Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi. Hasilatın Pay Bölgüsü haqqında Sazişlər, İxrac Boru Kəmərləri Sazişlər və ardnş-nin birgə müəssisələrinin fəaliyyətini tənzimləyən sazişlər üzrə istifadə üçün tələb olunmayan




Yüklə 10.62 Kb.
tarix20.04.2016
ölçüsü10.62 Kb.


yanında Heraldika Şurasının Əlavə III
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin __ ______ 2011 -ci il tarixli,
___ nömrəli əmri ilə
təsdiq edilmişdir







Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi.

Hasilatın Pay Bölgüsü haqqında Sazişlər, İxrac Boru Kəmərləri Sazişlər və ARDNŞ-nin birgə müəssisələrinin fəaliyyətini tənzimləyən sazişlər üzrə istifadə üçün tələb olunmayan avadanlıq, obyekt və vəsaitlərin ARDNŞ-nin struktur bölmələrinin balansına ötürülməsi

(SOCARSS – 025. 2011)


    1. Standartlaşmanın məqsədi - Hasilatın Pay Bölgüsü haqqında Sazişlər, İxrac Boru Kəmərləri Sazişləri və ARDNŞ-nin birgə müəssisələrin fəaliyyətini tənzimləyən müqavilələr (bundan sonra Sazişlər) üzrə müvafiq olaraq podratçı/əməliyyat şirkətləri və/və ya idarəetmə qurum/təsisçi (bundan sonra Podratçı) tərəfindən təqdim edilən, istifadə üçün tələb olunmayan və ya sıfır balansa malik olan avadanlıq, obyekt və vəsaitlərin (bundan sonra “Aktivlər”) qəbul edilməsi və əvəzsiz olaraq ARDNŞ-nin müvafiq struktur bölmələrinin balansına ötürülməsi ilə bağlı münasibətlərin tənzimlənməsidir.




    1. Məsul qurum – müvafiq qurum ARDNŞ-nin prezidentinin əmri ilə müəyyən edilir.




    1. Aktivlərin ötürülməsinin əsası - Aktivlərin ötürülməsinin əsasını ARDNŞ-nin müvafiq qərarı təşkil edir.




    1. Aktivlərin ötürülməsi proseduru – Aktivlərin ötürülməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir:



  1. Podratçı Sazişlərin tələbinə uyğun olaraq istifadəsi üçün tələb olunmayan və ya sıfır balansına çatmış siyahısı tam göstərilməklə Aktivlər barədə ARDNŞ-yə bildiriş göndərir.




  1. Bildiriş alındıqdan sonra Məsul qurum ARDNŞ-nin aidiyyəti struktur bölmələrindən ötürülməsi nəzərdə tutulan Aktivlərə dair tələbatın olub-olmaması barədə rəsmi rəy alır.




  1. Məsul qurum Aktivlərin ötürülməsinin məqsədəuyğun olub-olmaması barədə qərar qəbul edir və icraatında olan sənədləri müvafiq qərar qəbul edilməsi üçün ARDNŞ-nin prezidentinə təqdim edir.




  1. ARDNŞ-nin prezidenti Aktivlərin ötürülməsi barədə müvafiq qərar qəbul edir.




  1. ARDNŞ-nin qərarına əsasən Aktivlərin təhvil-qəbulu aparılır və Aktivlər aidiyyəti struktur bölmənin balansına ötürülür.




    1. Aktivlərin ötürülməsinə dair rəyin alınması müddəti – Sazişlər üzrə Podratçı tərəfindən ARDNŞ-yə müvafiq bildiriş daxil olduqdan sonra 10 (on) iş günü ərzində Məsul qurum Aktivlərin ötürülməsinə dair rəyin təqdim edilməsi üçün aidiyati struktur bölməyə göstəriş verir. Aidiyyəti struktur bölmə rəsmi rəyini 10 (on) iş günü ərzində Məsul quruma təqdim edir.




    1. Aktivlərin ötürülməsi - ARDNŞ-nin Baş ofisinin və aidiyyəti struktur bölməsinin nümayəndələrindən ibarət olan işçi qrup ARDNŞ-nin müvafiq qərarına əsasən Podratçı tərəfindən ötürülən Aktivlərin qanunvericiliyə uyğun olaraq təhvil-qəbulunu aparır və Aktivlərin balansa ötürülməsini təmin edir.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə