Azərbaycan nefti – tarixi baxış Mündəricat: səh




Yüklə 1.75 Mb.
səhifə18/18
tarix22.02.2016
ölçüsü1.75 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   18

1996 -cı il. “Kaspmorneft” üzən yarımdalma qazıma qurğusunda yenidənqurma işləri başa çatdırılmış və “Dədə Qorqud” adı ilə istismara verilmişdir.
1997 -ci il. “Toyota” şirkəti (Yaponiya) benzin və elektriklə işləyən ilk kütləvi “Prius” avtomobili istehsal etmişdir.
1997 -ci il. Parisdə Fransa və Azərbaycan prezidentləri Jak Şirak və Heydər Əliyevin iştirakı ilə “ARDNŞ” və “Elf Aquitane” arasında – “Lənkəran-dəniz” və “Talış-dəniz” perspektiv strukturları üzrə saziş imzalanmışdır.
1997 -ci il. Moskvada “ARDNŞ” və “LUKoyl” arasında Yalama (D-222) sərhəd strukturu üzrə saziş imzalanmışdır.

1997 -ci il. ABŞ-ın iri avtomobil istehsalçıları yenidən yanacaq qismində E85 benzin-etanol qatışığından istifadə etməyə imkan verən avtomobillər istehsal etməyə başladılar. Lakin YDM-lərin əksəriyyətində bu yanacaq növü olmadığı üçün avtosevərlər benzindən istifadə etməyə başladılar.

1997 -ci il. Vaşinqtonda Azərbaycan prezidenti Heydər Əliyev və ABŞ-ın vitse-prezidenti Albert Qorun iştirakı ilə Amerika şirkətləri və “ARDNŞ” arasında “Abşeron”, “Oğuz” və “Naxçıvan” neft strukturları üzrə saziş imzalanmışdır.

1997 -ci il. Romada “Kürdaşı” neft strukturu üzrə “ARDNŞ” və İtaliyanın ”Eni” şirkəti başda olmaqla xarici neft şirkətləri arasında saziş imzalanmışdır.
1997 -ci il. Sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Əsas İxrac Boru Kəməri üzrə Işçi qrup yaradılmışdır.
1997 -ci il. Noyabrın (7) 12-də “Çıraq-1” platformasından ilk neft hasil edilmışdir və noyabrın 12-si respublıkada ümumxalq bayramı kimi qeyd edilmışdır.

1997-ci il. OPEK öıkələri tərəfindən hasilata kvotanın (ölçünün) artırılması və nəticədə təklifin tələbata nisbətən tədricən artması. Neftin qiymətlərinin aşağı düşməsi.
1997 -ci il. Noyabrın 12-də Sanqaçalda 100 min ton tutumu olan neft terminalının tikintisi başa çatmışdır.

1997-ci il. OPEK tərəfindən neft hasilatı həddinin (kvotanın) tədricən artırılması və nəticədə təklifin tələbatı üstələməsi. Neftin qiymətinin aşağı düşməsi.
1997-ci il. Kiotoda (Yaponiya) neft və qaz istehsalına iqtisadi pressinqin güclənməsinə əhəmiyyətli CO2 emissiyanın azaldılması haqqında Beynəlxalq Bəyannamə imzalanmışdır.
1998 -ci il. Martın 24-də AÇG yataqlarından hasil edilmış birinci neft Novorossiyskə yola salınmışdır.

1998 -ci il. Asiya ölkələrində irimiqyaslı iqtisadi böhran.Neftin dünyada qiymətinin enməsi və qiymət təyin etməsinin aşağı səviyyədə saxlanması. Əgər 1996-cı ildə neftin barreli - 20,29 dollar, 1997-ci ildə - 18,68 dollar təşkil etmişdisə, 1998-ci ildə 11 dollar/barrelə enmişdir. Buna səbəb Avropa və Şimali Amerikada qışın mülayim keçməsi, İraqda neft istehsalının artırılması, iqtisadi böhranla əlaqədar Asiya ölkələrində neft istehlakının azalması və digər amillər olmuşdur. Qiymətlərin enməsi Rusiyada irimiqyaslı maliyyə böhranına səbəb olmuşdur. Kiçik şirkətlərin müflisləşməsi, iri şirkətlərin birləşməsi, azdebitli quyuların kütləvi şəkildə bağlanması baş vermişdir. Tarixdə ilk dəfə olaraq OPEС müstəqil neft ixracatçıları ilə neft istehsalını azaltmaq barədə razılığa gəlmişdir.
1998 -ci il. Antarktida rayonunda neft yataqlarının işlənməsinə 50 illik moratorium imzalanmışdır.
1998 -ci il. “Şelf -5” üzən yarımdalma qazma qurğusu yenidən qurulmuş və “İstiqlal” adı ilə istifadəyə verilmişdir.

1998 -ci il. Dünyanın iri neft şirkətlərinin birləşməsi: “British Petrolium” “AMOKO” şirkətini, “Exxon” isə “Mobil” şirkətini əldə etmişdir.
1998 -ci il. Bakıda “ARDNŞ” şirkəti ilə xarici şirkətlər arasında “Kürdaşı” və “Qərbi Qobustan” strukturları üzrə saziş imzalanmışdır.
1998 -ci il. AzNQSDETLİ-nin alimlərinin Azərbaycanın neft və qaz yataqlarının səmərəli işlənməsi sahəsində apardıqları elmi işlərin nəticəsində “Neftçıxarmanın biotexnologiyası” adlı monoqrafiya çapdan çıxmışdır.

1998 -ci il. Oktyabrın 29-da Bakı-Tbilisi-Ceyhan (BTC) Əsas İxrac Boru Kəmərini dəstəkləyən Ankara Bəyannamməsi imzalandı.
1998 -ci il. Uzunluğu 827 km olan Bakı-Supsa neft Qərb ixrac boru kəmərinin (QİBK) tikintisi başa çatdı.
1998 -ci il. Londonda Böyük Britaniyanin baş naziri Toni Bleyerin və Azərbaycanın prezidenti Heydər Əliyevin iştirakı ilə “Araz-Alov-Şərq”, ”İnam” və “Muradxanlı” perspektiv strukturları üzrə xarici şirkətlər ilə “SOCAR” arasında saziş imzalandı.

1998 -ci il. “Kürsəngı-Qarabağlı” strukturları üzrə ”ARDNŞ” və xarici şirkətlər arasında saziş imzalandı.
1998 -ci il. ”Atəşgah – Yanan Tava – Muğan dəniz” strukturları üzrə ”ARDNŞ” ilə yapon şirkətləri arasında saziş imzalandı.
1999 -cu il. Vaşinqtonda “Zəfər-Məşəl”, ”Lerik” və “Padar” strukturları üzrə “ARDNŞ” və xarici şirkətlər arasında saziş imzalandı.
1999-cu il. “Şah-Dəniz” yatağında “İstiqlal” qurğusu ilə ilk axtarış quyusunun qazılması başa çatdı.
1999 -cu il. Vaşinqtonda “Savalan – Dalğa – Lerik dəniz – Cənub” strukturları üzrə “ARDNŞ” və xarici şirkətlər arasında saziş imzalandı.
1999 -cu il. İqtisadiyyatın canlanması, enerjidaşıyıcılarına olan tələbatın artması, neftin qiymətinin yanvarda $10,45/barrel–dən dekabrda $24,75/barrelə qədər yüksəlməsi. Avropada qaz və elektroenergetika bazarlarının genişmiqyaslı liberallaşmasına başlanması. Özəlləşmə və birləşmə proseslərinin güclənməsi. ABŞ-da elektrik və qaz şirkətlərinin birləşməsi (konvergensiyası). Latın Amerikası, Yaxın Şərq və Afrika ölkələrində özəlləşmə proseslərinin və xarici sərmayədarlar üçün neft-qaz sahəsinin açılması meyillərinin gücləınməsi.
1999 -cu il. “bp-Azərbaycan” şirkəti AÇG yataqları üzrə layihənin əməliyyatçısı təyin olunmuşdur.
1999 -cu il. Noyabrın 18-də ATƏT-in İstanbul sammitinin gedişində Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tiflis-Ceyhan Əsas İxrac Boru Kəmərinin tikintisini dəstəkləyən hökumətlərarası Saziş imzaladılar.

1999 -cu il. İri Fransız neft şirkətlərinin: “Total Fina” və “Elf Aquitanie”-nin birləşməsi.

1999-cu il. Anterktida haqqında bütün üzv olkələrin 1991-ci ildə Madriddə imzaladıqları razılığa əsasən imzalanmış, Antarktida neft yataqlarının işlənməsinə qoyulmuş 50 illik moratoriya qüvvəyə minir. İndi bu ölkələrin sayı 46-dır və onlardan 28 məsləhətçi tərəflərdir.

2000 -ci il. “Şah-Dəniz” qazkondensat yatağında 2-ci axtarış quyusunun qazılması nəticəsində iri təbii qaz və kondensat ehtiyatları aşkar edildi.
2000 -ci il. Bakıda “Kəlaməddin-Mişovdağ” strukturu üzrə “Moncrief” (Böyük Britaniya) və “ARDNŞ” şirkətləri arasında saziş imzalandı.
2000 -ci il. “Azneftyağ” NEZ-də Avstriyanın “Perner” firmasının texnologiyası əsasında müasir bitum qurğusu istifadəyə verilmışdır.
2000 -ci il. Səudiyyə Ərəbistanı və ABŞ-dan sonra Rusiya neft istehsalına görə dünyada 3-cü yerə çıxdı. Dünya neftinin hasilatında : Səudiyyə Ərəbistanının payı -12%, ABŞ - 10% , Rusiya – 9,1% təşkil edir. Müqaisə üçün demək olar ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən 1973-cü ildə SSRİ dünya neftinin 15%-ni istehsal etmişdir. ABŞ idxal olunan neftin çox hissəsini Kanada, Səudiyyə Ərəbistanı, Venesuela, Meksika və Nigeriyadan alırdı.
2000 -ci il. Yeni özüqalxan “Qurtuluş” qazma qurğusu istifadəyə verilmişdir.
2000 -ci il. ƏİBK BTC üzrə Hökumətlərarası Sazişlər Azərbaycan, Türkiyə və Gürcüstan parlamentləri tərəfindən ratifikasıya edilmışdır.
2001 -ci il. Bakıda Rusiya prezidentinin Azərbaycana səfəri zamanı “Zığ-Hövsan” strukturu üzrə “LUKoil” ilə “SOCAR” şirkətləri arasında neft sazişi imzalandı.
2001 -ci il. May ayında Azərbaycan Respublikasının Milli Məclisi Cənubi Qafqaz Qaz Boru Kəməri layihəsi üzrə Hökumətlərarası Sazişi ratifikasiya etmişdir.
2001 -ci il. Avqustun 30-da «Əsrin müqaviləsi” iştirakçıları tərəfindən Azəri, Çiraq və Günəşli (ACG) yataqları üzrə Faza 1 Layihəsinə start verildi.
2001 -ci il. Sentyabrın 11-də Nyu-Yorka və Vaşinqtona terrorçuların hücumları. Neftin qiymətinin aşağı düşməsi sezilir. Az sonra “Əl-Qaidən”nin liderləri öz tərəfdarlarına neft mədənlərini hədəfə çevirməyə çağırış etdilər. Bu səpgidən olan teraktlar 2002-ci ildə baş vermişdi.
2002 -ci il. Bakıda “BTC Ko” şirkəti təsis edilmışdir.

2002 -ci il. Dünya neft təcrübəsində ilk dəfə professor Əlıməmməd Şabanov neft laylarının sulaşmasının həddini təyin etmək üçün kimyəvi sensorlar və spinlər – damğalı üzvi birləşmələr tətbiq etmişdir.

2002 -ci il. Alternativ yanacaqda işləyən avtomobillərin kütləvi şəkildə satılması başlandı.
2002 -ci il. ABŞ-ın nəhəng neft şirkətləri olan “Conoco” və “Phillips” birləşdi.
2002 -ci il. “Prestige” tankeri İspaniya sahilində qəzaya uğrayır -dənizə 1989 ildə “Exxon Valdez”-dən tökülən neftdən daha çox tökülür.

2002 -ci il. Ümummilli tətillər nəticəsində Venesuela kəskin surətdə neftin ixracını azaltdı. ABŞ-ın Enerji Məlumatları İdarəsinin məlumatlarına görə 2001-ci ilə qədər ABŞ üçün əsas neft ixracatcısı Səüdiyyə Ərəbistan idi. 2002-ci ildə isə ABŞ üçün ən böyük neft ixracacısı Kanada olmuşdur ( gündə 1 926 min barrel). ABŞ-a ən böyük neft ixracatcıları onluğuna Kanadadan başqa bu ölkələr də daxildir - Səüdiyyə Ərəbistan (1 525 min barrel), Meksika (1 510 min), Venesuela (1 439 min), Nigeriya (591 min), Böyük Britaniya (483 min), İraq (449 min barel), Norvec (393 min), Anqola (327 min) və Əlcəzair (272 min) .
2002 -ci il. May ayında Cənubi Qafqaz Qaz Boru Kəməri Layihəsi üzrə Türkiyə və Azərbaycan arasında bağlanmış Hökumətlərarası Saziş Türkiyə parlamenti tərəfindən ratifikasiya edilmişdir.
2002 -ci il. Xəzərin istənilən dərinliyini fəth etməyə qadir olan “Heydər Əliyev” üzən qazma qurğusu istismara verildi.
2002 -ci il. AÇG Faza 2 və BTC layihələrinin tikintisinə sanksiya verilmişdir.
2003 -cü il. Əsas İxrac Boru Kəməri BTC obyektlərinin tikintisi başladı. İyulun 25-də Səngəçal terminalında BTC boru xəttinin ilk borusu torpağa basdırılmışdır.
2003 -cü il. ABŞ İraqla müharibəyə başladı, nəticədə dünya bazarına çıxarılan neftin gündəlik həcmi 1 milyon barel azaldı. Dünya neftinin qiymətləri xeyli artmış oldu – 1 barel 30 dollar. Əsas səbəb kimi İraq müharibəsi ilə yanaşı Venesuelada baş verən tətilləri və Meksika körfəzində tüğyan etmiş dağıdıcı qasırğanı da aid etmək olar.
2003 -cü il. ABŞ-ın bir sıra ştatları avtomobil parkının etanola keçirilməsi proqramını həyata keçirməyə başlayırlar.
2003 -cü il. «bp” şirkəti Rusiyanın böyük neft şirkəti TNK-nın 50%-ni əldə etdi.

2003 -cü il. ABŞ senatı Alyaskanın ən iri qoruğu ərazisində neft işləmələrinin başlanması təklifini rədd etmişdir.
2004 -cü il. Fevralın 3-də BTC tərəfdərları dünyanın 25-dən yuxarı aparıcı bank və kredit təşkilatının iştirakı ilə boru xəttinin tikintisinin maliyyələşdirilməsinə dair sənədlər paketi imzaladılar.
2004 -cü il. ARDNŞ və «Nobi Skay Ltd» arasında “Qaraçuxur” yatağının kəşfiyyatı və işlənməsi ilə bağlı neft sazişi bağlanılır.
2004 -cü il. Qazaxstan nefti ilə dolu “ Heydər Əliyev” tankeri Aktaudan Bakıya çatır.
2004 -cü il. Noyabr ayında Xəzərdə neft hasilatının 55 illiyinə hərs olunmuş və “Neft daşları” yatağında keçirilmış bayramda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev iştirak etmişdir.
2004 -cü il. “AzEN Oil» və ARDNŞ arasında “Binəqədi” strukturu ilə bağlı neft sazişi bağlanılır.
2004 -ci il. “Caspian Energy Group” və ARDNŞ arasında “Kürovdaq” yatağının strukturu ilə bağlı neft sazişi bağlanlıır.

2004-cü il. Neft qiymətləri rekord səviyyəyə çataraq 40 dollardan yuxarı qalxmışdır. ABŞ-ın İraqda olan problemləri, eləcə də Asiyada, xüsusilə tarixdə ilk dəfə neft idxalına başlayan Çində, neft məhsullarının sərf edilməsinin artması əsas amillər sayılır.
2004-cü il. Dekabrın 12 - də “Mərkəzi Azəri” sahəsindən ilk neft hasil edilmışdir.
2004-cü il. Xəzər borukəməri konsorsiumunun birinci hissəsi işə düşür. Layihənin məqsədi – Qərbi Qazaxıstanın neft yataqlarını Rusiyanın Qara dəniz sahilləri ilə birləşdirməkdir.
2004-cü il. Neftin dünya qiymətləri 80%, ABŞ-da benzinin qiyməti 30%, dizel yanacağının – 50% artmışdır. Amerikanın etanol istehsalçıları rekord miqdarda spirt istehsal edirlər. İri neft şirkətləri xüsusiləşdirilmış spirt və biodizel yanacağı istehsal edən şirkətlərə sərmayə qoymağa başlayırlar.
2005-ci il. Xəzər hövzəsində analoqu olmayan yeni texnologiyanın tətbiqi - dənizin 200-275 metr dərinldiklərində suyun altından laylara suvurma üçün qurğunun tikintisi işlərinə başlanılıb.

2005 -ci il. Akademik Azad Mirzəcanzadənin rəhbərliyi ilə Beynəlxalq Şərq Neft Akademiyası tərəfindən”Neft və qaz yataqlarının işlənməsi üçün nano texnologiyaların işlənməsi” və “Neftçıxarma sistemləri üçün nano texnologiyaların işlənməsi” mövzularında elmi-tədqiqat işləri yerinə yetirilmişdir və “Qum adası” NQÇİ-də tətbiqinə başlanılmışdır.
2005 ci il. Heydər Əliyev adına Neft Emalı Zavodu ilə ABŞ-ın UOP şirkəti arasında məhsuldarlığı 300 min ton/il olan ''Alkilen'' (alkilləşmə) və məhsuldarlığı 130 min ton/il olan ''Oksipro'' qurğularının alınması barədə müqavilə imzalanmışdır.
2005 -ci il. Mayın 25-də H. Əliyev adına ВТС ƏİBK-nın Azərbaycan hissəsi istifadəyə verilir və kəmərə ixrac neftin vurulmasının birinci mərhələsi həyata keçirilir.
2005- ci il. Oktyabrın 12-də Heydər Əliyev adına BTC Əsas İxrac Boru Kəmərinin Gürcüstan hissəsi istifadəyə verilmişdir.
2005 -ci il. Bakıda VIII Beynəlxalq “ Enerji, ekologiya, qənayət” konqresi açılır.
2005 -ci il. “Baki Fəhləsi” maşınqayırma neft zavodunu 105 yaşı tamam olur.
2005 -ci il. UNESKO-nun qərarılə bu il Yüsif Məmmədəliyevin ili elan edilib. Görkəmli kimyaçı, Qələbə yanacağının ixtiraçısı -İkinci Dünya Müharibəsində faşizmın darmadağın edilməsində böyük rol oynayıbdır.
2005 -ci il. “Rafi Oil” və ARDNŞ arasında “Suraxani” yatağının strukturu barədə neft sazişi bağlanılır.
2005 -ci il. Qərbi Azəri sahəsindən ilk neft hasil edilmışdir.
2005-2008-ci illər. Neftin qiyməti dünya bazarinda 1 barelə 120 dollara qədər yüksəlir.
2006 -cı il. ACG Layihəsində Faza 2 üzrə neft hasilatına start verildi.
2006 -cı il. “Şah Dəniz” yatağinda TPG 500 platformasından istismara verilmiş SDA-01 quyusundan gündəlik qaz hasilatı 5,6 milyon kubmetr, kondensat hasilatı isə 2,5 min ton olan ilk məhsul istehsalına başlandı.

2006 -cı il. Zıx-Qovsan neftli bloku üzrə ARDNŞ и « Rusneft» arasında reabilitasiya, işlənmə və məhsulların pay bölgüsü üzrə neft sazişi bağlanılır.
2006 -cı il. Iyulun 13 –də Heydər Əliyev adına BTC ƏİBK istifadəyə verildi.
2006 -cı il. Oktyabrın 22-də Şərqi Azəri sahəsindən ilk neft hasil edilmişdir.
2006 -cı il. “ŞOCAR” Gürcüstanda illik gücü 10 mln.ton olan Qara dəniz sahilində yerləşən Kulevi neft terminalını almışdır.
2006 -cı il. Nigeriyadakı çaxnaşmalar neftin ixracının gündə 0,4 mln. barrel azalmaslna səbəb oldu. Müqayisə üçün 2005 –ci ildə OPEC ölkələri gündə 29.9 mln. barrel neft istehsal edirdilər, dıgər neft hasil edən ölkələr isə - 50.1 mln.barrel.

2006 -cı il. Anqola, Ekvador və Sudan OPEC -ə girmək arzusunda olduqlarini bildirirlər.
2006 -cı il. Sankt-Peterburq dövlət dəniz texniki universitetinin fəxri doktoru, Rusiya mühəndislər akademiyasının əcnəbi üzvü, Ukrayna nəqliyyat akademiyasının həqiqi üzvü, Beynəlxalq mühəndislər akademiyasının müxbir üzvü R. N. Qarayevin “ Neft-qaz sənayesinin üzən qurğuları” adlı elmi kitabı nəşr olunub.

2006 -cı il. Azərbaycanda ilk dəfə 32 milyon ton neft hasil edilib.
2007 -ci il. Neftin qiymətləri inflyasiyanı nəzərə almaqla 1973-cü ilin həddini ötüb keçir. Əsas səbəb İraqda hökm sürən qeyri-sabitlik, İran nüvə böhranı, həmçinin neft istehlakının artmasıdır.
2007 -ci il. Ekvador və Anqola OPEC -ə daxil olurlar. Beləliklə OPEC-də olan 13 ölkə aşağıdakılardır: Anqola, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Ekvador, Əlcəzair, İndoneziya, İrak, İran, Küveyt, Qətər, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı və Venesuela.
2007 -ci il. “Şah Dəniz” yatağında Xəzərdə ən dərin -7300m olan kəşfiyyat quyusu uğurla başa çatdırılmış və yeni məhsuldar qat açılmışdır.
2007- ci il. “ Şahdəniz” qazı Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olmuşdur.
2007 -ci il. Dövlət Neft Şirkəti ilə ''Palmali'' Şirkətlər Qrupu arasında daşınma xidmətləri üzrə müqavilə imzalanmışdır.
2007 -ci il. “İnam” perspektiv strukturunda kəşfiyyat - qazma işlərinə başlanmışdır.
2007 -ci il. Bakıda “Xəzər Dənizin sabit inkişafi Strategiyası” mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir.
2007 -ci il. Gürcüstanda ARDNŞ-ə məxsus «SOCAR- Georgiya» MMM yaradılıb və fəaliyyət göstərir.
2007 -ci il. Azərbaycanda 42 milyon tondan artiq neft hasil edilmışdir.
2007 -ci il. Türkiyənin “Petkim” şirkətinin 51 faizlik nəzarət-səhm paketi “Socar&Turcas-Injaz” Ortaqlığına verilmişdir.
2008 -ci il. Heydər Əliyev adına Ceyhan terminalında “Heydər Əliyev” tankerinin azərbaycan nefti ilə yüklənməsi mərasimi keçirilmişdir.
2008 -ci il. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Bakı şəhərində Neft muzeyinin yaradılması haqqında Sərəncam imzalamışdır.
2008 -ci il. Aprelin 22-də ACG Layihəsi çərçivəsində Faza 3 üzrə dərinsulu Günəşli yatağından neft hasilatına başlanılır.
2008 -ci il. ARDNŞ ilə Fransanın “Total E&P Activities Petrolieres” şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın Pay Bölgüsü haqqında Sazişin əsas kommersiya prinsipləri və müddəaları haqqında Saziş” imzalanmışdır.
2008 -ci il. ARDNŞ Bakı şəhərində Neft Muzeyinin yaradılması ilə əlaqədar dizayn-layihə konsepsiyası üzrə beynəlxalq müsabiqə elan edib.

2008 -ci il. ARDNŞ-nin Gürcüstanda ilk yanacaqdoldurma məntəqə kompleksinin açılışı keçirilib.
2008 -ci il. ARDNŞ-nin Gürcüstanda aldığı Kulevi Qara Dəniz Terminalının təmirdən sonra açılışı olmuşdur.
2008 –ci il. İndoneziya OPEK-in tərkibindən cıxır. Buna səbəb siyasi amillər deyil, iqtisadi məntiqlər olmuşdur. Böyük neft ehtiyatlarına baxmayaraq İndoneziya çoxdan neft ixrac edən ölkədən onu idxal edən ölkəyə çevrilmışdir.
2008 –ci il. OPEK-ə daxil olmaq barədə Boliviya, Sudan və Suriya öz məramlarini bildirmişlər.
2008 -ci il. İyulun 11-də dünya bazarinda 1 barrel neftin qiyməti rekord həddə - 147 dollara qədər yüksəlir və bundan sonra enməyə başlayır.
2008 -ci il. “Palmali” və “SOCAR” 520 milyon dollara Türkiyənin “Tekfen İnshaat” tikinti şirkətinin 50% səhmlərini almışlar.

2008 -ci il. Bakıda “Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya. Əməkdaşlığın strategiyası” mövzusunda beynəlxalq konfrans keçirilmışdir.
2008 -ci il. Noyabrın 14-də Bakı şəhərində Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında “Transxəzər layihəsinin gerçəkləşdirilməsinin əsas prinsipləri haqqında Saziş” imzalanmışdır.
2008 -ci il. Dekabrın 25-də Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun təməlinin qoyulmasının 30-cu ildönümünə həsr olunmuş yubiley mərasimi keçirilmışdir.
2008 -ci il. Azərbaycanda 44,5 mln. ton neft və 22,9 mlrd. kub metr qaz istehsal olunmuşdur.
2009-сu il. Mart ayının əvvəlində Bakıda ARDNŞ-nin Ortaq neft şirkəti və “Total E & P Abşeron Bi.Vi” arasında “Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazış” imzalanmışdır. (1997-ci ilin avqustun 1-də ARDNŞ, “Şevron” və “Total” şirkətlərinin iştirak payı ilə imzalanmış sazişə 2003-cü ildə xitam verilmişdi).
2009-сu il. Aprelin 9-da ARDNŞ-də İsveçin «Tyco Thermal Controls» şirkəti tərəfindən hazırlanmış neft quyularının, borularının və rezervuarlarının qizdırılmasının yeni texnologiyası təqdim edilmışdir

2009-cu il. Rusiyada həmyerlimiz, Sankt-Peterburq dövlət dəniz texniki universitetinin fəxri doktoru, Rusiya mühəndislər akademiyasının əcnəbi üzvü, Ukrayna nəqliyyat akademiyasının həqiqi üzvü, Beynəlxalq mühəndislər akademiyasının müxbir üzvü R.N.Qarayevin V.N.Razuvayevin və A.S. Portnoyun həmmüəllifləri olduğu “Okean texnikası və şelfdə dəniz əməliyyatları” adlı kitabı çapdan çıxmışdır və Rusiya gəmiqayırma və okean texnikası ( okean texnikası – kontinental şelfdə elmi-tədqiqat və texnoloji-istehsal əməliyyatları həyata keçirən gəmilərin və üzən texniki vasitələrin birgə öyrənilməsi üzrə elmdir) sahəsində ali təhsil ocaqlqrı üçün Rusiya təhsil və elm nazirliyi tərəfindən təsdiq edilmışdir. Bu qeyri-adi dərslik, dəniz ədəbiyyatında analoqu olmayan, azərbaycan neftçilərinin pioner olduqları dəniz şelfində neft-qaz əməliyyatları aparılmasına başlandığı dövrdən bugünə qədərki dövrə qədər olan dəniz qurğuları və texnologiyaları barədə bir ensiklopediyadır. Bu Rusiyada çap olunmuş, dəniz şelfində neft yataqlarının işlənməsi ilə əlaqədar öz peşəkar fəaliyyətlərini davam etdirəcək gələcək dəniz mühəndisləri üçün ilk nəşrdir.

2009-cu il. ARDNŞ-nin və Qlobal Qaz Emissiyaları üzrə Əməkdaşlıq Təşkilatının (GGFR) təşəbbüsü ilə Bakıda “Qlobal iqlim dəyişmələri ilə bağlı Azərbaycanda istilik effekti yaradan qazların idarə edilməsi” mövzusunda elmi-texniki konfrans keçirilmişdir.

2009-cu il. Son 28 ildə ilk dəfə ARDNŞ kənardan kömək olmadan iri qaz-kondensat yatağı olan “Ümid”in işlənməsinə başlamışdır. Belə güman edilir ki, “Ümid” yatağı tezliklə “Günəşli” yatağı ilə rəqabət aparmaq gücünə malik olacaqdır. Burada inşa edilmış “Ümid-1” dərin özülü 6400 m dıərinliyində 6 qaz quyusunun qazılmasını nəzərdə tutur.

2009-cu il. ARDNŞ və DB Petroleum şirkəti (BƏƏ) quru sahəsində yerləşən Buzovna-Maştağa yatağının işlənməsi üzrə “prodakşn-şerinq” (PSA) tipli saziş imzalamışlar.
2009- cu uil. İyunun 29 - da Bakıda ARDNŞ ilə Rusiyanın “Qazprom” şirkəti arasında 1 yanvar 2010- cu ildən 500 mln. kub metr azərbaycan qazının göndərilməsi barədə (növbəti illərdə bu həcmin artması şərt ilə) saziş imzalanmışdır.

2009-cu il. ARDNŞ ilə ABŞ Ticarət və İnkişaf Agentliyi arasında Müasir Tullantı Mərkəzinin yaradılması məqsədilə Qrant Sazişi imzalanmışdır.

2009-cu il. Bakıda 15 sentyabrda “Dünya qaz sənayesinin infrastrukturu – 2009 – Xəzər regionu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

2009-cu il. 20 sentyabrda Bakıda Nobellərin neft sənayesində fəaliyyətə rəsmi başlamalarının (“Branobel” şirkətinin yaranmasının) 130 illiyi, Bakıda “Emmanuil Nobel” mükafatının təsis edilməsinin 105 illiyi qeyd olunmuşdur.

2009-cu il. ARDNŞ-KMS alyansına məxsus “Araz” və “Xudafərin” neftdaşıma gəmiləri Bakıya gətirilmışdir.
2009-cu il. 22 dekabrda Bakıda ARDNŞ-lə Bahar Energy Limited şirkəti arasında Xəzər dənizinin azərbaycan sektorunda yerləşən “Bahar” və “Qum dəniz” dəniz yataqlarının kəşfiyyatı, bərpası, işlənməsi və hasilatı üzrə PSA (hasilatın pay bölgüsü) sazişi imzalanmışdır.

2010-cu il. Yanvarın 13-də Bakıda ARDNŞ ilə İran Milli Qaz İxrac Şirkəti arasında İranın şimal bölgəsinə gün ərzində 1,0-1,2 mln. kub m Azərbaycan qazının ötürülməsi barədə qısamüddətli saziş imzalanmışdır.

İstifadə olunmuş ədəbiyyat:
1. Мир-Бабаев M.Ф. Краткая история азербайджанской нефти. Баку. Азернешр, 2007.

2. Султанов Ч.А. Нефть. Том I. Издательство «Нафта-Пресс». Баку, 2000.

3. Bayramov B.V. Neft Daşları – Tufanlar qoynunda həyat. Bakı, “Təhsil”, 2007.

4. Мирзоев М.А. Имена на картах Каспия. Санкт-Петербург, «Недра», 1992.

5. Дэниел Ергин. Добыча. Москва, Издательство «ДеНово», 1999.

6. Süleymanov M. Eşitdiklərim, oxuduqlarım, gördüklərim ... Bakı, “Azərbaycan” nəşriyyatı, 1996.

7. Рахшанлы Р. Герр доктор Ханларов. Баку, «Адилоглы», 2007.

8. İbrahimov A. Sualtı dünya. Bakı, “Ozan”, 2005.

9. Mirzəyev M., Mirzəliyev C. “Qara qızıl” ağ səadət rəngində. Bakı, “Azərbaycan” nəşriyyatı, 2001.

10.Мир-Бабаев M.Ф. Владимир Шухов – «Бакинский Альфред Нобель», газета «Вышка», 3.10.2008

11.Мир-Бабаев M.Ф. Вклад братьев Ротшильд в Азербайджанское нефтяное дело, газета «Вышка», 31.10.2008-7.11.2008.

12. Мир-Бабаев M.Ф. Первые нефтяные месторождения Азербайджана – колодцы, газета «Вышка», 28.11.2008-19.12.2008.

13. Манафов Ш. Статья о музее нефти в НИИ техники безопасности, журнал «Каспий», 25.07.2008.

14. Караев Р.Н. и др. Отечественный нефтегазопромысловый флот: История развития, роль современного комппьютерного моделирования, журнал «Морской вестник», №3 (27), 2008.

15. Джафаров К.И., Джафаров А.К. История керосинового дела, Москва, ООО «ВНИИОЭНГ», 2006.

16. Алили Э. «Нефть на Абшероне добывали с древних времён», газета «Вышка», 06.08.2004 г.

17. Джафаров А.К., Джафаров К.И. Бибиэйбат – музей под открытым небом, газета «Вышка», 20-26.06.2008 г.

18. Мир-Бабаев М. Ф. Неизвестные Нобелевские премии, газета «Вышка», 13.06.2008 г.

19. Əliyev H.Ə. Azərbaycan nefti dünya siyasətində, IV-V kitablar, Azərnəşr, 1997 –ci il.

20. Рунов В.А., Седых А.Д. Сабит Оруджев, ИСТ-ФАКТ, Москва, 2002.

21. Бахрамов Дж. Экономическая и идеологическая диверсия , Ethno Globus, статья из Интернета от 23 мая 2008 г.

22. Сивков А. Мировая борьба за нефть, РИО Морских сил РККФ, Ленинград, 1926 г.

23. Иностранные капиталы в нефтяном деле, журнал «Нефтяное дело», № 7, 1899 г.

24. Dövlət Müdriklik məktəbi, Çaşıoğlu, Bakı, 2000-ci il.

25. Р.Тагдиси. Нефть на Абшероне: Как это начиналось, газета «Вышка», от 6 февраля 1998 г.

26. В.А.Самедов. Нефть и экономика России 80-90-е годы ХIХ века, Баку, «Элм», 1988 г.

27. К.И.Джафаров, А.К. Джафаров. Премия за труды или изобретения, связанные с нефтяным делом. Статья с Интернет сайта.

28. К.И. Джафаров, Ф.К. Джафаров. Товарищество нефтяного производства братьев Нобель, Статья из Интернет сайта.


29. Мирзоев Х.И. Из истории поисков нефти в Азербайджане, «Маариф», Баку, 1970 г.

30. С.М. Лисичкин. Очерки по истории развития отечественной нефтяной промышленности. Дореволюционный период. Гостоптехиздат, Москва, 1954 г.

31. Dövlət Müdriklik məktəbi, Çaşıoğlu, Bakı, 2000-ci il.

32. Mirzəyev M., Mirzəliyev.C. Neft haqqında nə bilirsiniz? Bakı -“MBM” MMC-2005.


33. Nazim Rza İsrafiloğlu. Neft. Qlobal münaqışələr mənbəyi. Bakı, “Şərq-Oərb” nəşriyyatı, 2009.









1   ...   10   11   12   13   14   15   16   17   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə