Azərbaycan nefti – tarixi baxış Mündəricat: səh




Yüklə 1.75 Mb.
səhifə2/18
tarix22.02.2016
ölçüsü1.75 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   18

Neftin və qazın “abiogen” yaranması nəzəriyyəsi.




Neftin “mineral” yaranması nəzəriyyəsi fikri ilk dəfə 1805-ci ildə A.Qumbold tərəfindən deyilmışdır. Kimyanın inkişafı, 1866-cı ildə M.Bertlonun (1827-1907-ci illər) və 1871-ci ildə H.Biassonun karbohidrogenlərin qeyri-üzvi sintezi üzrə apardıqları elmi təcrübələr, neftin “mineral” yaranması fərziyyəsinin inkişafı üçün istinad nöqtəsi oldular. Çoxsaylı alimlər və mütəxəssislər bu məsələ ilə əlaqədar bu nəzəriyyənin - “abiogen sintezin” tərəfini saxlayırlar. Nəinki əsrlər ərzində, əslində bir-başa geoloji dövrlər ərzində yüksək sıxılma və planetdə ağır elementlərin parçalanması nəticəsində isti axınlar yerin dərinliklərində qızaraq yuxarı qalxırlar. Hardaki onlar metanla və hidrogenlə zəngin olan sahələrdən keçirlər, orada yer qatının qalınlığının təzyiqi nəticəsində baş verən termokatalitik proseslər nəticəsində karbohidrogenlərin qarışığı yaranır ki, onuda Yer kürəsinin gələcək sakinləri “neft” adlandıracaqlar. Qum və əhəng tələlərində həmin neftin və ona təsir etməyən metanın – təbii qazın yataqları yaranır. 1867-ci ilədək neftin üzvi yaranmasının tərədarı olan D.Mendeleyev 1877-ci ildə onun mineral yaranması fərziyyəsini inkişaf etdirdi, belə qənaətə gəldi ki, neft – Yer kürəsinin dərin qatlarındakı flüidlərdən - maqmanın maye və qazşəkilli komponentlərindən və ya yerin dərinliklərində sirkulyasiya edən qazla doymuş məhlullardan əmələ gəlmışdir. O, güman edirdi ki, dağ əmələ gəlmə prosesində su yer çatlarından süzülərək dərinlıklərə düşür. Yerin təkində dəmir karbidi ilə rastlaşan sular, onunla yüksək hərarətin və təzyiqin təsiri altında kimyəvi reaksiyaya girir. Bu reaksiyanın nəticəsində dəmir oksidi və karbohidrogenlər, məsələn etan əmələ gəlir. Həmin çatlarla karbohidrogenlərlə zənginləşmiş flüidlər yerin üst qatlarına doğru qalxırlar və bərk süxurlarda- kollektorlarda yığılırlar. Bu yolla neft və qaz yataqları yaranır.


Sonrakı illərdə neftin qeyri-üzvi yaranmasının müxtəlif ehtimalları irəli sürüldü, məsələn K.V.Xariçkovun “Karbohidrogenlərin karbiddən yaranması” (1897-1903-cü illər; “ Asfalt nəzəriyyəsi” (1911-ci il) və b.

XX əsrin birinci yarısında neftin mineral yaranması fərziyyəsinə maraq itirildi. Bütün dünyada neftin axtarışı onun üzvi yaranması anlayışına əsaslanırdı. 1950-ci ildən mineral fərziyyəyə maraq yenidən artmağa başladı, buna səbəb isə üzvi konsepsiya məsələlərində yaranmış qeyri-aydınlıq idi ki, bu da onu tənqidlərə məruz etdi.

Sonralar geoloqlar müəyyənləşdirmişdilər ki, yataqlar çox zaman yer qatının yarıqlarında əmələ gəlir – buda D.Mendeleyevin nəzəriyyəsini təsdiq edir. Lakin bu nəzəriyyənin xeyrinə olan ən ciddi dəlil 1988-ci ildə “Ağ Pələng” yatağının kəşfi oldu. Vyetnamın dəniz şelfində 3000 metrdən də artıq dərinlikdə olan bu yataq çökmə süxurlarda deyil, qranit qatınin “özülündə” yerləşmişdir. Qazılan quyu həmən fontan vurmuş və indiyədək də yaxşı təzyiqlə işləyir. Belə mühitdə hansısa planktonun və ya başqa canlı orqanizmin olmasından neft yaranması mümkün deyildir. Əgər neft, üzvi qalıqlar olmayan, bərk kristallı süxurlarda cəmləşə bilirsə, bu “abiogen” nəzəriyyənin də məntiqi olduğuna dəlalət edir.



Neftin və qazın kosmik fəzada (kainatda) yaranması nəzəriyyəsi

Neftin kainatda qeyri-üzvi yaranması V.D.Sokolovun (1892-ci il) elmi işlərində açıqlanır. O, hesab edir ki, neftin karbohidrogenləri kainatda səpələnmış qeyri-üzvi komponentlərdən yaranmışdır və yer cisimlərinin tərkibinə bizim planetin formalaşması zamanı daxil olmuşdur. Bu nöqteyi-nəzər Yer kürəsinin “soyuq” başlanğıc vəziyyətinə cavab verir. Neftin fəza mənşəli olmağına əsas dəlillər astrofiziklərin ulduzlarda karbohidrogen tərkibli radikalların (kimyəvi dəyişmədən bir kimyəvi birləşmədən başqasına keçən atomlar qrupu) olması barədə və meteoritlərdə üzvi birləşmələrin geokimyəvi tədqiqatları barədə məlumatları ola bilər.

Karbohidrogen tərkibli maddələrin fəzada olması spektroskopik müşahidələrlə müəyyənləşdirilmişdir. Udma zolaqlarinin intensivliyi ilə nəinki keyfiyyətcə, həmçinin kəmiyyətcə Yerətrafı fəzada və hətta Günəş sisteminin hüdudlarından kənarda belə bu və ya digər maddələrin olmasnı qiymətləndirmək mümkün olmuşdur.


Ulduzlar arası fəza boşluğunda hərarət 10000°C çatır. Bu şəraitdə molekulların deyil, yalnız CH, CN, OH, NH kimi radikalların (kimyəvi birləşmələrin) olması mümkündür ki, bunlar da cıhazlarla qeyd edilib. Qaz dumanlıqlarında temperatur demək olarki yerdəkinə yaxındır - 1000°-dən aşağıdır və orada karbohidrogenlərin olması mümkündür, hərçəndi bunun faktiki təsdiqi hələlik yoxdur.

Spektroskopik müşahidələr göstərdi ki, Yupiterin, Saturnun, Uranın, Neptunun atmosferində metan və ammiak vardır. Dolayısı ilə əldə olunmuş məlumatlar göstərir ki, Uran və Neptun planetləri tamamilə metandan, ammiakdan və karbonat qazından ibarətdirlər. Tərkibində karbon, hıdrogen, azot və oksigen olan daha mürəkkəb molekulların olmasıda istisna edilmir.

Kometlərin başında və quyruğunda bu elementlərin daxil olduğu radikallar tapılmışdır. Kainatda bu elementlər çox miqdardadır və onlar ya yüksək hərarət, ya da radioaktiv şüalanmanın təsiri altında radikallar əmələ gətirirlər. Temperatur aşağı düşərkən radikallar molekul halında birləşirlər ki, yəqin, kosmosda da bu baş verir.


Astrofiziki müşahidələr və birbaşa kosmik tədqiqatlar göstərdi ki, Yer qrupuna daxil olan səyyarələrdə-planetlərdə (Dan Ulduzu, Mars, Ay) karbohidrogen tərkibli birləşmələr yoxdur. Əgər səyyarənin səthində və ya atmosferində karbohıdrogenlər aşkar edilsəydi, onda neftin qeyri-üzvi yolla yaranmasının tərəfdarlarının dəlilləri təkzibedilməz olardı.

Meteoritlərin, yəni Yer qrupu səyyarələri ilə nəhəng-səyyarələrin sərhəddində yerləşən cisimlərin qalıqlarının tədqiqatları, onların tərkibində üzvi birləşmələrin: karbohıdrogenlərin, amin turşularının, heterosilsilə birləşmələrin olduğunu göstərdi. Meteorit cismindən götürülmüş parafin karbohidrogenlərinin bir xüsusiyyətini qeyd etmək lazımdır: onlar əsasən normal karbohidrogenlərdən ibarətdirlər. Meteorit mənşəli karbohidrogenlərin optik fəallığının kəşfi bir növ sensasiyaya çevrildi. Göstərilən məlumatlar, belə görünür ki, Yerdəki karbohidrogenlərin kosmosdakı ana cisimlərin qalıqlarından yaranması imkanlarının lehinə idi. Bu üzvi maddələr Yerin təkində dəyişikliklərə məruz qalaraq neftə çevrilə bilərdilər.

Biz yalnız neftin qədimdə qeyri-üzvi maddələrdən yaranmasına səbəb olan əsas nəzər nöqtələrinə baxış keçirdik. Elmi ədəbiyyatda bu nəzəriyyəyə fərdi dəyişikliklər verilsədə, lakin nəzəriyyənin əsasları eynidir. 1936-cı ildə N.D.Zelinski qeyd edirdi ki, kimyaçıya neftin qeyri-üzvi maddədən yaranmasını izah etmək daha asandır. Bu doğrudan da belədir. Ancaq nəzərə almaq lazımdır ki, neftin yaranma prosesi, dıgər qlobal proseslər kimi təbiət hadisələri ilə bağlıdır və onu birmənalı qiymətləndirmək olmaz.

Neftin və qazın yaranma məsələsi – bu mücərrəd elmi problem deyildir. O bizim hamımız üçün vacibdir. Əgər Yerin təkində indiyədək üzvi sintez baş veriesə, demək yeni-yeni neft yataqlarının açılmasına hələ ümid var. Yox, əgər o sırf üzvi mənşəlidirsə, demək gələcəyi ümidsizdir. Hesab edilir ki, yüngül əldə olunan mənbələrdən alinan neftin istehlakı bu səviyyədə saxlanılarsa, artiq bizim əsrin ikinci yarısında onun tükənmək ehtimalı vardır. Lakin, texnologiyalar inkişaf etdikcə, nefti əvvəllər çıxarmaq mümkün olmayan yerlərdən, məsələn təbii bitumlardan –onun ehtiyatları 600 mlrd. ton dəyərləndirilirki, buda indiki sübut olunmuş çıxarıla bilən neft ehtiyatlarından 4 dəfə çoxdur - əldə etmək imkanı yaranacaqdır.



P.s. Rusiya, ABŞ və İsveçdən olan bir dəstə geoloqlar neftin bioloji maddə olmadan sintez olunmasınin mümkünlüyü barədə təcrübə aparmışlar. Alimlər göstərmişlər ki, neft bizim səyyarənin (planetin) mantiyasının yuxarı qatlarında sintez oluna bilər.
Həyatdan neft və ya neftdən həyat?
Neftin yaranması ilə bağlı problemlər artıq uzun müddətdir ki, təbiətin daha gizli sirri ilə - bizim planetdə həyatın törəməsi ilə sıx bağlıdır. Öncə nə peyda olmuşdur? Neftin üzvi mənşəli olmasının tərəfdarlarının bu sualın cavablandırılmasında mövqeləri aydın və birmənalıdır: - həyat. Onlar karbohidrogenlərin əmələ gəlməsi prosesinə yalnız bioloji canlıların məhv olması kimi baxırlar.

Son vaxtlar üzvi nəzəriyyə nöqteyi-nəzərindən izah oluna bilməyən bir çox dəlillər meydana çıxmışdır. Məsələn fəza cisimlərində neftin – yəni karbonlu xondritlərin izlərinin olması. Onların qaz xromatoqraflarının və kütlə-spektroskoplarının köməyi ilə tədqiqatı zamanı alimlər ağır və yüngül doymuş karbohidrogenlər, aromatik (ətirli) karbohidrogenlər, amin turşuları, humin turşusu kimi makromolekulyar maddələr və s. müəyyən etmişlər.

Karbonlu xondritlərdə olan bütün bu və bir çox digər birləşmələr, hansılar ki, canlı orqanizmlərdə və onların çürüməsi məhsullarında rast gəlinir, dəqiq müəyyənləşdirimişdir ki, abigen mənşəlidir. Göstərilən bütün bu maddələr abiotik laboratoriya şəraitində sintez olunmuşlar. Aparılan termodinamik hesablamalar göstərmişdir ki, bu cürə mürəkkəb biogen maddələrin yaranması, məsələn fəza dumanlıqlarında 360-400 K (Kelvin – 1K=1°С) termodinamik temperaturunda və yüksək təzyiq altında baş verə bilər. Burada katalizator rolunda dumanlıqlarda mövcud olan maqnetitin mineral hissəcikləri, silikatların hidrat formaları və d. minerallar yaraya bilərdilər. Daha bir maraqlı uyğunluq aşkar edilmışdir: üzvi maddələrin əksəriyyəti Yer kürəsində də və karbonlu xondritlərin tərkibində də eyni nisbətdə yerləşmişlər.

Tədqiqatlar nəticəsində daha bir fərziyyə mövcuddur: bizim planetin daxili hissəsinin tərkibi, hələ Yer kürəsinin ilkin dövrlərdə formalaşdığı zaman əski (proto) planet buludlarından əməl gəlmiş, üzvi maddələrdən ibarətdir. Zaman keçdikcə bu maddələr həm həyatın yaranması, həm də neftin əmələ gəlməsi üçün əsas oldular. Bu fərziyyə hələ tam işlənməmişdir. Lakin ondan belə nəticə çıxarmaq olar: neft bir başa canlı orqanizmlərdən deyil, Kainatda baş verən maddələrin vahid prosesdə təkamülü zamanı onlarla eyni vaxta əmələ gəlmişdir.

Bu nəzəriyyələrin tərəfdarlarının əsas mövqelərini şərh etməzdən öncə gərəkdir bizim planetin geoloji quruluşuna bir nəzər salaq. Axı neft – Yer kürəsinin fəaliyyəti məhsuludur və ona Yer kürəsinin quruluşu və yaranması tarixindən mücərrəd yanaşmaq olmaz.
Süni yolla neft yaratmaq olarmı?
Neft ehtiyatları tükənərsə, onu süni ( sintetik) yolla yaratmaq mümkündürmü? Bu sual artıq XX əsrin başlanğıcından alimləri düşündürməyə başlamışdır.

Hələ 1908-ci ildə rus ixtiraçısı İ.İ.Orlov sübut etmişdi ki, neftin karbogen oksid və hidrogendən alınması, yəni “sulu qazın” alınması mümkündür.

Amma ilkin olaraq sintetik nefti ruslar deyil, almanlar, özüdə “qonur kömür”dən almışlar. Bu I Dünya müharibəsi dövründə baş vermişdir, çünki o dövrdə Almaniyada yanacaqla bağlı problemlər ortaya çıxmışdı. Almanlar hətta “süni nefti” istehsal edən zavodlar da tikmişdilər. Ancaq müharibə başa çatdıqdan sonra təbii neflə müqayisədə baha başa gələn sintetik neft rəqabətə davam gətirə bilmədi.

Yeri gəlmişkən bu gün də sini üsulla nefti “daşabənzər slanes”lərdən, yəni “yanacaq şistləri”ndən alırlar. Sintetik neftin gələcəkdə yanacaq şistlərindən alınması səmərəliola bilər, çünki geoloqların hesablamalarına görə onların ehtiyatları neftinkindən 2-3 dəfə çoxdur. İndi də bəzı ölkələrdə (Braziliya, Kanada) yanacaq şistlərindən və neft hopmuş qumlardan yanacaq almaq məqsədilə tikilmiş zavodlar fəaliyyət göstərirlər.


Neftin yaranmasının geoloji dövrləri
Paleozoy dövrü: təxminən 550-250 mln. il bundan əvvəl (karbon və perm dövrü – təxminən 350-250 mln. il bundan əvvəl).
Burada nəzərdən keçirilən ən qədim və ən uzun erada həyat əvvəlcə okeanlarda mövcud olub. 200 mln. il sonra, karbon və perm dövrlərində isə qitələtin bir hissəsi sıx meşələrlə ötrülmüşdü. Bir neçə kubmetr bitki materialı lazımdır ki, bir kubmetr kömür alınsın. Deməli, daş kömürün tarixi qədimdir. Lakin daş kömürdən ən azı 100 mln. il böyük olan neftin tarixi ondan da qədimdir.
Mezazoy dövrü ilə sərhəd olan perm dövrü təxminən 40 mln. il davam edib. Almaniyda perm dövrünü qaz hasilatı üçün olduqca əhəmiyyətli olan qırmızı yataq və sexşteyn dövrlərinə bölürlər.
Mezozoy dövrü: təxminən 250-65 mln. il bundan əvvəl, o cümlədən yur və təbaşir dövrləri.
Mezozoy dövrünün yur dövründə uzun yaranma və yetişmə prosesində keçmiş təbii məhsul – neft üçün çox vacib olan ana suxurlar çökürlər.

Neft planktonlardan, yəni yur geotarixi dövründə (205-140 mln. il) əsasən dəniz sularının üst qatlarında yaşayan kiçik orqanizmlərdən (canlı vücudlardan) yaranıbdır. Qitələri əhatə edən kiçik isti dənizlərdə planktonların həyatı üçün ideal şərait yarandı. Ölərkən mikroorqanizmlər dənizlərin dibində, ilk növbədə dəniz çökəklikləri və dərinliklərində toplanırdılar. Yeni çöküntülərin dənizlərin diblərinə kütləvi çökməsi ilə şərtlənən oksigen yoxluğu üzvü materiyanın neftə çevrilməsini təmin edirdi. Bu proses 90-150°C temperaturada “neft pəncərəsində” baş verirdi. Yur dövrünün bu ana süxurlarından neft təbaşir dövrünün yüksək süxurlarına keçərək yataqlar əmələ gətirdi.


Kaynazoy dövrü: təxm. 65 mln. il əvvəldən indiyədək.
Kaynazoy dövrü – ümumi statiqrafik şkalanın ən cavan eritemidir. Onu üçüncü (65-2 mln. il bundan əvvəl) və dördüncü (2 mln. il əvvəldən indiyədək) dövrlərə bölürlər. Bu dövrdə də yeni dağ suxurları yaranırdı, təbaşir və üçüncü dövrün dağyaranma prosesləri bunun üçun əlverişli şərait yaradırdı.

Dağ massivlərinin strukturları dağılır, dağ süxurlarının qırıntıları isə çaylarla daşınaraq qitələrin kənarlarında və iri göllərdə yığılırdı. Bu yerlərdə həm ana süxurlara, həm də karbohidrogen yataqlarına rast gəlmək olar.


Neftin yaranma mərhələləri (elmi baxışlar)
Neftin yaranmasının müxtəlif mərhələlərinə ayrıca nəzər yetirək
1-ci mərhələ - qədim dövrlərdən 1760-cı ilə qədər.
Bu mərhələdə neftin yaranması ilə bağlı fikirlər “flogiston” (Yer kürəsinin yaranması və s.) haqqında müxtəlif fikirlərlə bağlıdır. Birinci nəzəriyyə 950-ci ildə ərəb alimi İh-van-əs-Səfa tərəfindən yaranmışdır. O yazırdı: “ su və hava atəş təsiri altında yetişirlər və alovlu kükürdü və su civəsini yaradırlar. Bu ikinci dərəcəli elementlər müxtəlif torpaq miqdarı ilə qarışır və temperaturdan asılı olaraq yerin içində yerləşən mineralları, o cümlədən neft kimi bituminoz substansiyasını yaradırlar. Buna görə onların “yüksək havası var və neft sıxılır və tez alışır”. XVII əsrin (1697-ci il) italiyan alimi P.S. Bekkone ingilis alimi V. Çarmetona istinad edərək düşünürdü ki, kəhrəba və qırların (bitumların) mənşəyi eynidir və neft yerdən gələn vulkanik güclərdən və kükürddən əmələ gəlir. Siciliyada olan neft təzahürünün intensivliyinə təsir göstərən, 1683-cü ildə baş verən zəlzələni o dəlil kimi göstərirdi. Fransız alimi Lemerenin elmi işlərinin mühakiməsinə görə XVII əsrin axırında neftin kəhrabanın təbii destilləsi nəticəsində yaranması haqqında fikir formalaşmışdı; daş kömür bu destillənin qalığıdır. Lakin Lemere özü düşünürdü ki, neft bitumun destilləsi nəticəsində yaranır. Ola bilsin ki, ən maraqlı fikri XVIII əsrin əvvəlində alman alimi Henkel söyləyib. Onun fikrincə neft heyvan və bitkilərin qalıqlarından yaranır. 1739-cu ildə alman əsilli rus akademiki İ. Veybrext neftlə bağlı olan fikirləri ümumiləşdirmişdi. İ.Veybrextin fikrincə neft - dəniz suyunun qoyduğu islah edilmiş yanar duzlardan ibarətdir. Yanan maddələrin bir məkanda həddindən çox yığılması və alovlanması zamanı zəlzələ baş verir və torpaq çökür. Bu tədqiqatların maraqlı cəhəti: “bitkilərin yağlı hissələrinin xassələrinin neft yağına yaxın olması” barədə çıxarılan nəticədir. Buna istinad edərək belə bir fikir ortaya çıxırdı ki: “Ola bilər bütün bitkilərin alovlu və yağlı hissələri bitkilərin yerin təkindən çəkdikləri neftdən yaranır”.
Bu fikirlər daha çox qəbul olunurdular. 1750-ci ildə alman alimi Şpilman yazırdı ki, neft bitkilərdən, əsasən küknar ağacından yaranır. Fransız Elimlər Akademiyyasının üzvü, kimyaçı P.J. Maker 1758-ci ildə belə bir fikir söyləyib: bitumlar bitki yağlarının və turşuların qarşılıqlı təsiri nəticəsində yaranır.

2-ci mərhələ - 1761-1859 -cu illər.

Bu mərhələ təxminən 100 il davam edibdir. O, Mixail Lomonosovun əsərindən başlayıb. XVIII əsrin ortalarında “Torpaq layları haqqında” adlı elmi əsərində rus alimi yazırdı: “yerin təkində yaranan daş kömürdən yeraltı hərarətin gücünə boz və qara rəngli yağlar üzə çıxır...və müxtəlif növ yanan mayelərin və bərk quru maddələrin yaranması baş verir (mahiyyətcə bu daş yağ, maye qətran, neftdir). Onlar (tərkibinin) təmizliyi ilə fərqlənirlər, lakin bir mənbədən törəyirlər”. Beləliklə 200 il bundan əvvəl neftin daş kömürdən üzvi yolla yaranması haqqında fikir söylənmişdir. İlkin maddə tək idi: əvvəl kömür, sonra isə neftə və qaza çevrilmış üzvi maddə. Bununla üzvi maddədən yaranma fərziyyəsi yarandı. M. Lomonosov XVIII əsrdə bu barədə fikrini bildirən yeganə insan deyildi. O vaxtın ayrı fərziyyələri gülünc səciyyə daşıyırdı. Belə bir varşavalı keşiş deyirdi ki, Yer kürəsi cənnət dövründə o qədər məhsuldar idi ki, böyük dərinliklərdə özündə yağlı qatışıqları saxlayırdı. Bu yağ “günah etmədən” sonra qismən buxarlanmışdı və qismən müxtəlif maddələrlə qarışaraq yerin təkinə çökmüşdür. Nuh əyyamında həmin yağ neftə çevrilmişdir. Başqa bir fərziyyədə var. Nüfuzlu alman geoloq- neftçi alimi H.Hefer bir amerikalı neft sənayeçisindən danışır ki, onun fikrincə neft qütb dənizinin dibində balinaların sidiyindən əmələ gəlib və yeraltı kanallarla Pensilvaniyaya gəlmişdir. Alman kimyaçısı K.Rayhenbax 1834-cü ildə daş kömürü su ilə destillə edərək skipidara (tarpentin yağı) və İtaliya neftinə oxşar 0,0003% yağ əldə edib. XIX əsrdə alimlər arasında Lomonosovun mülahızələrinə yaxın fikirlər geniş yayılmışdı. Mübahisələr əsasən çıxış (ilkin) maddəsi ilə bağlı idi: heyvanlar və ya bitkilər.



3-cü mərhələ -1860 -1931-cı illər.
Alman alimi Karl Enqler (1842-1925) abşeron neftlərinin təbiətini və əmələ gəlməsini öyrənmək məqsədilə 1885-ci ildə Bakıya gəlir. Sonralar, 1888-ci ildə o, neftin üzvi maddələrdən əmələ gəlməsi nəzəriyyəsini dərc etdirdi ki, buda sonrakı analoji nəzəriyyələrin əsası oldu. Lakin bu nəzəriyyə bir növ D.Mendeleyev və b. irəli sürdüyü neftin mineral maddələrdən yaranması nəzəriyyəsinə zidd gəlirdi.

Alman alimləri H. Hefer və K. Engler 1888-ci ildə neftin heyvan (canlı) orqanizmlərindən yaranması ehtimalını sübut edən təcrübələr aparmışlar. Sonralar, 1919-cu ildə akademik N.D. Zelinski tərəfindən keçirilmiş sınağın çıxış materialı Balxaş gölündən götürülmüş, bitkilərdən yaranmış orqanogen (üzvitərkibli) lil idi. Onun destilləsi zamanı aşağıdakı nəticələr alınmışdır: xam qətran - 63.2%, koks - 16%, qazlar (metan, hidrogen, karbon oksidi, hidrogen sulfid) - 20.8%. Qətranın sonrakı emalından benzin, kerosin (ağ neft) və ağır yağlar əldə edilmişdir. Belə ki sınaq yolu ilə sübut olunmuşdur ki, neft – üzvi maddələrin (heyvan və ya bitki mənşəli və ya onların qarışığı) çürüməsindən əmələ gələn törəmələrdir. Bu üzvi maddələrə əsaslanan fərziyyə idi. Amma həm də D.Mendeleyev tərəfindən irəli sürülmüş, karbid adını daşıyan qeyri-üzvi maddələrdən neftin əmələ gəlməsinə əsaslanan fərziyyə də mövcud idi. Alimin fikrincə dağların yaranma prosesi zamanı üzdə olan sular çatlardan yerin dərinliklərində olan metal kütlələrə süzülürdü. Bu suların dəmir karbidləri ilə sıx əlaqəsi nəticəsində metalın oksidləri və karbohidrogenlər yaranmışdı. Karbohidrogenlər həmən çatlarla yer qabığının üst qatlarına qalxır və məsaməli süxurlara hoparaq yataqları əmələ gətirirdilər. Bir dəfə Bakıda olanda D.Mendeleyev rus alimi G.Abixdən öyrənir ki, neft yataqları çox zaman ərazi cəhətdən yer qabığının xüsusi tipli çatlarında – çökmələrində yerləşmişlər. Bunda D. Mendeleyev öz fikirlərinin sübutunu görürdü. Beləliklə XIX əsrin axırında nefin yaranmasında iki ayrı-ayrı fikir var idi: üzvi və qeyri- üzvi.


4-cü mərhələ - 1932-1950-ci illər.
Akademik İ.M.Qubkinin “Neft elmi haqqında” adlı kitabı 1932-ci ildə nəşr ediləndən sonra, ardınca gələn mərhələdə böyük miqdarda dəniz hövzələrinin çöküntülərindən yığılmış üzvi maddələrdən neftin yaranmasına dair fərziyyə hökmranlıq edirdi.
5-ci mərhələ - 1951-ci ildən indiki dövrə qədər.
Bu mərhələni cəsarətlə neftin üzvi maddələrdən yaranması nəzəriyyəsinin təşəkkül tapması və ya N.B.Vassoyeviçin düzgün adlandirdiği kimi, neftin və karbohidrogen qazlarının çöküntü-köçmə yaranması nəzəriyyəsi adlandırmaq olar. Bu mərhələnin başlanğıcın 1950-ci ili saymaq olar, çünki məhz bu il sovet və amerikalı alimlər tərəfindən müasir çöküntülərdə karbohidrogen tapılmışdır. Amerikalı tədqiqatçılar P.V. Smitin rəhbərliyi altında Meksika körfəzində, Sakit okeanın Kariforniyaya yaxın hissəsində və bir neçə şirin sulu hövzələrdə yerləşən müasir çöküntülərdə karbohidrogenlər aşkar etmişlər. Baxmayaraq ki, sonrakı tədqiqatlar göstərdi ki, müasir çöküntülərdəki karbohidrogenlər neftdən çox fərqlənir, bu tədqiqatların əhəmiyyəti çox mühümdür. Əvvəla, onlar karbohidrogenlərin bitki və heyvanların qalıqları olan çöküntülərdən əmələ gəlməsini göstərdilər və bununla neftin əmələ gəlməsi üçün hansı üzvi maddənin ilk sayıla bilər sualı haqqında təxminən 200 il ərzində davam edən müzakirələrə müvəqqəti son qoyuldu.
İkincisi, məlum oldu ki, neft və qazın yaranma prosesi demək olar ki, istənilən su hövzəsi çöküntülərində inkişaf edə bilər və bunun üçün hansısa qeyri-adi şərait tələb olunmur.
Neftin yaranmasına aid bəzi yeni məlumatlar.
a) Son illər (2003-2007) tədqiqatçılar müəyyən etmişlər ki, Baykal gölünün dibindən onun sularına hər il təqribən 4 ton neft axır. Dünyanın ən böyük şirin sulu gölündə, Baykal gölünün saxlanmasına yardım Fondu tərəfindən təşkil olunmuş elmi ekspedisiya işləmişdir. Onun iştirakçıları dərinsularda işləməyə imkan yaradan “Mir-1” və “Mir-2” aparatlarının köməyi ilə bu su hövzəsini tədqiq etmişlər.Çölün dibi çatlarla və geoloji sınmalarla örtülmüşdür və onlardan neft süzülür. Bu neft Baykalda olan mikrocanlılar tərəfindən udulur və ona görədə gölün üzünə yayılmır. Baykal gölünü öyrənən Limnologiya institutunun direktorunun dediyinə görə, gölün dərinliklərindən götürülən neft nümunələri neftin (qazın) yaranmasında olan fikir ayrılıqlarına (üzvi və ya qeyri-uzvi, yəni abiogen) yeni mülahizələr yürütmək üçün qiymətli məlumatlar verə bilər. Alimlərin məlumatına görə Baykal gölünün şərq sahilində də neftin gölə daxil olduğu yerlər mövcuddur. Gölün dərinlıkləri fəth edildikcə yeni məlumatlar alınacaqdır. Son məlumatlara görə (dekabr, 2008-ci il) neft gölə Barquzin körfəzinin cənubunda yerləşən və gölün dibində 850 m dərinliyində olan çatlardan sızılır. Kimyəvi təhlil göstərmişdir ki, neftin tərkibində həddindən çox canlı opqanizmlər mövcuddur. Hələlik alimlər bu faktı izah edə bilmirlər və nümunələrin daha ətraflı laboratoriya tədqiqatına ehtiyacı olduğunu bildirirlər.

b) Pataqoniyanın (Cənubi Amerika) yağışlı meşələrində bitkilərdə yaşayan və əsl dizel yanacağı əmələ gətirən göbələklər aşkar edilmişdir. Əlbəttə, çox kiçik miqdarda, lakin gen mühəndisləri artıq onun üzərində çalışmağa hazırdırlar.

Mikroskopik göbələk Gliocladium roseum “dağ boyda” bütöv bir dəst müxtəlif karbohidrogenlər verə bilər və onun tərkibi indi geniş tətbiq olunan dizel yanacağı ilə eynidir. Bu yolla alınan material artıq “miko-dizel” adı almışdır. Bu qrup tapıntinı edən professor Harri Strobel deyir: “Bu kəşf qazıntı yanacağının yaranması barədə bizim biliklərimizə yeni işıq sala bilər. Ən çox yayılmış nəzəriyyə görə neft milyon illər ərzində yerin altında çox yüksək təzyiqlərə məruz qalmış bitki və heyvanların qalıqlarından əmələ gəlmişdir. Əgər Gliocladium roseum adi şəraitdə yanacaq yaradırsa – onda buna oxşar orqanizmlər bizim bügün istifadə etdiyimiz neft ehtiyatlarının mənbəyi deyildirlərmi?”


Həqiqətən, bəşəriyyət neftin dünya ehtiyatlarının çox hissəsini artıq sərf etmişdir (belə hesab edirlər), ancaq yenə də - o haradan əmələ gəlmişdir? - məsələsi hələ də açıq qalır.
Neft və qaz - əsas dəlillər

Neft – mürəkkəb karbohidrogen qarışığından ibarət, sıxlığı 0,65 – 1,05 q/ kub sm olan yağlı maye yanacaqdır.Neftlərin əksəriyyəti sudan yüngüldür. Müxtəlif çeşıdli neftlər mövcuddur və onlar öz fiziki və kimyəvi xassələrinə görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər: təbii halda neft qara asfalt bitumu (qır) və cürbəcür uçucu duru maddələr şəkilındə təmsil olunmuşdur. Ona “qara qızıl” deyilsədə, əslində neft, rənglərin ahəngdarlığı ilə fərqlənir - o qara, qəhvəyi, albalı (tünd qırmızı), yaşıl, kəhraba, sarı rənglərə çala bılər. Onun iyi də müxtəlif ola bilər – xoş ətirlidən tutmuş üfunətli kükürd (sulfid) iyinəcən.

Xam neftin tərkibinə 1000-cən ünsür daxıldır. Onların içində alkanlar, sikloalkanlar və cürbəcür aromatik (ətirli) karbohidrogenlər üstünlük təşkil edirlər. Neftin tərkibində olan dıgər üzvi birləşmələrdə azot, oksigen, kükürd və ya az miqdarda metallar – dəmir, nikel, mis və vanadium vardır. Kimyəvi tərkibinə görə neft daş kömürə bənzəyir – onun tərkibində əsas ünsür hidrogendir. Bu səbəbdən alımlər neft və qazı daş kömürlə, torfla və şistlə yanaşı, eyni qazıntıya – kaustobiolitlərə aid edirlər. Bu qiymətli faydalı qazıntının məhsuldar layları yerin onlarla metrindən 5-6 km dərinliyinə qədər olan qatlarında yerləşiirlər. Qədimdə nefti “daş qatranı” adlandırırdılar.

Niyə neft bizim üçün belə əhəmiyyətlidir? Milyardlarla insan hər gün özünə heç bir hesabat vermədən neftdən və qazdan istifadə edir. Onların mənzillərində işıq lampası yanır, kranlarından isti su axır; onlara avtomobillər, ictimai nəqliyyat, təyyarələr, çay və dəniz gəmiləri xidmət edir. Nəhayət, raketlər – bunlar hamısı neft və qazla bağlıdır.

Özünün yüksək enerjitutumluluğuna və asan nəql edilmə imkanlarına görə XX əsrin ortalarından başlayaraq neft dünyaya ən gərəkli enerji mənbəyi kimi xidmət edir. Hasil edilən neftin həcminin 84% yanacaq istehsalına sərf olunur. Qalan 16% isə plasmass, kimyəvi həlledicilər, kübrələr, dərman vasitələri və digər məhsullar hazırlamaq üçün xammal rolunu oynayır, hansısız ki, müasir cəmiyyət sadəcə mümkün deyil. III minilliyə qədəm qoymuş insan cəmiyəti bugündə özünün yerdəki və fəzadakı problemlərini neftin və qazın hesabına həll etməyə çalışır.

Neft bəşəriyyəti nəinki xəstəliklərdən, aclıqdan da xilas edə bilər. Dünyada hasil edilən neftin 2%-nin emalından 25 mln.tona qədər zülal əldə etmək olar. Bu isə 2 mlrd. adamın qidalanmasına bəs edər. Bu zülal müxtəlif ərzaqların istehsalında istifadə olunur və bizim səyyarəmizin durmadan artan əhalisinin tələblərini təminetmək üçün kəskin çatışmayan heyvan mənşəli zülalları əvəz edir.

Neftin geniş tətbiqi ciddi ekoloji problemlər yaradır. Yanacaq qismində həddən artıq neftin yandırılması sənayecə inkişaf etmiş ölkələrdə havanın çirklənməsində əsas səbəb olmuşdur, neftin tankerlərdən və dəniz neft quyulurından dənizə axıdılması dəniz və okean sularını və sahillərini bulandırır.

150 il bundan öncə olduğu kimi yenədə insanlar Yer kürəsinin milyard illərlə yaratdığı və qoruyub saxladığı neft-qaz xəzinəsini əldə etməyə can atırlar. Neftin dünya ehtiyatlarına gəlincə , Britaniya şirkəti “BP”-nin hazırladığı məruzəyə görə neft hələ 40 ildə (2050-ci ilə qədər) bəs edər. Bundan öncə Beynəlxalq Enerji Agentliyinin (BEA) verdiyi proqnozlara əsasən neftin illik hasilat həcmi öz zirvəsinə 2030-cu ildə çatacaqdır. Bundan sonra sabitləşəcək, daha sonra isə yavaş-yavaş azalmağa başlayacaqdır.

Hətta gələcəkdə neft bir yanacaq kimi öz üstünlüyünü itirsə belə, onun qiyməti azalmayacaqdır. Bəşəriyyət əvvəlki kimi neftdən hazırlanan əşyalarsız ötüşə bilməyəcəkdir. Beləliklə, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı ilə daha çox neft neftkimya kompleksinə yönəldiləcəkdir.

Azərbaycanda neftin əmələ gəlməsi barədə fikir yürütməyə əlavə məlumatlar
Palçıq vulkanları

Yer kurəsində 800 palçıq vulkanı mövcuddur. Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada birinci yer tutur. Palçıq vulkanlarından başqa onların «pilpilə», «yanardağ», «bozdağ», «axtarma», «qaynaca», və s. yerli adları da var. Azərbaycan Respublikasında 350 - cən palçıq vulkanlar var (Abşeron yarımadasında, Qobustanda, cənub-şərq Şirvan düzənliyində, Samur-Dəvəçi ovalığında, Abşeron və Bakı arxipelaqlarında). Ən böyükləri Qalmas, Torağay, Böyük Kənizdağ və s. Çoxlu kəsik konus şəklindədir. Hündürlüyü 20-400m, əsasının diametri 100-4500m olur.

Quruda yerləşən palçıq vulkanlarından başqa, gömülmüş və dəniz palçıq vulkanları da məlumdur. Xəzər dənizində 140-dan çox sualtı palçıq vulkanı var. Bakı arxipelaqında səkkiz ada (Xəzər-Zirə, Zənbil, Qarasu, Gil, Səngi-Muğan, Çigmil və s.) palçıq vulkanı mənşəlidir. Gömülmüş palçıq vulkanları quyularla aşkar olunmuşdur. Onların fəaliyyətinin izlərinə müxtəlif yaşlı layların arasında rast gəlinir. Təbiətdə hündür və alçaq, qrifli və basdırılmış, sualtı və yeraltıvulkanlar mövcuddur. Bunların hər biri özünəməxsus xassələrə və kimyəvi tərkibə malikdir. Məlumatlara görə, Azərbaycan Respublikası ərazisində palçıq vulkanlarının ilk fəaliyyəti təqribən 25 mln.il əvvələ aiddir. Adətən palçıq vulkanlarının püskürməsi güclü yeraltı uğultu və partlayışlarla başlanır. Yerin dərin qatlarından yer səthinə çıxan qazlar alışır. Bəzən vulkan üzərində alovun hündürlüyü 1000m-ə (Qarasu vulkanı) çatır. Azərbaycan Respublikası ərazisində 1810-cu ildən indiyə qədər 50 vulkan təqribən 200 dəfə püskürmüşdür. Lökbatan vulkanında 19 püskürmə qeydə alınmışdır. Palçıq vulkanları sülb, qaz və maye püskürür. Sülb püskürmə məhsullarında 100 dəfə artıq mineral və 30-a qədər mikroelement (bor, civə, manqan, mis, barium, stronsium, litium və s.) iştirak edir. Palçıq vulkanları mənşəcə neft və qaz yataqları ilə əlaqədardır. Palçıq vulkanlarının yerləşdiyi sahələrdə zəngin neft və qaz-kondensant yataqları aşkar edilmişdir (Lökbatan, Neft Daşları, Qaradağ, Mişovdağ və s.). Bu fakt Azərbaycanın zəngin karbohidrogen yataqlara malik olmasını bir daha sübut edir.

Palçıq vulkanları kimya və tikinti sənayesi və, həmçinin, farmakologiya üçün xammal mənbəyi rolunu oynayırlar. Vulkanların gili, palçığı və həmçinin buradan hasil olunan su bir çox xəstəliklərdən müalicə etmək gücünə malikdir. Onların tərkibində bir çox kimyəvi elementlər vardır. Palçıq vulkanları təbii laboratoriyalar olaraq alimlər üçün bir növ xəzinədir. Palçıq vulkanları turistlərin də marağına səbəb olurlar. Vulkanlar ətrafındakı mənzərə planetimizin ilkin çağlarını və ya ay görüntülərini xatırladır. Lakin ayın cansız səthindən fərqli olaraq Azərbaycan vulkanları canlıdır.

Azərbaycanın digər gözəl təbiət obyektləri kimi bu vulkanların 23-ü təbiət abidəsi statusunu alaraq dövlət tərəfindən qorunmaqdadır.

Lökbatan palçıq vulkanı
Lökbatan palçıq vulkanı Bakıdan cənub- qərbdə Xəzər dənizinin sahilində yerləşir. Azərbaycanda olan) palçıq vulkanının içində Lökbatan palçıq vulkanı özünün fəallığı və yerləşdiyi yerin neftqazlılıq strukturları ilə sıx əlaqədə olmasıyla fərqlənir. Vulkan mütəmadi olaraq öz fəaliyyətini biruzə verir. İlk qeydə alınmış püskürmə 1864-cü ildə baş vermişdir. Ən güclü, özünün qızğınlığı və atılan kütlənin çoxluğu ilə fərqlənən püskürmələr 1887, 1935, 1954 və 1977 –ci illərdə müşahidə olunmuşdur.

1935-ci ildə vulkanın təpə örtüyünün brekçiyasında (brekçiya – mineral maddələrin bir-birinə yapışmış qırıntılarından ibarət süxurlar) qoyulmuş quyulardan birindən güclü neft fəvvarəsi (fontanı) vurdu. Həmin quyu indiyədək fəaliyyətdədir. İstismar dövründən indiyədək bu quyudan yarım milyon ton neft hasil edilmişdir. Bu isə palçıq vulkanlarının sahənin neftqazlılığı ilə əlaqəli olmasını təsdiq edir və burada geniş kəşfiyyat-qazma işlərinin aparılmasına əsas yaradırdı.


Гıрмяки тябият абидяси
Qırməki lay qatları – bütün dünyada öz neftliliyi ilə məşhur olan alt Pliosen yaşlı Məhsuldar qat, buna qədim Volqanın çay deltasına aid olan qumlu-gilli çöküntüləri də aid etmək olar, bəzən yer səthinə çıxırlar. Гıрмяки lay гаtынын таь щиссясиндя, йер сетщиня чыхан Гıрмякиалты лай дястясинин чяпяги лайланмыш гумдашларынын Понтун гилли чюкцнтцляри цзяриня бucаг уйьунсузлуьу иля йатдыьыны вя бу щиссядя Диатомун вярягвари гил лайларынын седименталоjи хцсусиййятлярини юйрянмяк мцмкцндцр.

Мящсулдар гатын нефтли лайлары узун мцддят ашынмайа мяруз галмаларына бахмайараг, юз нефтлилик яламятлярини бу эцня кими сахлаyырlar. Тябиятин надир эеолоjи музейи олан Гıрмяки дярясиндя дяринликляри 30-50 м олан ялля гаzылмыш бюйцк диаметрли, аьызлары ачыг илк нефт гуйулары юлкямизин нефт сянайесинин тарихиni öyrənmək бахымындан чох мараг кясб едир. Гıрмяки дярясинин йахынлыьында йерляшян Гıрмяки палчыг вулканы вя Йанардаьын аловларынын мин иллярля шюлялянмяси тябиятин надир щадисяляриндяндир вя бу сащя бцтцн тябиятсевянляр цчцн явязолунмаз эеолоjи музейдир.


Dördüncü dövr-Binəqədi heyvanat qəbristanlığı
Dördüncü dövrün başlanğıcından bizim bu günləri təqribən iki milyon il ayırır. Geoloji baxımdan bu qısa zaman ərzində, bizim planetin həyatında onun görünüşünü köklü surətdə dəyişən, mühüm və fövqəladə hadisələr baş verirdi. Dördüncü dövrə tektonik hərəkətlərin güclənməsi, yer qatının izostatik tarazlığının pozulması və iqlimin kəskin dəyişməsi düşür. Bu hadisələr yer qatının bir hissəsinin kəskin qalxması, digər hissəsinin isə düşməsi, vulkanlrın qızğınlaşması, Yer kürəsinin səthində iri buz qatlarının meydana gəlməsi və əriməsində əks olunmaqla, dünyanın geoloji strukturunun, qat yığımı rejiminin, su kütləsinin yenidən paylanmasının, yer səthinin üst relyefinin, çayların hövzələrinin, iqlimin dəyişməsinə və ümumiyyətlə, nizamlı dünyanın təsirli dərəcədə yenidən qurulmasına səbəb oldu. Bunlar hamısı paleocoğrafiyanın dördüncü dövrünə diqqətin daha da artmasına maraq yaradır.

Binəqədidəki dördüncü dövrə aid heyvanat qəbristanlığı bu baxımdan çox qiymətli təbiət abidəsidir. Dördüncü dövrə aid heyvanların (o cümlədən nəsli kəsilmiş) qalıqlarının tapılması – ibtidai təbiəti və onun heyvanat aləmini bizə əks etdirmək nöqteyi-nəzərindən dərin maraq doğurmaqla və təkamül nəzəriyyəsi üçün faydalı materiallar təqdim etməklə yanaşı, müasir insana o dövrdə baş verən iqlim şəraitini də əks etdirir. Bu baxımdan o dövrə aid tapıntıların öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.

1938-ci ildə Binəqədi qəsəbəsi yaxınlığında qır (bitum) axtaran zaman Azərbaycan Sənaye İnstitutunun tələbəsi geoloq A.S.Məstanzadə tərəfindən ibtidai heyvanlara aid sümüklər tapılmışdır. Buradan mağara ayısının dişi, kaftar dişləri, keçəl kərkəs (qrif) quşunun, canavarın, çaqqalın, tülkünün, qabanın, atın, gərgədanın, öküzün, maralın, ceyranın, uzunoxlu kirpinin, dovşanın, ərəbdovşanının, kiçik gəmiricilərin, kirpinin, tısbağanın, saysız-hesabsız quş qalıqlarının, bir neçə çeşidli böcəklər, o cümlədən çoxsaylı iri su böcəkləri – susevərlər və hovuz qurdları çıxarılmışdır. Ümumiyyətlə burada 50 minə yaxın heyvanat aləminə məxsus sümüklər aşkar edilmışdir. Həmçinin bitki aləminə aid gövdə, budaq, köklər, toxumlar və hətta yarpaqlar belə yığılıb götürülmüşdür. Müxtəlif heyvanların qalıqlarının qır altında yığılıb qalması üçün şəraitin yaranmasına əsas səbəb burada mövcud olmuş neft gölməçəsin də heyvan və quşların məhvi ilə bağlıdır. Yaxınlıqda olan gölə su içməyə gedən heyvanların yolu neft gölməçəsinin yanından keçdiyi üçün onlar müxtəlif səbəblərdən bu təbii tələyə düşür və burada məhv olurdular. Onları asanlıqla ələ keçirən vəhşi heyvanlar və yırtıcı quşlar özləri də bəzən bu təbii tələnin qurbanı olurdular. Ağır neft bu qarışıq heyvanat aləminin qalıqlarının uzun illər saxlanması üçün əla mühit yaratmışdır. Binəqədidəki dördüncü dövrə aid heyvanat və bitki aləminin qalıqları o zaman Azərbaycanın bu hissəsinin flora və faunası, həmçinin o dovrdə burada neftin mövcud olması barədə bizə maraqlı məlumat verir və elmi araşdırmalar aparmağa imkanlar açır.

Binəqədi faunasının bir xüsusiyyəti də ondan ibarətdir ki, bitum layında tapılan quş sümüklərinin yanında bəzən mumlaşmış bağlar, dəri, vətər parçalarına rast gəlinir. 1947-ci ildə Binəqədi qır gölü rayonunda aparılan qazıntı işləri zamanı flora qalıqlarıyla zəngin olan laylar aşkar olundu. Mütəxəssislərin müəyyənləşdirdiyinə görə Binəqədi gölündə toplanan floranın nisbi yaşı pliosen dövrünün sonlarına uyğun gəlir. Tədqiqatçıların fikrincə bu dövrdə Abşeron yarımadasında meşəlik və kolluq müasir dövrə nisbətən daha zəngin olmuşdur. Bitki aləminin tərkibi və onun təhlili göstərir ki, qədim zamanlar Abşerondakı flora nisbətən daha mezofil, iqlim isə soyuq və rütubətli olmuşdur. Binəqədi gölündə tapılmış bitkilərin əksəriyyətinə indi Abşeron yarımadasında rast gəlinmir.


Binəqədi dördüncü dövr fauna və florası, çeşidi və çoxluğuna görə dünya miqyasında ən zəngin paleontoloji xəzinə hesab olunur və bütün dünya alimlərini heyrətə gətirmişdir. Mütəxəssislər bu gölü ABŞ-ın Kaliforniya ştatında 1875-ci ildə U.Denton tərəfindən aşkar edilmış Ranço Lya Brea paleontoloji tapıntısı ilə müqayisə edirlər.Geoloji tədqiqatlar göstərib ki, Ranço Lya Brea faunasının yaşı pleystosen dövrünə aiddir və burada batmış heyvan qalıqlarının 35000 illik tarixi vardır. Müqayisə üçün bildiririk ki, Binəqədi gölündəki qalıqların yaşı bundan 2 dəfədən də artıqdır, yəni 75000 ilə bərabərdir.

2. Zərdüştlük dövrü
Təxminən e.ə. 3000-ci ildə yazılmış sənədlərdə Orta Şərqdə “əbədi oddan” danışılırdı. Güman ki, söhbət təbii qazın yer səthinə çıxdığı yerlərdən gedir. Şumer və assuriya kahinləri bunu ilahi səsin işarəsi kimi qiymətləndirirdilər.

Yəhudi rəvayətində deyilir ki, əcdadlarının İrana köçürülməsi zamanı onlar qatılaşmış suyu olan quyu açmışlar və bu suyu bərk közərdilmış qurban daşına tökərkən alovlanırmış. Bu yer müqəddəs sayılmış və “neftar” (yəni paklanma) adlandırılmışdır.

Oda sitayiş müxtəlif xalqlar arasında çox geniş yayılmışdı. Skiflər və qotlar, romalılar və yunanlar, Haldeyin əhalisi və b. odu müqəddəs sayırdılar. “Sönməz odlar” çox yerlərdə məlum idi. Onlar Yava adasında (İndoneziya), qədim Midiyada, Suzda (İtaliyanın Torino vilayətində şəhər) və İranda var idi.

Sibir xalqlarında da oda inanc və sitayiş vardır. Məsələn, Şərqi Sibirin yerli əhalisi olan evenklər hesab edirlər ki, 1908-ci ildə baş verən Tunqus partlayışını törədən od Tanrısı – Ağdının qəzəbidir ki, ətrafda olan bütün canlıları məhv etmişdir.

Siciliyalı Diador yazırdı ki, Apollon ölkəsinin sərhədlərində “nimfeum” adlı qaya var və onun altından qaynar su və bitum fəvvarəsi axır. Orada torpaq qızmardır. Başqa bir müəllif – Eliyen – göstərirdi ki, İonik körfəzinin sahilində yaşayan apollanatların yerdən axan qatran mənbəyi, mənbəyin yanında isə “əbədi məşəl”in nəhəng sütunu var idi.

Bu qəbildən odlar Çinin Yunan, Şu-Çuan, Kyansi və Şansi əyalətlərində də məlum idi.

Lakin o dövrdə dünyada məlum olan “od mənbələri”ndən ən güclüsü Bakı ətrafında olanlar idi və təsadüfi deyildir ki, onları bu qədər təsvir ediblər.

Bütpərəst kahinlər də – onları qədim Azərbaycanda və İranda maq (mağ) adlandırırdılar - öz məbədlərində neftdən müqəddəs od kimi istifadə edirdilər.

“Təbabət tarixi” kitabının müəllifləri göstərirlər ki, neft hələ qədimdən dini mərasimlərdə istifadə olunurdu, həmçinin şəfa tanrısının kahinləri müalicə ilə də məşğul olurdular. Bu yolla neft, “həkim-kahin”lərin əlində təbii neft mənbələrini ələ keçirməyə imkan verən vacib bir vasitə idi.

Bibliyanın əsas bölmələrindən olan Əhdi-Ətiqdə (Vetxiy Zavet) Midiya (Azərbayzan ərazisində mövcud olmuş qədim dövlət – e.ə. VII əsrdən yeni eramıza qədər) və midiyalılar haqqında yazılır ki, onlar da hebrlər (atəşpərəst farslar) kimi eyni dinə -Hömrüzə (Hörmüzə) - Ormuzda - Ahura-Mazdaya, yəni odun (atəşin) timsalında ilahi varlığa - Tanrıya sitayiş edirlər.

Əbədi müqəddəs od mənbəyi olan Bakı neftinin müəmması (sirri) isə atəşpərəstlərin peyğəmbəri Zərdüştün (Zaratuştranın) dininin dünyaya gəlməsindən xeyli əvvəl yaranıbdır. Zərdüşt barədə isə Hüseyn Cavid belə yazıb: “Axır gününədək çalışıb o da, bəşər övladını çatdırsın oda”.

Abşeron yarımadasında yanar qazlı neft yataqları Zərdüşt dininin (yunanlar onu Zoroastr adlandırırlar) davamçıları- məzdəkilər üçün dini ehtiram timsalı idi (hələ e.ə. VI əsrdə Abşeronda atəşpərəstlərin məbədi olub və bu məbədlərdə yerin altından çıxan müqəddəs sönməz ocaqlar yanırdı).

1964-cü ildə Qız qalası”nın yaxınlığında 4 metr dərinlikdə arxeoloqlar yaxşı saxlanılmış od mehrabı (səcdəgahı) aşkar etmişdılər. Bu qəbildən mehrablar iri məbədlərin hər iki tərəfində tikilirdi. Hal-hazırda söhbət Ahura Mazdaya və onun 6 “aməşaspent”lərinə (əbədi müqəddəslər) həsr olunmuş qədim məbəd haqqında gedir. Arxeoloqların fikrincə, belə mehrablarin ən azı 4000 il yaşı vardır. Və onlar odda olan maye allahı, yəni neft allahı – Alam Napatanın (çox ehtimal ki, nafta-neft sözüdə bundan yaranıb) şərəfinə ucaldılırdı. Alovun və neftin izləri mehrabın sütununun üst hissəsində nəzərə çarpırdı. Sütunun üstünə xüsusi cam qoyulurdu və içinə isə neft tökülərək yandırılırdı. Bu məlumatlar, artıq qədim dövrlərdə, ən azı 4-5 min əvvəl, Abşeronda neftin ayin-sitayiş mərasimlərində istifadə olunduğunu ehtimal etməyə imkan verir. (Bu, “Qız qalası”nın da tarixinin daha qədim dövrlərə - atəşə pərəstiş dövrünə aid olduğunu göstərir və burada yanar odlar olduğu üçün “qızınmaq” yeri kimi də qəbul edilə bilər).

Beləliklə, qədim Zərdüşt dininin davamçıları – atəşpərəstlər (məzdəkilər) çox uzaq keçmişdə özlərinin Abşeronda məbədlərini yaratmışlar. Bu məbədlərdə yerin təkindən çıxan qaz – “əbədi məşəl” yanırdı. Göylərin müqəddəs etdiyi bu məkanda ucadılan məbədlərdə ibadət etməyə bütün atəşpərərəstlər can atırdılar. Bəziləri hətta burada ölməyə gəlirdilər.

Abşeron kəndi Suraxanının ətrafı qədimlərdən təbiətin qeyri-adi nadir hadisəsi – yerdən çıxan yanar təbii qazla məşhur idi. Atəşə səcdə edən zərdüştçülər üçün bu nadir hadisə xüsusi məna kəsb edirdi. Onlar hesab edirdilər ki, bu alov ildırımın səmadan yeri vurması nəticəsində yandırılıb. Atəşi üç pilləyə - adi alov, daxili alov və yüksək alova ayıran zərdüştçülərdə sonuncu ən ali alov – Atəş Bəhram sayılırdı.

Azərbaycandakı xaçpərəstlər üçün də od yanan yerlər dini əhəmiyyətə malik idi. Bu, ilahi mərhəmətin işarəsi idi və onları mələklər yandırırdı. Azərbaycanlılar inanırdılar ki, bütün bu odlar yalnız “Qiyamət Günü” sönəcək.

Bakı ətrafında qazın çıxması haqqında yazılı mənbələr V əsrdə yazılmış “Qotların tarixi” kitabında qalıb. Əsərin müəllifi bizans diplomatı Prisk Paniyski IV əsrdə hunların Xəzər dənizi boyunca Midiyaya yürüşündən danışaraq qeyd edirdi: “sonra onlar digər yola döndülər və su altı qayadan qalxan odu keçərək … vətənə çatdılar”. Bu məlumat Rusiyalı tədqiqatçı N.V.Xanıkova görə “şübhəsiz, Bakının əbədi odlarına aiddir”.

Azərbaycan ərazisində mövcud olmuş Paytakaran əyalətində (paytak-yəni paytaxt-mərkəz, Aran (Arran) isə düzənlik yer) adı çəkilən vilayət və şəhərlər arasında Atəş-i-Baqavanda (Atşi Baqavan) vardır, mənasıda “Tanrının şəhərinin odları” deməkdir (Atəş-od, Baq-boq-tanrı, van- an- məkan, yer, şəhər mənasını daşıyır). VII əsr gürcü salnamələrində də Bakının adı – Baqavan kimi göstərilir.

Azərbaycan sözüdə odla bağlıdır – “azər - od, alov”, “bay – varlı,bollu və ya baq - boq, Tanrı, ilahi” , “can – ruh, bədən, məcazi mənada insan anlamıdır” və ya “an – yer, məkan” deməkdir. Buradan belə nəticə çıxarmaq olar ki, Azərbaycan sözü – Odun, alovun çox olduğu və ya Tanrının insanlara od bəxş etdiyi məkan mənasın daşıyır (başqa təfsirlərdə ola bilər). Məhz bu səbəbdən də bütün dünyada neft və qaz diyarı kimi tanınan ölkəmizə “Odlar yurdu” deyirlər.

Sonra Paytakaranda Spandaran-Peroj (İsfəndiyar-Firuzdan təhrif olunmuş) və Ormuzd-Peroj (Ormuzd-Firuz) toponimləri qeyd olunur. Yəqin ki. bunlar Sasani şahı Firuzun dövründə Şirvan, Aran və Muğanın zərdüştlərin oda sitayiş etdiyi məbəd vilayətlərinin adları ilə əlaqədardır. Ormuzd-Peroj toponimi VII əsrdə “Sasanilərin qanunnaməsi”ndə Sasani dövlətində zərdüştlüyün yeddi əsas məbədlərindən biri kimi qeyd olunur.

Abşeronda üç müqəddəs alov ocağı – Atəşgah (bəzən “Atəşgədə” də deyilir) olubdur: - biri Suraxanıda, o biri Pirallahıda, üçüncüsü isə Şubanı dağlarında. Atəşpərəstlərin Suraxanıdakı məbədi, eləcə də neft və qazın çıxdığı yerlərdə tikilmiş analoji məbədlər (Şubanı kəndində, Pirallahı adasında) Makedoniyalı İsgəndərin (e.ə.356-323 illər) , daha sonra Bizans imperatoru İraklinin (624 il) Azərbaycana yürüşləri zamanı dağıdılıb. 636-cı ildə məbəd yerli və İrandan qovulmuş atəşpərəstlər tərəfindən bərpa olunub. Üçüncü dəfə məbəd 643-cü ildə Azərbaycanın ərəblər tərəfindən işğalı zamanı dağıdılıb və uzun müddətə unudulub. Müəyyən zaman dövründə Şubanı dağlarındakı Atəşgah daha çox pərəstiş edilən yer olub. O yerlərin sahibi Abdal dərviş adlı bir adam dayaz quyulardan çıxarılan neftin satışından əldə etdiyi pullarla xəstə, yetim və kasıb adamlara əl tutarmış. Lakin Şubanı Atəşgahıda XIX əsrin sonlarında Pirallahı Atəşgahı kimi dağılıbdır.

Bizim qədim dastanımız olan «Kitabi – Dədə Qorqud”un baş qəhrəmanın da adı odla bağlıdır. Beləki, “qor – od, köz”, “qut(d) – ruh, mübarək” anlamındadır.

IX əsrdən başlayaraq və sonralar ərəb,fars və türk mənbələri Bakı haqqında atəşpərəstlərin yaşadığı əbədi alov şəhəri kimi danışırlar. 862- ci ildə xəlifətin uyqur xakanı Begü xana göndərdiyi elçilik Bakıda olmuş, şəhərin əbədi odlar yandığı məkan olduğunu ona söyləmişdir.

X əsrdə ərəb coğrafiyaçısı Əbul Həsən Əbu Əli ibn Hüseyn Məsudi öz yazılarında Suraxanı ağ nefti və Suraxanı əbədi odları haqqında danışır.

Afanasiy Nikitin 1466-cı ildə Hindistana səyahət edərkən, yolüstü Suraxanıda olmuş, “monastir” həyətində (çox ehtimal ki, o Atəşgahı belə adlandırmışdır) əsrlərlə yanan, sönməyən “ilahi” mavi odların yandığını görmüşdür.

Bakıda müxtəlif dövrlərdə olmuş alman səyyahı E.Kempfer, fransız səyyahı Villot, alman həkimi Lerxe, ingilis səyyahı Hanvey, ruslar Qmelin və Bronevski də Abşerondakı od məbədləri barədə məlumatlar vermişlər.

Alman səyyahı E. Kempfer 1683-сü ildə Abşeronda Sarqanıda ( Suraxanıda) “ alovlanan düzənliyi” təsvir edərkən yazırdı ki,” Sarqanı kəndi yaxınlığında çox saylı quyulardan od burulub qalxırdı.... bu qəribə və gözəl mənzərə idi, çünki bəzi yarıqlardan güclü alov qalxırdı, bəzi yarıqlarda isə zəif alov dişləri görünürdü və hamıya yaxın gəlməyə imkan verirdi, başqa yarıqlardan qalxan tüstü və ya bəlkə buxar ağır, boğucu neft üfunəti yayırdı. Məşəllər uzunluğu 88 , eni 26 addımlıq sahəni əhatə edirdi... Biz orada təqribən on kişi gördük, onlar məşəlin dövrəsində müxtəlif işlər görürdülər, bəziləri alov saçan yarıqların yanına qazan, küləc qoyub qonşu Atəşgah Suraxanısından gəlmiş ailəsi üçün xörək bışırırdilər – Suraxanıda alov çıxdığına görə onu belə adlandırırdılar; başqaları həndəvərlərdən xeyli daş yığıb yandırırdılar, alınan əhəngi topa-topa yığırdılar ki, gil qablarda daşısınlar.”

XV-XVII əsrlərdə ticarət karvanları ilə Abşerona düşən hindli-parslar (atəşpərəstlər) yenidən Suraxanıya ziyarətə gəldilər. Onlar qədim məbəd yerində bərpa- tikintilərə başladılar. Bunu məbədin plitələrində aşkar edimiş və hind alimlərı tərəfindən oxunmuş qədim hind dilində yazılan yazı sübut edir. Məbədin ən erkən tikintisi 1713-cü ilə aiddir. 1773- cü ildə isə burada hindlilər tərəfindən indiki “Atəşgah” tikilmişdir. Onun 26 hücrəsi, atəşgahları indidə durur.

XVII əsrdə Azərbaycana səyahət etmiş, XVIII-XIX əsrlərdə Qafqaza və Bakıya səyahət etmiş hər avropalı Suraxanıdakı əbədi odu ziyarət etməyi özünə borc bilirdi.

Suraxanı məbədi haqqında maraqlı məlumatları Bakıya 1771-ci ildə S.-Peterburq Elmlər Akademiyasının tapşırığı ilə gələn rus alimi Qmelin Samil Qolib qoymuşdur: “Yerli atəşpərəstlər İranda islamın bərqarar olunmasından sonra sağ qalan qədim herblərin (Zoroastr dininin tərəfdarları) nəsilindəndilər. Onlar bu sönməyən odu olduqca müqəddəs bir şey və Allahın nişanı sayırlar... Hindistandan olan ehtiramlı insanlar xilas olmaq məqsədilə Bakıya bu sönməyən oda gəlirlər... Bu məbədlərdən biri indiyədək Suraxanı kəndinin yanında salamat qalıb”. “Suraxanı” adının özü sankrit sözü olan “Surkaşanı” sözündən əmələ gəlir ki, bu da təbərrük, müqəddəs sayılan yer deməkdir.


Üzərindəki yazıda deyildiyi kimi 1810-cu ildə tacir Kançanaqarın vəsaitinə tikilmiş məbəd-kilsə isə ən gec tikililərə aiddir. XVIII əsr ərzində ibadətgah ətrafında bir-birinin yanında tikilən məbədlər, hücrələr və karvan-saraylar ucaldılmışdı. XVIII əsrdə və XIX əsrin əvvəllərində ocaqlar qədim iran kahinləri “parslar” tərəfindən diqqətlə qorunurdu. Suraxanıda atəşpərəstlərin məbədi indiyədək onların sayəsində qalıb.

Suraxanıdakı Atəşgah haqqında təsviri 1825-ci ildə Peterburq Elmlər Akademiyasının müxbir üzvü E.İ. Eyxvald da öz əsəri “Reise auf dem Caspischen Meere und Caucasus”-da verib ki, burada o, əbədi odu və Hindistandan mühacirləri olan atəşpərəstlərin sitayişini şox canlı ifadə etmişdir.

“1832-ci ildə Bakı əyaləti kəndlərinin kameral təsviri”ndə Suraxanı haqqında bu cür qeyd var: “Bu kənddə hindistanlıların sitayiş (təzim) etmək üçün gəldikləri və bir neçə illərlə yaşadıqları od püskürən yer mövcuddur...”.

1858-ci ildə məşhur fransız yazıçısı Aleksandr Düma (ata) onu Rusiyaya səyahətində müşayiət edən rəssam J.P.Muanla və Moskva universitetinin tələbəsi Kalino ilə Bakıya gəlirlər. Bakı qubernatoru K.Tarxan-Mouranovun evində A.Düma xan Usmiyevlə və onun həyat yoldaşı, məşhur şairə, sonuncu Qarabağ xanı İbrahimin qızı Xurşidbanu Natəvanla tanış olurlar. “Qafqaza səyahət” kitabında o Suraxanı məbədi haqqında təəsüratlarını belə qələmə alır: “İki saat (faytonla) getdikdən sonra (yolun birinci yarısı dənizin sahili ilə uzanırdı) biz bir təpənin başına çatdıq. Oradan bizim nəzərimizə bir od dənizi açıldı. Təsəvvürünüzə, yüzlərlə əyri deşiklərdən alov topaları qalxan bir kvadrat mil düzənlik gətirin. Külək bu alovları yelləndirir, səpələyir, burur, düzəldir, yerə qədər əyir,göyə qaldırır və söndürməyə gücü çatmır. Atəş adacıqlarının arasında dalğalanan alovun işıqlandırdığı bina gözə dəyir. Bina ağ əhənglə suvanmış, hər biri böyük qaz sümsüsü kimi yanan dişliklərlə əhatə olunmuşdur. Biz qərb tərəfdən gəldiyimizə görə məbədin ətrafında dövrə vurduq, cünki giriş qapısı yalnız şərq tərəfdən idi. Gördüklərimizi təsvir etmək qeyri-mümkündür, çünki çox ecazkar, cəlbedici idi. Bu cür çıraqbanlıq yalnız bayram günlərində ola bilərdi... 2 min ilə yaxın təqiblərə məruz qalan bu yaziqlar üçün bizim gəlişimiz bir bayram oldu. Ancaq, mənim həmvətənlərimdən kimsə mən gördüklərimi təkrar görmək istəyirsə, gərək tələssin, çünki məbəddə cəmi üç atəşpərəst qalıb, ondan da biri qocadır, ikisi isə 30-35 yaşındadırlar. Biz binanın daxili hissəsinə qədəm qoyduq. Məbədin daxili böyük kvadrat həyətdən ibarət idi, ortasında isə kümbəzli mehrab ucalırdı. Mehrabın ortasında əbədi məşəl yanır. Kümbəzin 4 küncündə, 4 nəhəng sacayaqda (üçayaqda) yerin təkindən gələn alovun hesabına 4 ocaq yanırdı. Mehraba 5 və ya 6 pillə ilə qalxmaq gərəkdir. Bayır divarına iyirmiyə qədər qapıları içəridən açılan əlavə hücrə tikilmişdir. Bu hücrələr zərdüştlüyü öyrənən şagirdlər üçün nəzərdə tutulmuşdur. Hücrələrdən birinin içində balaca taxça var idi və onunda içinə 2 hind bütü qoyulmuşdu. Parslardan biri özünün kahin donunu geydi, digəri isə tamam lüt bədəninə bir köynək keçirdi və hind sayağı ibadət başlandı. Bu 4-5 notdan ibarət qarışıq qammalı bir mahnı idi və orada tez-tez Bramanın (Braxmanın) adı çəkilirdi. Hərdən kahin üzü ustə düşür və bu anda digər kahin iki boşqabı bir-birinə vurmaqla kəskin, titrək bir səs yaradırdı. Müqəddəs ibadət bitdikdən sonra kahin bizim hərəmizə bir tikə nabat verdi, biz isə əvəzində ona pul verdik...”

XIX əsrin əvvəlində məbəd bizim günlərədək qalan görünüşə malik idi. XIX əsrin ortalarında bu yerdə təbii qazın çıxışı dayandı. Zəvvarlar bunu Allahların cəzası kimi başa düşdülər və dağılışıb getməyə başladılar. Sitayiş yeri kimi “Atəşgah” 1880-ci ilədək fəaliyyət göstərirdi.

Sovet hakimiyyəti illərində başqa ibadət yerləri kimi Atəşgah da baxımsız qaldı. 1969-cu ildə Hindistanın baş naziri Cəvahirləl Nehunun Azərbaycana səfəri Atəşgahın yeni ömür qazanmasına səbəb oldu. Baş nazirin səfər proqramında bu müqəddəs yerə ziyarət də var idi. Buna görə tez-tələsik Suraxanı Atəşgahını bərpa etməli oldular.


Bu gün Suraxanıda yerləşən qədim zərdüşt məbədi “Atəşgah” gələnlər üçün yenidən açılıb və bir tarixi abidə kimi qorunur. Bu yerin qeyri-adiliyini onun daxili həyətinə xüsusi qala altında yerləşən kiçik alaqapı vasitəsilə daxil olan kimi hiss edirsən. Karvansaranı xatırladan məbədin qapalı beşbucaq formasında bütün quruluşu pəncərəsi olmayan, girişinin üstündə iyirmi yazı olan: onlardan biri fars, qalanları isə hind dilində vurulmuş yazılardır, iyirmi altı hücrədən və bir otaqdan ibarətdir. Həyətin ortasında hər tərəfdən açıq və mərkəzində daimi alov yanan mərkəzli mehrabı olan rotonda (girdə qübbəli kiçik bina) şəklində məbəd yerləşir. Qədim daşlara toxunaraq hətta soyuq havada itməyən istiliyi hiss edirsən. Əsrlərdən, dağılmalardan, unutqanlıqdan keçərək və yenidən bərpa edilərək “Atəşgah” dünyanın ən böyük atəşgah məbədi sayılır və özünün nadirliyi və sirrliliyi ilə bu gün də alimlərin marağını doğurmaqda davam edir.

Atəşgah məbədi karvanların gecələdiyi, mərkəzində böyük həyəti, xüsusi mehmanxanası olan yerdir, lakin şəhərə məxsus digər karvansaralara bənzəmir. Onu digər karvansaralardan fərqləndirən - məbədə gələn hind zahidlərinin, özünü oda sitayişə həsr edənlər üçün kiçik monastırın və zəvvarların divardakı rəsmlərinin olmasıdır. Vaxt ötdükcə Abşeronun “Əbədi məşəlinə” qarşı ilahi qüvvə kimi yanaşmağı dayandırdılar. Insanlar bu alovdan gələn istiliyi istifadə edirdilər, lakin bu gün qaz insanların istər iqtisadi, istərsə də məişət cəhətdən tələbatlarını ödəyir. Daimi alovun yandığı yerlər yalnız insanların yaddaşında “Atəşgah” – Alov Evi adı kimi qalıb. Bu qün bu məbəd dünya mədəniyyətinin özünə görə yeganə abidəsidir. Bu qəbildən olan abidələrə Məhəmmədi kəndi yaxınlığında qayalardan çıxan təbii qazın yanması ilə daim şölənən “Yanar dağ”ı da aid etmək olar.




3. Makedoniyalı İsgəndər dövrü - e.ə. IV əsr və sonrakı dövr - III əsrədək.

İnsan sivilizasiyasına neft hələ qədim zamanlardan məlumdur.Ola bilər insanlara səma odu bəxş edən Prometey haqqında əfsanə elə Qafqaz dağlarında neftin mövcudluğu ilə bağlıdır, çünki məhz burada insanların havadarı öz cəzasını çəkirdi.

Neft haqqında qədim dövrlərdən məlum olsada , onun istifadəsi uzun əsrlər məhdud olmuşdur. Çox hallarda neftə “qara qızıl” deyirlər və bununla onun insan həyatı üçün böyük qiymət daşıdığı vurğulanır. Keçmiş zamanlar neftı yerin təkində axtarmırdılar, insanlara yerin səthinə sızan neft bəs edirdi.

Yaxın Şərqin müxtəlif yerlərində bitum adlanan qatı yarımmaye maddə, yer çatından keçərək üzə çıxırdı. Əgər tarixi faktlara müraclət etsək, gərək onda 8 min il bundan öncəyə qayıdaq. Təqribən 6 min il bundan əvvəl Fərat və Dəclə çaylarının arasında yeləşəşən Mesopotomiya düzənliyində yaşayan şumerlər çox maraqlı bir maddə ilə, yer səthinə çıxan, qatrana oxşayan qatı kütlə ilə rastlaşdılar. Bu neft bitumu (qırı) idi, ağacın və daşın çatışmadığı bir məkanda ondan iri tikililərin ucaldılmasında səmərəli istifadə etməyə başladılar. Bitumu gildən, qumdan və çınqıldan olan qarışığa qataraq kərpic düzəldirdilər. Onunla hörməni bərkidirdilər və inşa olunan divarlar çox möhkəm olurdular. Bitumla yolu döşüyürdülər, suni su anbarlarının divarlarını bərkidirdilər. Bundan başqa onu qayıqlara və qablara yaxaraq onları su keçirməz edirdilər. Daha maye halında olanından isə otaqları işıqlandırmaq üçün istifadə edirdilər. Şumerlər neftdən müalicə məqsədilə də istifadə edir, onu irinə və oynaqlararda olan ağrılı yerlərə yaxırdılar. Həmçinin onlar bilirdilər ki, əgər maye neft havada açıq qalarsa bituma çevrilə bilər. Onlar nefti “esir” adlandırırdılar ki, onun da mənası nurlu su deməkdir.

İlk vaxtlar neft və bitum (bu iki anlayış uzun müddət eyniləşdirilibdir) insanlara müxtəlif xəstəliklərin: cüzam, göz iltibahı və s. müalicəsi üçün xidmət edibdir. Bitum mərhəmləri ilə qoturluğu, irinləri müalicə edir, neft gölməçələrində uzun müddətli “vannalar” qəbul etməklə oynaqlarda olan ağrıları aradan götürürdülər. Mədə ağrısında neft bitumundan olan sağğızları çeynəyirdilər. Təsadüfi deyildir ki, qədim rəvayətə görə Medeya adlı cadugər qadın qədim yunan eposunun qəhrəmanı arqonaft Yasona qəribə bir məlhəm bağışlamışdır. Bu məlhəm onu oddan və yanğından qoruyur, bədəninə alov təhlükəsi olmamaq xassəsi bəxş etmişdir. Belə güman etmək olarki, Nuhun gəmisinin və Musanın səbətlərinin su buraxmaması bitum yaxılması hesabına təmin olunmuşdur

Arxeoloji qazıntılar göstərir ki, maye neftı hələ o zamanlar yanacaq kimi çıraqlarda istifadə edirdilər.

Quldarlıq dövründə neftin və təbii bitumun inşaat işlərində və hərbi sahədə istifadə dairəsi daha da genişləndi.

Qədim Babilstanın və Assuriyanın yerləşdiyi yaşayış məskənlərində aparılan arxeoloji qazıntılar zamanı tapılan şəhər tipli nəhəng tikililər yalnız təbii bitumun tətbiqi nəticəsində mümkün olmuşdur. Divarların hörülməsi zamanı bitumun yanmış kərpic və ya çınqıl daşla qatışığından geniş istifadə olunurdu. O illərin müəlliflərinin yazdığına görə bu qarışığın möhkəmliyi dəmirin möhkəmliyindən geri qalmırdı.

Hələ e.ə. 3000 il bundan öncə Babilistanda, müasir Bağdadın yerində olan Xit yaşayış məntəqəsinə yaxın ərazidə olan bitum mənbəyi çox məşhur idi və ondan Yaxın Şərqdə tikintidə sementləmə materialı kimi istifadə olunurdu. Binaların, yol və səkilərin (indiki asfalt yollara oxşar), kanalların tikintisində, çayların və süni su hövzələrinin sahillərinin bərkidilməsində bitum tətbiq olunurdu. Bitumdan döşəmə düzəldirdilər, bunu Bağdad yaxınlığındakı xarabalıqlarda tapılmış asfalt döşəmə öryüyü təsdiq edir. Qədim yunan tarixçisi Herodotun məlumatına görə Babilistanın divarlarının və qala bürclərinin inşaasında bitumdan geniş istifadə olunurdu. Babilistan və Nineviya üçün Fərat çayının qolu olan İsədə çıxarılan, neftin buxarlanmasından sonra qalıq kımı əmələ gələn asfalt (dağ və ya mineral) qatranı tikinti materialı idi. İerixonun divarlarını hörərkən, Fərat çayında bənd salarkən, Semiramidanın asılqan bağlarını tikərkən də məhz bitum tətbiq olunmuşdu. Məbədlərin, məqbərələrin, piramidaların, təm-təraqlı sarayların, su ambarlarının, kanalların, su kəmərlərinin və b. inşaat qurğularının geniş vüsət almış tikintisində qatılaşdırıcı və izolə edici material kimi neft və bitumdan istifadə olunurdu.

Neft barədə qədim Hindistanda da bilirdilər. Qədim hind şəhəri Mohenco-Daroda tapılmış və 5 min il əvvəl tikilmiş hovuzun dibi və divarları asfalt (qır) qatı ilə örtülmüşdü.

E.ə. 3000 il əvvəl Misirdə neftin üzə çıxdığı yerlərdə onu yığmaq üçün mağara tipli çuxurlar düzəldirdilər və yığılan nefti yağlama maddəsi kimi, qumla qarışdırdıqdan sonra asfalt kimi, kərpic və daşdan tikilən qurğular, bəndlər, liman körpüləri və yolların salınmasında tətbiq olunan mastikanı hazırlamaq üçün istifadə edirdilər. Misirlilər onu həmçinin cəsədlərin mumlaşdırılmasında tətbiq edir (fironlarını mumlaşdırarkən hazırlanan məlhəmin tərkibinin əsasını neft təşkil edirdi), cəng arabalarının təkərlərinin yağlanmasında və çadırların işıqlandırılmasında istifadə edirdilər.

Qədimdə “neft” sözündə bilirdilər. Hələ Herodot bu yanan maddəni “nafta” adlandırmışdır (bəzi müəlliflər neft sözünun “nafta”dan, yəni “axıb gəlmək” sözündən yarandığını iddia edirlər).

Daha bir qədim mədəniyyət – Çin ilk dəfə neftdən hərbi məqsədlər üçün istifadə etmişdir. Çin döyüşçüləri hələ məşhur “yunan odu” kəşf olunmamışdan bir çox əsrlər öncə düşmən üzərinə yanan neftlə dolu küpələr atırdılar. Qədim sənədlərdə göstərilir ki, çinlilər bizim e.ə. neftdən istifadə edirmişlər, məsələn Böyük Cin səddinin tikintisində qırdan (asfaltdan) istifadə olunmuşdur. Çinlilər həmçinin neftdən yanacaq kimi də istifadə etmişlər – onu, təbii qaynaqlardan götürülən duzlu məhlulu qaynatmaq üçün yandırır, suyu buxarlandırmaqla ondan duz alırdılar. Çinlilərə təbii qaz da məlum idi, lakin o zaman hələ heç kim ondan məişətdə necə istifadə etmək lazım olduğunu bilmirdi. Əgər britaniya salnaməçilərinə inansaq, təbii qazın istifadəsinə e.ə 900-cu ildə Çində başlamışlar, beləki duz mədənlərindən duzla bərabər qazda çıxırmış və onu duzu qurutmaq üçün yandırırmışlar.
Məlumdur ki, quldarlıq dövründə dövlətlər mütəmadi müharibələr aparırdılar. Müharıbə qul ordusunu artırmaq üçün əsas mənbə idi. Texnikanın bütün sahələri içində quldarlıq cəmiyyətində ən inkişaf edən hərbi texnika idi. Elə bu dövrdəndə neft və bitum bəşər tarixində ilk dəfə hərbi işlərdə tətbiq olunmağa başlandı. Onlar strateji xammala, müdafiə və hücum vasitələrinə çevrilirlər.

Pliniy yazırdı ki, Şərqdə şəhərlərin mühasirəsi zamanı əhali hücum edənlərə qala divarlarından neftin və kükürdün qarışığından yanar güvəclər atırmışlar. Neft və bitumu kükürdlə qarışdırır, bu qatışığı kiçik camlara doldurur və yandırıcı mərmilər hazırlayırdılar. Farslar o dövrdə öz oxlarını bu qatışığa salıb onları yandırıcı edirdilər.

Babilistana hücumdan öncə Əhəmənilər şahı II Kiri (e.ə. VI əsr) küçə döyüşləri zamanı onu gözləyən təhlükələr barədə xəbərdar edərkən, o, belə cavab verir: “ Bizim də qatranımız və kəpitkəmiz az deyil. Biz tez hər yerdə alovlar yayarıq, və rəqibin evlərin damını tutan əsgərləri ya oranı tərk edərlər, yada ki, onunla birlikdə yanarlar”.

Neftlə - “odlu su” ilə Makedoniyalı İsgəndər də maraqlanmışdır. Onun yürüşlərini təsvir etmiş qədim yunan tarixçisi Plutarxın verdiyi məlumatlara görə, eramızdan əvvəl IV əsrdə Makedoniyalı İsgəndərin İrana yürüşü zamanı Girkan (Xəzər) dənizinin sahilində o, müəyyən etmışdi i, yerli əhali (girkanlar, midiyalılar və b. neftlə doldurulmuş fitilli çıraqlardan istifadə edirlər və onun əsgərləri də Abşeron yarımadasından tuluqlarda və gil qablarda daşıdıqları nefti işıqlandırmaq üçün istifadə edirdilər. Bu dövrə Orta Asiyada da neftin mövcudluğu barədə olan məlumatlar aiddir. Orta Asiyadan keçərək Hindistana yürüşü zamanı Fərqanə vadisində “qara yağ” çıxarıldığı ona məlum olmuşdur.

Neftin hərbi işdə tətbiqinin nə dərəcədə inkişaf etdiyinə bu fakt dəlalət gətirir ki: Afrikalı Yulinin (E.ə. 224 - cü il) ensiklopediyasında tərkibində “ maye dağ qatranı (zift)” olan özüyandıran alovun hazırlanmasının resepti verilir.

1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə