Azərbaycan nefti – tarixi baxış Mündəricat: səh




Yüklə 1.75 Mb.
səhifə17/18
tarix22.02.2016
ölçüsü1.75 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   18

1963-cü il. “Azərneftin” şöbə rəisi M.Əliyevin rəhbərliyi altında sovet geoloq və neftçilərinin böyük qrupu Kuba adasında neft və qaz strukturlarının axtarışına başlayırlar.

1963 -cü il. “Saut Penn” və “Zapata” şirkətlərinin birləşməsindən “Pennzoyl” (ABŞ) neft şirkəti yaradılmlşdır.
1964 -cü il. Şimal dənizində axtarış və kəşfiyyat işləri başlanılır.
1964 -cü il. “Kimya” və “Yeraltı sərvətlər” Moskva nəşriyyatları yaranır.
1964-cü il. O dövr üçün nəhəng olan və SSRİ-dən neftin Şərqi Avropa ölkəıəri – Polşaya və ADR (Almaniya Demokratik Respublikası) ötürülməsini təmin edən “Dostluq” neft kəməri istifadəyə verilmışdir.
1964 -cü il. Mayeləşdirilmiş qazın qitələrarası müntəzəm təchizatı başlanılır.
1965 -ci il. SSRİ Qaz sənayesi nazirliyi yaranır.
1965 -ci il. Kazanda Tatarıstanın elmi - tədqiqat institutunun şöbəsinin əsasında “Karbohidrogen xammal ehtiyatları üzrə Ümumittifaq Elmi- tədqiqat İnstitutu” yaranır.
1965 -ci il. SSRİ-də ilk dəfə Azərbaycan Respublikasının Elmlər Akademiyasının tərkibində xüsusi Aşqarlar kimyası institutu yaradılır.
1965 -ci il. Yük qaldırma qabilliyyəti 250 ton olan, özü hərəkət edən kran gəmisı “KOROĞLU” inşa edilir və istismara verilir. Bu kran-gəmisi dənizin su qatının 100 metr dərinliyində iribloklu özüllərin quraşdırılmasına imkan verir.
1965 -ci il. Sibirdə (Rusiya) dünyanın ən iri yataqları sırasına daxil olan nəhəng neft yatağı-“Samotlor” aşkar olunur. Onun sənaye əhəmiyyətli başlanğıc neft ehtiyatları 47 mlrd. kub m-dən çox hesablanıb.
1966 -cı il. Kürsəngidə yeni neft və qaz yatağı aşkar edilir.
1966 -cı il. Orenburq (Rusiya) qaz- kondensant yatağında ilk qaz fontanı vurur.
1966 -cı il. Buxara- Ural мagistral qaz kəməri istismara buraxılır.
1966-cı il. SSRİ-də ilk dəfə neft laylarına istiliklə təsir üsulları Bakıda yerləşən Ümumittifaq Qaz Sənayesi Elmi-Tədqiqat və Layihə institutunun (1991-ci ildən – AzNQSDETLİ) alimləri tərəfindən təklif olunur.
1966 -cı il. “AMOKO” şirkəti (ABŞ) Şimal dənizinin ingilis sektorunda ilk təbii qaz yatağını kəşf edib.
1967 -ci il. İsrail və ərəb ölkələri ittifaqı arasında 6 günlük müharibə. Səudiyyə Ərəbistanı “Aramko”nu ABŞ və Böyük Britaniyaya neft təchizatına embarqo qoymağa məcbur edir. Üçüncü neft böhranı. Neftin dünya bazarına çıxarlması 2 ay ərzində gündə 2 mılyon barrel azaldılır. Neftin dünya qiyməti təqribən 20% artdı.
1968 -ci il. Alyaska ştatının (ABŞ) ərazisində böyük neft yataqları tapılır. Beləki, avqust ayında “Pradho-Bey” neft-qaz yatağının açılması barədə elan olunur. Bu yatağın çıxarıla bilən neft ehtiyatı 10 mlrd. bareldən çoxdur (təqribən 1,6 mlrd. t).
1968 -ci il. Xəzər dənizində ilk dəfə qazma işləri aparmaq üçün Özüqalxan qazıma qurğusundan (ÖQQQ) istifadə olunur.

1968 -ci il. Nadım – Uxta - Torjok ilk Sibir magistral qaz kəməri işə salınır.

1968 -ci il. Neft və qaz sənayesində ən yaxşı elmi tədqiqat, layihə və konstruktor işinə görə İ. Qubkin adına mükafat verilməyə başlanılır.
1968 -ci il. Xəzər dənizində ilk dəfə qazma işləri aparmaq üçün Özüqalxan qazıma qurğusundan (ÖQQQ) istifadə olunur.

1968 -ci il. Nadım – Uxta - Torjok ilk Sibir magistral qaz kəməri işə salınır.

1968 -ci il. Neft və qaz sənayesində ən yaxşı elmi tədqiqat, layihə və konstruktor işinə görə İ. Qubkin adına mükafat verilməyə başlanılır.
1968-1969-cu illər. Xəzər dənizinin Azərbaycan sektorunda yeni dəniz neft-qaz-kondensat yataqlarının - “Bahar” (1968-ci il), “Xarə-zirə” və “Səngəçal – Duvannı-dəniz”in (1969-cu il) kəşvi və işlənilməsi.

1969 -cu il. Azərbaycanın neft mədənlərinin avtomatlaşdırılması sistemlərinin və kompleks vasitələrinin yaradılması və geniş tətbiqinə görə azərbaycan alimləri qrupuna SSRİ Dövlət mükafatı verilir.
1969 -cu il. Neftin tökülməsi nəticəsində ilk böyük ekoloji fəlakət. Buna səbəb Kaliforniyanın (Santa-Barbara) sahilinə yaxın neft hasil edən platformada baş verən qəza olmuşdur.

1969 -cu il. Qərbi Sibirdə nəhəng Samotlor yatağınin işlənməyə daxil edilməsi.
1969 -cu il. Şimal dənizində “AMOKO” (ABŞ) şirkətinin neft yatağını açması. Onun sənaye işlənilməsinə 1975-ci ildə başlanılıb.
1969 -cu il. Liviyada Muammar Kaddafi hakimiyyətə gəlir. Liviyanın neft sənayesinin milliləşdirilməsi.
1970 -ci il. Liviyada M. Kaddafi hakimiyyətə gəldikdən sonra (1969-cu il) xarici şirkətlər ölkədən “sıxışdırılib” çıxarılır.
1970 -ci il. XI Beynəlxalq Qaz Konqresi keçirilir. Razılıq əsasında neftin qiymətinin artması haqqında saziş əldə edilir. Liviya, Səudiyyə Ərəbistanı, Əlcəzair və İraq neftin qiymətini 2.55 dollardan 3.45 dollara (1 barrel) qaldırmağa razılaşırlar.
1971 -ci il. Azərbaycanın neft ehtiyatlarının sənaye işlənilməsindən bəri neftin birinci milyard tonu hasil olunur.

1971 -ci il. VIII Dünya Neft Konqresi keçirilir.
1972-ci il. Azərbaycanda “Neft Daşları”nda İsrafil Hüseynovun briqadası tərəfindən quyu dibindən 2040 m kənara maili quyu qazılır ki, bu da o dövrdə dünya rekordu idi.
1972 -ci il. ABŞ-da “Esso” və “Standard” neft şirkətlərinin əsasında “Eksson” şirkəti yaradılmışdır.

1973 -cü il. Ərəb neft qadağası (embarqosu). Yəhudi bayramı Yom Kipur (Hüzn günü) ərəfəsində SSRİ-nin dəstəyi ilə Suriya və Misir qoşunları İsrailə hücum etmişlər. İsrail ABŞ-a yardım üçün müraciət edir və razılıq alır. Cavab olaraq ərəb ölkələri – neft ixracatçıları qərara gəlirlər: neftin qiymətini 70% artırırlar, hər ay hasilatı 5% aşağı salırlar və İsraili dəstəkləyən ölkələrə - ABŞ, Hollandiya, Portuqaliya, CAR və Rodeziyaya (indiki Zimbabve) neftin ixracını tam dayandırırlar. Neftin ixracı gündə 2,6 mln. barel azaldırlar, 6 ay ərzində neft çatışmazlığı hökm sürür. Nəticədə neftin dünya qiymətləri 2,90 ABŞ dollarından 11,65 ABŞ dollarınadək artır. ABŞ-da avtomobil benzininin qiyməti 4 dəfə artır. ABŞ neftin qənaətlə işlədilməsi istiqamətində ciddi tədbirlər görür. Beləki, bütün YDM-ləri bazar günləri işləmirdi, bir maşına yalnız 10 qallon ( 40 litr) doldurmaq olardı. Avropa dövlətləri və ABŞ alternativ enerji mənbələri axtarmaq üçün geniş miqyaslı elmi axtarışlara başlayırlar. 20 il ərzində ilk dəfə neftə olan tələbat hasilatı üstələyir. Dördüncü neft böhranı.
1973 -cü il. SSRİ-də Qərbi Sibirdən Avropaya illik gücü 22 mlyd. kub m olan qaz boru xəttinin tikintisi başa çatdırılır.
1973 -cü il. ABŞ Alyaskadan neft boru kəməri çəkilməsi barədə qərar qəbul edir.
1974 -cü il. ABŞ-da etanolun avtomobil qismində istifadə olunmasında biznesin və əhalinin maraqlı olmasını artırmaq məqsədilə ilk qanun qəbul olunur. Buna səbəb 1973-cü ildə ərəb ölkələri - neft ixracatçıları tərəfindən ABŞ-a, Yaponiyaya və Qərbi Avropaya neft göndərilməsinə qoyulmuş qadağa idi ki, buna görədə benzinin qiyməti beş dəfə artmış oldu.

1974 -cü il. Ərəb neftinin qadağası götürülür.
1974 -cü il. Sovet neftinin xaricə ixracını iki dəfə artıran “Dostluq-2” boru kəməri istismara veilir.
1974 -cü il. Beynəlxalq Enerji Agentliyi təsis olunub.
1974-1975-ci illər. Şımali Amerika və Qərbi Avropa ölkələri ağır iqtisadi böhran dövrünə qədəm qoydular. Öz növbəsində SSRİ neftin satışından çox böyük gəlirlər əldə etdi (dünya bazarında satılan neftin 15% onun payına düşürdü). Bu isə nəinki iqtisadiyyatı sabitləşdirməyə imkan verdi, eyni zamanda hərbi quruculuqda iri miqyaslı proqramların həyata keçirilməsinə və Afrikada, Asiyada və Yaxın Şərqdə olan “dost” ölkələrin rejimlərini və hərəkatları dəstəkləməyə imkan verdi. Böhran göstərdi ki, dünya iqtisadiyyatı üçün neft dollar qədər vacibdir.
1974-1976 -cı illər. Səudiyyə Ərəbistanı “Aramco”nu mərhələlərlə milliləşdirir.
1975 -ci il. ABŞ Konqresi gələcəkdə iqtisadiyyatın neftdən asılılığını azaltmaq məqsədilə strateji neft ehtiyatı yaratmaq barədə qərar qəbul edir. Bundan əlavə, ABŞ-da və bir çox digər ölkələrdə ilk dəfə olaraq enerjiyə qənaət məqsədilə sərt qaydalar qəbul olundu – məsələn, avtomobil istehsalçıları yanacağa qənaətli avtomobillər buraxmalı idilər.
1975 -ci il. ABŞ-da avtomobil yanacağının zəhərliliyinin normaları qəbul olundu.
1975 -ci il. Şimal dənizində neft hasilatına başlanılır.
1975-ci il. “Neft hasilatında qeyri-nüton sistemlərinin tətbiqi” elmi işinə görə məşhur alim, akademik Azad Mirzəcanzadəyə (1928-2006- cı illər) İ.M.Qubkin adına mükafat təqdim olunur.
1975-ci il. “Bulla-dəniz” neft yatağı işlənməyə daxil edilir.
1975-ci il. Küveyt «Gulf-BP» konsesiya müəssisəni milliləşdirir.
1975-ci il. Azərbaycan Politexnik institutunun alımləri Rəhim Şükürovun rəhbərliyi altında poladın yeni markalarından özünün üzünömürlü və etibarlı olması ılə xaricdə istehsal olunanlardan daha üstün olan yüksək dözümlü dərinlik nasoslarını hazırladılar.
1976 -cı il. Venesuela “Shell”, “Exxon” və başqa xarici şirkətlərin konsessiyalarını “Petroleos de Venezuela” milli şirkətinə verməklə milliləşdirir.
1976-cı il. Yeni Bakı Neftayırma Zavodunda (indi H.Əliyev adına BNZ) ELOU-AVT-6 qurğusu istifadəyə verilmişdir(qurğu xaricdən alınmış avadanlıqla təchiz olunmuşdur).
1977 -ci il. Meksikada neft hasilatı artir.
1977 -сi il. Azərbaycanda Saatlıda 15000 m dərinliyə qazılması nəzərdə tutulan quyu avadanlığının tikintisi başa çatdırılır və qazma işlərinə başlanılır. Quyu 8229 m dərinliyinə çatdırılmış (bu Azərbaycanda qazılmış ən dərin quyudur), lakin alətin tutulması nəticəsində qəza vəziyyəti yaranmış və 1989-cu ildə ləğv edilmişdir.
1977 -ci il. İlk dəfə Xəzərdə dənizin 84 m dərinliyinə stasionar platforma quraşdırılır.
1977 –ci il. Alyaskanın “Nort-Sloup” yatağından bazara neft daxil olmağa başlayir.
1977 –ci il. Dünyada ilk dəfə professor Bahadır Zeynalov neftli naften karbohidrogenlərin bir başa oksidləşməsi ilə sintetik naften turşularının alınması prosesini işlədi.
1978 -ci il. ABŞ-da benzin və spirtin qatışığından ibarət avtomobil yanacağı satılır. Federal hökumətin qoyduğu vergi güzəştləri hesabına bu qatışıq benzindən üçdə bir dəfə ucuz idi. Sonralar vergi güzəştləri daha da artırıldı.
1978 -ci il. Orenburq – SSRİ-nin Qərb dövlət sərhədi transkontinental qaz kəməri (“Soyuz”) istismara buraxılıb.
1978 -ci il. İranda şah rejiminə qarşı nümayişlər və neftçilərin tətilləri başlayır.
1979 -cu il. Xəzər dənizində, suyun 200 m dərinliyində yeni çoxlaylı “Günəşli” neft yatağı açıldı.
1979 -cu il. Bir sıra siyasi hadisələr – İranda islam inqilabı neftin qiymətinin yüksəlməsinə gətirib çıxardı. İran inqilabı gün ərzində neft ixracının 3,3 milyon barrel azalmasına səbəb oldu. Altı ay davam edən neft böhranı.

1979 -cu il. ABŞ-da AES ilə bağlı irimiqyaslı münaqişə baş verdi.

1979 -ci il. Avtomobil benzininə əlavə kimi etanolla iri enerji şirkətləri maraqlanmağa və onun istehsalına başlayırlar. İlk belə addımı atan “AMOKO” şirkəti oldu, onun ardınca isə Ashland, Chevron, Beacon və Texaco getdilər.
1979-1981-ci illər. ABŞ, Qərbi Avropa və Yaponiyada neft ehtiyatlarının yaradılması təcrübəsi yarandı.
1979-1981-ci illər. Səddam Hüseyn İraqın prezidenti oldu və İraq İrana müdaxilə etdi (1980-ci il). İran neft konsorsiumunun fəaliyyətinin dondurulması və ölkədə neft istehsalının dayandırılması. Iki il ərzində neft barelinin qiyməti 13$-dan 34$-dək, pərakəndə saziş bazarında isə hətta 40$-dək yüksəldi. Beşinci neft böhranı.
1980 -ci il. Başqırdıstanın neft yataqlarının sənaye işlənməsi günündən 1(bir) mlrd. ton neft hasil edildi.
1980 -ci il. Yeni Bakı Neftayırma Zavodunda (indi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) ABŞ-ın “OUP” şirkətinin lisenziyalı layihəsi əsasında, Fransanın “LİTVİN” firmasının iştirakı ilə katalitik riforminq qurğusu istismara verilmişdir.
1980-1984-cü illər. Ölkədə bioenergetikanın inkişafı üçün ABŞ layihələrə görünməmiş məbləğ - 1 mlrd. dollar vəsait ayırdı. O dövrdə ABŞ-da 10 etanol istehsal edən müəssisə var idi - 1970-ci ildə belə müəssisə yox idi (1984-cü ildə onların sayı 160-dan çox oldu). Amerika biznesi ciddi güzəştlər əldə etdi: Spirt zavodlarının inşasına xərclənən vəsaitin vergi ödənişi hissəsinin 90% dövlət tərəfindən silinirdi. Bundan başqa, federal agentliklər istehsal olunan spirtin böyük hissəsinin alınmasını öhdələrinə götürürdülər. Həmçinin ölkəyə spirtin idxalının qarşısını almaq üçün görük tarifləri artırıldı və etanolun təkrar satışına qadağa qoyuldu. Buna baxmayaraq 80-ci illərin ortalarında çoxlu sayda etanol istehsalçıları öz bizneslərini ləğv etdilər – buna səbəb benzinin qiymətinin kəskin surətdə aşağı düşməsi oldu (1985-ci ildə fəaliyyətdə olan spirt zavodlarının yarısı bağlandı). Sonralar ABŞ etanol istehsalçıları üçün yeni güzətlər də müəyyənləşdirmişdi.
1981 -ci il. OPEK ölkələri neftin istehsalını 1978-ci ildən fərqli olaraq təxminən dörddə bir dəfə azaltmışlar. Neftin qiyməti ikiqat artmışdır.
1981 -ci il. XXII Partiya qurultayı adına Bakı neftayırma zavodunda (indi BNZ “Aznefteyağ”) neftin ilkin emalı üzrə ELOU-AVT-6 kompleks qurğusu və yağların hidrotəmizləmə qurğusu istismara buraxıldı.
1981 -ci il. Dənizin dərinliyi 200 m olan sahələri üçün nəzərdə tutulan yarımdalma qazma qurğusundan (YDQQ) qazma işlərinə başlanıldı.
1981-1984 illər. Tanınmış neftçi Cəlal Məmmədov neft və qaz axtarışı üçün Vyetnam Sosialist Respublikasına göndərilən sovet mütəxəssisləri qrupuna başçılıq edir. Bu ekspedisiyanın fəaliyyəti sonralar Vyetnamın cənub şelfində bir neçə iri neft yataqlarının açılması ilə nəticələnmişdir (“Ağ pələng”, “Əjdaha”, “Canavar” və s.).
1982-ci il. Azərbaycanın qaz-kondensat yataqlarının elmi üsullarla qiymətləndirilməsi və layihə işlənməsinin yaradılmasına və tətbiqinə görə alımlər VM.T.Abbasov, Y.Mkondruşkin, F.Q.Orucəliyev, Ç.A.Sultanov Azərbaycanın Dövlət mükafatının Laureatları oldular.
1982 -ci il. OPEK ölkələri ilk dəfə olaraq neft hasılatına hədd (kvota) qoymuşlar.
1983 -cü il. OPEC bir barel neftin qiymətini 29 dollara qədər endirmişdir. Nyu-York birjasında (NYUMEX) neftin fyuçerslərlə (neftin satışına öncədən bağlanan müqavilə) ticarəti başlamışdır.

1983 -cü il. Urenqoy – Pomara (Rusiya) – Ujqorod (Ukrayna) magistral qaz boru kəmərinin istismara verilməsi.

1983 -cü il. XXVII Beynəlxalq Geoloji Konqress keçirilmişdir.

1984 – 1987-ci illər. İraq və İran arasında tanker müharibəsi. Dava edən ölkələrin hərbi hava və dəniz qüvvələri neft mədənlərinə və tankerlərə hücumlar edirlər. 1987-ci ilin iyulunda ABŞ tankerlərin mühavizəsi üzrə “Earnest Will” əməliyyatını həyata keçirdi. Bununla İran (Ərəb) körfəzində ABŞ-ın Hərbi-dəniz donanmasın daimi iştirakının əsası qoyuldu. Amerika və İran gəmiləri və təyyarələri arasında bir sıra hərbi münaqışələr baş vermişdir.

1985 -ci il. Bakıda Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş və indi onun adını daşıyan Bakı Dərin Özüllər Zavodu ilk məhsulunu buraxmışdır.
1985 -ci il. Xəzər dənizinin Azərbaycan sektorunda “Çıraq” neft yatağı kəşf edilmışdir.
1985 -ci il. Neftin istehsalı daha da azalmışdır: əgər 1980-ci ildə Səudiyyə Ərəbistanı bir günə 9.9 mln. barel (1,57 mln. t) hasil edirdisə, 1985-ci ildə bu rəqəm– 3.4 mln. barel (0,54 mln. t) təşkil edirdi. Lakin yanacağa qənaətli avtomobillərin istehsalı bu böhranı azaltmağa imkan yaratdı.
1986 -cı il. Neftin dünya miqyasında qiymətinin kəskin surətdə aşağı düşməsi – 1 barrel - 10$.
1986 -ci il. “Ələt-dəniz” neft yatağının işlənilməsinə başlanılmışdır.
1986 -ci il. Yeni Bakı Neftayırma Zavodunda (indi H.Əliyev adına BNZ) tədrici kokslaşdırma qurğusu işə salınmışdır.
1987 -ci il. SSRİ Elmlər Akademiyasının Neft və Qaz Problemləri İnstitutu yaradılmışdır.
1987 -ci il. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri” neft yatağı kəşf edilmişdir.
1987 -ci il. Səudiyyə Ərəbistanı və digər OPEK ölkələrinin səyi sayəsində neftin dünya qiymətinin bərpa edlməsi.
1988 -ci il. Tarixdə dəniz neft platformasında ən iri qəza. Şimal Dənizində “Piper Alpha” (Britaniya) platforması yanmışdır. Nəticədə platformada olan 228 nəfərdən 167 nəfəri həlak olmuşdur.
1988 -ci il. Xəzər dənizinin Azərbaycan sektorunda “8 Mart” yatağının işlənməsinə başlanmışdır.
1988 -ci il. Vyetnamın cənubunun dəniz şelfində sovet mütəxəssislərinin, əsasən azərbaycan mütəxəssislərinin iştirakı ilə iri “Ağ pələng” neft yatağının açılması.
1988 -ci il. ABŞ-da etanola olan marağın yenidən artması. ABŞ-da emissiyanın səviyyəsini tənzimləyən qanunların qəbulu – spirt avtomobildən çıxan zəhərli qazları azaltmaq üçün benzinə qatılan ən ideal məhsuldur. Sonralar benzin-etanol qatışığının tətbiqi xüsusən iri şəhərlərin avtomobil tüstüsündən əziyyət çəkən ictimai nəqliyyatı üçün mütləq oldu.

1988-ci il. Azərbaycanın neftli-qazlı və perspektivli struktur yataqlarının xəritəsinə görə Azərbaycan alimləri Ş.F.Mehdiyev, Z.A.Bünyadzadə, F.Q.Dadaşov, S.Q.Salayev respublika Dövlət mükafatının laureatları oldular.

1989 -cu il. Azərbaycan neftçiləri Xəzər dənizində daha bir yeni - “Kəpəz” neft yatağını kəşf etmişlər.
1989 -cu il. “Xəzər dəniz neft donanması”-nın tərkibinə - dalğıcların 300 metr dərinliyə enmək imkanı yaradan texniki və naviqasiya məqsədləri üçün ən müasir avadanlıqlarla təchiz edilmiş nadir “Akademik Tofiq İsmayılov” dalğıc gəmisi daxil edilmişdir.
1989 -cu il. Tarixdə ən iri qəzalardan sayılan - Alyaska sahillərində “Exxon Valdez” neft tankerinin qəzası baş verir. Alyaska sahilləri çirklənmişdir. Xilasetmə işləri demək olar ki, iki il davam etmişdir. Xilas edənlərin bütün səylərinə baxmayaraq, dənizdə yaşayan canlıların əksəriyyəti məhv olmuşdur. Bu rayonda qızıl balığın sayı 10 dəfə azalmış və indiyə kimi bərpa olmamışdır. Neftin qiyməti bir qədər qalxmışdır.

1989 -cu il. Danimarkada etanol-benzin qarışığından kütləvi mıqyasda istifadə olunmağa başlanmışdır.
1990 -cı il. İraq Küveyti zəbt etmişdir. BMT İraqa qarşı sanksiyalar tətbiq etmişdir. Dünya bazarı gün ərzində 4,2 milyon barrel neftdən məhrum olmuşdur ki, buda bazarin 13%-ni təşkil edirdi. Neftin dünya miqyasında qiyməti iyul ayının sonundan oktyabrin sonunadək iki dəfə artaraq bir barrelə görə $16-dan - $ 33-a çatmışdır.

1990-1992-ci illər. Fransada raps yağından hazırlanan biodizel yanacağı – “diyester”in sənaye istehsalına başlanmışdır. Diyesterin köməyi ilə dizel qatışığı tərtıb olunur: adi avtomobillərdə istifadə üçün dizel yanacağına 5%, ictimai nəqliyyat üçün isə - 30% əlavə olunur.

1991 -ci il. 32 dövlət tərəfindən yaradılan koalisiya qoşunları İraq ordusunu darmadagın edərək Küveyti azad etmişlər. Geri çəkilərkən iraqlılar Küveytin neft quyularını yandırmışlar. Quyular söndürüldükdən sonra neftin dünyada qiyməti kəskin surətdə enmişdir. Altıncı neft böhranı.

Müharibə tarıxdə baş verən qəzaların ən irilərindən sayılan ekoloji fəlakətlə müşahidə olunmuşdur. 4 mln. barelə qədər neft Fars körfəzinə axmışdır. Müharibə getdiyi üçün, qəzanın nəticələri ilə bir müddət heç kim maraqlanmamış, mübarizə aparmamışdır. Neft təxminən 1 min kv.km körfəz ərazisini çirkləndirmişdir.



1991 -cı il. SSRİ-nin süqutu və sovet neftinin xaricə verilməsinin kəskin surətdə azalması.

1991 -ci il. Bakıda Xəzərin neftlə çirklənməsi probleminə həsr olunmuş 1-ci Beynəlxalq konrans keçirilmişdir.

1991 -ci il. Azərbaycan Respublikası öz müstəqilliyini bərpa edir. “Azərineft” Dövlət Konserni yaradılır.

1992 -ci il. Respublika prezidentinin 13 sentyabr tarıxlı fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (“SOCAR”) yaradılmışdır.

1992 -ci il. Azərbaycan hakimiyyəti ilə “BP Exploration” şirkəti arasında – dənizdə yerləşən “Şah Dəniz” perspektiv sahəsi və “Çıraq” neft yatağının işlənilməsi üzrə layihələrin hazırlanması haqqında Saziş imzalanmışdır.
1993 -cü il. “LUKoil” birləşmiş neft şirkəti yaradılmışdır. Şirkətin prezidenti həmyerlimiz Vahid Ələkbərov seçilmışdir.
1993 -cü il. Rusiyanın “LUKoil” şirkəti ilə “SOCAR” şirkəti arasında Azərbaycanın və Rusiyanın neft yataqlarının birgə istifadəsi sahəsində çərçivə Sazişi imzalanmışdır.


1993 -cü il. ABŞ tarixində ilk dəfə olaraq neft istehsaldan daha çox idxal edilmişdir.

1993 -cü il. «SOCAR” və “Chevron” (ABŞ) şirkətləri arasında “Cənub” strukturunun (Xəzərin Azərbaycan sektorunda) birgə tədqiqatı haqqında Saziş imzalanmışdır.
1993-cü il. Yeni Bakı Neftayırma Zavodunda Q-43-107M katalitik krekinq qurqusu istismara verilmişdir.
1993 -cü il. Neftin dünya miqyaslı artıq istehsalı, OPEK ölkələri tərəfindən neftin çıxarılmasına qoyulan kvotaların pozulması, neftin qiymətinin $13-14\barrelə qədər enməsi.
1993-1994 -cü illər. Rusiyada neft-qaz kompleksinin özəlləşdirilməsi başlanmışdır.
1994 -cü il. ABŞ-da BMB-Oyl İNK şirkəti ilə ARDNŞ arasında müstəqil Azərbaycanın ilk neft sazişi imzalanmışdır.
1994 -cü il. Bakıda ilk neft sərgisi və konfransı keçirilmişdir. Həmin vaxtdan bu günə kimi sərgi və konfranslar hər il keçirilməyə başlamışdır.
1994 -cü il. Bakı neftayırma zavodunda (“Azneftyağ”) ABŞ-ın “Petrofak” şirkəti tərəfindən tikilmiş neftin ilkin emalı qurğusu ELOU-AVT-2 istifadəyə verilmışdır.
1994 -cü il. Yanacaq qismində oksigen istfadə edən ilk avtomobil - “VW Hybrid” yaradılmışdır.
1994 -cü il. Sentyabrın 20-də “ARDNŞ” və 10 xarici neft şirkətləri “Əsrin müqaviləsi” adlanan ilk beynəlxalq əhəmiyyətli irimiqyaslı neft sazişini, yəni “Azəri – Çıraq – dərinsulu Günəşli yataqları (AÇG) ilə bağlı Hasilatın Pay Bölgüsü Sazişi”ni (HPBS) imzalamışlar. Prezident H.Əliyevin yeni neft strateğıyasının başlanğıcı.
1994 -cü il. Dekabrın 12-də “Əsrin müqaviləsi” Milli Məclis tərəfindən ratifikasiya olunaraq qanun qüvvəsini almışdır.
1995 -ci il. Yanvarın 24-də Azərbaycan Tarix Muzeyinin binasında “Əsrin müqaviləsi”ni həyata keçirən Rəhbər Komitənin ilk iclası oldu.
1995 -ci il. Fefralın 24-də Bakıda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (AIOC) yaradıldı.
1995 -ci il. “AIOC”-in rəhbərlərinin müşavirəsində neft kəmərlərinin Rusiyadan keçən şimal (Bakı –Novorossiysk) və Gürcüstandan keçən qərb (Bakı-Supsa) ixrac marşrutu təsdiqləndi.
1995 -ci il. “Qarabağ” perspektiv strukturu üzrə “SOCAR” və xarici şirkətlər arasında hasilatın pay bölgüsü neft sazişinin imzalanması.
1995 -ci il. ”General Motors” şirkəti ilk EV-1 elektromobili nümayiş etdirmişdir.
1995 -ci il. Bakı neftayırma zavodunda (“Aznefteyağ”) Cənubi Koreyanın “Laki İnjinirinq” şirkəti tərəfindən neftin ilkin emalı qurğusu ELOU-AVT-2 istifadəyə verilmışdır.
1995 -ci il. ”Petro-Canada” şirkətinin özəlləşdirilməsi.
1995 -ci il. Qabon OPEK - in tərkibindən çixmışdir.
1996 -cı il. Yanvarın 18-də Azərbaycan və Rusiya arasında azərbaycan neftinin ixracı barədə Hökumətlərarası saziş imzalanmışdır.

1996 -cı il. Venesuela beynəlxalq tender keçirir və bununla son 20 il ərzində ik dəfə olaraq xarici sərmayədarları ölkənin neft sektoruna buraxır.
1996 -cı il. Martın 8-də Azərbaycan və Gürcüstan arasında neftin ixracı barədə Hökumətlərarası saziş imzalanmışdır.
1996 -cı il. “Dan ulduzu” və “Əşrəfi” perspektiv strukturu üzrə “ARDNŞ” və xarici şirkətlər arasında saziş imzalanır.

1996 -cı il. Dünyanın ən iri qazma şirkətlərindən biri “KCA-Deutag” (Almaniya) şirkətinin Azərbaycanda - Xəzər dənizində işə başlaması.
1996 -cı il. “Şah Dəniz” perspektiv strukturu üzrə “ARDNŞ” və xarici şirkətlər arasında saziş imzalanır.
1   ...   10   11   12   13   14   15   16   17   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə