Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən




Yüklə 36.07 Kb.
tarix10.04.2016
ölçüsü36.07 Kb.

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyi tərəfindən

25 aprel 1997-ci il tarixdə

qeydə alınmışdır

Qeydiyyat № 45

Nazir əvəzi S. HƏSƏNOVA

Azərbaycan Respublikası

Əmək və Əhalinin sosial

Müdafiəsi Nazirliyi

kollegiyasının 16 aprel 1997-ci

il tarixli 7-3 nömrəli qərarı ilə

təsdiq edilmişdir.
Nazir Ə. NAĞIYEV





Razılaşdırılmışdır:

Azərbaycan Respublikası

Maliyyə naziri

F .YUSİFOV.






tək ahıl vətəndaşlara və əlillərə

evlərində sosial məişət xidmətinin

göstərilməsinə dair
TƏLİMAT


  1. ÜMUMİ QAYDALAR




  1. Rayon-şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sosial-məişət xidməti şöbəsi tərəfindən evlərdə tək yaşayan və həmin şəhərdə və rayonda (ayrı-ayrı yaşayış məntəqələrində yaşayıb-yaşamamalarından asılı olmayaraq) qanunla onları saxlamağa borclu övladları və ya valideynləri olmayan 1-ci qrup əlillər, 75 yaşına çatmış qocalar sosial-məişət xidmətinə götürülürlər. Başqasının köməyinə ehtiyacı olan II qrup əlillər və 75 yaşından aşağı yaşlı vətəndaşlar isə yuxarıda göstərilən şərtlərlə səhiyyə orqanlarının həkim məsləhət komissiyalarının və ya tibbi sosial ekspert komissiyasının rəyinə əsasən xidmətə qəbul edilirlər. Burada eyni yaşayan məntəqəsi dedikdə, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə müəyyən edilmiş ərazi vahidi və yaşayış məntəqəsi nəzərdə tutulur.

  2. Eyni yaşayış sahəsində xidmətə götürülmüş ər-arvad, valideyn-övlad və bacı-qardaş xidmətdə bir nəfər kimi qeydə alınırlar;

1.3. Vətəndaşlara maddi köməkliklər, o cümlədən humanitar yardım verilərkən xidmətə götürülmüş ər-arvad, valideyn-övlad, bacı-qardaş iki nəfər kimi nəzərə alınmalıdır;

1.4. Qanunla onları saxlamağa borclu övladları olmayan, qohumları ilə eyni ünvanda qeydiyyata alınıb onlarla birlikdə yaşamalarına baxmayaraq, ehtiyacı olan tək ahıl vətəndaşlar müstəsna hallarda Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin razılığı və ya Rayon-şəhər İcra hakimiyyəti Başçısının Sərəncamı ilə evlərində sosial-məişət xidmətinə götürülə bilərlər;

1. 5. Yoluxucu və ya ağır ruhi xəstəliyi olan tək ahıl vətəndaşlar və əlillər Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi orqanlarının təşkilatlarında müalicə edilməli və ya yaşamalı olduqlarından evlərində sosial-məişət xidmətinə götürülmürlər.

1.6. Qanunla müəyyən edilmiş qaydada qəyyumluğa (himayəçiliyə) götürülmüş, əmlakını başqasına vəsiyyət etmiş (dəqiq məlumat olduqda) və evində kirayənişin saxlayan ahıl və əlil vətəndaşlar aşağıdakı hallarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin razılığı və ya rayon (şəhər) İcra Hakimiyyətinin sərəncamı ilə evlərində sosial-məişət xidmətinə götürülürlər:

— qəyyumları (himayəçiləri), əmlakını vəsiyyət etdiyi şəxs onunla bir yaşayış məntəqəsində yaşamadıqda və əmək qabiliyyətinə malik olmadıqda;

— kirayənişinlə birgə təsərrüfatı idarə etmədikdə;

1. 7 Tək ,ahıl və əlil vətəndaşların mənzilində teydə alınmış və qanunla onu saxlamağa borclu olan övladları (valideynləri) başqa yaşayış məntəqəsində yaşayırsa, həmin tənha vətəndaşlar evlərində sosial-məişət xidmətinə götürülmürlər;

1. 8. Evdə xidmətə ehtiyacı olan tənha — ahıl vətəndaşlara və əlillərə xidmət göstərən sosial xidmət işçilərinin xidmət norması (bir sosial xidmət işçisinin xidmət göstərdiyi vətəndaşların sayı) Respublika Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilir;

1. 9. Müstəsna hallarda, sosial xidmət işçisinin xidmət göstərdiyi vətəndaşların sayı müxtəlif səbəbdən azalarsa, onun əvəzinə başqasını xidmətə götürmək və ya başqa yaşayış məntəqələri ilə xidmət sahələrini birləşdirmək mümkün olmazsa, xidmət göstərilənlərin sayı müəyyən edilmiş normativin yarısı qədər və ya bundan az olduqda sosial xidmət işçisinin əmək haqqı 0,5 ştat vahidi ilə, normativin yarısından çox olduqda isə tam ştat vahidi ilə ödənilməlidir;

1. 10. Tənha-ahıl və əlil vətəndaşlara xidmətin təşkili vəziyyətini vaxtlı-vaxtında öyrənmək və daimi nəzarətdə saxlamaq məqsədi ilə rayon mərkəzlərindən kənd yerlərinə nədən sosial-məişət xidməti şöbəsi işçilərinin (şöbə müdiri və mütəxəssislər) yol xərcləri, bu barədə təqdim etdiyi sənədlər (qiyməti göstərilən bilet və s.) əsasında ödənilir;

1. 11. Sosial xidmət işçiləri ildə hər birindən bir ədəd olmaqla təsərrüfat zənbili və xalatla, şəhər və şəhər tipli qəsəbələrdəki, rayon mərkəzlərindəki bu kateqoriyadan olan işçilər isə əlavə olaraq xidməti vəzifələrini yerinə yetirərkən sərnişin nəqliyyatından istifadə etmələri üçün aylıq biletlə Əhalinin Sosial Müdafiəsi Mərkəzlərin tərəfindən bu məqsədlə ayrılmış vəsait hesabına təmin olunurlar;

1. 12. Əmək qabiliyyətinə malik olmayan Böyük Vətən müharibəsi əlilləri, müharibədə həlak olanların ailələri, Çernobıl, Qarabağ, 20 Yanvar hadisələri ilə əlaqədar əlil olan tək ahıllara ilk növbədə xidmət göstərilir;

1. 13. Sosial xidmət işçisi xidmətə götürülmüş vətəndaşın evində həftədə azı 2 dəfə (vətəndaşın sağlamlıq vəziyyətindən asılı olaraq lazım gələrsə müxtəlif sosial-məişət xidmətləri göstərmək məqsədilə daha çox) olmalıdır;

1. 14. Xidmətdə olan vətəndaşa, ona göstərilən sosial-məişət xidmətinin qeydiyyatı aparılan gündəlik açılmalıdır. Gündəlikdə həmin vətəndaşın və sosial xidmət işçisinin hər xidmət günü üçün xidməti təsdiqləyən imzaları olmalıdır.

1. 15. Rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinin sosial-məişət xidməti şöbəsi: 6 günlük iş həftəsi ilə işləməklə iş vaxtı səhər saat 09.00 - da başlamalı saat 17.00 - da (şənbə günü isə qısa qal günü olmaq 14.00 - da) başa çatmalıdır.

1. 16. Sosial xidmət işçisi azı orta təhsilə malik olmalıdır.

1.17. Pensiya yaşlı vətəndaşlar və Əlillər sosial xidmət işçisi vəzifəsinə qəbul edilmirlər.
II. VƏTƏNDAŞLARIN XİDMƏTƏ GÖTÜRÜLMƏLƏRİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR:
2. 1 Tənha-ahıl və əlil vətəndaşın sosial xidmətə götürülməsi barədə yaşadığı rayon şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi direktorunun adına ərizəsi;

2. 2. Evdə xidmətə ehtiyacı olan vətəndaşla Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sosial-məişət xidməti şöbəsi arasında müqavilə;

2. 3. Tənha və başqasının köməyinə ehtiyacı olan vətəndaşın səhhətinə görə evində sosial—məişət xidmətinə götürülməsinə ehtiyacı olması haqqında həkim məsləhət komissiyasının və ya tibbi sosial ekspert komissiyasının arayışı (tibbi karta);

2. 4. Tənha vətəndaşın sosial-məişət xidmətinə götürülməsinin mümkünlüyü barədə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sosial-məişət xidməti şöbəsinin nümayəndəsi, evlər idarəsi və ya qəsəbə (şəhər) İcra hakimiyyəti nümayəndələrinin iştirakı ilə tərtib edilmiş akt;

2. 5. Sosial xidmətə götürülmüş vətəndaşı xidmətdən çıxarmaq rayon (şəpər) Əhalinin Sosial Müdafiəsi Mərkəzi direktorunun səlahiyyətinə aiddir. Bu halda, evdə xidmətə götürülmüş vətəndaşın xidmətdən çıxarılması üçün sosial məişət xidməti şöbəsinin müdiri sosial xidmət işçisinin məlumatına əsasən Əhalinin Sosial Müdafiəsi Mərkəzi direktorunun adına təqdimat yazmalıdır;

2. 6. Aşağıdakı hallarda vətəndaşlar sosial-məişət xidmətindən çıxarılırlar:



  • vəfat etdikdə;

  • qoca və əlillər üçün internat evinə və ya pansionata göndərildikdə;

  • başqa yerə köçdükdə;

  • övladı və ya başqası evinə qeydiyyata alındıqda;

  • evində kirayənişin saxladıqda (bu təlimatın 1 6. maddəsində nəzərdə tutulan hallar istisna olunmaqla);

ona qəyyum təyin edildikdə (bu təlimatın 1.6. maddəsində nəzərdə tutulan hallar istisna olmaqla);

  • əmlakını başqasına vəsiyyət etdikdə (bu təlimatın 1. 6. maddəsində nəzərdə tutulan hallar istisna olmaqla);

  • xidmətə ehtiyacı olmadığını bildirdikdə;

Bu cür halları aşkar etmək üçün sosial xidmət işçisi vaxtaşırı evlər idarəsi, şəhər, qəsəbə və ya kənd icra hakimiyyəti nümayəndəliyi və s. ilə əlaqə saxlamalıdır.
III. TƏNHA—AHIL VƏTƏNDAŞLARA VƏ ƏLİLLƏRƏ GÖSTƏRİLƏN SOSİAL-MƏİŞƏT XİDMƏTLƏRİ:
3. 1. Ticarət-iaşə xidməti üzrə:

  • zəruri ərzaq, sənaye və məişət əşyalarını ticarət müəssisələrindən almaq;

  • bazarlıq etmək;

  • lazım gələrsə, xörək hazırlamaq;
    3.2. Məişət xidməti üzrə:

  • mənzilləri sahmana salmaq;

  • əşya və avadanlıqları təmizləmək və yumaq;

— lazım gələrsə, yataq və keyim əşyalarının camaşırxanaya,
kimyəvi təmizləmə məntəqəsinə (əgər camaşırxana və kimyəvi təmizləmə məntəqəsi varsa) aparıb gətirmək;

  • ehtiyac olduqda, xidmətdə olan vətəndaşı çimizdirmək;
    3. 3. Kommunal xidməti üzrə:

  • əşya və avadanlıqları təmirə vermək və almaq;

  • təmir məqsədilə evə usta çağırmaq;

— istiliyə, yanacağa, təmirə olan ehtiyacların ödənilməsi məqsədi ilə aidiyyatı təşkilatlarla əlaqə saxlamaq və s;

3. 4. Tibbi. xidmət üzrə:



  • lazım gəldikdə evə həkim çağırmaq;

  • həkim təyinatı ilə apteklərdən dərman almaq;

  • həkimin məsləhəti ilə ilk tibbi köməkliklər göstərmək;
    3. 5. Təsərrüfat işləri üzrə:

  • həyətyanı sahəni təmizləmək və becərmək;

  • məhsulu toplamaq və s;
    3. 6. Digər xidmətlər üzrə:

  • qəyyumluq və himayəçilik sənədlərinin hazırlanmasına, tənha-ahıl vətəndaşların və əlillərin internat evinə göndərilməsi üçün lazımi sənədlərin toplanmasına köməklik göstərmək. Bu məqsədlə idarə, şirkət, kooperativlər, xeyriyyə təşkilatları ilə əlaqə saxlamaq;

  • səhhəti ilə əlaqədar başqasının köməyinə ehtiyacı olan vətəndaşlar əlillər vəfat etdikdə dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstərmək və dərhal mənzil kommunal təsərrüfatı müvafiq təşkilatlarla birlikdə zəruri köməklik göstərmək;

  • sosial xidmətdə olan tənha-ahıl vətəndaşlar və əlillər vəfat etdikdə onların dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstərmək və dərhal mənzil, kommunal təsərrüfatı idarəsinə və ya yerli İcra hakimiyyəti nümayəndəliyinə və rayon (şəhər) ƏSMM -nin sosial-məişət xidməti şöbəsinin müdirinə məlumat vermək (Dəfn mərasimi həmin təşkilatların büdcəsi hesabına, sosial xidmət işçisinin iştirakı ilə keçirilməlidir).


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə