Azərbaycan prezident-üsul-idarəli respublikadır. Prezident hökumətin icra, qanunvericilik və məhkəmə qollarına rəhbərlik etmişdir. Hökumətin insan haqqları sahəsində vəziyyəti yarıtmaz olaraq qalmışdır




Yüklə 31.61 Kb.
tarix20.04.2016
ölçüsü31.61 Kb.
Azərbaycan prezident-üsul-idarəli respublikadır. Prezident hökumətin icra, qanunvericilik və məhkəmə qollarına rəhbərlik etmişdir. Hökumətin insan haqqları sahəsində vəziyyəti yarıtmaz olaraq qalmışdır. 2005-ci ilin noyabr ayında keçirilən parlament seçkilərində, seçkiyə qədərki dövrdə və 10 seçki dairəsində keçirilən seçkilərin nəticələrində bəzi müsbət irəliləyişlər olmasına baxmayaraq, xalqın milli qanunverici hakimiyyəti sülh yoluyla dəyişdirmək hüququ məhdudlaşdırılmışdır. Polis nəzarəti altında işkəncələr və insanların döyülməsi il ərzində üç insanın ölümü ilə nəticələnmişdir və bu işdə günahkar olan polis işçiləri cəzalandırılmamışdır. İnfrastrukturun yaxşılaşdırılmasına baxmayaraq, ümumiyyətlə götürdükdə həbsxanaların vəziyyəti sərt və həyat üçün təhlükəli olmuşdur. Xüsusilə hökumət tərəfindən siyasi rəqib hesab olunan şəxslərin özbaşına həbs olunması və saxlanılması və məhkəməyə qədər uzun uzadı həbsdə saxlanma halları davam etmişdir. Hökumət insanları siyasi səbəblərə görə həbs etməkdə davam etmişdir. Məhkəmə və hüquq-mühafizə orqanlarında çoxşaxəli korrupsiya halları davam etmişdir. Mediya azadlığı, toplaşmaq azadlığı və siyasi iştiraka qoyulan məhdudiyyətlər artmışdır. Vaxtaşırı bəzi qrupların tədbirlərini məhdudlaşdırmasına baxmayaraq, hökumət dini tolerantlığı dəstəkləmişdir və ümumiyyətlə dini azadlığa hörmət göstərmişdir. İl ərzində hökumət insan alverinin qurbanları üçün sığınacaq qurmaq, Daxili İşlər nazirliyinin nəznində insan alveri ilə mübarizə üzrə yeni bölümün yaradılması və bu salahiyyətlərin nazirliyinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsindən alınması daxil olmaqla insan alveri ilə mübarizə məqsədilə bir neçə mühüm addımlar atmışdır.
ABŞ-ın insan haqqları və demokratiya strategiyası demokratik inkişafın beş əsas sektoruna istiqamətlənmişdir: 1) siyasi prosesi gücləndirmək; 2) məhkəmə hakimiyyətinə və korrupsiyaya qarşı mübarizəyə təkan vermək; 3) insan haqqlarına hörməti dəstəkləmək; 4) mediya azadlığını qorumaq və 5) təmsil olunmuş, hüquqla təmin olunmuş və maarifləndirilmiş vətəndaş cəmiyyəti qurmaq.

Demokratik islahatları dəstəkləmək üçün ABŞ rəsmiləri mütəmadi olaraq siyasi partiyaların təmsilçiləri, bir sıra insan haqqları və demokratiya fəalları və hökumət nümayəndələri ilə görüşmüşlər. Dövlət katibinin Demokratiya, İnsan Haqqları və Əmək Məsələləri üzrə Köməkçisi, dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə Köməkçisi və Konqresin bir sıra üzvləri il ərzində ABŞ hökumətinin demokratiya və insan haqqlarına dəstəyini gücləndirmək üçün ölkəyə səfər etmişlər.

Seçkilər daxil olmaqla demokratik siyasi proseslərə dəstək olmaq məqsədilə Birləşmiş Ştatlar öz cəhdlərini davamlı olaraq yüksək-səviyyədə hökumətin işinə yardım, ictimai diplomatiya və təlim proqramlarından istifadə edərək artırmışdır. Mayın 13-də 10 seçki dairəsində yenidən keçirilən parlament seçkilərinə qədərki dövrdə səfir və ölkəyə səfər etmiş yüksək səviyyəli ABŞ rəsmiləri mütəmadi olaraq hökumət nümayəndələri ilə görüşərək saxtalaşdırma halları və seçki prosesinə digər müdaxilələri aradan qaldırmaq ehtiyacı, belə hallar olduqda onların məhkəmədə araşdırılması və bitərəf yerli təşkilatların seçkiləri müşahidə etməsinə icazənin verilməsi mövzuları daxil olmaqla seçkilərin beynəlxalq standartlara cavab veməsi mövzularını vurğulamışlar.

May seçkilərinə qədərki dövrdə Birləşmiş Ştatlar ölkə vətəndaşlarını səs verməyə səsləyən və müxtəlif seçici qruplarına görə uyğunlaşdırılmış kampaniyaları maliyyələşdirmişdir. Siyasi dialoqu və müxtəlif məsələlərin nəzərə alındığı parlament seçkilərinin keçirilməsini həvəsləndirmək səylərinin bir hissəsi kimi, ABŞ proqramları bir neçə sosial çarxların hazırlanmasını və efirə verilməsini dəstəkləmişlər. Bundan əlavə, Birləşmiş Ştatlar ictimaiyyəti yenidən keçirilən seçkilərdə iştiraka səsləyən həvəsləndirici broşurların hazırlanması və həmçinin seçicilər üçün köməkçi vəsaitin hazırlanması və paylanmasını maliyyələşdirmişdir. İctimaiyyətin demokratik prinsiplər və dəyərlər barədə biliklərini artırmaq məqsədilə ABŞ proqramları demokratiya barədə Amerika kitablarının tərcüməsini və nəşrini maliyyələşdirmişlər. Digər ABŞ layihələrinə yerli seçki müşahidəçilərinin şəbəkələrinin yaradılması və həmçinin siyasi partiyalardan olan namizədlərə sadə kampaniya aparmaq, yerli seçki məmurlarına demokratik seçki prosesinin həyata keçirilməsi qaydaları və hakimlərə və hüquqşünaslara seçki məcəlləsinin ədalətli şərh olunması barədə təlimlər daxildir. Yenidən seçkilər keçirilən 10 seçki dairəsinin hər birində müstəqil təxminlər aparan ABŞ tərəfindən maliyyələşdirilən eqzit pol saxtalaşdırmalar barədə etibarlı bəyanatları təsdiq etməyə yardım etmişdir və seçki orqanının nümayəndələri tərəfindən bəzi düzəliş tədbirlərinin həyata keçirilməsinə dəstək olmuşdur. Ölkədə olan ABŞ rəsmiləri seçki müşahidə missiyası yaratmışlar. Birləşmiş Ştatlar, seçkilərdən əvvəl və sonra, Mərkəzi Seçki Komissiyasını seçki məcəlləsinin pozulması ilə bağlı şikayətləri baş prokurorluğa göndərməyə çağırmışdır.

6 oktyabr natamam bələdiyyə seçkilərindən əvvəlki dövrdə, ölkədə olan ABŞ rəsmiləri mərkəzi və yerli səviyyəli seçki idarələrinin nümayəndələrini beynəlxalq seçki standartlarına əməl etməyin əhəmiyyəti barədə məlumatlandırmışlar. Onlar, həmçinin, müşahidə qruplarını seçkilərin monitorinqini keçirmək üçün yerlərə göndərmişlər. ABŞ proqramları yerli seçki müşahidəçilərini maliyyələşdirmişlər və onlara təlim keçmişlər. ABŞ rəsmiləri bütün məlum saxtalaşdırma hallarını və qanunauyğunsuzluqları Mərkəzi Seçki Komissiyası yanında qaldırmışlar.

Media azadlığının əhəmiyyətini qabartmaq üçün ABŞ rəsmiləri ölkə prokurorundan polis işçiləri daxil olmaqla jurnalistlərə fiziki təzyiq göstərən fərdlərin araşdırılması və mühakimə olunmasına çağırmışlar. Birləşmiş Ştatlar hökumətin bir televiziya və radio şəbəkəsinin yayımını dayandırmaq barədə 24 noyabr qərarını açıq şəkildə tənqid etmişdir və ən qısa zamanda onun yayımını bərpa etməyə çağırmışdır. ABŞ maliyyəsi ilə jurnalistlərin və mediya hüquq müdafiəçilərinin ixtisası artırılmışdır. Eyni zamanda, ABŞ-ın dəstəklədiyi proqramlar bir neçə televiziya stansiyasılarını və qəzetləri texniki və proqram dəstəyi ilə təmin etmişdir. İki il bundan əvvəl yaradılmış ictimai televiziya stansiyasından beş jurnalist və heyət üzvü jurnalistika üzrə beynəlxalq qonaq proqramı vasitəsilə ABŞ-ın ictimai televiziya stansiyalarında proqramlaşdırma standartları və ən yaxşı idarəetmə təcrübələri üzrə tədris keçmişlər. Digər bir qonaq proqramı gənc jurnalistlərə Birləşmiş Ştatlarda İnternet, bloqlar və audio və video podkəstlər daxil olmaqla “yeni mediya”nı öyrənmək imkanı təklif etmişdir. ABŞ proqramları yerli mediya təşkilatlarını inkişaf etdirmək məqsədilə jurnalistlər üçün mediyanın idarəolunması və ingilis dili üzrə mütəxəssisləri ölkəyə gətirmişlər və jurnalistlər üçün digər peşəkar mediya təlimlərini maliyyələşdirmişlər. Məşhur müstəqil jurnalist Elmar Hüseynovun 2005-ci ildə qətlindən sonraki dövrdə ABŞ rəsmiləri hökuməti onun ölümü ilə bağlı sürətli və ədalətli istintaq aparmağa çağırmışlar və bu istintaqa yardım etmək üçün texniki hüquq mühafizə dəstəyi təmin etmişlər.

Vətəndaş cəmiyyətinin inkişafına təkan vermək məqsədilə Birləşmiş Ştatlar yerli QHT-lərin fəaliyyətini dəstəkləmək, hökumət və vətəndaş cəmiyyəti arasında dialoqa çağırmaq və hökuməti demokratik təcrübə ilə tanış etmək üçün texniki yardım, qrantlar və mübadilə proqramlarını davam etdirmişlər. ABŞ qrantları milli və yerli səviyyədə iştiraklı hökuməti gücləndirmək üçün QHT-lərə icma şəbəkələri yaratmaqda yardım etmişlər. Yerli səviyyədə demokratik idarəetməni yaxşılaşdırmaq üçün Birləşmiş Ştatlar vətəndaşları, iş adamlarını, vətəndaş cəmiyyətini və mediyanı altı rayonda hökumət nümayəndələri ilə əməkdaşlıq dialoquna cəlb edərək yerli problemləri müəyyən etmək və həll etmək məqsədi daşıyan böyük bir layihə başlatmışdır. Birləşmiş Ştatlar parlamentin yeni seçilmiş üzvləri və onların seçicilərlə səmərəli ünsiyyətini dəstəkləmək üçün hazırlanmış informasiyanı əldə etmək barədə qanunların icra edilməsini dəstəkləyən QHT-ləri; yerli məktəblərdə bir neçə anti-korrupsiya layihəsini və hüquq mühafizə orqanlarında korrupsiya barədə söhbət açan həftəlik radio proqramı maliyyələşdirmişdir.

ABŞ rəsmiləri öz həmkərlarını sərbəst toplaşmaq hüququna hörmət etməyə və dinc nümayişlərə icazə verməyə çağırmışlar. Bu azadlığın əhəmiyyətini vurğulamaq üçün ölkədə olan ABŞ rəsmiləri siyasi yürüşlərdə polisin davranışını izləmiş, azad toplaşmaq hüququnun tam şəkildə bərpa olunmasına ehtiyacı açıq şəkildə təsdiq etmişlər və nümayişçilərə qarşı hədsiz zordan istifadəni pisləmişlər. Birləşmiş Ştatlar vətəndaşların hökumətin siyasətinə qarşı təşkilatlanmaq və dinc nümayiş keçirmək üzrə beynəlxalq hüquqları barədə öz iradlarını hökumətin hər bir səviyyəsində dilə gətirmişlər. ABŞ rəsmiləri noyabrın 25-də aparıcı müxalifət partiyasının və mediya orqanlarının Bakının mərkəzində yerləşən müştərək istifadə etdikləri ofislərindən zorla çıxarılması zamanı polisin davranışını monitorinq etmişlər. Onlar binanın kirayənişinlərinin öz mülklərini yenidən əldə etmək, qəbul oluna bilən ofis yeri və zorla çıxarılma zamanı zədələnmiş əmlaka görə kompensasiya əldə etmək cəhdlərini dəstəkləmişlər.

Birləşmiş Ştatlar qanunun aliliyi və insan haqqlarına hörməti diplomatik və proqmatik şəkildə dəstəkləmişlər. ABŞ rəsmiləri dövlət çevrilişində günahlandırılan gənclər qrupunun üç liderinin məhkəməsi; müxalifət partiyası və bir neçə mediya orqanına qarşı zorla köçürülmə prosesini; narkotik maddəyə sahib olmaqda günahlandırılan jurnalistin məhkəməsi və keçmiş məmur tərəfindən rəhbərlik edilən adam oğurluğu və soyğunçuluqla məşğul olan qruplaşmanın məhkəməsi daxil olmaq məhşur məhkəmə proseslərini müşahidə etmişlər. Bundan əlavə Birləşmiş Ştatlar 2005-ci ildə dövlət çevrilişini hazırlamaqda günahlandırılan insanların hökumət tərəfindən istintaqında qanunun aliliyi və insan haqqlarına hörmət edilməsinə çağırmışdır. ABŞ-ın maliyyələşdirdiyi proqramlar insanlara ədalətə nail olmaq və hüquqi vəkilliklə öz hüquqlarını müdafiə etməyə kömək olmuşlar. ABŞ-ın təlim proqramları hakimlərin və hüquqşünasların peşəkar inkişafını gücləndirmək, korrupsiya ilə mübarizədə onlara yardım etmək və korrupsiya hallarını aradan qaldırmaq üçün lazım olan qanunlar bazasını hazırlamaqda dövlət nümayəndələrinə kömək etmək üçün fəaliyyət göstərmişlər. Müstəqil məhkəmə sisteminin yaradılmasına dəstək olmaq məqsədilə ABŞ rəsmiləri yeni hakim olmaq istəyənlərin verdikləri imtahanları müşəhidə etmişlər. Birləşmiş Ştatlar tədris planının inkişafı və yeni tədris metodologiyalarının hazırlanması üzrə hüquq fakultələri ilə işini davam etdirmişdir. ABŞ maliyyəsi və təcrübəsi qanunvericilik bazasının yaradılması layihəsinin hazırlanmasına kömək olmuşdur və bu layihə hüquqşünaslara və ümumi ictimaiyyətin qanunvericilik sənədlərini əldə etməsi və onlardan istifadə etməsi üçün asan vasitə olmuşdur.

Birləşmiş Ştatlar məhkəmələrin, prokurorların və vəkillər kollegiyasının peşəkarlığını və bacarıqlarını artırmaq üçün proqramlar maliyyələşdirmişdir və bu zaman prokurorlar və müdafiə tərəfi arasında rəqabət sistemini inkişaf etdirmək məsələsinə xüsusi əhəmiyyət verilmişdir. Hüquq peşəsini tam şəkildə inkişaf etdirmək üçün Birləşmiş Ştatlar qadın hüquqşünasların rolunu artırmaq, müstəqil vəkillər assosasiyası yaratmaq və təhsil sistemində korrupsiya hallarını aradan qaldırmaq sahəsində olan səyləri dəstəkləmişdir. ABŞ-ın maliyyələşdirdiyi proqramlar hakimlərı, prokurorları və vəkilləri Avropa İnsan Haqqları Konvensiyası, ədalətli məhkəmələr və etika barədə təlimlər və materiallarla təmin etmişlər. Korrupsiyaya qarşı mübarizə işini hüquqi baza ilə təmin etmək məqsədilə Birləşmiş Ştatlar həmçinin Maraqların Toqquşması və Dövlət Məmurları üçün Etika Məcəlləsinin yeni layihəsinin hazırlanmasında texniki dəstək göstərmişdir. ABŞ maliyyəsi ilə həmçinin hökumət məmurları və QHT-lər üçün korrupsiya qarşı mübarizə səfər proqramı təşkil olunmuşdur. Və nəhayət, bir ABŞ proqramı dəlillərə əsaslanan istintaqa çağırmaq məqsədilə müstəntiqlərə və prokurorlara texniki dəstək göstərmişdir və bu proqram nəticəsində zorla etdirilən etirafların sayının azalmasına səbəb ola bilər.

Hüquq mühafizə orqanları əməkdaşlarının insan haqqlarını pozmaları hallarını aradan qaldırmaq üçün ABŞ rəsmiləri hökuməti dəfələrlə polisin insan haqqları standartlarına əməl etməsinə və polis işçilərini insanlar verdikləri işkəncə, hüquq pozuntusu və yersiz davranışlarına görə məsuliyyətə cəlb etməyə çağırmışlar və həbsdə saxlanılanlara mütəmadi olaraq baş çəkmişlər. Birləşmiş Ştatlar Bakıda və rayonlarda həbsxanaların və saxlanma məntəqələrinin QHT-lər tərəfindən monitorinqini, o cümlədən, polis və həbs etmə ilə məsul məmurlar üçün insan haqqları üzrə təlimi maliyyələşdirmişdir. Bundan əlavə, ABŞ rəsmiləri həbsxanalardakı yarıtmaz şəraitə diqqəti cəlb etmək üçün həbsxanalara baş çəkmişlər.

ABŞ-ın maliyyələşdirdiyi bir neçə layihə qadınların, o cümlədən uşaqların və işçilərin hüquqlarının qorunmasını dəstəkləmişdir. Birləşmiş Ştatlar insan haqqlarının mövcudluğu və əhəmiyyəti barədə bilikləri artırmaq məqsədilə Azərbaycan dilində insan haqqları üzrə özünü tədris vəsaitini - “Yuxarıya Doğru Otuz-iki Addım” adlı kitabın yenidən nəşrini və paylanılmasını maliyyələşdirmişdir. ABŞ proqramları gənclər arasında bu mövzular barədə biliklər yaratmaq üçün gənc insanları sadə insan haqqları mövzusunda maarifləndirmişlər. Birləşmiş Ştatlar daha öncə hazırlanmasında yardım etdiyi proqramı, Bakı-Tiflis-Ceyhan boru kəmərini qoruyan təhlükəsizlik qüvvələrinin təliminə insan haqqları mövzularını əlavə edən proqramı dəstəkləməkdə davam etmişdir.


Birləşmiş Ştatlar lüzumsuz əngəllər və məhdudiyyətlər olmadan hər hansı dinə qulluq etmə haqqı daxil olmaqla dini azadlığa hörməti fəal şəkildə müdafiə etmişdir. Hökumət nümayəndələri ilə görüşlərdə ABŞ rəsmiləri mütəmadi olaraq din azadlığına hörmət etməyin vacibliyini vurğulamışlar. ABŞ layihələrindən biri dini tolerantlığın cəmiyyətdə rolu və əhəmiyyəti barədə orta məktəblərdə debatları maliyyələşdirmişdir. Noyabr ayında səfir din azadlığı və tolerantlıq mövzusunda ictimaiyyət tərəfindən geniş qəbul edilən müraciət etmişdir. İl ərzində, ölkədəki ABŞ rəsmiləri dini tolerantlıq və Amerikada İslam haqqında bilikləri fəal şəkildə yaymışlar. Səfir oktyabr ayında müsəlman, pravoslav, xristian və yəhudi cəmiyyətlərinin dini rəhbərlərini iftar süfrəsinə qonaq etmişdir.
İnsan alveri ilə mübarizə aparmaq məqsədilə hökumət nümayəndələri ilə görüşlərdə Birləşmiş Ştatlar insan alverinin qarşısını almaq üçün tədbirlərin və səmərəli mexanizmlərin həyata keçirilməsinə çağırmışdır və insan alveri ilə mübarizə üzrə milli fəaliyyət planının həyata keçirilməsində dəstəktəyini təklif etmişdir. ABŞ rəsmiləri insan alveri ilə mübarizə tədbirlərini əlaqələndirmək üçün beynəlxalq qurumlarla mütəmadi olaraq əlaqədə olmuşlar. İnsan alverinin qurbanlarına yardım etmək üçün Birləşmiş Ştatlar sığınacaq yerinin və qaynar xəttin işçilərlə təmin etmək üçün könüllülərə təlim proqramını maliyyələşdirmişdir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə