Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun 2014-cü IL üçün elmi-tədqiqat layihələri üzrə müsabiqəsinin nəticələri haqqındaela n




Yüklə 87.43 Kb.
tarix20.04.2016
ölçüsü87.43 Kb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun

2014-cü il üçün elmi-tədqiqat layihələri üzrə müsabiqəsinin

nəticələri haqqında
E L A N
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu Azərbaycan Milli Elmlər Akademiyasında işləyən və neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlərin, yaradıcı kollektivlərin elmi fəaliyyətini stimullaşdırmaq, həmçinin Azərbaycan Respublikasında fundamental və tətbiqi xarakterli elmi-tədqiqatları daha da inkişaf etdirmək məqsədilə 2014-cü il üçün növbəti müsabiqə elan etmişdi.

Müsabiqəyə 85 layihə təqdim edilmişdi. Təqdim olunan layihələrin ekspertizası məqsədilə Müsabiqə Komissiyası yaradılmış və Komissiyanın tərkibinə müsabiqədə elan olunmuş elm sahələri üzrə aparıcı alimlər daxil edilmişdi.

Elm Fondunun Əsasnaməsinə uyğun olaraq qeydiyyatdan keçmiş layihələrin ciddi ekspertizası təşkil edilmiş, bununla bağlı Müsabiqə Komissiyasının və İdarə Heyətinin bir neçə iclası keçirilmişdir.

Müsabiqə Komissiyasının və ekspertlərin rəylərini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun İdarə Heyəti 24 sentyabr 2014-cü il tarixli qərarı ilə 29 elmi tədqiqat layihəsi, 4 xüsusi layihə və 2 həvəsləndirici mükafat olmaqla aşağıdakı 35 layihəni qalib elan etmişdir.




Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun

2014-cü il müsabiqəsinin qalib layihələrinin
S İ Y A H I S I




Layihənin adı


Layihə rəhbərinin soyadı, adı, atasının adı


Elmi müəssisə


Layihənin smeta dəyəri (manat)


Aid olduğu elm sahəsi


Layihənin növü


1

Ehtiyatları çətin çıxarıla bilən yataqların işlənilməsinin innovasion kompleks texniki-texnoloji üsullarının yaradılması və proqram təminatı

Calalov Qərib İsaq oğlu

Geologiya və Geofizika İnstitutu

90 000

Yer elmləri


ET

2

Azərbaycanın neft-qaz rayonlarının və neft kəmərlərinin potensial seysmik təhlükəsi: müasir təhlil və tədbirlər


Babayev Qulam Rüstəm oğlu

Geologiya və Geofizika İnstitutu

70 000

Yer elmləri


ET

3

Geokimyəvi və dielektik fingerprintləri əsasında Abşeron NQR yataqları neftlərinin genetik identifikasiyası

Məmmədov Nazim Timur oğlu

Fizika İnstitutu



90 000

Yer elmləri

ET

4

Müalicəvi Naftalan neftinin genezisinin geoloji, izotop-kimyəvi və mikrobioloji kompleks tədqiqatları


Martınova Qalina Sergeyevna

Geologiya və Geofizika İnstitutu

90 000

Yer elmləri

ET

5

Neft-qaz qalıqlarının (qaz kondensatın) yüksək oktanlı benzin komponentlərinə çevrilməsinin aşağı temperaturlu innovativ metodunun işlənilməsi

Abasov Səfa İslam oğlu

Neft-Kimya Prosesləri İnstitutu

85 000

Kimya elmləri


ET

6

Neft hasilatında laydaxili yanma proseslərinin optimal idarə edilməsi məsələsinin kompleks tədqiqi

Teymurov Rafiq Ağacan oğlu

Riyaziyyat və Mexanika İnstitutu

25 000

Yer elmləri


ET

7

Yanacaq elementləri üçün hidrogenin alınması və təmizlənməsi katalizatorlarının sintezi

Məcidov Əjdər Əkbər oğlu

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

90 000

Kimya elmləri

ET

8

Vatmetrik məlumatlar əsasında ştanqlı dərinlik nasoslu quyu avadanlıqlarının nasazlıqlarının identifikasiyası

Kərimov Azər Bəyaz oğlu

İdarəetmə Sistemləri İnstitutu

90 000

Texnika elmləri

ET

9

Azərbaycanın Aşağı Kür çökəkliyindəki neftli-qazlı bölgələrin seysmotektonikası

Məmmədli Tahir Yadigar oğlu

Respublika Seysmoloji Xidmət Mərkəzi

90 000

Yer elmləri

ET

10

Neft-qaz sənayesi üçün Big Data analizi texnologiyalarının tədqiqi

Alıquliyev Ramiz Məhəmməd oğlu

İnformasiya Texnologiyaları İnstitutu

80 000

Texnika elmləri

ET

11

Bakı şəhəri ərazisinin ekoloji-geomorfoloji rəqəmsal modelinin yaradılması


Əlizadə Elbrus Kərim oğlu

Coğrafiya İnstitutu

60 000

Yer elmləri


ET

12

Muradxanlı istismar sahəsində neftlə çirklənmiş torpaqların bitkilər vasitəsilə təmizlənməsi

Məmmədov Tofiq Sadıq oğlu

Dendrologiya İnstitutu

50 000

Yer elmləri


ET

13

Yeni texnologiyaların tətbiqi ilə neft quyularının optimal iş rejimlərinin tapılması

Səttarova Ülkər Eldar qızı

İdarəetmə Sistemləri İnstitutu

90 000

Texnika elmləri

ET

14

Alternativ enerji mənbələrindən istifadə və elektron texnikası üçün çoxkomponentli metal halkogenidləri əsasında yeni funksional materialların alınması və tədqiqi

Babanlı Məhəmməd Baba oğlu

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

80 000

Kimya

elmləri


ET

15

Qamma-karotaj qurğusunun yeni laboratoriya prototipinin işlənməsi

Mədətov Rəhim Səlim oğlu

Radiasiya Problemləri İnstitutu

65 000

Texnika elmləri

ET

16

İşlənmə xəritələrinin emalı və yeni istismar quyularının optimal yerləşdirilməsi üçün kompyuter-proqram sistemi

Hacıyev Tahir Sədi oğlu

Riyaziyyat və Mexanika İnstitutu

60 000

Yer elmləri


ET

17

Yüksək təzyiqli mənbənin enerjisi hesabına təbii qazın toplanması və nəqli üçün metodun işlənməsi

Səbziyev Elxan Nəriman oğlu

İdarəetmə Sistemləri İnstitutu

80 000

Texnika elmləri

ET


18

Multidissiplinar tətbiq sahələrinə malik aktiv antioksidant maddələrin alınması, tədqiqi yollarının elmi əsaslarının işlənib hazırlanması

Qəribov Emin Nazir oğlu

Aşqarlar Kimyası İnstitutu

45 000

Kimya elmləri

ET

19

Yüksək özlülük indeksinə malik baza yağlarının alınması

Əhmədov Ələddin İslam oğlu

Aşqarlar Kimyası İnstitutu

60 000

Kimya elmləri

ET

20

Karbon nanoborularının neft məhsullarından alınması və onların polimer nanokompozit texnologiyasında tətbiqi

Abdullayeva Sevda Həsən qızı

Fizika İnstitutu

70 000

Kimya elmləri

ET


21

Laya vurulan suyun asfalten və mexaniki hissəciklərdən maye faza ekstraksiya üsulu ilə təmizlənməsi texnologiyasının işlənməsi

Kəlbəliyev Qüdrət İsfəndiyar oğlu

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

90 000

Texnika elmləri


ET

22

Propilenin hidrogen–peroksidin iştirakı ilə propilen oksidi, akrolein, allen, metilasetilen, propion aldehidi və asetona koherent­-sinxronlaşdırılmış oksidləşməsi

Həsənova Lətifə Müslüm qızı

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

80 000

Kimya elmləri


ET

23

Neft məhsullarının neft şlamlarından ayrılması prosesinin intensivləşdirilməsi və texnoloji rejimin təyin edilməsi


Quliyev Arif Mehdi oğlu

Geologiya və Geofizika İnstitutu

70 000

Kimya elmləri

ET


24

Neft karbohidrogenlərinin piroliz məhsullarının kompleks emal texnologiyasının işlənib hazırlanması

Məmmədov Bəxtiyar Əjdər oğlu

Polimer Materialları İnstitutu

80 000

Kimya elmləri

ET

25

Qazlift kompleksində stoxastik hidrodinamik proseslərin optimal idarəetmə sistemlərinin yaradılması

İbayev Elşən Akif oğlu

İdarəetmə Sistemləri İnstitutu

80 000

Texnika elmləri

ET

26

Azərbaycanın davamlı inkişaf strategiyasında qeyri-ənənəvi enerji növlərinin səmərəli istifadəsi imkanlarının neyro-qeyri-səlis üsullarla araşdırılması

Səlimov Sulduz Mürşüd oğlu

İqtisadiyyat İnstitutu

50 000

Texnika elmləri

ET

27

Kimya və neft kimyası sənayesinin proses və aparatlarının hesablanması və optimallaşdırılması üçün proqramlar paketinin işlənilməsi

Manafov Manaf Rizvan oğlu

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

40 000

Texnika elmləri

ET

28

Cənubi Xəzər hövzəsinin qərb bortunun neftinin palinologiyası

Tağıyeva Elena Nikolayevna

Coğrafiya İnstitutu



60 000

Yer elmləri


ET

29

Cənubi Xəzərin Azərbaycan sektoru kəsilişinin üst hissəsinin hidroakustik, geofiziki, geokimyəvi və termodinamik məlumatlar kompleksi üzrə qazlılığının tədqiqi

Dadaşov Fərid Həsən oğlu

Geologiya və Geofizika İnstitutu


60 000

Yer elmləri


ET

30

Nəşr “Neft-qaz hövzələrin stratiqrafiya və sedimentologiyası”

Əliyeva Elmira Hacı Murad qızı

Geologiya və Geofizika İnstitutu

49 520

Yer elmləri

XL1

31

Azərbaycan Respublikasının Neftçilər gününə həsr olunmuş “Fundamental və tətbiqi elmlərin (yer, texnika, kimya elmləri) aktual problemlərinin həllində multidissiplinar yanaşmanın rolu” mövzusunda gənc alim və mütəxəssislərin I Beynəlxalq Elmi Konfransı


Salmanov Famin Tahir oğlu

Gənc Alim və Mütəxəssislər Şurası

49 250

Yer elmləri
Texnika elmləri
Kimya

elmləri


XL3

32

“Elm dünyası” adlı 80-100 səhifəlik elmi kütləvi jurnalın dərc olunması

Bayramzadə Emin Salman oğlu

Neft-Kimya Prosesləri İnstitutu


50 000

Bütün elm sahələri

XL1

33

“I-V qrup elementlərinin lantanoidli üçlü və mürəkkəb sulfidlərinin kristallokimyəvi xarakteristikaları” məlumatlar toplusu



Qasımov Vaqif Əkbər oğlu

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

15 000

Kimya elmləri


XL1

34

Sürtgü yağlarına və yanacaqlara yeni nəsil yüksək təsirli çoxfunksiyalı kükürdsaxlayan aşqarların sintezi və tədqiqinə həsr edilmiş silsilə elmi əsərlər

Sucayev Əfsun Rəzzaq oğlu

Aşqarlar Kimyası İnstitutu

5 000

Kimya elmləri


HM

35

Qeyri-lokal şərtlərlə parabolik tənliklər üçün tərs məsələlərin ədədi həllinə yanaşma

Rəhimov Anar Bəybala oğlu

İdarəetmə Sistemləri İnstitutu

3 000

Texnika elmləri

HM







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə