Azərbaycan nefti – tarixi baxış Mündəricat: səh




Yüklə 1.75 Mb.
səhifə16/18
tarix22.02.2016
ölçüsü1.75 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   18

1933 -cü il. “İngilis-İran neft şirkəti” İranda konsessiyalarını yenidən alır.
1933 -cü il. «Standard of Kaliforniya» şirkəti Səudiyyə Ərəbistanında konsessiya alır.

1933 -cü il. Aviasiya Yanacaqlarının və Yağlarının Mərkəzi Institutu yaranır.
1933 -cü il. Ümumittifaq elmi - texniki mühəndis neftçilər cəmiyyəti yaranır və birinci qurultayı keçirilir.
1933 -cü il. ABŞ-da etil spirtinin (etanolun) hazırlanması dəstəklənir – hakimiyyət iqtisadi tənəzzülün - “Böyük depressiya”nın tüğyan etdiyi bir zamanda bununla fermerləri sifarişlə təmin etmək istəyirdilər.

1933-34 -cü illər. Dünyada ilk dəfə Bakı mühəndisləri Xubensov qardaşları batan taxta panton şəklində üzən özülün konstruksiyasını təklif etmişdir; bu özüldən dərinliyi 365 metr olan ilk axtarış neft quyusu qazılmışdır. Xəzər dənizində ilk üzən qazma qurğusu 1934-cü ilin sentyabr ayından fəaliyyət göstərəcək.
1934 -cü il. Artyom adasında (Pirallahı) N.S.Timofeyev və K.M. Mixaylov tərəfindən təklif olunmuş layihə əsasında dəniz quyularının qazılması üçün qazma-tökmə üsulu ilə hazırlanmış payalar üstündə metal özüllərin tikintisi başlandı.
1934 -cü il. Artyom adasında (Pirallahı) ilk maili istiqamətləndirilmış quyu qazılımışdır.

1934 -cü il. “Azərbaycan Neft Təsərrüfatı” məcmuəsində mühəndis-neftçi F.A. Rüstəmbəyovun məqalələri çap olunmağa başlandı. Bu məqalələrdə F.Rüstəmbəyov ölkə və xarici təcrübəni təhlil edərək, Xəzərin sualtı neft yataqlarının və dəniz neft quyularının tikintisinin nəzəri və praktiki əsaslarını izah edir.
1934 -cü il. Bakıda Təhlükəsizlik texnikası Elmi-tədqiqat institutunda neft muzeyi yaradılmışdır.

1934 -cü il. Küveytdə neft tapılır. “Qolf” və “İngilis-İran neft şirkəti” Küveytdə müştərək konsessiya alırlar.
1934 -cü il. SSRİ Elmlər Akademiyasının Sapropell İnstitutu və Neft Geoloji və Kəşfiyyat İnstitutu, həmçinin Qroznı Neft İnstitutunun laboratoriyalarının bir qismi əsasında Yanacaq Mədənləri Institutu yaranır.
1935-ci il. “Leyn- Uells Kompani” (Atlas, ABŞ) elektrokarotaj tədqiqatlarını aparmağa başladı.
1935-ci il. Artyom adasında (Pirallahı) ilk dəfə N.S.Timofeyev tərəfindən təklif olunmuş layihə əsasında dəniz quyularının qazılması üçün boru payalar üstündə metal özüllərin tikintisi başlandı. N.Timofeyevin konstrusiyası əsasında boru payalar üzərində hazırlanmış özüllərlə Xəzər dənizində dəniz özüllərinin tikintisi texnikasında yeni istiqamətlər açıldı.
1935-ci il. Azərbaycan Geologiya İnstitutu – indiki Azərbaycan Milli Elmlər Akademiyasının Geoloji İnstitutu yaradılmışdır
1935 -ci il. Mussolini Həbəşistanı işğal edir. Millətlər cəmiyyəti İtaliyaya neft qadağası qoya bilmədi.

1935-36 -cı illər. SSRİ-də ilk dəfə mühəndis neftçi Firudin Axundov (1915-96гг.) öz işlərinə görə müəllif hüququ alır: 1) elektrobur və 2) azdebitli dərin neft quyularının istismarı üçün əvəzedici lift (F.M. Axundov Azərbaycanın neft işində 300-dən çox ixtiranın müəllifidir).
1935-1937 -ci illər. İttifaq neft sənayesi tarixində Azərbaycanda ilk dəfə olaraq qazıma məhlullarının kimyəvi işlənməşi üçün sulfid-selluloz cövhəri (SSC) tətbiq edilməyə başlandı.
1936 -cı il. Dünyada ilk dəfə olaraq sovet mühəndisləri qrupu (Pyotr Şumilov, Əyyub Tağıyev və b.) tərəfindən çoxpilləli reduktorsuz turbobur yaradılır.
1936 -cı il. “Halliburton Elektrik Vayеlayn Servis” şirkəti quyuların karotajı və perforasiyası üzrə bütün xidmət növlərini təklif edən birinci beynəxalq şirkətə çevrildi.

1936-cı il. Dünya geoloji təcrübəsində ilk dəfə olaraq dəniz neft yataqlarının işlənməsi üçün mühəndis A.M.Pobedin tərəfindən dənizdə xəritələnmış qazmanı həyata keçirmək üçün Mərdəkan qəsəbəsi və Abşeron boğazında Xəzər dənizinin dibinin quruluş (struktur) xəritəsi hazırlandı.
1936-cı il. Sürtgü yağları üzrə 1-ci Ümumittifaq konfransı keçirilir.
1936 -cı il. Dünyada ilk dəfə olaraq bakılı neft kimyaçısı D.Dalin və b. texnologiyası əsasında hazırlanmış neft qazlarından etil spirti istehsalı üzrə sənaye qurğusu Bakıda istismara buraxılmışdır.
1936 –cı il. Adolf Hitler Reyn vilayətini yenidən hərbiləşdirir və Almaniya müharibəyə hazırlaşmağa başlayır. Bura sintetik yanacaq alınması üzrə geniş miqyaslı proqram hazırlanması da daxil idi.
1937 -ci il. Konsistent sürtgüləri üzrə 1-ci Ümumittifaq konfransı keçirilr.
1937 -ci il. 17-ci Beynəlxalq Geoloji Konqres keçirilir.
1937 -ci il. ABŞ-da benzinin qiymətinin spirt üzərində son və geridönməz qələbəsi. Burada bir litr benzin 5 sentə, bir litr etanol isə 8 sentə satılır.
1937 -ci il. SSRİ-də ilk dəfə Artyom (Pirallahı) adasında bir özüldən üç quyunun (bir quyu şaqulidir) “kol üsulu” ilə qazılması tətbiq olunur.
1938 -ci il. Küveyt və Səudi Ərəbistanda neft yataqları tapılır.
1938 -cı il. Dəyişən cərəyanla işləyən ilk turbobur yaradılmışdır.
1938 -ci il. Meksikada neft sənayesinin milliləşdirilməsi.
1938 -ci il. Bakıda ilk dəfə olaraq ( İzzət Qrucova, Dora Qoldberq və b. tərəfindən Bakı neftlərinin yağlı fraksiyalarının selektiv təmizlənməsindən və parafinsizləşdirilməsindən alınan məlumatlara əsasən), fulfulorun həlledici kimi tətbiqi ilə yağ destilyatlarının təmizlənməsi üzrə zavod tikilir.
1938 -ci il. Sovet geoloqları İ.M.Qubkin başda olmaqla Volqa və Ural ərazisi arasında mühüm neft ehtiyatlarının olmasını sübuta yetirdilər. Sonradan bu neft rayonunu “İkinci Bakı” adlandırdılar.
1938 -ci il. İraq Neft Şirkəti Qətərdə iri “Burhan” neft yatağını kəşf etmişdir. Lakin ikinci dünya müharibəsinin başlanması ilə əlaqədar onun istismarına 1946-cı ildən başlanmışdır.
1939 -cu il. Turbin qazıması üzrə nadir müəssisənin - Təcrübə-sinaq kantorunun yaradılması.

1939- cu il. Üçpərli baltalar əsasında elektroburla qazımanın ilk sınağı keçirilmişdir.
1939- cu il. Bakıda Qaz Emalı Zavodu istifadəyə verilmişdir.
1939- cu il. Pyotr Şumilov, Əyyub Tağıyev və başqalarının çoxpilləli turboburunun sənayedə tətbiqinə başlanmışdır.
1939 -cu il. SSRİ-də Bakıda ilk dəfə olaraq neft kimyaçı alimi Murtuza Nağıyev (1908-1975-ci illər) tərəfindən tədqiqatlar çap olunur (Termiki krekinqin timsalında, resirkulyasiyanın köməyi ilə kimyəvi prosesin intensivləşdirilməsinin nəzəri əsasları qoyulmuşdur).

1939 -cu il. SSRİ-də ilk dəfə mühəndislər S.A.Orucov və A.N.Matıs tərəfindən Suraxanıda dərinlik kompressor quyularını işə salmaq üçün aerasiya (hava vurma) üsulu tətbiq olunur.
1939 -cu il. Magistral kəmərlərin layihələndirilməsi üzrə institut yaranır.
1939-45 -ci illər. II dünya müharibəsi. Rumıniya, Qafqaz, Yaxın Şərq və müasir İndoneziyada yerləşən yataqlara nəzarət qarşı duran tərəflərin stregiyalarının mühüm hissəsi idi. Faşist Almaniyası və İtaliya tamamilə Rumıniyadan gələn neftdən asılı idilər. Almaniyanın SSRİ-yə hücumunun məqsədlərindən biri Qafqazda, xüsusən Bakıda yerləşən sovet neft yataqlarına çıxışı əldə etmək və İrana keçmək idi. Oxşar məqsədlərlə faşistlər Şimali Afrikaya hücum çəkmişlər (1942-ci il). General –feldmarşal Ervin Rommelin rəhbərliyi altında almanların Afrika ekspedisiya korpusu Britaniyanın silahlı qüvvələrini Şimali Afrikada darmadağın etməli və Suveyş kanalını bağlamalıydı (Britaniyanın silahlı qüvvələri Aralıq dənizində Suveyş kanalı vasitəsilə neft ilə təmin olunurdu). Almaniyanın Yaxın Şərqdə yerləşən neft yataqlarını ələ keçirmək üçün daha geniş miqyaslı planları var idi. Ruminiya antihitler koalisiyasına (ittifaqına) tərəf keçəndən sonra alman ordusu faktiki olaraq yanacaqsız qalmışdı. Alman ordusunun Ardenlərdə (Belçika) qərb müttəfiqlərinin ordusuna qarşı hücumunda məqsəd, ingilis-amerikan-fransız ordusunun istifadə etdiyi yanacaq anbarlarını ələ keçirmək idi. Hücum uğurlu olsada, müttəfiqlər yanacaq ehtiyatını məhv etməyə macal tapmışdılar. Tarixdə ilk dəfə olaraq Almaniya nefti əvəz edən nəsə tapmaq üçün böyük səy göstərmişdi. Alman kimyaçıları daş kömüründən erzas- benzin adlı maddə hazırlaya bildilər. Sonralar bu texnologiya uzun müddət tətbiq olunmamışdır – onun yenidən istifadəsinə ABŞ-da 1990-cı illərin sonunda başlamışlar.

II Dünya müharibəsi dövründə ABŞ-da qeyri-hərbi təşkilatlara və şəxsi adamlara istifadə üçün nəzərdə tutulmuş benzinə 30-35% etanol qatırdılar. Oxşar tədbirləri Böyük Britaniya və İsveçdə həyata keçirmişdilər. Müharibə bitdikdən və neftin qiyməti xeyli aşağı düşdükdən sonra etanola olan maraq aradan götürüldü və o, bazardan yox oldu.
1940 -cı il. ABŞ Yaponiyaya neft satışına məhdudiyyət qoyur.
1940-cı il. SSRİ-də Neft sənayesi Xalq Komissarlığı yaradılmışdır.
1940 -cı il. Mühəndis B.A. Raqinskinin üsulu ilə iribloklu dəniz özüllərinin tətbiqinə başlanılır.

1940 -cı il. Dünyada ilk dəfə Qala yatağında Ostrovski, Aleksandrov və b. elektrobur konstruksiyası ilə quyu qazılır.

1940 -cı il. Azərbaycan Neft Tədqiqat İnstitutu (AzNTİ) tərəfindən ağırlaşdırılmış qazıma borusunun kontruksiyası işlənilmişdir. Bu yenilik quyuların qazılma sürətini kəskin dərəcədə artırmış, qazıma işlərinin keyfiyyətini yaxşılaşdırmış və qazıma borularında baş verən qəzaların sayını heçə endirmişdir.
1941 -ci il. Yaponiya tərəfindən Hind-Çinin işğal edilməsi ABŞ, Böyük Britaniya və Hollandiya tərəfindən Yaponiyaya neft daşınmasına qadağa (embarqo) qoyulmsı ilə nəticələnir. Yaponiya neftin 88%-ni Kanada, Hollandiya (o vaxtlar müasir İndoneziya ərazisinə nəzarət etdiyi üçün) və Amerika şirkətlərindən alırdı. Yaponiyanın ABŞ-a hücum çəkməsinin səbəblərindən biri də o idi ki, bir müddət bundan əvvəl ABŞ Yaponiyaya neft daşınmasına qadağa (embarqo) qoymuşdu. Bu qadağanı Hollandiyanın mühacirətdə olan hökuməti və Böyük Britaniya dəstəkləmişdi. Yaponiya hesab edirdi ki , onun neft ehtiyatları 2-3 il bəs edəcəkdir. Yaponiya neft yataqlarına çıxış əldə etmək üçün Hollandiyanın müstəmləkəsi olan İndoneziyanı işğal etdi.
1941 -ci il. Almaniya Sovet İttifaqina təcavüz edir. Yaponiya ABŞ-ın Sakit okeanda yerləşən Perl-Xarbor hərbi-dənia bazasına hücum edir.

1941 -ci il. Dünyada ilk dəfə Bayılda qazma ustası Ağa-Neymətullanın briqadası tərəfindən turbin üsulu ilə 2000 metr dərinliyində maili quyu qazılır.
1941 -ci il. Hövsan yatağında SSRİ-nin ən dərin quyusunun (3200-3400 metr) qazılmasına başlanılmışdır.

1941 -ci il. Azərbaycanda neft hasilat ən yüksək həddə çatır - 23.5 milyon ton. Bu SSSR-in neft hasilatının 71.4%-ni təşkil edir.
1942 -ci il. Neft kimyaçısı-alim Yusif Məmmədəliyevin rəhbərliyi ilə xlordantörəmə metan və etanın sintezinin üsulları işlənilmişdir; neft qazları əsasında aviyasiya benzinləri üçün dəyərli yüksək oktanlı komponentlərin alınması üsulu işlənilmişdir; partlayıcı maddələrin əldə edilməsi üçün toluolun yeni sənaye üsulu işlənmiş və sənayeyə tətbiq edilmişdir (Bu 1941-1945-ci illər müharibə dövrü SSRİ-nin müdafiə sənayesinə edilmiş böyük töhvə idi).
1942 -ci il. Bakı-Batumi neft kəməri sökülərək Volqaboyuna göndərilmışdir.
1942 -ci il. Xəzərdə ilk dəfə Bakıdan Krasnovodska (indiki Türkmənbaşı) neft və neft məhsulları ilə dolu dəmiryol sisternləri və neft çənləri üzməklə aparılmışdır.

1942 -ci il. ”Abşeron yarimadasının qərb hissəsinin palçıq vulkanları və onların neft-qazlılıqla əlaqəsi” elmi işinə görə geoloq-alim Ə.Ə.Yaqubov SSRİ Dövlət mükafatına (o vaxtlar Stalin mükafatı adlanırdı) layiq görülmüşdür.
1942 -ci il. SSRİ-də ilk dəfə olaraq AzNTİ-nin təklif etdiyi - boruların bir-birinə qaynaq edilməklə birləşdirilməsi texnologiyasına əsaslanaraq, Bakıda, Kirovneft (indiki “Binəqədioyl” əməliyyat şirkəti) trestində qoruyucu kəmərlərin quyuya endirilməsi həyata keçirilmişdir. Sonralar bu təcrübə Sovet İttifaqının bütün neft rayonlarında geniş sürətdə yayılmışdır.
1942-1943 -cü illər. Parisdə Jak İv Kusto ilk hava-balon tənəffüs aparatını - “akvalanqı” yaradır və sınaqdan keçirir.
1943 -cü il. Azərbaycanda dəniz seysmik kəşfiyyat üsulu hazırlanmışdır.
1943 -cü il. İlk “əllinin əlliyə” sazişı. “Standard Oil New Gersey” və “Shell” şirkətləri neft gəlirinin bərabər nisbətdə bölünməsi barədə Venesuella hökumətinin şərtlərini qəbul etmişdir, bu da dövlətin gəlir payını 6 dəfə artırdı.
1943 -cü il. Yeni neft yataqlarının kəşfi və istismarına görə geoloq-alim Əliəşrəf Əlizadə SSRİ Dövlət mükafatına (Stalin mükafatı) layiq görülmüşdür.
1943 -cü il. Ümumittifaq Elmi-tədqiqat Neft İnistitutu yaranır.
1944 -cü il. Başqırdıstanın Tuymaz yatağında Alma Yarğan devon qalıq laylarından yüksək debitli neft əldə edilmişdir.
1944 -cü il. Geoloji və fiziki üsulların kəşfi üzrə Ümumittifaq Elmi- tədqiqat inistitutu yaranır.
1944 -cü il. Gürgan-dəniz neft yatağının ərazisində ilk iribloklu özül tikilir.
1945 –ci il. II Dünya müharibəsi Almaniya və Yaponiyanın məğlubiyyəti ilə sona çatır.
1945 -ci il. Azərbaycan Elmlər Akademiyası yaranır.
1945-ci il. Neftçi-mühəndislər Y.Səfərov, S.Quliyev və R.Şişenko dəniz özülləri üçün borulu yığılıb-sökülən konstruksiya üsulu təklif etdilər.
1945 -ci il. İlk dəfə Azərbaycan Elmlər Akademiyasının neft ekspedisiyası “Neft Daşları” yatağının geoloji strukturunun öyrənilməsi üzrə praktiki işlərə başladılar, nəticədə nəhəng neft ehtiyatları aşkar olundu.
1946 -cı il. Quruda və dənizdə neft quyuları qazılması üçün buruq vışkalarının konstruksiyası və onların sürətlə tikilməsi üsulları işlənib hazırlanmışdır və Gürgan-dəniz rayonunda açıq dənizdə quyu qazmaq üçün ilk iribloklu özül quraşdırılmışdır.
1946 -cı il. Kiçik ölçülü elektrik perferatorunun işlənilməsinə görə akademik Ə.Ə.Əlizadə ikinci dəfə SSRİ Dövlət mükafatına (Stalin mükafatı) layiq görülmüşdür.
1946 -cı il. SSRİ Geologiya Nazirliyi təşkil olunmuşdur.
1947 -ci il. Dünyada ilk dəfə Xəzər dənizində neft hasilatında Azərbaycan mühəndislrinin hazırladığı konstruksiya əsasında metal estakadaların tikintisinə (İzberbaş rayonu, Dağıstan) başlanmışdır.
1947 -ci il. Meksika körfəzində (ABŞ) şelfdə ilk neft yatağı aşkar olunub.
1947 -ci il. Səudiyyə Ərəbistanından olan neftin nəqli üçün Transərəb boru kəmərinin tikintisinə başlanılır.
1947 -ci il. Neft emalında və neft- kimyada avtomatlaşdırma üzrə konstruktor bürosu yaranır.

1947 -ci il. SSRİ Neft Sənayesi Nazirliyinin əmri ilə AzNTİ-nin tərkibində neft borularının yeni konstruksiyaları üzrə xüsusi konstruktor bürosu yaradıldı.
1948 -ci il. Avropada və SSRİ-də ən dərin (3800 metr) olan, usta Əli Yulla tərəfindən Suraxanıda qazılmış 1308 nömrəli quyudan güclü neft fontanı vurmuşdur.
1948 -ci il. “AMOKO” şirkəti (ABŞ) məhsuldarlığı aşağı olan neft və qaz quyularına su vurulması texnologiyasını (“Hıdrofrak”) patentləşdirmışdir.
1948 -ci il. ABŞ ilk dəfə neftin netto- idxalçısı olur.
1948 -ci il. ABŞ-ın «Standard of Nyu Cersi» (Ekson) və «Sakoni vakuum» (Mobil) şirkətləri «Aramko» şirkəti çərçivəsində “ Standard of Kaliforniya” (Şevron) və “Teksako” şirkətlərinə birləşir.
1948 -ci il. Tatarstanda ilk böyük neft yatağı – Romaşkinskoe aşkar olunmuşdur.
1948-ci il. Təbii qazlar və qaz texnologiyaları üzrə Ümumittifaq Elmi- tədqiqat institutu təsis olunmuşdur.
1949 -cu il. Dünyada ilk dəfə açıq dənizdə Abşeron şelfində “Neft Daşları” nadir dəniz yatağının işlənilməsi və orada polad dəniz özüllərin tikintisi başlanılmışdır. Bu yataqda qazılmış min metr dərinliyində ilk quyu neft fontanı vurmuşdur.
1949-cu il. Dünyada ilk dəfə Bakıda açıq dənizdə hidrotexniki qurğuların lahiyələndirilməsini başlayan Azərbaycan “Dənizneftlayihə” institutu (indiki “Neftqazlayihəelmitədqiqat” inistitutu) açılmışdır.
1949 -cu il. SSRİ-də ilk dəfə Bakıda, xırda parçalanmış katalizatorla dövr edən katalitik-krekinq sənaye - təcrübə qurğusu inşa edilmışdir.
1949 -cu il. İraq Neft Şirkəti Qətərdə Duxan neft yatağını istifadəyə vermişdir.
1949 -cu il. SSRİ Nazirlər Sovetinin “Xəzər dənizində neft istehsalını artırmaq haqqında” qərarı ilə yaradılmış “Başdənizneft” birliyinin tərkibində Neft Sənayesi Nazirliyinin 4 noyabr tarixli əmri ilə Üzgüçülük Vasitələri İdarəsi (22 yanvar 1953-cü ildən “Xəzərdənizneftdonanma” idarəsi) təşkil edilmişdir.
1950 -сi il. Xəzər dənizində “Darvin bankası” yatağının mənimsənilməsinə başlanılmışdır.
1950 -ci il. “Ərəb - Amerika neft şirkəti” (“Aromko”) şirkəti ilə Səudiyyə Ərəbistanı arasında “əllinin əlliyə” sazişinin (neft gəlırinin bərabər bölünməsi) bağlanması.
1950 -ci il. “Aromko” şirkəti uzunluğu 1500 mil olan “Tapline” neft kəmərinin Səudiyyə Ərəbistanından Suriya və Livanın Aralıq dəniz sahillərinə qədər tikmişdir.
1950 -ci il. “Azərdənizneft” birliyi təsis olunub.
1950 -сi il. “Britiş Petroleum” şirkəti Yaxin Şərqdə çıxarılan neft ehtiyatlarının dörddə birinə sahiblik edir. Şirkətə məxsus Abadan neftayırma zavodu (İran) isə dünyanın bu sahədə ən iri müəssisəsidir.
1951 -ci il. İranin Baş naziri Mossadıx “İngilis – iran neft şirkəti”nin (yəni “Britiş Petroleum”un) milliləşdiriliməsi və onun aktivlərinin İran Milli Neft şirkətinə verilməsi barədə qərar verir. Böyük Britaniya İran neftinə baykot elan edir. Müharibədən sonra ilk neft böhranı.
1951 -ci il. ABŞ-ın tarixində neft kömürü ikinci yerə salaraq əsas enerji mənbəyi olur.
1951 -ci il. Bir sıra dəniz neft yataqlarının kəşfinə və istismarına görə akademik Ə.Ə.Yaqubov ikinci dəfə SSRİ Dövlət mükafatına (Stalin mükafatı) layiq görülmüşdür.
1952 -ci il. Ölkənin neft mədənlərində bir quyudan daha çox layın birgə-ayrılıqda istismarı üsulu tətbiq edilmişdir.
1952 -ci il. Çoxsıralı (cərgəli) qazma üsulu ilə işlənib hazırlanmış, neft yataqlarının istismarının kompleks üsulu tətbiq edilmışdır.
1952 -ci il. Respublikamızın neft sənayesində ilk dəfə kibernetika üsullarının geniş tətbiqinə başlanılmışdır.
1953 -cü il. Səudiyyə Ərəbistanı və İraq öz neft sənayelərinin vəziyyəti haqqında məlumatların mübadiləsi barədə razılığa gəlirlər. Bu dünya neft bazarında ilk dövlətlər arası saziş idi.
1953 -cü il. Yeni Bakı Neft Emalı zavodu (indi H.Əliyev adına Bakı Neft Emalı Zavodu) tikilmiş və işə salınmışdır.
1953 -cü il. SSRİ hökumətinin sərəncamı ilə qazma texnikası üzrə Ümumittifaq Elmi - tədqiqat inistitutu yaranmışdır.

1953-1955-ci illər. ”Xəzərdənizneftdonanma”nın tərkibində Gəmi Təmiri Zavodu tikilb istismara verilir.
1954 -cü il. “İran Neft Konsorsiumu” yaradılır.
1954 -cü il. Sovet neftinin ixracı kompaniyası başlayır.
1954 -cü il. Zəngin Qaradağ neft və qaz yatağının sənaye istismarı başlanılır. Bunun nəticəsində respublikada qaz sənayesi yaranır.
1954 -cü il. S.A.Orucovun, K.C.Əliverdizadənin, D.K.Mzareulovun və b. konnstruksiyası olan və dənizin 30 m dərinliyinə hesablanmış “Sipər” (Dənizneftlayihə-1) iribloklu özül hazırlanmışdır.
1954 -сü il. Xəzər dənizində “Palçıq pilpiləsi” neft yatağının işlənməsinə başlanılmışdir.
1954 -cü il. Bakılı mühəndislər B.A.Raqincki, A.O.Asan-Nuri, N.B.Ozerov və b. tərəfindən dəniz estakadalarının konstruksiyaları və yüksək sürətlə tikintisi üsulu hazırlanmışdır ki, bu da sahilboyu iri yataqlarda qazma, “qara qızılın” hasilatı, yığılması və nəqli məsələlərini kompleks şəkildə həll etməyə imkan vermişdir.
1955 -ci il. Neftçi alim Ə.Tağıyev neft üzrə Hindistanın dövlət idarəsinin baş məsləhətçisi təyin olunur.

1955 -ci il. Azərbaycanda SSRİ-nin ən dərin quyusu qazılır (4812 metr).
1955 -ci il. Xəzər dənizində “Qum-dəniz” neft yatağının işlənməsinə başlanılmışdır.
1956-cı il. Süveyş böhranı və neft daşınması üçün mühüm damar olan kanalın bağlanması. İkinci neft böhranı. İngilis və Fransız ordularının Misirə daxil olması ilə 4 ay ərzində neftin dünya bazarına çıxarılması kəsgin azaldı (gündə 1 milyon barrel). Qısa müddət ərzində dünya neftinin qiymətinin isə 2 dəfə artmasına səbəb oldu.
1956 -cı il. Əlcəzair və Nigeriyada neft yataqları aşkar olunmuşdur.
1956 -cı il. “Mişovdağ” neft yatağı və “Qalmaz” qaz yatağı aşkar olunur.
1956 -cı il. “Qaz sənayesi” adlı dərgi (məcmuə) nəşr olunmağa başlayır.
1956 -1958-ci illər. SSRİ-də dəniz neft yataqlarının tikintisi və istismarı ilə bağlı məsələlərə həsr olunmuş kitablar çap olunur. Kitabların müəliffləri Azərbaycan alimləri İsrafil Quliyev və Yusif Səfərovdur.
1957 -ci il. Uzunluğu 5.5 kilometr olan sualtı neft kəmərinin (Pirallahı adası- Abşeron) tikintisi başa çatır.
1957 -ci il. “Neft və qazın geologiyası” adlı dərgi (məcmuə) nəşr olunur.
1957 -ci il. Yaponiyanın “Ərəb neft şirkəti” dəniz şelfinin neytral zonasında konsessiya alır.

1958 -ci il. Professor Əyyub Tağıyevin rəhbərliyi altında yaradılmış iki gövdəli sovet qazıma qurğusu (bütün kompleks avadanlığı ilə birgə) Brüsseldə Ümumdünya sərgisində Qızıl medal alır.
1958 -ci il. SSRİ-nin Neft İnistitunun əsasında Geologiya və Yanacaq ehtiyatlarının işlənilmə institutu və Neft- kimya inistitutu təşkil olunmuşdur.
1958 -1959-cu illər. “Dənizneftqazlayihə” institutu tərəfindən SSRİ-də ilk dəfə struktur və axtarış qazıması üçün nəzərdə tutulmuş üzən qazıma qurğusunun layihəsi hazırlanmışdır.
1959 -cu il. ABŞ prezidenti Eyzenhauer neftin idxalına kvota müəyyənləşdirir.
1959 -cu il. Neft təchizatçılarının beynəlxalq təşkilatının yaradılması üçün ilk cəhd. Qahirədə (Misirdə) Ərəb Neft Konqresi keçirilir. Dünyada ərəb ölkələrinin nüfuzunu artırmaq üçün onun iştirakçıları müştərək neft siyasəti haqqında “alicənab saziş” bağlamışlar.
1959 -cu il. Liviyada “Zelten” neft yatağı aşkar olunmuşdur.

1959 -cu il. Ufa şəhərində (Başqırdıstan) neftin boru kəmərləri ilə nəqli üzrə Ümumittifaq institutu yaranır.
1959 -cu il. Avropanın qaz sənayesinin əsasına çevrilən nəhəng qaz yatağı (qaz ehtiyatı - 4,2 trilyon kub m-dən çox) Qroningen (Hollandiya) aşkar edilmışdır. Elə bu yataqdan da Şimal dənizinin neft və qaz tarixi başlanır.
1960-cı il. Bağdadda (İraq) neft ixrac edən ölkələrin təşkilatı yaranır (OPEC). Onun əsasını qoyanlar: İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesueladır. 01.01. 2010-cu il tarixinə OPEC-ə 11 ölkə daxildir (İndoneziya, İran, İraq, Qətər, Küveyt, BƏƏ, Səudiyyə Ərəbistanı, Əlcəzair, Liviya, Nigeriya və Venesuela).
1960 -cı il. Azərbaycan Elmlər Akademiyasının dərin neft-qaz yataqlarının problemləri institutu yaranmışdır.
1960 -cı il. Güclü Zaqafqaziya qaz kəmərinin tikintisi bitir və Azərbaycan qazı qonşu dövlətlərin – Gürcüstan və Ermənistanın paytaxtlarına çatdırılır.
1960 -cı il. Azərbaycanın alim və mühəndislər qrupuna dəniz neft yataqlarının kompleks öyrənilməsinə görə SSRİ-nin ən ali mükafatı - Lelin mükafatı verilmişdir.
1960 -cı il. Qərbi Sibirdə ilk neft yatağı - “Şaimskoye” açılmışdır.
1961 -ci il. Lelin mükafatı laureatı Fərman Salmanov tərəfindən Qərbi Sibirdə böyük neft yatağı - “Megionskoye” aşkar edilmışdır.
1961 -ci il. Dəniz neft yataqlarının kəşfi və istismarına görə geoloq-alim Ənvər Nəzər oğlu Əlixanov Lenin mükafatına layıq görülmüşdür.

1961 -ci il. Sibirdə «Верхнерыбинское» (Yuxarıbalıq) neft yatağının və Surqut neft rayonun açılması.

1961 -ci il. Manqışlaqda (Qazaxıstan) ilk neft fontanı.
1963 -cü il. Azərbaycan neftçiləri Ə.Tağıyev və E.Bəkirov milli neft sənayesinin yaradılmasına yardım göstərmək məqsədilə Braziliyaya göndərilirlər. Ə.Tağıyev həm də dünya Neft konqreslərinin Daimi şurasında SSRİ-nin daimi nümayəndəsi təyin olunur.
1   ...   10   11   12   13   14   15   16   17   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə