üçün xərclər smetası aşağıdakı qaydada bölüşdürülsün:

 


2.1.

Əməyin ödənişi

-

2 854 979 (iki milyon səkkiz yüz əlli dörd min doqquz yüz yetmiş doqquz) manat

2.1.1.

Hesablama Palatası işçilərinin əmək haqqı

-

1 775 278 (bir milyon yeddi yüz yetmiş beş min iki yüz yetmiş səkkiz) manat

2.1.2.

Ştatdan kənar işçilərin əməkhaqqı

-

33 200 (otuz üç min iki yüz) manat

2.1.3.

Əməyin ödənilməsi ilə bağlı sair pul ödənişləri

-

521 725 (beş yüz iyirmi bir min yeddi yüz iyirmi beş) manat

2.1.4.

Dövlət sosial müdafiə fonduna ayırmalar

-

512 644 (beş yüz on iki min altı yüz qırx dörd) manat

2.1.5.

İcbari dövlət sığortası

-

12 132 (on iki min yüz otuz iki) manat

2.2.

Malların (işlərin və xidmətlərin satın alınması)

-

562 437 (beş yüz altmış iki min dörd yüz otuz yeddi) manat

2.2.1.

Dəftərxana və təsərrüfat xərcləri

-

32 400 (otuz iki min dörd yüz) manat

2.2.2.

Mətbəə xərcləri

 


-

8 400 (səkkiz min dörd yüz) manat

2.2.3.

İdarənin xərcləri

-

11 500 (on bir min beş yüz) manat

2.2.4.

Cari təmir

-

25 000 (iyirmi beş min) manat

2.2.5.

Mühafizə xərcləri

-

58 672 (əlli səkkiz min altı yüz yetmiş iki) manat

2.2.6.

Ölkədaxili ezamiyyələr

-

103 515 ( yüz üç min beş yüz on beş) manat

2.2.7.

Xarici ezamiyyələr

-

74 000 (yetmiş dörd min) manat

2.2.8.

Yanacaq və sürtgü materiallarının alınması

-

47 100 (qırx yeddi min yüz) manat

2.2.9.

Digər nəqliyyat xidmətləri

-

32 500 (otuz iki min beş yüz) manat

2.2.10.

Elektrik enerjisi haqqının ödənilməsi

-

26 500 (iyirmi altı min beş yüz) manat

2.2.11.

Qaz haqqının ödənilməsi

-

7 000 (yeddi min) manat

2.2.12.

Su haqqının ödənilməsi

-

4 500 (dörd min beş yüz ) manat

2.2.13.

İstilik enerjisi (yanacaq) haqqının ödənilməsi

-

7 000 (yeddi min) manat

2.2.14.

Kanalizasiya xidmətləri haqqının ödənilməsi

-

1 500 (bir min beş yüz) manat

2.2.15.

Digər kommunal xidmətləri haqqının ödənilməsi

-

30 000 (otuz min) manat

2.2.16.

Kommunal və komunikasiya xidmətləri ilə bağlı digər xərclər

-

2 000 (iki min) manat

2.2.17.

Ölkədaxili telefon danışıq haqlarının ödənilməsi

-

16 000 (on altı min) manat

2.2.18.

Beynəlxalq telefon danışıq haqlarının ödənilməsi

-

4 000 (dörd min) manat

2.2.19.

Poçt xidmətlərinin ödənilməsi

-

4 450 (dörd min dörd yüz əlli) manat

2.2.20.

İnternet xidməti haqqının ödənilməsi

-

12 900 (on iki min doqquz yüz) manat

2.2.21.

Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması

-

1 000 (bir min) manat

2.2.22.

İnventarın alınması

 


-

19 500 (on doqquz min beş yüz) manat

2.2.23.

Avadanlığın alınması

-

9 000 (doqquz min) manat

2.2.24.

Digər alışlar və xidmətlər

-

24 000 (iyirmi dörd min) manat

2.3.

Təqaüdlər və sosial müavinətlər

-

75 000 (yetmiş beş min) manat

2.3.1.

Müavinətlər üzrə ödənişlər

-

55 000 (əlli beş min) manat

2.3.2.

İş qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər

-

20 000 (iyirmi min ) manat

2.4.

Digər xərclər

-

14 291 (on dörd min iki yüz doxsan bir ) manat

2.4.1.

Sair xərclər

-

5 000 (beş min) manat

2.4.2.

Bank xərcləri

-

9 291 (doqquz min iki yüz
doxsan bir) manat

2.5.

Qeyri-maliyyə aktivlərinin alınması

-

33 200 (otuz üç min iki yüz) manat

2.5.1.

Digər maşın və avadanlıqlar

-

29 200 (iyirmi doqquz min iki yüz) manat

2.5.2.

İstehsalda istifadə olunmayan qeyri-maddi aktivlər

-

4 000 (dörd min) manat.”.

 

O.Əsədov,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 

Bakı şəhəri, 30 dekabr 2011-ci il



№ 289-IVQR


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə