Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi. Hasilatın Pay Bölgüsü haqqında Sazişlər, İxrac Boru Kəmərləri Sazişlər və ardnş-nin birgə




Yüklə 9.59 Kb.
tarix20.04.2016
ölçüsü9.59 Kb.


Əlavə IV
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin __.__. 2011-ci il tarixli,
__ nömrəli əmri ilə
təsdiq edilmişdir







Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi.

Hasilatın Pay Bölgüsü haqqında Sazişlər, İxrac Boru Kəmərləri Sazişlər və ARDNŞ-nin birgə müəssisələrinin fəaliyyətini tənzimləyən müqavilələr üzrə ARDNŞ-yə ötürülən və ya geri qaytarılan avadanlıq, obyekt və əsas vəsaitlərin (fondların) və aktivlərin ləğv edilməsi

(SOCARSS – 026.2011)



    1. Standartlaşmanın məqsədi - Hasilatın Pay Bölgüsü haqqında Sazişlər, İxrac Boru Kəmərləri Sazişlər və ARDNŞ-nin birgə müəssisələrin fəaliyyətini tənzimləyən müqavilələr (bundan sonra “Sazişlər”) üzrə müvafiq olaraq podratçı/əməliyyat şirkətləri və/və ya idarəetmə qurumu (bundan sonra Podratçı) tərəfindən təqdim edilən köhnəlmiş, faydalı iş ehtiyatı tükənmiş və ya sıfır balansa malik olan avadanlıq, obyekt və əsas vəsaitlərin/fondların, aktivlərin (bundan sonra “Aktivlər”) istismarı və ya ləğv edilməsi ilə əlaqədar yaranan münasibətlərin tənzimlənməsidir.



    1. Məsul qurum - ARDNŞ-nin prezidentinin əmri ilə müəyyən edilir.




    1. Aktivlərin ləğv edilməsinin əsası – Aktivlərin ləğv edilməsinin əsasını ARDNŞ-nin müvafiq qərarı təşkil edir.




    1. Aktivlərin ləğv edilməsi proseduru – Aktivlərin ləğv edilməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir:




  • Sazişlərlə müəyyən olunmuş qaydada siyahısı göstərilməklə Aktivlərin ləğv edilməsi barədə Rəhbər Komitə qərar qəbul edir və bu haqda ARDNŞ-yə bildiriş göndərir.

  • ARDNŞ silinməsi nəzərdə tutulan Aktivlərin istismarını davam etdirməyi qərara alarsa 30 gün ərzində bu haqda Rəhbər Komitəyə bildiriş göndərir və bu zaman özü üçün münasib olan vaxtda Aktivlərin ləğv edilməsi məsuliyyətini üzərinə götürür.

  • ARDNŞ Aktivlərin istismarını davam etdirmək istəməzsə Aktivlərin ləğv edilməsi üzrə məsuliyyətin üzərinə götürülməsi barədə 30 gün ərzində Rəhbər Komitəyə bildiriş göndərir.

  • Məsul qurum Aktivlərin ötürülməsinin məqsədəuyğun olub-olmaması barədə qərar qəbul edir və icraatında olan sənədləri müvafiq qərar qəbul edilməsi üçün ARDNŞ-nin prezidentinə təqdim edir.

  • ARDNŞ-nin prezidenti Aktivlərin ləğv edilməsi barədə müvafiq qərar qəbul edir.

  • ARDNŞ-nin prezidentinin qərarına uyğun olaraq Aktivlərin ləğvi barədə aktlar müəyyən olunmuş qaydada təsdiq edilir.




    1. Silinmənin maliyyələşdirilməsi – Aktivlərin silinməsinə aid xərclər Sazişlərə nəzərdə tutulmuş “Ləğvetmə fondu”nun və ya ARDNŞ-nin və Podratçının danışıqlar yolu ilə müəyyən etdiyi mənbənin vəsaiti hesabına maliyyələşdiriləcəkdir.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə